Fakültə:İnzibati idarəetmə




Yüklə 0.94 Mb.
səhifə5/5
tarix22.02.2016
ölçüsü0.94 Mb.
1   2   3   4   5
tdə ahəngdarlıq yaradır, vətəndaşların hüquq və azadlıqlarını, onların milli-dövlətçilik mənafelərini, açıq cəmiyyətin ali dəyərlərini müdafiə edir. Orta statistik azərbaycanlı Heydər Əliyevin simasında ümummilli liderə məxsus bütün keyfiyyətləri -rasionalizm və müdriklik, qətiyyət, siyasi uzaqgörənlik, realizm və novatorluğu görürdü.Ən önəmlisi isə odur ki, Heydər Əliyev siyasəti bugünlə, indi ilə yekunlaşan, bitən deyil. Bu siyasəti həmin uğurla gələcəkdə də davam etdirə biləcək gənc lider, sınanmış dövlət komandası və aydın strategiya var.

Heydər Əliyev o illər ərzində Azərbaycanın bugünkü inkişaf strategiyası müəyyən etmişdi. Ən önəmlisi ondan ibarətdir ki, Heydər Əliyev siyasəti bu gün də yaşayır və bundan sonra da yaşayacaqdır. Bu gün Azərbaycanda görülən işlər ölkəmizi gücləndirir. Azərbaycan bölgədə öz mövqelərini tam şəkildə möhkəmləndirə bilibdir, dünyadakı mövqelərimiz daha da güclüdür. Ölkəmizdə aparılan islahatlar və siyasət Azərbaycanın milli maraqlarını tam şəkildə müdafiə edir.
Heyd
ər Əliyevin ideoloji əsasları Azərbaycanda tam şəkildə bərqərar olunubdur. Güclü dövlət, güclü iqtisadiyyat, xalqımızın milli ideya ətrafında birləşməsi, Azərbaycançılıq fəlsəfəsi, Azərbaycançılıq ideologiyası, güclü milli mənəvi dəyərlər əsasında müasir dövlətin qurulması - bütün bu proseslər Azərbaycanda çox uğurla davam edir. Artıq Azərbaycan keçid dövrünü başa vurubdur.
Biz ir
əliyə gedirik. Biz inkişaf etmiş ölkələrin sırasında olmalıyıq. Bizim siyasətimiz buna yönəldilibdir. Son 6-7 il ərzində bütün göstəricilər onu çox gözəl şəkildə, əyani şəkildə göstərir. Bizim büdcə gəlirlərimiz 10 dəfədən çox artıbdır. İqtisadiyyat 2004-2009-cu illərdə - 6 il ərzində, təxminən 3 dəfə artıbdır ki, bu, heç bir ölkədə heç vaxt olmayıbdır. Yoxsulluq şəraitində yaşayanların sayı 49 faizdən 11 faizə düşübdür və əminəm ki, bu sosial bəla yaxın zamanlarda, ümumiyyətlə Azərbaycanda aradan qaldırılacaqdır. Son 6-7 il ərzində 900 minə qədər yeni iş yeri açılmışdır. Bütün ölkədə abadlıq-quruculuq işləri aparılır, infrastruktur layihələri icra edilir.
Heyd
ər Əliyevin neft strategiyası uğurla davam etdirilir. Onun təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildən istismardadır. Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2007-ci ildən istismardadır. Azərbaycan yeni bazarlara çıxır. Bizim enerji siyasətimiz həm ölkədaxili tələbatı tam şəkildə ödəyir, eyni zamanda, Azərbaycan başqa ölkələrin enerji təhlükəsizliyinə öz töhfəsini verir və gələcəkdə bu töhfə daha da böyüyəcəkdir. Çünki biz bütün lazımi tədbirləri gördük və Heydər Əliyevin neft strategiyasını neft-qaz sənayesində uğurla icra etməklə öz maraqlarımızı maksimum şəkildə müdafiə edə bilmişik.
Ölk
ədə bütün sahələrdə inkişaf, tərəqqi vardır və bu gün biz öz siyasətimizi uğurla davam etdiririk. Qarşıda duran bütün vəzifələr, bütün proqramlar vaxtında icra edilir. Mən heç şübhə etmirəm ki, növbəti illərdə Azərbaycan öz uğurlu inkişaf dinamikasını saxlayacaqdır.
Ölk
əmizdə aparılan islahatlar təkcə Azərbaycan xalqı tərəfindən deyil, dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan bu gün rəqabət qabiliyyətliliyinə görə və informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində MDB məkanında birinci yerdədir, paytaxtımız Bakı dünyanın ən gözəl şəhərlərinin sırasındadır. Bizim başqa şəhərlər də abadlaşır. Budur, bugünkü Azərbaycan reallıqları. Bütün bu işlərin təməlində Heydər Əliyev amili, Heydər Əliyev siyasəti dayanır. Azərbaycan xalqı öz taleyinin sahibidir. Azərbaycan dövləti Azərbaycan xalqının iradəsi ilə idarə olunur. Bütün gələcək planlarımızın həyata keçirilməsi üçün Heydər Əliyev siyasəti davam etməlidir. Bu gün Heydər Əliyev siyasəti yaşayır və əbədi yaşayacaqdır.

Siyasətdə müdriklik, həyatda praqmatizm məktəbi, dövlət idarəçiliyində ustalıq - bu böyük siyasətin ana xəttini təşkil edir. Azərbaycan siyasətçiləri içərisində heç kimə bu qədər siyasət Olimpinin zirvəsində qalmaq və Vətəninə, xalqına xidmət etmək və heç kəsə ürəklərdə sağlığında özünə heykəl ucaltmaq da nəsib olmayıb.Heydər Əliyev özü şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti yaradır, bu cür şəxsiyyətlər isə tarixi. O həmişə lider olub. O, imperiya dövründə də lider idi, istiqlalımız dövründə də liderdir, onu o dövrdə də tərif, mədhiyyə, tənqid atəşinə tutublar, indi də, bunlar heç nəyi dəyişməyib - dəyişməyən amalı, əqidəsi və mənəviyyatı imkan verməyib.Otuz ildən artıqdır ki, Heydər Əliyev cənabları sənin, mənim, onun - Azərbaycan xalqının gözü qarşısında dahiləşib, əbədiləşib, zirvələşib. Heydər Əliyevin ömür salnaməsini dönə-dönə səhifələmək, oxumaq, öyrənmək və oxuya-oxuya, öyrənə-öyrənə sevərək təbliğ etmək lazımdır, çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir.

... O, ömrünün 81-ci ilində - müdriklik, ağsaqqallıq zirvəsində bizi tərk etdi. Amma o, cismən bizdən ayrılıb. Heydər Əliyev öz ideyaları, hələ başa çatdıra bilmədiyi işlərlə, Azərbaycanın 10, 20, 50, 100 il sonrakı gələcəyini görən böyük planları, arzuları ilə daima bizimlə olacaq. O hər zaman zirvədə olacaq. Heydər Əliyevi bu zirvəyə xalq, onun etimadı və inamı yüksəldib. Onun fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir. Həmin zirvədən Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da aydın görünür. Yetər ki, hər birimiz Azərbaycanın sabahını düşünərək həmin zirvənin işığında addımlamağı bacaraq...
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə