Fakültə:İnzibati idarəetmə




Yüklə 0.94 Mb.
səhifə3/5
tarix22.02.2016
ölçüsü0.94 Mb.
1   2   3   4   5
ə vergi inzibatçılığının əhəmiyyətli şəkildə yaxşılaşmasına və şəffaflığın təmin edilməsinə şərait yaratmışdır.
Bu gün ümummilli liderin mü
əyyən etdiyi strategiyaya uyğun olaraq vergi xidmətinin təkmilləşdirilməsi davam edir. İndi qarşıda daha böyük və qlobal məqsədlər qoyulmuşdur. Möhtərəm prezident İlham Əliyevin vergi orqanları qarşısına qoyduğu strateji vəzifə bundan ibarətdir ki, yaxın gələcəyin vergi xidməti ən müasir Avropa standartları səviyyəsinə çatsın. Bu məqsədlə ötən il dövlət başçısı tərəfindən imzalanmış «Vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005-2007-ci illər)» yaxın iki ildə vergi xidmətinin əsaslı şəkildə modernləşdirilməsini, texnoloji baxımdan təkmilləşdirilməsini, vergi ödəyiciləri üçün sadə və asan vergi inzibatçılığının təşkil edilməsini nəzərdə tutur. Bu istiqamətdə bu gün artıq geniş miqyaslı işlər aparılır. Biz vergi xidmətinin yaxın gələcəyini texnoloji baxımdan təkmilləşdirilmiş, vergi orqanları ilə vergi ödəyicilərinin arasında elektron əlaqələrin inkişafına, müasir kompüter və proqram təminatları, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulmasına söykənən bir struktur olaraq görürük. Artıq Vergilər Nazirliyi Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemini (AVİS) tətbiq edir. Bu sistemi vergi xidmətinin sabahı adlandıranlar səhv etmirlər. AVİS-in əsas məqsədi sürətli, elastik və yararlı vergi siyasətinin həyata keçirilə bilməsi üçün fəal bir texnologiya dəstəyi təmin etməkdir. AVİS yerli vergi orqanlarının işlərinin avtomatlaşdırılması, digər dövlət orqanları ilə inteqrasiyanın təmin edilməsi, müxtəlif iqtisadi təhlil və proqnozların həyata keçirilməsini təmin edir. 
Bunlarla yanaşı, biz vergi xidm
ətində çalışan kadrların peşəkarlıq səviyyələrinin artırılmasına çalışırıq. Ümummilli lider Heydər Əliyevin vergi xidməti orqanlarında çalışan kadrların hazırlığının yüksəldilməsinə diqqət və qayğısının nəticəsi kimi yaradılmış Vergilər Nazirliyinin Tədris Mərkəzi bu yöndə aktiv fəaliyyət göstərir. Artıq ikinci ildir ki, vergi xidmətinəə qəbul da müsabiqə yolu ilə təşkil edilmişdir ki, bu da peşəkar kadrların cəlb edilməsi və hazırlanması istiqamətində dövlət başçısının müəyyən etdiyi strategiyaya uyğundur.
Beyn
əlxalq maliyyə institutları da Azərbaycanda vergi sahəsində aparılan islahatlara yüksək qiymət verirlər. Azərbaycana təcrübə mübadiləsi məqsədilə müxtəlif ölkələrdən- Qırğızıstan,Moldova,Çexiya,Qazaxıstan,Ukrayna ve Rusiyanın nümayəndə heyətləri gəlmişdir. Bu gün vergi sahəsində əldə edilmiş nailiyyətləri, aparılan işlərin nəticəsini və bəhrəsini gördükdə bu dahi insanı dönə-dönə yada salır, əldə edilmiş uğurların onun müdrik və uzaqgörən siyasətinin nəticəsi olduğunu qeyd edirik. Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlətçilik ənənələrini formalaşdırmaqla, inkişaf üçün güclü iqtisadi baza və yaxşı zəmin yaratmaqla, tənəzzül etmiş milli iqtisadiyyatı inkişaf relslərinə çıxartmaqla müstəqil Azərbaycan dövlətinin ilk quruculuq illərinin, eyni zamanda müasir vergi xidmətinin memarı kimi yaddaşlarda əbədi qalacaqdır. 
 Bank sistemind
ə aparılan islahatlar müstəqilliyin ilk illərində banklara yaranmış inamsızlığı aradan qaldırmaqda mühüm rol oynamışdır. Ölkədə müasir bank quruculuğu işlərinə başlanılmış, ikipilləli bank sisteminin formalaşması, bankların möhkəmlənməsi, onların nizamnamə kapitalının artması istiqamətində işlər aparılmışdır. Sərbəst bazar iqtisadiyyatı şəraitində öz işini qura bilməyən və rəqabətə davam gətirə bilməyən zəif banklar sıradan çıxmışdır. Ölkədə fəaliyyət göstərən bankların sayı 4 dəfəyə yaxın azalmaqla yanaşı, bank sisteminin kapital bazası 5 dəfə artmışdır.

1969-cu ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman Azərbaycan aqrar bir respublika sayılırdı. Respublikamızda elmtutumlu iqtisadi sahələr yox dərəcəsində idi. İKT-nin strateji əhəmiyyətini düzgün qiymətləndirən ümummilli liderimiz bu sahənin inkişafına xüsusi diqqət yetirməyə başladı. Məhz onun sayəsində 1971-ci ildə Azərbaycanda Kibernetika İnstitutunun nəzdində Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi yaradıldı. O dövrdə SSRİ Elmlər Akademiyasının prezidenti akademik M. Keldış Azərbaycana gəlir, respublikanın rəhbərliyi ilə görüşür. Həmin görüşdən sonra o vaxtlar böyük əhəmiyyət kəsb edən, o dövr üçün indiki superkompyuter səviyyəsində olan БЭСМ hesablama maşını Kibernetika İnstitutuna verildi. Bunun da nəticəsində respublikamızda proqramlaşdırma, avtomatika, tətbiqi riyaziyyat, kibernetika və digər sahələrdə böyük alimlər, mütəxəssislər ordusunun formalaşmasına gətirib çıxartdı. 
Akademik M. Keldışın Az
ərbaycana gəlişindən sonra SSRİ EA-nın müvafiq İnstitutlarında respublikamızın istedadlı gəncləri üçün məqsədli aspiranturalara yerlər ayrılmağa başlandı, elm və təhsil mərkəzlərində təcrübə keçmək üçün mütəxəssislər göndərildi, həmin elm sahəsinin mənimsənilməsi, sonradan ölkəmizə transformasiya olunması istiqamətindəəyyən işlər görüldü. 
H
əmin vaxtlardan etibarən əsasını aqrar, neft-qaz çıxarma sənayesi təşkil edən Azərbaycan iqtisadiyyatının siması da tədricən dəyişməyə başladı. Respublikamızda elektrotexnika, radio-cihazqayırma sənayesinin əsası qoyuldu. Azon zavodu, Elektron hesablama maşınları zavodu, Radiocihazqayırma zavodu fəaliyyətə başladı, hərbi təyinatlı İKT məhsulu istehsal edən xüsusi zavodlar inşa edildi. Bunlar yüksək elmi, texnoloji tutumlu istehsal sahələri olduğu üçün bu sahələrdə çalışmaq üçün peşəkar kadrlara ehtiyac duyulurdu. Bütün bu ehtiyacları ödəmək üçün indiki Azərbaycan Neft Akademiyasında, Azərbaycan Texniki Universitetində müvafiq ixtisaslar, 1972-ci ildə Bakı Dövlət Universitetində Tətbiqi riyaziyyat fakültəsi açıldı. 
H
əmin illərdə Təbii Ehtiyatların Kosmik Tədqiqatları (indiki Milli Aerokosmik Agentliyi), Fotoelektronika və Mikroelektronika institutlarının yaradılması da Azərbaycanın İKT tarixində mühüm hadisə idi. 
T
əbii ki, bütün bu işlər Heydər Əliyevin rəhbərliyi və bilavasitə qayğısı altında həyata keçirilirdi. Heydər Əliyevin həyata keçirdiyi həmin uzaqgörən siyasət bu gün də müstəqil Azərbaycan Respublikasının iqtisadi, elmi və hərbi potensialının əsasını təşkil edir. Ölkəmizin dövlət idarəetmə orqanlarında, iqtisadi strukturlarında, elm-təhsil müəssisələrində ulu öndərimizin yetişdiridyi kadrlar bu gün də uğurla fəaliyyət göstərirlər. 
...1991-ci ild
ə indiki İnformasiya Texnologiyaları İnstitutunda elektron poçt səviyyəsində Amerikaya müəyyən bir modem vasitəsilə çıxış əldə etmişdik, amma bu hələ ölkədə İnternetin yaradılması demək deyildi. Internetin milli infrastrukturunun formalaşması 1994-cü ilə təsadüf edir. Xalqın çağırışı ilə Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıdandan sonra alimlərlə, ziyalılarla görüşərkən, onların qayğılarıyla maraqlanarkən, ziyalılarımız bildirdi ki, mövcud informasiya blokadasını yarmaq, alimlərimizin xarici elmi mərkəzlərə çıxışını təmin etmək üçün İnternetin Azərbaycana gətirilməsinə nail olmaq lazımdır. Məhz Heydər Əliyevin bilavasitə dəstəyi nəticəsində AMEA-da İnternetin milli infrastrukturu formalaşdırıldı. 
SSRİ dağılandandan sonra müst
əqillik qazanan Azərbaycanın qarşısında mühüm problemlər və vəzifələr dururdu. 1993-cü ildə Heydər Əliyev Azərbaycan dövlətinə rəhbərlik etməyə başlayandan sonra həmin problemin həlli istiqamətində uğurlu, məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı. O cümlədən ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, hərbi quruculuq işlərinin aparılması istiqamətində mühüm işlər görüldü. 
H
ərbi qüdrətin möhkəmləndirilməsi ilə bağlı bir faktı qeyd etmək yerinə düşər. 1991-ci ildə Dağlıq Qarabağ səmasında Azərbaycanın bir qrup ziyalısının, dövlət xadiminin olduğu vertolyotun qəzaya uğramsının səbəbi hələ də sirr olaraq qalır. Çünki o vaxt “Qara qutu”nun Azərbaycanda oxunmasına imkan yox idi. “Qara qutu”nun ölkəmizdən kənarda, hansısa mərkəzdə oxunması və nəticənin indiyə qədər də Azərbaycan ictimaiyyətinə bildirilməməsi, “qara qutu”nun özüylə Azərbaycandan qara bir səhifəni aparması indiyədək xalqımızın yaddaşından silinməyib. 
1993-cü ild
ə ulu öndərimizin rəhbərliyi ilə ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətindəəyyən tədbirlər həyata keçirəndə məlum oldu ki, rus qoşunları ölkəmizdən gedəndə əvvəllər təyyarələrin “qara qutu”sunu oxuyan sistem “qara qüvvələr” tərəfindən yararsız hala salınmışdır. Bu, çox ciddi məsələ idi. Təyyarənin texniki vəziyyətini müəyyənləşdirmək, bu və ya digər məsələləri araşdırmaq üçün “qara qutu”nun oxunması çox vacib idi. 
O vaxtlar Heyd
ər Əliyev alimlərin qarşısında məsələ qoydu ki, bu məsələni öz gücümüzə həll edə bilərikmi? Çünki “qara qutu” ilk baxışda texniki bir sistem kimi görünsə də, Azərbaycanda onu oxumaq imkanının olmaması ölkəmiz üçün istər siyasi, istərsə də hərbi baxımdan asılılıq demək idi. 
İki il
ərzində alim və mütəxəssislərlərimiz akademik Əli Abbasovun rəhbərliyi altında, xüsusi rejimdə çalışaraq, “qara qutu”nu oxumaq problemini həll etdilər. Bu gün fəxrlə demək lazımdır ki, Azərbaycanda hərbi informatikanın formalaşmasında o vaxt qoyulan həmin vəzifənin xüsusi rolu oldu. Qeyd etmək lazımdır ki, bu sistem parametrlərinə görə heç bir sistemdən geri qalmır, hətta bəzi xarakteristikalarına görə üstünlük təşkil edirdi. 
Heyd
ər Əliyevin bilavasitə rəhbərliyi və qayğısı ilə alimlərimiz hərbi informatikanin başqa bir sahəsinndə də uğurlu nəticələr əldə etdilər. Belə ki, yenicə müstəqillik qazanmış Azərbaycan dövlətinin hava hücumundan müdafiə sistemləri sahəsində xeyli problemləri, çətinlikləri var idi. Ona görə də Azərbaycan alimlərinin qarşısına bu problemin həll edilməsi vəzifəsi qoyuldu. Ölkəmizin hava məkanının təhlükəsizliyini real zaman rejimində təmin edən sistem yaradıldı, uçan hədəflərin aşkarlanması və monitorinqi istiqamətində müvafiq işlər aparıldı. 
Heyd
ər Əliyevin rəhbərliyi ilə ölkəmizin informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində də mühüm tədbirlər həyata keçirilmişdir. Qeyd edək ki, informasiya təhlükəsizliyi məsələsi bu gün çox aktualdır və get-gedə daha da aktuallaşacaq. Çünki informasiya cəmiyyəti həyatımızın müxtəlif sahələrinə, xüsusən, dövlət idarəetmə orqanlarına nüfuz etdikcə, elektron informasiya və onun təhlükəsizliyi məsələləri də daha mühüm əhəmiyyət kəsb edəcək. Heydər Ə
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə