Fakültə:İnzibati idarəetmə




Yüklə 0.94 Mb.
səhifə2/5
tarix22.02.2016
ölçüsü0.94 Mb.
1   2   3   4   5
Neft Fondunun yaradılması fəlsəfəsinin əsas qayəsini Azərbaycan xalqına Tanrı tərəfindən bəedilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin olunması təşkil edir. Fondun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılmasıdırsa, digəri, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsidir. Vaxtında qəbul edilmiş bu qərar iqtisadi inkişafda yeni mərhələnin başlanmasını göstərir və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli sərvətlərimizdən gələcək nəsillərin bəhrələnməsi və iqtisadiyyatın kompleks inkişafının təmin olunmasına yönəlmiş uzunmüddətli iqtisadi strategiyasının məhsulu kimi qiymətləndirilməlidir. 

Ulu öndərimiz Heydər Əliyevin müdrik qərarı əsasında Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirilmişdir.

      Respublikanın ümummilli lideri H.Əliyev Azərbaycanda hakimiyyətdə olduğu 35 ildə kənd təsərrüfatında aparılan islahatlara rəhbərlik etmiş aqrar sektorun qida sənayesinin inkişafına böyük diqqət və qayğı göstərmişdir. Bütün bunların hesabına 1995-2004-cü illərdə bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı artmışdır. Son 5 ildə əkin sahələrinin həjmi 255,1 ha artmışdır. Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf etmişdir. 2003-cü ildə artım tempi 5,6% təşkil etmişdir. Bu ənənə davam etməkdədir.

Qeyd olunanlarla bərabər, Azərbaycanın dünya iqtisadi sistemində layiqli yer tutması, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunması məqsədilə investisiyaların qorunması üçün qanunvericilik bazası formalaşdırılmış, 40-a yaxın ölkə ilə ikitərəfli sazişlər imzalanmış, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri qurulmuşdur.

Kənd təsərrüfatı bütün dövrlərdə Azərbaycan iqtisadiyyatının əsas sahələrindən olmaqla, ölkənin inkişafında və əhalinin zəruri istehlak malları ilə təminatında mühüm rol oynamışdır.1995-1996-cı illərdə "Aqrar islahatların əsasları", "Sovxoz və kolxozların islahatı", "Torpaq islahatı" haqqında qanunların, digər vacib hüquqi aktların qəbulu aqrar-sənaye kompleksində köklü dəyişikliklər aparmaq üçün imkanlar açdı. Belə ki, "Torpaq islahatı haqqında" qanunda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi amillər öz əksini tapmışdır. 

Kənd təsərrüfatında aparılan ciddi struktur islahatları nəticəsində dövlət mülkiyyətində saxlanılan az sayda damazlıq, toxumçuluq və digər bu kimi təsərrüfatlar istisna olmaqla, bütün kənd təsərrüfatı müəssisələri, o cümlədən sovxozlar və kolxozllar ləğv edilərək onların əmlakı təsərrüfat üzvləri arasında bölüşdürüldü. Kənddə yeni mülkiyyətin - kəndli-fermerlərin formalaşmasının sürətləndirilməsi kənd təsərrüfatında işlərin daha yaxşı təşkili və aqrar bölmənin inkişafı üçün möhkəm zəmin yaratdı.

Aqrar bölmədəki islahatlar öz radikallığı və sürəti ilə nəinki Azərbaycan iqtisadiyyatının digər sahələrində aparılan islahatlardan, hətta Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdəki islahatlardan əsaslı surətdə fərqlənərək ölkədə özəl mülkiyyətin formalaşmasında və sahibkarlığın inkişafında xüsusi rol oynamışdır.

Azərbaycan Respublikasının iqtisadi siyasətinin öncül istiqamətlərindən biri müstəqil dövlətin neft strategiyasının hazırlanması olmuşdur. O vaxt Azərbaycan xarici investorlar üçün çox riskli bir yer kimi tanınırdı. O vaxt - 1994-cü ildə dünyanın aparıcı enerji şirkətlərini Azərbaycana cəlb etmək və onları inandırmaq ki, sərmayələri burada qorunacaq və bu sərmayələr onlara xeyir gətirəcək,- çox böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O, buna nail oldu və Azərbaycan tarixində ən önəmli hadisələrdən biri - “Əsrin müqaviləsi”nin imzalanması 1994-cü ildə baş verdi,neft strategiyasının həyata keçirilməsinə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın bir neçə ölkəsinin (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) arasında Xəzər dənizin Azərbaycan bölməsindəki "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan müqavilənin imzalanması ilə başlanıldı

Müstəqil Azərbaycan Respublikasının yeni tarixinə qızıl hərflərlə həkk olunmuş 20 sentyabr 1994-cü il bugünkü və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaqdır. "Əsrin münaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünü tətbiq edən və namizəd statusuna malik 26 ölkədən tamhüquqlu üzv statusunu almış ilk və yeganə ölkədir.Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomativ rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

«Əsrin müqaviləsi» Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşına çevrildi, azad iqtisadi mexanizmlərin tətbiq edilməsini və respublikamızın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi, xarici investorların ölkəmizə axını sürətləndirildi və Azərbaycanda yeni neft-qaz müqavilələrinin bağlanmasına güclü təkan verdi. “Əsrin müqaviləsi”nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.

İftixar hissi ilə qeyd etmək lazımdır ki, «Əsrin müqaviləsi» layihəsi üzrə işlərin həyata keçirilməsində möhtərəm Prezidentimiz İlham Əliyevin də xidmətləri əvəzsizdir və bu gün də işlər onun rəhbərliyi ilə uğurla davam etdirilir.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.Ümummilli lider Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının olmasını əsas götürərək 5 sentyabr 1997-ci il - Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac boru kəmərinə aid işlərin hazırlanması üçün Azərbaycan işçi qrupunun təsis edilməsi barədə sərəncam verdi. 7 noyabr 1997-ci il - Çıraq-1 platformasından ilk neft hasil edildi. Bu isə Azərbaycan xalqının həyatında mühüm hadisə idi. 12 noyabr - 1997-ci ildə Səngəçal terminalı açıldı, Çıraq-1 platformasından ilk neftin hasil edilməsi ümumxalq bayramı elan edildi.

Ümummilli liderimiz Heydər Əliyev göstərirdi ki, 1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir.

Ümumilli lider Heydər Əliyevin Azərbaycanın vergi xidmətinin formalaşmasında və yenidən qurulmasında da əvəzsiz xidmətləri vardır. Bütövlükdə vergi xidmətində aparılan islahatların fəlsəfəsi, strategiyası və əsas istiqamətləri məhz onun rəhbərliyi altında hazırlanmış və həyata keçirilməkdədir. Vergi xidmətinin kompleks islahatları məqsəd etibarilə təkmil qanunvericilik bazasının yaradılması, vergi administrasiyasının modernləşdirilməsi, adekvat kadr siyasətinin yeridilməsi, müasir texnoloji dəstəyə söykənən modern bir xidmətin qurulmasını nəzərdə tuturdu. 
Son bir neç
ə il ərzində Azərbaycanın vergi xidmətində çox mühüm dəyişikliklər baş vermişdir. Biz bu islahatlara başlayarkən və həmçinin onu həyata keçirərkən daim ümumilli liderin dəstəyini hiss etmişik. İslahatların elə ilk mərhələsində dövlət başçısı vergi xidmətinə etimad göstərərək 11 fevral 2000-ci il tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə vergilər və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və vergitutma sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanını – Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yaradılması barədə qərar qəbul etdi.  Söhbət təkcə vergi xidmətinin hüquqi baxımdan statusunun qaldırılmasından getmirdi, dövlət başçısı bununla həm də vergi siyasətinin iqtisadi siyasətin mühüm tərkib qolu olduğunu, iqtisadi tənzimləmədə və fiskal siyasətin həyata keçirilməsində vergi siyasətinin aparıcı rolunu müəyyən etdi.
Ümummilli liderin r
əhbərliyi altında əldə edilmiş ən böyük uğurlar sırasına, ilk növbədə, Vergi Məcəlləsinin qəbul edilməsini və təkmil qanunvericilik bazasının yaradılmasını aid etmək olar. 2001-ci ilin yanvarından qüvvəyə minmiş və Azərbaycanın müstəqillik tarixində ilk olan Vergi Məcəlləsinin qəbul edilməsi ölkənin həyatında tarixi bir hadisə olaraq, vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım idi. Vergi Məcəlləsinin qəbulu islahatların genişləndirilməsi üçün təkan rolunu oynadı. Vergi siyasətinin təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həm də ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməsi üçün vergi orqanları qarşısında mühüm vəzifələr qoyuldu.
M
əhz ümummilli lider Heydər Əliyevin birbaşa tövsiyyələri və fərmanları əsasında Azərbaycanın vergi inzibatçılığı təkmilləşdirilmişdir. Vergi orqanları təkcə struktur baxımdan yenidən qurulmamış, həmçinin vergi xidmətində yeni iş proseslərinin tətbiq edilməsi, vergi ödəyiciləri ilə vergi xidməti əməkdaşları arasında kontaktsız münasibətlərin qurulması, vergi bəyannamələrinin poçtla qəbul edilməsi, bütün ödəmələrin banklar vasitəsilə həyata keçirilməsinə başlanması, vergi xidmətinin yaradılması bütövlükd
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə