Fakültə:İnzibati idarəetmə




Yüklə 0.94 Mb.
səhifə1/5
tarix22.02.2016
ölçüsü0.94 Mb.
  1   2   3   4   5

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

Fakültə:İnzibati idarəetmə

Qrup:343

Kurs:1-ci

Tələbə:Yadigarlı Aygül

Fənn:Mikroiqtisadiyyat




PLAN

1.Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Azərbaycanda siyasi- iqtisadi vəziyyət

2.Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi

3. Heydər Əliyevin liderlik xüsusiyyətləri

4.Heydər Əliyev Azərbaycan parlamentinin banisi kimi

5. Azərbaycanda azad sahibkarlığın inkişafı

6. Azərbaycanda həyata keçirilmiş iqtisadi islahatlar

7. Heydər Əliyevin Neft strategiyası

8. Heydər Əliyevin maliyyə-vergi siyasəti

9.Azərbaycanda İKT-nin inkişafı

10.Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti

11.Müasir Azərbaycan Heydər Əliyev irsinin davamı kimi

Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət etmişdir. Bütün dövrlərdə onun bir amalı var idi - Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının rifah halını qaldırmaq, ölkəmizi irəliyə aparmaq. Bu yolda Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzolunmazdır. 1969-cu ildə Azərbaycan sovet respublikaları arasında ən geridə qalmış yerdə idi. Ölkənin bütün sosial-iqtisadi göstəriciləri ən aşağı səviyyədə idi və ümumiyyətlə Azərbaycanın bir müttəfiq respublika kimi inkişafı çox böyük çətinliklərlə üzləşirdi.

40 il öncə - 1969-cu il iyul ayının 14-də Azərbaycanın müasir tarixində dönüş mərhələsinin təməli qoyuldu. Ümummilli liderimiz Heydər Əliyevin həmin gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı oldu.

Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji Heydər Əliyevi başqalarından fərqləndirən əsas cəhətlər idi. Heydər Əliyev ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərdi. Çağdaş tariximizin 40 ili ulu öndərimizin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrildi. Bu 40 il Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın özünün təbii və konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması ilə əlamətdardır. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol da, əslində, məhz dahi öndərimizin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayır.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü - 1969-1982-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə bu dövr Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılmışdır. Məhz Heydər Əliyevin səyi ilə SSRİ hökuməti Azərbaycanla əlaqədar, respublikada xalq təsərrüfatının hərtərəfli yüksəlişi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdi. Azərbaycan xalqı üçün, həqiqətən, tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 1970-1980-ci illər arasında və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyənləşdirmişdi.

Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1969-1982-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır.

Sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur siyasətinin prinsipial şəkildə yeni istiqamətləri işlənib hazırlanmışdı. Bu istiqamətlər sənayenin qabaqcıl və mütərəqqi sahələrinin, ilk növbədə maşınqayırma kompleksində, kimya və neft kimyasında, əlvan metallurgiyada texniki cəhətdən yeniləşmə və yenidənqurma prosesləri ilə eyni vaxtda neft və qaz hasil edən, neft emal edən sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-mədən sənayesinin genişlənməsini nəzərdə tuturdu.

Azərbaycanın təşəbbüsü ilə ümumittifaq səviyyədə qəbul olunmuş qərarlarla elmi-texniki tərəqqi əsasında respublikanın sənaye bazasının inkişaf etdirilməsində, sənayenin strukturunun təkmilləşdirilməsində, iri cihazqayırma, radiotexnika, elektrotexnika, dəzgahqayırma və avtomobil sənayesi müəssisələrinin yaradılmasında, fəaliyyətdə olan zavodların yenidən qurulmasında və genişləndirilməsində yeni mərhələnin başlanğıcı qoyuldu. Həmin qərarlar respublika ərazisində sənaye müəssisələrinin yerləşdirilməsi işinin köklü surətdə yaxşılaşdırılmasında böyük rol oynadı, şəhər və rayonların kompleks inkişafına, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, xalqın rifah halının yaxşılaşmasına kömək göstərdi.

Bu gün Azərbaycan iqtisadiyyatının inkişafını təmin edən bir çox istehsal obyektləri həmin dövrün məhsuludur. Neft sənayesinin iqtisadi inkişafdakı rolunu müdrikliklə nəzərə alan Heydər Əliyev ötən əsrin 70-ci illərində bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etmişdir. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanmış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində mümkün olmuşdur.

Bu illər ərzində Azərbaycan paytaxtının görkəmi tamamilə dəyişmişdi. Paytaxtımızın simasını müəyyənləşdirən müasir memarlıq üslubunda inşa edilmiş çoxsaylı binalar, mədəniyyət obyektləri, abidələr ucaldılmışdı. 13 ildə yaşayış evləri tikintisinin həcmi ağlagəlməz dərəcədə artmışdı, belə ki, bu dövrdə tikilmiş yaşayış binaları bütün Bakı şəhərinin yaşayış fonduna bərabər tutula bilərdi.

Heydər Əliyevi minlərdən, milyonlardan fərqləndirən üstün cəhət bu idi ki, o, məmləkətin inkişafı üçün zəruri olan məqamları görə bilirdi, qarşıya konkret məqsədlər qoyurdu və insanları bu məqsədlər naminə səfərbər edirdi, qüvvələri səmərəli şəkildə istiqamətləndirirdi. Elə o illərdə də hər il minə yaxın azərbaycanlı gəncləri keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almaq üçün göndərməkdə, onların Vətən və xalq üçün layiqli vətəndaş kimi yetişdirilməsinə kömək göstərməkdə də Heydər Əliyevin məqsədi bundan ibarət idi.

Məhz Heydər Əliyevin müdrikliyi və fəaliyyəti nəticəsində Azərbaycan 1982-ci ildə sovet respublikaları arasında ən qabaqcıl yerlərə çıxmışdır. Əgər o vaxt müttəfiq respublikalar arasında cəmi iki respublika özü-özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan idi. Bu gün də ölkəmizin inkişafına xidmət edən çox güclü infrastruktur, yeni sənaye sahələri məhz o illərdə - 1970-ci illərdə yaradılmışdır. O illərdə kənd təsərrüfatı inkişaf etmişdir və Azərbaycan vətəndaşları daha da yaxşı yaşamağa başlamışlar. O illərdə bütün səylər qoyulmuşdur ki, Azərbaycanda yeni müəssisələr, fabriklər, zavodlar yaradılsın, yeni yollar, dəmir yolları salınsın. Məhz bütün bunlara görə Azərbaycan xalqı Heydər Əliyevə daim çox böyük məhəbbətlə və inamla yanaşırdı. Bu məhəbbət və inam daim Azərbaycan xalqının qəlbində yaşayır.
1982-ci ilin sonlarında Heyd
ər Əliyev Moskvaya dəvət olundu. Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olundu, Siyasi Büroya üzv seçildi və onun həyatında yeni dövr başladı. O, Azərbaycandan getmək istəmirdi. Baxmayaraq ki, ona böyük etimad göstərilmişdi, tarixdə ilk dəfə olaraq azərbaycanlı Sovet İttifaqının ən məsul, ən vacib vəzifələrindən birinə təyin edilirdi. Ancaq buna baxmayaraq, onun ürəyi Azərbaycanda qalmışdır. Ulu öndər o vaxt deyirdi ki, mən Azərbaycanda hələ çox iş görməliyəm. Ancaq, eyni zamanda, onu da yaxşı dərk edirdi ki, Moskvada yüksək vəzifədə Azərbaycana daha da çox kömək göstərə bilər. Beş il ərzində - 1982-1987-ci illərdə Azərbaycanın inkişafı üçün ölkə miqyaslı çoxsaylı qərarlar, qətnamələr qəbul edilmişdir. O vaxt respublikamızın müxtəlif sahələrini inkişaf etdirmək üçün praktiki addımlar atılmışdır. O, bütün o illər ərzində çalışırdı ki, Azərbaycana kömək etsin ki, Azərbaycanda işlər daha da yaxşı getsin.
Ancaq buna baxmayaraq, Heyd
ər Əliyevin o vaxt Azərbaycanda olmaması tədricən respublikanı tənəzzülə uğratdı. 1982-1987-ci illərdə hələ ki, inersiya davam edirdi və respublikada proseslər ümumiyyətlə, müsbət istiqamətdə gedirdi. Ancaq buna baxmayaraq, artıq o qətiyyət, o iradə yox idi. Həlledici anlarda Heydər Əliyevin yoxluğu əlbəttə ki, respublikanı çox böyük problemlərlə üzləşdirdi.
1987-ci ild
ə M.Qorbaçovun avantürist siyasətinə etiraz əlaməti olaraq Heydər Əliyev tutduğu bütün vəzifələrdən istefa verdi. Bununla da Azərbaycanın yeni faciələri başlandı. Yenidənqurma pərdəsi altında respublika iqtisadiyyatı məhv edildi. Fərsiz rəhbərlərin bir-birini əvəzlədiyi Azərbaycanda xaos, anarxiya vüsət aldı.

Onun vəzifədən getməsindən iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycan Respublikasından ayırmaq və Ermənistana birləşdirmək planlarını açıq şəkildə büruzə verdilər. O vaxta qədər onların fəaliyyəti məxfi xarakter daşıyırdı. Heydər Əliyev istər Azərbaycan KP MK-nın birinci katibi olanda, istərsə də Moskvada çalışdığı illərdə ermənilərin bu cür iddialarının qarşısını dəfələrlə almış, bu iddiaların sərsəm xəyallardan başqa bir şey olmadığını SSRİ rəhbərlərinə başa sala bilmişdi. Müxtəlif lobbiçilik fəaliyyəti nəticəsində həm xaricdə, həm Sovet İttifaqında müxtəlif yollarla ictimai rəy yaratmağa çalışırdılar ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir, Azərbaycan Respublikasında Dağlıq Qarabağın problemlərinə fikir verilmir və buna görə Dağlıq Qarabağ Azərbaycandan ayrılmalıdır.
Heyd
ər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra bu meyillər daha da gücləndi və Azərbaycana qarşı açıq ərazi iddiası prosesi başlandı. Əfsuslar olsun ki, bu prosesə başçılıq edən o vaxtkı sovet rəhbərliyi idi. Əgər sovet rəhbərliyinin bu işlərdə əli olmasaydı, Cənubi Qafqazda heç vaxt münaqişə yaranmazdı.
Bel
əliklə, Azərbaycana qarşı müxtəlif yerlərdən təzyiqlər başladı və tədricən Azərbaycanda vəziyyət çox gərginləşdi. Azərbaycanı daha da çətin vəziyyətə salmaq üçün respublikanın rəhbərliyinə Azərbaycan xalqına yad olan antimilli qüvvələr gətirilmişdi. Onların əli ilə xalqımıza qarşı cinayətlər törədildi. Azərbaycan xalqına qarşı cinayətlər, eyni zamanda, daxili milli xainlər tərəfindən törədilmişdir. Əlbəttə ki, Ermənistan tərəfi bu  vəziyyətdən istifadə etdi və Azərbaycana qarşı açıq müharibəyə başladı. O illər, demək olar ki, bizim üçün həlledici illər idi. Əgər Heydər Əliyev o vaxt Azərbaycanda qalsaydı və Azərbaycanın rəhbəri kimi fəaliyyət göstərsəydi, Dağlıq Qarabağda heç vaxt separatçılar baş qaldıra bilməzdilər. Heç vaxt bizim torpaqlarımız işğal altına düşə bilməzdi. Bir yandan Dağlıq Qarabağ hadisələri, digər yandan da ölkədə sonu görünməyən hakimiyyət uğrunda mübarizə Azərbaycanı vətəndaş müharibəsinin astanasına gətirmişdi.
O ill
ərdə - 1987-1993-cü illər ərzində Azərbaycanın demək olar ki, bütün yerlərində qeyri-sabit vəziyyət, özbaşınalıq, anarxiya, kütləvi itaətsizlik hökm sürürdü. O vaxt Azərbaycanda sabitliklə fərqlənən yeganə yer Naxçıvan Muxtar Respublikası idi. O da ona görə idi ki, xalqın tələbi ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri seçildi. Bir tərəfdən, erməni qəsbkarlarına qarşı onun rəhbərliyi altında müqavimət göstərilirdi və Naxçıvana edilən ərazi iddialarına qarşı naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında çox qətiyyətli cavab verdilər və işğalçıları yerinə oturtdular. Digər tərəfdən, o vaxt Azərbaycandakı rəhbərlik bütün yollarla çalışırdı ki, Naxçıvanda Heydər Əliyevin mövqelərini sarsıtsın və onu orada rəhbərlikdən uzaqlaşdırsın.
Ancaq xalq h
əm Naxçıvanda, həm bütövlükdə Azərbaycanda həlledici sözünü dedi. Azərbaycanda vətəndaş müharibəsi başlanandan sonra artıq Naxçıvana, Heydər Əliyevə kütləvi qaydada müraciətlər gəlməyə başlamışdır ki, təkcə ona ümid bəslənilir və təkcə o, Azərbaycanı bu ağır vəziyyətdən xilas edə bilər. O vaxt xalqımızın, müstəqilliyimizin taleyi həll olunurdu. Azərbaycan XX əsrdə bir dəfə müstəqilliyini qazandı. Ancaq o müstəqillik çox çəkmədi. İki ildən sonra müstəqillik xarici qüvvələrin, o cümlədən daxili antimilli qüvvələrin səyləri və antimilli hərəkətləri nəticəsində əlimizdən alındı.
1993-cü ild
ə də oxşar vəziyyət yaranmışdı. Müstəqilliyimizin cəmi iki yaşı var idi. Ancaq artıq Azərbaycanın müstəqilliyi şübhə altına qoyulurdu. Ölkəmizə qarşı ərazi iddiaları artıq torpaqlarımızın işğalına gətirib çıxardı. Şuşanın, Laçının, Kəlbəcərin işğalı nəticəsində, demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yarandı. Belə ağır vəziyyətdə Azərbaycanın ümumiyyətlə gələcək inkişafı şübhə altında idi. Biz müstəqil ölkə kimi yaşaya biləcəyik, yoxsa yox?! Azərbaycan xalqı müstəqil xalq kimi öz müqəddəratını özü müəyyən edə biləcək, yoxsa yox?! Bu suallar o vaxt havada idi, o suallar verilirdi.
Az
ərbaycan xalqı o vaxt ölkəmizin taleyi üçün həlledici anda düzgün seçim etmişdir. Öz liderinə üz tutub Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etmişdir və 1993-cü ildən Azərbaycanda inkişaf, sabitlik və tərəqqi dövrü başladı. İlk növbədə, vətəndaş müharibəsi dayandırıldı, bütün qanunsuz birləşmələr tərki-silah edildi, ölkədə sabitlik yaradıldı və Azərbaycan bu sabitlik əsasında inkişaf etməyə başlamışdır. . Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq özünün əsl xilaskarı şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi yazdı.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə əsas qayəsi müstəqillik, azərbaycançılıq, dövlətçilik, respublikaçılıq, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik və s. ümumbəşəri dəyərlər olan yeni bir ideologiyanın əsası qoyuldu.

Milli lider Heydər Əliyev Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, həm də müasir Azərbaycan parlamentinin banisidir. Ulu öndər Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinin sadiq qalaraq, aşkarlıq prinsipinə üstünlük verdi. Ali Sovetə rəhbərlik etdiyi dövrdə ordu quruculuğunda, yeni hüquq sistemində, insan hüquq və azadlığı sahəsində mühüm qərarlar qəbul edildi. Azərbaycanın ilk parlamenti cəmi 17 ay fəaliyyət göstərdi. Xalqımızın dövlətçilik və milli şüurunun formalaşmasında mühüm rol oynayan ali qanunverici orqanın Sovet hakimiyyəti illərinə fəaliyyətini müstəqil şəkildə bərpa etməsi milli lider Heydər Əliyevin adı ilə bğalıdır. Sovet dövründə digər sosialist respublikalarında olduğu kimi, Azərbaycanda da parlamentin qəbul etdiyi qanun və qərarlar Kommunist Partiyasının siyasi, iqtisadi və ideoloji məqsədlərini həyata keçirməyə xidmət edirdi. Milli lider Heydər Əliyev SSRİ-nin rəhbəri kimi ilk gündən parlamentin işini xalqın iqtisadi və sosial mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəltdi. Ali qanunvericilik orqanının mövcud imkanlarından bacarıqla istifadə edərək, milli oyanışın və gələcək müstəqilliyin möhkəm təməlini qoydu. 1938-ci ilin mayında qəbul edilmiş Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar sahənin Ermənistana verilməsi ilə bağlı protokolun icrasının qarşısı məhz 1969-cu ildə Heydər Əliyev tərəfindən alındı. Bu ənənə 2-ci müstəqillik dövründə də davam etdirildi. 1993-cü il iyun ayında Heydər Əliyevin xalqın təkidi və tələbi ilə Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçilməsi sözün həqiqi mənasında milləti özünə qaytardı. 1995-ci ildə ölkə konstitusiyasının qəbulunu Heydər-Əliyev - parlament işbirliyinin ən uğurlu layihəsi hesab etmək olar. Heydər Əliyev parlamentin sədri kimi Azərbaycanın strateji maraqları əsasında ölkənin yeni xarici siyasət konsepsiyasını, onun beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirdi. 1993-cü ildən 2002-ci ilədək milli məclis tərəfindən 1715 qanun və qərardan 975-i prezident Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilib. Ulu öndərin təşəbbüsü ilə milli məclisdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair hesabat təqdim olundu. Ulu öndərin təşəbbüsü ilə şərq aləmində ilk demokratik respublika quran Azərbaycan 1998-ci ildə ölüm cəzasını ləğv etdi. Bu, insan hüquq və azadlıqlarına dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsi idi. Ulu öndərin xarici siyasət strategiyasında parlamentin beynəlxalq əlaqələrinin inkişafı isə xüsusi yer tuturdu. Bu siyasətin məntiqi nəticəsidir ki, bu gün 15-ə qədər beynəlxalq təşkilatla əməkdaşlıq edən Azərbaycan parlamentində 70-ə qədər dostluq qrupu fəaliyyət göstərir. Milli liderimiz Heydər Əliyev Azərbaycan parlamentini həqiqətən xalqın istək və arzularını ifadə edən bir qurum kmi görmək istəyirdi. Və bu vəzifənin yerini yetirmə nümunəsini göstərirdi. Azərbaycan parlamentini dünya dövlətlərinin parlamentləri ilə münasibətdə ciddi tərəfdaş kimi görmək də ulu öndərin ən böyük arzularından idi. Bu gün artıq bu arzu və vəzifələr yerinə yetirilir. Azərbaycanın ali qanunverici orqanı ulu öndər tərəfindən qoylumuş bünövrənin üzərində inkişaf edir.

1991-ci ildə dövlət suverenliyinin bərpasından sonra Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu və sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın formalaşdırılması məqsədilə ictimai-siyasi və sosial-iqtisadi sistemin transformasiyası obyektiv zərurətə çevrildi. Bu dövrdən etibarən hökumət qarşısında: dövlət müstəqilliyinin möhkəmləndirilməsi; demokratik, hüquqi-dünyəvi dövlət qurulması; bazar iqtisadi sisteminə keçid; ölkənin ərazi bütövlüyünün təmin edilməsi; əhalinin təhlükəsizliyinin və sosial-iqtisadi rifahının yaxşılaşdırılması və s. bu kimi bir çox ciddi və taleyüklü vəzifələr qoyuldu.

Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.

Birinci dövrdə Azərbaycan Respublikasının qarşılaşdığı misli görünməmiş siyasi (1991-1993-cü illərdə siyasi vəziyyətin qeyri-sabitliyi), hərbi (Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkə ərazisinin 20%-i indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. Ermənistandan və Azərbaycanın işğal olunan ərazilərindən qovulmuş 1 milyondan çox azərbaycanlıların əksəriyyəti hələ də çadırlarda və yaşayış üçün yararlı olmayan yerlərdə yaşayırlar. Bu qaçqınların və məcburi köçkünlərin əksəriyyəti əmək qabiliyyətli olsalar da, faktiki olaraq onların çoxunun daimi iş yeri yoxdur, təsadüfi qazanclar və hökumətin verdiyi cüzi müavinətlər hesabına yaşamağa məcburdurlar) və iqtisadi (bu dövrdə keçmiş müttəfiq respublikalar arasında onilliklər ərzində formalaşmış qarşılıqlı mübadilə və istehsal-kooperasiya əlaqələrinin birdən-birə kəskin şəkildə pozulması nəticəsində istehsalın səviyyəsi xeyli aşağı düşdü, müəssisələrin əksəriyyəti öz fəaliyyətlərini ya məhdudlaşdırmaq, ya da dayandırmaq məcburiyyətində qaldılar, işçilərin kütləvi surətdə işdən azad edilməsi və əhalinin gəlirlərinin əsas hissəsini təşkil edən əmək haqqının səviyyəsinin real ifadədə aşağı düşməsi başlandı, inflyasiya prosesi sürətləndi. O dövrdə sosial gərginliyi azaltmaq üçün ölkə iqtisadiyyatının real imkanları nəzərə alınmadan əmək haqqının və sosial ödənişlərin yüksəldilməsi cəhdləri və çoxsaylı güzəştlərin tətbiqi isə inflyasiya prosesinin daha da sürətlənməsinə və hiperinflyasiyaya çevrilməsinə səbəb oldu) problemlər vəziyyəti ağırlaşdırmışdı.

Bu dövrdə Azərbaycan Respublikasında iqtisadi islahatlara qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasından başlanılmışdır. Liberallaşdırma prosesi 1995-ci ilə kimi ölkədə qiymətlərin kəskin surətdə qalxması ilə müşaiyət olunmuşdur. Belə ki, 1991-ci ildə istehlak mallarının qiyməti 1990-cı ilə nisbətən 2,07 dəfə artdığı halda, növbəti illərdə bu artım bir neçə dəfə sürətlənmişdir. 1992-ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən 10,12 dəfə, 1993-cü ildə 1992-ci ilə nisbətən 12,3 dəfə, 1994-cü ildə 1993-cü ilə nisbətən 17,63 dəfə artmışdır.

Bu dövr ərzində həyata keçirilən iqtisadi islahatların rəsmiləşdirilməsi baxımdan digər bir istiqamət kimi 1993-cü ildə təsdiq edilmiş ''Azərbaycanda Sahibkarlığın Inkişafı (1993-1995)'' adlı Dövlət Proqramını qeyd etmək olar. 1993-cü ilə qədər ölkədə sahibkarlıq sektoru istiqamətində ciddi islahatların həyata keçirilməməsi və sistemsiz epizodik tədbirlərin ardınca belə bir proqramın qəbul edilməsi və onun həyata keçirilməsinə başlanması bu sahədə nisbi uğurların əldə edilməsinə imkan yaratdı (ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların sayı çoxaldı, onların xarici iqtisadi fəaliyyəti genişləndi və s.).

Birmənalı olaraq qeyd etmək olar ki, iqtisadi inkişafın birinci mərhələsində aparılmış zəif islahatlar və kosmetik iqtisadi tədbirlər nəticəsində bütün iqtisadi indikatorlarda neqativ meyllər müşahidə olunmuşdur. Belə ki, 1991-ci ildə ümumi daxili məhsul (ÜDM) 2,7 milyard manat olmuş, 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5% azalmışdı.. Bunun nəticəsi olaraq əhalinin həyat səviyyəsinin ümumiləşdirici göstəricisi olan əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3.6 dəfə aşağı düşmüşdür. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi xeyli yüksəlmişdir. Belə ki, 1991-1995-ci illər ərzində iqtisadi fəal əhali içərisində məşğul əhalinin sayında azalma müşahidə olunmuşdur.

1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı üzrə əldə etdiyi real gəlirlərin səviyyəsi 5.7 dəfə azalmışdır. Bu hal iqtisadi tənəzzülü xeyli sürətləndirmiş və bu dövrdə inflyasiya özünün ən yüksək səviyyəsinə - hiper inflyasiya mərhələsinə qədəm qoymuşdur (1994-cü ildə inflyasiya səviyyəsi 1763.5 faiz olmuşdur). Belə ki, istehsalın kəskin şəkildə azalması, siyasi qeyri-sabitlik, müharibə, bazar elementlərinin kortəbii fəaliyyəti kimi iqtisadi proseslər və dövlət xərclərinin, əmək haqqı səviyyəsinin bir neçə dəfə artırılması, maddi vəziyyyəti ağır olan sosial təbəqəyə güzəştlər, düşünülməmiş pul-kredit, vergi-büdcə, maliyyə-bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından inflyasiyanı daha da sürətləndirirdi.

Ümumiyyətlə, iqtisadi tənəzzül dövrü adlandırdığımız 1991-1995-ci illərdə aparılmış sistemsiz iqtisadi islahatlar aşağıdakı neqativ hallara səbəb oldu: (I) maliyyə-bank sistemi iflic vəziyyətə düşdü; (II) büdcə kəsirinin ÜDM-ə nisbəti 1994-cü ildə 13 faizə çatdı; (III) bütünlüklə büdcə kəsiri Milli Bank tərəfindən maliyyələşdirildi ki, bu da pul kütləsinin həddindən çox artmasına səbəb oldu; (IV) 1992-1994-cü illərdə pul emissiyası əhalinin pul gəlirinin 40-45 faizini təşkil etdi; (V) 1992-1994-cü illərdə kredit həcminin ümumi daxili məhsula nisbəti 55-60 faiz təşkil etdi; (VI) 1994-cü ildə Milli Bankın faiz dərəcələri 250 faizə çatdı; (VII) 1992-ci ildə tədavülə buraxılmış milli valyuta - manat tezliklə qiymətdən düşməyə başladı və 1995-ci ilədək onun məzənnəsi Rusiya rubluna nisbətdə 9 dəfə, ABŞ dollarına nisbətdə isə 245 dəfə aşağı düşdü; (VIII) ölkədə inflyasiya özünün pik səviyyəsinə çatdı; (IX) 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azaldı; (X) 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun belə xarici sərmayə qoyulmadı; (XI) bu dövrdə əhalinin real pul gəlirləri kəskin şəkildə azaldı və s.

1993- cü ildən etibarən Azərbaycan Respublikasının mərhum Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, 1995- ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi r.islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdı

1995-ci ildən etibarən ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən birini də dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması təşkil etmişdir.

 Azərbaycanda sahibkarlığın təşəkkül tapması və inkişafı ümummilli liderin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir.

Müstəqil Azərbaycanın memarı Heydər Əliyev azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir. Bu da onu deməyə əsas verir ki, dahi öndərimizin həyata keçirdiyi iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və s. sahələrdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilmişdir.

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapmışdır. Bu sənədlər iqtisadiyyatın bütün sahələrini əhatə etməklə azad rəqabətin təmin olunmasına və iqtisadiyyatın dinamik inkişafına xidmət etmişdir.

Sahibkarlığın inkişafı istiqamətində 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrdən birinə çevirmişdir. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilmişdir.

Sahibkarlığın inkişafını şərtləndirən əsas amillərdən olan infrastrukturun formalaşdırılması sahəsində mühüm işlər görülmüş, sahibkarlara zəruri texniki yardım- məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar yaradılmışdır.

1993-cü ildən etibarən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin ilbəil sürətlə artması ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsidir. Xarici investisiyanın ölkəmizə cəlb olunması ümummilli lideri Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün olmuşdur. Ulu öndərin bu sahədə verdiyi tövsiyə və tapşırıqları əldə rəhbər tutaraq xarici investisiya haqqında təkmil qanunvericilik bazası yaradılmışdır. Xarici investisiyaların cəlb olunması və qorunması istiqamətində atılan addımlar Azərbaycanla müxtəlif ölkələr arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin təsdiq edilməsi ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafında dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolu olmuşdur. Məlum olduğu kimi, 1996-cı ildə, yəni iqtisadi canlanmanın vüsət aldığı dövrdə nəzarət işləri ilə məşğul olan dövlət orqanlarının fəaliyyəti ümumilikdə respublikanın iqtisadi böhrandan çıxmasında subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir və çox vaxt sahibkarlığın inkişafına süni maneçilik törədirdi. Bu səbəbdən də qeyd etdiyimiz problem müdrik siyasətçi Heydər Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş və qısa bir müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdı. İlk addım kimi ölkə prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli «İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə» Fərman imzalanmışdır. Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarəti mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. Fərmanın təsdiqindən bir

müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmış, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir sıra halların qarşısı alınmış, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsindəəyyən tədbirlər həyata keçirilmişdir.

Bütün bunlarla yanaşı, hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılmaması və iqtisadiyyatın inkişafı dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmasını zəruri edirdi. Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə halları ilə mübarizənin gücləndirilməsi məqsədilə ölkə prezidenti tərəfindən 7 yanvar 1999-cu il tarixli «Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında» Fərman təsdiqlənmişdir. Bu sənədin tələblərindən irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icrası məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmış və qısa bir zamanda bu sahədə mühüm irəliləyişlər əldə olunmuşdur.

Ötən müddət ərzində dövlət nəzarətinin tərkib hissəsi kimi iqtisadi nəzarət sisteminin mühüm həlqələrindən biri olan maliyyə nəzarəti sahəsində də ciddi dəyişikliklər baş vermişdir. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlətimiz iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək, dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük vermişdir ki, bunlardan da biri səmərəli maliyyə nəzarəti, o cümlədən vergi nəzarəti sisteminin tətbiqi olmuşdur. Bu məqsədlə vergi orqanları tərəfindən aparılan vergi yoxlamaları əsaslı təhlil olunmuş və burada mövcud boşluqlar aşkar olunaraq onların aradan qaldırılmasına dair müvafiq dəyişikliklər edilmişdir. Bu dəyişikliklər səyyar vergi yoxlamalarının dövrilik prinsipinə əsasən yox, qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsız vergi ödəyicilərində aparılmasını nəzərdə tutmuşdur. Eyni zamanda, aparılan yoxlamaların keyfiyyəti və səmərəliliyinin artırılması, əsassız yoxlamaların qarşısının alınması məqsədilə müvafiq tələblər və metodiki göstərişlər hazırlanmışdır.

Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanmış, onlarla mütəmadi görüşlər keçirmiş və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırmışdır. Belə görüşlərə nümunə kimi 2002-ci ilin aprel-may aylarında yerli və xarici iş adamları ilə keçirilən görüşləri göstərmək mümkündür. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi avqust-sentyabr aylarında imzalanmış çox mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.

Qeyd olunan sənədlərdən irəli gələn məsələlərin həlli ilə bağlı 2002-ci ilin sonundan etibarən Vergilər Nazirliyinin strukturunda əsaslı dəyişikliklər edilmiş, geniş miqyaslı kadr islahatları aparılmış, respublikanın 60 şəhər və rayon Vergilər İdarələrinin ləğv edilmiş, daha müasir və səmərəli struktur formalaşdırılmışdır.

Sahibkarlığın inkişafında süni maneələrin qarşısının alınması, onların fəaliyyətinə lüzumsuz müdaxilələrə son qoyulması və vergi ödəyicilərinin qanuni mənafelərinin qorunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını əldə rəhbər tutaraq Vergilər Nazirliyi tərəfindən Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi barədə təkliflər hazırlanmış və həmin təkliflər 1 yanvar 2003-cü il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Həmin Qanunda vergi orqanları tərəfindən vergi ödəyicilərinin bank hesabları üzrə əməliyyatlarının məhkəməsiz dayandırılması barədə müddəa ləğv edilmiş, bank hesablarından vergilərin dövlət büdcəsinə alınması proseduru təkmilləşdirilmiş, vergi orqanlarına gəlmədən hesabatların təqdim edilməsi təsdiq olunan hər hansı üsulla, o cümlədən rabitə təşkilatlarına təqdim edilməsi qaydası müəyyənləşdirilmiş, sadələşdirilmiş verginin tətbiqi bazası daha da genişləndirilmiş və son nəticədə kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli vergitutma mexanizmlərini özündə birləşdirən daha optimal bir sistem yaradılmışdır.

Eyni zamanda, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı digər qanunvericilik aktlarında da təkmilləşmələr aparılmışdır. Belə ki, «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» Azərbaycan respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirilmişdir. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirilmiş, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilmiş, lisenziyaların müddəti 2 ildən 5 ilədək uzadılmışdır.

Qeyd olunanlar ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasında azad sahibkarlığın və bazar iqtisadiyyatı prinsipləri əsasında rəqabət mühitinin formalaşdırılması sahəsində gördüyü işlərin çox cüzi hissəsini təşkil edir. Bu tədbirlər qısa zaman kəsiyində öz müsbət təsirini göstərmiş və özəl sektorun həm ümumi daxili məhsulda, həm də büdcə gəlirlərində xüsusi payı artmışdır.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın kəndlilərə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı.

Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmini məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara müddətli vergi tətillərinin verilməsinə başlandı. Bununla yanaşı, kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad edildilər.

Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi. Bütün qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində aqrar bölmədə özəl sektorun xüsusi çəkisi bu gün demək olar ki, 100%-ə çatmışdır.

Bununla yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və müvafiq dövlət proqramları təsdiq olundu.

Özəlləşdirmənin başlıca məqsədlərini, dövlət proqramlarında təsbit olunduğu kimi, təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması təşkil etmişdir.

Keçid mərhələsində həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsinə başlanıldı.

Eyni zamanda, ölkədə sahibkarlığın inkişafı üçün zəruri tədbirlər görüldü.

Sosial sahədə mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə əhaliyə göstərilən xidmətlərin, xüsusilə təhsil və səhiyyə xidmətlərinin həcminin, keyfiyyətinin və ünvanlılığının artırılması istiqamətində köklü islahatlara başlandı.

Bu dövrdə görülən işlər içərisində Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradılması xüsusi qeyd edilməlidir. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir.
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə