FaküLTƏ : Bİm kafedra : “Gömrük işinin təşkili”




Yüklə 220.88 Kb.
səhifə1/3
tarix10.04.2016
ölçüsü220.88 Kb.
  1   2   3
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Üniversiteti

FAKÜLTƏ : BİM

KAFEDRA : “Gömrük işinin təşkili”



Kurs işi

Mövzu: “Gömrük ekspertizasının texnalogiyası”
Qrup: 664
Kurs: III
Tələbə: Məmmədli İbrahim
Rəhbər: i.e.n.,Z.A.Şəkərəliyeva
Kafedra müdiri: prof.A.Ş.Şəkərəliyev



Bakı-2008


Plan:


Giriş:

1.Gömrük ekspertizasının məqsəd və vəzifələri,onun əsas növləri

2.Azərbayacn Respublikası Dövlət Gömrük Komitəsi sistemində ekspertiza fəaliyyətinin təşkili.

3.Müxtəlif növ gömrük ekspertizalarının təşkili və aparılması.


Nəticə və təkliflər


Ədəbiyyat siyahısı.


Giriş.
Gömrük ekspertizası respublikamızda dinamik sürətdə həyata keçirilən, ölkəmizin daxili və xarici iqtisadi maraqlarının qorunması ,bazar münasibətlərinin formalaşması şəraitində siyasi və sosial-iqtisadi islahatların reallaşdırılması məqsədilə istiqamətlənmiş sosial-hüquqi ,iqtisadi, təşkilati və digər genişmiqyaslı tədbirlər sistemindən ibarətdir.

Bu siyasət dövlətimizin xarici və daxili siyasətinin tərkib hissəsi olub ,ölkə iqtisadiyyatının iqtisadi suverenliyinə təminata və bu iqtisadi suverenliyin təhlükəsizliyinin mühafizəsinə -daxili bazarın qorunmasına ,inhisarçılığa qarşı əks tədbirləri görməyə, inflasiyanın qarşısını almağa , xarici sərmayələrin cəlb olunmasına ,ixracı təşviq etməyə , xarici iqtisadi fəaliyyət və s .məsələləri həll etməyə xidmət edir.

Məlumdur ki, ümumilikdə gömrük sistemi çoxfunksiyalı orqanlar və mürəkkəb maliyyə kompleksindən ibarət bir struktur vahiddir.Elə bu aspektdən də o, çoxfunksiyalı olmaqla , respublikanın iqtisadi sərhədini mühafizə edir.Bu kompleks isə spesifik və nadir struktur vahidlərindən və formaca müxtəlif olsalar da , məzmunca vahid siyasətin –gömrük siyasətinin həyata keçirilməsinə xidmət edir.

Məhz gömrük orqanları sistemində bu siyasətin reallaşdırılmasında iştirak edən əsas struktur vahidlərindən biri də gömrük ekspertizasının həyata keçirən gömrük laboratoriyasıdır.Gömrük laboratoriyaları gpmrük siyasəti baxımından gömrük məqsədilə ekspertizalar aparır və bu ekspertizalar digər ekspertiza növlərindən öz spesifikliyi ilə fərqlənir.

Məlumdur ki ekspertiza xüsusi biliyə malik olan şəxslər tərəfindən müəyyən bir sahədə qarşıya qoyulmuş məsələnin tədqiqatı deməkdir.Ekspertlər isə məhdud bir sahənin geniş bilik sahəsinə malik olan mütəxəsisləridir.Bu baxımdan gömrük işi sahəsində tədqiqatçılar –ekspertlər öz spesifikliyi ilə fərqlənirlər.Belə ki hər şeydən əvvəl onlar məhdud bir sahənin geniş bilicisi olmaqla ,gömrük işini hərtərəfli bilməlidirlər.

Qeyd etmək lazımdır ki, hər bir fərd ayrı-ayrılıqda kimyaçı ,fizik, bioloq ,əmtəəşunas və s ola bilər,lakin gömrük işi sahəsində -gömrük kimyaçısı ,fiziki və s.sahələr üzrə gömrük işçisi olmaq, onun tələblərinə cavab vermək üçün xüsusi hazırlıq və öz üzərində daim çalışmaq tələb edir.Digər tərəfdən isə ensiklopedik biliyə malik olmaqla,müasir ekspress-analiz metodlarını öyrənməyi tələb edir.

Kurs işimin mövzusuna uyğun olaraq aşağıda Azərbaycan Gömrük sistemində ekspertiza fəaliyyətinin təşkili, müxtəlif ekspertizaların növləri barədə ətraflı məlumat verecəm.

1.Gömrük ekspertizasının məqsəd və vəzifələri,onun əsas növləri

Gömrük məqsədləri ilə bağlı çoxsaylı ekspertizalar aparılır. Ekspertizanın mahiyyətini daha aydın qavramaq ,təyinatını və həyata keçirilməsini metodikasını başa düşmək üçün ,fəaliyyətin bu növünə aid olan bir neçə nəzəri qaydalarla tanış olmaq məqsədəuyğun olardı.

Ekspertiza-elmin müəyyən sahələrində xüsusi bilik tələb edən hər hansı məsələnin ekspert (latınca exrertus sözündən olub təcrübəli deməkdir.) tərəfindən tədqiq edilməsidir.Ekspert tədqiqatının özəlliyi əvvəlcədən dəqiq müəyyənləşdirilmiş suallara, bir qayda olaraq,qısa vaxt ərzində və aydın cavab verməkdir.Ekspert tədqiqatı qoyulmuş bütün suallara hərtərəfli və müəyyən olunmuş qaydalar üzrə hazırlanmış yazılı rəylə yekunlaşır.Ekspert rəyindən müxtəlif sahələrdə yaranmış mübahisəli məsələlər və ya problemlər üzrə əsaslandırılmış qərar qəbul etmək üçün istifadə olunur.

Elmi ekspert tədqiqatı aparılarkən ,əsas tapşırığı lazımi qaydada icra etmək üçün üsul və vasitələri ekspert tərəfindən sərbəst seçilir.Dünyada müxtəlif təyinatlı v tədqiqat predmetli çoxlu sayda ekspertizalar mövcuddur.Onların köməyi ilə fərqli tədqiqat metodlarından istifadə etməklə ,müxtəlif obyektləri öyrənirlər və əhəmiyyətinə görə ayrı-ayrı tapşırıqları icra edirlər.Ümumi olaraq onlar üçün son məqsəd –həqiqətin müəyyən edilməsidir.Ekspertizaları müxtəlif əlamətlərə görə sistemləşdirmək və təsnifatlaşdırmaq mümkündür.

Məqsədinə görə ekspertlər 2 qrupa bölünür.

1 Məhkəmə xarakterli.

2.Qeyri-məhkəmə xarakterli.

Ekspertizalar elm sahələri və ya fəaliyyət dairələri üzrə (elmi praktiki elmlər sahəsi ) sistemləşdirilir.Bu meyarlar üzrə ekspertizları aşağıdakı siniflərə ayırırlar.hərbi,siyasi,sosioloji ,texniki ,iqtisadi ,kriminalistik,tibbi, incəsənətşünaslıq ,əmtəəşunaslıq,ekoloji və s.Hər bir elm sahəsinin özünəməxsus nəzəri bazası hüquq əsaslar toplusu formalaşdırılır.

Hər bir sinif aşağıdakı ümumi əlamətlərə səciyyələnən müxtəlif növ ekspertizaları özündə birləşdirə bilər.

-predmetinə görə.

-obyektinə görə

-metodikasına görə.

-ekspert tədqiqatlarının tapşırıqlarına görə.

Öz növbəsində ,eskpertizanın çeşidi daxilində çeşidin bir və ya bir neçə əlamətinin dəyişməsini təyin edən növ və yarımnövlər ayrılır. Məsələn,əgər malın texniki ekspertizasında müxtəlif obyektlər və əşyalar todqiq olunur, müxtəlif tapşırıqlar verilir və ya fərqli metodikalardan istifadə olunursa ,onda malın texniki ekspertizasının müxtəlif növ və yarımnövləri alınır.

Növbəliliyinə görə ekspertizalar ilkin və təkrar həll olunan tapşırığın miqyasına görə əsas və əlavə tədqiq olunan obyektlərin miqdarına görə azobyetkli və çoxobyektli ekspertizanı aparan ekspertlərin sayına və onların iş üsullarına görə tək və kollektiv və s.bölünür.

Gömrük ekspertizası –müxtəlif ekspertizalara aparılmasını tələb edən,fiskal nəzarət ,iqtisadi,hüquq-mühafizə ,statistika və müdafiə xarakterli gömrük işlərinin tapşırıqlarını həll etmək məqsədi ilə ekspertlər tərəfindən aparılan, xüsusi elmi-təcrübi tədqiqatlardır.

Əsaslı ekspertizanı təyin etmək üçün ,gömrük orqanının əməkdaşı,müvafiq ekspertizanın aparılmasının nəzəri və təcrübi əsaslarını mütləq bilməlidir.(onun predmetini ,obyektlərini,tədqiqat metodikasını ,imkanlarını və s.)

Gömrük eskpertizasını ekspertizanın xüsusi sinfinə aid etmək olar.Çünki onun predmet,tapşırıq obyekt və tədqiqat metodu kimi özəl xarakterli əlamətləri vardır.

Gömrük ekspertizasının obyektləri dedikdə aşağıdakı maddiləşmiş məlumat mənbələri başa düşülür.

a) gömrük sərhəddindən keçən mal və əşyalar, habelə onlardan tədqiqat üçün götürülmüş prob və nümunələr.

b)qaçaqmal obyektləri və gömrük qaydalarının pozulması.

c)gömrük rəsmiləşdirilməsində və gömrük nəzarətində istifadə olunan, müxtəlif çeşidli mal müşayiəti sənədləri (gömrük ,normativ hüquqi, maliyyə və s.)

Gömrük ekspertizasının predmetinə gömrük işinin həm ümumi problemlərini ,həm də gömrük nəzarəti ardıcıllığının konkret şərait və faktlarını aid etmək olar.Bunların içərisində daha vacibləri aşağıdakılardır.

1.Gömrük nəzarəti obyektinin təyinatı,vəziyyəti və növünün müəyyənləşdirilməsi.

2.Xarici İqtisadi Fəaliyyət Əmtəə(Mal ) Nomenklaturasına uyğun malların təsnifatı.

3.Malların keyfiyyət göstəriciləri (markası,cinsi,növü ,məlumatın təbii olması və s.) xarakterli (lisenziyalılığı ,aksizliliyi ,ikiqat təyinatlılığı ),mənşə ölkəsi ,hazır məhsulun çıxış norması və onda olan xammalın identifikasiyası əsasında,onların gömrük dəyərini və bazar qiymətini (dəyərini ) təyin etmək.

4.narkotik və psixotrop maddələrin identifikasiyası.

5.qiymətli daş-qaşların ,əntiq malların, muzey eksponatlarının və sairin dioqnostikası.

Bundan əlavə ,qaçaqmalçılığa və gömrük hüquq pozuntularına qarşı mübarizə prosesində operativ işçilər tərəfindən irəli sürülən bəzi məsələlər də gömrük ekspertlərinin apardığı xüsusi sinif ekspertizalarla –kriminalistik,iqtisadi ,əmtəəşunaslıq,hemmoloji və s həll edilir.

Gömrük ekspertizası yolu ilə həll edilə bilən əsas tapşırıqları aşağıdakı kim qruplaşdırmaq olar.

1.)götürülmüş nümunələr ,ayrı-ayrı hallarda isə izlər əsasında obyektlərin oxşarlığı əsasında onların identifikasiyasına istiqamətlənmiş məsələlər.Buraya götürülmüş prob və nümunələr əsasında malların adının XİF ƏN-ə uyğunluğunun ,keyfiyyətinin ,istehsal olunduğu ölkələrin müəyyənləşdirilməsi və s. aid etmək olar.

2.)diaqnostik-hadisənin formalaşma (əmələ gəlmə) mexanizmi, yaranma səbəbləri, hərəkətin ardıcıllığı ,üsulları və s.Buraya texnoloji ekspertizaları ,çıxış normalarının təyini ,xammal mənbələrini və daxil etmək olar.

3.) ekspert profilaktikası-gömrük qanunvericiliyinin pozulması və cinayətlərin törədilməsinin əmələ gəlmə səbəblərinin araşdırılması ,habelə onların aradan qaldırılması üzrə tədbirlərin hazırlanması.Buraya gömrük tarifində kriminal təhlükəli mal pozisiyalarının ola biləcəyini proqnozlaşdırmağı,nümunələrin toplanması təcrübəsini və saxtakarlığın tədqiq olunmasını da aid etmək olar.

Gömrük ekspertizasının əsas növləri.

Tədqiqat obyekti bilavasitə mallar olan gömrük ekspertizasının əsas növləri ilə tanış olaq.Bu dərslikdə kriminalistik ekspertiza prosesi ilə tədqiq olunan və obyekti sənədlər olan ekspertizadan heç bir söhbət getməyəcəkdir.

Qeyd etmək lazımdır ki, gömrük eskpertizaları ekspert qarşısında qoyulan tapşırıqların məsuliyyətindən asılı olaraq müxtəlif növlərə bölünürlər.Lakin bəzi hallarda bir ekspertiza qarşısında qoyulan tapşırıqları həll etmək üçün,başqa ekspertizanın predmeti olan məsələyə da toxunmalı olursan.Məsələn Təsnifat ekspertizası aparılarkən ,bir qayda olaraq,ilkin mərhələdə identifikasiya məsələləri,sonuncu mərhələdə isə materialşünaslıq və ya kimyəvi ekspertiza məsələləri həll edilir.

Malların bu və ya digər dərəcədə tədqiqi ilə əlaqədar olaraq ekspertizaları aşağıdakı növlərə ayırmaq olar.

1.eyniləşdirmə ekspertizası.

2.texnaloji ekspertiza

3.təsnifat ekspertizası

4.malın mənşə ölkəsinin təyini

5.əmtəəçilik ekspertiza

6.malların gömrük dəyərinin təyini

7.materialların ekspertizası

İdentikifasiya ekspertizası.Ekspert qarşısında sual qoyulur, ekspertizanın obyekti olan mal necə adlanır? Bildiyimiz kimi,gömrük sərhədindən keçən çoxsaylı malların içərisində heç də həmişə tanıdığımız mallar olmur.Belə ki, bəzi malların xarici görünüşü (məsələn xammalların növü,yarımfabrikatlar və s.)onun mahiyyəti haqqında çox az məlumat verir.Odur ki, malın tərkibinı və təyinatını müəyyənləşdirmək üçün xüsusi tədqiqat aparmaq, daha doğrusu ,ekspertiza tələb olunur.İdentifikasiya (latınca,identificare sözündən olub eyniləşdirmək deməkdir.)-iki obyekt arasındakı oxşarlıqların müəyyən edilməsidir.Naməlum malın identifikasiyası isə hər hansı bir məlum malla oxşar xüsusiyyətlərin tapılmasıdır.Bu zaman məlum malın maddi obyetk şəklində orada olması o qədər vacib deyildir.Çünki əslində həmin məlum və naməlum malları tutuşduraraq onların çox oxşar əlamətlərini müəyyən etməklə ,onları eyniləşdirir.

Malların identifikasiyası dəqiqləşdirmənin səviyyəsindən asılı olaraq,hətta detallaşdırma səviyyəsində də həyata keçirilə bilər.Belə ki, malın təsvirini ardıcıllıqla dəqiqləşdirməklə ,daha xırda detalları tədricən identifikasiya emək olar.Məsələn,müxtəlif materialları identifikasiya edərkən,aşağıdakı keçid sxemindən istifadə etmək olar.

1.Metal-qara metal-tərkibində dəmir,karbon ,xrom,nikel və titan olan ərinti.Dəmirli ərintinin tərkibində Cr-18%,Ni-9%,Ti-1%,habelə IX 18 NT markalı paslanmayan polad vardır.

2.Parça-yun parça-poliefir,lifli yun parça-30% poliefir lifli yun parça-eni 1.5 metr olan 30% poliefir lifli yun parça-eni 1.5m və səthi sıxlığı 320\m² olan 30%poliefir lifli yun parça və s.

Gömrük işində identifikasiyanın xüsusi növ müxtəlifliyi –xüsusi razılığın (lisenziyanın ) verilməsi və gömrük ərazisində və ya ondan kənarda emal gömrük rejimlərində emal məhsullarındakı xammalları identifikasiya etmək üçün texnoloji ekspertiza aparılır.Belə hallarda hazır məhsulun emalı üçün gömrük sərhədindən göndərilən xammalın eyniləşdirilməsi müəyyən etmək tələb olunur.Bu cür xammalın eyniləşdirilməsini müəyyən etmək tələb olunur.Bu cür identifikasiyada normativ sənədlər daha dəqiq eyniləşdirmə tələb edir.daha doğrusu ,məhsulun məhz aparılan xammallardan hazırlandığı təsdiq olunmalıdır. Bir çox hallarda belə identifikasiya aparmaq mümkün olmur.

Texnoloji ekspertiza.Gömrük orqanı tərəfindən gömrük ərazisində və ya kənarda mal emalı üçün lisenziya rəsmiləşdirilərkən ,habelə belə lisenziyanın fəaliyyəti dövründə belə emal aparılarkən texnoloji ekspertiza həyata keçirilir.

Gömrük ərazisində malların emalı.-ölkənin gömrük ərazisində emal olunan xarici malların heç bir iqtisadi tədbir tətbiq olunmayan,geriyə aparılarkən idxal gömrük rüsumları və vergiləri qaytarılan gömrük rejimidir.

Baxılan gömrük rejiminə tətbiq olunan əsas ifadələrlə tanış olaq.

-Azərbaycan malları-mənşə ölkəsi AR olan və ya AR ərazisində sərbəst dövriyyə üçün buraxılmış mallar.

Emal məhsulları-emal üçün gətirilmiş malların və istifadə olunmuş Azərbaycan mallarının emal olunması nəticəsində alınmış və özündə əmtəə məhsullarını ,istehsal tullantılarını ,habelə istehsal itkilərini birləşdirən mallardır.

Gömrük ərazisində emal gömrük rejimində ,Azərbaycana idxalı qadağan olunmuş mallar yerləşdirilə bilməz.

Əmtəəlik malların emalı üçün aparılan identifikasiyanın əsas məqsədi,emal əməliyyatı nəticəsində malın məhz həmin əmtəələrdən emal olunduğunu müəyyən etməkdir.Bu məqsədlə aşağıdakı identifikasiya metodlarından istifadə olunur.

1).lisenziyada göstərilməyən mallardan istehsal prosesində istifadə olunmaması üçün,gömrük təminatı kimi texnoloji istehsal xətlərinin yerləşdiyi tikililərə plombların vurulması.

2).mallar haqqında məlumatlara gömrük orqanının vəzifəli şəxsləri tərəfindən möhür və ştampların vurulması.

3).emal üçün əvvəlcədən götürülmüş mal nümunələrinin son məhsulla tutuşdurulması.

4).emal üçün malların təsviri, olnarın şəklinin çəkilməsi,mövcud markalanmalardan istifadə olunması və s.

Göstərilən metodların heç birinin tətbiq oluna bilmədiyi halda müraciət edən öz metodunu təklif edə bilər,gömrük laboratoriyası isə ondan istifadə edilə bilməsi yollarını araşdırmalıdır.

Əmtəəlik məhsulun çıxış nomrası daha çox istehsal prosesində doğranan materiallara görə təyin olunur.Bu cür məmulatlara toxuculuq, ayaqqabı,xırdavat (çanta ,pul kisəsi və s.) və başqaları aiddir.Belə halda məlum sayda ilkin materiallardan alınan hazır məhsulların sayı yoxlanılır.Bütün hallarda əmtəəlik məhsulun çıxış norması həm emalın material balansı ilə ,həm də istifadə olunan texnologiyaya görə material balansının ayrı-ayrı komponentlərinin əsaslılığı ilə yoxlanılır.

Gömrük ekspertizasının aparılması prosesində əmtəəlik məhsulun çıxış norması birbaşa hesablama yolu ilə də həyata keçirilə bilər.Belə ki, toxuculuq sənayesində avtomatlaşdırılmış metodikanın tətbiq edilməsi nəticəsində ,kompüter vasitəsilə lazım olan parçanın miqdarı birbaşa hesablanır.

Təsnifat ekspertizası Bu gömrük ekspertizasında ən mürəkkəb və məsuliyyətli ekspertiza sayılır.Ekspertizanın mürəkkəbliyi ondan ibarətdir ki, bir qayda olaraq,bütün malları identifikasiya etmək,lazım gəldikdə bəzi malların material sınaqlarına belə həyata keçirmək tələb olunur.Bu isə XİF ƏN-nin məlum tələbləri işləməyi vacib edir.

Təsnifat ekspertizasının əsas məqsədi ,təqdim olunan malın əmtəə pozisiyası və subpozisiyası,daha doğrusu ,malın kodunu təyin etməkdir.Hər iki anlayış eyniyüklüdür.və qarşılıqlı əvəzlənəndir.

Aşağıda tamamilə XİF ƏN-lə uzlaşan Hormonikləşdırılmış sistem (HS) üzrə (bu barədə 6-cı mövzuda geniş məlumat veriləcəkdir.) təsnifatın əsas icra qaydaları verilmişdir.

HS-beş detallaşdırma səviyyəsinə malikdir.

1.Ali-sənaye sahələri üzrə malları qruplaşdırana –bölmə.Məsələn,1 bölmədə -diri heyvanlar və heyvandarlıq məhsulları,IV-bölmədə -yeyinti sənayesi məhsulları,V-bölmədə- mineral maddələr,VI bölmədə -kimya sənayesinin məhsulları birləşdirilmişdir.

2. qruplar-buraya mallar ,hazırlandığı materiala (məsələn,10-cu qrup-dənli bitkilər ) yerinə yetirdiyi funksiyaya (məsələn,92ci qrup-musiqi alətləri) emal dərəcəsinə görə detallaşdırılır.(11-ci qrup unüyütmə-yarma sənayesi məhsulları.)19 cu qrup unlu və qənnadı məmulatları) görə daxil edilmişdir.

3.mal mövqeyi –bu səviyyədə mallar daha spesifik əlamətlərə görə detallaşdırılır.(məsələn 10 qrupda dənli bitkilər ,buğda ,çovdar ,arpa və s.mal mövqelərinə ayrılır.)

4-5) bir və ikidefisli mal submövqeyi (subpozisiya )-daha kiçik detallaşdırma meyarlarından istifadə olunan mallar (məsələn,4-cü qrupa daxil olan süd və qaymaq yağlılıq dərəcəsinə görə detallaşdırılır.

HS- də mallar arasında fərqləndirmə aparmaq üçün iki əsas ölçü vahidindən (kriteriya )istifadə olunur.

1.malın hazırlandığı materiala görə.

2.həmin malın yerinə yetirdiyi funksiyaya görə.

Hər iki ölçü vahidi həm birlikdə,həm də ayrı-ayrılıqda tətbiq oluna bilər.Məsələn,içkilərin təsnifatı zamanı ancaq onların hazırladığı materialın adı nəzərə alınır-mineral sular-mal mövqeyi 2201, pivə 220 300,şərab -2204 və s.Fotokameraların (mal mövqeyi 9006) və qol saatlarının (mal mövqeyi 9101) təsnifatı zamanı isə,əksinə ,ancaq onların funksional xüsusiyyətləri alınır.

HS ticarət dövriyyəsində olan bütün malları əhatə edir.Bununla yanaşı ,ticarət dövriyyəsində nisbətən böyük həcmə malik olan mallar üçün HS nomenklaturasında (nomenklatura latınca “nomenklatura sözündən olub siyahı ,adların siyahısı deməkdir.)xüsusi nəzərdə tutulmuşdur.Məsələn 0701 mal mövqeyi (təzə və soyudulmuş )

Əlavə mal mövqeyi,funksiyalarına görə təsnifatlaşdırılmış mal qruplarında da mövcuddur.Belə ki 65-ci qrup “baş geyimləri və onların hissələri “ adlanır.Bu qrupda 6505 mal mövqeyi “zənbil” mal mövqeyidir.

Beləliklə zənbil mal mövqeyindən istifadə olunması ,tam əmin olmağa imkan verir ki, Harmonik Sistemin əhatə edə bilmədiyi heç bir mal əmtəə qalmamışdır.

Bölmələrə və qruplara edilən qeydlər mal mövqelərinin ,”təsir dairələrinin “ mümkün dəyişkənliyi ilə bağlıdır.Bu qeydlər,müxtəlif mal mövqelərinin arasındakı fərqlərin dəqiq sərhədini aparmağa və onların önümliyini təyin etməyə imkan verir.Bəzi hallarda bu qeydlər malların təsnifat xüsusiyyətlərini belə eks etdirir.Məsələn 9-cu qrupdakı I qeyd –müxtəlif məhsulların qatışığı ,94-cü qrupdakı m 3 a və 3 b qeydləri –malların hissələri ,95-ci qrupdakı 3-cü qeyd malın hissə və avadanlıqları və s.

Malın mənşə ölkəsinin təyini.Əsas məqsədi –Azərbaycanın gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların tarif və qeyri-tarif tənzimləmə tədbirlərini həyata keçirməkdir.Malın mənşə ölkəsinin təyin edilməsinin prinsipləri beynəlxalq təcrübəyə əsaslanır.Malın mənşə ölkəsinin müəyyən edilməsinin hüquqi əsasları “Gömrük tarifi haqqında “Azərbaycan Respublikasının Qanunu“ ilə təsbit edilmişdir.

Əmtəəçilik ekspertizası.-malın növünü,onun təyinatını ,vəziyyətini ,əsas istehlak xüsusiyyətlərini ,mövcud çatışmamazlıqlarını ,markasını ,cinsini və digər özəlliklərini təyin etmək üçün aparılır.Adətən,bu suallar malın təyinatı üzrə istifadəsi və onun satışını(realizasını )müəyyənləşdirərkən həll olunur.Bəzən əmtəəçilik ekspertizası qiymətləndirmə (dəyər ) ekspertizasının bir hissəsi olub,malın qiymətini təyin etmək üçün aparılır. Adətən gömrük məqsədi üçün malın topdansatış qiyməti səviyyəsində sərbəst bazar qiyməti təyin olunur.Sərbəst bazar qiyməti dedikdə,bir tərəfdən mala kifayət qədər tələb və təklifin olması, digər tərəfdən iqtisadi və inzibati məhdudiyyətlərdən kifayət qədər azad olması ilə xarakterizə olunan sövdələşmə qiyməti başa düşülür.

Sərbəst bazar qiyməti aşağıdakı hallarda təyin olunur.

1).gömrük qaydaları pozularkən.Bu həm qanun pozuntusunun ağırlığını müəyyən etməyə, həm də hüquqpozuntusuna görə cərimənin hesablanmasa lazımdır.

2).mal realizasiya edilərkən (satılarkən ).Dövlət mülkiyyətində olan mallar satilarkən .

3).Əlavə dəyər vergisinin miqdarı hesablanarkən,Malın ixracı zamanı,ixrac edənə ƏDV qaytarılarkən.

Malın bazar qiymətini təyin edərkən müxtəlif informasiya (məlumat )mənbələrindən istifadə edilə bilər.

-kataloqlardan və təşkilatlardan (istehsalçı və satıcı )qiymət vərəqlərindən

-sərgilərin və topdansatış yarmarkalarının materiallarından

-ayrı-ayrı mal qruplarının konyuktor və analitik məlumatlarından

-firmaların İnternet saytlarından və s.

Qiymətləndirmə ekspertizası aparılarkən ,malın sərbəst bazar qiyməti konkret region üzrə və müəyyən müddətə görə təyin olunur.Əmtəəçilik və qiymətləndirmə ekspertizası barədə zərgərlik məmulatlarının timsalında.



Malın gömrük dəyərinin təyini.

Gömrük dəyərinin müəyyən edilməsi sistemi

Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük qiymətləndirilməsi) sistemi gömrük qiymətləndirilməsinin beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərinə əsaslanır və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallara şamil edilir.

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

Malın gömrük dəyərini bəyanetmə

Gömrük dəyəri mal Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən deklarant tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir.

Gömrük ərazisinə gətirilən və həmin ərazidən çıxarılan malların gömrük dəyərinin bəyan edilməsinin qayda və şərtləri, o cümlədən bəyannamə forması Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilir.

Gömrük dəyərinin deklarant tərəfindən müəyyən edilməsi bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun olaraq həyata keçirilir.

Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə Azərbaycan Respublikasının gömrük orqanı nəzarət edir.

Məlumatın məxfiliyinin qorunması

Gömrük orqanı malın gömrük dəyəri bəyan edilərkən deklarant tərəfindən təqdim edilmiş məxfi xarakter daşıyan və kommersiya sirri olan məlumatları gömrük qiymətləndirilməsinin məqsədləri üçün istifadə edə bilər. Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında nəzərdə tutulan hallar istisna olmaqla, deklarantın icazəsi olmadan bu məlumatlar digər dövlət orqanları da daxil olmaqla üçüncü şəxsə verilə bilməz.

Məxfi xarakter daşıyan və kommersiya sirri olan məlumatların yayılmasına görə Azərbaycan Respublikasının gömrük orqanı və onun vəzifəli şəxsləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Deklarantın hüquq və vəzifələri

Deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti təyin oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.

Deklarant tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti yarandıqda deklarant gömrük orqanına Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq əmlak girovu qoymaq və ya müvəkkil bankın təminatını almaq şərti ilə bəyan edilən malın istifadə üçün ona verilməsi barədə müraciət edə bilər, yaxud keçirilən mal üçün Azərbaycan Respublikası gömrük orqanı tərəfindən gömrük qiymətləndirilməsinə uyğun olaraq gömrük rüsumları ödəməlidir.

Bəyan edilmiş gömrük dəyərinin dəqiqləşdirilməsi və ya Azərbaycan Respublikasının gömrük orqanına əlavə məlumatların təqdim edilməsi ilə bağlı xərclər deklarant tərəfindən ödənilməlidir.

Bu zaman gömrük qiymətləndirilməsi ilə əlaqədar olaraq malın gömrük rəsmiləşdirilməsi müddətinin uzadılması deklarant tərəfindən mal üçün rüsum ödənişinə möhlət almaqdan ötrü istifadə edilə bilməz.

Azərbaycan Respublikasının ərazisinə gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin qayda və şərtləri haqqında Əsasnamə

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə