Faktiki illik faiz dərəcəsinin hesablanması ilə bağlı Metodologiya




Yüklə 25.92 Kb.
tarix20.04.2016
ölçüsü25.92 Kb.
Faktiki illik faiz dərəcəsinin hesablanması ilə bağlı

Metodologiya
1.Faktiki illik faiz dərəcəsinin (FİFD) hesablanmasının riyazi metodologiyası



S borcalana verilən xalis kredit məbləği, yəni ayrılmış kredit və banka ödənilmiş cari tutulmalar arasındakı fərq;

k — pul axınının (ödənişinin) sıra nömrəsi;

 — pul axınlarının (ödənişlərinin) sayı;

 — Faktiki illik faiz dərəcəsi.

 — illik ödəniş intervalı

 — kredit müqaviləsi üzrə  pul axınlarının (ödənişlərinin) cəmi. İki istiqamətli pul axınları əks riyazi işarələrlə, yəni xaric olan pul axını “mənfi”, daxil olan pul axını isə “müsbət” işarələri ilə hesaba daxil edilir;

Qeyd: FİFD-nin bu düstur əsasında hesablanması ilə bağlı nümunələr sonda verilmişdir.

2. FİFD-nin hesablanması zamanı aşağıdakı ödənişlər nəzərə alınmalıdır:

2.1. Həcmi və ödəniş müddəti müqavilənin bağlanma anına bəlli olan aşağıdakı ödənişləri:



      1. kreditin əsas məbləği üzrə ödənişlər;

      2. kredit üzrə faizlər;

      3. kredit müqaviləsinin rəsmiləşdirilməsi üzrə komisyon xərclər;

      4. kredit hesabının açılması və aparılması (xidmət olunması) ilə bağlı xərclər, o cümlədən kreditin nağdlaşdırılma xərcləri;

      5. təminatın (girovun) saxlanılması ilə bağlı xərclər (tətbiq olunduqda);

      6. müqavilədə əks olunmuş sığorta və təminatın qiymətləndirilməsi xərcləri (tətbiq olunduqda və belə xidmətlər bankın müəyyən etdiyi şəxslər tərəfindən həyata keçirildikdə)

      7. Hər bir fərdi kredit üzrə bankın tətbiq etdiyi digər inzibati xərclər

3. FİFD-nin hesablanması zamanı nəzərə alınmayan ödənişlər:

3.1. kredit müqaviləsinin şərtləri ilə əlaqədar deyil, ölkə qanunvericiliyinin tələblərindən irəli gələn xərclər (məs. icbari sığorta, notarial xərclər və s.);

3.2. borcalanın kredit müqaviləsinin şərtlərinə əməl etməməsi ilə bağlı (məs. ödənişlərin gecikdirilməsinə görə cərimələr) xərclər;

3.3. həcmi və/və ya müddəti borcalanın qərarından və/və ya davranışından asılı olan, kreditin xidmət olunması üzrə müqavilədə nəzərdə tutulmuş ödənişlər (məs. kredit borcunun müəyyən və ya tam hissəsinin vaxtından əvvəl bağlanılması üzrə komisyon xərcləri);

3.4 Kredit kartları üzrə konvertasiya, əməliyyatların dayandırılması və bu kimi digər tutulmalar.

FİFD-nin hesablanması ilə bağlı nümunələr

Aşağıdakı misallar bankların təqdim etdiyi müxtəlif məhsullar üzrə faktiki illik faiz dərəcəsinin hesablanmasını əks etdirir və onları bir-birindən fəqrləndirən əsas elementləri əhatə edir.



Misal 1

Kredit müqaviləsinə əsasən verilmiş 6000 AZN məbləğində kredit 24 ay ərzində, nominal faiz dərəcəsi 9% olmaqla, bərabər şəkildə 274.11 AZN məbləğində borcalan tərəfindən ödənilir. Müqavilə bağlandıqda 60 AZN məbləğində komisyon xərclər ödənilir.

Bu zaman tənlik aşağıdakı kimidir :

6000 – 60 = 274.11 + 274.11  + ... + 274.11 

Tənliyin şərtlərinin ödənilməsi üçün X = 10.002769% təşkil edəcəkdir. Beləliklə, yuvarlaşdırıldıqdan sonra FİFD = 10.0%.

Misal 2

Kredit müqaviləsinə əsasən verilmiş 6000 AZN məbləğində kredit 24 ay ərzində, nominal faiz dərəcəsi 9% olmaqla, bərabər şəkildə 274.11 AZN məbləğində borcalan tərəfindən ödənilir. Müqavilə bağlandıqda borcalan 60 AZN məbləğində komisyon xərc və 10 AZN sığorta haqqı ödəyir.

Bu zaman tənlik aşağıdakı kimidir :

6000 – (60 + 10) = 274.11 +274.11 + ... + 274.11 

Tənliyin şərtlərinin ödənilməsi üçün X = 10.171285% təşkil edəcəkdir. Beləliklə, yuvarlaşdırıldıqdan sonra FİFD = 10.2%

Misal 3

Kredit müqaviləsinə əsasən verilmiş 6000 AZN məbləğində kredit 24 ay ərzində, nominal faiz dərəcəsi 9% olmaqla, bərabər şəkildə 274.11 AZN məbləğində borcalan tərəfindən ödənilir. Kreditin ödəniş müddəti ərzində (hal hazırda 24 ay) 60 AZN məbləğində komisyon xərc ödənilir.

Bu zaman aylıq ödəniş aşağıdakı kimidir :

 = 276.61

tənlik isə :

6000 = 276.61 + 276.61  + ... + 276.61 

Tənliyin şərtlərinin ödənilməsi üçün X = 9.906247 % təşkil edəcəkdir. Beləliklə, yuvarlaşdırıldıqdan sonra FİFD = 9.9 %.

Birinci misaldan fərqli olaraq, bu halda FİFD üzrə komisyon xərc kreditin ödəmə müddəti ərzində hissələrlə ödənildiyinə görə azalır.

Misal 4

Kredit müqaviləsinə əsasən verilmiş 6000 AZN məbləğində kredit 24 ay ərzində, illik nominal faiz dərəcəsi 9% və əlavə olaraq 10% həcmində ilkin ödəniş tələbi ilə kredit ayrılır. Müqavilənin bağlanması üzrə komisyon xərc 60 AZN təşkil edir.

İlkin ödəniş maliyyələşmənin hissəsi ola bilməz. Beləliklə, kreditin ümumi məbləği aşağıdakı kimi hesablanacaqdır:

9% həcmində təyin edilmiş borclanmaya əsasən aylıq kredit ödənişləri 246.7 AZN təşkil edəcəkdir.

Bu zaman tənlik aşağıdakı kimidir :

5400 – 60 =246.7 + 246.7 + ... + 246.7 

Tənliyin şərtlərinin ödənilməsi üçün X = 10.116038 % təşkil edəcəkdir. Beləliklə, yuvarlaşdırıldıqdan sonra FİFD = 10.1 %.

Misal 5

Maksimal məbləği 1000 AZN həcmində müəyyən edilmiş açıq tarixli kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə əsasən ümumi borc bağlanana qədər borcalan hər ay 100 AZN məbləğində ödəniş etməlidir. Müqavilənin bağlanması üzrə komisyon xərc 25 AZN təşkil edir.

Kredit müqaviləsinin açıq-tarixli olmasına baxmayaraq kredit şərtləri və ödəniş cədvəli əsasında kreditin 11 ay ərzində tam şəkildə ödənilməsinin mümkün olduğu müşahidə olunur.

Ödəniş cədvəlinə əsasən sonuncu ödənişin məbləği A11 = 55.77AZN təşkil edəcəkdir.

Bu zaman tənlik aşağıdakı kimidir :

1000 – 25 = 100+ 100  + ... +100  + 55.77 



Tənliyin şərtlərinin ödənilməsi üçün X = 15.396844 % təşkil edəcəkdir. Beləliklə, yuvarlaşdırıldıqdan sonra FİFD = 15.4 %.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə