F. H. Zeynalov




Yüklə 1.55 Mb.
səhifə8/19
tarix22.02.2016
ölçüsü1.55 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

V.3. İnsan dilinin formallaşması
Müasir kibernetik qurğuların hazırlanması bu elmin nəzəri və praktik səviyyəsindən asılıdır. Bu da ilk növbədə “düşünən” maşın­ların hazırlanması, insan və maşın və əksinə əlaqələrinin inkişafı səviyyəsindən asılıdır. Həm insanın əvəzinə əməliyyatları həyata keçirən maşınlar (kompyuter), həm də ətraf aləmlə davranmağı bacaran, xüsusilə insanın maşınla ünsiyyətini təmin edən qurğuların hazırlanması semiotikanın qarşısında duran mühüm vəzifələrdir. Ötən əsrin 60-cı illərində N.Yorkda yol hərəkəti qaydalarını nizam­layan avtomatlar o zaman insanlara möcüzə kimi gəlirdi. Onlar işıqforun işıqlarını maşın axınına müvafiq olaraq nizamlayırdı. Bu zaman qırmızı işıqda dayanan maşınların sayı əsas götürülürdü: qırmızı işığa birinci çatan avtomobildən sonra keçən vaxt və yaşıl işıqda keçən maşınların miqdarı. Bu şərtlərdən birini nəzərə almaqla işıqfor vaxtından əvvəl yaşıl və ya qırmızı işığa keçirdi. Göründüyü kimi, bu avtomat qurğu insanın davranışını xeyli asanlaşdırır. Bu avtomatlarda əməliyyatları konstruktor əvvəlcədən düşünüb quraş­dırıb. Məşhur riyaziyyatçı K.Şenon (1916-2001) belə bir təcrübə keçirib. O təkərləri maqnitləşən qurğuya siçan bağlayır və onu labirintin başlanğıcına qoyur. Siçan bir az aralıda qoyulan donuz piyini tapmalı idi. Birinci dəfə siçan dəlmə-deşiklərə girir, uzun yol keçir, ikinci və üçüncü dəfə isə siçan birbaşa piyin üstünə gedir.8 Deməli, təcrübə öz işini gördü. Deməli, maşın da qeyri-işarəvi davranışın təcrübəsinə əsaslanır.

İndi görək maşın dil işarələrinə reaksiya verə bilirmi?

Başqa sözlə, sual olunur: avtomat insan dililə idarə oluna bilərmi? Mühəndis Vensli fit çalmaqla “Telereks” cihazını hərəkət etməyə alışdırmışdı. O, tozsoranı və ya ventilyasiyanı elektirik işığı­na qoşub, pəncərəni açır, qapını örtür. Hələ 2-ci Dünya müha­ribə­sindən əvvəl San Fransisko və N.Yorkda Beynəlxalq sərgilərdə nümayiş etdirilən “Vestinhaus” firmasının robortları sözlü koman­daya əməl edirdilər. İngiliscə deyəndə “Stand up”, robot dururmuş, qalxırmış, “Now go” deyəndə gedirmiş, “stop” da isə dayanırmış.

Hətta bəzi robortlar ayrı-ayrı cümlələri deyirdi. O zaman vəzifə ondan ibarət idi ki, elə maşın yaradılsın ki, o, insan danışığını sintez eləsin. Əlbəttə, bu zaman elektirik dalğalarının mənbəyi, generator, insanın səs tellərini əvəz etməli, bir də nəfəsalma və nəfəsvermə prosesini nizamlamalıdır. Əlavə olaraq, ona rezo­nansları əvəz edən zolaqlı elektirik filtirlər qoşulmalıdır. Fərz edək ki, klaviaturaya bu və ya digər düyməni basmaqla siqnalın səviy­yəsini müəyyən etmək olar, belə ki, fonetik tərkibi aydın deyilən və eşidilən fonem ardıcıllığı yarana bilər. Bunu elektirik impulslar vasitəsilə də idarə etmək olar. Əlbət ki, səslərin, xüsusilə saitlərin keyfiyyəti arzu olunan səviyyədə öyrənilərsə, bu vəzifəni həyata keçirmək olar.

Digər tərəfdən, bu gün dinləyici avtomatlar quraşdırılır. Məsələn, diktofon-stenoqraf avtomatik olaraq danışılanı fonetik işarələrə çevirir, telefon danışığının mətnini yaradır. O, fonemləri və onların ardıcıllığını tanıyır, deməli, insanın eşitmə cihazının analo­qu yaradılır.

Deməli, maşın insana şifahi formada məlumat verir və ondan bu məlumatı qəbul edir. Beləliklə, məsələ hələ tam həll olunmasa da, onun həllinə yaxınlıq göz qabağındadır.

Yazılı dilin də insanın maşınla davranışında rolu çox böyükdür. Bunun yolu çox asandır. Qrafemlərin ardıcıl şəkildə kodlaşması buna yaxşı imkan verir. Xüsusilə qrafemlərin çap şəkli daha yaxşı izah oluna bilir. Fərz edək ki, bizdə kvadrat çəkilib, indi o kvadratı üstdən, ortadan və altdan qırıq-qırıq xətlə birləşdirək:
frame2
İndi bu kvadrata latın hərflərini yerləşdirək. Məsələn, P belə şəkil alacaq:


İndi kvadratda hər bir küncü içəridən və çöldən rəqəmlərlə işarələyək:

1 ----2----- 3

4 ----5----- 6

7 ----8----- 9


Bu kvadratda hər küncü işarə etmək istədiyimiz hərfin hər elementini 1, uyğun gəlməyəni isə 0-la göstərək. Onda F belə olacaq:
111

110


100
Düz xətt boyunca yazanda 111110100 ardıcıllığı alınacaq. Bu o deməkdir ki, F üçün 6 element vacibdir, yerdə qalan 4-ü isə əhəmiyyətsizdir.
1 —1 0---0

1 —1-----0

1 —1-----0
Deməli, latın əlifbasındakı hərflər 0 və 1 ardıcıllığı ilə verilə blər:
2 0

111010111 010101010 və s.


Özü də 1 elektirik impulsu, 0 isə onun yoxluğunu bildirir. O yer­də ki 1 var, oradan elektirik impulslar daxil olur, o- da impuls olmur. Elə televiziya və fototeleqrafda da bu prinsipdən istifadə olunur.

Elektirik impulslar elektron hesablama maşınına daxil olur və maşın hər hərfi impuls və 0-ların düzümünə görə tanıyır. Buna ikili loqarifm sisteminə əsaslanan tanıma deyilir. Deməli, 0,1, iki -10, 3-11, 4-100 və s. kimi qəbul edilir. Hərflərin tanınması elektron hesablayıcı maşında elektirik impulslarının və sıfırların sayına görə həyata keçirilir. Rəqəmlərin axırındakı işarə, məsələn, F-də 111110100 (axırıncı sıfır görünməsilə maşın həmin hərfi tanıyır).

Əlbəttə, burada yazı və şifahidə n qədər problem yaranır. Yazıda heç də hamı eyni cür yazmır, danışıqda da variasiya kifayət qədər böyükdür. Lakin yazılı və şifahi mətnlərin tam şəkildə tanınıb işlənməsi hələ də problem olaraq qalmaqdadır. Qeyd edək ki, hazırda xeyli alqoritmik proqram işlənib hazırlanıb (alqol, fortran, kobol və s.). Lakin insanın maşınla ünsiyyəti hələ də tam həll olunmayıb. İndi bu problem kibernetikanın ana səhifəsini təşkil edir.

Təbiidir ki, maşınlarda hissiyyat, emosiya olmur. Maşın konstruktorların yaratdığı mexaniki mexanizmdir. Onun emo­siyaları duyması və onlara müvafiq reaksiya verməsi üçün çox böyük vəsait, enerji və vaxt tələb olunur. Ola bilər ki, elə maşınlar yaradılacaq ki, onlar qorxunu, hədəni, sevgini hiss edib cavabllar versin. Ancaq bu gələcəyin işidir: ürək döyüntüsü, ağızın quruması, nəfəsin daralması kimi hissləri maşın yaşaya biləcəkmi? Yəqin ki, hə!

Anlam anlayış və təsəvvürlərdir. Onlar dil işarələrindən inten­sional (niyyətli, şüurlu) istifadəni təmin edir. Maşınlar subyektiv gerçəkliyi duymadıqları üçün, onlar anlam mənasına yaxın mənanı tuta bilmirlər, subyektiv aləmi dil vahidlərinə bağlamaqda acizdirlər. Yuxarıda gördüyümüz kimi, onlar maşınların yaddaşındakı impulslarla işləyir. Maşınlar anlam mənasından istifadə etməsələr, onların hərəkəti xaotik olardı. Məlumdur ki, maşınlar verilən komandaya uyğun hərəkətlər edirlər.

Maşın insanın təfəkkür fəaliyyətini modelləşdirə bilərmi? Bu sual indi hamını düşündürür. Bəli, mütəxəssislər buna müsbət cavab verirlər. Hazırki kibernetik qurğular bir çox əməliyyat apara bilir, teoremi həll edir, şahmat oynayır, bir dildən başqa dilə çevirir, şeir yazır, musiqi bəstələyir, bəstəkarlara əsərin orkestr həllini tapmaqda kömək edir və s.

Deməli, insanın fəaliyyət sahəsinə aid olan bir sıra əməliy­yatları kibernetik qurğu həll edə bilir.

İnsanın əqli fəaliyyətilə maşının bu tipdən elədiyi əməliy­yatlar arasında keyfiyyət fərqi var. İnsanın əqli fəaliyyəti ikinci siq­nal sistemi əsasında obyektiv aləmin inikası olan ayrı-ayrı element­lərin inkişafı sayəsində olur. Maşın isə daxil olan infor­masiyanı rəqəmsal əməliyyata çevirir. Məsələn, yazıda verilən informasiya rəqəmsala çevriləndə qrafemlərin yerində alfavitdə işarələrə uyğun seçilmiş rəqəmlər gedir.

Müasir riyazi məntiq deduktiv operasiyalarla konyun­ksiya (“və” bağlayıcısı), dizyunksiya (ya, ya da) və inkar (yox) əlaqələri riyazi yolla çoxaltma və toplama əməliyyatını həyata ke­çirə bilir. Bununla da rəqəmlər üzərində təfəkkür əməliyyatlarını riyazi operasiya kimi etmək mümkün olmuşdur. Konstruktorlar elə qurğu düzəldiblər ki, maşın əməliyyatı toplamanı bir neçə dəfə keçirilən əməliyyat kimi təqdim edir. Maşın həmişə düz sayır və düz eləyir. Odur ki, bizim düşüncəmizin məzmununu, mental prosesləri maşın hesablayaraq modelləşdirməyə çalışır. Bizim mental həyatımızda dil işarələri istirak edir, daxili nitqdə də. Ancaq kibernetik qurğu daxili nitqdən məhrumdur. Onlar özlərilə bizi kimi danışmırlar. Bizim sözlə göndərdiyimiz məlumatı kibernetik qurğu rəqəmlər şəklində kodlaşdırır. Burada rəqəmlər hökmranlıq edir, onu elektirik impulslar idarə edir. Düşüncə prosesini modelləşdirən maşında söz, eşidilən, deyilən özü-özünə danışılan nitq olmur.

İnsanın daxili nitqdə işlətdiyi dil vahidləri hissi xarakter daşıyan subyektiv obrazlarla bağlıdır. Hətta sintaktik sistemlərin qurulmasında istifadə olunan simvolları dilin təbii vahidlərilə bağlı götürür, onların anlam mənaları əqli obrazlarda reallaşır, çünki sintaktik sistem adi təbii dildə öz ifadəsini tapır. Maşın isə əqli obrazlardan yararlana bilmir, onun bütün operasiyaları maddi dəyişmələrə (elektirik impulslarının) əsaslanır. Deməli, maşın nəinki sözsüz, həm də obrazsız “düşünür”. Ancaq bu heç də maşına şübhə ilə yanaşmağa əsas vermir. Alınan nəticələr bəzən insanınkından da yüksək olur. Ona görə də maşın daha intensiv şəkildə insanın köməkçisinə çevrilir.

Deməli, kibernetik qurğu semiotikasız heç nə edə bilməz.

V.4. Fəslin ədəbiyyatı və qeydlər
1. V.F. Veysəlova . Uşaq dilinin formalaşması və inkişafı. ND, Bakı, 2002.

2. A.A.Ветров Göstərilən əsəri, s. 219.

3. R.O.Якобсон. Детский языk, афазия и общие звуковые законы. 1949-cu il almanca nəşrindən tərcüməsi, “Son söz” və “Şərhlər” filol.e.d.prof.F.Yadigarındır (Veysəllinindir). Bakı, 1993.

4. V.F.Veysəlova. Göstərilən əsəri, s.115.

5. A.A.Ветров. Göstərilən əsəri, s.219.

6. K.Бюлер. Очерк духовного развития ребенка. М., 1930, s. 64-65.

7. А.А.Ветров. Göstərilən əsəri, s.233.

8.P. Giro. Semantique. Paris, 1955

9. А.А.Ветров. Göstərilən əsəri, s.45.

10. Zeichen und System der Sprache. I. Bd.Veröffentlichung des 1. İnternationalen Symposiums “Zeichen und System der Sprache” vom 28.9. bis zum 2.10. 1959 in Erfurt. Berlin, 1961, s. 149-159.


VI. İşarə sistemlərinin

ümumi səciyyəsi

VI.1. İşarə situasiyaları haqqında


İşarə nədir? Əşya əlamət, hadisə, fakt, bunlar orqanizmə hissi təsir edən olduğundan işarə kimi çıxış edirlər. İşarə həmişə nəyinsə əvəzinə işlənir. Məhz başqasını əvəz etməklə işarə yaranır. Aşağıdakı misallara fikir verək.

Fərz edək ki, otaqda qutuda itə ət verilir. İt əti görən kimi siqnal verilir. Zənglə yem arasında bir şərti refleks yaranır. İt zəngi eşidib hərəkət edir, yemə cumur, onun obyekti yemdir, tapır yeyir, Zəngin funksiyası itə əşyanı göstərməkdir. Artıq zəng iti maraq­landırmır. Zəng yemin olmasına işarə edir.

İndi ikinci bir təcrübəyə keçək. Biz deyirik, /mənə su verin/, bizim müraciət etdiyimiz adam gedir, su qabını götürür şüşədən su töküb gətirib verir bizə. Birinci halla ikinci hal arasında müyyən oxşarlıq var. Sözlə oyadılan hərəkət sözə yox, müəyyən hərəkətə sövq edir, deməli, sözlər obyekt və predmetlərin özləri deyil, yalnız işarələyəndir. Sözlər də zəng kimi onlardan kənarda olan predmetə işarə edir, həmsöhbəti müəyyən hərəkətə sövq edir.

Üçüncü bir təcrübə isə tısbağa üzərində aparılıb. İngilis mü­həndisi U.Qreem sübut edib ki, tısbağada da şərti refleks oyatmaq olar. Tısbağanın qabağında maneə yaradılır, o, maneyə rast gələn, kimi geri qayıdır. Ancaq maneyəyə toxunanda fit çalınır. Bir neçə dəfə təkrar fit çalınandan sonra tısbağa hər dəfə fit çalınanda geri çəkilir. İndi artıq fit yox, maneə tısbağa üçün predmet rolunda çıxış edir. Zəngin, sözün və maneənin funksiyaları bütün hallarda eynidir, onlar nəyəsə işarə edirlər, adlandırırlar, göstəririlər. Deməli, predmeti adlandırmaq, onu göstərmək, ona işarə etmək deməkdir. Beləliklə, işarə və işarə situasiyası belə müəyyənləşəcək.



Hissi yolla qavranılan predmet başqa predmetə işarə edirsə, ona orqanizmi və maşını yönəldirsə, bu, predmetin işarəsi, onun fəaliyyət göstərdiyi başqa bir predmetin əvəzində işlənirsə, belə situasiyanı işarə situasiyası adlandırmaq olar.

Bunlardan fərqli olaraq predmetin işarə rolunu oynamadığı və işarə situasiyası yaratmadığı hallara misal olaraq aşağıdakıları göstərə bilərik. Fərz edək ki, pişiyin ayağı oda dəydi. O saat o aya­ğını çəkir və müəyyən hərəkətlər edir. Bu yalnız qızışdırıcı rolunu oynayır. O, işarə kimi çıxış etmir, situasiya da o deyil. Başqa bir misal. Məşhur Jet Linin filimlərində rəqibin ondan qan çıxartması döyüşə atılması üçün ona bir işarədir və situasiya işarə xarakteri daşıyır. Bəzən biz musiqiyə qulaq asanda sevdiyimiz mahnının sözlərindən və melodiyasından feyziyyab oluruq, bu da qəti işarə predmeti deyil. Ancaq biz eyni musiqini eşidəndə fəlsəfəni öyrənmək istəyimiz artıq işarə ola bilər.

İşarə orqanizmi və ya kibernetik qurğunu hansısa bir pred­metə yönəldir. İstənilən işarənin predmet mənası var. İtdə refleks yaranması onun predmet mənasıdır. Ancaq şərti refleks yoxdursa, deməli, onun predmet mənası yoxdur. Hətta zəng səsi eşitsə belə, o yalnız qızışdırıcı olur və heç nəyə və heç şeyə göndərmir, deməli, zəng işarə rolunda çıxış etmir.

İnsana öz dilində deyilən sözün predmet mənası var, ancaq o, bilmədiyi dillərin sözlərini başa düşmürsə, onlar yalnız səs ardıcıllığından başqa bir şey deyildir. Məsələn, gürcü dilində /roqora xar, qoqa// söyləmi gürcü dilini bilməyənlər üçün səs yığı­nıdır, o heç bir hərəkətə təhrik etmir, ona görə də predmet mənası yoxdur. Ancaq mən gürcü dilində bir az bilirəm, ona görə o saat /qar qad// cavabını verdiyimdən mənim üçün burdakı sözlər pred­met mənası kəsb edir.

İşarə predmet mənası ilə iki tərəfdən bağlıdır. Birincisi, işarəsiz əşyavi məna olmadığı kini, əşyavi mənasız da işarə yoxdur. Deməli, əşyavi məna işarənin mühüm ayrılmaz əlamətidir.

Əşyavi məna işarənin mənası ilə məhdudlaşmır. 1892-ci ildə alman filosofu Q.Freqe əşyavi məna ilə yanaşı anlam mənasını da fərqləndirməyi elmi cəhətdən əsaslandırmışdı. Qeyd edək ki, bu kəşf semiotikada ciddi dönüş yaratdı.

Yuxarıda biz zəngin iti yeməyə yönəltdiyini yazmışdıq. Zəng itə yalın harada yerləşməsinə işarə edir. Ancaq bu hərəkətləri bütün itlər, o cümlədən təcrübədə iştirak etməyənlər də edirmi? Xeyir! Əgər hər zəngdən sonra it, yalı tapırsa, deməli, bu, onun yaddaşında müəyyən izlər buraxmasının nəticəsidir. Əgər yal başqa yerdə tapılsa, onda iz başqa cür olardı və it də başqa cür hərəkət edərdi. Ardıcıl təkrar zəngin yolla bağlılığını, itin yaddaşındakı izin olmasını bildirir. Zəng olan kimi o yola doğru istiqamət alır, onun hərəkəti izin xarakterindən asılıdır. İt olmadıqda zəngin heç bir əşyavi mənası olmur. Həmin iz işarənin anlam mənasıdır (Sinn). Zəng iti ona görə yala yönəldir ki, onun üçün əvvəl olan əşyavi məna indi anlam mənasını verir.

Dildəki sözlər də belədir. Tanış sözlər əşyavi məna törədir, ancaq naməlum sözlər, eynilə xarici dildəki bilmədiyimiz sözlər insan şüurunda heç bir əks-səda yaratmır, çünki insan onların anlam mənasını bilmir. Anlam mənası olmasa işarə öz funksiyasını yerinə yetirə bilməz, sözlər insan üçün əşyavi mənaya malik olmaz.

İndi tısbağa ilə təcrübəyə nəzər salaq. Bir neçə dəfə təkrardan sonra tısbağa fiti eşidən kimi geri dönür. Deməli, maneə və fit onun hərəkətlərində müəyyən dəyişikliklər etməli olur. Aydındır ki, nişanla heyvanın fiziki, fizioloji və psixoloji hərəkətlərini eyniləş­dirmək olmaz. Ancaq semiotik baxımdan bütün situasiyalarda mü­şahidə olunan fərqli yox, ümumi cəhətlər maraq doğurur. Fit tısba­ğanı maneədən yayınmağa sövq edir. Əvvəlki təcrübədən qaza­nılmış vərdişləri dəyişmədən onun davranışında dəyişiklik etmək qeyri-mümkündür. Bu dəyişiklik eyni vəziyyətdə insanda və hey­vanda analoji olur. Deməli, fit tısbağa üçün anlam mənasını daşıyır. Belə olmasaydı, o anlam mənasından məhrum olsaydı, tısbağa fitə reaksiya verməzdi, özünü ətrafda baş verən, lakin onda heç bir iz buraxmamış informasiya axınına tam laqeyd qaldığı kimi göstərərdi. Deməli, anlam mənası işarənin yönəltdiyi predmetin izidir, keçmiş təcrübədən insanda, maşında və ya heyvanda yaddaşda qalan izdir.

Deməli, əşyavi və anlam mənaları bir-birilə sıx bağlıdırlar. Ola bilməz ki, işarə özlüyündə, anlam olmadan əşyaya yönəltsin. İşarə əşyavi mənaya yalnız anlam mənası vasitəsilə malik olur. Anlam olmadan başqa predmetə yönəldən predmet yalnız abstrakt təhlilin nəticəsində mümkündür.

Lakin işarənin mahiyyəti bununla bitmir. İşarə başqa pred­metə keçmiş təcrübə ilə yaranan iz vasitəsilə sistemli şəkildə yönəldən əşyadır. Başqa sözlə desək, işarə təşkil olunmuş sistem üçün predmet və anlam mənası olan predmetdir.

Deməli, nə predmetsiz, nə də anlam mənası olmadan işarə yox­dur, yəni işarə məsələsi işarənin mənasını nəzərə almadan qaldırıla bilməz. Deməli, işarə haqqında elm (semiotika) həm də işarələrin mənaları haqqında elmdir. Ancaq işarənin başqa tərəfləri də var: sintaksis, praqmatika, siqmatika. Semiotika bir tərəfdir, ona görə semiotikanı semiotika haqqında elm kimi götürmək olmaz. Semiotika daha genişdir. Biz deyə bilərikmi, predmet mənası olmadan anlam mənası var? Bu da mümkün deyildir. Məsələn, danışan bilir ki, /getmək/ feli indiki və gələcək zamanda şəxslər üzrə dəyişərkən 1-ci şəxsdən başqa bütün şəxslərdə söz kökündəki /t/ samiti /d/ ilə əvəzlənir və ya /iy/ sözünə mənsubiyyət şəkilçisi bütün samitlə bitən isimlərdə olduğu kimi /i/ saiti olmalıdır.

Müq.et:

/getmək/ -

1. /mən gedirəm (gedəcəyəm)//; ancaq /mən getdim/

2. /sən gedirsən (gedəcəksən)//; ------ /sən getdin/

3. /O gedir (gedəcək)//; ------ /O getdi/ və s.

və ya /iy+i/; /ad+ı/, /toy+u/, /üz+ü/; ancaq /ana+n+ı/; /dədə+ni/; /qoxu+nu/; (onun) /qoxu+s+u/; /güzgü+nü/ və s. Ancaq bəzi dialektlərdə (Gəncə, Şəmkir) /iyisi/ kimi deyirlər. Bütün bu formalar dil daşıyıcılarına məlum olsa da, onların düzgün və ya səhv olması predmet mənası daşımır, ancaq onların anlam mənası var, yəni o bölgədən olan tələbələr məşq edib həmin formaların düzgün işlənməsinə çalışırlarsa, burada predmet mənası yoxdur. Biz bilirik ki, /sv`/ ilə başlanan sözümüz yoxdur, ən azı bunu intuitiv bilirik. Ancaq rus dilində bu mümkündür: /sv`atoj/ (müqəddəs). Burdakı anlam mənası hər hansı bir əşyaya yönəltmir, işarə funksiyasını yerinə yetirmir, işarə situasiyası yarada bilmir. Bu o zaman olur ki, hər hansı səs ardıcıllığı (məs., /səbət/, /sükan/ və s. bizi həmin əşyalara yönəldir, onları işarələyir.

Deməli, /sv`az`/ (əlaqə), /sv`toj/ (müqədds) və s. sözlər bizim üçün /rta/, /pta/ səs ardıcıllığı kimi nə anlam, nə də əşya mənasına malik olmayacaq. Ancaq /tac/, /pat/ və s. kimi düzülərsə, həmin fonemlərdən yaranan sözlər həm anlam, həm də predmet mənaları kəsb edir. Anlam mənası predmet mənasına malik olduqda işarə situasiyası yaranır.

Predmet mənası olan səs ardıcıllığı bir-birindən predmet mənasına görə fərqlənmir. /Su gətir/ və /Stolu yığışdır/ cümlə­lərində predmet mənası eynidir, onu 1-lə işarə etsək, yoxluğunu isə 0-la (sıfırla) göstərsək, eyni şeyin şahidi olarıq.

Predmet mənası işarənin işarələdiyi predmet deyil, işarənin xüsusiyyətidir. İşarə olduğu üçün o predmetə yönəldir. Deməli, bu baxımdan bütün işarələr eynidir. Deyə bilərlər ki, hər işarə bir predmetə yönəldir, ona görə predmet mənaları da fərqlənməlidir. Bəli, ancaq konkret predmetə yönəltməni predmet yox, anlam mənası həyata keçirir. Predmet mənası olmaq predmetə yönəlt­məkdən başqa bir şey deyildir. Yadda saxlamalıyıq ki, predmet mənası sadəcə predmetə yönəltməklə məhdudlaşır, konkret olaraq işarə hansı predmetə yönəldir, bu artıq anlam mənasından asılıdır. Tısbağa üçün fit necə predmet mənası daşıyırsa, insan üçün də /su gətir/ eyni predmet mənası daşıyır. Beləliklə, “predmet mənası nədir? sualına belə cavab verə bilərik: 1) müsbət, vahidə bərabərdir, çünki predmetə yönəldir, deməli, işarədir; 2) mənfi sıfra bərabərdir, deməli, predmet mənası yoxdur, işarə deyil. Anlam mənası müxtəlif ola bilər: rəqəmlə göstərsək: 1,2,3,4... n, ancaq predmet mənası ya var (1), ya da yoxdur (0).

Bu gün deyirlər ki, işarə yönəldiyi predmeti əvəz edir. Deyək ki, saxarin qəndi əvəz edir, onda saxarin qəndin funksiyalarını ye­rinə yetirir. Ancaq işarə situasiyasında maşın, insan və ya kibernetik qurğu predmetlər üzərində etdikləri hərəkətləri işarələrin üzərində etmir. İşarə göstərilən predmetin obyektinə hərəkətə sövq edir. O, təşkil olunmuş sistemin hərəkət və fikirlərini yönəldir. İşarə məqsəd deyil, ona çatmaq üçün vasitədir.

Deyirlər ki, işarə qıcıqlandırıcıdır, əqli obrazı oyadan başqa qıcıqlandırıcı ilə əlaqədardır. Əvvəla, biz bilirik ki, təkcə anlam mənası işarə situasiyası yarada bilmir. Söz anlam mənası oyadır, ancaq işarə ola bilmir (Yuxarıda /iy/ /iyi/ və /iyisi/ misallarına bax: s.124).

Düzdür, yuxarıdakı tərifdə predmetə yönəliklik olsa da, onda çatışmayan cəhətlər var. Hər cür tərif, o cümlədən işarəninki, əlamətləri göstərməli, əlamətlərin hamısı birlikdə bir hadisəni o birisindən fərqləndirməlidir.

Bilirik ki, işarə üçün iki əlamət vacibdir: 1) predmetin hissi qavranılması; 2) təşkil olunmuş sistemi başqa predmetə yönəltməsi. P.Gironun tərifində anlam mənasından (əqli obraz) danışılır, bununla da o mahiyyətcə, işarədən onun xarakteristikasına keçir. Xarakte­ristikada isə istənilən lazımi əlaməti göstərmək olar, nəinki ancaq fərqlənmə, nəinki vacib olan əlamətləri. İkincisi, ən azı P.Giro yaz­malı idi ki, işarə qıcıqlandırıcıdır, başqa predmetə anlam mənası ilə yönəldir. Onda isə tərif başqa cürdür. Onun tərifindəki müvafiq əqli obrazın yaradılması fikri işarə situasiyasına aiddir.

Digər məsələ Ç.Morrisin işarə haqqında danışarkən elmi davranışı elm adlandırması ilə bağlıdır. Ç.Morrisdə işarə hərəkətə sövq etmək keyfiyyətinə malik kimi müəyyənləşir. Deməli, işarə qıcıqlandırıcıdan (qıcıqlandırıcı işarə funksiyası yerinə yetirmir - F.V.), onunla fərqlənir ki, onda onu qavrayan orqanizimdə hərəkətə qabaqcadan sövq etmək xüsusiyyəti vardır. Ç.Morrisdə hərəkətə sövq etmək qabiliyyəti işarənin anlam mənasına uyğun gəlir.

Ç.Morrisin xarakteristikası bütün işarə situasiyyalarına aiddir. Əslində o, insan, heyvan və kibernetik qurğularda işarə situasi­ya­larını nəzərə almır. Ç.Morris maşında şəhərə gedən adamı misal gətirir. Onu yolda biri saxlayır və deyir ki, yol dağılıb. Həmin vəziyyətdən çıxmaq üçün sürücü bir sıra hərəkətlərə əl atır. Növbəti döngədə dönür. Deməli, yoldan keçənin dediyi sözlər sürücü üçün yolda maneə rolunu oynayır, həmin predmetlərə yönəldir ki, o da müəyyən hərəkətlərə əl atır. Onun hərəkətlərinin sürücüyə xeyir gətir­diyini demək düzgün olmazdı.

Başıma gələn bir əhvalat bunu təsdiq edir. 2009-cu il başla­yanda Milandan qayıdanda radioda dedilər ki, qabaqda Gothard tunelinə (İsveçrədə) çataçatda 2 km tıxac var. Bizim sürücü tədbirə əl atdı, döndük, sağa fırlanıb 10 km-dən sonra yenə həmin ayrıl­dığı­mız yerə gəlib çatdıq. Bu an Ç.Morrisdə nəzərə alınmayıb.

Burada insan orqanizmində müəyyən vəziyyət olsa da (emo­siya, mənzil başına gec çatmaq və s.), onun mahiyyəti açılmır. Deməli, biheyviorist terminlərlə işarələrin mahiyyətini açmaq olmaz. Bunu Ç.Morris özü də etiraf edirdi.

İndi Ç.Morrisin xarakteristikasını heyvanlardakı işarə situ­asiyası ilə birgə nəzərdən keçirək. Ç.Morrisdə işarə anlayışı şərti refleks­lərin hamısını əhatə etmir. Ç.Morrisə görə işarə qabaqcadan hazırlanmış qıcıqdır, ancaq bu qıcıqlandırma xüsusi əlavə şərtlər daxilində olur. O, hərəkətin özünü yox, ona hazırlığı oyadır. İşa­rənin qavranılmasında hərəkət o saat başlamır, o ləngiyir, işarənin qəbulu və hərəkət arasında zaman baxımından hərəkətə hazırlıq olur: qıcıqlandırıcı  hərəkətə hazırlıq  hərəkət. Əgər hərəkət o saat baş vermirsə, qıcıqlandırıcı vasitəsilə oyanmırsa, heç bir əlavə şərt tələb olunmursa, onda qıcıqlandırıcı, Ç.Morrisə görə, işarə deyil.

Onda sxem belə olur: qıcıqlandırıcı  hərəkət.

Ç.Morris yəqin ki, bu səbəbdən bəzi şərti qıcıqlandırıcıları, xüsusilə, ləngimə və başqa vaxta keçirmə olmadan həmişə reaksiya gözlənilən işarələri istisna edir.

Əgər it zəngi eşidən kimi yemək qoyulmuş qutuya cumursa, deməli, zəng onun üçün işarə deyil. Əgər zəngdən sonra bir az hərəkətsiz dayanarsa və yalnız bundan sonra qutuya qaçanda, bu işarə olur. Elə burada hərəkətə hazırlıq müəyyən şərtlərə əməl olunanda hərəkətə keçirsə müşahidə olunur.

Bu, məsələni xeyli sadələşdirir. Çoxları ləngiyən, şərti reak­siya məsələsilə razı olmur. İt ləngidi, ya ləngimədi, onun hərə­kə­tinin mexanizmi mahiyyətcə eynidir. O zəngi eşidir, zəng onda keçmiş təcrübənin yaddaşındakı izi aktivləşdirir və bu iz müəyyən predmetə yönəldir. Burada fərq izin xarakterinin fərqli olmasındadır. Bir halda o sadədir, o birisində isə mürəkkəbdir (vaxt və ötürmə lazım gəlir). Qalan hallarda onlar eynidir, ona görə onları birləş­dirmək lazımdır. İşarənin ümumi səciyyəsində izin təbiətini açmağa ehtiyac yoxdur. Əlbəttə, bu cəhət sonradan insan, heyvan və kiber­netik qurğularla bağlı işarə situasiyasının şərhində nəzərə alın­malıdır. İstənilən halda iz anlayışının konkret növlərini göstərmək işarənin ümumi səciyyəsini xeyli məhdudlaşdırır. Özü də əvvəlki təcrübə hər bir fərdin yox, bütövlükdə nəslin, növün (yəni anadangəlmə) təcrübəsi kimi götürülməlidir.

İşarə anlayışı şərtsiz reflekslərə də aid edilməlidir. B.Rassel 1940-cı ildə yazırdı: “Mən əmin deyiləm ki, işarələri əldə edilmiş vərdişlərlə məhdudlaşdırmaq düzdür; bəlkə şərtsiz refleksləri də nəzərə almaq lazım gəlir”.

Müasir psixologiya da işarə davranışının təkcə inkişaf etmiş deyil, həm də ən qədim heyvan aləminə xas olduğunu xüsusi qeyd edir. Əgər qıcıqlandırıcı başqasına yönəldirsə, buna siqnal verirsə, deməli, işarə situasiyası vardır, qıcıqlandırıcının şərti və şərtsiz olmasından asılı olmayaraq, qıcıqlandırıcı özünə yönələndə işarə situasiyası olmur.

İşarənin iki tərəfi varmı? Bəziləri işarə deyəndə yalnız mənası olan maddi predmeti başa düşürlər. Digərləri isə hesab edirlər ki, işarə mənası olan maddi əşyadan ibarət olmayıb, o, maddi əşya və onun mənasından ibarətdir. İkinci halda işarə həm forması, həm də məzmunu olan ikitərəfli mahiyyətdir. Əlbəttə, belədir. Sanki birinci fikrin tərəfdarları elə ikinci tərəfin dediklərini deyir. İkincilər güman edirlər ki, hər bir maddi əşya yox, ancaq mənası olan maddi əşyanı işarə sayırlarsa, deməli, işarə forma və məzmunun vəhdətdir.

1959-cu ildə Erfurt şəhərində (2.X.1959) “İşarə və dil sistemi” mövzusunda Beynəlxalq simpozium oldu. O simpoziumun materialları çap olundu. Polşalı alim L.Zavadovski ikinci tərəfin müddəalarını kəskin tənqid edib göstərdi ki, doğrudan da, işarə ona görə işarədir ki, onun mənası var. Ancaq bu o demək deyil ki, işarə iki elementin konstruksiyasının bütövüdür. Məgər bağın sahibi insandır, bu o deməkdir ki, sahib insan+ bağdır. Müəllim insandır, indi biz işarənin iki elementindən ibarət olmasını əsas gətirib deyə bilərikmi ki, müəllim = insan+şagird?

Bağ sahibi və ya müəllim aid olduqları predmetlə əlaqələn­mirsə (bağ, şagird) onda onlar o mənanı ifadə edə bilməzlər. Bağ sahibi bağ və adamın siması deyil, sadəcə olaraq bağı olan adamdır. İşarə mənası olması işarə deyil. Ancaq işarə predmetin özüdür, predmet+məna deyil. Burada A.A.Vetrov səhvə yol verir. Predmet işarə deyil, işarə olunan məna isə işarə ilə işarə olunanın qarşılıqlı əlaqəsindən törəyir. Burada filosof semantik üçbucağı unudur.

Fikrimizcə, birinci tərəf ciddi səhvə yol verir. İşarə məhz ona görə işarədir ki, o predmetin əvəzinə işlənir. Burada Y.S.Maslovun mövqeyi daha düzgün görünür.

L.Zavadovski işarə “fonem və mənadan ibarətdir” tezisinin əleyhinə çıxaraq deyir ki, küçədəki yol hərəkətini nizamlayan işarə deyil, yalnız formadır, işarənin mahiyyətidir. Bəli, o işarə sistemdən çıxarıldıqda yalnız forma olaraq qalır.

İşarə situasiyasına aşağıdakılar aiddir; 1) Maddi varlıq, bu müəyyən şəraitdə işarə funksiyasını yerinə yetirir; 2) işarələnən əşya; 3) anlam mənası (iz), bu iz işarələnməni təmin edir (bilavasitə predmet olmadıqda belə); 4) müəyyən predmetə göndərən təşkil olunmuş sistem; bəzən beşinci ünsür kimi, işarələri düzəldən, təlləf­füz edən sistemləri də (adam, qurğu) buraya aid edirlər. Göründüyü kimi, burada predmet mənası ayrıca göstərilməyib, çünki o, işarə situasiyası yarananda o biri elementlərdən birinin nisbi xassəsi kimi çıxış edir. Amma 4 ünsürün hamısı işarə situasiyası üçün vacibdir. Biri olmasa, situasiya olmaz.

Məsələn, ikinci element olmasa işarə situasiyası olmaz. İşarənin işarələməli olduğu predmet olmayanda, məsələn, yuxarıda verdiyimiz gürcü misalında, səs axını var, ancaq mənası bizə çatmır. Anlam mənasının olması kifayətdir ki, predmetin olmasını təmin edək. Yəni yönəldilən element anlam mənasını daşıyacaqdır.

1   ...   4   5   6   7   8   9   10   11   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə