F. H. Zeynalov




Yüklə 1.55 Mb.
səhifə10/19
tarix22.02.2016
ölçüsü1.55 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

VI.6. İşarə–simvollar təbii və süni

semiotikalarda


İşarələnənlə işarələyən arasında təbii motivləşmə olmayan işarələr heyvanlarda olmur. İnsanlarda isə hətta mimika və jestlərdə də şərti işarələr vardır: a) başın təmiz qırxılması (reduksiya şəklində şlyapanı qaldırmaq, əlini papağına toxundurmaq, yavaşca əlini qaldırmaq və s.); b) hörmət əlaməti olaraq ayağa qalxmaq, görü­şən­də öpüşmək və s.; c) alqış və fit (Azərbaycanda cavan, qəşəng qızlar keçərkən oğlanlar fit çalır; əl çalmaqla çıxışçıya mane olmaq); ç) etiraz olaraq üç barmağın birləşməsi və s.

Davranış semiotikasında. Ziyafət və dəfndə məclis, protokola görə geyinmək (qalustuklu, restoran, sağ və ya sol əldə üzük); yeməklər (boyadılmış yumurta, ziyafətdə badə-badəyə vurmaq, ancaq yasda olmaz, pominkada rəngli içki də olmaz).

Təbii dildə işarə-simvollar daha çoxdur.



İncəsənətdə: qədim misirlilərdə kişi fiqurları şərti pozalarda olurdu. İncəsənətin tarixi oxşarlıqla (ikonlıuluq) şərtiliyin (sinkod­luğun) mübarizəsidir. Bir çox süni işarə sistemlərində, fizika-riyaziy­yatda, kimyada, şahmat və musiqidə işarə- simvollar daha çoxdur. Coğrafi xəritədə çox az işlənir (meridian və paralellər, ölkələrin rəngləri, mədənlərin yeri və s.).

Dil işarələrinin konvensional təbiəti: işarə ilə onu işlədən arasında bir konvensiya var (şərtilik, razılaşma). Mənasız səslər məna ifadə edirlər. Bu belə baş verir: həmsöhbətlər hər hansı bir səsə müəyyən bir məna verirlər və onu yaddaşlarında saxlayırlar; sonra onlar hər dəfə həmin mənanı öz danışıq aktlarında gözləyib ona əməl edirlər. Bu artıq anlam deməkdir. Həm filogenez, həm də ontonogezdə işarəyə konvensional münasibət dil şüurunun yetkinliyi deməkdir. Deyirlər, ilkin münasibət qeyri-konvensional olub, guya ad şərti yox, vacib hissə olub. Yəni ritual adı çağıranda gərək o çağırılanın özü iştirak etsin, əks halda ulu qüvəllər təhqir olunmuş hesab olunurdu. J.Piaje göstərir ki, uşaqlar yalnız 10 yaşında adla əşya arasında əlaqənin şərti, ixtiyari olduğunu dərk edir. L.S.Viqotckinin (1896-1934) misalları yada düşür: inək ona görə inək adlanır ki, onun buynuzları var, dana ona görə dana adlanır ki, onun buynuzları balacadır. Avtomobil ona görə belə adlanır ki, o heç bir heyvana oxşamır.

Dil işarə-simvollarının ikinci (sistemdaxili) motivliyi. Dil işarələrinin çoxunun, qeyri-tipik və indeksal və ikonik işarələrdən başqa işarələyənlə işarələnən arasında təbii, ilkin motivli əlaqəsi yoxdur. /Su/, /duz/, /əl/ və s. işarə simvollarının iki tərəfi arasında əlaqəni açmaq olmur.

Ancaq düzəltmə sözlərdə ikinci əlaqəni müəyyən etmək olur: /Sulu/, /sucaq/, /sualtı/, /suüstü/ və s. sözlərdə bu əlaqə aydın görünür. /Sualtı/ suyun altında olan deməkdir və s.

Mineral sularda da ilkin məna ilə bağlılıq var.

Düzəltmə sözlərin sayı müxtəlif dillərdə müxtəlfdir. Rus d. leksikonun 66 %-i, fransız d. 68 %-i, Vyetnam d-də 31 %-i, yeni ingilis d.-də 65 %-i, Çin dilində isə əksəriyyəti düzəltmə sözlərdir.15



İkincisi (sistemdaxili və sistemlərarası) motivli qeyri-dil işarələridir.

Gerb, emblem, medal, dövlət bayraqları bu cür işarələrdir. Bunlarla heraldika məşğul olur. Qırmızı xaç 1863-cü ildə iki isveç­rəli tərəfindən yaradılıb, onlar emblemi təklif ediblər: . O da İsveçrə Konfederasiyasının gerbi və bayrağıdır, qırmızı fonda ağ xaç. 1864-cü ildə Cenevrə konvensiyasını 28 dövlət imzalamışdı və bununla İsveçrənin gerbini qəbul etmişdi, neytral ölkənin sülhsevər­liyini. Türkiyə Cenevrə konvensiyasına 1865-ci ildə qol çəkib, ancaq 10 ildən sonra qırmızı xaçı qəbul etməkdən imtina edib, çünki xaç xristianlığa əsaslanır. Bunun əvəzinə o, qızıl ayparanı qəbul edib (deyirlər ki, guya bu islam simvolikasıdır, hardadır orada bu simvolika – F.V.). Qırmızı xaç tədricən Türkiyə ilə razılaşmağa baş­la­yıb. Sovetlərin vaxtında onların ikisi birləşdirildi. Unifor­malarda sistemdaxili motivləşmə güclüdür. Hərbidə, riyazi simvolikada bu geniş yayılıb: /+, –, =/ və s.

Bəzən xəritələrdə əlvan metalların baş hərfləri göstərilir. M (marqanes) və s. H2O (su) latın sözlərinin baş hərflərindən götü­rü­lüb.

Motivləşmiş işarələr asan və sərfəlidir. İnsanlar işarələrin motivləşməsinə üstünlük verirlər. Onlar anlaşıqlı olur və başqa təsəvvürləri tez oyadır, onlarda özünü açma gücü vardır.

Çinli uşaq 1-ci 50 ieroqlifi rus uşağının 30 qrafemi öyrən­məsindən tez mənimsəyir.

Uşaq Ş-nı şkafa, T-ni çəkicə, P-ni bayrağa oxşadır. Özü mo­tivlik yaradır. Sonralar bunlar ona lazım gəlmir.

İnsanlar düzəltmə sözlərə bu cür yanaşırlar. Uşaq yeni öyrəndiyi sözü tanıdığı sözlə bağlamağa çalışır. Rus uşağı /vazelinə/ /mazelin/, /perçatkaya/ /palçatki/ deyir. Çünki birincinin sürtmək, ikincinin isə ələ geymək üçün olduğunu bilir.

Bu cür motivləşmə uşağın dil öyrənməsinə təkan verən haldır. Motivli sözləri yadda saxlamaq asandır. Ancaq bu o demək deyil ki, insan qeyri-motivli sözləri yadda saxlaya bilmir. Danışıq ontogenezi onunla izah olunur ki, iki dilin öyrənilməsi sürəti və uğuru motivli sözlərin xüsusi çəkisindən asılı olmur. Fonoloji yazıda ikinci (sistemdaxili) motivləşmə çoxdur. Motivli sözlərin xüsusi çəkisi belə dillərdə düzəltmə sözlərin faizinə uyğun gəlir.

Hieroglifli dillərdə isə nisbəti müəyyənləşdirmək olmur. Bu dillərdə hieroqlifləri konkret predmetlərlə bağlı olanda (adam, ağac və s.) asan öyrənirlər, ancaq mücərrəd sözlərdə bu mümkün olmur (eşq, nifrət və s.). Belə hallarda yeni yaranan hieroqliflər əvvəlkilərdən düzəlmiş kimi düşünülür. Məs., /işarə/ insanın döşündə tatuirovka. Çin kitablarında birinci hieroqlifləri yadda saxlamağı tövsiyə edirlər (bax: cədvəl).
hazırda  əvvəl

  λ


ƿ

arə x
Göründüyü kimi, hieroqliflərin əsasında adam hieroqlifi durur. Çinlilər öz mühafizəkar hieroqliflərinə əsaslanaraq əsrlər öncə yazılımış mətnləri başa düşürlər, qabaqlar necə yazırdılarsa, indi də o cür yazırlar.

Ancaq əhalinin 90 %-i savadsızdır. Bunu başa düşərək Vyetnamda (1918), Şimali Koreyada (1947), Cənubi Koreyada (1973) və qismən də Yaponiyada (1996) səsli yazıya keçdilər. Ancaq bu qədim mədəniyyətdən imtina deməkdir. Yəqin gec-tez Çin də fonoqrafik yazıya keçəcək.

İkonik semiotikada indeks işarələrinə söykənən semiotikanın gələcəyi yoxdur. İnsan üçün geniş mövzu bolluğu vacibdir. Onlar informasiya genişliyinə malik deyil, həm də məlumatın göndərilməsi və qəbulu baxımından yaranır, fonoloji yazıdakı kimi.

Lakin hər dildə işarələr – indekslər ikonik işarələr vacibdir. Ancaq hər bir dildə ilkin motivli olmayan işarə-simvollar var. Hər bir dildə ikinci motivli işarələr də var (düzəltmə sözlər).

Bəzi dillərdə sözlərin çoxu ikinci motivlidir, düzəltmədir (fransız, alman, ingilis və s.).

Bəzi dillərdə sözlərin çoxunda heç bir motivlilik yoxdur (məs., vyetnam dilində düzəltmə söz yoxdur).

İnsanların paltarlarında 100 ikon, simvol, ikinci struktur motivli işarə-simvol, ikinci məna motivli işarə-simvol var. Dində və incəsənətdə ilkin motivasiyası olmayan işarə-simvollar 100, o biriləri isə 1000-dir. İkonlar isə 10000-dir. Təbbi dildə birinci motivi olmayan, işarə-simvol 100, ikinci struktur motivli 610 və semantik ikinci motivli işarə-simvol qeydə alınıb. Riyazi simvolikada motivi olmayan 100, ikinci struktur motivli isə 60 işarə sistemi var. Coğrafi xəritədə ikonlar 100, o biri işarələr isə 20+20-10-dur, yol hərəkəti qaydalarında bu belədir: 10-50-50-50.16 Bioloji semiotikada heyvanlarda işarə-indeks 100-dür, o birilər isə sıfır. Bunlar nisbi göstəricilərdir. Bu kafisentlər müqayisə üçündür.

İnsan şüuru məhz bu işarə-konvensiyalara görə min illərdir ki, dünyanı dərk edərək təsvir edir.


VI.7. Düzəltmə və mürəkkəb işarələr


Düzəltmə işarələr adi işarənin ifadə və məzmun planında dəyişiklik vasitəsilə yaranır. Mürəkkəb işarələr isə adi işarələrin birləşməsi nəticəsində düzəlir. Beləliklə, mürəkkəb işarələrdə mənaların cəmi yox, yeni məna əmələ gəlir. Birinci növ işarə ikinci növ işarə ilə birləşib 3-cü dərəcəli işarə əmələ gətirir. Özü də işarə yaranmasının müxtəlif istiqamətləri mövcuddur. Jest şəkil doğura bilər, sonra isə yeni şəklin məzmunu yaranar.

Tarix boyu semiotik kontinumun sıxlığı artır.

1. Vizual işarə. Xaçın təsviri Avstraliyada və Kolumbaqədərki Amerikada günəşin simvolu (xətlərin kəsişməsi işığı və günəş dairəsinin hərəkətini bildirir);

2. Artefakt. Xaç müsbət işarə kimi tarixi artefaktla üst-üstə düşür. Qədim Romada və Misirdə üstünə taxta qoyulmuş dirək çarmıxa çəkilməni bildirirdi;

3. Sözlü işarə. Romalılarda “Xaç” əzab, iztirab və quldur demək idi;

4. Konseptual işarə-simvol; xristianlarda insanın çarmıxa çəkilməsi əsas simvoldur;

5. Ritual işarə. Əlin hərəkətilə xaç göstərirlər;

6. Ritual jest. Kilsədən çıxanda, müəyyən vaxtlarda xaç çəkirlər;

7. Xaç döşə taxılır;

8. İsveçrəlilərin bayrağında xaç simvol kimi işlənib;

9. Kilsədə İsanın çarmıxa çəkilməsini yad edən mərasim;

10. Müxtəlif düzəltmələr. Rus d-də /kрeстьяне/ əhalinin xaçı qəbul edən hissəsi; 11. Xaçla yürüş, and içmə və s.

Ən qədim rituallarda işarə fiziki hərəkəti göstərirdi. Burada semiotik təbiətli komponent var: 1) Ritual (simvolik) hərəkət; 2. Mifoloji təsəvvür; 3. Söz formaları. Filogenezdə ritual hərəkət mifoloji təsəvvürü və danışığı formalaşdıran ilk semiotik prosesdir. Bəşər tarixində simvolik hərəkət dili sözlü dilin əsasını təşkil edib.

Ritual elementlərinin primatların və həşəratların hərəkətində müşahidə olunması bu fikri təsdiq edir. İkincisi, arxaik mədəniy­yət­lə­rin tədqiqatçılarına qədim qeyri-verbal (yəni sözsüz) rituallar bəl­lidir. Üçüncüsü, qədim xalqların mifologiyasında və folklorunda on­lara rast gəlmək olur. And içmə sözlü ritual akta misal ola bilər. Lakin başlanğıcda söz yox, bədən hərəkəti və jest olub. Qədim xalq­lar and içəndə əllərini müqqədəs şeyə vurmağa çalışırdılar. Elə indi də (çörəyə, Qurana və s.). İndi bayrağı öpmək, silahla torpağa əyil­mək o zamandan qalmadır: Əl ürəyin üstündə həqiqəti demək rəm­zi­dir.



Rəqsdə çoxfunksiyalı hərəkətlər
Bədən jestlərindən fərqli olaraq rəqsdə hərəkətlər çox funk­sionaldır. Rəqs ritual və magik bədən hərəkətlərindən yaranıb, ancaq inkişaf edib, çoxlu utilitar funksiya qazanıb.

İlkin qəbilə rəqsləri qəbiləni birləşdirmək funksiyası daşıyıb, vahid ritmə tabe etmək, hərbiçiləri, ovçuları. Rəqs kenqurunun atılıb-düşməsinə, şahinin uçuşuna, bizon ovuna, avarçəkməyə, əkinə və biçinə, nişana, nikaha, ölümə və s. oxşadılırdı. Qədim Misirdə rəqslə göy cisimlərini təsvir edirdilər, arvad seçirdilər., onların razılı­ğını alırdılar və s. Rəqs emosional vəziyyətin ifadəsidir, gər­ginliyin azalmasıdır.

Teatrda semiotikanın əsasını və mərkəzini artistin oyunu təşkil edir. Burada əsas vahid bədən və mimika hərəkətlərinin akkor­dudur. Səhnədə dialoqda replika əsas rol oynayır.

Artefaktlar-işarələr: kult, reqaliya, arxitektura və skulptur tikintilərində. İtaət təbii obyektlərə (ağaca, ildırım vurub parçalamış ağaca, daş, parçasına və s.), bu əşyaların təbii xüsusiyyətləri kölgə­də yox olanda, ancaq onlar praqmatik funksiya daşıyanda olur. Monamaxın papağı, şərəfinə ucaldılmış memarlıq abidəsi onu və binanı tikəni və ya sponsoru şərəfləndirməyə xidmət edir.

İntonasiya işarələri: ritm, melodiya, metr.

Ritm müəyyən elementlərin ardıcıl təkrarıdır. Ritm təbiətdə və insanda müşahidə olunur. İnsanın hərəkətində və danışığında, xüsusilə onun rəqslərində və artistin hərəkətində bunu aydın sezmək olur.

İnsan danışığında ritm həm intellektual, həm də emosional həlli vəziyyəti bildirir. Ritmin musiqidə və poetikada rolu böyükdür. Şeirin inyonasiya təşkilinin ekspressiyası ritm, metr və ya ölçü ilə müəyyənləşir, mətnin bəndlərə və misralara ayrılması ilə təyin edilir. Adətən ritmi qəmli, həyəcanlı, bayramsayağı, cəld, düşündürən, onopest, sərbəst dokliliya, xorey kimi növlərə bölürlər.

Ancaq şair yazanda niyə bu və ya digər ölçünü seçir? sualına cavab vermək çətindir. Fəlsəfi, lirik, sonet, publisistik və s janrlarda ölçülər müxtəlif olur.

Ancaq Füzuli, Sabir və Şəhriyar ölçüləri aparıcı hesab edilə bilər.

Canı canan diləmiş verməmək olmaz, ey dil.

(Füzuli)

Millət necə tarac olur olsun, nə işim var?

(Sabir)

Türkün dili tək işvəli bir dil ola bilməz.

(Şəhriyar)

və s.


Vüsala yetişməyən məhəbbət mövzusu bütün ölçülərdə mümkündür; belə şeirlərdə əsasən təbiət, qüssə, ölüm və s. ifadə olunur. Bu 3 stoplu xoreyada mümkündür. 3-stoplu amfibraxiyada ballada romantikası, xatirələr, yuxugörmə, ayrılıq intonasiyası daha qabarıq olur.

Obrazlar: Rəqs pa-sı, musiqi motiv və şeir ölçüsü bədii dilin əsas vahidləri- işarələrdir. Estetikada və fəlsəfədə həmin semantik növlər incəsənət dilini təşkil edərək bədii obraz adlanır. Obraza anlayış paradiqminə simvol, emblem, alloqrafiya, konsept, konststrukt kimi koqnitiv-semiotik kateqoriyalar daxildir. Onlarda mürəkkəb işarələr klassdır. 1) Obraz fərdi-subyektiv olur. Hər kəsdə fərqli olur. Çay, məktəb təsəvvürü; 2) Obrazın məzmunu formadan ayrılmazdır: dahi təsəvvürü mümkündür, ancaq dahilik təsəvvürü olmur; 3) Obrazda hissi- əyani məzmun üstünlük təşkil edir (hərrac obrazı-aksiyalar, onların kursu və s.); 4) Obraz mütləq mənəvi-ideal başlanğıcı ehtiva edir. Məs., insan obrazı, ancaq stol obrazı demirlər (alm. Gestalt, ing. image, fr. image, rusca-obraz) fikri (təsəvvür edilir), verbal (trops), bədii (incəsəntdə) olur. Fikri obrazlar daxili koqnitiv düşüncənin məhsuludur. Onlardan şəxslərarası ünsiyyətdə istifadə olunmur. Sayı çoxdur.

Verbal obrazlar (troplar), metaforlar, şəxsləndirmə (prozepe­ya), metonimiya, sinekdox və s. geniş yayılmışdır.

Bunlar qədim yunan fəlsəfəsindən gəlir. Çevrilmədir, dəyişil­mədir, dönüşdür, mətni zənginləşdirən vasitələrdir.

Ritorikanın bəlağətli danışıq bölməsi (lat.elecutio) nitqi bəzəmək elmi adlanırdı (lat.ornatus). Əsas vasitələr isə troplar və fiqurlar idi. Troplar (yunanca tropos-çevrilmək, dönmək) yalnız poeziyada işlənirdi. Klassik Roma ritorikasının banisi Kvintilian (təxminən 35-96) yazırdı: “Metaforu bizə təbiət bəxş edib, belə ki, ondan adətən savadı olmayanlar da fərqinə varmadan istifadə edirlər.”18

Metafor və şəxsləndirmə: stolun ayağı deyəndə predmeti insana bənzədirik, şəxsləndiririk. Elə metaforlar var ki, onlar­da cansız predmet canlıya bənzədilir. Məs., cəmiyyətin qay­mağı; oxşarlıq üzrə keçmə: gəminin burnu. Əsatirə görə dünyanın yaranması sözlə olub. Brahmanın sözü ilə əvvəllər dünya yumurtası yerə və göyə parçalanıb. Dünya ilkin insanın nəhəng bədənindən yaranıb: çoxlu göz, baş, əl, ayaq. Puruşinin bədəni (Vedi dilində adam deməkdir) dünyanın əsas ünsürləri olub: ruhu ay, başı göy, ayaqları yer, ağzı müqəddəs. İndra çayı. Makrokosmos elementləri (göy, yer, su, külək, günəş, dağlar, çaylar) mikrokosmosun elementləri kimi təsəvvür edilib. Dillərdə dünyanın adam bədəninə oxşamasına çoxlu söz tapmaq olur:


ing. rusca azərb.

arm of a river рукав реки çayın qolu

head of a mountain вершина горы dağın başı

və s.
İndi də geniş metaforluq işlənir

The lunges Легкие Bakının

of London Лондона ciyərləri var

Metonim və sinekdox bütövlə hissənin əlaqəsidir. Metonim çox çevikdir, metafordan az diskretdir, ona görə də məzmunun başqa müstəviyə keçməsinə şərait yaradır:

хлеб – зерно, посев хлеба, тест, буханки və s.

Dil xaricində metafor və metonimiya.

Tropların nomenklaturu = metafor, şəxsləndirmə, metonim, sinekdox, hiperbol, litot, ironiya, burada genişlənmə, daralma, dəqiqləşmə, funksiyaya görə keçmə və s. fərqləndirilir. Əslində bunlar təbii dilin bütün zənginliyini açıb göstərə bilmir.



Simvollar (rəmzlər). Görünür simvollar obrazlardan yaranıb. Simvollar kollektiv şüura xasdır, hamıya məlumdur. Hamı bilir ki, ağ göyərçin sülhün simvoludur. Qeyd edək ki, bu simvol Ç.Pirsin terminindən fərqlidir. Pirsdə simvol konvensional elementar işarədir və motivli indekslərə və ikonlara qarşı qoyulur. Xaç xristianlığın əlaməti, “Titanik” faciənin simvolu və s. Ağzında çöp Nuhun yanına dünya daşqının sonunu bildirməsi üçün uçan göyərçindən fərqli olaraq sülhün rəmzi olan göyərçinin dimdiyində çöp yoxdur.

Ancaq bu göyərçin, qağayı deyil. İdeyanı dərindən bildirir. Obraz simvola keçəndə şəffaf olur: anlam onun içindən keçərək anlam dərinliyi və ya perspektivi bildirir. Ancaq heç də hər obraz anlama keçmir. Fikri obrazlar n-qədərdir, ancaq konkret mədəniyyətdə simvollar çox deyil. Başa düşülməyən simvol yad işarədir, simvol deyil; işarə ilə simvolun fərqini aşağıdakı kimi açmaq olar.

1. Simvol hərəkət proqramını təyin edir və davranışın modelini yaradır. İşarəyə insana münasibətdə zahiri qıcıqlanma, simvola isə daxili əxlaqi inam uyğun gəlir.

2. Simvol ümumi davranış modeli yaradır, işarə isə konkret hərəkətləri nizamlayır. Ona görə də yol hərəkəti nişanları deyilir, onları simvol adlandırmaq olmaz

3. Simvol ünvansızdır və ünsiyyətə köklənməyib. Simvol bədii, mifik, dini düşüncəyə yaxındır, işarə isə ünsiyyətə köklənib.

4. İşarə “yalan” deyə bilər, simvol isə aldada bilər. Simvol güclüdür, amma köməksizdir. Onu saxtalaşdırmaq olur. Simvol aqoniya yaradır. İşarədə isə yalnız etiket riyakarlığı özünü göstərə bilər.

5. Simvol olmaq həyat yolunu və davranış modelini seçmək funksiyası qazanmaqdadır.19

Emblem hər hansı bir predmetin təsviridir və predmet əşyanın ifadəsi kimi çıxış edir. Emblem və simvol bir-birini əvəz edə bilir. Qara gül kədərin, qırmızı gül isə məhəbbətin emblemidir (sim­voludur).

Amerikada 5-sentli pulun üstündə hindinin profildən şəkli bu ölkənin ideal keçmişə malik olduğunu göstərir. Burada emblemlə simvol üst-üstə düşür. Ancaq simvol abstrakt, emblem isə konkret obyektin təsviridir. Emblemin mənası siomvolunku kimi dərin deyil. Emblem çoxdur, simvol az. XVIII-XIX əsrlərdə Avropa ordularında hər bir hissənin öz emblemi vardı. İndi də Avropada hər bir şəhərin öz emblemi var. Ticarət markaları, loqotiplər emblemlərə aiddir.

Alleqoriyalar (başqa cür ifadə). Burada sırf sosial konvensiya əsasında hər hansı bir mücərrəd ideya öz vizual və ya verbal obra­zı­nı tapır. Gözü bağlı qadın əlində tərəzi ədalətin şərti rəmzidir. Əla­qə ya­ratmaq asan olmur: ədalətlə gözü bağlı qadın arasında əlaqə ya­rat­maq çətindir. Alleqoriyanın mənası haqqında əvvəlcədən razı­laş­maq lazımdır. Alleqoriyanın mənasını tutmaq üçün bilik gərəkdir (mək­təbdə). Əvvəllər vizual idi, sonralar sözlə deyildi. Arxitektura alleqoriya ilə doludur: barokka, klassizm və s. Onların bəzi cəhətləri emblemlərlə, digərləri simvollarla bağlıdır. Alleqoriyanın anlamı birmənalıdır.

İşarələr-konstruksiyalar: formula, süjet, kompozisiya. Burada komponentlərin tərkibi qarşılıqlı əlaqə ilə məkan, zaman, məntiq və hierarxik baxımdan verilir.

Qraflar (metropoliten sxemi), ağac sintaktik əlaqələrin göstə­ricisi kimi, polimetlərin struktur formaları, blok-sxem, matrisa, modellər, histoqramlar, xəritələr, tipoqrafik planlar, sxemlər və s. Onlar daxili əalaqələri daha əyani şəkildə göstərə bilir. Məsələn, Mendeleyev cədvəli: Bunun əsasında D.İ.Mendeleyev (1834-1907) 1869-cu ildə S.Peterburqda periodik qanunu kəşf etdi. İndi onun yüzlərlə variantı var. Kompozisiya obyektin strukturunu açıb gös­tərir. Məsələn, kitabın mündəricatı. Süjet və kompozisiya ümu­mi quruluş əlamətlərini bildirir.

VI.8. İşarələrin və işarə sistemlərinin məzmunu
Semiotikanın səciyyəsi üçün əlamətlər işarənin müəyyən məlumatı göndərəndə özünü büruzə verir. İnformasiyanın xarakte­rindən asılı olaraq bir neçə funksiyanı fərqləndirmək olar. İşarənin məzmunu fəlsəfi problemdir və şüurun ontoloji və fəaliyyətin növləri məsələlərilə bağlıdır.

İlk öncə aydınlaşdırılmalıdır ki, işarə sistemi hansı və nə həcmdə informasiya ötürə bilir və nə dərəcədə ünsiyyətdə etibarlıdır. Bu da informasiyanın kodlaşmasından və dinləyici tərəfindən adekvat qəbulundan asılıdır. Hansı informasiyanın verilməsindən isə semio­tikanın funksiya tərkibi asılıdır. Burada bir neçə qütb çarpazlaşır.

1. Subyektivlik və obyektivlik. Heyvanların ötürdüyü infor­masiyaların hamısı subyektin özü haqqındadır. Müəyyən hallarda ardıcıl olaraq partnyora məlumat göndərilir (bura mənim zonamdır, gəlmə). Obyektiv informasiyada subyektiv dəyərləndirmə və ya şərhedici aspekt olmur. İki dərəcə isti /qar əriyir/, ya da subyektiv olaraq /mənə soyuqdur/ kimi başa düşülə bilər.

2. Emosionallıq / rasionallıq qarşılaşması.

Biokommunikasiyada hərəkətlərin vərdişləri və reflektor qazanılmış infomasiya ötürülmür. Balaların öyrədilməsi infor­ma­si­ya­ya deyil, obraz və yamsılamaya əsaslanır. İnsanda isə bununla bağlı saysız-hesabsız ifadələr var. /Qaş düzəltdiyi yerdə vurdu gö­zünü çıxartdı// və s.

3. İnformasiyanın hissi əyanilik və anlayış xarakterinin qar­şılaşması. Heyvanlarda əsas işarələr simptomlar (indekslərdir), me­tonimik situasiya ilə bağlıdır. Heyvanlar situasiyanı təsvir edə bil­mir, ona reaksiyanı emosional bildirir.

4. İnformasiyanın fərdi və konkret xarakteri, ümumiləşməsi və abstraktlığı. Pişik deyə bilmir, adamlardan və itdən qorx. Ancaq davranış ilə bunu edir. Balaları olanda adamlardan uzaqlaşır, ancaq olmayanda yaxınlaşır.

5. İnformasiyanın “indiliyi” və zamansızlığı oppozisiyası. Hey­vanlarda keçmiş və gələcəklə bağlı məlumat vermək qabiliyyəti yoxdur. İnsan dilində isə bu adi şeydir.

Bioloji semiotikadan süniyə keçəndə subyektiv-hissi tərəf azalır, obyektiv rasional semantika artır. Təbii dildə bu, ortaq mövqedədir. Təbii dillər fərdi-subyektiv hissləri, hazırkı, həm də ümumiləşdirici obyektiv-rasional informasiyaları vermyə qadirdir. Dildə elementar işarə çoxdur (Dildə yarım milyon söz olur). Tərcümə vasitəçi ola bilir. İnsan dili hissi və subyektiv-emosional informasiyaları ifadə etməkdə limit bilmir, hərçənd ki, burda dil və fərd xüsusi rol oynayır.

Təkcə rəng bildirən sözlər nə qədərdir: qırmızı, al-qırmızı, açıq-qırmızı və ya ağrı adları. Şair və yazıçılar burada xüsusi bacarıq nümayiş etdirirlər. Lakin rasional və obyektiv informasiyanı ifadə etməkdə hüdud var. Süni semiotikalar buna misal ola bilər. Təsəv­vür edək ki, yolda işarə əvəzinə /sür/ yazılsın, onda gərək sürücü da­yanıb oxusun. Ya xəritədə işarə olmasın. Açıq semiotikalar dəyişir.

Heyvanların dili dəyişmir. Jestlər meymunlarda dəyişə bilər. Təbii mənbəyi olan bütün mədəni semiotikalar dəyişə bilir. Ancaq jest və mimikalar dilə nisbətən az dəyişir, din dili daha sabitdir, nəinki inçəsənət dili.

Dildə dəyişiklik az olur, ancaq ədəbiyyatda çox (janr, stil və s.). Süni semiotikalar qapalıdır. Riyazi və kimyəvi formullar, coğrafi xəritələr, yol hərəkəti nişanları bəşər mədəniyyətinin tarixi fenomenləridir. Hər bir semiotikanın öz tarixi var. Dəyişmək üçün ümumi razılıq lazımdır. Metrologiyada (fiziki vahidllərin ölçüsündə) hər xalqın öz təcrübəsi var: arşın, funt, pud, batman. Sonralar on­luqlu sistem yarandı (santimetr, qram və s.). XVIII əsrin son­ralarında Fransada, daha doğrusu 1875-ci ildə 17 ölkə, o cümlədən Rusiya, ölçü sistemindən istifadə haqqında Beynəlxalq Metrik Konvensiyaya qol çəkdi. 1960-cı ildə 7 mühüm vahidi olan Bey­nəl­xalq sistem qəbul olundu: metr, kiloqram, saniyə, amper, kelvin, kandel, mil.

Bədii obraz leksik məna anlayışıdır.

Avropada ərəb rəqəmlərini yalnız X əsrdə tanıyıblar, ancaq onların geniş yayılması XVI əsrə aiddir.

İşarə sisteminin semantik imkanlari 3 cür olur.


  1. ayrılıqda işarənin məna planının xarakteri; 2) işarələrin tərkibi; 3) işarələrin birləşmə qaydaları. Ancaq N.B.Meç­kov­ska­yadan fərqli olaraq üçünçü tam semantik həmrəylik baxımdan burada araşdırıla bilər.

Ayrı-ayrı işarələrin məzmun planı koqnitiv prosesdə onların xüsusi çəkisi abstrakt, obyektiv (rasional) və hissi-əyani (konkret, emosional və fərdi) xüsusiyyətlərlə bağlıdir. Onlar işarənin 3 klas­sını müəyyən edir: bədii obraz, leksik məna və elmi anlayış olmaqla leksik məna orta yeri tutur.

Rasional ----- leksik ----- elmi anlayış

Bir qayda olaraq sözlərin leksik mənaları daha geniş tətbiq olunur. Bədii obraz geniş mənada filologiyanın, elmi anlayışlar isə terminologiyanın obyektləridir. /Dil/ sözünün elmi mənasının açılışına fikir verək.



leksik mənası elmi-fəlsəfi izahı

a) bütün canlıların ağzında a) müəyyən elementlərdən

xüsusi kütləsi olan ət parçası ibarət sistem və struktur

münasibətlərinin məcmusu

b) yazıçı və şairin dili b) paradiqmatik və

sintaqmatik əlaqələrin məcmusu

c) insan dili (ünsiyyət c) kompetensiya və

vasitəsi kimi) performansdır

ç) heyvanların dili (bioloji ç) dil işarələr sistemidir

ünsiyyət vasitəsi)

d) onun dili qüsurludur d) dil erqon deyil, energeyadır və s.

e) o, beş dil bilir

ə) dil cəmiyyətdə mühüm rol

oynayır və s.


Söz çoxmənalıdır. Terminlər isə vahidmənalılığa can atır. Yaxşı termin əvəzolunmazdır, leksik variantlar var. Sözün leksik mənasında əyani-hissi təsəvvür güclüdür, anlayış kimi obyekti bütövlükdə əks etdirir. Terminlərdə abstrakt düşüncə, ümumiləş­dir­mə daha güclüdür. Leksik mənada nəzərə çarpan əlamətlər qaba­rıq­dır. Termin isə mahiyyəti və ontoloji cəhəti göstərir. Adi və elm sahəsində işlənməsi xeyli fərqlidir. L.V.Şerba (1880-1944) yazırdı: “Düz (xətt) həndəsədə iki nöqtə arasındakı ən yaxın məsafə kimi müəyyən edilir. Ancaq ədəbi dildə bu, yəqin ki, belə deyil. Mən düşünürəm ki, biz məişətdə düz deyəndə nə sağa, nə sola (həmçinin nə yuxarı, nə aşağı) əyilməyən xətti adlandırırıq Ð…> Bizim düz, sağa, sola naşı anlayışlarımızın əsasında düşünürəm ki, biz qabağa baxanda baxışımızın xətti durur.”20

Leksik mənalarda çalarlıq (konnotasiya) var. Terminlərdə isə bu olmur.

Küydən xilas olma, dəqiqlik və işlənmədə rahatlıqdır.

Məzmun planının küydən qorunma (kodun və kanalın maneyə davamlılığı) informasiyanın kodlaşmasında izafilikdə müəyyən edilir. İkincisi, göndərilən məlumatın etibarlılığı ondakı yayınmanın minumumluğu və ya heç olmaması ilə müəyyənləşir.

Məlumatın açılması onu göndərənin niyyətinə adekvat olmalıdır. 3-cüsü məlumatın verilməsi və alınması onu işlədənlər üçün rahat olmalıdır. Kodlaşmanın izafiliyi və kodun, kanalın küyə (maneəyə) davamlılığı, deyildiyi kimi, izafiliklə müəyyən edilir. Başqa sözlə göndərilən məlumatda “artıq” işarələr olur. Məhsulu bükürlər ki, dağılmasın, açara brelok taxırlar ki, itməsin. Qapı bre­lokla açılmır ki, o açarı müşayiət edir, informasiyanı təkrar və ya ona kömək edir. Hazırda maşın qapıları, mehmanxana otaqları elek­tron açarla açılır, ancaq açarsız bağlanır. Ərəb rəqəmlərində vergülü sola və sağa keçirməklə rəqəmlərin mənası 10 dəfə artır və ya azalır: 126,57. Pulu alanda həm rəqəmlə, həm də yazı ilə göstərilir. 6 rəqəmli sayı tapmaq olmur, ancaq sözün yazısı onu bütövlükdə tanı­mağa kömək edir. /tkr/ samitlərlə sözün /təkər/ olduğunu tapmaq olar: /qar/ fonem ardıcıllığına hansı saitləri artırsaq yeni söz yaranar: /gar+ı/, /gar+a/. Deməli, bu /gar/ fonem birləşməsinə /o, ø, y, i, ə, e/ saitləri artırıla bilməz. Bu, fonemin işlənməsi ehtimalını müəyyənləşdirməkdə mühüm rol oynayır.

Bəzi dillərdə (rus, alman) dildəki təkrar forma bütöv strukturu bərpa etməyə imkan verir. Məs., /вижу большого … (mütləq canlı kişi cinsli söz olmalıdır) (человека, ребенка və s.), (yoxsa/ большой... kişi cinsli cansız, qadın cinsində olsaydı/... большую/ olardı və s.

Statistik hesablamalar göstərir ki, yazılı məlumat müxtəlif dillərdə eyni dərəcədə izafıdır: 60-70% (üslubi dəyərləndirmə başqa şeydi, izafilik deyil, o, danışığın qüsuru kimi göstərilə bilər: sentyabr ayında, yaxşı-yaxşı fikirləş və s.). İzafiliyə fonem və qrafemlərin danışıqda müxtəlif tezlikdə işlənməsi səbəb olur. Bədii əsərlər, özü də poetik, qəzetdən az öncəgörüləndir.

İnformasiya nəzəriyyəsində konkret məlumat növlərində iza­filiyin hesablanması çox vacib məsələdir (müxtəlif şəkillər, çer­tyoj, kart, fototeleqram, televiziya görüntüləri). Süni semiotika­larda iza­filik azdır. Ancaq informasiyanın verilməsində izafilik maneənin dəfni vasitəsi kimi başa düşülür. Məlumata əlavə yoxlayıcı rəqəmlər verilir.

Qəbul edilən informasiyada koddan sapmanın olmaması kodun etibarlığı deməkdir. Şərti olaraq buna semiotikanın “dəqiqliyi” de­yilir. Bu da subyektdən asılıdır. Adresat mənası dəqiqliklə gön­də­rilən informasiyanı qəbul edir. Sapma pis bilmək, pis xətt, yor­ğun­luq kimi subyektiv amillərlə yanaşı kağızın yaxşı olmaması, çapın ağlığı və s. kimi obyektiv amillərdən də asılıdır. Kodun dəqiqliyi kanalın etibarlığı (pis eşidilən (görmə), ötürücülük qabiliyyəti, göndərənin və qəbuledənin danışığında, qulağında defekt və s. Süni dillərdə dəqiqlik daha çoxdur. Birin-birə münasibəti olan semioti­ka­larda (riyazi formada, terminlərdə) dəqiqlik yüksəkdir.

Təbii dildə çoxmənalı sinonimlik izafiliyi qüvvətləndirir, variativlikdə çeviklik, elastiklik, differansiasiya var.

Ünsiyyətdə əsas problemi çoxmənalılıq yaratmır. Məs., – saat 6-da gələrsən (Bu həm axşam, həm də səhər ola bilər). Ona görə ünsiyyət dəqiqləşdirilir: saat 6-da axşam, ya səhər? - əlbəttə, axşam. Ünsiyyət uğursuzluğu leksik çoxmənallığı ilə də ola bilər. Bu həmsöhbətlərdən birinin sözün semantikasını bilməməsilə də bağlı ola bilər. Əsas ünsiyyət uğursuzluğu kommunikativ niyyəti və praq­ma­tik aspekti bilməməzlikdən irəli gəlir. Ciddi ünsiyyət uğur­suzluğu isə psixoloji əsasa malikdir.21

Kommunikativ uğursuzluğa dilxarici amillər də təsir edir (səs-küy, musiqi, kifayət qədər dili bilməmək, subyektiv və s.). Ancaq anlamağa üç şərt kömək edir: presuppozisiya, insanın informasiyanı qəbul etmək bacarığı, bir də izafilik.

Ancaq qəbuletmədə açmanın çətinliyi əsasən qeyri-verbal incəsənət əsərlərində (musiqi və arxitektura), mifik, poetik, bədii və fəlsəfi mətnlərdə, şərh edəndə zaman və məkan uzaqlığı. Hər halda tam başa düşülməmiş mətnlər çoxdur.

Kodun istifadə xüsusiyyətləri. Süni semiotikaların əksəriyyəti informativ effektivlik və etibarlılıq baxımından təbii dillərə üstün gəlir. Onlar məntiqidir, rasional və internasionaldır. Deməli, formal dillər daha rahatdır. Ancaq formal dillərin sosial işlənməsində cəmiy­yət baxımından böyük problemlər var. Əvvəla, onlar cə­miy­yətin normal həyatı üçün vacibdir. İdarəetmə, aşkarlıq, qəbul olunan qərarlara nəzarət baxımından cəmiyyət üçün formal dil vacibdir. Ancaq bunun üçün cəmiyyətin daha böyük kəsimi o prosesləri öyrənməlidir. Ekologiya, ekonomika, hərbi və bank sahəsində külli miqdarda vəsait xərcləməklə problemləri həll etmək olar.

Təbii dil bütün cəmiyyət üzvlərinin uşaqlıqdan əldə etdiyi sərvətdir. O təbii yolla mənimsənilir. Bu da onun kardinal üstün­lü­yüdür. Təbii dildə göndərilən informasiya adətən birmənalı qarşı­lanır, ancaq süni semiotikalarda bu belə deyil.

Təbii dildə nisbətən yüksək dəqiqlik və müəyyənlik var, danışıqda söyləmlər asan və sadə olur. Amma süni semiotikada, din və fəlsəfədə bu heç də belə deyil. Dil məcburidir, ancaq işlənilən semiotika müəyyən mənada fakültətivdir, hər halda opera, balet və təsviri incəsənət bütün millətlərdə yoxdur.

İşarə məzmununun aspektləri: denotat, semantika, sintaktika, praq­matika və siqmatika. Bu axırıncını Q.Klaus əlavə edib. Beləliklə, işarə və onun aspektlərini belə sxem­ləşdirmək olar.22



VI.9. Fəslin ədəbiyyatı və qeydlər
1. Zeichensymposium. Berlin, 1961, I, 1962, II.

2. W.Nöth. Body language. Handbook of Semiotics. İndiana University Press. 1985, s. 387-420. Bu müəllif də jestlər (kinesics), mimika(facial signals), diqqətli baxış (care), taktil kommunikasiya (proxemics), xronomika (chronomics), zaman semiotikası (time semiotics) fərqləndirir.

3. Н.И.Жинкин. Göstərilən əsəri, s.75.

4. Th.A.Sebeok. A Contributions to the Doctrine of Sign. Blomington, 1976, p.189-199.

5. Н.Б. Мечковская. Göstərilən əsəri, s. 108.

6. Н.Б. Мечковская. Göstərilən əsəri, s. 127.

7. Н.Б. Мечковская. Göstərilən əsəri, s. 140 .

8. Yenə orada. s.141

9. F.Veysəlli (Veysəlov). Seçilmiş əsərlər.I. Bakı, 2009.

10. Л.Р.Зиндер. Oбщая фонетика. М., 1979, s.270.

11. Р.Якобсон , К.Поморска.. Беседы. Иерусалим. М., 1982, s.104.

12. А.М. Газов-Гинзбург. Был ли язык изобразителен в своих истоках? М., 1965.

13. Н.Б. Мечковская. Göstərilən əsəri, s. 142.

14. F.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica.. III. Bakı, 2009.

15. А.П. Журавльев. Фонетическое значение. Л., 1974.

16. Н.Б. Мечковская. Göstərilən əsəri, s. 166-167.

* Yunanca trópos (trepco) ilkin olaraq dönüş, dönəm mə­nasında işlənib. Müqayisədən mənanın keçməsi (metafor: adamın ayağı, stolun ayağı), (metonimiya-(oxşarlıq: dən, taxıl), sinekdox (hissə və bütövün münasibəti (dünya səndən danışır), hiperbol (şişirtmə: dağ kimidir), litot, ironiya və s.



17. С.С.Аверинцев. Символ. Философский энциклопе­дический словарь. М., 1983, s.607-608.

18. Н.Д. Арутьюнова. Язык и мир человека, М., 1998, s.339-344.

19. Л.В.Щерба. Языковая система и речевая деятельность. Л., 1979, s.280.

20. О.П.Ермокова, Е.А.Земская. К построению типологии коммуникативных неудач (на материале естественного русского диалога). Русский язык в его функционировании: комму­ника­тивно-прагматический аспект. М., 1993, s. 36-64.

21. Супрун А.Е. Лекции по теории речевой деятельности. Минск, 1996, s.120-122.

22. P.Giro. Semantique. Paris, 1955.
VII. Dil spesifik işarələr sistemi kimi

VII.1. Ümumi qeydlər


Insan cəmiyyətində ən mühüm ünsiyyət vasitəsi kimi çıxış edən dilin işarələr sistemi olması barədə ilk fikir söyləyənlərdən biri məşhur alman riyaziyyatçısı Q.Freqe, sonralar isə bunu xüsusi vurğulayan F.de Sössür olmuşdur. Yuxarıda biz Q.Freqenin işarə ilə bağlı konsepsiyasını geniş şərh etmişik (bax I fəsil). Bu fəsildə isə dil işarələrinin spesifikliyi, onların bütün semiotik sistemdə yeri və digər isarələrdən fərqli cəhətləri araşdırılacaq.

Qeyd edək ki, dilin işarəviliyini bu gün heç kəs inkar etmir. An­caq onun konkret aspektlərinin şərhilə bağlı son dərəcə fərqli fi­kir­lər bu gün də səslənməkdədir. Ötən əsrdə iki dəfə beynəlxalq sə­viy­yədə dilin işarəviliyilə bağlı geniş müzakirələr açılıb. Onlardan biri XX əsrin 30 illərinin sonlarından 50- ci illərin əvvəllərinə qədər “Acta Linguistica” jurnalının səhifələrində gedən diskussiya1, digəri isə həmin əsrin 60-cı illərinin sonunda Erfurt şəhərində keçirilən I Bey­­nəlxalq İşarə Simpoziumu2 idi. Lakin sonralar da dilin işarə­vi­liyilə bağlı saysız-hesabsız məqalə, monoqrafiya və dərsliklər ya­zıl­mış, müxtəlif ölkələrin linqvistik toplu və nəşriyyatlarında bununla ilgili çeşidli fikirlərə rast gəlmək mümkündür. Bunların içərisində R.Yakobsonun, T. Sebeokun (1920-), A.Şaffın (1906-2006), Y.Mas­lo­vun (1908-1977), N.Meçkovskayanın adlarını xüsusi qeyd etmək lazımdır.3

T. Sebeokun semiotik görüşlərindən danışarkən Ç.Pirsin (1839-1914), Ç.Morrisin (1901-1979) və R.Yakobsonun ona təsirini xüsusi vürğulayırlar.4 Bu alim təbii işarələrdən tutmuş human işa­rə­lərinə qədər geniş sahəni əhatə etmişdir: dilçilik, mədəni antro­polo­giya, psixologiya, süni intellekt, zoologiya, etologiya, biologiya, təbabət, riyaziyyat, fəlsəfə, ədəbiyyat, narratologiya və s.

İrəlidə bunların hər biri haqqında söhbət gedəcək. Ancaq ilk öncə bizə ən yaxın olan dil işarələrinin özəlliklərini müəy­yən­ləş­dir­məyə çalışacağıq.


VII.2. Dil işarələrinin digər işarə sistemlərindən fərqləri
Bu suala cavab vermək üçün ilk öncə işarənin ontoloji təbiəti açıqlanmalı, sonra dil işarəsi dəqiqləşməli, axırda isə dil işarələrinin başqa işarələrdən fərqi müəyyənləşməlidir.

Bu gün elmi–nəzəri ədəbiyyatda işarə haqqında saysız tərif­lə­rə rast gəlmək olar. Birinci oradan başlayaq ki, F.de Sössür dili işa­rələr sistemi elan edir və onun təbiətinin nədən ibarət olma­sının mə­sə­ləyə dəxli olmadığını vurğulayır. Fikrimizcə, dil işarə­lərilə bağlı do­laşıqlıq bütün mahiyyətilə buradan irəli gəlir. F.de Sössürün işa­rələrin ikitərəfliyi, ixtiyariliyi, diskretliyi, düzxəttliliyilə bağlı fi­kir­ləri ilk baxışdan heç bir mübahisə doğurmur. Biz irəlidə bunların hər biri üzərində geniş dayanacağıq. Ancaq birinci növbədə ışarənin təbiətinə dair fikirlərə öz münasibətimizi bildirək.

F.de Sössür dil işarələrinin dəyərini onların sistemdəki yerilə müəyyənləşdirir. Bu zaman o, işarənin təbiətinin məsələyə dəxli olma­dığını göstərmək üçün şahmat fiqurlarını müqayisəyə cəlb edərək belə nəticəyə gəlir ki, taxta üzərində yaranmış oyun vəziy­yətinin necə olması fiqurların nədən hazırlanmasından asılı deyildir. Bəli, oyunun vəziyytini müəyyənləşdirmək üçün fiqurların nədən hazırlandığını bilməyə ehtiyac yoxdur. Sistemdə yerinə görə hər bir işarənin dəyərini (value) müəyyən edərkən bu hökm doğrudur. Ancaq dil işarələri təbiətinə görə başqa semiotik sistemlərdəkindən fərqlidir. Dil işarələri istisnasız olaraq maddi varlığı səslərdən ibarət olan işarələrdir. Əlbəttə, ümumi işarə nəzəriyyəsindən çox şey asılıdır. Məhz belə ümumi nəzəri kontekstdə nəinki işarənin, həm də dil işarəsinin mahiyyətini açıb göstərmək olar. Özü də çıxış nöqtəsini məhz dil işarələri təşkil etməlidir. Əksinə yanaşma burada bizə kömək edə bilməz. Dil kommunikasiya prosesinə xidmət edən bütün vasitələrin məcmusudursa, işarə bu bütövün tərkib hissəsidir və bu bütöv daxilində müəyyən edilir, baxmayaraq ki, öz tərəfindən işarə həmçinin bütövü müəyyənləşdirir. Deməli, insanların ünsiy­yə­tini cəmiyyətin müəyyən fəaliyyət prosesinin tərkib hissəsi kimi götür­məklə biz işarə, anlam, məna və s. kateqoriyaları dəqiqləşdirə bi­­lərik. Bu anlamdan çıxış edərək işarəyə aşağıdakı tərifi verə bi­lərik:

İşarə insanın sensor üzvlərilə qavranılan (eşitmə, görmə, toxunma, iybilmə və dadbilmə) və cürbəcür maddi varlıqda real­laşan elə bir əlaqə formasıdır ki, bu əlaqə (eşidilən səsin, görünən rəngin, sevgi hissinin, mətbəxdə bişən xörəyin iyi və dequstatorun çaxırın dadına baxmaqla onun növünü müəyyənləşdirə bilməsi assosiasıyası) insanların qarşılıqlı ünsiyyətində müəyyən məlumatın ötürülməsinə və qəbul edilməsinə xidmət etməklə ətraf aləmdəki pred­met və hadisələr haqqında intellektual və emosional xarakterli his­slər oyadır. İşarə işarələyənlə (maddi substansiya) işarələnin (ob­yek­tin, predmetin, hadisənin, gerçəklik dəyərinin) qarşılıqlı əla­qə­si­dir. Ona görə də işarənin mahiyyətini signum= siqnans +siq­natum for­mulu daha yaxşı əks etdirir. İşarənin predmet və əlamətlə ey­niləşdirilməsi volyuntarizmdir, məsələnin mahiyyətini düzgün başa düşməməkdən irəli gəlir. İşarə predmet və ya göstərici ola bilməz. Göstərmək, bildirmək işarənin funksiyasıdır, onun özü deyildir. Qırmızı rəng rənglər spektrində rənginin təbiətinə görə ona verilmiş addır, onun qanla eyniləşdirilməsi isə sonralar cəmiyyətdə konven­si­yanın təzahüründən başqa bir şey deyildir. Orqanizmin bir üzvü olan əlin o tərəf bu tərəfə tərpənməsi fiziki hərəkətdir, ancaq onun mü­əyyən qadağa bildirməsi cəmiyyətdə təcrübədən yaranmış və vər­dişə çevrilmiş işarədir. İşarə nəyinsə yerində işlənir, nəyisə təmsil edir, ancaq o, predmetin və ya hadisənin özü deyildir.

Bu yanaşmadan çıxış edərək dil işarələrinə belə tərif verə bilərik:



Dil işarələri eyni dil kollektivində böyümüş insanların tələffüz etdikləril səs(yazılı) obrazlarının ünsiyyətdə iştirak edən tərəflərin beynində yaratdığı təsəvvürlərlə qarşılıqlı əlaqəsinə deyilir. Bu ob­raz­lar strukturca çox müxtəlif olur. Onlar dildə bir sistem yaradır. Deməli, dil işarələri eyni dil kollektivində insanlar arasın­dakı ün­siy­yətdə meydana çıxır. Heyvanların dilində belə şeyə yalnız məcazi mənada rast gəlmək olur. İşarələr öz funksiyalarını bir dil daxilində həyata keçirə bilirlər. İnsanların digər üzvlərilə hiss etdiyi təbiət hadisələri, təbii proseslər dil işarələri kimi çıxış edə bilmirlər.

Dildəki işarə sistemləri signifikant baxımından müəyyən prin­sip­lərə əsasən üzvlənə bilir.

Deməli, kiçik elementlər kimi dəyərləndirilən işarənin özü de­yil, yalnız onun siqnifikantının səsli ya da yazılı elementləridir. Ancaq təəssüflər olsun ki, dil işarələri bəziləri tərəfindən sözlə eyni­ləş­dirilir. Məs., A. Şaff yuxarıda adını çəkdiyimiz əsərində yazır: “Bu mənada mən irəlidə “dil işarəsi”ni qrammatik anlamda səsli di­lin xüsusi elementi olan “sözlə” (yəni müvafiq dilin qram­mati­ka­sında söz kimi tanınanla) eyniləşdirirməklə bilərəkdən situasiyanı sadələşdirirəm, məni buna qarşıdakı təhlilin məqsədi vadar edir”.5 Daha sonra müəllif fonemdən və morfemdən imtina etməsini əsas­landırmağa çalışır. Çünki onun fikrincə, söz dilin ən kiçik vahidi kimi morfologiya, sintaksis və semantikanın qaydalarına rəğmən müstəqil məna vahidi kimi çıxış edə bilir. Bunda işimiz yoxdur. A.Şaf­fın sonrakı fikri müəllifin işarə ilə bağlı nə qədər dolaşıq möv­qedə olduğunu sübut edir. O yazır: “Mən mənaca “söz” termi­nini “dil işarəsi” terminilə eyniləşdirməklə həmçinin “dil işarəsi” ter­mi­nini dil mənasının maddi daşıyıcısının adı üçün işlənə bilməsi prob­le­mini həll edərək (yəni verilmiş sözün yalnız səs və ya yazı­dakı rənglı izini) dar anlamda başa düşürəm və ya geniş anlamda maddi varlığı onunla nəzərdə tutulan vəhdəti əmələ gətirən bütövü başa düşürəm. İndiyə qədər deyiləndən belə çıxır ki, mən “dil işarəsi” anlayışının bu ikinci mənasını nəzərdə tuturam. Bununla da mən mü­vafiq mənanın daşıyıcısının maddi daşıyıcısı terminilə “səsli sözü” və ya “yazılı şəkil” göstərirəm (dil işarəsinin səslən­mədə və ya transkripsiyada işlənməsindən asılı olaraq)”.6

Biz yuxarıda işarəni siqnifikat və siqnifikantın vəhdəti kimi başa düşdüyümüzü vurğulamışıq. Elə isə söz işarə olursa, bəs onun işarələyəni harda qaldı. Hətta burada dillə təfəkkürün vəhdətdə olma­sı fikri də kömək etmir. Doğrudan da, verbal ünsiyyətdə bunun belə olduğunu heç kəs inkar edə bilməz, çünki bütün əqli fəaliyyət və fikirlərin ötürülməsi qarşılıqlı ünsiyyət vasitəsilə həyata keçir. Lal-karların ünsiyyətində də söhbət ya öyrənilmiş dildən, ya da səsli dilin əl-qol hərəkətləri şəklində transpozisiyasından gedir. Bu axı­rın­cı normal dil daşıyıcısının lal-karla ünsiyyətində müşahidə olu­nur.

Rus alimi V.Zveginsev (1910-1988) dilin işarəvi xarakterdə olmasını aşağıdakı kriteriyalarla inkar edir. O, işarələrin qeyri-məh­sul­darlığını (işarə işarələnən predmetin inkişafına yardımçı ola bilmir, başqa işarələrlə yaradıcı kombinasiyaya girə bilmir), işarə ilə onun mənası arasında məzmun əlaqəsinin olmamasını, işarə və onun mənasının avtonomluğunu, işarənin birmənalılığını və işarədə emosional – ekspressiv elementlərin çatışmazlığını əsas götürərək dili işarələr sırasına aid etmir. O, müstəsna hal kimi terminoloji ba­xımdan sözlərin işarələrin xüsusi kateqoriyasına aid edilə biləcəyini istisna etməsə də, danışıq dilinin saözlərini qəti şəkildə işarə kimi qəbul etmir.7

Fikrimizcə, alman alimi V.Porsiqin (1896-1961) işarə ilə bağlı fikirləri daha düzgündür. O israr edir ki, dilin sözlərini biz sadəcə olaraq işa­rə kimi götürə bilmərik, çünki onlar, birincisi, konvensional deyil­dir, ikincisi, çünki insan danışığa işarələrdə olduğundan fərqli reaksiya verir, çünki danışıqda qıcıqlanmaya işarələnəndən gələn qıcıqdan başqa həmsöhbətdən gələn qıcıq da əlavə olunur.8

Dili xüsusi işarələr sistemi kimi götürən alimlər həm də onu əsas gətirirlər ki, dil işarələri dildənkənar işarələrlə xüsusi müna­sibətdə olurlar (dil işarələri dildənkənar işarələr üçün mühümdürsə, bu hökmün əksi düzgün deyildir), onda dil işarələrinin xüsusi əlamətlərə malik olması fikrinə bəraət qazandırmalı və onların dildənkənar işarələrdən fərqini ayırd etməliyik. Dil işarəsini asso­siativ əlaqə hesab etməklə biz bu əlaqənin işarələyənini, yəni siqnifikantın spesifik əlamətlərini araşdırmalıyıq.

Dil işarələrinin arbitrerliyini biz yuxarıda nəzərdən keçirdik. İşarənin maddi tərəfi dil baxımından səslidir. F.de Sössür haqlı olaraq işarəni kağız parçası ilə müqayisə edəndə işarəni signifiant və signifienin vəhdəti kimi götürməklə onları bir-birindən ayrılmaz bir şey hesab edərək məhz onu işarə adlandırırdı. Sözün səs obrazı işarə kimi götürülür, ona görə də onun mənaya münasibətindən danışır. Deməli, burada işarə tamam başqa cür başa düşülür. Bunu A.Şaff da qeyd edir.9

Ixtiyarilikdən danışanda iki suala cavab vermək lazımdır: birincisi, sözdə səslə mənanın birliyi təbii xarakter daşıyır ya yox? İkincisi, ayrı-ayrı fərdlər və ya cəmiyyət istədikləri vaxt öz dillə­rinin işarələrində dəyişiklik və ya öz iradəsilə seçim edə bilərmi?

Birinci suala yuxarıda qismən cavab vermişik. Bunu təsdiq etmək çox sadəlövhlük olardı, yəni biz dağa ona görə dağ deyirik ki, o, dağdır. Digər tərəfdən, belə bağlılıq olsaydı eyni referent bütün dillərdə eyni siqnifikanta malik olardı. Nəhayət, uşaq vaxtı oda, lampaya /cızza/ adını veririksə, deməli, böyüyəndən sonra onları belə adlandırmalı olmalıyıq. Bu cür danışmaq istəyən uşaqlar dilin təbii inkişafından məhrum olub homo atala düzəldə bilərlər. Alman yazıçılarından biri ixtiyari olaraq bütün sözləri dəyişib onlara yeni ad verməklə kitab yazıb. Sonradan özünün də yazdıqlarını başa düşmək üçün xüsusi lüğətə ehtiyacı olduğunu o, açıqca bəyan edib. Deməli, biz fərd olaraq dil yarada bilmərik, nə də seçimimizdə müs­təqil deyilik, yəni ətrafımız hansı dildən istifadə edirsə, cümlələri necə qurursa, biz də o cür edirik. Yeganə köməyə gələn şey onomo­topeya ola bilər. Ancaq burada da xoruzun banı və ya qurbağanın vaqqıltısı bütün dillərdə eyni cür olmur. Rus itin hürməsini /qav-qav/, alman /vau-vau/, azərbaycanlı isə /ham-ham/ kimi ifadə edir.

Deməli, dil çox mühavizəkar bir instrumentdir. Bunun bariz nümunəsini biz bəzi imperiyalarda görürük. Məsələn, İranda zor gücünə böyük bir millətin dilini unutdurmağa çalışırlar. Elə keçmiş sovetlər birliyində də rejim ideoloqları dəridən–qabıqdan çıxıb azlıqda olan millətlərin dillərini cürbəcür bəhanələrlə unutdurmağa çalışırdılar. Amma bunlar nəticəsiz qalır. Digər tərəfdən millətçi puristlər neolo­gizmlər sayəsində hər cür təsiri və alınmanı yaxına burax­mırlar. An­caq dil öz müqavimətini göstərə bilir. Düzdür, radikal konver­sionalizm aksiomatik sistemlərin dillərinin konstruksiyası prakti­ka­sını səhvən ümumiləşdirir və faktiki olaraq dilin, hətta mıəntiqin də seçiminin ixitiyari omasını qəbul edir.10

Dilçilik baxımından bu, fəlsəfi spekulyasiyadan başqa bir şey deyildir və F.de Sössür və ardıcıllarının arbitrerlik tezisinin bununla heç bir əlaqəsi yoxdur.

Əslində, işarənin arbitrerliyi məsələsi təkcə dil işarələrinə de­yil, ikonik işarələr istisna olmaqla (burada işarə ilə onun təmsil etdiyi predmet arasında təbii yaxınlıq var, baxmayaraq ki, bu fikir də ayrıca tədqiq olunmalıdır) bütün işarələrə şamil edilməlidir. An­caq mütəxəssislər çalışırlar ki, dil işarələrinin differentia specifi­casını üzə çıxarsınlar, yəni işarənin maddi gestaltı ilə mənası arasın­dakı bağlılığı ayırd etsinlər.

A.Şaff işarələyənlə işarələnin qarşılıqlı əlaqəsini araşdıraraq çox qəribə bir nəticəyə gəlir:

a) işarə deyəndə o mənanın maddi daşıyıcısını başa düşür;

b) verilmiş işarəyə münasibətdə məna avtonomdur (məna daşı­yıcısı anlaşma nəticəsində dəyişdirilə bilər, yol hərəkəti qay­da­larında olduğu kimi);

c) məna az və ya çox mürəkkəb firkin göstərilməsinə xidmət edə bilər (riyaziyyatda sonsuzluğu bildirən simvol), bu fikir verbal ifadə oluna bilər (verbal ifadənin forması və anlaşılması müxtəlif olsa da).

Deməli, bütün işarələrin mənası dilə söykənir, çünki onsuz heç bir məna nə bildirilə bilər, nə də düşünülə bilər, başqa sözlə, heç mövcud ola bilməz.

Maddi məna daşıyıcısı ilə məna arasında buna bənzər əlaqə müəyyənləşdirə bilərikmi? Yuxarıdakı 3 bəndi bura aid etmək olar­mı?

Bu suala müsbət cavab vermək olmur. Qeyri-verbal işarədə məna avtonomdur və “hazırdır”, çünki o, dil işarələrinin köməyilə reallaşan fikirdir, elə bir fikir ki, verilmiş maddi daşıyıcı ilə əla­qədar olsa da, öz daşıyıcısını dəyişə bilər, hətta onsuz, eksplisit şəkildə sözlərsiz, fikirlərdə ifadə oluna bilər.

Dil işarələrinin mənası fikir olsa da, o heç vaxt avtonom və hazır deyildir, çünki onun maddi substansiyası (səs və ya qrafik forma) vardır. Burada da “dil işarəsi “ maddi qabığı ilə mənanın (fikrin) vəhdəti kimi götürülürsə, bu o deməkdir ki, səs tərəfi məna ol­masa sadəcə səs kompleksi kimi eşidiləcək (məs., /fşı/), məna tərəfi isə müvafiq səs tərəfi olmasa mövcud ola bilməz. Sino­nim­lər­də sadəcə olaraq eyni və ya oxşar mənalar müxtəlif səs forması ilə ifa­də olunur. Ancaq bu sinonomləri səs qabığı olmasa təsəvvür et­mək belə mümkün deyildir. Bunu əsas götürərək bəzən dil işa­rə­lərini məna üçün transparent, şəffaf hesab edirlər. Yəni biz müəyyən səs qabığını deyiriksə, tələffüz ediriksə, başqa sözlə sözün müvafiq fonetik cildi varsa, onu dil işarəsi kimi o zaman işlədirik ki, onun arxasında ondan asılı olmayan məna tərəfi olsun. Mənasız səs kom­pleksi, səs yığımı dil işarələrinin elementləri kimi qəbul edil­mir. Bu bağlılıq o qədər təbiidir ki, fonetik cild mənadan ayrı mövcud ola bilməz, bu, orqanik bağlılıqdır.Müxtəlif cilddə eyni mənalı sözlər bu bağlılığı şübhə altına almır. Dil işarəsi maddi məna daşıyıcısı ilə mənanın spesifik vəhdətinin adıdır. Maddi daşıyıcını dəyişmək qeyri-verbal xarakterli işarələrdə mümkündür. Hazır olması da mad­di qabıqsız düşünmək olur, yəni psixoloji cəhətdən dil işa­rə­sin­də sırf mənanı qəbul edirik, digər işarə kateqoriyalarında isə işarə özü-özlü­yündə dərk olunur, müvafiq məna ilə birgə götürdüyümüz mad­di formasında təzahür edir.

Dil işarəsinin özümlüyünün təsviri onun şərhindən fərqli ol­malıdır. Təsvir pis və ya yaxşı, çox və ya az dəqiq ola bilər, ancaq bu­rada məcazi mənada təsvir üçün geniş meydan qalır, bunu məna üçün bildirmənin transparent olması sübut edir. Şərhdə biz “nə üçün” sualına cavab verməliyik. Dil işarəsində maddi və ideya aspektlərinin qəribə üzvü vəhdətinin səbəblərini axtarırıq Bu zaman biz fəlsəfədən və semiotikadan kənarada olan sahələrə əl atmalı oluruq. Neyrofizioloji, psixoloji, habelə struktur dilçilik baxımından məsələyə yaxınlaşdıqda, xeyli yeni cəhətlər üzə çıxır. Məsələn, ikin­ci siqnal sistemi ilə bağlı mülahizələri və ya struktur dilçilikdə fonem təhlili və s. təsvirə yeni çalarlar gətirir.

Bu fərqlər göstərir ki, dilin işarəviliyinə və sözlərin işarə kimi gö­türülməsinə qarşı irəli sürülən arqumentlər bu müqayisədən sonra yer­siz görünür. Fərqlər kifayət qədər əsaslıdır. Onları aşağıdakı ki­mi ümumiləşdirmək olar:

1. Maddi daşıyıcısının mənaya münasibətdə avtonom və hazır vəziyyətdə olduğu qeyri-verbal işarələrdən fərqli olaraq dil işarə­lə­rin­də işarələyənlə (səs cildi, yazılı forma) işarələnən (məna, ideya) üzvü surətdə bir-birilə bağlıdır və biri digərindən ayrı mümkün de­yildir. A.Şaff bunu nədənsə yalnız sözə şamil edir.

2. Qeyri-verbal işarələr məhsuldar deyil (Zveginsevin dediyi kimi), onlar öz mənalarını inkişaf etdirə bilmirlər. Ancaq dil işa­rə­ləri məhsuldardır.

3. Qeyri-verbal işarələr prinsip etibarı ilə təkmənalı, dil işa­rə­ləri isə əsasən çoxmənalıdırlar. Dil işarələrinin nəinki mənası var, onlar həm də nəyisə bildirir, adlandırır.Bu mənada indekslər yal­nız gös­tərirlər, işarələyirlər, adlandırmırlar. Dil işarələri anla­yış­larla dü­şünməni təmin edir, abstrakt təfəkkür prosesində fəal iştirak edir. Bu da insanla bağlıdır, insan yalnız abstrakt düşünməyə qadir­dir. De­məli, insan dilin işarələr sisteminə malikdir. Yalnız insan­lar­da bil­dirmə və anlayışlarla düşünmə səsli dillə üzvü surətdə bağ­lıdır. Göstərilən fərqlər dili işarələr sisteminə daxil etmək üçün kifa­yət qədər yetərlidir. Dil işarələrinin bu cür fərqli əlamətlərə malik ol­ması onları ümumi işarənin tərifindən kənarda qoymur. Ona görə də dil işarələri bütün işarələrin sisteminə daxildir.


1   ...   6   7   8   9   10   11   12   13   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə