Əyani şöbəyə: 5301. 01- daxili fiskal siyasət və dövlət maliyyəsi -1 yer 5302. 01- ekonometriya -1 yer Qiyabi şöbəyə




Yüklə 11.85 Kb.
tarix10.04.2016
ölçüsü11.85 Kb.
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu
2014-cü ildə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul

ELAN EDİR
Əyani şöbəyə:

5301.01- Daxili fiskal siyasət və dövlət maliyyəsi -1 yer

5302.01- Ekonometriya -1 yer

Qiyabi şöbəyə:

5309.01 - Sənayenin təşkili və dövlət siyasəti – 1 yer

5310.01 - Dünya iqtisadiyyatı - 1 yer

5312.01 - Sahə iqtisadiyyatı - 1 yer


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 253s№-li 15 avqust 2014-cü il tarixli sərəncamına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın

rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- iş yerindən xasiyyətnamə;

- 4 ədəd fotoşəkil (3x4 ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq

edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının

vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında

şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti;


Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənni, xarici dil və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Doktoranturaya sənədlər sentyabr ayının 01-dən 30-dək qəbul edilir.


Doktoranturaya qəbul imtahanına buraxılmış şəxslərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq iş yerindən 30 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.
İstehsalatdan ayrılmaqla təhsil alan bütün doktorantlar təqaüdlə təmin olunurlar.
Ətraflı məlumat almaq üçün bu ünvana müraciət etmək olar:

AZ 1011, Bakı şəhəri, H. Zərdabi prospekti, 88-a



Əlaqə telefonları: (+99412) 430 01 70;

İnternet səhifəsi: www.ier.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə