Əyani şöbə üzrə III kurs 1024-cü qrup tələbəsi Nəsirov Nurlanın Yaxın və Orta Şərq ölkələri




Yüklə 163.61 Kb.
səhifə1/3
tarix12.03.2016
ölçüsü163.61 Kb.
  1   2   3
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universitetinin Tarix fakultəsinin

əyani şöbə üzrə III kurs 1024-cü qrup tələbəsi

Nəsirov Nurlanın Yaxın və Orta Şərq ölkələri

fənnindən kurs işi.


Kafedra: Asiya və Afrika ölkələri tarixi.

Kafedra müdiri : Prof. Sofiyev Məhəd.

Elmi rəhbər: Əmirov İsrail.

B A K I - 2010
P l a n :

Səfəvilər dövlətinin tənəzzülü və əfqan tayfalarının İran ərazilərinə yürüşləri”




  1. Səfəvilər dövlətinin zəifləməsinin səbəbləri.




  1. Səfəvilər dövlətinin süqutunda əfqan yürüşlərinin rolu.




  1. Nadirin əfqanlara qarşı mübarizəsi və onları ölkədən qovması.


G İ R İ Ş

Səfəvi dövləti, Azərbaycan xalqının və eyni zamanda türk xalqlarının dövlətçilik tarixində mühüm yer tutur. 235 il yaşamış Səfəvi dövləti İran ərazisində mövcud olmuş ən uzun ömürlü türk xanədanı idi. Mövcud olduğu dövr ərzində təkcə Azərbaycan və qonşu ölkələri deyil, Yaxın və orta Şərqin çox geniş ərazilərini idarə edən Azərbaycan Səfəvilər sülaləsi türk dövlətçiliyinin tarixinə parlaq səhifələr həkk etmişdir.Digər böyük türk səltənətləri kimi Səfəvi dövləti də uzun müddət onun hakimiyyəti altında yaşamış xalqlara əmin-amanlıq gətirmiş, təkcə azəri türklərini deyil, bu dövlətin tərkibinə daxil olan başqa xalqların, o cümlədən İran xalqlarının maddi və mənəvi mədəniyyətinin qorunub saxlanılmasında, daha da inkişaf etməsində olduqca mühüm rol oynamışdır. Səfəvilər dövlətinin yaranması türk əsilli “qızılbaşlar” hərəkatı ilə bağlıdır.Belə ki, “Səfəvi” adı isə məhz bu sulaləsinin ilk nümayəndəsi, “Səfəviyyə” sufi-dərviş təriqətinin banisi Şeyx Səfiyəddin İshaqın (1252-1334) adı ilə bağlıdır.İlk dövrlərdən sunni məshəbli olan bu dini orden daha sonra təriqətin rəhbəri olan Şeyx Əlinin vaxtında IV rəşidi xəlifəsi Əli ibn Əbu Talibın (r.a) (656-661) soyundan gələn on iki imamın tərəfdarlarını öz tərəfinə çəkmək üçün şiəlik məshəbini qəbul etdi.XV əsrdən başlanaraq səfəvi şeyxləri Ərdəbil hakimləri oldular və nüfuzlu feodallara çevrildilər.

Daha sonra səfəvi şeyxlərinin başlıca dayağı Azərbaycanın və Ön Asiyanın köçəri türk tayfaları ( şamlı, rumlu, əfşar, qacar, ustaclı, təkəli,zülqədər və b..) səfəvi şeyxlərinin fəal müdafiəçilərinə çevrildilər.Bütovlükdə bu tayfalar XV əsin ikinci yarısından qızılbaşlar adlandılar.Səfəvi şeyxləri Cüneyd və Heydər zamanında tez-tez qonşu xristian ölkələri üzərinə hərbi yürüşlər edillirdi.XVI əsrdən İran siyasi cəhətdən bütöv deyildi, onun ərazisi bir sıra dövlətlərin tərkibinə daxil idi. Bu dövlətləri ən böyükləri Teymurilərin Xorasan sultanlığı və Ağqoyunlu dövləti idi.XV əsrin sonlarından feodal dağınıqlığı və siyasi böhran yaşayan Ağqoyunlu dövləti 1500 cu ildə iki hissəyə parçalandı nəticədə artıq güclənən yeni Səfəvilərlə hesablaşmağa məcbur oldu və 1501 ci ildə ağqoyuluların birinci və 1503 cü ildə isə ikinci və sonuncu qolu məğlubiyyətə düçar oldu.Nəhayət hakimiyyət, qardaşı Sultanəlidən sonra gənc İsmayıla keçdi. I Şah İsmayıl 1500 cü ildə Şirvanı, Bakını tutdu və nəhayət 1501ci ildə Təbrizi tutdu və Səfəvi dövlətinin əsasını qoydu.I İsmayıl fəal daxili və xarici siyasət yeridir o, 1504-1508 ci illərdə Ərəb İraqını, Yəzdi, Kirmanı və b yerləri tutur.Daha sonra isə Bağdad şəhəri daxil olmaqla Diyarbəkiri, Hilatı, Bitlisi, Ərçişi fəth etdi.Bu vaxt Səfəvi dövləti Şərqdə Şeybanilər dövləti, qərbdə isə Osmanlı imperatorluğu ilə həmsərhəd oldu.Bu vaxt Herat üzərində Şeybanilərlə münasibətlər pisləşdi və buda nəticədə 1510 cu ildə döyüşlə nəticələndi və Herat fəth edildi.Xarici siyasətdə digər məsələ Osmanlı türkləri ilə münasibətlərin kəskinləşməsində özünü biruzə verdi.Belə ki, bu iki türk səltənətlərinin qarşı-qaşıya durmasını tədqiqatçılar müxtəlif cür izah edirlər lakin son tədqiqatlar göstərir ki bu heç də xarici tarixçilərin iddia etdikləri şiə-sünni qarşıdurması deyil, bunun əsəs səbəbi bu regionda iqtisad-siyasi maraqların toqquşmasıdır.Xülasə. ilk döyüşlərdə İsmayıl qələbə çalsa da nəticədə türk dünyasının faciəsi və Avropa dövlətlərinin xilas və sevinc günü 23 avqust 1514 cü ildə iki qüdrətli,rəşadətli hökmdar Çaldıran düzündə qarşılaşdı və bu döyüşdə dövrünün müasir texnikası və nizami ordusuna malik olan Osmanlı imperiyası qələbə çaldı. I İsmayıldan sonra hakimiyyətə gələn oğlu I Təhmasibin (1524-1576) dövrü bu dövlətin ən qüdrətli, inkişafının ən pik nöqtəsinə çatır.Belə ki, fəal daxili və xarici siyasət nəticəsində Şirvanşahlar (1538) və Şəki (1551) tutulur.Təhmasibdən sonra hakimiyyətə qısa müddətdə onun oğlu II İsmayıl Mirzə tutur, lakin 1577 də öldürülür.Hakimiyyətə Təhmasibin o biri oğlu iradəcə zəif və qətiyyətsiz olan Məhəmməd Xudabəndə (1578-1587) gəlir və o, demək olar ki, iri köçəri qızılbaş feodalların istəklərini yerinə yetirirdi.Etnik mənşəyi türk olan bu sülalənin tərkibinə fars ünsürlərinin daxil olmasının səbəblərindən biri də bu şahın qətiyyətsiz və fərasətsizliyi idi. Belə ki, Məhəmməd Xudabəndə taxta çıxdığı ilk günlərdən fars əsilli arvadı Məhdi Ülya Dövlət işlərini öz əlinə aldı və hətta ali divanın vəkili vəzifəsinə qədər yüksəldi.M.Xudabəndənin dövründə iri feodalların özbaşınalıqları artı və rəiyyətin vəziyyəti pisləşdi və digər tərəfdən Osmanlılarla müharibələr davam edirdi.Lakin ondan sonra hakimiyyətə gələn oğlu I Şah Abbas (1687-1729) hakimiyyətə gəlir.I abbas çox uzaqgörən,cəsarətli, qətiyyətli bir hökmdar idi.O,Səfəvilər imperiyasının qüdrətini bərpa etmək və yaranmış feodal pərakəndəliyi aradan qaldırmaq məqsədilə bir sıra mütərəqqi islahatlar keçirdi.Bu islahatlardan biz hərbi, inzibati islahatı ,paytaxti Qəzvindən İsfahana köçürməsi,təkbaşına silah gəzdirməyi qadağan etməsi və s.göstərmək olar.Həmçinin xarici siyasətdə o ölkə iqtisadiyatını gücləndirmək və ordunun qüdrətini bərpa etmək üçün vaxt qazanmaq məqsədilə Osmalı imperiyası ilə sülh müqaviləsi imzalayır.Daha sonra o Osmanlılarla sərhəd məntəqələrində yerləşən əhalini iranın içərilərinə köçürür və bu ərazilərin təssərüfatlarını məhv edir,buna tarixdə I Abbasın “Yandırılmış torpaq taktikası” deyilir. Bunun mahiyyəti məqsədli şəkildə sərhəd vilayətlərin əhalisinini köçürüb və əkin yerlərini yandırır ki, buranı işğal edən Osmanlılar burada heç bir şey tapmasınlar və aclığa dözüm gətirməyərək geri çəkilsinlər.Lakin bütun bu tədbirlərə baxmayaraq onun sələflərinin sərişdəsiz hakimiyyətləri dövründə bu dövlətin qüdrəti yavaş-yavaş enməyə başlayır. Biz bu kurs işində Səfəvilər dövlətinin, daha sonra nəhəng imperiyanın tarixini bütövlükdə deyil, bu imperiyanın zəifləməsi və son dövrünə diqqət yetirib araşdırmağı qarşımıza məqsəd qoymuşuq.Buna görə də əvvəlki tarixi hadisələrdən geniş və təfərrüatı ilə bəhs etməmək qərarına gəldik, lakin yeri gəldikcə əvvəlki hadisələri digər fəsillərdə diqqət yetirəcəyik.

Səfəvi imperiyasının həm siyasi həm də iqtisadi qüdrətinin artması və regionda real güc obyektinə çevrilməsi istər qonşu imperiyaları istərsə də bu regionda xüsusi maraqları olan Avropa dövlətlərinin diqqətini cəlb etməyə bilməzdi.Bu məqsədlə də onlar bu dövlətlə iqtisadi əlaqə yaratmaq və həmçinin hər bir dövrdə Avropanın başının üzərində qara bulud kimi dolanan Osmanlı imperiyasını bu dövlət vasitəsilə zəiflətməkdə bu amildən istifadə etmək üçun buraya öz nümayəndələrini, səyyah, tacir, missionerlərini yollayırdılar.Biz bu dövrü yəni, Səfəvi imperiyasının süqutunun səbəblərini müəyyən etmək üçün bu səyyahların yazdıqları gündəliklərində,memuarlarından bizə gəlib çatan məlumatlara üstünlük verdik. Çünki bu səyyahların verdikləri məlumatlar digər yazılı mənbələrlə müqayisədə daha obyektiv informasiya verir.Biz planın birinci sualında səfəvilər dövlətinin zəifləməsinin səbəblərini muəyyənləşdirməyə çalışdıq.Burada ilk öncə XVIII əsrin əvvəllərində bu dövlətin iqtisadi durumu və sosial iqtisadi vəziyyətindən bəhs etdik və qeyd etdiyimiz kimi bu məsələdə də xarici ölkələrdən (İngiltərə,Rusiya,Poşa,Fransa və s.) gələn tacir və səyyahların məlumatlarına istinad ettik.Bununla yanaşı ölkəni tənəzülə yuvarlayan siyasi prosesləri müəyyənləşdirməyə çalışdıq. Planın ikinci sualında həm sosial iqtisadi həm də siyasi böhran yaşayan dövlətin ərazilərinə xarici basqınlar xüsusilə ölkənin şərq sərhədlərinə tez-tez təcavüz edən və artıq güclənmiş və mərkəzləşmiş əfqan tayfalarının bir sıra vilayətləri, o cümlədən, paytaxt İsfahan tutması, zəifləmiş qətiyyətsiz səfəvi şahlarının bu köçəri tayfalara müqavimət göstərə bilməməsi və bu köçəri tayfalardan asılı hala düşməsindən, bu istilaçı yürüşlər nəticəsində Səfəvi imperiyasının süqutunun sürətlənməsindən bəhs etmişik.Üçüncü sualada isə belə bir tarixi şəraitdə türk əsilli Əfşar tayfasından olan Nadirin zühur etməsi və gettikcə güclənməsi daha sonra isə hakimiyyəti demək olar ki, ələ alıb ölkəni böhrandan xilas etməsi, əfqanlara qarşı apardığı mübarizə və onların bu ərazilərdən qovulmasına nail olmasına və həmçinin onun Osmanlı və Ruslarla apardığı müvəffəqiyyətli xarici siyasətinə eyni zamanda ölkə daxilində həyata keçirdiyi islahatçi tədbirlərinə diqqət yetirmişik.




I. “Səfəvi dövlətinin tənəzzülünün səbəbləri”

Tarixşünaslıqda Səfəvi dövlətinin süqutuna səbəb olan əsas amilləri müxtəlif cür qruplaşdırırlar. Son tədqiqtlara istinadən Səfəvilər xanədanlığının süqutuna səbəb olan amillər üç cür qruplaşdırılır



  1. Sosial-iqtisadi tənəzzül.

  2. Daxili siyasi böhran.

  3. Xarici işğal faktoru.



Ümumiyyətlə, Şərqdə yaradılmış mərkəzləşdirilmiş dövlətlər Avropanın XVI-XVII əsrlərdəki mütləq monarxiyalarından onunla fərqlənirdi ki, onlarda iqtisadi və qismən feodal pərakəndəliyi tam aradan qaldırılmamışdır, əksər ölkələrdə natural təsərrüfat dominant olaraq qorunub saxlanmışdır. Bütün deyilənləri Səfəvilər dövlətinə də şamil etmək olar.İngilis tədqiqatçısı H.Spenserin fikrincə “ Sülalələr də insan həyatında olduğu kimi uşaqlıq, gənclik və qocalıq dövrlərini yaşayırlar”. Bu mənada Səfəvi sülaləsi də Şah I İsmayıl dövründə uşaqlıq, Şah I Abbasın dövründə kamillik, gənclik, Şah Sultan Hüseyn dövründə isə qocalıq dövrlərini yaşamışdır. XVII əsrin son rübü və XVIII əsrin əvvələrində Səfəvi dövlətinin iqtisadi vəziyyəti olduqca zəifləmiş və böhran vəziyyətində idi.İqtisadi vəziyyətin belə vəziyyətə düşməsi və bunun səbəbləri haqqında mənbələrdə olduqca maraqlı məlumatlar bizə gəlib çatıb.Ölkədə yaranmış iqtisadi durumla bağlı olaraq Fransız səyyahı J.Şarden yazır ki, bu vaxt Şirazdan tutmuş özbəklərin ölkəsinin ucqarlarınadək hər yanda iş aparan hind tacirlərinin sələmçiliyi ucbatından nəğd pullar yox olmuşdu. Bu mənbədən biz bu dövrdə Səfəvilər dövlətində pul böhranı yaranmasını müəyyən edirik.Həmçinin bunu da qeyd etmək lazımdır ki, şəriət qaydalarına görə sələm (faizə pul vermək) haram və qadağan olunmuşdu və bu vəziyyətdən qeyri müsəlman tacirləri geniş istifadə edirdi və onlar da ticarətin müxtəlif sahələrdə üstün mövqe qazanmışdılar və ölkədə zərb olunan pulları öz əllərində cəmləşdirmişdilər.Bununla bağlı Məhəmməd Möhsün “ Zübdətül-Təvarix “ əsərində yazır ki, “ Ölkədə ərzaq ehiyyatı tükənmiş və aclıq vaxtı zamanı bir neçə nəfərlə birlikdə gizli ərzaq axtarmaq məqsədilə evləri gəzirdik, bir nəfər varlı tacirin evinin çardağından 14 dolu kisə taparaq sevindik ki, kisənin ağzını açan zaman orada hər hansı ərzaq məhsulu əvəzinə təzə kəsilmiş Abbasilər( pul vahidi) aşkar ettdik. XVII əsrin 70-80-ci illərində Səfəvilər dövlətində baş vermiş iqtisadi böhran əhalinin yaşayış səviyyəsinin pisləşməsinə səbəb olmuşdur. Belə ki, Səfəvi dövləti ərazisində ərzaq qıtlığı ilə bağlı qiymətlərin birdən-birə qısa müddət ərzində dəfələrlə qalxması barədə müxtəlif müəlliflər məlumat verirlər. Baş verən bahalaşmadan bəhs edərək, M.Heydərov Zəkəriyyə Əylisliyə istinadən 1673-cü ilin əvvəlində unun 250 diyan, düyünün 260 diyan, ətin 200 diyana, satıldığı halda 1691-ci ilin aclığı zamanı taxılın və düyünün on dəfə artaraq 2000 diyana satıldığı barədə məlumat verir. Ümumilikdə isə, ərzaq məhsullarının bahalaşması təkcə quraqlıqla deyil, Səfəvi dövlətində araşdırdığımız dövrdə feodal iqtisadiyyatının tənəzzülü ilə şərtlənir. Zəifləmiş şahlardan müəyyən imtiyazlar əldə edən iri feodallar artıq mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırır və özbaşınalıq edirdilər.Güclənmiş feodal istismarı kəndlilərin öz yerlərini qoyub qaçmasına səbəb olurdu ki, bu da öz növbəsində təsərrüfatın məhvinə gətirib çıxarır. Səfəvi dövlətinin iqtisadiyyatının başqa bir bəlası korruposiyanın səviyyəsinin artması idi. 1717-ci ildə vergilərin və qiymətlərin artırılması və xalq kütlələrinin buna qarşı etiraz aksiyalarını göstərmək olar. Bu qiyamlardan biri 1717-ci ildə Gilanda baş verdi.Üsyançılar Şah Sultan Hüseynin həyata keçirdiyi vergilərin artırılması siyasətinə qarşı çıxırdılar. Bu üsyanın sosial tərkibinə sənətkarlar, tacirlər, kəndlilər daxil idi. Ümumiyyətlə XVII əsrin II on illiyində həyata keçirilən vergi siyasəti haqqında əslən Alban olan Y,Cəlalyan yazır: “İran dövlətində qəbul olunmuş qaydaya görə bütün şəhər və vilayətlərə hakim və hərbi rəislər xan, vəzir, darğa, tiyuldar təyin olunurdu. Öz vəzifələrini pulla əldə etmiş bu şəxslər yerlərdə hər hansı ədalət hissindən uzaq, xalqın hüquqlarını saya salmadan öz təbəələrini qarət edir, soyurdular. Yaranmış iqtisadi böhran haqqında Kembric universitetinin professoru L.Lokhart göstərir ki, ucqarlardakı vəziyyət demək olar ki, mərkəzi hakimiyyətin diqqətindən kənarda qalmışdı. Yerli hakimlər özbaşınlıqlar edir, hər bir məsələyə şəxsi mənafeləri baxımından yanaşırdılar.artıq demək olar ki dövlətin xəzinəsi tamamilə boşalmışdı və bunu biz mənbələrdə də görə bilərik.Bu vaxtlarda Səvəvi dövlətinə gəlmiş rus səyyahı A.Volınski yazır ki, “ 1717 ci ildə xəzinəsinin hədsiz dərəcədə boşalması müəyyən edən şah sərəncam verdi ki, Qumda basdırılmış keçmiş hökmdarlarıın məqbərələrindəki qəndil, şamdan və digər əşyalarda olan qızıl və gümüşü götürüb, İsfahan sarayına gətirsinlər və bunlardan ixtiyarında olan muzdlu qoşunların məvacibini ödəmək üçün pul kəssinlər”.Səfəvi dövlətinin iqtisadiyatında yaranmış böhran onun ərazisindən keçən ticarət karvan yollarının mühafizəsi işinə də təsirsiz ötüşmədi.Şahın ticarət karvanlarını mühafizə etmək üçün təyin etdiyi dəstənin üzvləri bəzən karvanları özləri qarət edib talayırdılar.Bu dövrdə Səfəvi ərazisində olmuş fransız səyyahı Pol Lukas bununla baglı yazır “ Şah karvanları soymaqla məşğul olanların qarşısını almaq üçün saxladığı cəza dəstələrinə soyğunçuları qətlə yetirməyi əmr edərkən, “tədbirli” mühafizəçilər bir neçə soyğunçunu öldürüb başlarını kəsib şaha gətirir və şahdan ənam alırlar. Lakin bu işdə həddindən çox canfəşanlıq göstərən mühafizəçilərin yalanları tezliklə bəlli olur. Belə ki, bir dəfə soyğunçu adı ilə kəsilib göndərilmiş başlar içərisində, təsadüfən, şahın xidmətində olan zərgərin - Jord adlı fransız xidmətçisi olan zəncinin kəlləsi aşkar olundu”. Başqa bir səyyah T.Kurşiniski həmçinin göstərir ki, tacirlər çox zaman tamamilə qarət olunmamaq üçün soyğunçuların başçıları ilə sövdələşərək müəyyən miqdar pul ödəyirdilər. Görkəmli tədqiqatçı M.Heydərov göstərir ki: “ XVII-XVIII əsrlərin hüdudlarında karvan yolları xüsusilə təhlükəli olmuşdu”. Bunun səbəbini müəllif mərkəzi siyasi hakimiyyətin zəifləməsi vəbunun nəticəsində mərkəzi və yerli dövlət orqanlarının funksiyalarının məhdudlaşmasında görürdü. Torpaq məsələsinə gəlincə şah hökuməti mərkəzləşmiş idarə etməni qoruyub saxlamaq və yerli hakim sahibkarların aslılığını bərqərar etmək məqsədi ilə bütün dövlət torpaqları üzərində şahın ali mülkiyyətçiliyi mövqeyindən çıxış edir. Ən geniş yayılmış torpaq bağışlanması forması “tiyul” idi. Tiyuldar bu torpağı satmaq, bağışlamaq və ya başqasına vermək hüququna malik deyildi. Lakin tiyulu vermiş şaha və ya xana bunun müqabilində hər hansı xidmət göstərməli idi. Tiyul sahibi həmin torpaqda yaşayan əhali üzərində idarə etmə hüququna malik idi. İkinci torpaq mülkiyyəti forması “mülk” idi. Mülk sahibi onu tam və ya qismən sata, bağışlaya və ya hər hansı şərtlə kiməsə verə bilərdi. Onun borc və vergilərdən azad edilmiş forması- “mülk- xalisə” də mövcud idi. Belə ki, araşdırdığımız dövrdə Səfəvi dövlətinin vergi siyasətinin səciyyəvi cəhətlərini belə qruplaşdırmaq olar. 1.Gömrük məntəqələrinin sayı artırılır, 2.rahrdarların miqdarı çoxaldılır, 3.gömrük məntəqələrində tam nəzarətsizlik hökm sürür.

Beləliklə XVII əsrin 40 –vi illərindən başlayaraq Səfəvidövlətində hökm sürən əmin-amanlıq , sülh şəraitindən ölkə iqtisadiyyatının inkişafı üçün əlverişli şəkildə istifadə olunmaması, əksin əfeodal iqtisadiyyatının əsasını təşkil edən xırda kəndli təsərrüfatlarının, əsasən sələmçi kapitalla bağlı olan dairələrin hökumətdə təmsil olunması, habelə vergilərin məhsuldar qüvvələrin inkişafına qeyri mütənasib şəkildə artırılması səbəbindən müflisləşməsi, avropalaıların əllərində olan dəniz ticarət yollarının inkişafı nəticəsində karvan ticarətinin tənəzzülə uğraması, ticarət yollarının yerdəyişməsi, avropa ölkələrində kapitalist istehsal üsulunun, sənayenin inkişafı ilə əlaqədar Səfəvi dövlətində istehsalın və sənətkarlıq məhsullarının xarici bazarlarda rəqabətə dözümsüzlüyü bu malların xaricə ixracının məhdudlaşması, habelə qərbi avropa məhsullarının idxalının sürətlə artması səbəbindən yaranmış güclü rəqabət və s. fonunda köklü ictimai – iqtisadi dəyişikliklər edilmədən yalnız möhkəm əl siyasəti ilə Səfəvi dövlətinin mövcudluğunun ancaq müəyyən müddət uzadılmasına nail oluna bilərdi.



Səfəvi dövlətinin tənəzzülünün daxili siyasi amillərilə bağlı əksər tədqiqatçıların mülahizələri üst-üstə düşür. Səfəvi dövlətinin XVII əsrin sonu- XVIII əsrin əvvələrində siyasi vəziyyətini müəyyən etməzdən əvvəl Şah I Abbasın ölümündən sonrakı siyasi proseslərə diqqət yetirmək lazımdır. Beləki Şah Abbas 1629- cu ilin yanvarında son dəfə gözlərini yumanda , onun iki oğlu artıq vəfat etmişdi. Üçüncü oğlu isə kor olduğu üçün hakimiyyətə yararlı deyildi. Belə vəziyyətdə seçim Səfi Mirzənin oğlu Sam Mirzənin üzərində dayanır. 18 yaşlı bu şahzadə hərəmxanadan gətirilərək boş qalmış taxta əyləşdirilir,bir qədər sonra o atasının adını götürür- I Səfi. Şah Səfi (1629-1642) tezliklə özünün görkəmli dövlət xadimi olan babasının layiqli varisi olmadığını nümayiş etdirir. Çox keçmədən o, son Səfəvi hökmdarlarının hamısının mübtəla olduğu bəlanın- hərəmxananın qeyri-məqbul həyat tərzinin qurbanına çevrilir. Şahın dövlət işlərinə marağının getdikcə azaldığı bir şəraitdə ixtiyar, nəzarət nazirlərin əllərində cəm olmağa başlayır. L.Lokhartın fikrincə, Şah Səfi “ Çox qəddar, zalım və qaniçən hökmdar olmuşdur”. O, öz hakimiyyəti illərində bir sıra görkəmli hərbi xadimləri fiziki cəhətdən məhv etmişdi.Hərçənd ki, A.Bakıxanov Şah Səfini “Cəsarətli və türklərə qarşı müharibədə ağıl dərrakəsi ilə seçilən “ şəxs kimi səciyyələndirir.Rus tarixşünaslığında da göstərilir ki, “ I Abbasın ən bacarıqlı silahdaşlarını özündən uzaqlaşdıran I Səfi adi bir şübhəyə görə onlardan ən qabliyyəlisini, Hörmüzün fatehi İmamqulu xanı edam etdirir”.Bacarıqlı və təcrübəli hərbçilərin aradan götürülməsi səbəbindəndir ki,Osmanlı ilə müharibə qızışanda gərgin, böhranlı vəziyyət yaranır, 1638 də Bağdad itirilir, bundan bir il əvvəl isə Moğol imperatoru Qəndəharı tutur.1639 da bağlanmış Zühab sülhü ( Qəsri- Şirin) Osmanlı ilə uzun çəkən müharibələr silsiləsinə son qoyur.Yaranmış sülh şəraitində I Şah Səfi özünün baş vəziri Sarı Tağının təkidli “təkliflərinin”təziqi altında mülk torpaqlarını tədricən xassəyə çevirməyə başlayır.Uzunmüddətli sülh şəraiti, öz növbəsində, Səfəvi ordusunun keyfiyyət cəhətdən mənfi dəyişikliyə uğramasına, mənəvi və nizam-intizam cəhətdən aşınmaya məruz qalmasına səbəb olur. 1642-ci ildə həddindən artıq şərab qəbul etmak ucbatından vəfat edən Səfinin yerinə onun 10 yaşlı oğlu Abbas taxta çıxır.II Abbas (1642-1666) belə erkən yaşında hərəmxana təlim-tərbiyəsindən aralanıb şahlıq taxtına yiyələnməsi çox mütərəqqi təsirə malik olur. Rus tarixşünaslığında isə II Abbasın “ Saray intriqalarının iradəsilə idarə olunduğu” vurğulanır. 1648-ci ildə Şah II Abbas Qəndəharı moğollardan geri almağa nail olur. Daha sonralar o ordunun əvvəlki döyüş qabiliyyətini bərpa etməyə cəhtlər etsə də, ölümü, başladığı işi yarımçıq qoyur. L.Lokhart göstərir ki,“ Təbiətən qəddar şəxs olan II Abbas ümumulikdə, ölkəni ağılla və ədalətlə idarə edirdi. Atası və gələcək sələfləri kimi o da, tufeyli həyat tərzinə meyl göstərsədə, hakimiyyət buxovlarını əlindən buraxmırdı”. A.Bakıxanov da “ədalətlilik, ciddilik və poeziyaya məhəbbətin” II Abbasın səciyyəvi cəhətləri olduğunu qeyd edir1. C.Malkolm II Abbas barəsində yazır :”Şəraba aludəçilik bu şahzadəni tez-tez ekstaz vəziyyətlərə salır onun hakimiyyətinə xələl gətirirdi.Məhz belə anlarda o çox dəymədüşər, əsəbi və ədalətsiz olur.Bu növ ekstazlar əsasən sarayın daxilində baş verdiyindən ölkə əhalisi onu İranda bütün dövrlərdə hakimiyyətdə olmuş padişahların ən görkəmlisi və ədalətlisi kimi tanıyırdı. II Abbas dövlət məmurlarına qarşı sərt, camaata qarşı isə mülayim və səbrli idi, öz təbəələrinin həyat və tərəqqisini lazımınca təmin edirdi. Abbas adını daşıdığı böyük babası kimi bütün dinlərə münasibətdə tolerantlıq nümayiş etdirirdi. Ancaq xristianlara qarşı xüsusi, müsbət mənada fərqli münasibət bəsləyirdi. “1. II Abbasın dövründə Səfəvi dövləti ilə Rusiya arasında ticarət əlaqələrinin əhəmiyyətli dərəcədə möhləmləndiyi , Fransız tacirlərinə də imtiyaz hüquqları verildiyi bizə mənbələrdən məlumdur. II Abbas 33 yaşında (1765) vəfat edir. Onun varisi 18 yaşlı oğlu Səfi olur: o, 1669-cu ildə təkrar tacqoyma zamanı Şah Süleyman adını götürür.Sələfləri kimi hərəmxanada böyümüş, idarə etmə bacarığına malik olmayan Şah Süleyman yumuşaq və həlim xasiyyətə malik idi. Tezliklə əyyaş həyat tərzinin əsirinə çevrilən şah, öz atasından fərqli olaraq, sərxoş ikən acığını yalnız ən yaxın ətrafından çıxmaqla kifayətlənmir, bir sıra yüksək təbəqə nümayəndələrinin, əyyanlar, hərbi başçıların edamı haqqında əmirlər verirdi. Məhəmməd Möhsün göstərir ki: “vaxtının demək olar ki, hamısını şərab içməyə və əyyaş hərəkətlərə həsr edən Şah Süleyman sərxoş vəziyyətində ikən, dövlətin dayağı olan əyyanlar və dövlət xadimlərinin demək olar ki, çoxunu ölümə məhkum etmişdi. Bu zaman saray xacələri idarəçilik sistemində yaranmış kadr boşluğundan yararlanmaq, mühüm dövlət işlərində öz yerlərini möhkəmlətmək imkanını fövtə vermirdilər. Hərçənd ki, şahın ətrafında Etimadül-Dövlə və nazirlər vardı, lakin onların mövqeləri xacələrin hücumları qarşısında getdikcə geri çəkilirdi.

Şah Süleymanın vaxtının çox hissəsini hərəmxanada keçirməsilə bağlı Məhəmməd Möhsün yazır ki, Şah Süleyman 7 il hərəmxanada qalıb, bircə dəfə də olsun oranı tərk etməmişdi.Şah Süleymanın dövründə Səfəvi dövlətinin “təsərrüfat və siyasi tənəzzülünün ilk əlamətləri görünməyə başlayır.Özbək xanlarının Xorasana hücumları bərpa olunur, hollandlar isə İran körfəzində Gişm adasını ələ küçirirlər”.

Şah Süleymanın xarici siyasətinə gəlincə, qeyd etmək lazımdır ki, Avropa ölkələrinin elçiləri İsfahana gələrək, şah Süleymana Türkiyəyə qarşı onlarla ittifaqa girməyi, əlverişli şəraitdən istifadə edərək Bağdadı və digər itirilmiş əraziləri bərpa etməyi təklif edərkən şah bütün bu arqumentlərə məhəl qoymadan, Türk Sultanı ilə bağlanmış sülhü qoruyub saxlamağa və onunla dinc münasibətlərdə olmağa üstünlük verdiyini bilirdi. L.Lokhartın fikrincə, “ordunun hərbi cəhətdən qeyri-effektiv, mənəvi cəhətdən korşalmış vəziyyətdə olduğu bir vaxtda bu, hətta müdrik bir qərar idi, baxmayaraq ki, apatiya vəziyyətində verilmiş idi.”

Karmelitlərin 1685-ci ildə etdikləri qeyddə bu barədə deyilir: ” Bir çox xristian dövlətlərinin səfirləri şahın hüzuruna gələrək, onu türklərə qarşı müharibə etməyə ruhlandırırlar, lakin çifayda; bəzən o, səfirlərə qarşı öz hiddətini belə gizlətmir, xoşuna gəlmədiyini açıqca biruzə verirdi. Belə ki, onu dünyada şərab nə qadınlardan başqa heç nə maraqlandırmırdı”. R.Seyvori isə bunu “dövlət işlərinə biganəliyin Süleyman hakimiyyətinin xarakterik cəhəti” olması ilə izah edir. onun fikrincə, bu bigənəlik xarici siyasət sahəsində durğunluq , ölkənin maraqlarının qorunmaması, əraziləri genişləndirmək iddiasının yoxluğu səbəbindən ordunun gücünün, təbii ki, zəifləməsi ilə müşayət olunurdu.

XVII əsrin sonlarında, daha dəqiq desək, 1683-1692-ci illərdə Səfəvi İranında olmuş, mənşəcə fransız ruhanisi Pyer Sanson şah sarayında uzun müddət qalıb, Həmədan yepiskopluğunun gəlir vergisindən azad edilməsi üçün səy göstərdiyi zaman, həmçinin dövlət işlərinin vəziyyəti ilə tanış olmaq imkanı əldə edir. O da, 1695-ci ildə Parisdə çap etdirdiyi “Voyage on Relation de Etat present du Royayme de Perse” əsərində Şah Süleymanın dövlət işlərinə maraq göstərməməsi səbəbindən, saray xacələrinin idarəetmə sahəsində əldə etdikləri güclü nəzarətdən bəhs edir. Ümumiyyətlə, Şah I Abbasın ölümü ilə Şah Süleymanın ölümü arasında olan 65 illik vaxt fərqi ərzində Səfəvi monarxiyasının zəifləməsi, tənəzzül prosesi getdikcə yüksələn xətt üzrə inkişaf etmişdi.

Səfəvilərin son dövrünü səciyyələndirərkən Con Malkolm belə yazır: “ biz, bundan daha xoşagəlməz dövrü çətin ki, təsəvvür edə bilərik. Bir əsrədək dövr əhəmiyyətə malik heç bir siyasi olay baş vertmədən ötmüşdü.Bu dövr heç bir şanlı nailiyyət, tarixdə iz qoya biləcək parlaq şəxsiyyətlərlə seçilmir. Demək olar ki, millət öz əvvəlki şöhrətinin işığında mövcudiyyatını davam etdirirdi”.



Şah Hüseynin hakimiyyətə gəldiyi şəraitlə bağlı İran tarixinin Kembric versiyasında belə deyilir6 Hərəmxanadakı intriqalar, bütün siyasi məsələlərdə olduğu kimi, Süleymanın vəliəhd seçimində də həlledici rol oynadı. Belə ki, o, şəxsən varis seçimini edə bilmir, əvəzinə, ölüm yatağı ətrafına toplaşmış şəxslərə məsləhət edir ki, əgər onlar sülh və əmin-amanlıq istəyində bulunurlarsa, onun 26 yaşlı böyük oğlu Sultan Hüseyn Mirzəni, yox əgər şah hakimiyyətinin güclənməsinin, imperiya sərhədlərinin genişləndirilməsi qayğısına qalırlarsa, 23 yaşlı oğlu Abbas Mirzəni şah seçsinlər. Təəccüb doğuracaq haldır ki, şah keçinərkən onun yaxınlığında kimsə olmur.Şahın keçindiyini ilk olaraq aşkarlayan Məryəm bəyim- bu möhləm iradəli və müstəqil fikrli qadın- hüsn-rəğbəti sevimli qardaş nəvəsi şahzadə Hüseynə olduğundan ,nüfuzlu saray xacələrini çətinlik çəkmədən, öz sevimlisinin xeyrinə seçim etməyə razı sala bilir”.

Məlumat üçün bildirək ki, Şah Süleymanın yeddi oğlu vardı. Seçim iki böyük oğullar arasında aparılır. Hər ikisi Hərəmxana mühitində, gələcək monarxa lazım ola biləcək hər hansı təlim, və ya hazırlıqsız böyümüşdü. Həlim yumuşaq xasiyyətli insan olan Sultan Hüseynə gənc yaşlarından, hədsiz möminliyə görə hətta “ molla Hüseyn” ləqəbi verilmişdi. Xacələrdə öz növbəsində, daha vüqarlı olub özbaşına hərəkət etməyi sevən Abbas Mirzənin əvəzinə zəif və həlim Sultan Hüseyni taxta oturtmağın onlar üçün daha əlverişli olduğunu anlayırdılar. Tezliklə onların ümidləri gerçək olur . Nəticə etibarilə 1694-cü ilin 6 Avqustunda Sultan Hüseyn Mirzə taxta əyləşir. Tac qoyma mərasimi Zayəndərud çayının cənub sahilində, Səadətabad sarayının yaxınlığında Çihil Sütun stilində inşa edilmiş Aynaxanada keçirilir. O zaman İsfahan da olmuş fransız missioneri Martin Qauderavın sözlərinə görə, “ tacqoyma mərasimi əhali tərəfindən sevinclə və böyük təntənə ilə qarşılandı”. Qeyd etmək lazımdır ki,Sultan Hüseyn şahlıq taxtına əyləşməzdən əvvəl böyük şiə teoloqu Şeyxülislam Məhəmməd Bağır əl-Məclisinin güclü təsiri altında idi.Hətta inoqurasiya mərasimi zamanı adətən sufilər tərəfindən həyata keçirilən ənənəvi ritualı – qılınclı kəmərin taxılmasını şah Şeyxülislamın yerinə yetirməsində təkid edir. Məclisin sonunda Şeyxülislam Məəhəmməd Bağır şahdan şərab içməyi, əlbəyaxa vuruşmağı və göyərçin uçurdmağı qadağan etməsini xahiş etmişdi. Şah məmnuniyyətlə bu təklifi qəbul etdi. Şərabın qadağan edilməsi bir çoxları, xüsusilə saray əhli tərəfindən böyük narahatlıqla hətta qəzəb hissilə qarşılanır, çünki xacələrin şahı sərxoşluğa qurşandırmağı və onu asanlıqla idarə etməyə bağladıqları ümid boşa çıxa bilərdi. Odur ki, onlar şahın böyük xalası Məriyəm bəyimdən bu problemin çözülməsində istifadə etməyi qərara alırlar. belə ki, Məryəm bəyim öxü də şərab içməyi xoşlayırdı, həmçinin xacələr varis seçimi zamanı onun sözünə qulaq asdıqlarının əvəzində minnətdarlıq gözləyirlər. Məryəm bəyim xacələrlə gizli sürətdə sövdələşərək, özünü xəstəliyə vurur və hər şey elə təşkil olunur ki, şah, sevimli xalasının xəstə olduğundan xəbər tutur və ona bildiri ki, həkimlər Məryam bəyimin xəstəliyinin əlacını yalnız şərabda görurlər.Beləəliklə Sultan Hüseynin saflığından istifadə edən xacələr qələbə əldə edirlər. Şah Sultan Hüseyn şəraba qurşandıqdan sonra tufeyli həyat tərzininn konpanentləri ilə də barışır.Xülasə Şah Sultan Hüseyn də digər babaları kimi Şəraba qurşanır və tufeyli həyat tərzi keçirir və onun səriştəsiz hakimiyyəti dövründə Səfəvi dövlətinin sosial-iqtisadi və siyasi vəziyyəti kəskinləşir.Həmçinin şahın zəifliyindən həm qızılbaş feodalları, xacələr istifadə edir və mərkəzi hakimiyyətə tabe olmayaraq özbaşına hərəkət edirlər həmçinin də xarici dövlətlər Avropavə qonşu imperiyalar bu böhranlı məqamdan məharətlə istifadə edərək Səfəvi imperiyası ərazilərində işğalçılıq siyasətlərini həyata keçirirlər.XVIII əsrin I rübündə Səfəvi dövlətinin vəziyyətini Əslən albansoylu olan həmin dövrdə yaşamış Yesai Həsən Cəlalyan belə səciyyələndirir: “Ölkədə süqut ərəfəsində har hansı rifah məhv oldu...Hakimlərin və məmurların rəhmsiz və imansız davranışı..fəqirləri qarət etmələri , xəyanətkarları və qanunsuzluqları, axmaqları,aralarındakı ziddiyətlə, müxtəliffikirlilikvə ümumiyyətlə, onların bütün hərəkətləri...bütün bunlar onların məhv olmasına səbəb oldu” .
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə