Evsen şİRKƏTLƏr qrupu




Yüklə 67.56 Kb.
tarix25.04.2016
ölçüsü67.56 Kb.

EVSEN ŞİRKƏTLƏR QRUPU

Ümummilli liderimiz, dünya şöhrətli Heydər Əliyev cənablarının Azərbaycan xalqına bəxş etdiyi növbəti töhfələrindən biri onun hakimiyyətə qayıdışı oldu və bu mötəşəm qayıdış nəticəsində Azərbaycan dövlətinin irəliləməsi və hər sahədə dünya bazarına çıxmaq iqtidarında olması yolunda müəyyən addımlar atıldı. Məlumdur ki, xarici vətəndaşların, ələlxüsus qonşu və qardaş Türkiyənin iş adamlarının ölkəmizə bu və ya digər layihənin həyata keçirilməsinə sərmayə qoyması üçün respublikamızda stabilliyin bərqərar olması vacib və əsas şərtlərdən biri sayılırdı. Stabillik isə durmadan möhkəmlənirdi.
Ali Evsen 1990-cı ildə Azərbaycanda ilk xarici özəl sərmayə qoyan türk şirkətini qurdu. Bu son dərəcə inamlı və kifayət qədər cəsarətli addım idi. Azərbaycanda birinci sərbəst ticarət mağazasının açılışı da onun adı ilə bağlıdır. Ticarət fəaliyyəti dövründə Azərbaycana Dubaydan ilk konteyneri gətirməklə cənab Evsen bu ticarət yolunu açmış oldu.
Ölkəmizdə çoxsaylı iş yerlərinin açılması öndə olmağa adət etmiş cənab Evsenin yeganə fəaliyyət növü olmadı. O, xeyriyyəçilik və mədəniyyətimizə töhfələri ilə də diqqəti cəlb etmişdir. Yardıma ehtiyacı olanlara zamanında kömək etməyi Əli bəy özü üçün fəaliyyət prinsipi seçmişdir. Ümummilli liderimiz cənab Heydər Əliyev zamanında Əli Evsenə dahi Azərbaycan şairi Hüseyn Cavidə Naxçıvanda məqbərə ucaltmağı məsləhət görmüş, yüksək zövqlə ərsəyə gətirilmiş bu sənət əsərinin açılışında şəxsən iştirak etmişdir. Bundan əlavə Əli bəy öz şəxsi vəsaitinə Şamaxı şəhərində də məscid tikdirmişdir.
"Elit Ticarət və Əyləncə Mərkəzi"nin tikilişi son illərin uğurlu layihələrindən biri oldu. Qeyd edək ki, bu kompleks özəlləşdirilən, əvvəllər dövlət mülkiyyətinə məxsus olan bir obyektin bazasında qurulub və bu səbəbdən də 1995 ci ildən Azərbaycanda ardıcıl şəkildə həyata keçirilən dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinin daha bir uğurlu nümunəsi sayılır.
Belə bir nəhəng kompleksin tikinti-quraşdırma işlərinin cəmi altı ay ərzində başa çatması çoxlarını heyrətləndirmişdi. 2002-ci il, fevralın sonunda tikintisinə başlanan kompleksdə həmin ilin avqust ayının 17-də möhtəşəm açılışı keçirildi.
Əli Evsenin səyləri nəticəsində "STAR MMC" zavodu bu gün Şamaxıda televizorlar, məişət avadanlıqları, paltaryuyan maşınlar, soyuducular və digər avadanlıqlar istehsal edir, respublika bazarını bu qisimdən olan mallarla təmin edir.

Respublika və Respublikadan kənar bazarların tələbatını ödəmək üçün müəssisə gələcəkdə daha çox müasir avadanlıqlar cəlb edərək yüksək keyfiyyətli məhsullar istehsal etməyi planlaşdırır.

Müəssisənin əsas məqsədi daha çox keyfiyyətə fikir vermək və ucuz qiyməti təmin etməklə alıcıların rəğbətini qazanmaqdır. Bunun üçün də müəssisədə məhsulların beynəlxalq standartlara uyğunluğunu təmin etmək üçün xüsusi nəzarət sistemi quraşdırılmış və bütün bunlara nəzarət etmək üçün əcnəbi mütəxəsislər dəvət olunaraq müəssisədə işlə təmin olunmuşdur.
Əmtəə bazarına yeni daxil olmasına baxmayaraq "STAR MMC" zavodunun məhsulları hal-hazıra kimi bir neçə sərgilərdə iştirak etmiş və sərgi iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Cənab Əli Evsen Azərbaycan avtomobil bazarında misli görünməmiş daha bir yeniliyi həyata keçirmişdir. İran İslam Respublikasında Fransa avtomobil markası olan Peugeot avtomobillərinin bazasında istehsal olunan yeni "AZSAMAND" markali avtomobillərin satışını həyata keçirməyə başlamışdır. Şamaxı şəhərində istehsal olunan bu avtomobillər Azərbaycanın avtomobil istehsalının inkişafı sahəsində atılmış ilk və uğurlu addımdır. İstehsalla əlaqədar olaraq şirkətdə yüzlərlə insan işlə təmin olunmuşdur ki, bu da vacib amillərdən ən başlıcasıdır.
"Evsen Şirkətlər Qrupu" həmçinin xalçaçılıq sənətini də yaşadır. Belə ki, Şamaxı şəhərində yerləşən, 100-ə yaxın işçisi olan xalçaçılıq fabrikində əsasən milli ornamentlərdən istifadə olunan xalçalar hazırlanır.

Bir sözlə "Evsen Şirkətlər Qrupu" iqtisadi tərəqqiyə yeni töhfələr bəxş etməklə respublikamızda əhalinin rifah halının yüksəldilməsi və keyfiyyətli məhsullarla təminatı istiqamətində məqsədyönlü fəaliyyət göstərir.

EVSEN şirkətlər qrupu aşağıdakı şirkətlərdən ibarətdir:
1. ELİTE TİCARƏT VƏ ƏYLƏNCƏ KOMPLEKSİ

2. STAR MMC zavodu

3. AZSAMAND avtomobil zavodu

4. AZERELEKTRONİKA zavodu

5. STAR nəqliyyat

6. Xalçaçılıq fabriki

7. A-LİZİNQ şirkəti

ELİTE TİCARƏT VƏ ƏYLƏNCƏ KOMPLEKSİ


Azad bazar iqtisadiyyatının və özəl sektorun inkşafına önəm verildiyi bir zamanda əlverişli geopolitik məkanda yerləşən müstəqil Azərbaycan dövlətimizin paytaxtı olan Bakı şəhərində «Elit Ticarət və Əyləncə Mərkəzi» uğurla fəaliyyət göstərməkdədir.

ELİTE TİCARƏT VƏ ƏYLƏNCƏ KOMPLEKSİ yaxın regionda analoqu olmayan, 40 000m² sahəni əhatə edən, Azərbaycanda öz xidməti və fəaliyyəti ilə bənzərsizliyini sübut edən, artıq bir marka kimi formalaşan, 5 mərtəbəli, yüzlərlə müasir tipli mağazanı özundə cəmləşdirən Elite Ticarət Mərkəzindən, yüksək xidmət göstəriciləri ilə fərqlənən 4 ulduzlu Elite Otelindən, Azərbaycanda yeganə buz meydançası, boulinq, restoran, diskobar və digər əyləncə sahələri ilə tanınan Queen Əyləncə Mərkəzindən, Ölkənin ən böyük ELİTE Kredit Mərkəzindən və dünya mətbəxlərini özündə birləşdirən "Ocaqbaşı" restoranından ibarət bir Kompleksdir.


ELİTE Ticarət Mərkəzi ELİTE Ticarət və Əyləncə Kompleksinin tərkib hissəsi olaraq beş mərtəbədən ibarətdir. Burada müxtəlif sənaye mallarının satışı ilə məşğul olan 100-lərlə ticarət obyektləri, əyləncə mərkəzi və digər obyektlər yerləşir. ELİTE Ticarət Mərkəzində yaradılmış hər kəs üçün gözəl şərait, göstərilən yüksək xidmət və münasib qiymətlər rahat alış-verişə, eyni zamanda, tam istirahətə zəmanət verir. Burada səliqəliyə və təmizliyə verilən böyük diqqət, qurulmuş ümumi havalandırma sistemi (mikroklimat-soyuq/isti), pulsuz avtomobil dayanacağı, güclü mühafizə sistemi, pulsuz avtobus xidməti və digər üstünlüklər ELİTE Ticarət Mərkəzinin unitarlığını sübut edir.
I - mərtəbə: mebel dəstləri, məişət elektrik avadanlıqları, zərgərlik məmulatları, xalçalar, ətriyyat, suvenirlər, ev əşyaları və s.

II - mərtəbə: geniş çeşidli qadın geyimləri və aksesuarları

III - mərtəbə: hər növ kişi və uşaq geyimləri və aksesuarları

IV - mərtəbə: ölkənin ən böyük ELİTE Kredit Mərkəzi

V - mərtəbə: Azərbaycanda yeganə buz meydançası, boulinq, restoran, diskobar və digər əyləncə sahələri ilə tanınan QUEEN Əyləncə Mərkəzi

"Elite"-də yerləşən "QUEEN" əyləncə Kompleksi Sizə aşağıdakı xidmətləri təklif edir:

Bilyard
«Amerika Bilyardı», «Russiya Bilyardı», «Snuker Bilyardı» - mərmər masalar, toplar, kiylər və digər yüksək keyfiyyətli aksessuarlar. Hər növ içkilər olan əla bar və geniş çeşiddə olan nadir qəlyanaltılarla rahat kafe Sizin xidmətinizdədir.

Boulinq


12 oyun xətti. Hər birinin uzunluğu 20 metr. Həvəskarlar və peşəkarlar üçün geniş oyun meydançası və müasir avadanlıqla təchiz olunmuş boulinq yarışları. Böyüklər və uşaqlar üçün məşqlər aparılır. Burada biz Sizə hər növ içkiləri və qəlyanaltıları təklif edə bilərik.
Buz meydançası

186 m2 sahəsi olan buz meydançası. Bu gün bu həm böyüklər həm uşaqlar üçün ən maraqlı əyləncədir. Buz üstə sürüşmənin sirlərini öyrənmək istəyən hər bir kəs üçün fərdi məşqələlər keçirilir. Yüksək keyfiyyətli konkilər və sürüşmə zamanı təhlükəsizlik aksessuarları da təqdim olunur.

Restoran
«Pearl» Restoranı Sizə zövqünüzə və istəyinizə uyğun olan Avropa mətbəxinin müxtəlif xörəklərini təklif edir.

Milli xörəklər. Bizim aşbaz birinci növbədə delikatesləri yaradan sənətkardır. Siz xörəklərin həm bəzənilməsində həm də hazırlanmasında iştirak edə bilərsiniz.

"LIVING ROOM" disko klubu

Əla dizayn, işıq və səslə təchiz edilmiş möhtəşəm diskoteka. Bakının ən yaxşı disk jokeyləri və dünyanın ən yaxşı rəqs musiqisi. Ən böyük rəqs meydançası, rahat mebeli olan dayirəli yer. Rahat piştaxtası olan bar və içkilərin geniş seçimi.

Bizim işçi heyəti tibbi müayinədən keçir və bu hər ay nəzarətdə saxlanılır. Xörəklər ən yeni avadanlıqla təchiz olunmuş xüsusi mətbəxlərdə hazırlanır. Biz sifarişçilərimizə personalın səliqəliyinə və xidmətlərin yüksək keyfiyyətinə təminat veririk.

İnsan həyatının, məişətinin və gündəlik rahatlığının təmin olunması üçün mütləq şərtlərdən və əsas amillərdən biri də onun mənzilinin və ofisinin dizaynı və rahatlığıdır.

Evin və ofisin göz oxşaması və günün gərginliklərindən irəli gələn yorğunluğunun alınması üçün mebelin gözəl və ən başlıcası rahat olmasıdır.

Elit Ticarət və Əyləncə Mərkəzinin mebel dünyasının təklif etdiyi mebel dəstləri yalnız müasir dəbə uyğun olması və rahatlığı ilə deyil, həmçinin səmərəliyi ilə də seçilir; belə ki, ucuz, effekt yaradan və artıq detallardan istifadə olunmaması bu mebellərin həm ev, həm də ofislər üçün yararlı və məqsədəuyğun olmasını nəzərə çarpdırır. Yumuşaq mebel dəstlərinin zövqlə iştənmiş parçasından, dərisindən tutmuş, taxta ilə müşayiət olunan hissələrinədək hər bir detalı bir-biri ilə harmoniya yaradır. Mebellərin parçaları isəçox müxtəlifdir; incə zərif saplarla bəzədilmiş parçalar içərisində damalı, mil-mil xal-xal üzlüklərə də rast gəlmək mümkündür.

Bildiyimiz kimi kulinariya aləmində güllü süfrə nahar, damalı və ya saya süfrələr çay dətgahı zamanı salınır. Mebel seçiminin və düzümünün də öz qanunauyğunluqları var. Belə ki, yataq otağının dizaynı mavi, qonaq qəbul edilən otağın isə rəngləri (mebel,divar,pərdələr və s.) digər çalarlardan xəbər verməlidir.

Ofisini zövqsüz və bayağı mebellərlə bəzəmi şiş adamının da uğuruna və ağılla, zövqlə görəcəyi işlərin səmərəsinə şübhə yaranır.

Elit mebel dünyasının təklif etdiyi mebellər gənc ailələr, istərsə də tənha yaşlı adamlar üçün nəzərdə tutulmuşdur.

Çünki bu yalnız gözəllik və konfort deyil, həm də sağlamlıq amilinin önə çəkilməsi deməkdir. Dincələn zaman bel sütunu, onurğa və ayaqların düzgün istiqamətdə yerləşdirilməsi onların düzgün inkişafı, yaşlı insanlarda isə qorunması deməkdir. Yumşaq mebel dəstlərində kürsülərin aşağı hissəsindən siyirtmə kimi irəli çəkilən hissə məhz ayaqların uzadılmasına şəraityaradır.

Hörmətli alıcılaryüz eşitməkdənsə, bir görmək yaxşıdır. Sizi Elit mebel aləminin təklif etdiyi mebellərdən istifadə etməyə və həyatın gözəllik bəxş etdiyi və rahatlıq yaradan bu əşyalardan faydalanmağa çağırırıq!

2. STAR MMC zavodu


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlarda sosial rifahın yaxşılaşdırılması və gücləndirilməsi, yeni iş yerlərinin açılması istiqamətində verdiyi fərmanına əsasən cənab Ali EVSEN fəaliyyətini regionlara yönəltmişdir. Buna bariz nümunə kimi Şamaxı rayonunda inşa edilmiş və yeni fəaliyyətə başlamış STAR MMC zavodunu göstərmək olar. Ümumi sahəsi 35500 m² olan bu zavod regionda yerli əhalini işlə təmin etmişdir. Zavodda ən yeni texnologiya ilə STAR televizorları (müxtəlif diaqonallı CRT, LCD, PDP tipli) istehsal olunur. Hal-hazırda zavod məişət avadanlıqları və televizor istehsalı ilə məşquldur ki, bu da rayonda 250 nəfər insanın işlə təmin olunmasına şərait yaratmışdır.

"STAR MMC"nin Cənubi Koreya ilə müştərək istehsal müəssisəsində quraşdırılmış müasir avadanlıqlar 1 dəqiqə ərzində 1 televizorun istehsalı üçün əlverişli şərait yaradır və günlük istehsal gücü 350 ədədə çatır. Lakin respublikamızda və respublikamızın hüdudlarından kənarda olan bazarda televizorlara olan tələbatı ödəmək üçün istehsal daha da genişləndirilməli və tələbatı tam təmin etməlidir.

Müəssisədə istehsal olunan məhsullar gözəl dizaynı, yüksək keyfiyyəti və sərfəli qiyməti ilə geniş alıcı kütləsinin marağını ozünə cəlb etmişdir. Belə ki, istehsal olunan hər bir məhsulun özünəməxsus funksional keyfiyyətləri, digər eyni adlı məhsullardan öz müsbət xüsusiyyətləri ilə seçilməsi əhalinin əksər hissəsinin alıcılıq qabiliyyətinə uyğun gəlir ki, bu da həm daxili həm də xarici bazarda məhsulun rəqabətə davamlılığını artırır.

"STAR MMC" zavodu 13 sentyabr 2004-cü ildə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi şəxs kimi qeydiyyata alınmışdır. Müəssisə qeydiyyata alındıqdan sonra bir neçə uğurlu layihələr həyata keçirmişdir. Belə ki, 2004-cü ilin sonlarından başlayaraq Şamaxıda özülü qoyulan məişət avadanlıqları zavodunun tikintisinin qısa müddətdə başa çatdırılması və istehsala başlanması buna bariz nümunədir.

"STAR MMC" zavodu respublikada analoqu olmayan bir müəssisədir.

2005-ci il aprel ayının 25-də Azərbaycan Respublikasının Prezidenti, zati aliləri cənab İlham Heydər oğlu Əliyevin iştirakı ilə "STAR MMC" zavodunun acılış mərasimi keçirilmişdir. Mərasimdə bir sıra fəxri qonaqlar, o cümlədən nazirlər, komitə rəhbərləri, Milli Məclis üzvləri, xarıci ölkə səfirləri, bir sıra şirkət rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak etmişdi. "STAR MMC" zavodunun prezidenti cənab Əli Evsen müəssisənin iş prinsipi haqqında, ölkə iqtisadiyyatında tutduğu mövqe və verəcəyi töhfələr barədə məlumat vermiş, qonaqları müəssisədə quraşdırılmış yeni texnologiya ilə yaxından tanış etmişdir.

Ölkə prezidenti zavodun respublika üçün böyük əhəmiyyətə malik olduğunu vurğulamış və zavodun kollektivinə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır. Mərasimdə iştirak edən digər qonaqlar da zavodda təşkil olunmuş iş prinsipini və işçilər üçün yaradılmış yüksək səviyyəli şəraiti dəyərləndirmişlər. Bununla belə onlar məhz respublikamızın regionlarından biri olan qədim Şamaxıda belə bir zavodun inşasının məqsədyönlü siyasətin nəticəsi olduğunu qeyd etmişlər.

Açılış mərasimindən sonra görülən tədbirlər daha geniş miqyas almışdır. Hazırda zavod məişət avadanlıqları və televizor istehsalı ilə məşğuldur ki, bu da regionda 250 nəfər insanın işlə təmin olunmasına şərait yaratmışdır. Konkret məhsullara gəldikdə isə onu demək olar ki, müəssisədə müxtəlif LCD, PLAZMA ( CRT(14", 21"), PUREFLAT (14", 21", 29"), LCD (20", 26", 32"), PLAZMA (42", 50") və adi monitorlu STAR televizorlan, müxtəlif tutumlu STAR soyuducular (Frost, No-Frost tipli), STAR paltaryuyan maşınlar (yan avtomat, avtomat və tam avtomat tipli), müasir standartlara uyğun müxtəlif ölçülü otaqlar üçün Elite kondisionerləri istehsal olunur. Müəssisənin təklif etdiyi məhsullar öz yüksək keyfiyyəti ilə alıcıların rəğbətini qazanmaqdadır. "STAR MMC" zavodu gələcəkdə yeni istehsal sahələri yaratmaq və inkişaf etdirməyi qarşısına məqsəd qoymuşdur ki, bunun da həyata keçirilməsi 2000 nəfərdən artıq insanın işlə təmin olunması və ölkə prezidentinin 2004-2008-ci illər Regionlann sosial-iqtisadi inkişafı proqramının daha sürətlə həyata keçirilməsinə yardımcı olmaqdadır.

"STAR MMC" zavodunun marketinq strategiyası həm Azərbaycanın daxili bazarında, həm də Orta Asiya ölkələrində, Qafqazda və Rusiyada nümayəndəliklər sistemi yaradıb. Keyfiyyəti ön plana çəkən "STAR MMC" istehlakçı hüquqlarına, müasir texnologiyanın tələblərinə uyğun məhsulların istehsalını həyata keçirir.

"STAR MMC" zavodunun istehsal etdiyi məhsulun keyfiyyətinə güvənərək uzun müddətli zəmanət verir.

3. AZSAMAND avtomobil zavodu
2005 -ci il oktyabr ayının sonunda möhtərəm prezidentimiz İlham Əliyevin özəl sektora verdiyi önəm və diqqəti nəticəsində daha bir ağır sənaye obyekti - "AZSAMAND" zavodu həyata vəsiqə aldı.

"Aziz" markalı bu yaraşıqlı avtomobillər AZSAMAND nişanəsi olaraq - "Azərbaycan İnamla Zirvələrdə" mənasını daşıyır.

Azərbaycan əhalisi artıq ailənin rahatlığına xidmət edəcək minik avtomobillərinin adi tələbat predmeti olduğunu hiss edərək gözəl dizayna malik maşina sahib olmağın real olduğunu təcrübədə görür.
AZSAMAND Fransa avtomobil markası olan Peugeot avtomobillərinin bazasında istehsal olunan avtomobil nişanəsidir. Onlar sedan tipli, gözəl dizayna malik, tam elektron paketlə təchiz olunmuş, yüksək təhlükəsizlik xüsusiyyətləri ilə, möhkəm texniki imkanlara və interyeri ilə super rahatlıq yaradır.

Müxtəlif kanallar vasitəsilə verilən reklamlar, o cümlədən "Elit Ticarət və Əyləncə Mərkəzi"nin gün ərzində qaynar xəttə çevrilmiş telefonları ilə verilən ətraflı məlumatlar əhalini son dərəcə məmnun etməklə bu avtomobilə sahib olmağın mümkünlüyünə bir daha inandırır; belə ki, kifayət qədər alıcılıq qabiliyyətinə malik olmayan maşın həvəskarları belə aylıq gəlirindən asılı olaraq müəyyən məhdudiyyətlərə qatlaşmaqla "AZSAMAND"a sahib ola bilərlər.


Kredit şərtləri içərisində ən sərfəli məqam odur ki, kreditə götürülən malın (avtomobilin) müqabilində girov tələb olunmur, belə ki, sığortalanmış maşın özü girov hesab olunur. Bədbəxt hadisə nəticəsində yararsız hala salınmış və ya oğurlanmış maşının sahibi hər il sığorta haqqı ödədiyindən eyni maşina yenidən sahib olmaq hüququna malikdir. Onu da qeyd edək ki, ilkin ödəniş tələb olunmur.

"AZSAMAND" avtomobilinin Azərbaycanın Şamaxı şəhərində istehsal olunması bu maşının ehtiyat hissələrinin əldə edilməsində xüsusi çətinliklərin olmayacağına, eyni zamanda qiymətlərin münasib səviyyədə olmasına təminat verir.


Zavodun fəaliyyətə başladığı vaxtdan indiyədək istehsal olunan 1500-dən artıq avtomobilin hamısı satılıb. Şirkət 2009-cu ildə təqribən 300, 2008-ci ildə 500 avtomobil satıb.

Hazırda yığılan avtomobillər 1,8 litr həcmində (100 at gücü) mühərriklə təchiz olunur.

Kredit kampaniyası uğurla davam edir və artıq minlərlə adam müqavilə imzalayaraq bu maşınlara sahib olmuşlar.

Yeni ildən zavodda «İran Hodro» şirkətinin buraxdığı «Soren» avtomobillərinin istehsalına başlanacaq.

Bu Azərbaycanın avtomobil istehsalı ilə əlaqədar ilk böyük və uğurlu addımıdır.

4. AZERELEKTRONİKA zavodu


"EVSEN" Şirkətlər Qrupu ölkə iqtisadiyyatının gücləndirilməsi və xüsusilə, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində növbəti böyük və təqdirəlayiq layihəsi Şamaxı rayonunda yeni AZƏRELEKTRONİKA zavodunun istismara verilməsindən ibarət olmuşdur.

İnşaat işləri sürətlə aparılmış olan bu müəssisə istehsal xətti üçün ən son texnogiyalarla təchiz edilmişdir.

AZƏRELEKTRONİKA zavodunda müxtəlif növ və ən müasir soyuducular və digər təyinati məişət avadanlıqları istehsal olunur.Burada istehsal olunan məhsulların daxili bazara çıxarılması ilə yanaşı, həm də xarici bazara ixrac olunması şirkətin əsas hədəfidir.
26 Noyabr 2009 cu ildə ölkə başçısı cənab İlham Əliyev "Evsen" Şirkətlər Qrupunun rayonda inşa edilən "Azərelektronika" məişət cihazları istehsalı zavodunun açılış mərasimində iştirak etmişdir. Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə salıb, istehsal prosesini izləmişdir. 13 hektar sahəni əhatə edən zavodun inşasına 2005-ci ildə başlanılmış, tikinti işləri 2008-ci ilin mayında başa çatdırılmışdır. İstehsal sahəsi 20 min kvadratmetr olan zavodda kondisioner sexi fəaliyyət göstərir. Burada ilkin mərhələdə 250 nəfər işlə təmin olunmuşdur. Zavodun istehsal gücü ildə 600 min kondisionerdir. Gələcəkdə müəssisədə soyuducu, tozsoran və digər məişət avadanlığı sexlərinin yaradılması nəzərdə tutulur. Həmin sahələr istifadəyə verildikdən sonra zavodda 1000 nəfər işlə təmin olunacaqdır. Burada Türkiyədən, Malayziyadan, İrandan gətirilən xammaldan, habelə yerli materiallardan istifadə olunacaqdır. Bundan əlavə, zavodda boya, polifon, plastik kütlə əridən sexlər, 250 tonluq 6 hidravlik pres də quraşdırılmışdır.
STAR paltaryuyan maşın SVS637/SVS842: Asan idarə edilə bilən paltar yuyan maşınlar cox funksiyalı işləmə prinsipinə malikdir. Bu paltar yuyan maşınlar bir neçə vəziyyətdə istifadə oluna bilir ki, bu da həm təmiz yuyulmaya həm də aşınmaya uzun müddətli davamlılığa təminat verir. Belə ki, bu qurğu hər paltarın o cümlədən qarışıq və tək rəngli, incə, qalın, yun,sintetik, pambıq və qarışıq tərkibli parçaların yuyulması üçün ayrı-ayrı yuyulma proqramlarına malikdir. Maşın üzərindəki idarəetmə pultu proqramların seçimini asanlaşdırır və yuyulma vaxtı proqram dəyişikliyi etməyə şərait yaradır.
Müəssisədə istehsal olunan no frost sistemli 2 kameralı 332L/356L/430L tutumu olan STAR markalı soyuducular avtomatik temperatur tənzimləyici termostatla təchiz edilmişdir. soyuducular həm gücləndirilmiş həm də normal rejimlərdə səssiz işləmə prinsipinə malikdir. Bundan əlavə soyuducu ərzaqların o cümlədən ət,süd,tərəvəz və digər məhsulların uzun müddətli və keyfiyyətli saxlanması üçün hər ərzağa uyğun rəflər və qutularla təmin olunmuşdur.Əlavə təchizat barədə aşağıda daha ətraflı yazılmışdır.

avtomatik termostat

buz hazırlanması üçün qablar

butulka saxlama rəfləri

ümumi tutum/332L/356L/430L
Prezident İlham Əliyev müəssisədə istehsal olunmuş məhsullar və zavodun inzibati binası ilə tanış olmuşdur.
"EVSEN" Şirkətlər Qrupu bununla kifayətlənmir və ölkəmizin iqtisadi qüdrətinin artırılması üçün daha yeni töhvələr vermək məqsədilə yeni layihələr üzərində çalışır.

5. STAR nəqliyyat


STAR nəqliyyat şirkəti ölkənin nəqliyyat sferasına geniş təcrübə əsasında böyük nailiyyətlər əldə etmiş bir şirkətdir. Şirkət hal-hazırda yüksək xidmət mədəniyyətinə malik taksi xidmətləri təklif edir ki, bu da sərnişindaşımada əsl yenilik və komforta bərabərdir. Ölkə əhalisi və qonaqlar AZSAMAND avtomobillərində STAR nəqliyyat şirkətinin taksi xidmətindən böyük zövqlə istifadə edir.
EVSEN şirkətlər qrupunun ictimai nəqliyyatda olan böyük təcrübəsinin təməli 1995-ci ildə qoyulmuşdur. Qeyd olunan tarixdə EVSEN şirkətlər qrupunun prezidenti cənab Əli EVSEN ilk dəfə olaraq Azərbaycana çoxlu sayda Renault markalı avtomobilləri gətirməklə yeni və sivil taksi xidmətinin təməlini qoymuş oldu. Bununla da ölkədə sivil taksi mədəniyyətinin yüksəldilməsinə təkan verildi. Belə ki, taksi sürücüləri ilə qurulan münasibətlər sistemi Bakı şəhərinin və eləcə də, respublikanın digər bölgələrinin keyfiyyətli və təhlükəsiz taksi xidmətinə olan ehtiyacını ödəməklə yanaşı, sürücülüklə məşğul olan insanların da sonradan bu avtomobillərə sahib olmaqla kiçik sahibkarlara çevrilməsini təmin etdi.
EVSEN şirkətlər qrupu hal-hazırda da ictimai nəqliyyatın taksidə sərnişindaşıma növü ilə fəaliyyətini davam etdirir. 2006-cı ilin İyul ayında EVSEN şirkətlər qrupunun nəzdində STAR TAKSİ şirkəti yaradıldı. STAR TAKSİ şirkətində istismara buraxılmış avtomobillər Azərbaycan Respublikasının Şamaxı rayonunda EVSEN şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən AZE–SAMAND avtomobil zavodunda istehsal olunan AZSAMAND avtomobilləridir. Qeyd etmək lazımdır ki, AZSAMAND avtomobilləri yüksək texniki göstəricilərə malik və istər sükan arxasında, istərsə də sərnişin qismində zövq və rahatlığın vəhdətini nümayiş etdirən avtomoblidir.

İ

lkin mərhələdə 10 avtomobil ilə fəaliyyətə başlamış STAR TAKSİ şirkəti hal-hazırda avtomobillərin sayını 1000 -ə çatdırmışdır. Cari ilin sonuna qədər istismarda olan avtomobillərin sayı 2000 ədədə çatdırılacaqdır.



Burada da sürücülər şirkətlə ikitərəfli qaydada razılaşdırılmış şərtlər və müddət çərçivəsində istifadə etdikləri AZSAMAND avtomobillərinə sahib olmaqla fərdi sahibkarlara çevrilmə imkanına malikdirlər.

Sərnişinlərin bu şirkətin taksi xidmətlərindən razı qalması göstəriciləri də yüksəkdir. Səbəb çox sadədir:

rahat və zövq oxşayan,

ən əsası ölkə vətəndaşlarında qürur,

əcnəbi qonaqlarda isə heyrət yaradan AZSAMAND avtomobili;

səliqəli və nəvazişli sürücü mədəniyyəti;

zamanında mənzil başına yetişmə;

məsafədən asılı olaraq münasib gediş haqqı.

6. Xalçaçılıq fabriki
Məlum olduğu kimi Azərbaycan zəngin xalçaçılıq mədəniyyətinə malikdir. EVSEN Şirkətlər qrupunun yenə də Şamaxı rayonunda yaratdığı xalçaçılıq fabriki xalçaçılıq mədəniyyətimizin daim yaşamasına, ölkənin hüdudlarından kənarda tanınmasına və nəhayət, milli ruhumuzun yüksəlməsinə xidmət edir.

Azərbaycan xalçaçılığı sahəsində tədqiqatların ümumiləşdirilməsi və xalqımızın mədəniyyəti tarixində mühüm rol oynayan Azərbaycan xalçasının çoxəsirlik inkişafı yolunun öyrənilməsi məqsədilə uzun müddətli və gərgin işlər görülmüş, Lətif Kərimov, Kamil Əliyev kimi artıq həyatdan köçmüş, lakin qədim xalçaçılıq sənəti sahəsində gərgin və qiymətli işlər görərək iz qoyub getmiş sənətkarlarımızdan - xalça rəssamlığı və ümumiyyətlə xalçaçılıq sənətindən ilham alanların yolunu davam etdirmək davamçı nəsillərin öhdəsinə düşür.

Bizə məlumdur ki, Bakı şəhərində Lətif Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyi mövcuddur. Bu muzey Azərbaycanın nadir xalçalarının saxlandığı ən iri "qoruqdur". Həmin muzeyin kolleksiyaları elə formalaşdırılmışdır ki, burada Azərbaycan xalçasının inkişafı yolu görünür. Dünya muzeylərində saxlanılan səhv olaraq "İran xalçaları" yaxud "Qafqaz xalçaları" adlandırılan məhsullardan fərqlənən Azərbycan xalçaları xalqımızın bu qədim irsini layiqincə təmsil edir.

Xalçaçılıq sənətini yaşadanlar içərisində Evsen şirkətlər qrupunun prezidenti Əli bəy də vardır.

Onun rəhbərliyi altında fəaliyyət göstərən Şamaxı xalçaçılıq fabrikinin gördüyü işlər təkcə məişətə deyil xalqımızın və mədəniyyətimizin zəngin irsinin qorunub saxlanmasına da xidmət edir. Sözsüz ki, o, bu çətin və məsuliyyətli işə başlamazdan əvvəl, Azərbaycan xalçaları kolleksiyaları ilə tanışlıqdan bəhrələnmişdir.

"EVSEN" Şirkətlər Qrupu nun nəzdində fəaliyyət göstərən xalçaçılıq fabriki 2003 cü ildən Şamaxı şəhərində fəaliyyət göstərir. Fabrikin 100-dən artıq işçisi var, bundan başqa bəzi evdar qadınlar da işə cəlb olunmuşlar.

Burada əsasən Azərbaycan xalça məktəbinin unudulmuş milli çeşidlərinə əsasən xalılar toxunur.

7. A-LİZİNQ şirkəti


A-LİZİNQ şirkəti 03 Fevral 2006-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təqdim olunmuş lisenziyaya əsasən fəaliyyət göstərir. Şirkət yeni yaranmasına baxmayaraq ölkənin maliyyə bazarında uğurla inkişaf edir. Bu şirkət bütün növ lizinq xidmətləri ilə məşğuldur.
Biz Azərbaycan xalqı naminə çalışaraq, fasiləsiz olaraq yeni fabrik və müəssisə şirkətləri yaratmmışıq . Müştərilərimizə daim keyfiyyətli və zəmanətli mal və xidmət təqdim edərək, onlarda şirkətlərimiz və təqdim etdiyimiz mallar haqda davamlı məmnuniyyət hissi yaratmışıq.

İşçilərimizin iş qabiliyyətlərini və işə olan meyllərini artırmaq, bununla da insanların böyük əksəriyyətinə qayğıkeş olmaq və Azərbaycan xalqının dəyərlərini möhkəmləndirməkdir.


Daim inkişafda olan EVSEN şirkətlər qrupu regionlarda istehsal müəssisələri yaratmaqla bərabər satış şəbəkəsini də genişləndirmişdir. Satış şəbəkəsi coğrafi baxımdan Azərbaycanın müxtəlif rayonlarında qurulmuşdur. Regionlarda filialların və nümayəndəliklərin açılmasında əsas məqsəd insanların mal və əmtəələri əlverişli kredit şərtləri ilə yaşadıqları ərazidə əldə etmə imkanlarını artırmaqdır. Quruluş sxeminə görə isə EVSEN şirkətlər qrupunun satış şəbəkəsinə ELİTE Kredit Mərkəzinin filialları və STAR MMC zavodunun satış nümayəndəlikləri daxildirlər. Yaradılmış satış şəbəkəsi vasitəsilə EVSEN şirkətlər qrupunun istehsal sektoruna aid müəssisələrin istehsal etdikləri və xarici ticarət sektorunun idxal etdiyi mal və əmtəələrin topdansatış və pərakəndə (nağd və kreditlə) satışı həyata keçirilir:

Müxtəlif növ müasir tipli STAR və ELİTE televizorları (PLAZMA, LCD və sadə tipli);

STAR soyuducuları;

STAR paltaryuyan maşınları;

ELİTE qaz plitələri;

STAR DVD, VCD və AUDİO qəbulediciləri;

ELİTE kondisionerləri;

Sürət və rahatlığın vəhdəti olan AZSAMAND markalı avtomobillər;



STAR MMC zavodunun satış şəbəkəsini STAR satış departamenti idarə edir və eyni zamanda, nümayəndəliklərlə münasibətləri tənzimləyir. Nümayəndəliklərin sayı 40 bərabərdir. Onlar Bakı şəhərinin müxtəlif bölgələrində olduğu kimi respublikanın müxtəlif rayonlarında da mövcuddurlar. Hər bir nümayəndəlik qarşılıqlı rəsmi razılaşma əsasında STAR MMC zavodunun ən son texnologiya ilə istehsal etdiyi müxtəlif növ və modern STAR televizorlarının, STAR soyuducularının, STAR paltaryuyan maşınlarının, ELİTE kondisionerlərinin və digər məişət elektrik texnikasının yüksək səviyyədə realizə olunmasını öhdələrinə götürmüşdür. Belə ki, davamlı hesabatlar və araşdırmalardan öhdəliklərin lazımınca yerinə yetirlməsi müşahidə olunur. Buna sübut olaraq STAR və ELİTE markalarının artıq bütün Azərbaycanda yüksək keyfiyyət və sərfəli qiymət nişanələri kimi tanınmasını qeyd etmək olar.










Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə