Əsas müDDƏalar




Yüklə 28.42 Kb.
tarix20.04.2016
ölçüsü28.42 Kb.

əSAS MÜDDƏALAR




ÜMUMİ ŞƏRTLƏR





  1. Bank, İdarə heyətinin qərarına əsasən xüsusi hallarda, müştəriyə bu sənəddə göstərilmiş tariflərdən fərqli tariflərlə (Kredit, overdraft və zəmanət xidmətinin faiz dərəcələri Kredit Komitəsinin qərarına əsasən.) xidmət göstərə bilər.

  2. Göstərilmiş xidmətlərə görə tutulmuş komissiya haqları ilə bağlı iddialar əməliyyatın aparılma tarixindən başlayaraq 30 təqvim günündən gec olmamaq şərti ilə yazılı şəkildə banka təqdim edilməlidir. Əks təqdirdə bu tip iddialar baxılmaq üçün qəbul olunmur.



KOMİSSİYA HAQQLARININ TUTULMASININ ÜMUMİ QAYDALARI


  1. Bu tariflərdə göstərilmiş komissiya haqları bir qayda olaraq qabaqcadan alınır və müştərinin hesablarından akseptsiz qaydada silinir.

  2. Hər bir əməliyyat üzrə tutulan komissiya haqları komissiya məbləğinin yüzdə bir hissəsinə qədər aşağıdakı qaydada yuvarlaqlaşdırılır:

- əgər komissiya məbləğinin mində bir hissəsi 5-dən böyük və ya 5-ə bərabərdirsə, artan istiqamətdə;

- əgər komissiya məbləğinin mində bir hissəsi 5-dən kiçikdirsə, azalan istiqamətdə;





HÜQUQİ ŞƏXSLƏRİN əməlİyyatlarI 1




Köçürmələr və nağdsız daxilolmalar xidməti 6, 7


Hesaba daxilolma

Pulsuz

Bankdaxili köçürmə

Pulsuz

Bankxarici köçürmə –

Ölkə daxilində 8 :



BFB, BBVB klirinq hesablarına köçürmələr

10 AZN

Digər köçürmələr

0,2 %

(min 1 AZN-

мaks. 300 AZN)


0,3 % (min 20 AZN- maks. 300 AZN)

Bankxarici köçürmə –

Ölkədən kənar



---

0,3 % (min 20 AZN -maks. 300 AZN)

Araşdırma,düzəliş və ödənişin ləğvi 9

5 AZN

20 AZN


Konvertasiya əməliyyatları xidməti 14


Xarici valyutanın AZN-ə qarşı nağdsız konvertasiyası

0,3 % (min 5 AZN)

Xarici valyutanın digər xarici valyutaya qarşı nağdsız konvertasiya

0,3 % (min 5 AZN)

QEYDLƏR (Hüquqi şəxslərlə əməliyyatlara dair tariflər üzrə)





  1. Bu tariflər qeyri-bank hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə tətbiq edilir.

  2. Müştəridən bundan əvvəl bu növ hesab üzrə digər valyutada hesab üçün haqq alınmışdırsa pulsuz. Bu növ və bu valyutada hesab üzrə haqq yalnız bir dəfə alınır.

  3. Müştərinin AZN-lə cari hesabı varsa pulsuz , əks halda bu növ hesabların sayından və valyutasından asılı olmayaraq yalnız biri üçün 25 AZN haqq alınır.

  4. Bu növ hesabı açmaq üçün ərizə verən müştərinin hər hansı bir valyutada carı hesabı varsa pulsuz. Əks halda bu növ hesabın sayından və valyutasından asılı olmayaraq yalnız biri üçün 25 AZN haqq alınır.

  5. Bu növ hesabı açmaq üçün ərizə verən müştərinin hər hansı bir valyutada carı hesabı varsa pulsuz. Əks halda bu növ hesabın sayından və valyutasından asılı olmayaraq yalnız biri üçün 25 AZN alınır.

  6. Müəyyən olunmamış məbləğlər geri qaytarıldıqda həmin məbləğə 10 AZN həcmində komissiyon tətbiq edilir.

  7. Köçürmələrin qəbul edilməsinə görə bank komissiyasının benefisiar-təşkilat tərəfindən ödənilməsini nəzərdə tutan müqavilə mövcud olduqda həmin təşkilatın xeyrinə ödənişin edilməsi pulsuzdur.

  8. Məbləğləri 40 000 (qırx min) AZN-dək olan ödənişlər yalnız XÖHKS sistemi vasitəsilə icra edilir.

  9. Koçürülmüş vəsaitlər üzrə araşdırmalar aparıldıqda digər bankların komissiya haqları müştəridən əlavə tutulur. Bu xərclərin ödənilməsi üçün bankın komissiya haqqı ilə yanaşı müştəri öz hesabında əlavə olaraq 50 AZN bloklaşdırmalıdır. Bu məbləğin istifadə olunmayan hissəsi 3 ay ərzində bankın qərarı əsasında, 3 ay bitdikdən sonra isə avtomatik olaraq müştəriyə qaytarılır.

  10. Əmanətlər və onlar üzrə hesablanmış faizlər çərçivəsində nağd pulun hesabdan çıxarılmasına görə komissiya tutulmur.

  11. “Əvvəllər nağd şəkildə yatırılmış vəsaitlər çərçivəsində” deyildikdə hesaba maximum 365 təqvim günü ərzində nağd yatırılmış və çıxarılmış vəsaitlər arasında müsbət fərq nəzərdə tutulur.

  12. Ayrılmış kredit nağdlaşdırılarkən bundan əvvəlki 11-ci bəndin güzəşti nəzərə alınmır.

  13. Dövriyyəyə yararsız əskinasların qəbul edilib-edilməməyi Bankın müstəsna səlahiyyətinə aiddir. Komissiya haqqı dövriyyəyə yararsız pul əskinasının hesaba qəbul edilməsi və konvertasiya əməliyyatları aparılarkən tutulur.

  14. Konvertasiya əməliyyatları Bankın müəyyən etdiyi məzənnə əsasında aparılır. Əməliyyatların valyutası alınan valyuta hesab edilir.

  15. Seyfdən istifadə müddəti tam aylarla müəyyən edilir. Yəni müştəri seyfdən 1 aydan az istifadə etmək istəyirsə və ya istafadə etmişdirsə tam ay üçün haqq ödəmələdir.

  16. İstifadə müddəti 1 (bir) ildən artıq olmadıqda komissiya haqqı bütün istifadə müddətinə görə qabaqcadan tutulur. Əks halda, komissiya haqqı qabaqcadan ilbə-il olaraq tutulur.

  17. Seyf istifadəyə verilərkən icarə müddətindən asılı olmayaraq 50 AZN məbləğində vəsait sığorta əmanəti kimi rəsmiləşdirilir.

- Bank əmlakının (açar, kilid, kaset) itirilməsi və zədələnməsinə görə müştəriyə 50 AZN cərimə tətbiq edilir.

- Seyfin istifadə müddəti başa çatdıqdan sonra 3 iş günü ərzində müştəri açarları Banka təhvil vermədikdə və ya müəyyən olunan müddətdən başlayaraq 3 iş günü ərzində komissiya haqqını ödəmədikdə Bank sığorta əmanətini cərimə kimi tam şəkildə silir.



  1. Bank yalnız müştərinin mülkiyyəti olan qiymətlilərin daşınmasını təşkil edir.

  2. Sifarişin yerinə yetirilməsi – avtomobilin təhvilalma məntəqəsinə çatıb, inkassatorun qiymətlililəri təhvilalana verməsi sayılır.

Bu zaman təhvilalan hər-hansı səbəbdən təhvilalma məntəqəsində olmamışdırsa və ya orada olub hər-hansı səbəbdən qiymətliləri təhvilalmamışdırsa Sifariş yerinə yetirilmış hesab olunur.

  1. Əmanət vaxtından əvvəl ğötürülərsə illik faiz dərəcəsiaşağıdakı qaydada hesablanır:

  • Əmanətin faktiki müddəti 90 gün və daha az olduqda — əmanət üzrə hesablanmış faiz məbləğinin 20 % - i ödənilir;

  • Əmanətin faktiki müddət 91 - 180 gün olduqda – əmanət üzrə hesablanmış faiz məbləğinin 25 % - i ödənilir;

  • Əmanətin faktiki müddət 181-270 gün olduqda – əmanət üzrə hesablanmış faiz məbləğinin 50 % - i ödənilir;

  • Əmanətin faktiki müddət 271 – və daha artıq olduqda – əmanət üzrə hesablanmış faiz məbləğinin 75 % - i ödənilir.

  1. Hesab üzrə sənədlər deyiləndə çıxarışlar, ödəniş tapşırıqları, avizolar və gömrük bəyannamələri nəzərdə tutulur.

  2. Hesab deyiləndə yalnız cari hesablar nəzərdə tutulur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə