Əsas müDDƏalar




Yüklə 66.45 Kb.
tarix20.04.2016
ölçüsü66.45 Kb.

əSAS MÜDDƏALAR


ÜMUMİ ŞƏRTLƏR





  1. Bank, İdarə heyətinin qərarına əsasən xüsusi hallarda, müştəriyə bu sənəddə göstərilmiş tariflərdən fərqli tariflərlə (Kredit, overdraft və zəmanət xidmətinin faiz dərəcələri Kredit Komitəsinin qərarına əsasən.) xidmət göstərə bilər.

  2. Göstərilmiş xidmətlərə görə tutulmuş komissiya haqları ilə bağlı iddialar əməliyyatın aparılma tarixindən başlayaraq 30 təqvim günündən gec olmamaq şərti ilə yazılı şəkildə banka təqdim edilməlidir. Əks təqdirdə bu tip iddialar baxılmaq üçün qəbul olunmur.



KOMİSSİYA HAQQLARININ TUTULMASININ ÜMUMİ QAYDALARI


  1. Bu tariflərdə göstərilmiş komissiya haqları bir qayda olaraq qabaqcadan alınır və müştərinin hesablarından akseptsiz qaydada silinir.

  2. Hər bir əməliyyat üzrə tutulan komissiya haqları komissiya məbləğinin yüzdə bir hissəsinə qədər aşağıdakı qaydada yuvarlaqlaşdırılır:

- əgər komissiya məbləğinin mində bir hissəsi 5-dən böyük və ya 5-ə bərabərdirsə, artan istiqamətdə;

- əgər komissiya məbləğinin mində bir hissəsi 5-dən kiçikdirsə, azalan istiqamətdə;





fİzİkİ şəxslərİN əməlİyyatlarI 1




Əməliyyat valyutası

AZN

USD

EUR

RUB

Digər



Hesabın açılması və aparılması xidməti


Hesabın açılması:




Cari hesab

10 AZN

Pulsuz

Ssuda hesabı

Pulsuz 2

Əmanət hesabı

Pulsuz

Hesab üzrə minimal qalıq

Nəzərdə tutulmayıb

Hesabın aparılması

Pulsuz

Hesabın bağlanılması

Pulsuz



Köçürmələr və nağdsız daxilolmalar xidməti 3


Hesaba daxilolma

Pulsuz

Bakdaxili köçürmə

Pulsuz

Bankxarici köçürmə –

Ölkə daxilində:



Kommunal ödənişi

Pulsuz 4

Mobil telefon danışıq haqlarının ödənişi

Pulsuz 4

BFB, BBVB klirinq hesablarına köçürmələr

10 AZN

Digər köçürmələr

0,2 %

(min 1 AZN -

Maks. 300 AZN)


0,3 % (min 20 AZN-maks 300 AZN)

0,5 %

(min 20 AZN-

maks. 300 AZN)


Bankxarici köçürmə –

Ölkədən kənar



---

0,3 % (min 20 AZN- maks 300 AZN)

0,5 %

(min 20 AZN-

maks 300 AZN)


Araşdırma, düzəliş və ödənişin ləğvi 5

5 AZN

20 AZN

Beynəlxalq təcili ödəniş sistemləri üzrə köçürmələr

Ödəniş sistemlərinin tariflərinə əsasən


Nağd pul vəsaitləri ilə əməliyyatlar xidməti


Hesaba mədaxil

Pulsuz

Nağd pul vəsaitlərinin verilməsi - əvvəllər nağd şəkildə mədaxil edilmiş vəsaitlər çərçivəsində 6,7,8, 9

Pulsuz

Nağd pul vəsaitlərinin verilməsi - əvvəllər nağd şəkildə mədaxil edilmiş vəsaitlərdən artıq

0,8 %

(min.1AZN)



1 % (min 1 AZN)


1 %

(min


5AZN)

Əməliyyat valyutası

AZN

USD

EUR

RUB

Digər




Pul əskinasının bir nominalının digər nominala dəyişdirilməsi 10

1 % (min. 1 AZN)

Dövriyyəyə yararsız əskinasların qəbulu 11

---

10 % (min. 1 AZN)



Konvertasiya əməliyyatları xidməti 12


Xarici valyutanın AZN-ə qarşı nağdsız konvertasiyası

0,3 % (min. 5 AZN)

Xarici valyutanın digər xarici valyutaya qarşı nağdsız konvertasiyası

0,3 % (min. 5 AZN)

Nağd xarici valyutanın alqı-satqısı 13

Pulsuz



Fərdi bank seyflərinin icarəyə verilməsi xidməti 14, 15, 16


Hündürlüyü 10 sm olan seyfin istifadəyə verilməsi:

6 aya qədər

8 AZN (1 aya)

6 aydan artıq

5 AZN (1 aya)


İnkassasiya xidməti 17, 18


Qiymətlilərin Bakı şəhəri üzrə daşınması

Razılaşma əsasında


Qiymətləndirmə xidməti


Daşınar əmlakın qiymətləndirilməsi

Razılaşma əsasında

Daşınmaz əmlakın

qiymətləndirilməsi



50 AZN



Əməliyyat valyutası

AZN

USD

EUR

RUB

Digər

Əmanət xidməti 100,000 (bir yüz min)-ə dək məbləğlərdə


2 il müddətinədək (illik) 19

14%

16%

12%

Razılaşma

Razılaşma

9 ay müddətinədək (illik) 19

9%

13%

10%

Razılaşma

Razılaşma

6 ay müddətinədək (illik) 19

6 %

8 %

5 %

Razılaşma

Razılaşma

3 ay müddətinədək (illik) 19

4 %

6 %

4 %

Razılaşma

Razılaşma


Digər xidmətlər


Hesab üzrə sənədlərin verilməsi 20

Pulsuz

Hesab üzrə arayışların verilməsi 21

2 AZN

Hesab üzrə arxiv sənədlərinin verilməsi 20

5 AZN

Hesab üzrə 3 aydan artıq dövriyyə olmadıqda 22

2 AZN

2 AZN

2 AZN

2 AZN

2 AZN


QEYDLƏR (Fiziki şəxslərlə əməliyyatlara dair tariflər üzrə)





  1. Bu tariflər sahibkar olmayan fiziki şəxslərə tətbiq edilir.

  2. Bu növ hesabı açmaq üçün ərizə verən müştərinin hər hansı bir valyutada carı hesabı varsa pulsuz. Əks halda bu növ hesabın sayından və valyutasından asılı olmayaraq yalnız biri üçün 10 AZN haqq alınır.

  3. Müəyyən olunmamış məbləğlər geri qaytarıldıqda həmin məbləğə 10 AZN həcmində komissiyon tətbiq edilir.

Koçürmə əməliyyatında müxbir bankın komissiyası Bankın müştəridən tutduğu komissiya haqqından çox olarsa, icraçı bank müştəridən əlavə komissiya haqqını tutmaq hüququna malikdir.

  1. Köçürmələrin həyata keçirilməsinə görə Bankın komissiya haqqının benefisiar-təşkilat tərəfindən ödənilməsini nəzərdə tutan müqavilə mövcud olduqda həmin təşkilatın xeyrinə ödənişin edilməsi pulsuzdur.

  2. Koçürülmüş vəsaitlər üzrə araşdırmalar aparıldıqda digər bankların komissiya haqları müştəridən əlavə tutulur. Bu xərclərin ödənilməsi üçün bankın komissiya haqqı ilə yanaşı müştəri öz hesabında əlavə olaraq 50 AZN bloklaşdırmalıdır. Bu məbləğin istifadə olunmayan hissəsi 3 ay ərzində bankın qərarı əsasında, 3 ay bitdikdən sonra isə avtomatik olaraq müştəriyə qaytarılır.

  3. “Əvvəllər nağd şəkildə yatırılmış vəsaitlər çərçivəsində” deyildikdə hesaba maksimum 365 təqvim günü ərzində nağd yatırılmış və çıxarılmış vəsaitlər arasında müsbət fərq nəzərdə tutulur.

  4. Əmanətlər və onlar üzrə hesablanmış faizlər çərçivəsində nağd pulun hesabdan çıxarılmasına görə komissiya tutulmur.

  5. Beynəlxalq təcili ödəniş sistemləri ilə nağdsız mədaxil olunmuş pullar nağdlaşdırılarkən komissyon tutulmur.

  6. Ayrılmış kredit nağdlaşdırılarkən bundan əvvəlki 6-ci bəndin güzəşti nəzərə alınmır.

  7. Bank hesabı müqaviləsi olan müştərilər istisnadır.

  8. Dövriyyəyə yararsız əskinasların qəbul edilib-edilməməyi Bankın müstəsna səlahiyyətinə aiddir.

  9. Konvertasiya əməliyyatları Bankın müəyyən etdiyi məzənnə əsasında aparılır.

  10. Nağd xarici valyutanın alqı-satqısı aparılarkən dövriyyəyə yararsız əskinaslar qəbul edilmir.

  11. Seyfdən istifadə müddəti tam aylarla müəyyən edilir. Yəni müştəri seyfdən 1 aydan az istifadə etmək istəyirsə və ya istafadə etmişdirsə tam ay üçün haqq ödəmələdir.

  12. İstifadə müddəti 1 (bir) ildən artıq olmadıqda komissiya haqqı bütün istifadə müddətinə görə qabaqcadan tutulur. Əks halda, komissiya haqqı qabaqcadan ilbəil olaraq tutulur.

  13. Seyf istifadəyə verilərkən icarə müddətindən asılı olmayaraq 50 AZN məbləğində vəsait sığorta əmanəti kimi rəsmiləşdirilir. Bu vəsait aşağida qeyd olunan hallarda Bank tərəfindən silinə bilər:

- Bank əmlakının (açar, kilid, kaset) itirilməsi və zədələnməsinə görə Bank sığorta əmanətini cərimə kimi tam şəkildə silir.

- Seyfin istifadə müddəti başa çatdıqdan sonra 3 iş günü ərzində müştəri açarları Banka təhvil vermədikdə və ya 3 iş günü ərzində komissiya haqqını ödəmədikdə Bank sığorta əmanətini cərimə kimi tam şəkildə silir.



  1. Bank yalnız müştərinin mülkiyyəti olan qiymətlilərin Bankın strukturlarına/strukturlarından daşınmasını təşkil edir.

  2. Sifarişin yerinə yetirilməsi – avtomobilin təhvilalma məntəqəsinə çatıb, inkasatorun qiymətliləri təhvilalana verməsi sayılır. Bu zaman təhvilalan hər-hansı səbəbdən təhvilalma məntəqəsində olmamışdırsa və ya orada olub hər-hansı səbəbdən qiymətliləri təhvil almamışdırsa Sifariş yerinə yetirilmış hesab olunur.

  3. Əmanət vaxtından əvvəl ğötürülərsə, illik faiz dərəcəsi aşağıdakı qaydada hesablanır:

    • Əmanətin faktiki müddəti 90 gün və daha az olduqda — əmanət üzrə hesablanmış faiz məbləğinin 20 % - i ödənilir;

    • Əmanətin faktiki müddəti 91 - 180 gün olduqda – əmanət üzrə hesablanmış faiz məbləğinin 25 % - i ödənilir;

    • Əmanətin faktiki müddəti 181-270 gün olduqda – əmanət üzrə hesablanmış faiz məbləğinin 50 % - i ödənilir;

    • Əmanətin faktiki müddəti 271 – və daha artıq olduqda – əmanət üzrə hesablanmış faiz məbləğinin 75 % - i ödənilir.

  4. Hesab üzrə sənədlər deyiləndə çıxarışlar, ödəniş tapşırıqları, avizolar və gömrük bəyannamələri nəzərdə tutulur.

  5. Yalnız cari hesablar nəzərdə tutulur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə