E.Ş. Namazov Yoxladı : dosent. A. M. Hüseynov GƏNCƏ – 2009 Plan




Yüklə 72.21 Kb.
tarix24.04.2016
ölçüsü72.21 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI AKADEMİYASI

Kafedra: Torpaqşunaslıq və Ekoloji

kənd təsərrüfatı


R E F E R A T


Mövzu : “Tropik qurşağın torpaqları
Işlədi: magistr .E.Ş.Namazov
Yoxladı : dosent. A.M.Hüseynov
GƏNCƏ – 2009
Plan :
I. Dünyanın torpaq örtüyü

II. Yer kürəsi torpaq örtüyünün ümumi qanunauyğunluqları

III. Tropik qurşaqda torpaq əmələgəlmənin xüsusiyyətləri

IV. Tropiklərin kserofit meşələri və savanna torpaqları

V. Tropik quşaqların yarımsəhra və səhra torpaqları

I.Dünyanın torpaq örtüyü
Torpaq örtüyünün zonallıq qanuna həsr olunmuş fəslində qurunun torpaq örtüyünün torpaq-iqlim qurşaqlarına və torpaq –bioiqlim vilayətlərinə bölünməsi nəzərdən keçirilmişdir.
Torpaq-bioiqlim vilayətləri ərazinin iqlimi, bitki örtüyü, torpaqq örtüyü və əkinçilik tipinin ümumiliyi ilə səciyyələnir. Ona görə də torpaq –bioiqlim vilayətlərinə qurunun aqrotorpaq rayonlaşdırılmasının əsas vahidi kimi baxıla bilər.
Dünyanın aqrotorpaq vilayətlərinin ümumi sxemi-müxtəlif ölkələrin torpaqşunas alimlərinin və aqronomlarının birgə əməyinin nəticəsidir. Torpaqşunaslar tərəfindən dünyanın torpaq örtüyü öyrənilmiş və çox böyük xəritə materialı ümumiləşdirilmişdir. Bu məsələdə XIX əsrin sonları və XX əsrin əvvəllərində görkəmli rus alimlərinin, sonralar isə Sovetlər dövrünün torpaqşunaslarının böyük rolu olmuşdur. Onlar torpaq-coğrafi ümumiləşdirmənin prinsiplərini formalaşdırmış (V.V.Dokuçayev), dünyanın ilk torpaq xəritələrinin işləmiş (K.D.Qlinka, L.İ.Prosolov) və dünyanın torpaq xəritəşunaslığını inkişaf etdirmişlər (Z.Y.Şkolskaya, D.Q.Vilenski, İ.P.Gerasimov, V.A.Kovda, Y.V.Lodova, N.N.Rozov, M.A.Qlazovskaya, V.M.Fridlan).
Dünyanın aqrotorpaqşünaslıq rayonlaşdırılması sxemində aqtorpaq vilayətləri termik şəraitlərinə və atmosfer nəmlənməsi şəraitinə görə qruplaşdırılmışdır.

Torpaq-coğrafi və xüsusən də aqronomik nöqteyi nəzərdən termik prinsiplər əsasında qruplaşdırılma bir çoxları tərəfindən başlıca hesab olunur. O, torpaqəmələgəlmə zamanı üzvi və mineral maddələrin çevrilməsinin energetik şəraitini müəyyən edən torpağın termik rejimini əks etdirir, məhsulların sayı, kənd təsərrüfatı bitkilərinin tərkibi və s.məsələlərdə əkinçiliyin əsas tipləri ilə yaxşı uyğunlaşır.



Atmosfer nəmliyinə görə aqrotorpaq vilayətlərinin qruplaşdırılması, M.A.Gerasimovun qeyd etdiyi kimi ,torpaqların reaksiyası və oksidləşmə- reduksiya potensialı, onların avtomorf şəraitdə su ilə rejimi ilə sıx bağlı olub, əkinçiliyin su təchizatını səciyyələndirir.

Bütün quru sahənin 76,7% - i düzən və 23,3-i dağlıq ərazilərin nümunəsində dünyanın torpaq örtüyünün vəziyyəti nəzərdən keçirilmişdir.


Düzən ərazilərin torpaq-iqlim qurşaqları üzrə paylanması aşağıdakı göstəricilərlə səciyyələnir:
Ümumi qurunun -47,7%-i tropik;

-17,7% subtropik;

-14,9%-i subborial;

-15,2%-i boreal;

-4,5%-i qütb qurşağının payına düşür
II.Yer kürəsi torpaq örtüyünün ümumi qanunauyğunluqları
Yer kürəsində torpaq örtüyünün müxtəlifliyi geoloji dövlərdə indiki şəkildə olmamışdır. Torpaq zonası və onların bölünməsi iqlimin dəyişməsi, tropik qurşağın kiçilməsi, mülayim və soyuq qurşaqların genişlənməsi ilə əlaqədardır. Paleozoy və mezazoy eralarında torpaq zonaları bəsit formada olmuşdur. Karbon dövründə vestfal (mülayim) və qondvana (tropik) iki tip bitki arealı mövcud idi. Məlumdur ki, yalnız təbaşir dövründə çiçəklər və örtülü toxumlar, daha doğrusu, müasir biosenozlara oxşar ilk biosenozlar yaranmağa başlamışdır. Təbaşir dövründə tropik biosenozların şimal sərhəddi avropanın şimal-qərbində 50-550S enliklərdən keçirdi. Zonaların mövqeyinə qütblərin yerdəyişməsi də təsir etmişdir. Torpaq zonalarını inkişafı və bölünməsi geoloji eralarda baş verən nəhəng dəyişiliklər buzlaşma, dağəmələgəlmə, dəniz transqressiyaları, kontinental su basqıları və s. Nəticəsində olmuşdur. Bütün bu proseslər müxtəlif temperatur şəraitində baş vermişdir. əslində müasir topraq zonaları dördüncü dövrdə yaransada, bəzi materiklərdə hələ üçüncü dövrdə torpaq örtüyü mövcud idi. Torpaq münbütliyi xeyli mürəkkəb xassəlidir. O, bir neçə amilin qarşılqlı təsirinin məhsulu olub, bu və ya digər torpaq tipini təyin edir. Torpaq örtüyünün inkişafı və onunh quruluşu arasındakı qarşılıqlı əlaqəni müəyyənləşdirərkən torpaqəmələgəlmə prosesini məahiyyəti aşkar olunur. Lenef və Oberin fikrincə, ən qədim zona hesab edilən tropik qurşaqda bir metr aşınma qabığı 20-77 min ilə əmələ gəlmişdir. Tropik və ekvatorial qurşaqlarda torpaqların qədimliyinə baxmayaraq, torpaqəməlkgəlmə prosesi bütün geoloji dövrlərdə xeyli dinamik xarakterdə olmuşdur.

Menyenə görə tropik qurşaqda quraq dövrün uzunmüddətli olması ilə əlaqədar laterit torpaqlardan fərqli yuxa (50-100 sm) qırmızı-qonur və qonur torpaqlar əmələ gəlir. Beləliklə, təsvir etdiyimiz qurşaqların torpaqları aşınma dərəcəsinə görə bir-birindən fərqlənir. Bu torpaqlar ferrralit kaolinitli və dəmirlidir. Belə topraqlar üçün turş mühit, zəif udma qabiliyyəti və doymamazlıq ,fulvatlı, zəif polimerləşmiş humus , mineralların azlığı, eləcədə tuirş süxurlarda kaolinitin intensiv və əsaslı süxurlarda az toplanması səciyyəvidir.

Tropik torpaq zonaları ekvatordan cənubda və şimalda yayılmışdır. Quru tropik zonalarında yağıntıların nisbətən az düşməsi və quraqlıq dövrünün uzunm olması ilə əlaqədar aşınma prosesi zəifləyir. Bu zonalarda tropik meşələrin töküntüləri altında qalınlığı 2-2.5 m-ə çatan dəmirli-laterit torpaqların əmələ gəlməsi qısa rütubətli dövrlərə ayrılmış dəmirli birləşmələrin hesabına olmuşdur.


III.Tropik qurşaqda torpaq əmələgəlmənin xüsusiyyətləri

Tropik torpaq-iqlim qurşağı əkinçilikdə çox zəif mənimsənilmiş (orta hesabla 5%) olur. Lakin tropik əkinçiliyin dünya kənd təsərrüfatı məhsulu istehsalında xeyli rolou vardır. Tropik əkinçiliyin sahəsi dünya əkinçiliyinin 20%-ə qədərini təşkil edir və burada elə kənd təsərrüfatı bitkiləri yetışdirilirki, başqa qurşaqlarda bu mümkün deyil. Tropik ərazilərdə təsərrüfatın intensiv aparılması nəticəsində ilərzində üç dəfə məhsul götürmək mümkündür.



Rütubətli tropik meşə-torpaqları. Toropik zonanın torpaq-iqlim qurşağı üç:Amerika,Avstraliya,Asiya-rütubətli meşə vilayətlərinə ayrılır.Belə vilayətlərin ümumi sahəsi 2230 min.ha-dır.

Torpaq örtüyündə iki zona:rütubətli tropik meşələrin (mussonların)hündür otlu savannalarının qırmızı torpaqları ayrılır.Bbu torpaq zonalarından birincisi rütubətli; ikincisi isə nisbətən quru olub, ucqarları əhatə edir.

Qırmızı sarı ferrallit torpaqlar ən isti və rütubətli şəraitdə formalaşır. İl ərzində fəsillər az seçilir və gündüz ilə gecə arasında temperatur fərqi, çox azdır.Bütün il boyu temperatur fərqi 25-270S arasında dəyişir.Meşə altında bu torpaqların termik rejimi dərin qatlarda da 25-270S olur.Mşəsiz yerlərdə isə bitki örtüyü altında torpağın üst qatının temperaturu bir qədər yüksəkdir. Bütün il boyu bu torpaqların rütubət rejimi bərabər vəziyyətdə olur. Yağıntıların miqdarı 1800-2500 mm arasında dəyişir. Rütubətliyin illik əmsalı vahiddən yüksəkdir, aylıq əmsal isə 5-10-a çatır. Quru mövsümdə 1-2 ay müddətində rütubət əmsalı 0,5 0,3-ə qədər enir. Yağıntıların 20%-ə qədəri leysan şəklində olduğundan güclü eroziya yaradır, yağış suları toplanan zəif drenləşmiş şəraitdə torpaq hissəcikləri suda həll olaraq çöküntü verir, ən narın hissəciklər isə yuyulub aparılır . Bu da torpağın lilsizləşməsinə səbəb olur.

Təbii bitki örtüyü, müasir dövrdə məhv edildiyindən, təkcə sıx tropik meşələrdən ibarətdir. Həmin meşələr müxtəlif növ ağaclardan ibarət olub, çox mərtəbəlidir.Birinci mərtəbənin ağacları boyca çox hündür, tropik meşələri çox sıx olub, lian və epifitlərlə zəngindir. Meşələrin altı kölgəli olduğundan kol və ot bitkiləri bitmir və torpağın səthi tez çürüyüb üzvi maddələrlə örtülür.

Tropik meşələr ən məhsuldar bitki formasiyasıdır və yüksək intensivli bioloji dövrana malikdir. Hər il meşə döşənəyi ilə 250-dən 400 sen/ha-ya qədər üzvi maddə toplanır, kül elementləri (5,6%) və azotla (1%) zəngindir.Meşə döşənəyinin çürümə prosesi aşağıdakı xüsusiyyətlərlə səciyyələnir: intensiv çürümə, hidrotermik rejim və torpaq orqanizmlərinin aktiv fəaliyyəti (terminlər və s.), Kül elementlərinə meşə döşənəyinin böyük nisbəti (20-yə yaxın)və onların tərkibində qələvi, habelə əsasların azlığı, turş mühitdə meşə döşənəyinin üzvi birləşmələrinə daxilolan azot-kükürdün intensiv oksidləşməsidir. Nəticədə humus əmələgəlməsində zəif kondesaslaşmış məhsullar, spesifik olmayan suda həll olmuş aşağı molekulyar üzvi turşular və yarımfenollar əmələ gəlir. Yuxarıda qeyd edilən kompleks amillərin hamısı ferralitləşmə-süxurların aşınma mərhələsi olub, oksidlərin, eləcə də kaolinit və hallaudit qrupu SO2: A2 O3-ün aşağı nisbətində, gilli mineralların əmələ gəlməsi və toplanması şəraitində ilkin mineralların (kvarsdan başqa) parçalanıb törəmə minerallara çevrilməsi prosesi gedir, silisium (kaolinit və hallauzitin kristallik şəbəkəsinin əmələ gəlməsində iştirak etmədiyindən) aşınma qabığından çıxmış olur.Aşınmada, üzvi turşulardan kasıb mühitdə ayrılmış dəmir oksidinin hidratları yerinə qalaraq kaolinit kütləsinə öz rəngini verir. Kaolinitin tərkibinə daxil olmayan ayrılmış alüminium-oksidi hibbsit və hidroarkillit minerallarını əmələ gətirir. Dəmir hidroksidləri, miqdarı və hidratlaşması dərəcəsindən asılı olaraq, torpağa açıq qırmızı-sarımtıl reng verir, kaolinit hissəciklərini möhkəm xırda topavarı formada sementləşdirir. Bustruktur aqronomik cəhətdən bötük əhəmiyyətə malik olub, ağır gilli torpaqların su və hava rejimini yaxşılaşdırır.

Torpağa hopan Fe2O3 miqdarı (İ.A.Denisova görə) 12-16% təşkil edir. Yerdə qalan dəmir rütubətli tropik meşələrin qırmızı-sarı torpaqlarından yuyulub çıxarılır, ancaq nadir hallarda konkresiya formasında toplanır.

Tropik meşələrin üzvi maddəsi qırmızı – sarı ferralit torpağın səthinə əksərən yarpaq və budaqların,qismən torpağın üst qatlarında kök sisteminin çüreüməsi hesabıbna toplanır. Üzvu maddənin əksər hissəsi bütüniüklə minerallaşır, lakin eyni zamanda torpağın səthində və xüsusən onun üst qatında hərəkətdə olan fulvat və ulmin-fulvat məhsulları əmələ gəlir.

Rütubətli tropik meşələrin qırmızı-sarı ferralit torpaqlarının A humus qatının rəngi boz qəhvəyi olub, struktru xırda topavarı, yaxud kaprolitlidir, qalınlığı isə 12-17 sm-dir. Meşə döşənəyinin altındakı 5-7 sm-lik qatda humusun miqdarı 4-5%, ondan aşağı qatlarda isə 1-2% təşkil edir. Humusun tərkibi ulvat-fulvatlıdır. Bu qatdan aşağıdakı qırmızı-qonur, yaxud sarımtıl-qonur keçid AV qatının strukturuna nisbətən iri və davamsızdır. Struktur hissəciklərin səthi gil pərdəsilə örtülmüşdür. Ümumi qalınlığı 25-50 sm-dir. Keçid qatın altında V qatı yatmışdır, rəngi qonur-qırmızı və ya qonur-sarı olub, daha aşağıda isə açıq rəngli torpaq əmələ gətirən alınmış ferralit qabığına keçir. Bu qabığın qalınlığı bir neçə metrə çatır. Torpaq və aşınma qabığı turşdur (pH 4,0-5,5). Yuxarı qatlarda udulmuş əsasların miqdarı 10-13, profil boyu isə 3-6 mq-ekv, təşkil edir. Əsaslarla doyması 50%-dən azdır.

Ferralit torpaqların yuxarı qatları aşağı qatlarına nisbətən az lilli və gillidir. Bunun səbəbini müxtəlif cür şərh edirlər.Bir qrup tədqiqatçılar bunu normal podzollaşma prosesində lilin azalması ilə (B.B.Polinov, M.A.Qlazovskaya), digərləri isə Lyössləşmə ilə əlaqələndirilir (fransız və Belçika torpaqşunasları,Afrikada).Bir sıra torpaqşunaslar yuxarıda göstərilən podzoləmələgəlmə və lyösslaşma proseslərinin tropik torpaqlar üçün xas olmadığını söyləyirlər.Bu haqda başqa fikirlər də vardır.Torpağın yuxarı və aşağı qatlarında gilləşmənin eyni tərzdə getməsi,yağış sularının toplanması ilə əlaqədar olub,mövsümi səthi qleyləşmə nəticəsində yalançı (psevda) podzolaşmanın olmasını göstərir (İ.P.Gerasimo, S.V.Zonn, İ.A.Denivov, V.M.Fridland).
Qırmızı ferrallit torpaqlar.

Bu torpaqlar dəyişkən rütubətli və hündür otlu savannalarda yuxarıda göstərilən eyni termik şəraitdə kifayət qədər yağıntılı (1300-1800 mm),lakin özünü çox bürüzə verən quru mövsüm (3-4 aya qədər) şaritdə inkişaf edir.Quru qış mövsümü ilə əlaqədər olub bitki örtüyündə böyük dəyişikliklər baş verir.Botaniki tərkib kasıblaşır və meşələrdə sıxlaşma qabiliyyəti olmayan ağac cinsləri üstün olur.Lianlar seyrəkləşir,meşə altında kolluq və otların inkişafına şərait yaranır.Qırılmış və yandırılmış meşələrin yerində qalan maksimum hündürlüyü 4 m-ə çatan hündürotlu savannalar inkişaf edir. Qırmızı ferrallit torpaqlar üçün aşağıdakı əlamətlər xasdır:quraq dövrdə torpağın dərin qatlarına qədər quruması,yuxarı qatların şiddətli qızmasından,dəmir oksidlərinin termik dehidratlaşması liə əlaqədər qırmızı rəngin yaranması,üst humus qatı tünd-qonur rəngdə olub, qalınlığı 30-40 sm, 4% -ə çatır. Humusun tərkibi əksərən fulvatlıdır: konkresiya, arakəsmə və sementləşmiş qatlar (lateritləşmə prosesi) formasında dəmir hidroksidlərinin torpağın tərkibindən çıxması prosesi güclənir.


Lateritləşmə - mürəkkəb proses olub, dəmir birləşmələrinin torpaq məhlulunda kənar hərəkəti nəticəsində toplanır. Dəmirin toplanması əsasən səthi qleyləşmə prosesi ilə əlaqədardır. Dəmir hidroksid formasında ayrılmış torpaq məhlulunun hərəkətində süxurların mexaniki və kimyəvi dəyişkənliyi qrunt suların və s. amillərin təsiri ilə geokimyəvi proseslə (mühitin çevrilməsi, mühitin oksidləşmə və bərpasının kəskin dəyişməsi) əlaqədardır.

Dəmir oksidlərinin təsiri ilə əlaqədar olaraq, əlverişli strukturlu (xırda torpaqvari) qırmızı ferralit torpaqlarda ayrı-ayrı dəmir və semetləşmiş dəmirli konkresiyalar (pizolitli laterit qatlar) əmələ gəlir.

Qrunt suları səthə yaxın yerlərdə dəmirin hidromənşəli akkumlyasiysı yaranır. Belə dəmir birləşmələri adətən gözcüklər şəklində olur. Gözcüklərin divarları (çatların dəmir hidroksidləri ilə dolması) kip olub, gözcüklərin Daxili yumşaq ferralit kütləsilə dolmuşdur. Rütubətlə dolmuş şəraitdə dərin laterit qatı quruduqda əkinçilik üçün çətinlik törədən şiddətli kipləşmə, laterit səth qabığı və ya zireh əmələ gəlir. Eroziya prosesləri nəticəsində səhtə sərt laterit qatı çıxır. Ilk dəfə laterit qat Byuken (1807) tərəfindən təsvir olunmuş və “laterit” adlandırılmışdır (later –latın sözu olub, kərpic deməkdir).

IV. Tropiklərin kserofit meşələri və savanna torpaqları
Bu torpaqlar 1460 mln. ha –ya qədər ərazini əhatə edib, əsasən şərq yarımkürəsində yayılmışdır. Bura böyük sahəyə malik olan Hindistan yarımadasının qərb hissəsi daxil olub Konqo hövzəsinin rütubətli tropik meşələrini əhatə edən hind-Afrika vilayəti daxildir. ərazi ekvatorunhər iki tərəfində yerləşir. Ikinci yer Avstraliyanın şimalınd arütubətli meşələr və səhralar arasında önlük istiqamətində uzanan Avstraliya kserofit meşə vilayəti tutur.

Qətb yarımkürəsində kserofit tropik meşələr landşaftı Antil adalarında və Venesuelada (Mərkəzi Amerika torpaq-bioiqlim vilayəti), San-Fransisko çayı hövzəsində, Braziliyanın şimal-şərq və cənub-qərbində, Paraqvayda, And dağlarının ətəklərində -Çako dadlana ərazidə (Cənubi Amerika torpaq-bioiqlim vilayəti) yayılmışdır. Yuxarıda saydığımız vilayətlər iki torpaq zonasına bölünür:



  • Kserofit meşələrin qəhvəyi-qırmızı torpaqları;

  • Quru savannaların qırmızı-qonur torpaqları.

Bu zonaların arasındakı fərq çox kəskin deyil ər iki torpaq zonası daxilində qara tropik torpaqlara rast gəlinir. Qəhvəyi-qırmızı torpaqlar quru tropik seyrək meşə və kolluqlar ilə 100-1300 mm yağıntısı olan , 4-5 ay davam edən quru qış dövründə fomlalaşır. Avstraliyada bu, əsasən, akasiya cəngəllikləri, San-fransisko çayı hövzəsində isə tikanlı kolluq kaktus formasiyası “Katinqa” altında inkişaf edir.

Qəhvəyi -qırmızı torpaqlarəsasən ferralitli olub humusun miqdarı humatlı fulvatlı, pH 5-6, əsaslarla doyması 50%-dən artıqdır. Torpağın gilli mexaniki tərkibi və əsaslarla zəif doyması burada kaolint qrulu mineralların üstünlük təşkil etməsi ilə əlaqədardır.

Cənubi Afrikada açıq-qonur və yüngül mexaniki tərkibli qəhvəyi-qırmızı torpaqlara da rast gəlinir. Qəhvəyi-qırmızı torpaqlarda intensiv surətədv dəmirli konkresiyalar və səthdə suda çətin həll olan dəmirli qaysaq əmələ gəlir. Rütubətli dövrlərdə eroziya torpağıçiddətli parçalayaraq, səthə kip laterit qatların çıxmasına səbəb olur və bununla da eroziya prosesinə qarşı təbii örtük qatı yaranır.

Qırmızı-qonur torpaqlar qismən az rütubətli quru savannalarda formalaşır. Illik yağıntıların miqdarı 800-1000 mm, quraq dövr isə 6 aydan çoxdur. Bitki örtüyü quru savanna formasiyasından ibarətdir. Hündür ot örtüyünün fonunda seyrənk nəhəng olub, kənardan aydın seçilir. Bu ağacların budaqlarıçoxşaxəli və güclüdür. Hündür ot bitkiləri quru dövrlərdə bitkiləri quraqlıqdan qoruyur. Illik yağıntıların əksəriyyəti (75%) rütubətli yaya mövsümündə düşdüyündən savannalar hündürlüyü 1-m çatan yaşıl libaslı ot örtüyünə bürünür. Uzun çəkən 6 aylıq quru qış mövsümündə ağaclar yarpaqlarının tökür, ot örtüyü yanır və torpağın səthində üzvi maddəlkərin minerallaşması baş verir. Torpağın strukturunun əmələ gələməsində qarışqaların və termitlərin fəaliyyətinin böyük əhəmiyyəti vardır.

Qırmızı-qonur torpaqlar ferrsialit tərkibə malikdir. Humus qatı zəif inkişaf etmiş və humusun miqdarı bir faizə bərabərdir. Torpaq mühiti zəif turş, zəif qələvi olub, humusun tərkibi humat –fulvatdır. Profilin aşağı hissəsində illuvial karbonatlı qat müşahidə olunur. Uducu kompleks əsaslarla doymuşdur. Torpağın yuxarı qatlarında əlverişli mikto-struktur yaradan zəngin dəmir vardır. Fransız torpaqşunasları həmin torpaqları dəmirli torpaqlar adlandırmışlar. Onlarad dəmirli konkresiyaların əmələ gəlməsi qəhvəyi – qırmızı torpaqlar nisbətən zəif intensivlikdə gedir və səthlərində çox nadir hallarda dəmir qaysaq əmələ gəlir. Torpağın yuxarı qatlarında lilin azlığı iyösləşmə intensiv aşınma torpaqların yayaıldığı ərazidə şorakətli torpaqlara da rast gəliir. Rütubətli mövsümdə intensiv və dərinə yuyulan suda asan həll olan duzlar torpaqəmələgəlmə mühitində kənar olunur.
Tropiklərin qara torpaqları.

Qara torpaqlara qırmızı-qonur və qırmızı-qəhvəyi torpaqların yayıldığı ərazilərində rast gəlinir. Bu torpaqlar əsaslarla zəngin vulkanik mənşəli qabbro, bazalt trapkvarsız gilli çöküntülər, eləcə də, əhəng daşları üzərində inkişaf edir. Əkinçilikdə quru savannaların qara torpaqları yüksək münbitliyi ilə qiymətləndirilir.

Dəyişkən rütubətli iqlim, qismən zəif drenləşmə şəraitində əsaslarla zəngin süxurların aşınması neytral və qələvi mühitində montmorillenit qrupu törəmə mineralların yaranmasına səbəb olur. Qara torpaqlar ağır mexaniki tərkibə, yüksək udma tutumuna (15-60 mq-ekv) malik kalsium, maqnezium ilə zənginolub, udulmuş natriuma da rast gəlinir.

Silisium oksidinin alüminium molekulyar – nisbəti (SO2:Al2O3) qara torpaqlarda böyükdür. Bu da onların ferralit tərkibli tropik qurşağın digər torpaqlardan fərqləndirir. Humus qatı yaxşı inkişaf etmişdir, qalınlığı 1 m və çox, rənginin qara olmasına baxmayaraq, humusun miqdarı xeyli azdır. Bunu üzvi maddənin çox davamlı ulmin və humin maddələrinin torpağın mineral hissəsilə sıx birləşdirən montmorillonitlə zəngin olması ilə əlaqədardır.

Quru savannaların qara torpaqlarının sahəsi böyük olmayıb 200 mln.ha qədərdir. Həmin torpaqların geniş hissəsi Hindistanda, Afrikada ekvatordan şimalda və Avstraliyada yayılmışdır. Onların bəziləri kipliyi və çatlı olması ilə fərqlənərək mövsümi hidromorflaşma əlamətlərinə malikdir. Qara və boz rəngdə olur. Humus qatının qalınlığı dəyişkəndir. Quru savannaların qara torpaqlarının mənşəyi və təsnifatı hələlik kifayət qədər öyrənilməmişdir.

Afrikada və Cənubi Amerikada kiçik sahələrdə yayılmış savannaların çəmən torpaqları mənşəcə qara torpaqlara yaxındır. Belə torpaqlar daimi hidromorf şəraitdə formalaşaraq tropik bataqlıqlarla həmsərhəddir. Yayıldıqları ərazi 100 mln.ha-ya yaxındır.

Tropik qurşağın allüvial torpaqlarına Afrikada , Nil çayı vadısındə daha çox rast gəlininr. Burada allüvial çəmən və allüvial bataqlıq torpaqları yayılmışdır.

Hər il Nil çayının geniş vadisi suyun altinda qalır, duzların bir hissəsi yuyulur və torpağın səthində yenidən yeni allüvi çöküntüləri toplanır.

Kenniqə görə Nil çayı hər il bir hektar sahədə 4-10 q-a qədər lil çökdürür. Lilin tərkibində 30 kq qədər K2O, 15 kq-a qədər P2O5, 100-200 kq-a qədər CaO və 400-450 kq –a qədər qzvi maddə vardır. Nil vadisində allüvial çöküntülərin qalınlığı 5-9 m-ə çatır. Bundan başqa çay suları ilə yanaşı irriqasiya və başqa sularla torpağa hər il böyük miqdarda suda asan həll olan xlorid, natrium – sulfat və gips gətirilir.

Allüvial torpaqlar mexaniki tərkibcə çox müxtəlifdir. Gili torpaqaların səthi quru dövrlərində dərin çatlı, adətən şiddətli şorakətli və sodalı olur. Deltaların sahil hissələrində şoranlı bataqlıqlar-marşlar yayılmışdır. Qurumuş bataqlıqların torpaqlarıtipik şoranlara oxşar xüsusiyyətə malikdir. Çox yerdə suvarma ilə əlaqədar olaraq təkrar şorlaşma müşahidə olunur.

Allüvial torpaqların əkinçilikdə geniş istifadə edilir. Rixterə görə Nil çayının vadisində 26 min km2 torpaq sahəsi əkin altındadır. Assuan bəndi istifadəyəb verildikdən sonra əkin sahələri 2 dəfə artırılmışdır. Burada qumlu torpaqlar Nil suları ilə Kolmataj olunaraq mənimsənilmişdir. Nil vadisində müxtəlif kənd təsərrüfatı bitkiləri: əkin sahələrinin yarısını tutan pambıq bitkisi, ağır torpaqlarda düyü, allüvial qumlarda bostan bitkiləri və yüngül gillicəli torpaqlarda taxıl, kartof və banan becərilir. Bir qədər quraq sahələrdə meyvə bağları salınıb istifadə olunur.

V.TORPİK QURŞAQLARIN YARIMSƏHRA VƏ SƏHRA TORPAQLARI
Bu torpaq vilayətləri quru passat küləklərinin təsiti altında subtropik səhralarına yaxın olub, tropik qurşağın quraq iqlim ərazilərini əhatə edir. Dörd tropik yarımsəhra və səhra vilayətlərinə bölünür:

Bunlardan ən böyüyü Afrika-Asiya vilayəti böyük səhranın cənubi və Ərəbistan yarımadasının cənub hissəsində yerləşir.

Sonra materikin əksər hissəsini əhatə edən Avstarliya vilayətidir.

Üçüncü yeri cənibi Afrikada Kalaxari səhrası tutur.

Nəhayət sonuncu vilayət Çinin şimalında yerləşən yüksək dağlıq səhralar tutur.

Dünyanın tropik yar5ımsəhra və səhralarının ümumi sahəsi 1220 mln.ha-dır. 460 mln.ha səhralaşmış savannaların qırmızı-qonur torpaqlarının payına düşür. Gilli və daşl səhralar şoranlar və qumlu səhralar isə 280 mln.ha-əraziyə malikdir. Tropik qurşağın yarımsəhra və əshra torpaqları subtropik yarımsəhra və səhra torpaqarından fərlənir.

Tropik yarımsəhralarda inkişaf edən qırmızımtıl-qonur torpaqlar alçaq boylu ot örtüyü olan səhralaşmış savannalarda formalaşır. Həmin torpaqlar, adətən, siallit tərkiblidir. Quru savannaların qırmızı qonur torpaqlarından bunlar bir qədər az ferrallitləşməsi, qonur rəngi, humusun az olması və lilin profil boyu differensiasiyasının zəif olması ilə fərqlənir. Karbonatlı olub, lakin az şoranlıdır. İ.A.Denisova görə belə torpaqlar üçün humusun humat tərkibli olması xarakterikdir. Rütubətli yay mövsümu 1-2 aya qədər çəkir.

Tropik səhraların torpaqları da ferrallitləşmənin zəif getdiyinə görə qırmızımtıl rəngdə olub, sonradan dəmir oksidlərin dehidratlaşması torpaq səthinin 600 S-yə qədər qızması şəraitində inkişaf edir.

Tropik səhra torpaqlarında ferrallitləşmə prosesi keçmişdə və müasir dövrdə bir neçə il ərzində düşən leysan yağışlarla əlaqələndirilir. Duzların torpaqda yığılması və duzlu qaysağın əmələ gəlməsi subtropik səhralara nisbətən zəifdir. Burada tez-tez buzlardan dərin yuyulmuş relint torpaqlara rast gəlinir (Avstraliya).

Tropik qurşağın yarım səhra və səhra torpaqlarında əkinçilik yanlız çayların vadilərində və bazislərində suvarılma ilə aparılır.



Istifadə olunan ədəbiyyat siyahısı
1) M.İ.Cəfərov “Torpaqşunaslıq”-Bakı,2005

2) Q.Məmmədov “Torpaqşunaslıq və torpaqların coğrafiyası”-Bakı,2007

3) M. İ. Cəfərov, R. M. Quliyev, “Torpaq fondu və ondan səmərəli istifadə” Bakı, “Elm” nəşriyyatı, 1997

4) “Почвенная счетка”, Москва, 1959



5) В. Н. Смирнов, “Почвоведение”, изд “Высшая школа”, Москва,1972



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə