Ərəb baharına dair abş konqresində müzakirələr,




Yüklə 48.39 Kb.
tarix20.04.2016
ölçüsü48.39 Kb.
Ərəb baharına dair ABŞ konqresində müzakirələr , (yanvar-aprel)



Ad-Nağıyeva Şöhrət

Qrup-370

Konqresdə müzakirələrə keçməzdən əvvəl 2011-ci il yanvar və aprel aralığında dünyada daha doğrusu, Yaxın şərqdə baş verən hadisələrə nəzər salaq.Tunisdə özünü yandıran Məhəmməd Buazizidən sonra başlananan geniş üsyan nəticəsində Zeynəl Abidin rejimi devrildi. Misirdə Hüsnü Mübarək devrildi. Liviyada üsyanlar başladı, Suriyada da vətəndaş müharibəsinin ilk qığılcımları özünü göstərdi, amma, bütün bu münaqişələrə baxmayaraq İranda isə hələki sakitlik idi. Tunisdə və Misirdə gözlənilən hökümət hakimiyyətə gəlməmişdi.Şimali Afrika xalqları arasında “etiraza etiraz” səsləri eşidilməyə başladı.Bütün bu hadisələr nəinki ABŞ konqresində , həm də bütün dünyada aktual olmuşdur, çünki baş verən bu hadisələr yeni suallar doğururdu. Məsələn; Baş verən hadisələr ABŞ-ın və Qərbin bir oyunudurmu? üsyanlar daha çox daxili faktorlardan, yoxsa xarici faktorlardan yarandı? Indiyə kimi mədh etdiyi diktatorları ABŞ müdafiə edəcəkmi?

Bu hadisələr qarşısında ABŞ xarici siyasət yürüdərkən müxtəlif faktorları ən azı dəyişən dinamikaları nəzərə almalı idi.Bəlkə də bu səbəbdən idi ki, ABŞ-ın Yaxın Şərqə dair siyasətində dəyişiliklər nəzərə çarpırdı .Ərəb baharının əvvəlində daha passiv mövqe tutmasına , baxmayaraq daha sonra məsələdə aktual iştirak etməyə başladı.

¹ABŞ prezidenti Barak Obama, dünyanın ən məhşur simalarındandır .Ərəb baharının əvvəlində Yaxın Şərqlə bağlı məsələlərdə daha passiv çıxış edirdi.İmanuel Volersteinin sözləri ilə desək Obamanın bu gün ən böyük narahatlığı ərəb inqlabıdır...bunu o başlatmadı.Ərəb inqlabı başlayanda görünür ki, onu da heyrətə saldı.İlk reaksiyası , regionun böyük sallantıda olduğu geopolitik nizamı öz başına böyük bəla açdığını düşünmək oldu.ABŞ ziyanı məhdutlaşdırmaq ,vəziyyəti qorumaq , əvvəlki vəziyyəti təmin etmək üçün hər şeyi etdi.ABŞ –ın çoxda uğur qazandığını demək olmaz.

Qarşıda seçimlərin olması B.Obamanı daha ehtiyatlı addılar atmağa sövq edirdi.Bu onun çıxışlarında da öz əksini tapmışdı.Daha ehtiyatlı olmağa çalışan Obamanın konqreslə də problemi var idi. ² Belə ki Müharibə Hüququ Qanunlarına görə Obama kongresin icazəsi olmadan yalnız 60 gün müddətində Liviyaya qoşun göndərə bilərdi. 60 gün keçməsinə baxmayaraq konqresdən icazə ala bilməmişdi.

Doğrusu bu da bir həqiqətdir ki , bəzi konqresmenlər Obamanın bu məssələdə çox passiv olduğuna görə onu tənqid edirdilər . Onu bu məsələdə tənqid edənlərdən biridə John Mcchain idi. ³Bununla yetinməyən Jonh Mchain digər kongresmen Mr.Lierbermanla birlikdə Liviyaya səfər etmişdi(22 aprel).

Onun səfəri ABŞ-ın Libyaya insansız hava alətləri göndərməsi və bununla bağlı olaraq Amerikanın müharibədə daha çox rol oynayacağı qərarında sonra oldu.Bağdadda olan Baş Qərargah rəhbəri Mike Mullen Liviyada Amerika müdaxiləsinin artırılması fikrini müdafiə etdi. Vəziyyətin acınacaqlı olduğunu bildirən Mcchain ABŞ-ın bura qoşunların sayını artırmalıdır kimi fikirlər ifadə etdi. ABŞ-ın Liviya ilə bağlı 14 mart konqresdə müzakirə keçrilərkən J.Mcchain də çıxış etdi.O , bir sıra təkliflər irəli sürdü və dedi ki , gərək ABŞ prezidenti B.Obama Liviya müxalifəti olan (Transitional National Council) Milli Şuranı onun legitim höküməti kimi tanısın (Sarkozinin etdiyi kimi). “Prezident gərək dərhal hərəkət etsin, beləki həm Liviya müxalifəti, həm körfəz ölkələri ,həm İslam konfransı təşkilatı uçuş qadağan olunmuş zona uçun çağırır (no-fly zone).Obama demokratiyanın inkişafında yaxından iştirak etməlidir”. J.Mcchain də H.Clinton kimi Qəddafi ilə müxalifət arasında baş verən muharibəni ədalətsiz adlandırdı.

Obamanın passiv mövqe tutmasının səbəbini daxili məsələlərlə bağlayırdılar.Bunun əksinə Richard Cohen Vasinqton posta çıxardığı məqaləsində Obamanın Libya məsələsində çəkilmə qərarı daxili məsələrlə bağlı deyil , xarici siyasətini “sıfır doktrine” bəyannaməsilə apardığını ifadə etdi.Respublikaçılar isə ABŞ –ın xarici siyastinin hansısa doktirinaya əsaslanmadığını dedilər .Leon Panetta- CIA-nin əvvəlki rəhbəri, indiki Müdafiə naziri də ABŞ-ın Liviyada çəkisinin artırılması tərəftarı idi.Onun sözləri ilə desək Qaddafinin hakimiyyətdə qalmağı Ərəb ölkələrindəki reformist hərəkatı zədələyə bilər.Bunu nəzərə almaq lazımdır ki , Avropa Birliyinin özündə də Liviyaya qoşun çixarılması barədə yek dillik yox idi. Bunun müqabilində ABŞ –ın müdaxilədə öndə getməsi Əfqanıstan və İraqda müharibədən sonra zədələnmiş imicini bərpa etməyi çətinləşdirə bilərdi. Buna görədə , ABŞ daxili problemlər adı ilə Avropa Birliyini önə verdi.

Ola bilər ki , təziqlərin nəticəsidir ki, B.Obama daha sərt çıxışlarla fikirlərini ifadə etməyə başladı.Məsələn; martın 29 Obama çıxışında dedi ki, ya qurudan ya da havadan müdaxilə olunmalıdır və onu da əlavə etdi ,ki bu müdaxilə nəticəsində sivil vətəndaşların həyatı təhlükə altına düşə bilər. 3 may çıxışında Obama “bəzi ölkələr digər ölkələrdə edilən vəhşiliklərə göz yuma bilər amma, ABŞ fərqlidir , hərəkətə keçmək üçün qətliamları və toplu məzarlıqları görməyi rəd edirəm .”
Region ölkələri arasında yaşanan xalq hərəkatının ortaya çıxardığı təsirlərdən ən çox narat olan ölkə, bəlkədə İsrail idi .Mübarək rejiminin devrilvəsindən sonra gələcək rejimin Müsəlman qardaşları olması olması ehtimalı İsraili narahat edirdi . Misirin Kemp Devid paktina sadiq qalıb –qalmayacağı, Hamasa qarşı siyəsətinini dəyişib-dəyişməyəcəyi İsrail cəbhəsində maraqlı suallar idi . Misirdəki hərəkatlar Fələstinə təsir edə bilərdi və bunun nəticəsində İsrailin hərbi gücdən istifadə etməsi onun beynəlxalq arenadakı mövqeyinə mənfi təsir edə bilərdi. Bu minvalla vacib 3-cü hadisə Misirin Fələstinli qrupları barışdırmasından sonra Beynəlxalq ictimai təşkilatların İsrail üzərində təziqi artırmağa başlamasıdır.Belə ki, Obama mayın 20-də Yaxın Şərqlə bağlı çıxış etdi.Analtiklər onu Obamanın indiyə kimi Yaxın Şərqlə bağlı etdiyi ən sərt çıxış kimi qiymətləndirir.O çıxışında İsrail-Fələstin məsələsinədə toxundu.Yaxın Şərqlə bağlı nitqində İsraili hər iki tərəfi razı edəcək bir həll ortaya qoymağa çağırdı.Baş verəcək hər hansı bir barışın 1967 –ci il müharibəsinin əvvəlindəki sərhəd üzərində qurulmasının vacibliyini vurğulayan Obama, İsrailinin gələcəyinin və təhlükəsizliyinin müstəqil bir Fələstin dövlətinin yaranması ilə bağlı olduğunu qeyd etdi. Obamanın İsrailə qarşı daha tənqidi mövqe tutmasının səbəbi yeni yarananmış vəziyyətin ABŞ-a qarşı olması riskini azaltmağa çalışmasıdır.Bunu da nəzərə almaq lazımdır ki, Obama ABŞ prezidentləri arasında İsrailə qarşı ən tənqidi mövqe tutan prezident olmuşdur. İsrail-Fələstin məsələsinin həlli onun müsəlman dünyasına açılımında, yumuşaq gücün bərpasında , İraqdan və Əfqanıstandan qoşunların geri çəkilməsini müvəffəqiyyətlə sonlandırımasında müsbət rol oynaya bilər.

Mayın 24-də Netanyahunun konqresdə çıxışı oldu.Fələstinin İsrailin varlığını tanımayana qədər Fələstin dövlətini tanımayacağını bildirdi.Bu altı söz tarixi dəyişəcək (i will accept a Jewish) bu sözləri prezident Abbasa göndərdi.

“Sərhəd məsələsinə gəlincə isə biz sərhəd məsələsində qətiyyətlə dayanırıq və bu bizim vacib prinsipimizdir və dəyişməzdir.Beləki Fələstinin qaçqın məsələsi İsrail sərhədlərindən xaric həll olunmalıdır. ” Ərəb baharına da toxunan Netanyahu sözdə bildirdiki, demokratiya ərəb xalqlarının da haqqıdır . “ Regionda ərəb xalqlarından əsil demokratiyada yaşayanı İsraildə yaşayan ərəblərdir. ” Demokratiyanın inkışafı nəticəsində əlaqələrin dahada möhkəmlənə biləcəyini vurğuladı .Misirdəki demokratik hərəkata da toxunan Netenyahu xoş sözlərini əsirgəmədi.Bəs həqiqətdə necə?



Onu demək lazımdır ki., İsraili Misirdəki demokratik hərəkatlar narahat edir.İsraili qorxudan fikirlərdən biri odur ki, Misirin demokratikləşməsi regionda 2-ci bir Türkiyənin yaranması və İsrailə qarşı daha sərt tənqidi siyasətin izlənməsi deməkdir.

Yaxın Şərqdə baş verən prosselərin İsrailə təsirsiz ötüşmədiyini deyən indiki Müdafiə naziri Leon Panetta(CİA-nin keçmiş rəhbəri) bildirdi ki, Ərəb baharı nəticəsində İsrail regionda izolyasiya olunub.Panetta onu da əlavə etdi ki , region ölkələri ilə xüsusilə Misirlə əlaqələri bərkitmək İsaril üçün vacibdir. “Bu vaxt Şərqdə belə çox dəyişiklik baş verərkən İsrailin özünü izolyasıya etməsi düzgün deyil”. Bundan əlavə Panettada bildirdiki , regionun təlhükəsizliyi üçün İsrailinin Misir və Türkiyə ilə əlaqələrini bərpa etməsinə əlimizdən gələn köməyi etməliyik

Yuxarıda qeyd etdiyim kimi Obama ilk əvvəl Ərəb baharında passiv qalsa da sonra daha da aktivləşdi. Təbii aktivlik region dövlətləri tərəfindən eyni qarşılanmadı. B.Obama Yaxın Şərqlə bağlı nitqində açıq-aşkar Amerikanın region xalqlarının dəyişən tələblərinin yanıda durduğunu deməsi Səudiyyə Ərəbistanla sürtüşmə dövrünə itələdi. Krallıq xalqın reform tələbini hərbi qüvvə ilə qarşısını almağa çalıştı.Təbii olaraq ABŞ belə bir hərəkəti İranın edəcəyini fikirləşirdi.


Regionda demokratik hərakatı boğmaq istəyən tərəf ,ABŞ-in müttəfiqi olan Səudiyyə Ərəbistan oldu.Mübarəkin devrilməsinə ABŞ –ın göz yumduğunu görən S.Ərəbistan kralı təşvişə düşdü .Düzdü Obama nitqində S.Ərəbistan məsələsinə toxunmamışdı ,amma Riyad ABŞ siyasətçilərindən Amerikan dəyərləri ilə Amerikan mənfəəti arasında bir seçim etməli olduqları işarəsi göndərdi.Bu o deməkdir ki, Vaşinqton ya xalqların reform tələbini dəstəkləməklə S.Ərəbistanı gözdən çıxaracaq, ya da ki S.Ərəbistanla əlaqəsini qoruyacaq və Yaxın Şərqin geri qalanını itirəcək.Doğrusu , Amerikan dəyərləri ilə Amerikan mənfəəti arasında ikisindən birini seçmək , səhv bir seçim olar.
H.Clinton “Əsad hakimiyyətdən gecəcək, bu sadecə zaman məsələsidir”.

Suriya ilə bağlı konqresdəki çıxışlara nəzər salsaq, deyilir, əhali Esad rejimindən əziyyət çəkir, insan hüqüqları...., demokratiya....pozulur, Esad hakimiyyətdən salınmalıdir, hətta silahlı müdaxilə...Yəqin ən son variant hələ ki mümkün deyil , çünki zəif rəqib olan Liviya qarşında çətinlik yaranıbsa Suriya qarışında çətinlik daha da çox olar .Maraqlı sualdır ki, nə üçün Esad rejiminin dağılması Amerika üçün belə vacibdir.

1)digər rejimlərin tərsinə o bir amerika-sionist kuklası deyildi.

2)İran yönümlüdür, İran Suriya vasitəsilə Qəzzədə Hamasla və Livanda Hizbullahla əlaqə saxlaya bilir

3)Suriya(Livanla) yeganə dövlətdir ki, İsrailinin mövcüdluğunu tanımır

Belə ki suriyalı müxalifətçiləridə maliyyələşdirən elə Amerika və varlı Surilalı muhacirlərdir.

H.Clinton bildirdiki , Suriya ilə elə ticarət əlaqələrimiz yoxdur, və əminəm ki, Türkiyə bizdən daha çox Suriyaya təsir edə bilər. “Amerika Suriyanın eşidə biləcəyi və eşitmək istədiyi bir səs deyil” .Görünür ABŞ eyni ssenarini tekrar-tekrar oynamaqdan xoşu gəlir.Liviya məsələsində Fransanı qabağa verdiyi kimi indi də Türkiyəni irəli itələyir.

Konqresdə müzakirələr zamanı belə bir fikir məlum oldu ki, Yaxın şərq regionundakı bu demokratik hərəkatlar axıra qədər inkişaf edə bilməyəcək .İslami istibdada qurban gedəcəklər.Onların fikrincə demokratiyada dünyəvilik çox önəmlidir beləki, demokratiya və islam bir araya sığmır. Suriya Misir,Tunis də eyni hal gözlənməsə də Libya və Yəməndə rejimin demokratikləşməsi ehtimalı zəifdir.Əslində İslam Türkiyə xaric heç bir ölkədə demokratiya testindən keçməyib.Səviyyə isə göz önündədir. Beləki , bu dövlətlərin demmokratikləşmə səviyyəsini ancaq zaman göstərə bilər.

Vasinqtonda Milli demoratik institutun təşkil etdiyi yığıcağa qatılan H.Clinton ABŞ-ın Ərəb Baharnda rolu adlı çıxışında bu məsələyə də toxundu. H.Clinton ABŞ –ın Yaxın şərqdəki və Afrikadakı dəyişikliklərə dəstək verdiyini və yerli rəhbərliklə birlikdə işləyə biləcəklərini ifadə etdi. “Maraqlarımızın uyğunlaşmayacağı zamanlar olacaq, bu bir həqiqətdir”.Bəziləri tərəfindən işlədilən müsəlmanların demokratiya ilə yaşaya bilməz fikrinə istiqamətli olaraq “qürürincidici,təhlükəli və yanlış” ifadəsini işlətdi.

Clinton nitqində bütün islami partiyaların eyni olmadığını, ifadə edərkən nümunə olaraq İran və Türkiyədəki partiyalrı misal gətidi və əlavə etdi ki, onların hər ikisi bir-birindən fərqli modellər sərgiləyirlər. ABŞ-ın Ərəb baharında heç bir rolu olmadığını vurğulayan,H.Clinton Tunis ,Misir və Liviya xalqları ilə birlikdə çalışa biləçəklərini və bu ölkələrdə demokratiyanın qurulması üçün əllərində gələni edəcəklərini bildirdi.
Obamanın mayda olan çıxışı mühüm əhəmiyət kəsb edir.Reforma ruhlandırmaq üçün Yaxın şərqə iqtisadi yardımı və Fələstin-İsrail məsələsi kimi müdəaları əhatə edən bu çıxış konqresdə bir mənalı qarşılanmadı.

Konqresdə 19 may Yaxın şərqdə azadlıqla bağlı çıxışında Mr Blunt 2009-cu il Qahirə nitqindən sonra Obamanın siyasətinin aydın olmadığını ifadə etdi.


Obamanın Liviyaya qoşun göndərmək üçün niyə bu qədər tərəddüd etdiyini anlamadığını , hətta bu gözləməni Qəddafiyə qoşun yığmağa vaxt vermək kimi dəyərləndirdi. “ABŞ hərbi qüvvəsinin NATO -nun tərkibində qarışıq missiyada olduğundana görə hər hansı bir məənfət götürə biləcəyi liderliyi yoxdur”.Suriya məsələsinə də toxunan konqresmen sansksiyanin maya qədər uzadılmasının gec olduğunu dedi. Blunt iqtisadi yardımla bağlı belə bir təklif irəli sürdü ki , əgər ABŞ bu ölkələrə yardım etmkə istəyirsə,bu dövlətlər qarşısinda müəyyən şərtlər qoymalıdır. Bu şərtlərdən ən əsası yardım olunan ölkələr ABŞ-la razı olmaldır və İsrailin müstəqilliyini tanınmalıdırlar. O, xüsusilə Fələstinə yardım edilərkən bu iki şərtin qarşıya qoyulmasının vacib olduğunu dedi.

Nəticə


Yəqin ki , bu gün Ərəb baharı ilə bağlı suallar arasında ən maraqlısı onun ABŞ-ın yeni bir oyunu olub-olmadığıdır. Fərz edək ki, bu böyük hərəkatın altında ABŞ yatır .Onda ABŞ nəyə görə illərdirki mədh etdiyi diktatorları hakimiyyətdən salmaq istədi? Yəni seçiləçək yeni hökümətlər ABŞ –a bu diktatorlardan daha çox şey vəd edir?Əgər ABŞ bu oyunu mühəndisidirsə nəyisə düzgün hesablamdı. Bu İran faktorıdır.Belə ki, Ərəb baharından sonra İranın regionda mövqeyi müəyyən qədər gücləndi.Xüsusilə Müdafiə naziri L.Panettanın dediyi kimi ‘İsrailin özünü Yaxın Şərq məsələsindən izolyasiya etməsi” də İranın mövqeyinə müsbət mənada təsir etdi .
Bəs İranla bağlı ABŞ nəyi düzgün hesablamamışdı?

  1. Misir də İsrail yönümlü və İrana qarşı olan hökümətin hakimiyyətdən getməsi İranın lehinədir.

2)Bənzər bir şəkildə körfəzdəki şiə əhalisinə sahib ölkələrdə üsyanların başlanması İranın lehinə görünür.

İlk əvvəl regiondaki demokratik ayaqlanmalardan narahat olan İran yaranan situasiyanın onu xeyrinə olması ilə bir qədər rahatlaşdı.Ən azı dünyanın gözü İranın nüvə proqramından Yaxın Şərq problemlərinə çevrildi ,amma indidən hər şeyin İran üçün yaxşı olacağını demək çətindir.Belə ki hər hansı tərs bir dalğa İranı sular altında qoya bilər.Yəni Yaxın Şərqdə baş verən hərəkatlar İran müxalifətini də ruhlandıra bilər.Eyni zamanda İran yaxın müttəfiqi olan Suriyada baş verən üsyanlardan da narahatlıq keçirir.Esad rejiminin devrilməsi İranın regionda yaxın müttəfiqini itirməsi deməkdir.Belə ki, Sionistlər, Qərb və ABŞ üçün Liviya ilə müqayisədə Suriya daha böyük hədiyyə idi.

ABŞ-ın Ərəb baharında rolu olduğunu iddia edən analtiklər ABŞ-ın hegemonik güc olması tezisindən çıxış edirlər.Analtiklərin bu nəticəyə gəlmə səbəblərindən birində CİA nümayəndələrinin etdiyi bəzi açıxlamalardır.Yaxın Şərqdə aktiv olan CİA-nin nümayəndələrindən biri olan Paul.R.Pillar son bir açıqlamasında Liviya Xarici İşlər naziri Musa Kousala (indi Avropaya sığınıb) 1999-cu ildən bəri tez-tez görüşdüyünü bildirdi.Bu görüşlərdə Böyük Yaxın Şərq layihəsi və Genişləndirilmiş Yaxın Şərq layihəsini müzakirə etdiklərini və yeni dövürdə də ABŞ-ın Yaxın Şərq məsələsində bu layihələri əsas götürərək siyasət yeritdiyini etiraf etdi.

Bəs onda Yaxın Şərqdə baş verən bu üsyanların qalibi kimdir? Demokratiya uğrunda mübarizə aparıb diktatorları devirən xalq ?!

Məncə bu üsyanların qalibi Lockheed-Martin, Northrop-Grumman, General Dynamics vəBoeing. Satdıqları çox böyük həcmdə silah və sursatla kassalarını dolduran silah şirəktləri bu xalq hərəkatının əsl qalibləridir. Bunların ən başında Amerikan şirkətlərindən olan Lockheed-Martin, Northrop-Grumman, General Dynamics və Boeing gəlir. İstər F-16 tipi döyüş təyyarələri, istər B-2 bombardman təyyarələri, Abram tankları ya da Chinook vertolyotları satılsın, bu dörd holdinqin kassaları davamlı dolur.Yaxın Şərqdə müharibələr davam etdikcə də dolduracaqlar.

Liviyalı bir vətəndaşın dediyi kimi ərəb xalqlarının qanından başqa vercəyi bir şey yoxdur, onu da almaq ABŞ üçün elə də baha deyil.

¹Dünya bülteni araştırma masası-səh 64

²DÜBAM-65

³http://thehill.com/homenews/senate/157305-mccain-lands-in-libya-for-meetings- with-rebel-fighters-anti-gadhafi-group

Congressional records

http://www.monstersandcritics.com/news/africa/news/article_1644610.php/CIA - Gaddafi-staying-in-power-could-undermine-Arab-Spring

http://www.bbc.co.uk/news/world-us-canada-13450481

Arab baharı ve deyişen bölgəsel dinamikler –seh 37

congressional records

Arab baharı ve deyişen bölgəsel dinamikler –seh 36

http://www.guardian.co.uk/world/2011/oct/03/israel-talks-neighbours-isolation-us

http://www.gazete5.com/haber/hillary-clinton-suriyeye-baskiyi-turkiye-yapmali-dedi-son-dakika-163967.htm
Arab baharı ve deyişen bölgəsel dinamikler –seh 34-40

DÜBAM-seh 29

H.Clintonun ABC-yə verdiyi müsahibə

http://www.gazete5.com/haber/hillary-clinton-suriyeye-baskiyi-turkiye- yapmali-dedi-son-dakika-163967.htm

FOREİGN POLİCY.COM

Congressional records

əlavə ədəbiyyat

Dilemmas of the arab spring-Adnan Khan

The Arab Spring and the Future of U.S. Interests and

Cooperative Security in the Arab World

Arab Spring Seen fromTehran- By Trita Parsi and Reza Marashi



www.whitehouse.gov

congress.org

http://www.iiss.org/

http://www.yenidenergenekon.com/967-savaslarin-galipleri-abdnin-silah-sirketleri/








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə