ƏQİDƏSİ musiQİ saqqal isbal toplayan və TƏRTİb edən k. HÜseyn kitabin büTÜn haqlari qorunur




Yüklə 450.56 Kb.
səhifə1/4
tarix10.04.2016
ölçüsü450.56 Kb.
  1   2   3   4


2-Cİ NƏŞR

ƏHLİ SÜNNƏ VƏL CƏMAAT

SƏLƏFİ SALİHİN

ƏQİDƏSİ

MUSİQİ SAQQAL İSBAL


TOPLAYAN VƏ TƏRTİB EDƏN

K. HÜSEYN

KİTABIN BÜTÜN HAQLARI QORUNUR

ÖN SÖZ

XUTBƏTUL-HACƏ

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd onun qulu və elçisidir.



«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71)1.

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd - səllallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapmaqdır), hər bir zəlalət isə oddadır2.



«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).

Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah - səllallahu aleyhi və səlləm in yoluna (Sünnəsinə) uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu - səllallahu aleyhi və səlləm - də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»3.

Uca və Böyük olan Allah subhənəhu və təalə nin izni ilə Əhli Sünnə vəl Cəmaat, Sələfi Salihin əqidəsi ilə bağlı olan mövzuları toplamağa davam edirik. Bu risaləmizdə qısa da olsa lakin ətraflı şəkildə Musiqi, Saqqal və İsbalın hökmü, İslamda onların yeri haqqında məlumat verəcəyik. Nə üçün məhs bu üç mövzu seçildi? Çünki bu üç mövzu ətrafında daha çox suallar yarandığına görə, insanları bu üç məsələ daha çox maraqlandırdığına görə bu mövzulara toxunmağı qərara aldım.

Sual verirlər ki: Musiqi nə üçün haramdır? Qurani Kərimdə musiqinin qadağan olunması barəsində heç bir dəlil yoxdur? Kimisi: Mən özündən çıxardan, insanı coşduran musiqilərə qulaq asmıram. Qulaq asdığım həzin musiqilərdiki bunlar da mənim Allaha olan imanımı (sevgimi) artırır? Kimisi: Saqqal zəmanəmizə uyğun deyildir, bu çirkinlikdir, o vaxtlar üz qırxmaq üçün alətlər olmadığından insanlar saqqal saxlayardılar. Kimisi: İbadət etməyinə baxmayaraq saqqalını qırxır ki, bu onun dəvətinə ziyandır. Kimisi: İşinəmi görən, yoxsa ruzisinin azalmasındanmı qorxaraq saqqalı tərk edir. Bu və buna bənzər suallar çox olur. İnşəallah risaləmizdə bu məsələlərə cavab veriləcəkdir4.


Qısaca olaraq onu demək istəyirəm ki, Allah subhənəhu və təalə Qurani Kərimdə buyurur ki: «Peyğəmbər sizə nə verirsə onu da götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən Allahın cəzası çox şiddətlidir». (əl-Həşr 7). Artıq Allahın Rəsulu sallallahu aleyhi və səlləm - bizlərə saqqal saxlamaq və isbalı (paltarı) topuqdan yuxarı geyinmək kimi sünnəni əmanət olaraq qoymuş, musiqi və musiqiyə qulaq asmaqdan isə bizləri çəkindirmişdir. Əbu Hureyrə, AbdurRahmən b. Saxr - radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim: «Sizə nəyi qadağan edirəmsə ondan uzaq olun, nəyi sizə əmr etmişəmsə ondan bacardığınız qədər istifadə edin. Şübhə yox ki, sizdən əvvəlki ummətləri çox sual vermələri və peyğəmbərlərinə müxalif olmaları məhv etdi»5.
Artıq Allahın Rəsulu sallallahu aleyhi və səlləm - bizlərə xəbər vermişdir ki, onun sünnəsinə (saqqal saxlamaq, isbalı (paltarı) topuqdan yuxarı geyinmək və s.) kimi əmrlərini yerinə yetirmək əldə yanar közü saxlamaqdan daha çətin olacaqdır. Günümüzdəki hər bir müsəlman bəndə Peyğəmbər sallallahu aleyhi və səlləm - in bu sözlərinin nə qədər həqiqət olduğunu bilməkdədir. Əxlaqsızlığın, fahiş işlərin baş alıb getməsinə baxmayaraq onlara «Gözüm üstə qaşın var» deyən də yoxdur. Lakin Allahın Rəsulunu sallallahu aleyhi və səlləm - i sevən, ona oturuşunda, duruşunda, yerişində hər bir işində, əməlində oxşamağa (bənzəməyə) çalışan bəndəyə istehza edib tənə vuranlarda vardır. «(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına». (əl-Huməzə 1).

Cəmiyyətdə (insanlar) arasında belə bir sual mövcuddur ki: Sizin həyatda idealınız kimdir? Kimə oxşamaq istəyərdiniz? Bu suala müxtəlif cavablar olur. Kimisi deyir ki: «Mən filan müğənniyə oxşamaq istəyirəm və həyatda idealım da odur. Görürsən ki, onun kimi bəzənirdüzənir. Kimisi də: «Mən filan idmançıya oxşamaq istəyirəm və bu yolda ömrünü sərf edir ki, onun kimi olsun». Mən heç bir şəkk-şübhə etmirəm ki, sizlərdən hər hansı bir kimsə Allahı və Rəsulunu sevən bir qulundan soruşsa ki: «Sənin həyatda idealın kimidir? Kimə oxşamaq istəyərdin? Onun cavabı Allahın Rəsulu Muhəmməd sallallahu aleyhi və səlləm olmasın. Bəli, Allahın sevgisini, razılğını qazanmağın yolu da budur. Müsəlman necə belə bir Rəsulla razı qalmasın. Şəfqətli və mərhəmətli bir Rəsulla. Necə ona oxşamağa çalışmasın.

Ey müsəlmanları istehza edərək tənə edənlər! Allahdan qorxun, həqiqətən Allahın cəzası çox şiddətlidir. Siz müsəlmanları saqqalına, isbalını (paltarını) topuqdan yuxarı geyindiyinə görə istehza etməklə, əslində Allahın Rəsulunu istehza etmiş olursunuz. Çünki bunu bizə o, əmr etmişdir. Allahın Rəsulunu istehza etməklə isə Allahı istehza etmiş olursunuz. Çünki bunu Allah, Rəsuluna əmr etmişdir. Allahı istehza edən isə nə dünyada, nə də axirətdə səadətə çata bilməz. «Həqiqətən günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. Möminlərin yanından keçərkən (onları dolamaq məqsədi ilə) bir-birinə göz-qaş edirdilər. Ailələrinin yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdardılar. Möminləri gördükdə: «Doğrusu bunlar (haqq yoldan) azanlardır!» deyərdilər. Halbuki onlar möminlərə nəzarətçi göndərilməmişdilər. Bu gün isə möminlər kafirlərə güləcəklər». (əl-Mutəffifin 29-34). «Cənnət əhli Cəhənnəm əhlinə müraciət edib: «Biz Rəbbimizin bizə vəd etdiyini (axirət nemətlərini) haqq olaraq gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini (Cəhənnəm əzabını) gerçək olaraq gördünüzmü?» deyə soruşacağıq. Onlar: «Bəli» deyə cavab verəcəklər. Elə bu zaman onların (hər iki dəstənin) arasında bir carçı: «Allah zalimlərə lənət etsin!». (əl-Əraf 44).

Mömin, müsəlman qardaş və bacılarıma nəsihətim isə heç də üzülməsinlər, sıxılmasınlar. Bizdən xeyirli insanlar da istehzaya məruz qalmışlar. Lakin səbr etmişlər. Sizin məqsəsdiniz yalnız Allahı razı salmaq olusun. İnsanları razı salmaq isə sizin işiniz deyildir. Əbu Hureyrə radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən hər hansı bir kimsə məni uşaqlarından, valideyinlərindən və cəmi insanlardan çox sevmədikcə iman etmiş olmaz»6. Bu hədisi eşidən Ömər – radıyallahu anhu deyir ki: «Ya Rəsulullah! Sən mənə nəfsimdən başqa hər şeydən sevimlisən!». Peyğəmbər: «VƏ MİN NƏFSİKƏ YƏ UMARU Ya Ömər! Nəfsindən də sevimli olmalıyam!» deyə buyurdu. Ömər: «VƏ MİN NƏFSİ Nəfsimdən də!» deyincə Peyğəmbər: «Ya Ömər! İndi tamam oldu». «Peyğəmbər möminlərə öz nəfislərindən də yaxındır». (əl-Əhzab 6). İmam Şafii rahmətullahi aleyhi deyir ki: «İnsanları razı salmaq ağla sığmayan bir şeydir. O, halda sənin halını düzəldən işə bax. Ondan ayrılma və ondan başqa hər bir şeyi də kənara burax. Yaradılmışları razı salmaq nə sənin gücün dairəsində olan bir şeydir, nə də əmr olunan bir şeydir. Yaradanı razı salmaq isə güc yetrilə bilən və əmr olunan bir xüsusiyyətdir». Aişə radıyallahu anhə – nin Muaviyə radıyallahu anhu – ya nəsihət olaraq yazdığı məktubda Rəsulullah sallallahu aleyhi və səlləm in sözlərini ona çatdıraraq deyir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Kim insanları qəzəbləndirərək Allahı razı salarsa, Allah da ondan razı olar və insanları da ondan razı edər (Başqa rəvayətdə: Onu insanlara möhtac etməz). Kim də Allahı qəzəbləndirərək insanları razı salmağa çalışarsa Allah da ona qəzəblənər və insanları da onun üstünə qəzəbli olaraq salar (Başqa rəvayətdə: Onun işini insanlara həvalə edər)»7.

Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüt-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.

Güvəndiyim Allahdır, işlərimi ona həvalə edirəm və ona arxalanıram. Həmd və nemət yalnız onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).

Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - səllallahu aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.



  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə