Əmlakın istifadəyə verilməsi (socarss – 024. 2011)




Yüklə 14.22 Kb.
tarix20.04.2016
ölçüsü14.22 Kb.


Əlavə II
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin ___.___. 2011-ci il tarixli,
__ nömrəli əmri ilə
təsdiq edilmişdir







Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi.

Əmlakın istifadəyə verilməsi

(SOCARSS – 024.2011)


    1. Standartlaşmanın məqsədi - ARDNŞ-nin Nizamnaməsinin 2.4-cü bəndinə əsasən hazırlanmış bu standart sənədin məqsədi Şirkətin strukturuna daxil olan qurumların balansında olan əmlakın istifadəyə verilməsinə dair münasibətlərin tənzimlənməsidir.




    1. Məsul qurum – müvafiq qurum (Komissiya) ARDNŞ-nin prezidentinin əmri ilə müəyyən edilir.




    1. Əmlakdan istifadə edə bilərlər: ARDNŞ-nin struktur bölmələri, təsisçiliyi ilə yaradılmış digər qurumlar, birgə layihələrdə iştirak edən və ya ARDNŞ-lə müqavilə münasibətlərində olan hüquqi şəxslər (maraqlı tərəf).




    1. İstifadəyə verilən əmlak - Şirkətin strukturuna daxil olan qurumların balansında olan sahələr, binalar, qurğular və digər daşınar və daşınmaz obyektlər (bundan sonra əmlak adlanacaq) istifadəyə verilən əmlaka aiddir.




    1. Əmlakın istifadəyə verilməsini şərtləndirən amillər – əmlak neft-qaz və neft-kimya əməliyyatlarının aparılması üçün tələb olunmadığı, balansında olduğu müəssisənin fəaliyyət profilinə uyğun istifadə edilmədiyi, istifadəsiz qaldığı və ya səmərəsiz istifadə olunduğu, öhdəliklərlə yüklülüyü olmadığı hallarda istifadəyə verilə bilər.




    1. Əmlakın istifadəyə verilməsi şərtləri – aşağıdakılarla məhdudlaşmayaraq əmlakın istifadəyə verilməsi şərtlərinə aiddir: təyinatı üzrə istifadə edilməsi; əmlakın ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə istifadəçi tərəfindən maneçiliyin yaradılmaması; birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi; istifadəyə verilən əmlakın xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması.




    1. Əmlakın istifadəyə verilməsinə əsas – ARDNŞ-nin prezidentinin müvafiq qərarıdır.




    1. Əmlakın istifadəyə verilməsinə dair təqdim ediləcək sənədlər: qeyd olunanlarla məhdudlaşmayaraq ARDNŞ-nin prezidentinin adına müraciət, hüquqi şəxslər üçün müəyyən olunmuş qaydada təsdiq edilmiş reyestrdən çıxarış və ya təsis sənədlərinin (notarial qaydada təsdiq olunmuş) surəti.




    1. Əmlakın istifadəyə verilməsindən imtina əsaları – Bu standart sənədin 01.5-ci və 01.8-ci bəndlərin tələbinin pozulması - əmlakın istifadəyə verilməsindən imtina üçün əsasdır.




    1. Əmlakın istifadəyə verilməsi proseduru – Əmlakın istifadəyə verilməsi proseduru aşağıdakı ardıcıllıqdan ibarətdir:




  1. Maraqlı tərəfdən ARDNŞ-yə müvafiq müraciət daxil olur.

  2. Məsul qurum əmlaka ehtiyacın olub-olmaması barədə balans saxlayan müəssisədən rəy alır;

  3. Məsul qurum əmlakın istifadəyə verilməsinin məqsədəuyğun olub-olmaması barədə qərar qəbul edir və icraatında olan sənədləri müvafiq qərar qəbul edilməsi üçün ARDNŞ-nin prezidentinə təqdim edir.

  4. ARDNŞ-nin prezidenti daxil olmuş müraciətlə əlaqədar müvafiq qərar qəbul edir.

  5. Maraqlı tərəflə balans saxlayan müəssisə arasında istifadə müqaviləsi imzalanılır.




    1. Müraciətlərə baxılması müddəti – 01.8-ci bəndlə müəyyən edilmiş sənədlər Məsul quruma təqdim olunduğu gündən 30 gün ərzində müraciətlərə baxılır və mahiyyəti üzrə qərar qəbul edilir.




    1. Müraciətlərə baxılmasının nəticəsinə dair məlumatlandırma - əmlakın istifadəyə verilməsi ilə əlaqədar müraciətlərə baxılmasının nəticəsi barədə müvafiq qərar qəbul edildiyi gündən sonra 3 gün ərzində maraqlı tərəf yazılı məlumatlandırılır.




    1. İstifadə müqaviləsi - ARDNŞ-nin prezidentinin sərəncamına əsasən tərəflər arasında onların hüquq və vəzifələrini təsbit edən əmlakdan istifadə edilməsi müqaviləsi bağlanılır və “Təhvil aktı”na uyğun olaraq əmlak istifadəçiyə təqdim edilir.




    1. İstifadə müqaviləsinin tərkib hissəsinə daxildir: əmlakdan istifadə şərtləri, istifadə haqqının məbləği (əvəzsiz istifadəyə verilmə halları istisna olunmaqla), istifadə müddəti, tərəflərin hüquq və vəzifələri, əmlakın ikinci əldən istifadəyə verilməsi (istifadəyə götürülmüş əmlakın istifadəyə verilməsi) imkanına münasibət, istifadəyə götürülmüş əmlakı tam bərpa və və ya təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü (razılıq olarsa), müqaviləyə xitam verilməsi əsasları, müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə istifadəyə verən müəssisəyə qaytarmaq vəzifəsi.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə