Əmək və məşğulluq sahəsində ayrı seçkilik haqqında konvensiya




Yüklə 21.87 Kb.
tarix29.02.2016
ölçüsü21.87 Kb.
Əmək və məşğulluq sahəsində ayrı seçkilik haqqında konvensiya

Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında Konvensiya ( №111) 25 iyun 1958-ci ildə Beynəlxalq Əmək Təşkilatının qırx ikinci Baş sessiyasında qəbul edilmişdir

Qüvvəyə minməsi: 8-ci maddəyə müvafiq olaraq 15 iyun 1960-cı il
B e y n ə l x a l q Ə m ə k T ə ş k i l a t ı n ı n B a ş k o n f r a n s ı, Beynəlxalq Əmək bürosunün inzibati şurası tərəfindən Cenevrədə çağırılan və 4 iyun 1958-ci ildə özünün sessiyasına toplaşaraq, sessiyanın gündəliyinin dördüncü bəndi olan əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında bir sıra təkliflərin qəbul olunmasını qərara alaraq, bu təkliflərə beynəlxalq konvensiya forması verməyi qərara alaraq, Filadelfiya bəyannaməsində irqindən, dinindən, yaxud cinsindən asılı olmayaraq bütün insanların azadlıq və ləyaqət, iqtisadi sabitlik və bərabər imkanlar şəraitində öz maddi rifahını və mənəvi inkişafını həyata keçirmək hüququna malik olduğunun elan edildiyini nəzərə alaraq, bundan sonra Komissiyanı İnsan hüquqları haqqında ümumi bəyannamənin pozulması sayaraq, bu gün, min doqquz yüz əlli səkkizinci il iyun ayının iyirmi beşində əmək və məşğulluk sahəsində 1958-ci il Konvensiyası adlanacaq aşağıdakı Konvensiyanı qəbul edir:

Maddə 1

1. Bu Konvensiyanın məqsədləri üçün «ayrı seçkilik» terminə aşağıdakılar daxildir:

a) irq, dərisinin rəngi, cins, etiqad, siyasi əqidə, milli mənşə, yaxud sasial mənsubiyyət əlamətlərinə görə həyata keçirilən və əmək və məşğulluk sahəsində imkanların və dövriyyənin bərabərliyinin ləğv edilməsinə, yaxud pozulmasına gətirib çıxaran hər cür fərqləndirmə, qadağa, yaxud üstün tutma;

b) əmək və məşğulluq sahəsində imkanların və dövriyyənin bərabərliyinin ləğv edilməsinə, yaxud pozulmasına gətirib çıxardığı müvafiq üzvün sahibkarların və zəhmətkeşlərin nümayəndəli təşkilatları (onların mövcud olduğu hallarda) və digər müvafiq orqanlarla məsləhətləşmədə müəyyən etdiyi hər cür başqa fərqləndirmə, qadağa, yaxud üstün tutma.

2. Spesefik tələblərə əsasən müəyyən illərdə fərq qoyulması, qadağa, yaxud üstün tutma ayrı-seçkilik sayılmır.

3. Bu Konvensiyanın məqsədləri üçün «əmək» və «məşğulluq» Terminləri peşə təliminə, əməyə və müxtəlif məşğuliyyətə, habelə muzda və əmək şəraitinə yol tapmaq deməkdir.



Maddə 2

Bu Konvensiyanın qüvvədə olduğu hər bir Təşkilat üzvü milli şərait və praktikaya uyğun üsullarla əmək və məşğulluq sahəsində ayrıseçkiliyin kökünü kəsmək məqsədilə imkanların və dövriyyənin bərabərliyinin təşviq olunmasına yönəldilmiş milli siyasət müəyyən etməyi və yeritməyi öhdəsinə gotürür.



Maddə 3

Bu Konvensiyanın qüvvədə olduğu hər bir Təşkilat üzvü milli şərait və praktikaya müvafiq üsullarla aşağıdakiları etməyi öhdəsinə götürür:

a) bu siyasətin qəbul olunmasına yardım və ona riayət edilməsində sahibkar və zəhmətkeşlərin təşkilatlarının, habelə digər lazımi orqanların əməkdaşlığının təmin olunmasına səy göstərmək;

b) bu siyasətin qəbul olunmasını və ona riayət edilməsini təmin edə bilən qanunvericilik aktları və təhsil proqramları qəbul etmək;

c) bu siyasətlə bir araya sığmayan bütün qanunvericilik müddəalarını ləğv etmək, hər cür inzibati təlimatları və praktikanı dəyişdirmək;

d) əmək sahəsində müəyyən edilmiş siyasəti bilavasitə dövlət hakimiyyətinin nəzarəti altında həyata keçirmək;

e) müəyyən olunmuş siyasətə peşə yönümü, peşə təlimi və işə düzəltmə idarələrinin fəaliyyətində dövlət hakimiyyətinin rəhbərliyi ilə əməl edilməsini təmin etmək;

f) özünün illik məruzəsində Konvesiyanını xatırlanan siyasətə müvafiq olaraq keçirilən tədbirlərə tətbiqinin və bu tədbirlərin köməyi ilə əldə edilmiş nəticələri göstərmək.



Maddə 4

Dövlətin təhlükəsizliyini sarsıdan fəaliyyətlə məşğul olması barədə əsaslı şübhə olan, yaxud belə fəaliyyətlə məşğul olması sübut edilmiş şəxslərə qarşı yönəldilmiş hər hansı tədbirlər, əlaqədar şəxsin milli praktikaya müvafiq olaraq yaradılmış səlahiyyətli orqana müraciət etmək hüququ saxlanılmaq şərtilə, ayrı-seçkilik sayılmır.



Maddə 5

1. Beynəlxalq əmək konfransının digər konvensiya və tövsiyələrində müdafiəyə və köməyə dair nəzərdə tutulan xüsusi tədbirlər ayrı-seçkilik sayılmır.

2. Hər bir Təşkilat üzvü sahibkarların və zəhmətkeşlərin nümayəndəli təşkilatları (mövcud olduğu hallarda) məsləhətləşmə ilə cins, yaş, fiziki naqislik, ailə şəraiti, yaxud sosial və mədəni səviyyə mülahizələrinə görə, adətən, xüsusi müdafiəyə və köməyə ehtiyacı olanlar sayılan şəxslərin xüsusi ehtiyaclarının ödənilməsinə yönəldilmiş digər xüsusi tədbirlərin ayrı-seçkilik olmadığını müəyyən edə bilər.

Maddə 6

Bu Konvensiyanı təsdiq edən hər bir Təşkilat üzvü Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsinə müvafiq olaraq onu metropoliyadan kənar ərazilərdə tətbiq etməyi öhdəsinə götürür.



Maddə 7

Bu Konvensiyaya dair təsdiqetmə fərmanları qeydiyyatdan keçirilmək üçün Beynəlxalq əmək bürosunun Baş direktoruna göndərilir.



Maddə 8

Bu Konvensiya yalnız Beynəlxalq Əmək Təşkilatının təsdiqetmə fərmanları Baş direktor tərəfindən qeydiyyatdan keçirilmiş Üzvlərini birləşdirir.

O, Baş direktor ikiTəşkilat Üzvünün təsdiqetmə fərmanları qeydiyyatdan keçirdikdən on iki ay sonra qüvvəyə minir.

Sonradan bu Konvensiya hər bir Təşkilatın Üzvü üçün onun özünün təsdiqetmə fərmanını qeydiyyatdan keçiriləndən on iki ay sonra qüvvəyə minir.



Maddə 9

1. Bu Konvensiyanın təsdiq etmiş hər bir Təşkilat Üzvü, o ilk dəfə qüvvəyə mindiyi vaxtdan on illik dövr ərzində Beynəlxalq əmək bürosunun Baş direktorunun adına göndərilmiş və onun qeydiyyatdan keçirdiyi denonsasiya haqqında aktla onu denonsasiya edə bilər. Denonsasiya, denonsasiya aktı qeydiyyatdan keçəndən bir il sonra qüvvəyə minir.

2. Bundan əvvəlki bənddə xatırlanan onillik dövr bitdikdən sonrakı bir il ərzində özünün bu maddədə nəzərdə tutulan denonsasiya hüququndan istifadə etməyən Təşkilat Üzvü sonrakı on illik dövr ərzində bu Konvensiya ilə bağlı olur və gələcəkdə hər onillik dövr bitəndən sonra, bu maddədə qoyulmuş qaydada onu denonsasiya edə bilər.

Maddə 10

1. Beynəlxalq əmək bürosunun Baş direktoru Beynəlxalq Əmək Təşkilatının üzvlərinə Təşkilat Üzvlərindən aldığıbütün təsdiqetmə və denonsasiya aktlarını qeydiyyatdan keçirməsi barədə xəbər verir.

2. Baş direktor aldığı ikinci təsdiqetmə fərmanlarının qeydiyyatdan keçirməsi haqqında Təşkilat Üzvlərinə məlumat verərkən, onların diqqətini Konvensiyanın qüvvəyə minmə tarixinə cəlb edir.

Maddə 11

Beynəlxalq əmək bürosunun Baş direktoru Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq olaraq Birləşmiş Millətlər Təşkilatının Baş katibinə qeydiyyatdan keçirilmək üçün əvvəlki maddələrin müddəalarına müvafiq olaraq, qeydiyyatdan keçirdiyi bütün təsdiqetmə fərmanları və denonsasiya aktları barədə tam məlumat göndərir.



Maddə 12

Beynəlxalq əmək bürosunun İnzibati şurası lazım saydığı hər dəfə Baş konfransa bu Konvensiyanın tətbiq olunması barədə məruzə təqdim edir və ona tam, yaxud qismən yenidən baxılması məsələsinin Konfransın gündəliyinə salınıb-salınmamasını həll edir.

1. Konfrans bu Konvensiyanı tam, yaxud qismən dəyişdirən yeni Konvensiya qəbul edərsə və əgər yeni Konvensiyada əksi nəzərdə tutulmamışsa, onda:

a) yeni, dəyişdirilmiş Konvensiya hər hansı Təşkilat Üzvünün onu təsdiq etməsi ilə qüvvəyə minərsə, bu 9-cu maddənin müddəalarından asılı olmayaraq, hazırki Konvensiyanın avtomatik surətdə dərhal denonsasiyası demək olacaq;

b) yeni, dəyişdirilmiş Konvensiya qüvvəyə mindiyi tarixdən bu Konvensiya Təşkilat Üzvlərinin onu təsdiq etməsi üçün bağlıdır.

2. Bu Konvensiya, hər halda, forma və məzmunca onu təsdiq etmiş, lakin yeni, dəyişdirilmiş Konvensiyanı təsdiq etməmiş Təşkilat Üzvləri üçün qüvvədə qalır.



Maddə 14

Bu Konvensiyanın fransız və ingilis dillərindəki mətnləri eyni qüvvəyə malikdir.



Yuxarıda gətirilmiş mətn Beynəlxalq Əmək Təşkilatının özünün Cenevrədə keçirilən və 1958-ci il iyunun iyirmi altısında başa çatmış qırx ikincı sessiyasında lazımi qaydada qəbul edilmiş əsl mətnidir.

Bunun təsdiqi olaraq, bu Konvensiyanı bu gün, 5 iyul 1958-ci ildə imzaladıq


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə