Elmin məqaminin əHƏMİYYƏTİ




Yüklə 10.72 Mb.
səhifə1/81
tarix25.04.2016
ölçüsü10.72 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   81

ELMİN MƏQAMININ ƏHƏMİYYƏTİ


Müəllimin haqqı barəsindəki bəhsin başlanğıcında yaxşı olar ki, bir az da elmin İslam və Qur`anda elmin dəyərindən söz açaq. Elmin dəyəri hamıya aydındır. Hər bir insan fitri olaraq elmi çox sevir, elmin və alimin müqabilində təvazökardır. İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm)-ə ilk dəfə vəhy olunarkən elm mövzusunda danışılır: Qur`an buyurur: “Səni yaradan Rəbbinin adı ilə oxu!”

Rəbb və tərbiyət məsələsi yaranmış və xilqət məsələlərindən olub, mühüm elmi mətləblərdəndir. Oxumağa əmr olunmasının ardınca, qələmlə tə`lim mövzusu bəyan olunur, buyurur:

O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi.”1

Tə`lim, bilik öyrətmək, öyrənmək, qələm və yazmaq və nəhayət, insanın bilmədiklərini öyrətmək. Bu mövzu o qədər mühümdür ki, vəhyin başlanğıcında insanın yüksək elmi məqama çatması və insaniyyətin ali dərəcələrindən sayılıb, maddi aləmdən mələkut aləminə və Allaha yetişməklə bəyan olunur.

Qur`an, elm və bilik mövzusunda insanların vicdanlarını münsifliyə çağırır, buyurur:

De ki: Heç bilənlərlə bilməyənlər (alimlə-cahil) eyni ola bilərmi? Allahın ayələrindən, dəlillərindən yalnız, ağıl sahibləri ibrət alar!”2

Əgər Qur`an deyirsə: “De ki: Murdarla təmiz bir ola bilməz!”3 Kor ilə rən eyni olmaz! Zülmətlə nur da eyni deyildir! Köl (sərin) ilə isti eyni olmaz!”4 Ayələrdəki “pak, rən, nur və l, elm və bilik mə`nasındadır. Başqa tərəfdən, “murdar, kor, zülmət və isti"sözləri də nadanlıq və cəhalətə işarədir.

Qur`an başqa yerdə buyurur:

Onlara belə cavab ver: Mənimlə sizin aranızda Allahın və kitabı bilənlərin şahid olması yetər!”1

Bu ayədə, “alim”, peyğəmbərliyə şahid ünvanı ilə “Allah”ın şəhadətinin yanında qeyd olunur. Bu da alimin Allah yanında məqam və mənzilətini bəyan edir.Qur`an buyurur:

Allah sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaldar.”2

Elm və biliyin əhəmiyyəti müxtəsər bəyan olduqdan sonra müəllim və ustadın məqamına nəzər salaq.


MÜƏLLİMİN MƏQAMININ ƏHƏMİYYƏTİ


İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) buyurur:

Alimləri ziyarət etmək, Allah yanında Kə`bə evini yetmiş dəfə təvaf etməkdən istəklidir. Həmçinin, yetmiş qəbul olunmuş həcc və ümrədən fəzilətlidir. Allah onu yetmiş dərəcə yuxarı qaldırar. Rəhmətini ona nazil edər və mələklər şəhadət verər ki, behişt belə şəxsə vacib olub.”3

İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) əhalini alimlərin dərslərində iştirak etməyə də`vət edir, buyurur:

Ey Əbuzər! Elmi müzakirə ilə məşğul olan alimin məclisində oturmaq, Allah yanında min gecə oyaq qalıb, hər gecə min rəkət namaz qılmaqdan fəzilətlidir. Ey Əbuzər! Elmi mövzuları araşdıran alimin hüzurunda bir saat oturmaq, Allah yanında min döyüşdə iştirak edib, bütün Qur`anı oxumaqdan əfzəldir.”4

İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) yenə də buyurur:

Alim və müəllim yanında oturan hər bir mö`minə, Allah buyurar: Mənim dostumun yanında oturmusan. And olsun izzət və cəlalıma, səni behiştdə onunla birlikdə sakin edəcəyəm və buna heç bir şey mane ola bilməz!”5

Bu bəyanda, tədris və elmi müzakirə ilə məşğul olan müsəlman mö`min alim, Allahın dostu və həbibidir. Mərtəbələrio qədər ucadır ki, onun dərsində iştirak edən hər bir tələbə və şagirdə behişt vacib olur. Əlbəttə, bu savablar, o müəllim və şagirdə çatır ki, Allahın razılığına xatir dərs deyib, dərs öyrənsinlər. Hədəfləri dünya olmasın!

USTAD VƏ MÜƏLLİMİN ROLU!


İmam Cavad (əleyhissalam) buyurur:

Hər kim natiq və danışana qulaq assa, ona pərəstiş etmiş olur. Əgər danışan Allah tərəfindən olsa və Allah sözü danışsa, eşidən ibadət etmiş olur. Əgər danışan Şeytanın dili ilə danışsa, eşidən Şeytana ibadət etmiş olur.”1

Bu hədisdə, bəyan və sözün tə`siri o həddə çatır ki, əgər eşidən danışan müəlliminsözünə diqqət etsə, sözün qiymətini yaxşı anlayar.

ƏLİ (ƏLEYHİSSALAM)-IN MALİK ƏŞTƏRƏ TÖVSİYƏSİ


Həzrəti Əli (əleyhissalam) Malik Əştərə buyurur:

Ey Malik! Alimlərlə çox oturub, ariflərlə danışmağını çoxalt. Onların bəyanlarından, ölkənin işlərini möhkəmlətməkdə və səndən əvvəlki insanların bərpa etdiklərini təzədən bərpa et!”2


MÜƏLLİMİN ROLUNA AİD ƏHVALATLAR!


Birinci: Ömər ibni Əbdül Əzizin özü Bəni Üməyyə nəslindən idi. Uşaqlarla oynayarkən, Müaviyənin Həzrəti Əli (əleyhissalam) barəsində öyrətdiyi söyüşü təkrar edirdi. Günlərin birində müəllimi onun yanından keçərkən bu söyüşləri ondan eşidir. Dərs vaxtı onunla qəzəblə və narahatcasına rəftar edir. Elə ki, narazılığın səbəbini müəllimdən soruşur, müəllimdeyir: Bu gün eşitdim ki, Əlini lə`nətlədin. Nə vaxtdan sənə mə`lum olub ki, o bu lə`nətə layiqdir?

Ömər müəllimə söz verir ki, bir daha o söyüşü təkrar etməyəcək. Bu rəftar səbəb olur ki, Ömər ibni Əbdül Əziz xilafətə gəldikdə, bu şüarı aradan götürür və qadağan edir. Onun yerinə göstəriş verir ki, bu ayəni oxusunlar: “Allah, ədalətli olmaqı və ehsan verməyi əmr buyurmuşdur.”1

Bəli! Bu, müəllimin rəftarının kiçik bir tə`siridir.

İkinci: Yəzidin oğlu Müaviyə xilafətə çatdıqdan bir neçə gün sonra əhalini də`vət edir və mənbərə çıxıb xilafətdən iste`fa verir. Mərvan və anası nə qədər israr edirlərsə, faydası olmur. Nəhayət, bu fikrə düşürlər ki, görəsən nəyə görə Müaviyə iste`fa verir. Təhqiqatdan sonra bu nəticəyə gəldilər ki, müəllimi Ömər Əl-Məqsusun onun həyatında dəyişiklik olmasında böyük rolu olub. Müəllimi tapıb ona deyirlər: Sən nəyə görə Əlini sevməyi onun qəlbində canlandırmısan? Bu işə görə xəndək qazıb müəllimi diri-diri dəfn edirlər.2

Budur həyat yolunu əvəz etməkdə tə`sir göstərən müəllim. Bunun səbəbinə də bütöv bir millətin həyat yolu əvəz ola bilər.


  1   2   3   4   5   6   7   8   9   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə