Elman Cəfərli Təbriz Ağayev




Yüklə 1.04 Mb.
səhifə4/11
tarix22.02.2016
ölçüsü1.04 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

AZƏRBAYCAN VƏ ERMƏNİ PROBLEMİ
Nəsir bəyin tarixən Azərbaycan xalqına qarşı xəyanətkar mövqe tutmuş ermənilərlə bağlı maraqlı fikirləri var. Nəsir bəy deyir: “Ümumiyyətlə, antropoloji tarixdə erməni adlı millət və ya xalq yoxdur. Onlar haydırlar və tarix boyu özləri özlərinə “hay” demişlər. Ərməni sözünün erməniyə aidiyyatı yoxdur. Bu adı son vaxtlar qərb dünyası verib haylara. Ermənilərin bir millət kimi etnik və antropoloji baxımdan tam və inandırıcı təsnifatı yoxdur. Bunu dünyanın bir neçə məşhur alimləri də təsdiqləmişdir.

Antropoloji nöqteyi-nəzərdən ermənilərin (hayların) əksəriyyəti braxisefal, yəni qısaboyunlu və yastıbaşdırlar. Bu cəhətdən Şantrın, Erketrin və başqalarının tədqiqatlarından aydın olur ki, onlar daha çox xaldey aysorlara yaxındır. Onların mənşəyi müəmmalıdır və az öyrənilmişdir.

J.Doniker: “Ermənilər müxtəlif ünsürlərdən təşkil olunmuş qarışıq bir irqə məxsusdurlar. Boyları 163-169 sm arasında, yastıbaşlı, 85-87 baş ölçülü, irqləri hindu, əfqan, aysor və türk irqlərindən yaranmışdır”.

Doğrudan da, antropoloji cəhətdən başlarının eni uzunundan artıqdır, qısabaşlıdırlar. Bu cəhətdən dağ yəhudilərinə və assuriyalılara daha çox oxşayırlar.

N.Kassoviç qan qrupları və antropoloji cəhətdən “erməni irqi təmiz (yekcins) bir irq deyildir” fikrini soyləmişdir.

Rusiyanın Qafqazdakı nümayəndəsi Veliçko 1904-cü ildə nəşr olunmuş “Qafqaz” əsərində yazır ki, “Qarabağın (Albaniya və Aqvaniya) düzgün olmayan (keçmişə aid) erməni adlandırılan və xristian dininə itaət edən əhalisi dağlı və türk tayfalarından törəmiş və üç-dörd əsr bundan əvvəl erməniləşmişdir”. Həmçinin tarix-arxeologiya sahəsində ermənilərin Azərbaycanı və eyni zamanda gürcüləri vicdansızlıqla qarət etmələri haqqında da məlumat vermişdir: abidələr üzərində gürcü yazılarını pozur, qədim provaslavların məbəd və kilsələrini ələ keçirir, tarixi uydurmalar həkk edir, hər bir daşın gürcü çarlığının keçmişindən xəbər verdiyi yerləri erməni torpaqları kimi qələmə verirdilər.

F.Engels “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” əsərində yazır ki, “Ermənistanda Anaitis hisrodulları ilk fahişələr idi”. Daha ətraflı deyiminə görə, “Erməni qul və kənizləri, Korinfdə Afrodita kənizləri, habelə Hindistanın məbədlərində xidmət edən dini rəqqasələr ilk fahişələr idi”. Bu deyilənlərdən belə qənaətə gəlmək olur ki, ermənilərlə qonşu olan osmanlı türkləri, Azərbaycan türkləri, farslar, ərəblər və gürcülər erməni qadınları ilə istədikləri vaxt yaxınlıq etmiş və beləliklə də, onların qanlarında dəyişiklik etmişlər. Zaman-zaman qorxaq ermənilər içərisindən cəsur adamların çıxması da bununla izah oluna bilər.

Aleksandr Puşkinin bu xalq haqqında formulası da çox dəqiqdir: “Sən qorxaqsan, sən köləsən, sən ermənisən!”.

Fransız səyyahı Qraf de-Şole ermənilər haqqında yazırdı: “Onların haramzadalığı elə mənfur alçaqlıq, elə hərarətli əclaflıq, elə dəhşətli hiddət doğurandır ki, mənim onlarla heç vaxt yaxınlığım olmamışdır”.

Alman səyyahı Alfred Kerte özünün “Anadolu eskizlərində” yazır ki, “bu əyalətlərdə xalqla təmasda olan hər bir adam türklərə hörmət və məhəbbət bəslər, yunanları ləyaqətsiz sanar, ermənilərə isə nifrət edər və ikrah hissi ilə yanaşar...”.

Bu deyim “Bir yunan iki yəhudini, bir erməni isə iki yunanı aldada bilər” zərb məsələsi ilə hər vaxt özünü doğruldur.

“Anadolunun hər hansı bir yerində səni aldadıblarsa, bilin ki, siz erməniyə rast gəlmisiniz”. Eyni zamanda, qeydlərinin birində A.Kerte demişdir ki, “...ermənilərlə yazılı surətdə də heç bir iş görmərəm, ona görə ki, onların yalançılığı, fitnə və fəsadları, hətta yazılı şərti də poza bilər”.

İsveçrə şərqşünası Adam Metsin fikrincə “Dərisi ağ qulların ən pisi ermənidir. Abır-həyaları yoxdur, oğurluqları məşhurdur, ermənilər ancaq dəyənək və qorxu altında yaxşı işləyirlər”.

Tasit ermənilər haqda yazırdı: “Bu xalq əzəldən həm xasiyyətinə, həm də təbiətinə görə həqiqətən ikiüzlü olmuşdur və daima romalılara münasibətdə nifrət, parfiyalılara münasibətdə isə həsəd hissindən partlayıb dağılır”.

Böyük fransız yazıçısı və səyyahı Aleksandr Düma ermənilər haqqında bunları söyləmişdir. “Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə, öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər”.

Hitlerin sözləri ilə daha gözəl vurğulasaq, “Bic və qantökən millət olan ermənilər yazıq, fağır bir xalq kimi dünyaya təqdim olunur”.

Vinkler, Karl Hibur və Henrix Şurs “Ümumdünya tarixi” əsərində yazırlar ki, erməni xalqı özünün “riyakarlığı, hiyləgərliyi” ilə fərqlənir, “çürütmə fermenti” olub “təhlükəli və tüfeyli kimi hər sağlam bədəni üzür, dağıdır” və “alverçi fırıldaqlığı əsrlər boyu inkişaf edən, vücudunda inkaretmə və spektizm kimi dağıdıcı qüvvələrin fəaliyyət göstərdiyi yəhudi tayfası ilə öz xarakterinə görə, maraqlı və ibrətamiz xarakter təşkil edir”. Rusiya imperiyasının Ərzurumdakı Baş konsulu general Mayevski 1902-ci ildə “Erməni genosidi” əsərində yazır ki, “türkləri hər cür vəhşilikdə nə cür təqsirləndirirlər, mən yalnız onu deyə bilərəm ki, ermənilərlə müsəlmanlar arasında Türkiyənin müxtəlif şəhərlərində baş vermiş toqquşmalar haqqında şəxsən mənə məlum olanlar, məni belə bir əqidəyə gətirir ki, bu qanlı işlər hər yerdə məhz ermənilərin öz təşəbbüsü ilə başlanıb”.

Daha sonra o qeyd edib ki, “Onların (yəni ermənilərin-müəlliflər) dinc, silahsız, zavallı müsəlmanları soyuqqanlıqla öldürmələri haqda məndə təkzibedilməz sübutlar vardır”. “Onların yazdıqlarında həqiqət yoxdur, ona görə ki, erməni müəllifləri ondan bilə-bilə yayınırlar. Onlarda hər şey faktların şişirdilməsi üzərində qurulmuşdur. Onların bütün fəaliyyəti ermənilərə rəğbət, türklərə isə nifrət yaradan uydurmalar üzərində qurulmuşdur”.

Mayevski həmin əsərin 28-ci səhifəsində yazırdı: “Ermənilərin xalq qəhrəmanları haqqında nə məlumdur? Hanı onların azadlıq uğrunda mübarizələrinin adı? Onlar yoxdur. Nə üçün? Çünki bu mübarizlər öz xalqı üçün xilaskardan çox cəllad rolu oynamışlar. Erməni quldur dəstələri adətən qarışıqlıq, qırğın salır, sonra isə aradan çıxırdılar... Silahsız erməni kütlələri isə sonradan öz qanı və əmlakı ilə öz silahlı qardaşlarının “qəhrəmanlıqlarının” əvəzini verməli idilər”.

Karl Marks Libknextə məktubunda yazırdı: “Biz qətiyyətlə türklərin tərəfində dururuq, çünki biz türk kəndlilərini, başqa sözlə türk xalq kütləsini ətraflı öyrənmişik, onun simasında Avropada kəndlilərin ən işgüzar və mənəvi keyfiyyətlərə malik nümayəndələrindən birini görürük”.

Ermənilərin “azadlıq fədaisi” hesab olunan Nalbandyanın 1988-ci ildə erməni gənclərinə türklər haqqında belə bir öyüdü var: “Ey erməni, əgər sən küçədə zəhərli ilan görüb öldürməyibsən, eybi yoxdur, ilandır. Lakin türk görüb öldürməyibsənsə, satqınsan, vicdansızsan, xalqın düşmənisən, sən erməni deyilsən..”.

Silva Kaputikyan: –“Erməni uşağının beşikdə qulağına pıçıldamaq lazımdır ki, ey Tiqran, sənin bir nomrəli düşmənin türkdür” – fikrini söyləmişdir.

Böyük alman filosofu Hegel göstərir ki, ilk başlanğıc tarixi heç vaxt öz sübutunu itirmir. Reflektiv olan erməni tarixi isə nəinki digər xalqların tarixçilərinin dodağında, hətta saxta tarix yaradan erməni alimlərinin də dodağında “gülünc” vəziyyət yaradır. Bəs onda belə bir sual doğur; ermənilərin kimliyi haqqında həqiqətlər hansılardır?

Erməni akademiki M.Ağanbekyan “erməni dili hibrid (calaq) dildir, o biri yandan erməni qəbiləsi də hibriddir. Urartu və başqa qonşulardan assimilyasiya olmuşlar ”.

Akademik B.Piotrovski isə S.Ayvazyanın savadsızlığının səviyyəsini göstərir və onu elmi vicdansızlıqla təqsirləndirir, “konsepsiyanın cəfəngiyat olduğunu sübut edir”. B.Piotrovski yazırdı: “Təəccüblü təkcə Ayvazyanın hipotezlərinin genişliyi deyil, həm də savadsızlığı ilə seçilən bu cədvəlin “Komsomolets” qəzeti tərəfindən çap olunması, “Hayk yazısı” nəzəriyyəsinin “Qarun” jurnalı tərəfindən müdafiə edilməsidir”.

Erməni varlıları, xüsusən də, məşhur “neftxudalar” pul hesabına hər cür iyrəncliklərə əl ataraq, erməni “tarixinin” yaradılmasında yaxından iştirak edirdilər, eyni zamanda muzdla tutulmuş elmi qüvvələr cəlb etməkdən çəkinmirdilər. Onların rus ədəbiyyatında ilk elmi nökəri Baron Brambeus təxəllüslü şərq dilləri professoru Osip İvanoviç Senkovski olmuşdur. O, yazırdı: “VI Vaxtanqa qədər gürcülərin salnaməsi olmamış, miladın XII əsrinə qədər, hətta gürcülərin özləri belə mövcud olmamışdır. İber adı altında dağlı tayfaları mövcud olub. Kürün o tayında, indi Tiflis və Gürcüstanın yerləşdiyi məkan qədimdən ermənilərə məxsus olub və burada ermənilər yaşamışlar...”

Erməni tarixçiləri N.Emin, Xudobaşov və Yeritsov tarixi faktlara zidd olaraq, öz fəaliyyətlərini davam etdirirdilər. Bax, budur erməni riyakarlığı, erməni xisləti!

Yuxarıda qeyd etdiyimiz kimi, ermənilər özlərini hay adlandrırlar. Bu barədə Firudin Ağasıoğlunun “Azər xalqı” adlı kitabında yazdığına görə, əsl soy adları olan hay etnonimi bugünkü ermənilərin öz içində yaşadığı halda, gürcülər onlara somexi, kürdlər filə, biz də başqaları kimi erməni deyirik. Ancaq erməni etnonimi ilk dönəmlərdə haylara deyil, tamam başqa dil və mədəniyyətə malik bir türk boyuna aid olmuşdur. Haylar Ərməniyyə (Armeniya, keçmiş Urartu. Van gölü və ətrafı – M.Ə) ölkəsinə gələndən xeyli sonra, xüsusilə xristianlığın qəbulundan sonra, ətraf bölgələrə yayıldıqca, bu ad onlara şamil edilməyə başlanmışdır. Haylar özlərindən əvvəlki xalqın, yəni türk – ermənilərin adların mənimsədikləri kimi, əlifba düzəldib özlərinə tarix yazarkən də onların tarixlərini mənimsəmişlər. Firudin Ağasıoğlunun fikrincə, bu səbəbdən də “erməni” adının mənşəyindən söz açarkən, vacib şərtlərdən biri gerçək türk – erməniləri, psevdoermənilərdən, yəni hay-ermənilərdən fərqləndirməkdir:

“ Özünə hay deyən xalqın (psevdoermənilərin) etnogenezi mürəkkəb bir prblem kimi çoxlu elmi simpoziumların mövzusu olmuş, lakin hay tarixçi və alimlərinin V əsrdən üzü bəri dolaşığa saldğı kələfin ucu hələ də tapılmamışdır...

Hayların mənşəyi haqqında mövcud fikirləri iki əsas qrupa ayırmaq olar. Bunlardan biri hayların Anadoluda yerli xalq olması konsepsiyası üzərində qurulan müxtəlif fərziyyələri, digəri isə hayların bura (Anadoluya – M.Ə.) gəlmə xalq olması konsepsiyasını əhatə edir...Hayların Ərməniyyəyə gəlmə xalq sayan alimlər çox olduğundan miqrasiya yolu və tarixi haqqndakı versiyalar da xeyli müxtəlifdir.

Ermənilərin vəhşiliklərinin sübutu Ermənistan ərazisindəki atəşpərəstlik, alban mənşəli və islam dövrünə aid olan qədim abidələrin qayğısızlıq nəticəsində məhv olub getməsidir. Ermənistanda mütəmadi olaraq türk toponimləri, şəhər və kənd adları dəyişilir və hətta bütün coğrafi xəritələrdə iri aykonimlərə erməni adı verilir. Ad dəyişdirilməsində hərdən səfeh və kobud səhvlərə yol verirlər... Yaxın keçmışdə Ermənistan Yerevan şəhərinin 2750 illiyini təntənəli surətdə qeyd etdi. Bayramdan sonra ermənilər İrəvan şəhərinin adını dəyişərək Erebuni qoydular.

Latınca “Erebuni” cəhənnəm deməkdir. Antarktidada Erebuni adlı fəal vulkan var, hansı ki, geoloqlar ona “cəhənnəm” adı vermişlər. Ermənilər “Erebuni” adlı konyaklar, siqaretlər buraxırdılar. İrəvan (düz, rəvan) kəlməsi “cəhənnəmlə” əvəz edildi. Ən maraqlı hal odur ki, 1967-ci ildə Səfəvi şahı I Şah İsmayılın 1508-ci ildə ucaltdığı İrəvan qalasının tarixini Azərbaycan alimlərinin, Azərbaycan hökumətinin gözləri qarşısında nə az, nə çox düz 2250 il artırdılar. Lakin bizim bircə alimimiz də buna etiraz etmədi. Amma o zaman Demokratik Almaniya Respublikasından gələn bir arxeoloq alim həmin eranın tapıntısı olan daşa baxandan sonra deyibmiş: İndi elmi tərəqqi elə bir dövrə çatıb ki, hər bir süxurun, daşın milyon illik yaşını öyrənmək mümkündür. Amma mən sizin daşa baxan kimi məlum etdim ki, bu yazılı daşın tarixi siz dediyinizə uyğun deyil. Tarixi saxtalaşdırmaq olmaz!

Tiflisdə Qafqaz Mineral Xammalları İnstitutu fəaliyyət göstərirdi və burada ildə iki dəfə görüşlər təşkil edilirdi. Hansı ki, bu görüşlərdə Azərbaycan, gürcü, erməni və Şimali Qafqaz alimləri iştirak edirdilər. Məclislərin birində S.Bektaşi erməni alimi S.Abovyana deyir: “Styopa, siz düzənliyi cəhənnəmlə əvəz etmisiniz?” İrad erməniyə çatır, Erebuni adı götürülür, İrəvan Yerevanla əvəz olunur. Şərq dillərini pis bildikləri üçün Basarkeçərin adını da Vardenis qoymuşdular. Əslində isə Basarkeçərin adı basıb keçmək deməkdir və bu ad Teymurləngin sərkərdəsi Basarın adı ilə adlandırılmışdır. Çünki Basar Qarabağdan qalxaraq Kəlbəcər gədiyini aşıb və bu yerlərdən keçərək Anadoluya girmişdir. “Vardenis” isə qondarma addır, ermənilər tərəfindən quraşdırılıb.

İrəvan haqqında daha qədim tarixi faktı xatırlayaq. Hicri tarixi ilə 810-cu ildə (1432 miladi) Teymurləngin sevimlilərindən biri olan tacir Xoca xan Lahicani Ağtəpə ölkəsinə qədəm qoydu və məhsuldar torpaq görüb, öz adamları ilə burada məskunlaşaraq, günü-gündən artan varın hesabına burada yeni yaşayış məskəninin təməlini qoydu. Sonralar hicri tarixi ilə 915-ci ildə (1508) Şah İsmayıl Xətai öz sərkərdəsi Rəvan Qulu xana həmin yerdə qala tikməyi əmr etdi. Rəvan Qulu xan Zəngi çayının sağ sahilində bir il ərzində qala tikdirdi və öz şərəfinə Rəvan adlandırdı. Deməli Yerevan (İrəvan) yalnız XVI əsrdə Azərbaycan hakimi Şah İsmayıl Xətainin dövründə şəhərə çevrilmişdir. Beləliklə Yerevanın yaşı 5 dəfə böyüdülmüşdür”.

Nəsir bəyin haqlı olaraq anlatdığına və Məmməd bəyin onun anlatdıqları əsasında (təbii ki, öz bəzi düşüncə və fikirlərini əlavə etməklə) yazdığına görə, hər xalqın spesifik fərqləndirici xüsusiyyətləri olur, erməni bu baxımdan hər şeyi özünükiləşdirməklə səciyyələnir. Haylar öz keçmişlərini dərinləşdirmək yolunda bütün dünyaya həyasızlıqla haray salırlar ki, kamança, tütək, zurna, balaban, qara zurna, nağara və s. guya ermənilərin çalğı alətləridir. Eyni zamanda, bizim milli “Uzundərə”, “Tərəkəmə”, “Yallı”, “Sarı gəlin”, “Vağzalı” və s. rəqslərimizi də özlərininki elan ediblər. Bizim milli xörəklərimiz olan plov, dolma, küftə, piti, basdırmakabab, qutab, ayran, hətta lavaş da “erməni xörəkləri” siyahısına salınır. Əriyi erməni meyvəsi kimi qələmə verənlərə nə ad vermək olar. Bu qaranın ağ kimi gözə dürtülməsi, həqiqətin boğulması, haqqım iflic edilməsi demək deyilmi?!

...Azərbaycan Respublikasının yaradılması Gürcüstan və Ermənistanın da azad olmasına şərait yaratmış oldu. Ermənistanda 30 noyabr 1920 və Gürcüstanda 21 fevral 1921-ci ildə Sovet hakimiyyəti quruldu. Ancaq təəssüflər olsun ki, Ermənistan yaradılarkən ərazisi 9 min kv.km idi və biz yarım qiymətli və qiymətli metallarla zəngin Zəngəzur mahalını ermənilərə hədiyyə verdik. Heç olmasa, verilən ərazinin enini şərqdən və qərbdən bir qədər kəssəydik mis-molibden yataqlarının əksəriyyəti Azərbaycana düşərdi. Bu da xalqımızın çoxsaylı səhvlərindən biri idi.

Qarabağ məsələsi 1921-ci il iyulun 4-də Qafqaz bürosunda müzakirə edilmişdi və bu sıraya daxil olan iştirakçılar— RKP MK-nın üzvü Stalin, Qafqaz bürosunun üzvləri –Orconikidze, Maxaradze, Myasnikyan– milliyəti erməni, Nərimanov, Kirov, Nazaretyan, Oraxelaşvili və Fiqatner olublar. Müzakirə zamanı iki fikir formalaşıb və səsə qoyulub:

a) Qarabağ Azərbaycanın tərkibində saxlanılsın:

lehinə—Nərimanov, Maxaradze, Nazaretyan; əleyhinə—Orconokidze, Myasnikyan, Kirov, Fiqatner

b) Bütün Qarabağ əhalisinin – ermənilər və azərbaycanlıların iştirakı ilə rəy sorğusu keçirilsin: lehinə—Nərimanov, Maxaradze

v) Qarabağın dağlıq hissəsi Ermənistanın tərkibinə daxil edilsin:

lehinə—Orconokidze, Myasnikyan, Kirov, Fiqatner

q) Rəy sorğusu yalnız erməni əhalisi arasında keçirilsin:

lehinə—Orconikidze, Myasnikyan, Fiqatner, Nazaretyan

Qərar: Dağlıq Qarabağ Ermənistanın tərkibinə daxil edilsin və ermənilər arasında rəy sorğusu keçirilsin.

Qarabağ məsələsində səsvermə zamanı Oraxelaşvili iclasda yox idi, Stalin isə səsvermədə iştirak etmədi. Orconikidze və Kirov bütün bəndlərin müzakirəsində Azərbaycana qarşı səs vermişdilər. Biz isə onların şərəfinə böyük şəhərimiz olan Gəncənin adını (Kirovun) və Azərbaycan Dövlət Universitetinin adını verdik, bu azmış kimi, ona Bakıda möhtəşəm heykəl də ucaltdıq. Orconikidze bizə olan kinini Daşkəsən vasitəsilə biruzə verdi. Onun təşəbbüsü ilə Daşkəsənin dəmir filizləri Gürcüstana daşındı və Gürcüstanın Rustavi sənaye şəhəri tikildi.

N.Nərimanov qəti olaraq qərarın əleyhinə çıxaraq, müzakirənin RKP MK-yə keçirilməsini tələb etmişdi. İyulun 5-də Qafqaz bürosu plenumu, bu məsələ barədə yeni iclas təşkil etdi və qərar qəbul olundu: “Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın” və bununla da Nərimanov öz məqsədinə çatmış oldu. Deyilənlərə görə, Nərimanov 5-6 iyul arasındakı gecə V.İ.Lenini məlumatlandırmış ermənilərin, gürcülərin və həmçinin Kirovun qulağını onun hesabına burdurmuşdu. Bu zaman N.Nərimanovla kürək-kürəyə duran isə gürcü Maxaradze olmuşdur.

1923-cü ilin noyabrında Azərbaycan SSR MİK Rəyasət Heyəti və XKS (Xalq Kommissarları Soveti) Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında əsasnamə təsdiq etdi və DQMV-nin tərkibinə Şuşa, Cavanşır və Cəbrayıl qəzalarının dağlıq hissələri daxil edildi. 1923-cü il 27 dekabrda vilayətdə ilk qurultay keçirildi.

Ermənilərə respublika daxilində muxtariyyat verildi. Düşmənlər bununla da kifayətlənmədilər. Azərbaycana qarşı olan ədalətsizlik yenə də öz axarında davam edirdi. Stalinin, Myasnikyanın, Mikoyanın, Orconikidzenin və başqalarının Azərbaycana və azərbaycanlılara qarşı açıq-aşkar qərəzli münasibəti və Azərbaycan rəhbərliyinin mütiliyi nəticəsində Ermənistanın cənubunda Qəmərli, Vedi, Zəngibasar, şimalında Basarkeçər, Çənbərək, Calaloğlu, Vorontsovka, Amasiya və Gürcüstan SSR (Borçalı, Lüksemburq, Qarayazı, Ağbulaq, Başkeçid) ərazisində birgə yaşayan azərbaycanlılara heç bir muxtariyyat verilmədi. Necə olur ki, Qarabağın dağlıq hissəsində yaşayan 80 minlik erməni əhalisinə muxtariyyat verildi, həmin vaxt Ermənistanın 580 minlik və Gürcüstanın 400 minlik azərbaycanlı əhalisinə muxtariyyat verilmədi? Bəli, ermənilər öz siyasətlərindən dönmürdülər. Biz isə...

Həmçinin ermənilərə böyük dəstəyi Stalin verirdi, o Azərbaycana bir vaxt partlayacaq barıt çəlləyi kimi baxırdı. Stalin 1937-ci ildə Mircəfər Bağırova yazdığı məktubda “Azərbaycan ziyalıları arasında az xalq düşməni ovlanır” –deyə, xəbərdarlıq etmişdi. Və nəticə etibarı ilə, Azərbaycanda güdaza getmiş adamların 70 minindən 29 mini ziyalılar oldular. Cənubi Azərbaycanda qurulmuş milli hökuməti dağıdan və Pişəvərinin qətlini təşkil edən də Stalin olmuşdu.

İlk sovet diplomatı hesab edilən Çiçerin 8 dekabr 1922-ci ildə Lozanna konfransında demişdi: “Bütün Şərqdə işğalçı siyasətin aparıcıları, xarici kapitalın agentləri, xain və satqın erməni daşnaklarıdır”. Milliyətcə erməni olan Rus İmperator Elmlər Akademiyasının üzvü Kerop Patkapyan yazırdı: (Venskie nadpisi i ix znaçenie dlya istorii peredney Azii). “...Ermənistan heç vaxt bəşər tarixində xüsusi rol oynamamışdır. Bu, siyasi termin deyil, erməni məskənlərinin səpələndiyi coğrafi adıdır. Ermənilər torpağa həmişə pis sahiblik etmişlər. Lakin həmişə özlərininkiləri sataraq, əcnəbilərin güclü qoşunlarına (romalılara, səlcuqlara, bizanslara, ərəblərə, türklərə, səfəvilərə və Rusiyaya) bacarıqla qulluq etmişlər”.

Erməni tarixçisi A.Lalayan “Əksinqilabçı”, “daşnaksütyun” və 1914-1918-ci illərin imperialist müharibəsi” əsərində yazırdı: “Qaniçən xipabetlərin (Andronik paşa) başçılıq etdiyi daşnak dəstələri türk qadınlarının və uşaqlarının, qoca və xəstələrin məhv edilməsində maksimum “igidlik” göstərirdilər. Daşnak dəstələri tərəfindən tutulan türk kəndləri canlı insanlardan “azad edilir” və eybəcər hala salınmış qurbanlarla dolu xarabalıqlara çevrilirdi. Novo-Bayazetli daşnaq “qəhrəman”larından biri olan Vaarama 1920-ci ildə öz “igidliklərini” təsvir edərək vicdan əzabı çəkmədən demişdir: “Mən Basarkeçərin türk əhalisini qırdım. Bu zaman bəzən adamın gülləyə heyfi gəlirdi. Bu itlərə qarşı ən etibarlı üsul odur ki, döyüşdən sonra sağ qalanları yığıb quyulara doldurasan və üstlərinə ağır daşlar tökəsən ki, birdəfəlik yer üzündən silinsinlər. Mən belə də etdim. Bütün kişiləri, qadınları və uşaqları və yaralıları quyulara töküb, üstünü daşla doldurdum...”

Bütün bunları oxuduqca dəhşətə gəlirsən və düşünürsən ki, necə oldu ki, belə bir murdar millətə “qardaş” dedik, necə oldu ki, onlarla bir yastığa baş qoyub türk insanını belə murdar məxluqla qohumlaşdırdıq. Elə indinin özündə də Azərbaycanımızın və Türk dünyasının qarşısında əngəllər törədən zövcəsi və anası erməni olan satqınlardı. Tam məsuliyyətlə etiraf etməliyəm ki, bu qanıqarışıq və ermənidən törəyən satqınlar hazırda Azərbaycan hökumətinin ən yüksək eşalonunda özlərinə yer tutublar. Yuxarıda göstərilən faktlara nəzər salanda, bir daha bu qənaətə gəlirsən ki, əsl genosid ermənilər tərəfindən törədilmişdir. 28 may 1918-ci ildə çıxan “Bakı fəhləsi” qəzetində cinayətkar, şərəfsiz A.Əmiryan yazırdı: “Təkcə İrəvan quberniyasında daşnaklar tərəfindən 200 Azərbaycan kəndi dağıdılmışdır”.

Hörmətli oxucu, mən nəyə görə “erməni kimdir?” sualı üzərində belə geniş dayanıram. Sözsüz, erməni türk millətinin tarixi düşmənidir. Biz bunu bilirik və gələcək nəslə də belə çatdırmalıyıq. Yüksəlmənin əsas şərtlərindən biri düşmənin kim olduğunu bilməkdirsə, ikincisi tədbirli və təvgirli, ehtiyatlı olmaqdır. Ermənilərin törətdikləri vəhşiliyi dərk etdiyimiz üçün, ilk dəfə olaraq, mən və dostlarım özünümüdafiə dəstələri yaradaraq torpaqlarımızı düşmənlərdən qorumaq, gələcəkdə baş verəcək erməni terrorunun qarşısını almaq üçün tədbirlər planı hazırlayırdıq.

Qarşımızda duran ilk əsas məsələ Bakıda və Gəncədə ermənilərin zərəsizləşdirilməsi idi, çünki zaman və tarix özü bunu bizə diktə edirdi. Çünki ermənilər tərəfindən törədilən ən dəhşətli qırğın 1918-ci ilin mart ayında Bakıda olmuşdur. Üç gün ərzində daşnak dəstələri kommunistlərin rəhbərliyi ilə şəhəri talan etmiş və 18 mindən çox günahsız qoca, qadın, uşaq və xəstələri qılıncdan keçirmişdilər. Nəriman Nərimanov Şaumyanla görüşmüş və ona bildirmişdir ki, Bakı küçələrində baş verən hadisələr inqilab yox, milli qırğındır. Biz bunun uğrunda mübarizə aparmamışıq. Özü də, bu, qırğında ermənilər silahlı, müsəlman tərəf isə silahsızdır. Şaumyan isə Leninə yazdığı məktubda Bakı hadisələrinin milli qırğın olduğunu boynuna alır və onu qəsdən etdiklərini açıqca bəyan edirdi. Onun məqsədi Azərbaycan ərazisində erməni dövləti qurmaq və Bakını həmin dövlətin paytaxtı etmək idi. Məhz ona görə də, onlar nəinki Bakıda, hətta Şamaxıda, Qubada bu sayaq qırğınlar törətdilər. Bütün bunlara məhəl qoymayan daşnak-kommunist quldurları eyni vəhşiliyi Şamaxıda törətdilər. “Yaşına və cinsinə baxmadan bütün azərbaycanlıları öldürdülər; görünməmiş dəhşətli faciələr törətdilər; uşaqları süngüləyir, qalanları qılıncdan keçirirdilər; camaatı məscidə yığıb, neft töküb yandırırdılar; hər evi qarət edirdilər və beləliklə, bütün şəhər yandırıldı”.

Bütün bu soyqırımın qarşısını köməyimizə gəlmiş qüdrətli “Qafqaz İslam Ordusu” aldı. Bütün bunları xatırladıqca unudulmaz Ənvər Paşaya və Azərbaycan torpaqlarında şəhid olmuş hər bir türk oğluna Allahdan qəni-qəni rəhmət diləyirik və onların unudulmaz şücaəti qaşısında baş əyirik.

Dünyada və türk-islam aləmində baş verən hadisələri diqqətlə izlədikcə yaxın günlərdə Bakıda yeni qırğınının törədiləcəyinə heç şübhə qalmırdı. Çünki Erməni-Azərbaycan qaşıdurmasında Azərbaycanın təklənməsi, Ermənistanın isə böyük güclər tərəfindən dəstəklənməsi buna əsas verirdi. Müsəlmanları bir-birinə qarşı qoymaq Rus imperiyasının əsas məqsədi idi. Beləliklə, Türkiyədə PKK terroru, İranda vaxtından əvvəl 30 milyon Azərbaycan türklərinin milli özünüdərketmə hərəkatı, Özbəkistanda Mesxeti türklərinə qarşı qardaş qırğını, Rusiyada çeçenlərə divan tutulması, Yuqoslaviyada Bosniya soyqırımı və sairə hadisələr buna canlı misaldır. Bizdə isə Azərbaycanın tarixi düşməni olan ermənilər Rusiya tərəfindən dəstəklənir, “sülhməramlı” rus qoşunları Qarabağda və Azərbaycanın başqa ərazilərində ən müasir silahlarla bizə qarşı döyüşlər aparırdı. Yeni yaranmaqda olan Azərbaycan ordusunun qüdrətini görən Rusiya yeznələrdən və zahirən türk, daxilən satqın və sapı özümüzdən olan baltalarla torpaqlarımızı boşaldıb ruslara (ermənilərə) təhvil verirdilər. Məqsəd də ondan ibarət idi ki, millət o qənaətə gəlsin ki, biz Rusiyanın köməyi olmadan heç nə edə bilmərik. Bir sözlə, Nəriman Nərimanovun “Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır” fikri bir daha təsdiqlənsin. Azərbaycanın başına gələn müsibətlər zaman-zaman bu siyasətə xidmət etməyə yönəlmişdir.

Deyirlər ki, tarix təkrar olunur. Bu həqiqətdir. Erməni-daşnak münasibətlərinə və təcavüzünə dəfələrlə məruz qalmış xalqımızın daha ayıq-sayıq, daha uzaqgörən və diqqətli olmasını arzulayıram. Tarixi səhvlərimiz çoxdur, ancaq onların həlli yollarını öz ağlımız, idrakımız və öz gücümüzlə axtarıb tapmalıyıq. Tale sükanı nə qədər ki, düşmən əli ilə idarə olunur o vaxta qədər də belə faciələr, nəinki təkrar olunacaq, hətta daha geniş vüsət alacaq. Və beləliklə millətimizin varlığı və gələcəyi daha böyük fəlakətlərlə üzləşəcək.

Bu günkü Azərbaycan üçün faciəli hadisələrin bayis və baiskarları kimlərdir? Bu sıraya daşnak ideyalarının təmsilçisi Z.Balayan daxildir. O, “Ocaq” əsərində həyasızcasına millətçilik, irqçilik ideyalarını təbliğ edir, tarixi həqiqətləri saxtalaşdırır, azərbaycanlıların milli hisslərini və qürurunu inkar edir və iki qonşu xalq arasında ədavət toxumu səpirdi. Araqarışdıranlardan digəri, Parisdə daşnak elitası qarşısında çıxış edən akademik Ağambekyan deyirdi: “Mən dəqiq öyrənmişəm ki, respublikanın şimal-şərqində yerləşən Qarabağ ermənilərin olmuşdur. Bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ Azərbaycandan daha çox Ermənistana aiddir”. O, düşünürdü ki, aşkarlıq və yenidənqurma şəraitində Qarabağın Ermənistana verilməsi öz müsbət həllini tapacaqdır. A.Mikoyanın oğlu Stepan Mikoyan “Literaturnaya qazeta”nın səhifələrində SSRİ-nin ərazi quruluşunun təftişini təklif edirdi ki, bu prosesdə də Qarabağ torpağı ermənilərə keçməli idi. Araqarışdıranların sırasına akademik Saxarovun ikinci arvadı, yəhudi-erməni əsilli madam Yelena Bonner, yazıçı kökü Urmiyalı olan Silva Kaputikyan, Daşnakstyun partiyasının lideri Paruyr Ayrikyan və “Qarabağ” və “Krunk” antiAzərbaycan təşkilatlarının bir sıra rəhbərləri daxil idilər.

Stalin rejimi dövründə Sovet İmperiyasının çürüklüyünü, təcavüzkarlığını nəinki imperiyada yaşayan xalqların, bütövlükdə bəşəriyyətin düşməni olmasını açıq şəkildə demək qeyri-mümkün idi. Stalinin vəfatından sonra N.Xruşşovun hakimiyyətə gəlməsi siyasi iqlimi xeyli yumşaltdı. Eyni zamanda, 60-cı illərin əvvəllərində Sovet İmperiyasının iqtisadiyyatı tənəzzülə uğradı. Çünki bu vaxta qədər Sovet rejimi xalqa yağlı vədlər verməklə onu aldatmış, digər tərəfdən əhalini inzibati qaydada zorla işlətmişdir. Elə, həmin andan başlayaraq kommunist rejiminə və onun vədlərinə xalqın inamı çat verdi və bu çat get-gedə dərinləşməyə başladı. L.İ.Brejnyevin hakimiyyəti dövründə isə bu böhran daha da dərinləşdi və imperiyanın süqutunun əlamətləri açıq-aydın görünməyə başladı. Bunu hiss edən BDU-nun qeyrətli müəllimləri imperiyanın mahiyyətini tədris prosesində və tədrisdən kənar vaxtlarda müəllim və tələbələrə izah etməyə başladılar. Bu sahədə BDU-nun etika və estetika kafedrasının dosenti Asif Ata (Asif Əfəndiyev) xüsusilə fərqlənirdi. O, öz fikirlərini əvvəlcə mühazirələrində, daha sonra elmi əsərlərində ifadə edir, eyni zamanda, marksizm-leninizm ideologiyasının mürtəcə etibarı ilə heçliyini tələbələr arasında geniş təbliğ edirdi. Azərbaycanda milli şüurun oyanmasında Asif Atanın gizli şəkildə təşkil etdiyi “Ocaq” təşkilatının mühüm rolu olmuşdur. O öz həmfikirlərini toplayaraq imperiyanın sonunun yaxınlaşdığını deyir və Azərbaycanın gələcək taleyini müəyyənləşdirməyə çalışırdı. Nəhayət, “Tənqid və zəmanə” adlı jurnal məqaləsinə görə, mətbuatda onu antimarksist və təfriqəçilikdə ittiham etdilər. 1982-ci ildə ona qarşı olan hücumlar artdı, daha sonra onu Sov.İKP-dən xaric etdilər, bütün elmi rütbələri əlindən alındı, işdən çıxarıldı və hətta ailəsi də qəsdən dağıdıldı.

Asif Ata xatirələrindən birində deyir: “Mənim məsələm partkomda müzakirə ediləndə bir DTK polkovniki başda olmaqla buraya toplaşmış “görkəmli” alimlər məni antimarksizmdə təqsirləndirdilər. Mən o vaxt onlara dedim: “Bu saat siz marksistsiniz. Sabah əgər bir hadisə olsa, hamınız birinci olaraq marksizmə qarşı çıxış edəcəksiniz”.

Elə belə də oldu. 1984-cü ilədək mən heç yerdə işləmədim. Oturub öz əsərlərimi yazırdım, – deyə o sözünə davam etdi: –Hazırda yalnız “Yol” kitabım çap olunmuşdur. Qalan 35 kitabım öz növbəsini gözləyir.

Onda Asif Atanı beş yarlıqla “mükafatlandırdılar”:

Antimarksist,

Antikommunist,

Millətçi,

Panturkist,

Klerikalist.

Bütün bunları Azərbaycanda gizlətdilər. Bu işləri bilənlərə millətçi, şovinist damğası vurulurdu. Azərbaycanın bütün dövlət strukturlarında ermənilərə, erməni əsillilərə və xanımı erməni olanlara üstünlük verilirdi. Çünki, hələ Ermənistan Kommunist partiyasının nəzdində “xaricdə yaşayan ermənilərlə əlaqə” şöbəsi yaradılmışdı. Bundan isə Moskvanın, DTK-nın 100-də 100 faiz xəbəri və razılığı var idi. Akademik, astronom Ambrasyiyan məhşur Abastuman rəsədxanasında olan teleskopu ilə yalnız fəza cisimlərini deyil sən demə Azərbaycanı da nəzarət və müşahidə altında saxlayırmış. Bakıda isə Sayat-Nova ilə Aşıq Ələskərin dostluğundan, Sumqayıtla Leninəkanın qardaşlığından, Bakı ilə İrəvanın həmrəyliyindən danışılırdı. Əslində isə erməni - Azərbaycan münasibətlərinin əsil mahiyyəti SSRİ çempionatında oynayan ermənilərin “Ararat” futbol klubu ilə Azərbaycanın “Neftçi” futbol klubu arasında olan görüşündə özünü göstərirdi. Yəni Dağlıq Qarabağa yiyələnmədən futbol klubları arasında milli ədavətin qızışması, aydınlaşması ittifaq və erməni dövlətinə sərf etmirdi. Buna görə də bu komandaların görüşü 100 qat nəzarət altında keçirilirdi. Çünki Azərbaycana gələcəkdə olan təcavüzü hələlik futbol meydanlarında aşkar etmək olmazdı. Ancaq Tehranda, Afinada, Daşkəndə, Parisdə, Kaliforniyada, Livanda, Suriyada, erməni təbliğatını, erməni iqtisadiyyatını gücləndirmək üçün mümkün olan işlər görülürdü. Əslində bu gün Azərbaycanın Qarabağ məsələsində düşdüyü çətinliklər keçmiş dövrlərdən, hadisələrdən çıxarılmayan nəticələrin şərhi idi.

Dünya ölkələrinə səpələnmiş cənublu, şimallı, 40 mln-dan artıq azərbaycanlının dünya ölkələrinə səpilmiş 3 mln-a yaxın erməniyə cavab verə bilməməsi məntiqə uyğun deyil. Çünki bu böyük və kiçik xarici dövlətlərin Azərbaycana və Ermənistana olan bu və ya digər münasibətləri ilə müəyyənləşir. Bax, məsələnin əsil mahiyyəti bundan ibarətdir. Bu mürəkkəb hallar isə cəmiyyətə qarşısı alınmayan burulğanlar yaradır. Okean və dənizlərə məcrasından çıxan dalğalar formalaşdırır. Bax burda Sədi Şirazi necə də haqlı olaraq demişdir: “Sənə demədimmi dəryaya çıxma, indi ki, dəryaya çıxmısan, taleyini tufanlara tapşır”.

80-ci illərin ikinci yarısında dünyada gedən ictimai-siyasi proseslər özünün yeni mərhələsinə qədəm qoydu. Bu mərhələ uzun illər kapitalist və sosialist sistemləri arasında gedən siyasi mübarizədə artıq ikincilərin dərin iqtisadi-siyasi böhrana yuvarlanması ilə yadda qaldı. Bu prosesin ortaya çıxmasının əsasında planl – sosialist iqtisadi sisteminin puçluğu və kapitalist – bazar iqtisadiyyat ilə rəqabətdə yetərsizliyi əsas rol oynamışdır. Bunu vaxtında başa düşən və sovet iqtisadiyyatının ağır rəqabət şəraitinə dözməyərək çökəcəyini öncədən hesablayan Qərb və əlbəttə ki, ilk növbədə də ABŞ Sovetlər Birliyini silahlanma yarışına cəlb etməklə onun iqtisadiyyatını sarsıtmağı qarşılarına məqsəd qoymuşdular və zamanla bu məqsədinə də nail oldular. SSRİ – nin iqtisadiyyatı çökdü. Çöküş gözləniləndən də tez baş verdi. Səbəb isə o idi ki, Sovetlər Birliyi “dünya kommunist hərəkatları”nn dəstəklənmsin də həddən artıq vəsait xərcləyirdi. Bundan başqa Əfqanıstanda aparılan və sonu gəlməyən yorucu müharibə də öz mənfi təsirini göstərirdi. Dünya bazarında neftin qiymətinin həddən artq ucuzlaşmasının təsiri də böyük idi. Bütün bu faktorlar birləşincə, çox əcaib bir mənzərə yarandı.

Dünyann iki supergücündən biri sayılan böyük bir dövlət öz əhalisini ərzaqla təmin etməkdə ağlasığmaz çətinliklərlə üz-üzə qalmışdı. Dükanlar boşalmış, ərzaq üçün uzun növbələr yaranmış, kart sistemi tətbiq edilməyə başlamışdı. Belə bir vəziyyətlə üzləşən xalq kommunizmin zəruri qələbəsi, sosialist iqtisadiyyatının üstünlüyü və s. haqqında indiyə qədər aparılan təbliğatn boş və mənasız olduğunu bütün çılpaqlığı ilə anlamağa başladı. Saatlarla növbələrdə durmaqda və yetərincə qidalana bilməməkdən cana yığılmış xalq arasında narazılıq artırdı. Fəqət bu narazılığı dilə gətirmək imkan yox idi. Lakin bir müddət sonra bu imkan da yarandı. Çətin vəziyyətə düşən SSRİ öz əzəli rəqibi və düşməni ABŞ-a maliyyə yardımı üçün müraciət etmək məcburiyyətində qaldı. Yardım isə gecikmədi. Fəqət yardım müqabilində kommunist rejimi qarşısında demokratikləşmə tələbi irəli sürülmüşdü. Bu tələbin nəticəsi kimi tarixin maraqlı dönüş nöqtələrindən biri olan “Aşkarlıq” və “Yenidənqurma” siyasəti adı altında demokratikləşməyə start verildi.

O dövrki sovet rəhbərliyinin ağlına belə gəlməzdi ki, tətbiq edlən yenilik mütiliyə alışmış sovet xalqını çox qısa bir zaman dönəmində, özü də dövlətə və kommunist partiyasına qarşı baş qaldırmağa cəsarət edə biləcək səviyyədə qızğın fəaliyyət və hərəkətə sövq edəcək, milli respublikalarda millətçilik ideyalarının alovlanmasına səbəb olacaq və kommunistlər ağlasığma sürətlə ölkə və xalq üzərində nəzarəti itirəcəkdir.

Dünyada kommunist hərakatının zəifləməsi nəticəsində Şərqi Avropada mövcud zorakı totalitar sosialist rejimləri süquta uğradı, kommunist kabusu sayılan SSRİ-də sovet inzibati-amirlik sistemi get-gedə tənəzzülə uğradı və Sovet məkanına daxil olan müttəfiq respublikalarda yeni siyasi proseslər formalaşmağa, suverenlik və milli-azadlıq meylləri güclənməyə, milli özünüdərk ruhu baş qaldırmağa başladı.

Bu ictimai-siyasi proseslər həmçinin Quzey Azərbaycanın da ictimai-siyasi həyatına nüfuz etməyə başladı. Burada, hələ 1960-70-ci illərin maarifçilik hərakatı gedişində formalaşan siyasi xətt, siyasi mübarizəyə keçid üçün zəmin yaratmışdı. Artıq respublikanın hər yerində siyasi ab-hava dəyişməyə, demokratik hərəkat, milli-azadlıq mübarizəsinin ilk cücərtiləri boy verməkdə idi. Xüsusilə, 1970-ci illərin əvvəllərindən başlayaraq, Azərbaycanda milli özünüdərketmə, milli şüurun yüksəlməsi, iqtisadi, siyasi və elmi-mədəni sahələrdə elə bir tarixi yüksəliş başlandı ki, bu haqda yazmamaq, bu dövrün üstündən sükutla keçmək doğru olmazdı.

Məhz bu dövrdə Azərbaycan televiziya və radiosunda milli dəyərlərə əsaslanan verilişlərin yaranması (“Ozan”, “Bulaq”, “Karvan”, “Muğam axşamı”və.s) xalqın keçmişinə, milli qəhrəmanlıqlarına və mənəviyyatına həsr edilmiş tarixi kino-filmlərin (“Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Tütək səsi”, “Axırıncı aşırım”, “Nizami” və.s) araya-ərsəyə gəlməsi , uzun müddət antisovet ədəbi və elmi simaların (M.Müşviq, H.Cavid, R.Axundov, Y.Məmmədəliyev, S.Mümtaz, H.Hüseynov və.s) irsinin təbliği, onların və Nizami, Füzuli, Vaqif, Sabir, C.Məmmədquluzadə, S.Vurğun və s. kimi klassiklərin bütün SSRİ səviyyəsində yubileylərinin keçirilməsi, H.Cavidin qəbrinin Uzaq Sibir çöllərindən vətənə gətirilməsi və saysız-hesabsız tədbirlər xalqımızın milli şüurunun inkişafında misilsiz rol oynadı. Həmin dövrdə işıq üzü görən bir çox elmi əsərlərin, xüsusən də K. Kərimovun “Azərbaycan miniatürləri”, L. Kərimovun “Azərbaycan xalçaları”, M. Allahverdiyevin “Azərbaycan xalq teatrı”, M. Seyidovun “Azərbaycan mifik təfəkkürünün qaynaqları”, R. Əfəndiyevin “Azərbaycan incəsənəti dünya muzeylərində”, “Azərbaycanın daş plastikası”, N. Rzayevin “Möcüzəli qərinələr”, “Qayalar danışır”, O. Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” və s. bu kimi kitablar azərbaycançılıq və türkçülük ideyalarının yayılmasına əməlli-başlı stimul vedi. “Sovetskaya tyurkologiya” jurnalının və “Azərbaycan filologiyası məsələləri” almanaxının dərc edilməsi də bu istiqamətdə mühüm addım idi. Deyilənlərə dilçi alim A. Məmmədovun Az. TV – də apardığı silsilə verilişləri və bu verilişlərdə türkçülüyün təbliğini də əlavə etmək lazımdır.

Deyilənlərə 1978-ci ildə Azərbaycan Yazıçılar İttifaqında Cənubi Azərbaycan Ədəbiyyatı katibliyinin yaradılmasını, həmin il qəbul olunan Azərbaycan SSR-nin Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasını əlavə etmək lazımdır. Amma çox təəssüf ki, bütün bunlarla bərabər Azərbaycan SSR-nin dövlət himni də dəyişdirildi. Milli təfəkkürə çox nüfuz edən himnin bəndləri bir növ millilikdən partiyalaşmağa doğru meyl götürdü.

Bütün bunlar Azərbaycan xalqında milli-mənəvi ideologiyanın formalaşmasına, nəticə etibarilə azadlıq uğrunda mübarizəyə qalxmasına münbit şərait yaradırdı.

Bu yerdə, bir faktı da xatırlatmaq yerinə düşər ki, 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun SSRİ rəhbərliyinə gəlişi erməniləri öz niyyətlərini həyata keçirmək üçün növbəti planlarını hazırlamağa sövq etdi. 1987-ci ilin oktyabrında M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə məsləhətçisi işləyən Ağanbekyan Fransada Daşnakstyun partiyasının üzvləri qarşısında çıxış edərək DQMV iddiasına start verdi. Burada çıxış edən Ağanbekyan deyirdi: “Mən DQMV-nin iqtisadi cəhətdən Azərbaycan SSR-dən daha çox Ermənistan SSR ilə bağlı olması və buna görə DQMV-nin Ermənistan SSR-nin tərkibinə qatılması haqqında Sov. İKP MK-ya təklif vermişəm”. Şübhəsiz ki, Heydər Əliyevin Vətəninə, millətinə bütün varlığı ilə bağlı olduğunu və onun qüdrətini ermənilər düzgün qiymətləndirə bilmişdilər. Əks təqdirdə, onların avantüralarının beşikdəcə boğulacağı şəksiz idi.

1988-ci ildə “Qarabağ problemi”nin ortaya atılması ilə Azərbaycanda ictimai-siyasi vəziyyət olduqca mürəkkəbləşdi. Bu problem imperiyanın süqutunun qarşısını almaq üçün sovet rəhbərlərinin əl atdıqları tədbirlərin tərkib hissələrindən biri kimi meydana çıxmışdı. Belə ki, dəfələrlə sınanmış vasitədən millətlərarası münasibətləri gərginləşdirməklə xalqlar arasında toqquşmalar yaratmaqdan istifadə edən imperiya rəhbərləri bu dəfə də öz ənənələrinə sadiq qalaraq Qazaxıstanda, Orta Asiyada, Baltikyanı Respublikalarda, Moldovada və eləcədə, Cənubi Qafqazda yaşayan millətlər, toplumlar arasında süni qarşıdurmalar yaratmaqla imperiyanın ömrünu uzatmağa cəhd edirdilər. Yenidənqurma adı altında ortaya atılan bu avantürist siyasət demək olar ki “Qarabağ problemi” ilə sonuclandı.

“Qarabağ problemi” ətrafında hər kəs, necə deyərlər öz “kartı”nı oynayırdı. Belə ki, əgər imperiya rəhbərlərinə “Qarabağ kartı” imperiyanın ömrünün uzadılması üçün vacib idisə, bu prosesdən bir vasitə kimi istifadə edən ermənilər üçün isə öz ağalarının kölgəsində illər boyu içərisində gizlətdikləri “Böyük Ermənistan” dövləti yaratmaq xülyasını gerçəkləşdirmək üçün lazım idi. Elə bu səbəbdən də, Sovet İttifaqının partiya, dövlət orqanlarında yüksək vəzifələr tutan erməni və ermənipərəst qüvvələrin himayədarlığına, habelə dünyanın iri dövlətlərində yaşayan və iqtisadi cəhətdən olduqca güclü olan erməni lobbisinə arxalanan Dağlıq Qarabağ erməniləri sosial-iqtisadi problemləri önə çəkərək, DQMV-nin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirildiyini elan etdilər. Ermənistan SSR Ali Sovetinin sessiyası isə DQMV-nin Ermənistana birləşdirilməsi haqda qeyri-qanuni qərar çıxartdı. Bununla da, faktiki olaraq Ermənistan-Azərbaycan müharibəsinin başlanmasına münbit şərait yaradıldı. Bu hadisələrdən az sonra, ermənilər zorakılıqla qədim Oğuz yurdlarından—Göyçədən, Ağbabadan, Dərələyəzdən, Pəmbəkdən, hətta Qarabağın özündən minlərlə Azərbaycan türkünü qovdular. Ermənilər Sovet beynəlmiləlçiliyi pərdəsi arxasında özlərinin şovinist siyasətini və dənizdən-dənizə uzanan xəyali “Ermənistan” ideyasını ön plana çəkirdilər. Bizdə isə bunların əvəzinə hər vasitə ilə Sovet beynəlmiləlçiliyi və Lenin milli siyasətinin təbliğinə üstünlük verilirdi.

Xalqımız üçün bu gün də ən ağrılı problem olan Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərindən çox deyilib, çox yazılıb. Güman ki, bu mövzuda gələcəkdə də daha əhatəli və daha ciddi təhlillərə, araşdırmalara əsaslanan kitablar yazılacaq. İndilikdə isə bu münaqişənin siyasi kökləri və hərəkətverici qüvvələri haqqında qısa təhlıl aparmağa ehtiyac var.

Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın bir hissəsini öz tərkibinə qatmağa nail olmuş Çar Rusiyası xalqımızın bu haqsızlıqla barışmayacağını və tezliklə ayağa qalxıb azadlığını əldə edəcəyini yaxşı başa düşürdü. Bunun qarşısını almaq və öz müstəmləkəçilik siyasətini həyata keçirmək üçün İran və Türkiyə ərazisində yaşayan, tarixən böyük dövlətlərə qulluq göstərməkdən fərəh duyan 120 mindən çox ermənini Azərbaycanın bir sıra əyalətlərində İrəvan quberniyasında, Zəngəzurda, Göyçədə və Yelizavetpol quberniyasının dağlıq hissəsində yerləşdirdi. Bu yerləşdirmənin ən başlıca tərəflərindən biri öz dindaşlarını himayə etmək idisə də, o biri tərəfi İran və Türkiyə sərhədlərini ermənilər və ruslar hesabına möhkəmlətmək, “can bir, qan bir, din bir” olan millətin bir-birilə yaxınlaşmasına imkan verməmək idi. Ermənilər Azərbaycan torpaqlarında məskunlaşdıqan az sonra imperiya siyasətinin əsil mahiyyəti məlum oldu. Belə ki, XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində öz mənfur niyyətlərini həyata keçirməyə-Azərbaycan torpaqlarında Ermənistan dövləti qurmaq ideyasını gerşəkləşdirməyə başladılar və fürsət düşdükcə öz azadlığı üçün ayağa qalxan, üsyan edən Azərbaycan türklərini müxtəlif üsullarla qırmağa başladılar. 1918-ci ilin 31 martında Bakı, Şamaxı, Quba, daha sonra Zəngəzur, Naxçıvan, Göyçə, Qarabağ qırğınları bu məqsədlə həyata keçirilmişdi. 1920-ci ildə ADR-nın süqutunda da əsas və başlıca rolu məhz kommunist cildinə bürünmüş erməni-daşnak qrupları aparırdı.

1985-ci ildə SSRİ rəhbərliyinə yenicə gəlmiş M.S.Qarbaçov ölkəni beynəlxalq aləmin təcridindən qurtarmaq məqsədilə demokratiya və aşkarlıq prinsipinə üstünlük verdi. Keçmiş imperiyanın ayrı-ayrı xalqlarında, o cümlədən Azərbaycanda uzun on illər boyu gedən Azadlıq mücadiləsindən yaxşı xəbərdar olan SSRİ DTK-sı, Azərbaycan xalqının demokratiyanın imkanlarından yararlanaraq müstəqilliyə can atacağını yaxşı bilirdi. Məhz xalqımızı qabaqlamaq, belə bir fikrə düşməməsinə nail olmaq məqsədilə Moskva SSRİ-nin bir sıra regionlarında olduğu kimi, Azərbaycanda da münaqişə ocağı –“Qarabağ problemi” adlanan bir problem yaratdı. O zaman M.S.Qorbaçovun erməni əhatəsində olmasından, Ağanbekyan, Şahnazaryan, Strovoytova, Balayan və digərlərinin onunla yaxın ilişkilərindən yararlanan ermənilər də bu miskin, sonda özləri üçün əbədi bəlaya çevriləcək məkrli oyuna başladılar.

Qeyd etdiyimiz kimi, erməni millətçilərinin uydurma “Qarabağ ermənilərinin öz müqəddaratını təyin etməsi” məsələsini ortalığa atması və Qarabağın əzəli erməni torpaqları olması haqqında səhv fikri geniş yayılmışdır. Bütün bu səhv və məkrli fikirləri təkzib edən bəzi tarixi faktlara diqqət yetirdikdə, onların nə qədər mənasız və saxta olduğu aşkarlanır.

Avropa ölkələrinin parlamenti tərəfindən “Ermənistanda genosid gününün qeyd olunması haqqında 1987-ci il iyun ayında qəbul edilən qərarı artıq bütün istiqamətlərdə Azərbaycana edilən təzyiqlərdən xəbər verirdi. Dünyanı türkçülük, və islamçılıq idealogiyasından təcrid etməyi qarşısına strateji məqsəd kimi qoyan Amerika, Fransa, İngiltərə, Rusiya, İtaliya, Çin, Hindistan, bu məqsədlərinə nail olmaq üçün Azərbaycanı fəlakətlər burulğanına düçar etdilər. 1988-ci il fevralın sonlarında Sumqayıt hadisələrində super dövlətlərin maraqlarına cavab verən Ermənilərin təxribatı qısa bir müddət ərzində demək olar ki, bütün beynəlxalq təşkilatlar tərəfindən azərbaycanlıların vəhşi kimi qəbul olunması ilə nəticələndi. Ermənilərin Azərbaycana qarşı dövləti, ağlasığmaz cinayətləri haqqında Moskvaya göndərilən məktub və teleqramlar nəzərə alınmırdı. Hətta SSRİ ordusunun kəşfiyyat rəisinin müavini olan general-mayor Şironun “Pod kalpakom kontur razvetki” kitabında göstərirdi ki, ordu əks kəşfiyyatının diplomatik poçtla göndərmiş olduğu erməniləri ittiham edən məlumatlar belə Qorbaçova çatdırılmırdı...



1988-ci ilin dekabr ayında Ermənistanda baş vermiş zəlzələ, türkçülüyün və islamçılıqın düşməni olan dövlətlər və təşkilatlar bu ağır faciədən də istifadə edərək humanitar yardım adı ilə dərman, paltar, ərzaq, tikinti materiallarının konteynerlərinə kütləvi şəkildə müasir silahlar göndərirdilər. Hətta o vaxtkı birinci katib Ə. Vəzirov çağırılmamış qonaq kimi 80 nəfər azərbaycanlını “İL” təyyarəsi ilə Leninakana göndərir. Ermənilər isə bu təyyarəni havada vururlar. Sumqayıtda erməni təxribatı nəticəsində məhv edilən 10-15 erməninin ölümü bütün azərbaycanlıların ziyanına dünyada əks-səda verdiyi halda 80-dən artıq azərbaycanlının ermənilər tərəfindən Leninakanda məhv edilməsi demək olar ki, dünyanın Rusiya, Amerika, Fransa, İtaliya, Çin, İran kimi mötəbər dövlətləri tərəfindən nəinki düzgün qiymətləndirilmədi, sadəcə insanlıq naminə belə olsun, xatırlanmadı da. Bu hadisənin üstündən sükutla keçildi. Ümumiyyətlə, azərbaycanlılara qarşı ermənilərin tarixin müxtəlif vaxtlarında etdiyi düşmənçiliyi yada salmasına yerli məmurların əksəriyyəti yəqin ki, özlərində xəbəri olmadan Moskvanın idarəçiliyi ilə keçmişi yada salmaq, ədavət aparmaq, qısqanclıq kimi qiymətləndirilirdi. 1905-ci il qırğını. Biz bu faciəni yada salmadıq. Nəticə də 1918-ci ilə qədər Bakıda 100 minə yaxın erməni məskunlaşdı. 1918-ci il mart qırğınını yaddan çıxardıq. 12-min Bakıda 1000-lərlə insan Şamaxıda, Qubada, Gəncədə öldürüldü. 1920-ci ildən 1937-ci ilə qədər Bakıda və onun Mərdəkan, Buzovna, Keşlə, Zabrat, Sabunçu, Bakıxanov, Şıxov qəsəbələri də daxil olmaqla dörd yüz minə yaxın erməni məskunlaşdı. O dövrün statistikasi və idealoji mərkəzi bütün bunları bilib, susurdu. 1948-ci il Göyçədə, Amasiyada, İrəvanda 300 mindən artıq azərbaycanlı ermənilərin oyuncaq mənafeyi nəzərə alınaraq Moskvanın siyasi strategiyası ilə Mil-Muğan zonasında yerləşdirildi. Artıq biz bu tarixi də yaddan çıxarmalı idik. Çünki əks halda bizi keçmişə qayıtmada, qisasçılıqda, düşmənçilikdə ittiham edərlər deyə düşünməyə məcbur edirdilər. Bunları həyəta keçirmək üçün bütün vasitələrin hazırlığı görülmüşdü. Nəticədə Bakı və onun ətrafında beş yüz min erməni məskunlaşır. Bu isə Bakının ümumiyyətlə Azərbaycanın iri dövlətlərin himayəsi ilə ermənilər tərəfindən tutulması demək idi. Bizi yenə də keçmişə qayıdmamaq üçün erməniyə “Qardaş” deməyə məcbur edildik. Nəticədə 1988-ci ildən başlayaraq dörd yüz əlli mindən artıq azərbaycanlı tarixi ərazilərində dünya ölkələrinin və təşkilatlarının gözü qarşısında qanına qəltan edilərək taleyin kərdişinə buraxıldı. Yalnız bu zaman Azərbaycanın müstəqil olmaq ideyası və formalaşmaqda olan hərəkat onun strateji düşmənlərini bir birinin ardınca müəyyənləşdirdi. Kimin kim olduğu artıq məlum idi. Sadəcə olaraq müəyyən vaxt lazım idi ki, Azərbacan müstəqil iqtisadiyyatını və ordusunu milli maraqlara əsasən müəyyənləşdirib, milli dövlətini gücləndirsin. Moskva artıq Azərbaycanda etnik zəmində qırğın sala bilmədiyi üçün regionları və siyasi qüvvələri bir birinə qarşı qoymaq təxribatına diqqət yetirmək planını işə salmağa başlayır...
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə