Elman Cəfərli Təbriz Ağayev




Yüklə 1.04 Mb.
səhifə10/11
tarix22.02.2016
ölçüsü1.04 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Hər şey axır və dəyişir. Həyat davam edir.

1991-ci il 18 oktyabr Milli Məclis tərəfindən xalqın təzyiqi ilə qəbul edilmiş müstəqillik haqqında Konstitusiya aktının xalqda yaratmış olduğu sonsuz sevinc Qarabağdakı hadisələrin kədər notları ilə əhatə olunmuşdu. Belə çıxırdı ki, bu dövlət xalqın iradəsini və mənafeyini ardıcıl şəkildə ifadə edən sistemi ya yarada bilmir, ya da yaratmaq fikrində deyil.

Həmin dövrdə əhalinin ən azı 80%-i iqtidardan və məmurlardan narazı idilər. Hadisələr xaotik inkişaf edə bilərdi. Bu da öz növbəsində yeni-yeni ərazilərin itirilməsi ilə nəticələnərdi. Buna görə də 1992-ci il fevral ayının 22-23-də Müvəqqəti İnqilabi Şuranın yaradılmasına dair Bakıda qapalı iclas keçirildi. Bu iclasda Azərbaycanda mövcud olan partiyaların əksəriyyətinin lider və nümayəndələri iştirak edirdi. Tədbirdə azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy mövcud çətinliklər barədə geniş danışdı. Qərara alındı ki, bu İnqilab Şurasının sədri seçilsin, bütün partiya rəhbərləri şuranın üzvü olsun və bütün partiyalar onun çıxarmış olduğu qərarı sözsüz yerinə yetirsin.

İclasda o da vurğulandı ki, Ayaz Mütəllibov son zamanlarda müxalifətlə qətiyyən hesablaşmır. Buna görə də burda onunla danışıqlar aparmaq və hakimiyyəti xoşluqla təhvil verməsini təmin etmək üçün heyət yaratmaq lazımdır. Əgər o, respublikanı borandan çıxarmaq üçün bu heyətlə razılaşmasa o zaman konstitusiyaya uyğun olaraq onu hakimiyyətdən kənarlaşdırmaq lazımdır. Bu iş isə İnqilab Şurasının sədrinə həvalə edildi. Nəhayət, gizli səs vermə oldu. Heyətə seçilən 7 nəfər arasında ən çox səsi mən qazandım. Bu vəzifənin nə demək olduğunu yoldaşlarımızın bəzisi, deyəsən, dərindən hiss etmirdilər. Bir məsələ tam aydın idi ki, əgər iclasın gedişatı və müzakirənin məzmunu iqtidara məlum olarsa, şuranın üzvləri və sədri heç evlərinə də gedib çata bilməyəcəklər. Burada seçilmiş şura üzvlərinin çoxunun təxribatlarla üz-üz qala biləcəyi ehtimalı çox böyük olduğundan qərara gəldik ki, bu gündən etibarən şura üzvləri tamamilə ayrı bir yerdə yaşasınlar. Məni Günəşli qəsəbəsində bir mənzildə yerləşdirdilər. Əlaqəçilərim isə Aslan Məmmədov və Vaqif Heybətov idilər. Evim və ailəmlə bütün əlaqələrim kəsilməli idi.

Xocalı faciəsi Azərbaycanda siyasi hadisələrin gedişini surətləndirdi. 1992-ci il fevral ayının 25-26-na keçən gecə Xocalı faciəsi ilə əlaqədar Azərbaycanın ictimai həyatında gözlənilməz hadisələr, nəzərdə tutulmayan aksialar kor-təbii surətdə artmaqda idi. Xocalıda ermənilər tərəfindən öldürülənlərin meyitləri yük maşınlarında o zaman Ali Sovetin və Prezident aparatının qarşısına gətirilimişdi. Ölənlərin yaxın qohumları qışqıraraq yuxarıda adı göstərilən dövlət binalarında oturan məmurların, prezident A. Mütəllibovun ünvanına kəskin, təhqiramiz ittihamlar səsləndirirdilər.

Hadisələrin bu cür cərəyan etməsi Milli Azadlıq Hərəkatını müvəqqəti olaraq əsas hədəflərindən sapdıra da bilərdi. Hadisələrin nəzarətdən çıxmaması və idarə edilə bilinməsi vahid informasiya mərkəz yaradıldı. Bəzi qüvvələr Xocalı faciəsi ilə əlaqədar mitinq və kütləvi tədbirlərin fevralın 27-28-də keçirilməsi təkid edirdilər. Şura üzvləri beynəlxalq və respublikadakı ictimai - siyasi vəziyyəti müzakirə etdilər.

XX əstrin ən dəhşətli faciəsi olan Xocalı faciəsi Nəsir bəyə ağır təsir etmişdi. O günləri belə xatırlayır: “Xocalı faciəsi ilə əlaqədar olaraq Azərbaycanın ictimai həyatında gözlənilməz hadisələr, nəzərdə tutulmayan aksiyalar kortəbii surətdə artmaqda idi. Hətta, Xocalıda ermənilər tərəfindən öldürülənləri müəyyən qədər meyitləri yük maşınlarında o zamankı Ali Sovet və Prezident Aparatının qarşısına gətirilmişdi. Ölənlərin yaxın və qohumları qışqıraraq yuxarıda adı göstərikən dövlət binalarında oturan məmurların, prezident Ayaz Mütəllibovun ünvanına kəskin, təhqiramiz ittihamedici ifadələr işlədirdilər. Hadisələrin bu cür cərəyan etməsi Milli Azadlıq Hərəkatını hətta inkişaf xəttindən uzaqlaşdıra da bilərdi. Sadəcə olaraq nəzarətdən çıxmaması və idarə edilməsi üçün hər saat informasiyaları mərkəzləşdirən mərkəz yaradıldı. Bəzi qüvvələr Xocalı faciəsi ilə əlaqədar mitinq və kütləvi tədbirləri hardasa fevralın 27-28-də keçirilməsini təkid edirdilər. Şura üzvləri beynəlxalq və respublikadakı ictimai-siyasi vəziyyəti müzakirə edərək, qərara alır ki, 1992-ci il 2 martda Azərbaycanın BMT-yə qəbulu məsələsinə baxılacaq. Azərbaycanın BMT-yə qəbuluna xələl gətirməmək üçün mitinqin martın 2-dən sonra keçirilməsi məqsədəuyğun hesab edilir. Həqiqətən də martın 2-də Azərbaycan Respublikası BMT-nin bərabərhüquqlu dövlətləri sırasına qəbul edildi. Bu hadisə xalqımızın beynəlxalq aləmdə iftixar, əzəmət və vüqarı demək idi. Milli Azadlıq Hərəkatının heç bir vəzifə güdməyən hərəkata təmənnasız qoşulan üzvləri 2 mart 1992-ci ili apardıqları mübarizənin nəticəsi kimi qəbul edirdilər. Bu böyük bir bayram idi. Mənə indi çox qəribə gəlir ki, 2 mart günü nə üçün ümummilli, ümumdövlət səviyyəsində geniş keçirilmir. Axı bu gün müstəqil Azərbaycanın dünya miqyasında rəsmən, hüquqi və faktiki tanınması deməkdir. Adi bir şəxsin, yazıçının, siyasi xadimin il dönümü, yubileyi, mümkün qədər, imkan düşdükcə, daha geniş keçirilən respublikamızda 2 mart BMT-yə qəbulun səssiz-səmirsiz keçib getməsi müəyyən qədər düşünülən, əsasən də düşünülməyəndir. Fransızlar demişkən bəlkə də həyat belədir. Yəni “seləvi”. Fəqət bəlkə də hadisələrə münasibət belədir. Yəni cəmiyyətdə baş verən hadisələr üçün hər şeydən əvvəl liderlər, vətəndaşlar, xüsusilə ziyalılar çox ciddi məsuliyyət daşıyırlar. Bəzən bizim ən böyük günahlarımız kiçik bir qrupa aid olan hadisəni böyütmək, ümummilli olan böyük bir hadisənin isə mahiyyətini bilmədiyimizdən onu kiçiltməyimiz olub”.

1992-ci ilin 2 martında Azərbaycanın BMT-yə qəbulu məsələsinə baxılacağı üçün etiraz aksiyalarının martın 2-dən sonra keçirilməsi məqsədə uyğun hesab edildi.

Martın 2-də Azərbaycan Respublikası BMT-nin bərabərhüquqlu dövlətləri sırasına qəbul edildi. Bu hadisə xalqımızın beynəlxalq aləmdə iftixar, əzəmət, və vüqarı demək idi. Milli Azadlıq hərəkatının heç bir vəzifə güdməyən, hərəkata təmənnasız qoşulan üzvləri 2 mart 1992-ci ili apardıqları mübarizənin nəticəsi kimi qəbul edirdilər. Bu böyük bir bayram idi.

Nə qədər qəribə olsa da, bu gün 2 mart günü nə üçünsə ümummilli, ümumdövlət səviyyəsində geniş qeyd edimir. Axı, həmin gün müstəqil Azərbaycanın dünya miqyasında rəsmən, hüquqi və faktiki tanınması baş vermişdir. Adi bir şəxsin, yazıçının, siyasi xadimin ildönümüün, yubileyinin mümkün qədər, imkan düşdükcə təmtəraqla keçirildiyi respublikamızda 2 martın - BMT-yə qəbul gününün səssiz, sədasız keçib getməsini, qeyd edilməməsini başa düşmək çətindir. Cəmiyyətdə baş verən bu cür anlaşılmaz hadisələr üçün hər şeydən əvvəl liderlər, vətəndaşlar, xüsusilə ziyalılar çox ciddi məsuliyyət daşıyırlar. Bəzən bizim ən böyük günahlarımız kiçik bir qrupa aid olan hadisəni həddən artıq böyütmək, ümumilli mahiyyət daşıyan böyük bir hadisənin mahiyyətini bilmədiyimizdən onu kiçildməyimiz olub.

Nəhayət martın 3-ü axşam mənə Nardarandan zəng edərək bildirdilər ki, Zakir bəy martın 5-də keçirilməsi nəzərdə tutulan mitinqin Bakı və Kəndlər Birliyi tərəfindən keçirilməsini irəli sürüb və bu təklif qəbul edilib. Bu böyük bir siyasət idi. Çünki, o dövrdə iqtidar Bakı, Abşeron və Şirvan zonalarında dövlət səviyyəsində müəyyən təlimatlarla sosial bazasının gücləndirilməsinə çalışırdı. Əgər, martın 5-də keçiriləcək mitinqi Xalq Cəbhəsi aparsa idi, onda Bakı kəndlərindən olan hazırlanmış qüvvələr böyük qarşıdurma yaratmağa, rayonlu- bakılı adı altında qardaş qırğını ilə nəticələnə biləcək xaosa rəvac verə bilərdilər. Əslində hakimiyyətə sərf edirdi ki, bu mitinqi Xalq Cəbhəsi idarə etsin. Onlara qarşı ifrat yerliçilik damğası vurmaq planı isə hələ 1989-cu ildən hazırlanmışdı.

Zakir bəyin 5 mart mitinqini Bakı və Kəndlər Birliyi tərəfindən keçiriləcəyinin elan edilməsi hakimiyyətin təxribat planlarını alt-üst etdi. Milli Azadlıq Hərəkatında ağır və çətin sınaqlardan çıxmış Buzovna, Binə, Maştağa, Nardaran, Yasamal, Zirə, Masazır, Qobu, Balaxanı, Keşlə, Türkan, Mərdəkan, Şüvəlan kimi kənd və qəsəbələrin sakinlərinə bu mitinqə ciddi hazırlaşmaqları tapşırığı verildi. Mitinqin mühafizəsi və təhlukəsizliyi üçün Zakir bəy bir sıra tədbirlər hazırladı. Beləliklə, martın 4-ü axşamadək aparılan kütləvi idealoji və təbliğati iş öz müsbət nəticəsini verdi. Məlum oldu ki, Bakı kəndlərindən 500-ə yaxın nüfuzlu, tanınan adam mitinqdə iştiraka razılıq verib. Əhali də onları tam dəstəkləyir. Mart ayının ilk günlərində Nardaran, Maştağa, Hökməli, Saray, Mərdəkan kəndlərindən olan müəyyən şəxslər dövlət televiziyasında və mətbuatında demokratik qüvvələrə qarşı kəskin və hədələyici çıxışlar edirdilər. Hətta televiziya ekranından tamaşaçılara barmaq silkələyənləri də olurdu. Mənim və dostlarımn ünvanına deyilən yalan və böhtanlar da ifrat dərəcəyə çatmşdı. Bəziləri də televiziya ekranna çıxaraq, Allaha ibadət etdiyindən, haqdan, ədalətdən danışr, sonra isə təkidl deyirdilər ki, Bakıda Bakı və Abşeron haqqında ancaq bakılılar danışa bilərlər.

Nəhayət, martın 5-i Ali Sovetin qarşısına hərəkət etdik. Bu mitinqi açmalı idim. Bu mitinqdə Zakir bəyin müstəsna təşkilatçılıq fəaliyyəti özünü hiss etdirirdi. Çünki, 3-3, 5-5 təşkilat üzvlərinin dayanmadan mitinqin içərisində və ətrafında hərəkət etməsi təhlukəsizlik üçün müəyyən dərəcədə zəmanət verirdi. Axı, bura Zirədən, Saraydan, Xırdalandan, Yasamaldan, Mərdəkandan, Keşlədən, Novxanıdan olan bəzi regionçu, antidemokratik qüvvələrin soxulmayacağına və təxribata əl atmayacağına heç bir zəmanət yox idi.. Bu qüvvələr Zakir bəyin timsalında Bakı kəndlərinin gücü, qətiyyəti, haqqı deməsi nəticəsində geri çəkilərək, sadəcə seyircilərə çevrilirdilər. Hərçənd ki, BKB-nin çağırışı ilə mitinqdə ən azı 1000-ə yaxın adam iştirak edirdi və lazım olacağ halda, onlar da sözlərini deməyə hazır idilər. Əslində BKB-nin adı ilə çağırılan bu mitinq ümummilli antiregional bir bir mitinq idi.

Martın 5-i hava soyuq idi. Günəşin ilıq şüası insanların həsrət və həyəcan dolu baxışlarına və dodaqlarına hərarət gətirəcək səviyyədə deyildi. Xocalıda baş verən soyqırım, hərbi əməliyyatların uğursuzluğu, dövlət siyasətinin regionçuluqla əvəz edilməsi, milli mənafeyin regional mənafeyə çevrilməsi insanların ümidlərini sarsıtmış, baxışlara nigarançılıq yazmışdı. Bütün bunların qarşısını almaq üçün məhrumiyyətləri nəzərə almadan qətiyyət, əzm inam nümayiş etdirmək lazım idi.

Nəhayət mitinqi açmaq üçün söz mənə verildi. Həmişəki kimi nazik geyindiyimdən soyuq iliyimə qədər işləmişdi. Soyuqdan dişlərim bir-birinə dəyirdi. Bu halın qarşısını almaq üçün isti yay günlərini xatırlayır, gözlərim önündə dənizə gedən yolda isti qovurğa kimi adamların ayağını yandıran sarı kəhrəba qumları canlandırmağa çalışırdım. Bir sözlə autotreninqlə məşğul olaraq, soyuğun təsirini yox etməliydim. Mitinqi əvvəlcədən əldə etdiyimiz razılığa əsasən vətənpərvər şair, publisist, Məmməd İsmayil, tanınmış şair Abbas Abdulla, BKB-dən isə Vaqif Pənahov aparırdılar.

Məmməd İsmayil mitinqi açmaq üçün sözü mənə verəndə soyuq üzündən dostlarımın çiynimə salıdıqları paltonu götürərək məni mikrafona yaxınlaşdırdılar. Çıxışımı məntiqi, siyasi, hüquqi cəhətdən ciddi əsaslandıraraq Azərbaycan xalqına müraciət etdim. Bildirdim ki, millətinin təhlukəsizliyini təmin edə bilməyən, torpaqların toxunulmazlığına zəmanət verməyən prezident normal şəraitdə milli mənafe naminə istefa verməlidir. Çıxışımda ordunun regional əlamət üzrə qurulmasının müdafiə işini iflic vəziyyətə salmasını söylədim. Bildirdim ki, bütün bunların qarşısını almaq üçün milləti bütövləşdirən yeni bir siyasi qüvvəyə ciddi ehtiyac var...

Qısa bir zamanda şaiyə yayıldı ki, məni öldürməklə mitinqi pozmağa çalışacaqlar. Amma buna heç bir əhəmiyyət vermədik. Çünki Zakir bəy və onun mühafizə dəstəsi mitinqin keçirildiyi meydanının hər santimetrini ciddi nəzarət altında saxlayırdılar. Odur ki, hər hansı bir təlaş üçün əsas yox idi. Lakin axşam alatoronlığı düşəndə Hacı Əmrulla həyəcanla mənə yaxınlaşaraq dedi:

-Müəllim, biz təcili getməliyik, çünki səni öldürmək planlaşdırılıb.

Ondan soruşdum:

-Bunu sənə kim dedi?

O, cavab verdi ki, Bunu ona Ali Sovetin mühafizə dəstəsindən olan Vaqif adlı buzovnalı bir mayor dedi. Özü də tapşırdı ki, təcili Nəsir bəyi xilas edin, yoxsa gec olar. Bu informasiyanı Zakir bəyə çatdırdım:

-Hər ehtimala qarşı mən mitinqin pozulmaması üçün təhlukəsiz bir yerə getməliyəm.

Zakir bəy bildirdi ki, sizə qarşı o addımı atmaq mümkün deyil. Lakin, özünüz qərar verin.

Hacı Əmrulla maşını işə saldı. Zakir bəy də hər ehtimala qarşı bizi şəhərin çıxacağına qədər müşaiyət etdi. Həmin gün mən Buzovnada başqa bir evdə qaldım. Mitinq sabaha, yəni martın 6-na qədər davam etdi. Camaat gecəni Ali Sovetin qarşısında keçirdi. Adamlarn dağılmaması üçün Binədə yaşayan vətənpərvər aktyor İlham Əzizov öz parodiyaları ilə böyük bir ordunun görmədiyi işləri görürdü. Soyuqdan küncdə-bucaqda, daldada qızışanlar belə Ali Sovetinin qarşısına gələrək İlham Əzizovu eşitmək istəyirdi. Çünki, parlamentdəki müzakirələrdən bir xəbər olmadığından mitinq iştirakçılarının bir qismi tədricən dağıla bilərdi. Buna isə yol vermək olmazdı. Çünki bu Milli Məclisin üzvlərinin əksəriyyəti milli ordunun yaradılmasına qarşı çıxırdlar.

Təsəvvür edin, torpaqlar tutulur, əhali qırılır, təbii sərvətlər yad ellərə daşınır, fəqət deputatlar milli ordunun yaradılmasının əleyhinə çıxır. Həmin adamlar bu gün utanıb-çəkinmədən bütün itkilərin, faciələrin səbəbkarı kimi Xalq Cəbhəsini, onun vətənpərvər üzvlərini müqəssir elan edirlər. Halbuki, general-leytenant Valeh Bərşadlı və Tacəddin Mehdiyevlə olan müxtəlif görüşlərdə, söhbətlərdə dəfələrlə qətiyyətlə bildirmişdim ki, ordusu olmayan xalqın özü köçkünə, dövləti isə beynəlxalq təşkilatlara əl açıb dilənən dilənçiyə bənzəyir.

1988-1992-ci illər ərzində üzləşdiyimiz bütün itkilərin əsas səbəbi, şübhəsiz ki, azadlıq hərəkatı ilə mövcud hakimiyyət və onun kadrları ilə olan ziddiyyətlər idi. Ermənistan kommunistləri isə bizimkilrdən fərqli olaraq, bütün hərbi kadrları ilə birgə tərəddüdsüz, şərtsiz Ermənistan Ümummili Hərəkatını dəstəkləyirdilər. Çünki onların qarşısında bir erməni olaraq Qarabağı, Naxçıvanı, Arazla Kürün qovuşacağı yerə qədər olan bütün ərazilərimizi tutmaq, nəhayətdə Azərbaycan adlı dövlətin varlığına son qoymaq kimi niyyətləri var idi. O niyyət bu gün də “Böyük Ermənistan” istəyi ilə yaşayan ermənilərin hər birinə hakimdir. Onlara bu məsələdə bütün türk düşmənləri, o cümlədən ruslar, farslar və s. tam dəstək verirdilər. Belə bir şəraitdə bizə birlik lazım idi. Fəqət Ayaz Mütəllibov başda olmaqla yerli kommunistlər əksinə, qardaşı-qardaşa qarşı qoymağa çalışırdılar.

Azərbaycan daxili və beynəlxalq şəraitin müsaid olmadığı bir siyasi burulğanda, super dövlətlərin geostrateji maraqlarının kəsişdiyi məkanda taleyin, vətənpərvər oğulların gümanına qalmışdı. Çünki bu zaman hərbi peşəkarlığı ilə fəxr edən generallar hələ də Rusiyanın ədalətinə inanmaqla Azərbaycanda milli ordu quruculuğuna ciddi maneələr, inamsızlıqlar yaradırdılar. Buna görə də Azərbaycan milli ordusu əsasən peşəkar hərbçi generallar tərəfindən deyil, həyatından keçən fədakar hərəkatçıları tərəfindən yaradıldı. Bu tarixi gerçəklikdir.

1992-ci ilin 6 martinda artıq tam aydın idi ki, xalqımız yeganə çarənin mövcud hakimiyyətin dəyişməsində görür. Ali Sovetin qarşısına yığılan şəxslərin ehtiyaclarını ödəmək üçün adamlar qarşılıqlı surətdə bir-birini ərzaqla və digər zəruri şeylərlə təmin edirdilər. O vaxt Bakı şəhəri üzrə BKB-nin səlahiyyətli nümayəndəsi olan Nazim Məmmədov Daxili İşlər Nazirliyində məsul vəzifədə çalışmağına baxmayaraq, mitinq iştirakçılarına bacardığı köməkliyi əsirgəmirdi.

Nəhayət, gözlənilən xəbər gəldi. Bildirildi ki, Ayaz Mütəllibov istefa verib. Beləliklə, ölkənin ictimai həyatında mühüm rol oynayan BKB öz ilk böyük qələbəsinə imza atdı. Yəni ölkə daxilində vətəndaş qarşıdurması təhlukəsi aradan qaldırıldı. Məhz bu BKB-nın Azərbaycan xalqına və Azərbaycan tarixinə müstəsna və əvəzsiz xidməti idi. 6 mart hadisələrindən sonra Azadlıq Hərəkatı daha da genişləndi.

Cəbhə bölgələrində yaranmış hərbi sursat qıtlığını aradan qaldırmaq üçün BKB xalqa müraciət qəbul etdi. Müraciətdə göstərilirdi ki, hər bir azərbaycanlı yaşından və cinsindən asılı olmayaraq, imkan daxilində milli orduya, döyüşən əsgərlərə, sərhəd zonasına maddi və mənəvi yardımını əsirgəməməlidir. Aprel ayının ortalarında bu müraciətlə əlaqədar BKB-nə ən böyük maddi yardım Əzizbəyov rayon Maarif şöbəsindən göstərildi. Əzizbəyov rayonunun Xalq Maarif şöbəsinin müdiri İlham Məmmədov 85 min 600 rubla yaxın məbləği bizə təqdim etdi. Mən onu sənədləşdirdim. O puldan 60 min rubl Qobudan olan Mübarizə və Rəhman Nəriman oğluna verildi. Çünki onlar Rusiyanın Güzdəkdə və o ətraflarda olan hərbi hissələrindən zirehli geyim, onlarla rabitə vasitəsi, gecə görmə qurğusu, mina axtaran, 80-dən artıq piyadaya qarşı mina, 10-dan artıq tanka qarşı mina, 100-lərlə F-1 müdafil qumbarası, bir o qədər də RQD hücum qumbarası, iri çaplı “Şilka” pulemyotu, yarım maşından artıq zəruri tibbi ləvazimat alınmışdı. “Şilka” pulemyotu Allahverdi Bağırovun Ağdamda döyüşən taburuna çatdırmaq üçün Nəsrəddin adlı şəxsə verildi.

Nəsir bəy ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə, bu mübarizəyə qoşulanlara daim həssas yanasıb. 1992-ci ildə qardaş Türkiyədən Atilla Yumak adlı bir könüllü Qarabağda döyüşmək üçün gəlibmiş. Nəsir bəy xəbər tutur ki, Atilla Yumak AXC-nin qərargahında gecələyir, masaların üzərində yatır. Xəbər Nəsir bəyə gecə çatır: “O gecə xəcalətimdən yatmadım. Düşünürdüm ki, bu adam bizdən ötrü döyüşməyə gəlib, ancaq biz onu layiqli ağırlaya bilməmişik. Səhər tezdən AXC-nin qərargahına getdim, Atilla Yumakı tapdım. Dedim, övlad, sən torpaq uğrunda döyüşməyə gəlmisən, ən yüksək şəraitdə də yaşamalısan. Bu gündən qonağımsan. Mən harda qalsam, orda qalacaqsan, nə yesəm, ondan yeyəcəksən”. Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş, sonralar Qubadlının Basarat kəndində kontuziya alaraq ermənilərə əsir düşmüş Atilla Yumak sənədlərini qaydasına salana qədər, 6 ay Nəsir bəyin evində qalır.

Televiziyada, radioda və mətbuatda respublikadakı vəziyyətlə əlaqədar olaraq tez-tez BKB-nin müraciət və fəaliyyəti əks etdirilirdi. Bir sözlə, ümummilli maraqlar, ümummilli mövqe gözlənilirdi. İstənilən yerliçilik, regionçuluq və tayfabazlıq halı BKB-nin amansız müqavimətinə rast gəlirdi. Aprel ayının ikinci on günlüyündə BKB-nin Məhəmmədi kəndinin girəcəyində olan sovxozun akt zalında növbəti məclisi keçirildi.

Məclisdə gündəlikdə olan bütün məsələlər müzakirə edildi. Müvafiq zəruri qərarlar qəbul edildi. Nəhayət növbəti iclasın harada keçiriləcəyi təklifi müzakirəyə çıxarıldı. Bu iclasda BKB-yə qarşı hər zaman gözlənilən təxribatlardan bəhs edildı. Biz fəaliyyətimizi və düşüncəmizi bu cür toqquşmalara deyil, milli dövlətçiliyin yaranmasına, ordunun güclənməsinə, bütün resursların təcavüzkar ermənilərə qarşı yönəldilməsi istiqamətində qururduq. Səbr, dözüm hadisələrin soyuqqanlı təhlili düzgün qərar qəbul etməyə kömək edirdi.

Bundan əvvəlki iclasların birində Çeçenistandakı ictimai-siyasi vəziyyət təhlil edilərkən qərara alınmışdı ki, N. Məmmədov, M. Axundov, Məşhədi Əbdül və s. Dostlarımızdan ibarət nümayəndə heyəti C. Dudayevlə həmrəylik bildirmək məqsədi ilə Qroznıya getsin. Qroznda keçirilən görüşlərin hamısı lentə alınsa da, sonradan məlum oldu ki, bütün fotolar hansısa səbəbdən yanıb. Bununla belə, BKB üzvlərinin Çeçenistan səfəri Rusiyanın “Pravda” və “İzvestiya” qəzetlərində yetərincə işıqlandrılmışdı. İclasda bu səfər barədə də hesabat dinlənildi.

İclasın ortalarında Vaqif Pənahov ayağa qalxaraq dedi ki, Məstavər bəy yaxşı təklif edir. Xırdalanda yığışmağı məsləhət görür.

Mən bir söz demədim. Çünki dəqiq bilirdim ki, destruktiv qüvvələr əsasən Coratda, Hökməlidə, Novxanıda, Sarayda, eləcə də Xırdalanda hiss ediləcək qədərdir. Xırdalanda yarana biləcək hər hansı bir maneə, müqavimət BKB-nin sonrakı fəaliyyətinə dərin psixoloji təsir göstərə bilərdi. Çünki artıq azadlıq hərəkatının mahiyyətini başa düşməyən, onu ancaq siyasi hakimiyyətə gəlməklə məhdudlaşdıran eybəcər və yaramaz, ləyaqətini itirmiş şəxslər kifayət qədər isi. Hər hansı tədbirin keçirilmsi zamanı bunu nəzərə almamaq doğru olmazdı. Bir sədr kimi təşkilatı hər hansı toqquşma və münaqişədən qorumağa borclu idim. Hər hansı mənasız münaqişəyə cəlb edilməklə əsas hədəflərimizdən müvəqqəti də olsa, yayna bilərdik ki, bu da bizə indiki həssas zamanda qətiyyən lazım deyildi. Üzərimizə millətə xidmət kimi böyük missiya götürmüşdük və bu missiyanı tamamlamalydıq.

Məstavər Axundov təklifində qərarlı idi. O, ayağa qalxaraq növbəti məclisin saat 4 radələrində Xırdalandakı mədəniyyət sarayında çağırılmasında israr etdi və bildirdi:

-Nəsir bəy, Bakı kəndləri bir neçə yerə bölünüb, yaxşı olar ki, elə onları da dəvət edək, bir yerdə yığışaq. Elə bilirəm ki, bu ümumi işin xeyrinə olar. Kəndlər içərisində də umu-küsü olmaz. Mən Xırdalandakı iclasa cavabdehəm, orda heç bir artıq hərəkət ola bilməz. Sadəcə olaraq bir-birimizi eşıtməliyik”.

Üzümü məclis üzvlərinə tutaraq dedim:

-Cənablar, təşkilatın daxilində rəngbərəng siyasi düşüncələrin baş qaldırması artıq kəskin münaqişə deməkdir. Buna görə də mən Məstavər Axundovun təklifini şəxsən qəbul etməsəm də, sizin təkidinizlə razıyam. Lakin ciddi hazırlaşmaq lazımdır. Çünki bizi orada əvvəlcədən hazırlanmış qüvvələr gözləyəcək.

Xülasə təşkilatın fəaliyyətinə bilərəkdən və ya bilməyərəkdən belə təkliflərlərlə problem yaradılması açığı məni narahat edirdi. Bu cür səhvləri düzəltmədən, reallığı əks etdirməyəm qərarları çoxluğun səsi ilə qəbul edərək bunu demokratiya adı ilə adlandırmaq fəlakət idi. Nə etməli, bir zamanlar, yəni 1920-ci il aprelin 27-si Azərbaycan Cümhuriyyətinin üzvləri də yaranmış vəziyyətdən çıxmaq üçün demokratiyanın xəyanət və fəlakət duyğusunu qəbul etdilər.

İntiqam Əliyevə ciddi tapşırıq verdim ki, Xırdalan görüşünə hazırlaşarkən təhlukəsizlik tədbirlərinə xüsusi diqqət verilsin:

-Çünki orda bizi münaqişələr və təxribatlar silsiləsi gözləyir.

Xırdalan tədbirinə Yadigarov Sulduz, Abdullayev Yusif, Məmmədov Vaqif, Heybətov Vaqif, Hüseynov Abbas, Məmmədov Nazim, Əmrulla Dadaşzadə, Xalıq Ağayev, Quliyev Zakir İbrahim oğlu, Mərdəkanlı Vidadi, Masazırdan Səmədov Arif, Zaratdan Abbasov Firudin xüsusi səlahiyyətlə iştirak edirdilər. Əmin idim ki, orada bizi gözləyən tərəf silahlı olacaq. Buna görə də biz bunu da nəzərə almışdıq. Xırdalan görüşü günü əvvəlcə Piriküşküldəki hərbi hissəyə getdik.

Burda ordu qarşısında çıxış edərək bildirdim ki, ordu millətin və dövlətin olduğu üçün heç bir siyasətə qoşulmamalıdır. Çünki, ordu müxtəlif siyasətlərə xidmət etsə dövlətini, xalqını, torpağını qorumaq əvəzinə, hakimiyyət uğrunda mübarizədə vətəndaş qırğını yaradacaq. Bir sözlə, həm hüquq-mühafizə orqanları, həm də ordu bu və ya digər təşkilatın deyil, bütövlükdə xalqın iradəsini ifadə edən dövlətin mənafeyinə xidmət etməlidir.

Əsgərlərlə görüş saat 3-ə qalmış bitdi. Hərbçilərə xeyir-dua verərək, oranı tərk etdik. Mənimlə olanlara bildirdim ki, Xırdalanda bizi kəskin mübarizə gözləyir. Bu mübarizəyə hazırlaşın. Nəhayət, Xırdalan Mədəniyyət Sarayına yaxınlaşdıq. Burada 60-dan artıq maşın var idi. Maşınımızı saxlamağa yer olmadığından onu səkinin üzərinə çıxaraq. Mədəniyyət Sarayına yaxınlaşdıq. İntiqam Əliyevə bildirdim ki, Sarayın böyük zalına getsin. Səhnənin düzülüşünə diqqət yetirsin, görsün ora neçə stul qoyulub? Məstavəri də yanıma çağırsın.

Çox çəkmədi ki, İntiqam geri qayıtdı. O mənə bildirdi ki, zalın girəcəyində sağ sırada 100-ə qədər adam oturub. Onların içərisində məşhur qəzəlxan füzulişunas Əliyev Hacı Mail İsmayıl oğlu, Hökməlidən Ramiz, Coratdan Molla Ənvər, “Tövbə” cəmiyyətindən Hacı Əbdül, Qurtuluş təşkilatından Məlik dayı və s. şəxslər var. Zalın səhnəsində isə 7 ədəd stul qoyulub. Mən İntiqama dedim:

-Artıq zalda qüvvələr özlərini ayırıblar. Hətta səhnədə neçə nəfərin oturmalı olduğunu da müəyyənləşdiriblər. Bunun üçün sən, Yusif, Sulduz, Məmmədov Vaqif içəri girib, səhnədə 3 stul saxlayarsız, qalan stulları səhnənin arxasına ötürün. Adlarını saydığım şəxslər səhnəyə çıxaraq pərdənin arxasında zala nəzarət edərək hər ehtimala qarşı tam hazır vəziyyətdə olsunlar.

Çox keçmədi ki, Məstavər yanıma gəldi və bildirdi ki, iclasa başlamaq olar. Mən bu zaman Məstavərə dedim ki, burda ola biləcək hər hansı hadisəyə görə məsuliyyət daşıyırsan və təhlukəsizliyə cavabdehsən. Mən artıq içəri aparılarkən İntiqam ona vermiş olduğum tapşırıqları tam yerinə yetirmişdi. Bizimlə bu iclasda Çeçenistan-İçkeriya respublikasının prezidenti C. Dudayevin şəxsi nümayəndəsi Əli Cabbar bəy də iştirak edirdi. Məstavər Axundov tribunaya keçərək bu ümumi yığıncağın birlik üçün çağırıldığını elan etdi. Bildirdi ki, qüvvələrimizi dağınıq halda deyil, birləşdirib fəaliyyət göstərməyimiz yaxşıdır. Umu-küsüləri bir yana qoyaq. Biz Bakı kəndlərində demək olar ki, eyni adamlarıq

Mən səhnədə tək oturmuşdum. Zalda olan bütün psixoloji gərginliyi içimdə yaşasam da, sakit görünməyə çalışırdım, hər bir sözə ciddi diqqət verirdim. Çünki zalda bizdən əvvəl yer tutan şəxslərin nə istədiyini və nə məqsəd güddüklərini ani deyilmiş bir sözdən tutmaq lazım gələcəkdi. Onlar isə susurdular. Nəhayət, Hacı Mail Əliyev Məstavərə üz tutaraq bildirdi:

-Biz sizinlə tamamilə başqa-başqa adamlarıq.

Bu söz sağ tərəfdə oturanların danışıq və razılığa gəlmək məqsədi deyil, iddia və tələblərlə çıxış etmək məqsədi güddüklərindən xəbər verməkdədəydi. Sonra Saraydan İntiqam adlı bir şəxs tribunaya çxaraq zalda oturanlara əsli və nəsli haqqında məlumat verdi. Sonra mənə üz tutaraq dedi:

-İndi sədrimiz bizə atası, anası, nəsli haqqında məlumat versin.

Mən üzümü ona çevirərək dedim:

-Mən sizin sədriniz deyiləm.

Doğrudan da qeydiyyatdan keçmiş bir təşkilatın üzvü olmayan şəxslərə kütləvi bir tədbirə təşkilat sədrinin cavab verməsi üzvlərinin hörmətdən salınması deməkdir. Buna görə mən zala baxıb təşkilat üzvlərinin məqsədə uyğun fəaliyyətini gözləyirdim. Çünki mənim suallara cavab verməyim, özünü bizdən ayrı hesab edən tərəfin hücumlar qarşısında tək qalmağım demək olardı. Bunun üçün BKB üzvləri danışmalı idi. Axı, mən əks tərəfəbir başa bildirə bilməzdim ki, siz BKB-nin üzvləri olmadığınıza görə, eyni zamanda bu təşkilatın nizamnaməsi və strukturları ilə razılaşmadığınız üçün bu məclisdə iştirak edə bilməzsiz. Bu fikirləri yalnız BKB üzvləri deyə bilərdi. Təşkilat böyük sınaq və imtahan qarşısında idi.

Tam aydın idi ki, Abşeron rayon polis idarəsi, Bakı şəhər Daxili İşlər İdarəsi, Dövlət Təhlukəsizlik Komitəsinin orqanları Xırdalanda keçirilən bu yığıncağın məhz təxribati hissəsində maraqlı idilər. Çünki 1992-ci il 5-6 mart hadisələrində prezident Ayaz Mütəllibovun istefasına nail olan əsas və aparıcı qüvvələrdən biri məhz Bakı və Kəndlər Birliyi idi.

Bakı kəndlərinə hətta şayiələr yaymışdılar ki, mənim ya atam, ya da anam guya əslən Qərbi Azərbaycandandır, yəni “yeraz”dır. Məqsəd məni sədrlikdən kənar etməklə yanaşı təşkilatı siyasi və ictimai bazadan məhrum etmək idi. Nəhayət Hacı Əmrulla təşkilatın yaranması, fəaliyyəti haqqında BKB-nin üzvü olmayan əks tərəf də məlumat verərək bildirdi:

-Bizi bakılı, rayonlu deyil, azərbaycançılıq maraqlandırır. Burada BKB-nin məclisinin yığıncağı keçirilir, bu iclasda ancaq məclis üzvləri ola bilər. Bu zaman Hacı Mail yerindən soruşdu:

-Neçə kəndin nümayəndələri sizin təşkilatda iştirak edir?

Hacı Əmrulla protokola əsasən 28 kəndin nümayəndələrinin iştirak etdiyini bildirdi. Bu yığıncaqda Hacı Əmrulla təşkilatımızı ləyaqətlə müdafiə etdi. Yerdən atılan replikalara kəskin cavablar verdi. Ayrı-ayrı tərəflərdə oturan regionçu qüvvələrlə, azərbaycançı, demokratik qüvvələr arasında qısa fasilələrlə söz döyüşü başlandı.

Çox gərgin vəziyyət yaranmşdı. Mənim hər hansı bir fikrim əks tərəfə gözlənilən təxribatı yerinə yetirməyə imkan verə bilərdi. Mən bunu bütün varlığımla hiss edirdim. Elə bu vaxt zala Quliyev Zakir İbrahim oğlu 10 nəfər şəxslə daxil oldu, qətiyyətli addımlarla sakitcə BKB üzvlərinə yaxınlaşdı və onların arasında oturdu. Zala dərin sükut çökdü. Çünki bu halda hər hansı bir düşünülməmiş hərəkətin Bakı kəndləri arasında düşmənçiliyin güclənməsinə səbəb olacağını hamı başa düşürdü. Zakir bəy zalda gedən prosesləri hələlik təmkinlə seyr edirdi. Eyni zamanda, BKB analitik mərkəzinin rəhbərləri Nazim Məmmədov və Mirrəhim Məcidov da çox təmkinli görünürdülər. Ümumiyyətlə, məclisin keçirilməsinə maneəçilik olduğuna görə təxribatın daha da genişlənməməsi üçün təcili surətdə zalı tərk etməli idik.

Belə də oldu. Cəbrayıl Əlizadə, Hacı Kərim, Qabil bəy səhnəyə qalxaraq bu yığıncağı tərk etməyimizi təkid etdilər. Bizi qoruyan güclü mühafizə dəstəsi ilə zalı tərk edərkən, tanımadığımız şəxsləri yoldan kənarlaşdırırdlar, mənə yaxınlaşmağa imkan vermirdilər. Bu mühafizənin təşkilində başda Zakir bəy olmaqla, İntiqam Əliyev, Sulduz Yadigarov, Mirrəhim Yadigarov, Mehman Məmmədov, Bahadur İsmayılov, Xalıq Ağayev, Məzahir Nəsirov, Aydın Rəcəbov müstəsna xidmət göstərdilər. Biz maşına oturanda bir neçə nəfərin bizə yaxınlaşmaq istədiyini gördük. Onlar məndən iclasın çəkildiyi kasseti istəyirdilər. Bu zaman Abbas Hüseynov onların qarşısını kəsərək cavablarını verib geri qaytardı. Özü də bu zaman Hüseynov Abbasın tabel silahı üstündə idi. 50-yə yaxın məclis üzvü ilə birlikdə iclası Məhəmmədi kəndindəki məsciddə davam etdirməyi qərara aldım.

Sonradan öyrəndim ki, Xırdalanda bizə qarşı olan qüvvələr biz gedəndən sonra özlərinin ayrıca “Bakı və Kəndlər Birliyini” elan etmişdilər. Zalda oturan Zakir bəy onlara layiqli cavab vermişdi. Eyni zamanda Məmmədov Nazim də qarşı tərəfin iç üzünü tanımaq üçün Xırdalandakı iclasda oturub baş verənləri diqqətlə müşahidə etmişdi.

Beləliklə, Məhəmmədi məscidində BKB-nin iclasını keçirdik, növbəti iclasın Zirədə keçiriləcəyi planlaşdırılırdı. Aprelin axırlarında baş verən Xırdalan hadisəsinin təkrarına imkan vermək olmazdı. Əks təqdirdə bunun mənfi nəticələri ola bilərdi. Odur ki, Buzovnaya qayıdan kimi, təqribən saat 20.00 radələrində Azərbaycan Dövlət Televiziyasına zəng edərək Xırdalanda keçirilən BKB məclisinə qarşı təxribat törədildiyi barədə məlumat verdim, məclisin davamını Məhəmmədi kəndindəki məsciddə keçirmək məcburiyyətində qaldığımızı bildirdim. İclas zamanı qəbul olunan qərarları “Günün xəbərlər”i verlişinin redaktoruna çatdırdım. Eyni zamanda “Günün xəbərləri”ndə mütləq BKB-nin iclasının Məhəmmədi kəndində keçirilməsini işıqlandırmağı onlardam rica etdim. Doğrudan da “Günün ekranı”nda BKB-nin Məhəmmədi kəndində keçirilən iclası barədə məlumat verildi.

Həmin axşam mən respublika prokurorluğuna, Az.TV-nin sədrinə, Daxili İşlər Nazirliyinə Xirdalanda baş verən təxribatla əlaqədar etirazımı bildirdim. Müəyyən pozucu qüvvələri BKB-nın adını mənimsəmək iddiasında olduğunu nəzərlərinə çatdırdım. Bu bəyanata BKB-nin Ədliyyə Nazirliyində qeydiyyatdan keçən Nizamnaməsi, Ədliyyə Nazirliyinin qeydiyyat vərəqi, təşkilatın hüquqi atributlarını əks etdirən sənədləri də əlavə etdim. Sonda isə bu təxribatçı qüvvələrə qarşı qısa bir zamanda lazımi tədbirlərin görülməsini tələb etdim. Əks təqdirdə, baş verə biləcək qarşıdurma, töküləcək qanlar üçün məsuliyyətin dövlət orqanlarının üstünə düşdüyünü bildirdim.

Bundan sonra fəaliyyətimizi daha da genişləndirməliydik. Çünki bizə əks çıxan tərəf də Bakıda və Bakı kəndlərində fəaliyyətlərini ümummilli səviyyədə olmasa da regional səviyyədə genişləndirməyə çalışacaqdılar. Bu, Azərbaycan cəmiyyətində təbii sosial bir proses idi. Bu ictimai prosesdə məhdud xarakterli siyasətə deyil, əbədiyyəti yaradan tarixə inanmaq lazım idi. Elə insanlar, elə şəxslər olur ki, bütün düşüncəsini həyatı boyu yalnız tarixə görə mövqe tutmağa, tarixə görə hərəkət etməyə yönəldir. Alqışa və yalvarışa qulluq edən qüvvələr çox zaman həmin düşüncəli adamlara sadəlöv, ələ imkanlardan özü üçün istifadə etməyən sadəlövh adam kimi baxırlar...

Xırdalan hadisəsindən sonra, daha dəqiq desək, mayın əvvəllərində respublikadakı ictimai vəziyyətlə əlaqədar olaraq prezident səlahiyyətlərini icra edən Ali Məclisin sədri Yaqub Məmmədov müşavirə çağırmışdı. Bu müşavirədə Bəxtiyar Vahabzadə, Elçin Əfəndiyev, Məmməd Quliyev, İsmayıl Şıxlı və digər aparıcı təşkilatların nümayəndələri iştirak edirdilər. Mən də dəvət olunanlar sırasında idim. Müşavirədə əsasən prezident seçkilərinin keçirilməsi ilə əlaqədar və digər zəruri məsələlər müzakirə edilirdi. Orada tərəfimizdən siyasətə avantüristcəsinə yanaşan şəxslərə və Rusiyasız Azərbaycanın müstəqilliyinə şübhə ilə baxanlara kəskin cavablar verilirdi. Millət öz taleyini yada, əcnəbiyə etibar etməməlidir. Çünki insan cəmiyyəti yaranandan bəri biz bunu dəfələrlə hiss etmişik. Əlbəttə ki, söhbət tarixi biliklər vasitəsilə öyrənib bildiyimiz faktlardan gedir.

Yalnız düşmən ona məxsus dövlətdə eksperiment keçirmək fikrinə düşə bilər. Əsl milli lider isə dövlətini və xalqını eksperiment obyektinə çevirməməlidir. Çox zaman bu eksperimentlər düşmənin təsiri ilə qardaş qırğınına, vətəndaş müharibəsinə çevrilir. Demək olar ki, 1992-ci ilin aprelin 15-dən mayın əvvəllərinə qədər olan dövrdə Azərbaycanda vətəndaş müharibəsinin ola bilmə ehtimalı çox böyük idi. Cəmiyyətin, ictimai təşkilat liderlərinin əsəbləri hadisələrin sürətli inkişafı nəticəsində elə gərilmişdi ki, ani səhv milləti uçuruma yuvarlada bilərdi. Bakıda hiss edilən qarşıdurmalar, Qarabağda ermənilərə qarşı mübarizənin pərakəndə aparılması, torpaqların itirilməsi bahasına siyasi hakimiyyətə qəlməyin, məkrli klassik forması həmin dövrün acı reallığı idi. Bir çox yerlərdə Azərbaycanın xarici siyasətində Rusiya, Türkiyə, İran və ABŞ dövlətlərindən hansının aparıcı olması müzakirə edilirdi. Azərbaycan dövlətinin, xalqın milli maraqlarına uyğun olaraq formalaşdırılması isə bəzən unudulurdu.

May ayının 2-3-də “Azadlıq” meydanında izdihamlı bir mitinq keçirildi.

Bu mitinqdə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının başqanı, bütün türk dünyasının sevimli oğlu Alpaslan Türkeş də iştirak edirdi. Bu mitinqdən sonra “Gülüstan” sarayında türk səfirliyi böyük bir ziyafət verdi.

Ziyafət də mən də iştirak edirdim. Orada Türkeşlə üç saata yaxın söhbət etmək imkanımız oldu. SSRİ-nin çöküşündən sonra Avrasiya məkanında yaranmaqda olan geosiyasi vəziyyəti, bu vəziyyətdə Türk dünyasının perspektivlərini müzakirə etdik.

Tədbirin qızğın çağında Türk səfirinin, yəni Altan Karamanoğlunun müavini olan Məmmədəli Bayar bildirdi ki, Hacı Əbdul başda olmaqla bir qrup adamın Ali Məclisin qabağında yığılıb mitinq keçirdir. Onun üzündən açıq-aşkar təlaş hiss edilirdi. Çünki bu hal qarşıdurmaya gedən yolun başlanğıcı idi. Sonralar məlum oldu ki, Ali Məclisin qabağında keçirilən bu mitinqlərdə Mərdəkandan olan Lətif adlı şəxs çox canfəşanlıq edib. Eləcə də Saraydan, Şağandan, Zirədən, Buzovnadan, Maştağadan, Nardarandan da, az da olsa, müəyyən təsirə düşənlər bu mitinqdə iştirak edirdilər.

Məlum oldu ki, bu bədnam mitinqdə çıxış edənlərin əksəriyyəti mənim ünvanıma o ki var təhqir, böhtan, yalan döşəmişlər. Sanki mən millət xaini, dövlətin düşməni imişəm. Elə bil, 1978-ci ildən 1982-ci ilə qədər Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda apardığım mübarizəyə görə DTK tərəfindən dəfələrlə istintaqa cəlb edilən Nəsir Ağayev deyilmişəm. Halbuki, məni yaxından tanıyanların əksəriyyəti yaxşı bilirdi ki, millətimi və dövlətimi nə qədər, necə sevirəm. Ünvanıma böhtan və təhqir deyənlərin əksəriyyəti yaşadığı ömrün heç bir saatını belə Vətən və millət naminə sərf etmiş adamlar deyildilər. Çünki onların əksəriyyəti sərvətə görə həbs edilməyi Vətənə görə həbs edilməkdən üstün tutanlar idi. Ünvanıma hədyan danışanların əksəriyyəti milli ideologiyaya, siyasi kapitala, əməli fəaliyyətə malik olmayan adamlar idi...


Bəli, may ayının 4-ü mən Alı Arslan Türkeşlə onun üçün ayrılmış Prezident Aparatının yanında olan özü də ciddi nəzarət edilən qərargahda oldum. Mənimlə gedənlər Bahadur İsmayılov, İntiqam Əliyev, Əmirulla Dadaşzadə, Vaqif Hümbətov, Aslan Məmmədov və bir neçə nəfər texniki işçilər idi. Demək olar ki, bizə tam inam olduğundan mənim mühafizə dəstəmin silahlarını belə almadan Alı Arslan Türkeşin yanına buraxdılar. Alı Arslan Türkeşlə mənim 2 satdan arıtq söhbətim oldu. Bu söhbətdə Azərbaycanın mövcud vəziyyəti, Elçibəyin prezident seçilə bilməyi haqqında ciddi müzakirələr oldu. Yaxşı yadımdadır, rəhmətlik Türkeş mənə kağız və parça istehsalı üçün bir neçə milyon dollar dəyərində texnika və maşın təklif etdi. Mən isə ətrafıma baxaraq bu məsuliyyətin altına girə biləcək və onu doğruldacaq şəxs görmədiyimdən sadəcə susdum. Hətta mənimlə gedənlərdən kim bu məsuliyyəti öz üzərinə götürər deyə soruşdum. Kadr çatışmamazlığı, peşəkarların az olması artıq özünü hiss etdirməyə başlamışdı. Böyük türk ulu öndər Türkeş mənə bildirdi ki: - “Nəsir bəy, əgər sizin maddi bazanız olmasa, çətin duruş gətirəcəksiniz. Buna görə də sizə böyük para lazımdır”.

May ayının 6-7-si Şuşa ətrafında gedən döyüşlər daha da kəskinləşdi. Sırxavənd, Papravənd ətrafında davamlı döyüşlər gedirdi. Çox təəssüf ki, Azərbaycan dövləti bütün siyasi gücləri birləşdirib, onu ümummilli marağa çevirə bilmədi. Nəticədə yenə Azərbaycan üçün ağır və faciəli oldu. Mayın 8-də Şuşa süqut etdi.

Şuşa ermənilər tərəfdən işğal edildikdən sonra televiziyada, dövlət mətbuatında, müəyyən yığıncaqlarda az qala Azərbaycanın müstəqilliyini istəyən qüvvələrin düşmən kimi təqdim edən qüvvələrə də rast gəlmək olurdu. Sanki Xalq Cəbhəsi, AMİP, BKB bu məğlubiyyətdə əsas günahkar imiş. Bu cür düşünənlər bilmirdilər ki, bu təşkilatların Müdafiə Nazirliyi yoxdur. Bu məğlubiyyət üçün prezident, nazirlər, bir də müvafiq orqanlar məsuliyyət daşıyırlar. Burda əlavə izahata və təhqiqata ehtiyac yoxdur. Çox təəsüf ki, Şuşanın işğalı ilə əlaqədar Ali Sovetinin qarşısında və mümkün olan bir çox yerlərdə demokratik qüvvələrə qarşı məqsədyönlü təxribatlar artırıldı. Nəticədə 1992-ci ilin mayın 14-də Milli Məclisin geniş iclası çağırıldı, Yaqub Məmmədovun sədrliyi, Ziya Səmədzadənin iştirakı ilə Ayaz Mütəllibov yenidən hakimiyyətə qayıtmış elan edildi. Bu iclasda bu gün hakimiyyətdə olan şəxslərin özlərini necə apardığı hamıya məlumdur. Bu iclasda görüşənlər də, öpüşənlər də, gülüşənlər də xalqa bəllidir.

Bu, ən yeni tariximizin ziddiyyətlərilə ən dolu məqamlarından biri idi. İclasda antikonstitusion çevrilişin olacağını qabaqcadan bildiklərinə görə demokratik qüvvələr bu iclasda iştirak etmirdilər. Ayaz Mütəllibovun müxalifət cəbhəsini tribunadan necə təhqir etdiyi də tarixin yaddaşına əbədi həkk olunub. Hətta bəzi dövlət məmurları sabahdan komendant saatının olacağını, yığıncaq və mitinqlərin qadağan ediləcəyini, 5-6 mart hadisələrində iştirak edən təşkilatların liderlərinin mütləq həbs ediləyəcəyini Ali Məclisin tribunalarından sevinc içində bəyan edirdilər. O vaxt Araz Əlizadə BKB-nin birbaşa günahkar olduğunu zaldakı mikrafondan bildirdi. Bax, bu idi Milli Məclisdə erməni və rus təcavüzünə qarşı formalaşan “siyasi mədəniyyətimiz” və onun gözlənilən acı nəticələri.

Artıq Ali Məclisdə bütün demokratik qüvvələrə qarşı açıq müharibə elan edilmişdi. Bununla barışmaq müstəqilliyə hörmətsizlik, şəhidlərin ruhuna xəyanət demək idi. Ayın 14-dən 15-nə keçən gecə mən evimdə BKB-yə aid olan bütün sənədləri müvafiq yerlərdə gizlətdirdim. Həmin gecə 16 nəfər BKB üzvünə ardıcıllıqla fövqəladə səlahiyyət verildi. Bu səlahiyyəti təsdiq edən vəsiqələr hazırlandı və bu vəsiqələri onlara şəxsən təqdim etdim. Bunlar Zakir Quliyev, Fərəcov İsmixan Muğdad oğlu, Rəcəbov Aydın Məmmədağa oğlu, Məmmədov Aslan Məmmədxan oğlu, Heybətov Vaqif Rəhim oğlu, Əzizov İlham, Məcidov Mirrəhim Mirkərim oğlu, Məmmədov Nazim Əbdüləziz oğlu, Hacı Əmrulla Dadaşzadə, Əlizadə Cəbrayıl Zərbəli oğlu, Ağayev Ağabala Zərbəli oğlu və Əliyev İntiqam Məhəmməd oğlu idilər. Bütün bu şəxslərə yuxarıda qeyd etdiyimiz ardıcıllıqla fövqəladə səlahiyyət verilirdi. Çünki çox şey ola bilərdi. Təkcə mən yox, adları çəkilən şəxslərin bir çoxu ya öldürülə, ya da həbs edislə bilərdi. Beləliklə, Quliyev Zakir İbrahim oğluna, sədr yığıncaqlarda iştirak etmədikdə, onun adından danışmaq səlahiyyəti verildi. Mən hər ehtimala qarşı ayın 15-də, səhər tezdən bir neçə nəfər silahdaşım ilə birlikdə 8-ci km-də Yusif Abdullayevin evinə getdim. Evimi tərk edərkən ailə üzvlərimə özlərini qorumalarını tapşırdım. Evdən çıxarkən geriyə dönməyəcəyimi, yalnız bir halda, 14 may dövlət çevrilişinin nəticələri ləğv edildikdən sonra dönəcəyimi söylədim. Əliyev İntiqama və Hacı Əmrullaya isə bildirdim ki, qəti hərəkət etmək lazımdır. İntiqama bir neçə avtomat silah da verdim, qəti şəkildə tapşırdım ki, yalnız sizə atəş açılacağı halda siz də çəkinmədən cavab verin.

Artıq mayın 15-i səhər-səhər Hacı Zakir Xalq Cəbhəsinin qərargahına gələrək gördü ki, sənədləri və müəyyən sursatları harasa daşıyıb gizlədirlər. Bu zaman Zakir bəy qətiyyət, iradə nümayiş etdirərək üzünü təlaş içərisində ora-bura qaçanlara demişdi:

-Hara qaçırsız, hara yığışırsız? Heç kim heç yerə gedə bilməz.! Bir azdan qapalı iclas keçiriləcək.

Saat 12 radələrində cəbhədə Zakir bəyin təkidi ilə qərar qəbul edildi ki, Ali Məclisə yürüş təşkil edilsin və mayın 14-də Ali Məclisdə baş vermiş antikonstitusion dövlət çevrilişi ləğv edilsin, konstitusiya normaları bərpa edilsin. O vaxt Zakir bəy ölümün gözünə mərdanə baxaraq təxribatçı qüvələrin bir çoxunu neytrallaşdıra bildi. Məhz onun iradə və qətiyyəti sayəsində gerçəkləşən yürüş Ayaz Mütəllibovun hakimiyyətinə əsaslı surətdə nöqtə qoydu.

Həmin yürüşdə yüzlərlə şagirdimin də iştirak etdiyini xatırlamaqdan xüsusi qürur duyuram. Çünki bu, sözün əsl mənasında, böyük bir tarixi hadisə idi. Yeri gəlmişkən onu da bildirim ki, yürüşdən öncə AXC qərargahı qarşısında keçirilən mitinqdə çıxış edən Qurban Məmmədov bir neçə dəqiqə öncə Heydər Əliyevlə telefon əlaqəsi saxladığını və Heydər Əliyevin onları dəstəklədiyini demişdi ki, bu da yürüş iştirakçılarına əlavə ruh və cəsarət vermişdi. Ayaz Mütəllibovun ölkədən qaçması ilə nəticələnən bu aksiyanın əsas iştirakçıları AXC, BKB, AMİP və AVP idi. Yürüşün önündə gedən zirehli maşının üstündə BKB üzvləri Hacı Əmrulla, Məşhədi Əbdül və Cəbrayıl Əlizadə oturmuşdular. Zakir Quliyev isə bütün əməliyyata və təhlükəsizlik məsələlərinə birbaşa rəhbərlik edirdi. İzdihamın içində Xalıq Ağayev, Müşfiq Əlizadə, Abbasağa Məmmədov, B.Orucov və yüzlərlə BKB üzvü əzmkarlıqla iştirak edirdilər. Beləcə, BKB ən yeni tariximizə növbəti dəfə öz şərəfli möhürünü vurmuş oldu”.

Nəsir bəyin sözlərinə görə, aksiyaçılar Ali Sovetin binasını ələk-vələk edərək, Ayaz Mütəllibovu axtarsalar da tapa bilmədilər:

“Sonradan məlum oldu ki, o, Türkan hərbi aerodromundan təyyarə ilə Moskvaya uçub.

Ali Sovetin qarşısında müddətsiz mitinqlərə start verildi və bu, mayın 18-nə qədər davam etdi. Həmin mitinqdə mən də çıxış edərək vəziyyəti ətraflı təhlil etdim və bundan sonra görməli olduğumuz işləri kütləyə izah etdim. Daha sonra isə Ali Sovetin iclasına qatıldım. Həmin tarixi iclasda İsa Qəmbər parlamentin sədri seçildi və konstitusiyaya uyğun olaraq, prezidentlik səlahiyyətlərini icra etməyə başladı. Ardınca Prezident Sarayında təhvil-təslim işləri aparıldı. Parlamentimizin adı da əsaslı surətdə “Milli Məclis” kimi rəsmiləşdirildi. Əslində isə o, artıq “Ali Sovet” deyil, “Ali Məclis” adlanırdı.



Hakimiyyət dəyişikliyinə nail ola bilsək də, təəssüf ki, sözün əsil mənasında xalq hakimiyyəti qura bilmədik. Hakimiyyətə yiyələnən AXC-Müsavat cütlüyü, eləcə də müxtəlif hakimiyyət strukturlarında yüksək vəzifələr tutan bəzi BKB üzvləri, təəssüf ki, səriştəsizlik göstərdilər. Onu da bildirməliyəm ki, hakimiyyət hərisliyi ilə yanan təxribatçı qüvvələrin, müxtəlif siyasi qüvvələrin demokratiyanı ata mülkü kimi qəbul edənlərin xalq qruplarının da siyasi böhranın dərinləşib hərbi qiyamla nəticilənməsində “xidmətləri” olmuşdur. Beləliklə, millətin inamı və əzmkarlığı ilə hakimiyyətə gələn milli qüvvələr qısa bir müddətdə təcrübələri olmadığından təcrübəli qüvvələr tərəfindən təkləndilər.

Mayın 20-dən sonrakı günlərin birində prezident aparatındakı geniş müşavirəyə dəvət edilmişdim. Bir çoxları elə bilirdi ki, bizi həlledici vəzifələrdən birinə təyin edəcəklər. Beləliklə, müşavirəyə getdim. Maşınım Prezident Aparatının filarmoniyaya baxan qapısında səkinin üstündə dayandı. Məni stul qoyaraq içəri aparmaq istədilər. Mənim təkidimlə stulumu döndərərək üzümü şəhərə tərəf oturtdular. Ordan aşağı baxdım. Sanki Prezident Aparatı qərib kimi görünürdü. Elə mən də özümü tənha hiss etməyə başladım. Bir zamanlar bu gün piyada gəzən adamların yerindən bura həsrət və maraqla baxardım. Bu gün isə içəri girənlərin cəbhəçi, BKB imtiyazları məni əsəbiləşdirirdi. Çünki dövlət cəbhə və BKB-nin deyil, millətin olmalıdır. Dövlət heç zaman bir siyasi qurumun iradəsi-ifadəsi deyil, xalq iradəsinin ifadəçisi olmalıdır. Məni içəriyə apardılar. Müşavirə başlanmamışdı. Öncə mən söz alaraq, xalqın inamını itirməklə bağlı bir rəvayət danışdım. O rəvayətdə deyilir ki: “At həvəskarı olan bir bəy var imiş. O bəy bir gün eşidir ki, ona məxsus kəndlərin birində olan bir kəndçinin çox yaxşı cins atı var. O, həmin kəndçiyə bu atın əvəzində istədiyi qədər pul, istədiyi qədər at və yaşamış olduğu kəndi verməyə hazır olduğunu bildirir. Lakin kəndli bu təkliflərin heç birini qəbul etmir. Bir neçə müddət keçir. Həmin kəndli tarlasında iş görərkən ona saqqallı yavaş-yavaş addımlayan bir dilənçini görür. Dilənçi kəndliyə yaxınlıqdakı kəndə getmək üçün ona kömək etməsini istəyir. Kəndli atını ağacdan açaraq yüyəni dilənçiyə verərək qonşu kəndin istiqamətini göstərib, bildirir ki, bu at ilə o kəndə çatarsan. Birdən lazımın olsa atı qaytarmaya bilərsən. Qoca dilənçi ata minərək bir qədər uzaqlaşandan sonra üzünə taxmış olduğu maskasını çıxarır, cırıq, köhnə paltarlarını yerə atır. Kəndli görür ki, bu dilənçi qiyafəti də sən demə at həvəskarı həmin o bəy imiş. Bəy kəndliyə baxaraq,-“”Ay kişi, mən bu atın əvəzinə sənə ömrün boyu firavan yaşayacağın qədər mal-dövlət təklif etdim, sən razılaşmadın. Bəs necə oldu ki, dilənçiyə bu atı bağışladın?! ”. Kəndli: “Bəy, qurbanın olum, burda baş verən hadisəni heç bir yerdə danışma. Yoxsa, xalq insafını və inamını itirər”. Mən bu rəvayəti danışaraq müşavirədə iştirak edənlərə üzümü tutaraq bildirdim ki, bu rəvayətdən nəticə çıxarın. Xalqın bizə olan inamını itirməməliyik. Əgər inamı itirməsək, bir çox şeyləri həll edə biləcəyik. Beləliklə, bu müşavirə mənim üçün tarixi yadda qalan bir tədbir idi. May ayının axırlarında xüsusilə Ağdam, Füzuli bölgələrində Bakı kəndlərindən maşınlarla hərbi sursat, ərzaq göndərildi. Qardaşım Cümşüd Ağayev dəfələrlə Şuşaya, Laçına, Ağdama yardımların aparılmasında iştirak edib. Bu dəfə də o, mənim göstərişimlə Ağdamda fəaliyyət göstərən hərbi hissənin komandiri Şirin Mirzəyevə hərbi sursat, minaaxtaran, zirehli jiletlər, səyyar ratsiyalar, gecə göstərən aparatura, ərzaq məhsulları apardı. Şirin Mirzəyevə mənim təşəkkürüm çatdırıldı. Sonralar Şirin Mirzəyev qəhrəmancasına həlak olandan sonra mən ailə büdcəmdən təqribən 4 aya yaxın cəsur komandirin ailəsinə qardaş köməyi göstərmişəm. Çünki Şirin Mirzəyev peşəkar hərbiçi olmaqla bərabər millətini, dövlətini, vətənini sevən şəxsiyyət idi. Mən hiss edirdim ki, milli ordunun yaradılması üçün Şirin Mirzəyev kimi oğullara ehhtiyac və tələbat var. Mayın axırlarında məni dövlət katibi Pənah Hüseynov otağına dəvət etdi. O, mənə bildirdi ki: “” Nəsir bəy, Bəylə də məsləhətləşmişik, sənə rahatlığını nəzərə alaraq dörd min nəfərdən artıq olan işçiyə malik “tarixi abidələrin bərpası və mühafizəsi” komitəsinə sədr göndərmək istəyirik”. Bir anlığa tutuldum. Bu vəzifə mənə gözlənilməz zərbə idi. Çünki mən Azərbaycanın azadlığı, müstəqilliyi üçün mübarizəyə qoşulanda səhhətimi nəzərə almamışdılar. 1978-82-ci iləq qədər DTK tərəfindən dindirilərkən 1988-94-cü illərdə Xızıda, Nəvaidə, Buzovnada məskunlaşan Qərbi Azərbaycanlıları dəfələrlə başa çıxarkən onlara ərzəl və mamüyə yardımları edərkən, Xalq Hərəkatının güclənməsi üçün Neft Daşları cilov adasına bir neçə dəfə vertolyotla uçarkən, hər anı ölümlə nəticələnən görüşlərdə, yığıncaqlarda, 1990-cı il 20 yanvar hadisələrində evimizə olan rus əsgərlərinin basqınında, üç qadaşımın sürgün edilməsində, özümün isə 6 aya yaxın ailəmdən ayrı siyasi didərgin kimi yaşamağımda səhhətimi nəzərə almamışdım. Beləliklə, dövlətçilikdə, siyasi fəaliyyətdə iştirakım sanki dayandırılırdı. Mən Pənah Hüseynova razılığımı bildirdim. Bakıdan Buzovnaya gələrkən yol boyu keçdiyim həyatyolu məqsəd və arzularım düşüncələrimdə bir təlatüm yaratdı. Axı, vəzifəyə mənim köməyim ilə gələnlərin bir çoxundan fərqli olaraq mən milli dövləti yaratmaq üçün həyatımdan keçməyə hazır idim. Mənə barmaq arası, yüngül baxmaq olmazdı. Çünki, bu tarixə, haqqa xəyanətdir. Evə gəlib dövlət telefonu ilə İsa Qəmbərə zəng etdim. Çünki bilirdim ki, saat 20:00-da mənim vəzifəyə təyin olunmağım haqqında televiziyada məlumat veriləcək. Buna görə də İsa bəyə bildirdim ki: “İsa bəy, Pənah bəyə de ki, mən (yəni Nəsir Ağayev) Qəbələdə Azərbaycan Prezidenti olmaq istəmirəm. Yəni təklif edilən vəzifədən imtina edirəm”. Axı, məni dövlət quruculuğundan, ideologiyadan təcrid etmək kişi işi deyildi. Yenə mayın 25-27-si arasında Pənah Hüseynovla görüşdüm. Baxmayaraq ki, o zamankı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Əliyev Salman Əyyub oğlu ilə mənim bir ziyalı kimi yoldaşlıq münasibətlərim var idi. Özü də o vaxt Əliyev Salman mənə həmişə hörmətlə yanaşırdı. Bir daha qeyd edirəm ki, bütün bunlara baxmayaraq mən siyasi prinsipiallıq xatirinə şəxsən mənəvi əzaba düçar olsam belə Pənah bəyə Cəbrayıl Əlizadənin Sabunçunun icra başçısı olmasını təklif və təkid etdim. Hətta Cəbrayıl Əlizadəyə görə kəskin mübahisələrim də oldu. Dövlət katibinin otağında Pənah bəy Salman Əliyevin yerinə Cəbrayıl Əlizadənin təyin edilməsinə razılıq verdi. Mənimlə üzbəüz oturmuş Cəbrayıl bəy birdən coşaraq: -“Bilirsiniz ki, iş nə forumdu? Mən kentlərə getmeydən moşunımi dağıtmışam. Parnikimin gəlirini mitinqlərə, tədbirlərə həsr etmişəm. Bilirsuz bu furum olmaz. Mənim altı qızım var. Onların xərci-xəracatı var”. Mən Cəbrayılın bu sözlərindən daxilən dəhşətə gəldim. Əgər əvvəlcədən onun bu düşüncələrini bilsəydim, mən onun vəzifəyə təyin edilməsinə qəti imkan verməzdim. Artıq gec idi. Ancaq daxilən böyük səhv etdiyimi dərk etsim. Robindron—Taqor demişkən: -“İnsanı kəşf etdiyi öz silahı məhv edəcək”. Mən bunları bilirdim. Fəqət mənə qarşı olan xəyanət və böhtanların yaşayacağına, böyüməsinə inanmırdım. Mən gərək bunlara inanaydım. Mən közü əlimlə götürdüyümdən əlimi yandırdım. Közü gərək maşa ilə götürəsən. İyun ayının əvvəllərində səhhətimlə əlaqədar Kurortologiya İnstitunda müalicə olunurdum. Yanıma tanımadığım və tanıdığım adamlar da gəlirdi. Gələnlərin də əksəriyyəti təzə çıxan meyvələrdən on-on beş kq. gətirirdi. Üçüncü gün İntiqam Əliyevlə Mehman Məmmədov (Mühafizəçilər) mənə dedilər ki; - “Müəllim, meyvələr çürüyür. Onlardan evinizə göndər. Mən isə gətirilən meyvələrin hamısını yanıma gətirməyi tələb etdim. Meyvələrin hamısını yudurtdum, öz payımı, mühafizəçilərin payını ayırandan sonra yerdə qalan meyvələri qaldığım xəstəxanada gəzə bilməyənlərə, uzaqdan gələn xəstələrə, qocalara paylamağı tapşırdım. Çünki mən başa düşürdüm ki, bu meyvələri mənim üçün deyil, nüfuzuma görə gətirmişdilər. Bu meyvə gətirənlərin əksəriyyəti ”Xalq” anlayışını tanımayan adamlar idi. Buna görə də mən onların xalqın boğazından kəsdiklərini burda xalqın özünə qaytarırdım. Bu mənə mənəvi bir rahatlıq verirdi. O zaman bir çoxları pul sayanda mən də xəstələrə çatan meyvələrin qablarını saymaqla məşğul idim. Elə bu mənim üçün xalqa xidmət demək idi. Bu günün özünün də xəstəxanada etdiyim bu hərəkəti xatırlayıb həzz alıram. İyun ayının əvvəllərində Türkiyəyə dövlət səviyyəsində müalicəyə göndərməyi planlaşdırdılar. Artıq mənə qarşı yaradılan və yaradılacaq təxribatların nəticəsini bildiyimdən asanlıqla Türkiyəyə getməyə razılıq verdim. Lakin o dövrdə məni sevənlərdən tutmuş açıq və gizli nifrət edənlər də elə düşünürdülər ki, guya mən aldadılaraq, Türkiyəyə müalicəyə göndərilmişəm. Əslində dövlət strukturlarının qurulması və işləməsi üçün heç olmasa 6-7 ay vaxt lazım idi. Ətrafımdakıların əksəriyyəti isə “soğan olsun, nəğd olsun” prinsipi ilə yaşayırdı. Səhər saat 8-dən gecə saat 2-3-ə qədər yanımda fasiləsiz adamlar olurdu. Əksəriyyəti vəzifə istyəyirdi. Bəzən BKB-nin üzvləri peşəkarlığı, savadı nəzərə almadan mitinqdə daha çox kimi iştirak etdiyini önə çəkirdilər. Hətta bəziləri ona dəyən dəyənəklərin sayını vəzifə trampilini hesab edirdi. Mən isə daxilən belə üzvlərə bütün varlığımla nifrət edirdim. Bəli, mən bilirdim ki, madam məni dövlət quruculuğundan, ideologiyadan, siyasətdən bir növ kənar vəzifəyə göndərirlərsə deməli ətrafların, inandıqlarımın əksəriyyəti hakimiyyətə gəlməsinə müəyyən qədər kömək etdiklərim artıq məni oxunmuş səhifə hesab edirlər. Onlara cavab vermək isə hakimiyyətin bir il ərzində deyil, dörd ayın içində bəlkə də dəyişməsinə səbə ola bilərdi. Mayın axırı, iyunun əvvəllərində Kənd Təsərrüfatı Nazirliyindən balansdan-balansa köçürülməklə BKB üçün haqqı ödənilməklə aldığım QAZ31 kvaz avtobusu aldım. O dövrdə Müzamil Abdullayev yanıma gəldi. Kənd Təsərrüfatı və iqtisadiyyatın dirçəldilməsi üçün təklif və planlarını mənimlə müzakirə etdi.

Dövlətin yeni qurulduğunu nəzərə alaraq daxili sabitliyin qorunması üçün hər hansı münaqişəyə yol vermədən milli kadrlar formalaşana qədər kommunist dövrünün kadrlarından istifadə etməyi məqsəduyğun hesab etdim. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyində tanınan, mənim inanıb, etibar etdiyim Əlibala Talıbovla (o şərabçılıq üzrə əvəzsiz mütəxəssisdir) bir neçə dəfə söhbətim oldu. O bildirdi ki, Müzamil Abdullayevin maliyyə imkanları hədsiz dərəcədə genişdir. Belə bir adamı yenicə qurduğumuz dövlətdən incik salmaq olmazdı. Ya gərək onların maliyyə və peşə imkanlarından dövlətçün istifadə edəsən, ya da bu qəbildən olan adamları nədəsə ittiham edib güllələyəsən. Çox təəssüf ki, bu ərəfədə Məhəmmədi kəndindən olan və mənim tərəfimdən vaxtilə yüksək qiymətləndirilən, qarajların birində ekspeditor-sürücü işləyən Məşədi Vaqif Pənah Prezident Aparatında mənim dövlət vəzifələrinə məsləhət bildiyim adamların siyahısını görərək fəryad qoparmış, başına bir neçə nəfəri yığaraq bizim əleyhimizə vicdana, şərəfə, ləyaqətə yaraşmayan sözlər işlətmişdir. Onu eşidənlər də onu sakitcə dinləmiş, Vaqif Pənahovun ağzından vurmaqdansa, onun yalan və savadsız mövqeyinin yayılmasına kömək etmişlər. Bütün bunların isə səbəbi mənim üçün çox aydındır. 1992-ci ilin mayın 20-si ilə 23-ü arasında Xaqlq Cəbhəsinin qərargahında II mərtəbədə Arif Hacıyev. Mən, Vaqif Pənahov və bir neçə yoldaş yanımızda idi. Bir-birindən hal-əhval tutduqdan sonra Arif Hacıyev mənə dedi ki, - “Nəsir bəy, Məşədi Vaqifi təbrik edə bilərsən. O, Abşeron rayonuna bir neçə gündən sonra icra başçısı təyin olunacaq. Mən isə çox təəccüblənərək dedim. Onu icra başçısı göndərməklə kəndlər birliyini çətin vəziyyətdə qoymuş olursuz. Çünki Vaqif Pənahov Məhəmmədi şöbəsnin təmsilçisi, AXC rəyasət heyətinin üzvü olsa da təəssürat və kütlənin idarəçiliyi və təşkilində peşəkarlığa və təcrübəyə malik deyildi. Buna görə də yaxşı olar ki, Məşədi Vaqifi birinci müavin qoyasınız”. Mən hiss etdim ki, mənim bu sözlərim Məşədi Vaqifə çox pis təsir etdi. Görünür ki, mitinqlərdə çəkinmədən etdiyi bir neçə çıxışlar onu özündən razı hala gətirmişdir. O, gərək yadından çıxarmayaydı ki, alqışlar kişinin gücünü alır, qadının isə gücünü artırır. O isə bunları bilmədiyindən ağlına gələni deyil, ağzına gələni dedi. Və nəticədə uçuq koma, sınmış kareta və gündəlik fəsadlarla üzbəüz qaldı. Bu cür qəbildən olan insanlar öz səhvlərini heç zaman görmək istəmir, digərinin həqiqətini səhv kimi yaymaqdan həzz alır. Adamda bir insaf olar. Axı belə deyirlər ki, “insaf dinin yarısıdır”. Məşədi Vaqif Pənahov Məhəmmədi kəndində 3 nəfərdən artıq adam nə yığıncaq, nə də mitinqə gətirməmişdir. Hətta 1992-ci il prezident seçkilərində yarıtmaz təbliğat və təşviqat nəticəsində Məhəmmədi kəndində Əbülfəz Elçibəy böyük fərqlə rəqiblərinə uduzmuşdu. Bütün bunlar isə çox şeydın xəbər verir. Sonralar icra başçısının I müavini olandan sonra da Kəndlər Birliyinin Məhəmmədi kəndində olan üzvlərinin sayı maksimum 10 nəfərdən yuxarı arta bilmədi. Məhz buna görə də deyirlər “ətraf var ki, hörmətilə ustadını ucaldar, ətraf var ki, ustadını şər-böhtanla qocaldar”. İyun ayının əvvəllərində hələ müalicədə ikən eşitdim ki, baş nazir Rəhim Hüseynovun vəzifədən çıxarmaq istədilər. Hələ bundan qabaq Səhiyyə Nazirinin I müavini olan Fəxrəddin Gülmirzə oğlu Cavadovu vəzifədən çıxarmaq istəyirdilər. Mənə bu çox pis təsir edirdi ki, vəzifə tutmaq üçün peşəkarlığı deyil, siyasi mənsubiyyəti əsas götürürlər. Bu mənada mən müdafiə etdiyim və vəzifəyə layiq gördüyüm şəxslərin heç birində hər hansı bir təşkilatan çıxmasını tələb etməmişəm. Beləcə Fəxrəddin Cavadovu cəbhəçi olmadığına görə işdən çıxarmaq istəyənləri bir neçə dostumun köməyi ilə yerində oturdum. Bu sadə və adi görünən köməyimə görə Fəxrəddin Cavadov əsl insan, vətənpərvər bir oğul kimi bu gün də mənə Azərbaycanın müstəqilliyində müstəsna xidmətlərinə görə bacardığı köməyi, qayğını əsirgəmir. Lakin mənim təkidimlə Sabunçu, Əzizbəyov, Suraxanı, Abşeron rayonlarında yüksək vəzifələr tutan şəxslər mənə yaraşmayan şəxs olduqlarını hərəkət və pafoslarında göstərmişlər. Mən Türkiyədən müalicədən geri qayıdarkən artıq mənə qarşı zəngvari xəyanət torları qurulmuş, iftira və böhtan komnikasiyaları öz işini görmüşdü. Lakin bütün bunlara baxmayaraq mən bacardığım qədər ləyaqətli, peşəkar, ziyalı Azərbaycan övladlarına təsir və təzyiqləri baxmayaraq köməyimi əsirgəmirdim. Çünki mən siyasətdə 1969-cu ildən mövcud idim. Hər halda 1988-ci ildən hərəkata gələnlər ən azı bunu nəzərə almalı idilər. Belə ki, hal-hazırda Onkologiya İnstitunun baş direktoru olan Cəmil Əliyev 1992-ci ilin payızında yanıma gələrək həm mənim qara ciyərimi müayinə etdilər, həm də Cəmil Əliyev Cəbhəçilər tərəfindən sıxışdırıldığını bildirdi. Mən isə o zaman kimlərlə nə dərəcədə qohum olduğunun fərqinə varmadan bildirdim ki, sizin kimi peşəkar həkimə, ziyalıya əsil cəbhəçi, toxuna bilməz. Qorxmadan, çəkinmədən işlərinə davam et. Belə də oldu. Ancaq, dövlət vəzifələrinin ovunda olanlar ağıla gəlməz dərəcədə şəraitə uyğunlaşmağı bacarırdılar. Demək olar ki, mənim ətraflarımın əksəriyyəti naraazılıq, giley-güzar içərisində idi. Elçibəyin prezident seçkilərində istər-istəməz respublikanı əhatə edəcək ictimai vəziyyət özünü əks etdirirdi. Əgər Etibar Məmmədov prezidentliyə namizədliyini geri götürməsəydi, Əbülfəz Elçibəyin elə birinci turda qalib gəlmədi şübhə altında qala bilərdi. Tamerlan Qarayev də namizədliyini geri götürmüşdü. Əsasən Nizami Süleymanov hiss ediləcək dərəcədə təbliğatını gücləndirmişdi. Mən əsasən seçicisi çox olan yaşayış məskənlərinə xüsusi diqqət yetirirdim. Belə ki, iyunun əvvəllərində prezident seçkisində Mərdəkanda, Zirədə,təbliğat aparıldığından öz əksini nəticədə göstərdi. Nəhayət o qədər də böyük olmayan fərqlə Elçibəy prezident seçildi. Prezidentin inaquriasiyasında (təsdiqi və andiçmə mərasimi) Cəfər Vəliyev (Mərkəzi Seçki Komissiyasının sədri) Allah Şükür Paşazadə çıxışlar etdilər. Bu tədbirdə mən Elçibəylə tədbirdən sonra görüşəndə o oğlum Təbrizi əllərinə alaraq başı üzərinəq aldırdı. Sonra alnından öpərək, “Atana layiq kişi ol” dedi. Bu səhnə indiyə qədər gözlərimin önündən çəkilmir. Çünki gecəli-gündüzlü ötən illər ərzində apardığım mübarizənin bu hadisə əvəzsiz nəticəsi idi. Mən elə bilirdim ki, daha mübarizə aparmaq bir o qədər çətin olmayacaq. Lakin bu mövqeyində hədsiz dərəcədə yanılırdım, sən demə hakimiyyət, vəzifə hərisləri nəinki bizləri yatmağa, düşünməyə, hətta müalicə olunmağa belə imkan verməyəcəklər. İş o dərəcəyə çatmışdı ki, mən evimdə deyil, Zaqulba yaxınlığındakı uşaq xəstəxanasında həm qalırdım, həm də müalicə olunurdum. İnsanların bir çoxu o zaman məni hər şeyə qadir şəxs bilirdilər. Hətta bir çoxları siyasi mübarizənin mənqtiqli nəticəsi kimi prezident aparatında məsul vəzifədə, Bakının İZB-si kimi görürdülər. Lakin bir çoxlarının xəbəri yox idi ki, BKB-üzvlərinin bəziləri bildirmədən Prezident Aparatına gedir, istədikləri fəaliyyəti göstərirdilər. Nəticədə təşkilatda özbaşınalıq, mərkəzdən qaçma şəxsən mənə qarşı yersiz. əsassız şübhələr təşkilatın iflasına təsir göstərdi. Vəzifəyə irəli sürülən üzvlər tez-tez mənə “Sən siyasi lidersən, biz isə prezidentə tabe dövlət məmurlarıyıq və ancaq prezidentə tabeyik”-deyirdilər. Hətta Əzizbəyov rayonuna tərəfimizdən göstərmiş olduğu fəaliyyət nəzərə alınmaqla İcra başçısı qoyulan Hacı ---- sonralar özünün etiraf etdiyi kimi mənim ev, iş və dövlət telefonuma gizlin qulaq asmaq qurğusu yaratmışdı. 1989-cu ildən tanıdığım bu şəxs 1992-ci ilin oktyabr ayəna qədər özünü yaxşı tərəfdən göstərmişdisə, sonralar ağıla gəlməz səhvlər və xətaları ilə mənim 35 illik siyasi fəaliyyətimi zərbə altında qoydu. Hətta ali təhsili, müvafiq iş təcrübəsi olmayan şəxsləri o məsul vəzifələrə qoydu. Beləliklə, bu ----- özünü demək olar ki, bir çox yerlərdə göstərirdi. Bir çoxları mənə iri şirkətlər, iqtisadi birliklərə rəhbərlik təklif edirdi. Lakin mən başa düşürdüm ki, siyasətçi kommersiya lə məşğul ola bilməz. Bu dövr yalnız “Boz Oğuz” bankını təsis etdim. Özü də onun rəhbəri olmaq istəmirdim. Lakin təsisçi olan iri zavod müdirləri bu banka prezident olmağımı təkid edirdilər. Bütün bu bankın yaranmasından isə Şucai İslam düşməncəsinə istifadə etdi. Bu həmin Şücai İslam atası insaf və ədalət sahibi olan Qulam adlı bir kişidir. Məhz onun Cənubi Azərbaycandakı inqilabı fəaliyyətini nəzərə alaraq o zaman İskra küçəsində yerləşən “Tudə” partiyasının Bakı komitəsi təklifilə Azərbaycan hökuməti İslam Şücaini müsabiqədən kənar baxmayaraq ki, universitetin tarix fakultəsinin əyani şöbəsinə sənəd verən təqribən 1400 nəfərdən yalnız 17-18 nəfəri müsabiqə yolu ilə, qalan 7-8 nəfər isə hazırlıq kursunun nəticələrinə görə qəbul edilirdi. Beləliklə “4” və “5” qiymət alanların əksəriyyəti belə üzdən iraq “fərqləndirmə”nin məcburi qurbanlarına çevrilirdi. Bu dövrdə İslam mənimlə olan yaxınlığından istifadə edərək Tovuzdan olan Etibar adlı iş adamına, Gəncədən olan “Şampan” zavodunun direktoru Talıb və qardaşı Tahirdən onlarla buna bənzəyən faktlardan düşməncəsinə istifadə etmişdir. Hətta Gəncəli Talıb mənim xəbərim olmadan İslama 5 min dollar verərək demidi ki: - “Bu müəllimə ver ki, müəyyən xeyriyyə işlərini görsün”. Mən bundan yalnız 50 gün keçəndən sonra xəbər tutdum. Bunu təsadüfən Talıbın qardaşı mənim kiçik qardaşım Xalığa demişdi. Yalnız mənim işə müdaxiləm nəticəsində İslam 1000 dolları rus puluna çevirərək mənə qaytardı. Mən də pulu hal-hazırda Buzovnada 206 nömrəli məktəbin qarşısında qoyulan Məşədi Azər Buzovnalının abidəsinə xərc etdim. Bu abidənin bürüncü qaz aparat zavodunun direktoru Azər Abdullayevdən alınmışdı. Abidədən artıq qalan bir tondan artıq əlvan metal təqribən 1996-97-ci illərdə qəsəbənin icra nümayəndəsi olanlar tərəfindən necə deyərlər “yox” edilmişdir. Beləliklə İslam Şücai sonralar bir növ qeybə çəkildi. Onu da deməliyəm ki, İslam Universiteti bitirmək üçün “Cənubi Azərbaycan və Səttarxan” mövzusunda diplom müdafiə etməli idi. Lakin o bu mövzunu yaza bilmədiyindən mənə müraciət etdi. Baxmayaraq ki, mənim onunla münasibətim o dövrdə müəyyən qədər soyuq idi. Lakin mən ona açıq bildirdim ki, “İslam, mən sənə görə deyil, Səttarxanın adına görə bu diplomu yazacağam”. Yazdım da. Onun elmi rəhbəri Sədulla Aslani bu diploma yüksək qiymət vermişdi. Bu şəxs, yəni İslam hətta Zaqulbadakı “Gənclik” düşərgəsini də əlinə keçirməyə çalışırdı. Hətta yanımda olan İntiqam Əliyev, Abbasağa Məmmədov, Abdullayev Yusif mən yuxudan ayılandan ta yatana qədər İslamın iqtisadçılığından, müstəsna bacarığından mənə danışmaqla çalışırdılar ki, Turbazanı İdlama verilməsinə nail olum. Nə yaxşı ki, mən bunu etmədim. Nə isə...

1992-ci ilin dekabrın əvvəllərində Əzizbəyov İcra Hakimiyyətində birinci müavin işləyən Heybətov Vaqif Rəhim oğlu, Məmmədov Aslan Məmmədxan oğlu yanıma gəldilər. Heybətov Vaqif bəlkə də Şüvəlanda yerləşən 42 nömrəli ticarət məktəbində usta işlədiyindən bu vəzifədə artıq digərləri özünü doğrulda bilmirdi. Buna görə də vəzifə səlahiyyətləri onun şəxsi keyfiyyətlərini deformasiyaya uğratmışdı.



Artıq mən yeniləri yaratmaqla deyil, köhnələri başa salmaqla məşğul idim. Xülasə ətrafı düzgün seçmədiyimdən bir sözlə mən öz kadrlarımın girovuna çevrilmişdim. Müxtəlif kənd və qəsəbələrdə mənim haqqımda ağıla sığmayan rəvayətlər, əfsanələr danışırdılar. Hətta yaşadığım suyu və lifti problem olan 9-cu mərtəbədəki beton evinin söhbəti ağızdan-ağıza gəzirdi. Bəli, bu beton evdə mənə çox görülürdü. Hətta prokurorluq mənim bu evi nə cür almağımı yoxlamışdı. Özü də bu yoxlamanı təşkil edənlər məhz mənim əlimlə hakimiyyətə gələnlər idi. 1993-cü il 13 yanvarda Şüvəlan Yazıçılar Evində BKB-nin 3 illiyi ilə əlaqədar keçirilən təntənəli yığıncaqda mən çıxışımda kadrlarımızın yarıtmaz əməllərindən danışdım. Hətta onların vəzifədən kənar edilmə məsələsini irəli sürdüm. Bu yubiley tədbirindəki kəskin çıxışımdan sonra bizə qarşı avinturist şəxslərin hərəkəti artdı. Dövlət vəzifələrində olan məni tanıyanlara 27 saat ərzində 55 saat yalan və böhtan dolu məlumatlar adi hala çevrilmişdi. Mən isə yalnız bir şey milli dövlətin bu gedişlə itiriləcəyi daha çox narahat edirdi. Hətta o zaman hər gün yanımda olan İntiqam Əliyev, Abşeron İH I müavini işləyən Məşədi Vaqif Pənah yanına çağıraraq bildirmişdi ki, “Sən Nəsirin yanından uzaqlaş, nə qədər onun yanındasan. Sən vəzifə görmüyəcəksən. Çünki biz bir çox yerlərdə onun əleyhinə lazım olan işləri görmüşük”. İntiqam Vaqifə bildirir ki, “Mən həmişə müəllimin yanında olacağam”. Bu halda Vaqif gülümsəyərək: ”- Sağ ol İntiqam, mən səni yoxlayırdım. Əsl kişisən. Sonralar isə aprel ayının əvvəlləri 1993-cü ildə o zaman Bakı şəhəri İH-nin müavini işləyən Axundov Füzuli Əliyev İntiqamı yanına çağıraraq ona bildirir ki: “İntiqam, səni İcra başçısı göndəririk. Ancaq bununçun sən Ağa Nəsir haqqında “Azadlıq” qəzetində onu ifşa edən müsahibə verməlisən. Çünki kim onun haqqında nə danışsa, inandırıcı olmaz. Ancaq sən həmişə onun yanında olduğuna görə sənə inanacaqlar. Bizə də bu lazımdır. Prezident Aparatında müvafiq adamlardan bu haqda razılıq da alınıb. Lakin İntiqam Əliyev mənim haqqımda böhtan yazmağı qəbul etmir. Bir sözlə, o, böhtan, məkr və hiylə kampaniyasının dövlət səviyyəsində aparıldığını hiss edir. Füzuli Axundov İntiqamın mövqeyini biləndən sonra bildirir ki, Mən səni yoxluyurdum, İntiqam. Əhsən sənə! Sonra “müvafiq adamlar” dövlətçilik ağacından yetişmiş tut kimi yerə sərildilər. Hətta bu gün bu “müvafiq adamların” maşınlarından tutmuş evlərinə qədər xalq həyatından uzaq məişət tərzləri var. Bu da bir həqiqətdir ki, dövlət, dövlətçilik siyasət, diplomatiya haqqında anlayışı olmayanların bir çox məsələlərə müdaxiləsi mənim kimi bir çoxlarını zərurət altında qoydu. Yaxşı yadımdadır, 1993-cq il aprelin 16-da mənim müəllimim prezident Elçibəylə son görüşüm oldu. Mən baxmayaraq ki, istəyirdim ki, onun xalqa və dövlətə həsr olunan vaxtı əlindən alım. Buna görə də mən nadir hallarda müəllimimlə görüşürdüm. Lakin onu da bilirəm ki, güc gəlib tez öyrənən “elə siyasətçilər” var idi ki, şəxsi iddia və təkəbbürlərinə görə Prezident Aparatının yolunu ağartmışdılar. Bəli, 16 aprel 1993-cü il... mən Elçibəyə bildirdim ki, dövlət quruculuğu və kadr siyasətində buraxılan xətalar aradan qaldırılmalı, Bakı qapalı şəhər elan edilməlidir. Lənkəranda, Gəncəbasarda, Qusar, Xaçmaz ətrafında separatçılığa qarşı mübarizə aparmaq üçün Bakıda inamlı idarəçilik Azərbaycanın bütün rayonları ilə əlaqələndirilsin. Bunun üçün mənə Bakı şəhəri İH başçısının səlahiyyəti lazımdır. Siz Əbülfəz müəllim, Bakının idarəçiliyində deyil, Azərbaycanın idarəçiliyi ilə məşğul olmalısız. Bunun üçün mənə səlahiyyət verin. Belə gedərsə müstəqilliyi, milli dövlətçiliyi itirə bilərik”. Prezident düşüncəli tərzdə gülümsəyərək: “-Bəy, nə danışırsan. Bu haqda söz ola bilməz. Yox sənə səlahiyyət verə bilmərəm”. Mən xudahafizləşərək Buzovnaya istiqamət aldım. Şəxsi taleyini düşünməyən insanın sonradan qəlb titrədən beyin sarıdan peşimançılığı yaşayırdım. Üzümü Əliyev İntiqama çevirərək bildirdim ki, belə getsə hər şey bitdi. Müəllimimin də ətrafı mənim ətrafım kimi idi. 1993-cü il iyunun 5-i Xətai rayonunda Şah İsmayılın abidəsinin açılışına dəvət edildim. Abidənin açılışında Söhrab Tahir, Fərhad Xəlilov, Füzuli Axundov, Zəlimxan Məmmədli, Rauf Gülməmmədov və başqaları iştirak edirdi. Bu tədbirdə artıq Gəncədə baş verən toqquşma adamlar arasında pıçıltı yarandı. İyunun 8-9-u 1993-cü ildə xüsusi idarənin rəisi C.Teymur Quliyevin bağında yanıma gələrək Gəncədə baş verən hadisələrə münasibətimi öyrəndi. Çünki prezident qvardiyasının 20-yə yaxın üzvü Gəncədə güllə-baran edilmiş, hərbi hissənin əmlakı dağıdılmış, böyük maddi ziyan itkisinə yol verilmişdi. Səlahiyyət almadan Gəncədə baş verən münaqişənin qarşısını almaq olmazdı. Buna görə də mən polkovnik C.Vəliyevə bildirdim ki, prezidentə bildirin razılıq və səlahiyyət versə, mən getməyə hazıram və münaqişənin qarşısını 60% ala bilərəm. Çünki Gəncədə bir çox adamlarla o cümlədən “Elsevərlər” cəmiyyəti ilə mənim yaxın münasibətlərim var idi. Bu münasibətləri müəyyənləşdirən faktor müstəqillik və milli dövlətçilik ideyası idi. Çox təəssüf ki, mənim təklifimə cavab vermədi. Bir neçə gündən sonra Gəncəyə İ.Mustafayev, F.Maqsudov, Sabir Rüstəmxanlı və başqaları hadisənin mahiyyətini öyrənmək üçün getdilər. onlar qayıdandan sonra Milli Məclisdə İmam Mustafayev çıxış edərək qırğının əsas səbəkarı kimi dövlət orqanlarını günahlandırdı. Eləcə də Fərəməz Maqsudov da Gəncə hadisələrinin əsas günahkarlarını bir sözlə Bakıda axtarmağı məsləhət gördü. Vəziyyət çox gərgin idi. Gəncədən çıxan silahlı kiçik bir qüvvə Tovuzun girəcəyində Türkçülüyün qoyulan təqribən 250 min dollar dəyərində olan monumental abidəni top mərmisi, avtomat gülləsi ilə məhv etdilər. Bundan sonra hərbi hissə Yevlax-Bakı istiqamətində hərəkət edərək yerlərdə hakimiyyəti ələ keçirdilər. Çox zaman hakimiyyət hərisləri Gəncə ilə əlaqə yaradaraq özlərini yerlərdə icra başçısı elan etdilər. Bütün bu hərəkətlərlə bağlı 1993-11 iyunda Buzovna qəsəbəsində Bakı və Kəndlər Birliyinin hadisələriylə bağlı fövqəladə iclası keçirildi. Qərara alındı ki, birliydən bir neçə nümayəndə Gəncəyə gedib hadisələrin mahiyyətini öyrənsin. Bu dövrdə Gəncə hadisələrinə silahlı münaqişə kimi yanaşdığıma görə mənə qarşı güclənməkdə olan təbliğat beşinci sürətlə hərəkət etməyə başladı. Bakının bir sıra kəndlərində hadisələrin şahidi böyük hörmət bəslədiyim Rövşən Cavadov Milli Məclisdə iclasın birbaşa televiziyada verildiyi bir vaxtda tribunada çıxış edərək bildirdi ki, ordu dağılıb, polis əmrə tabe olmur, xalqın 80%-dən artığı prezident Elçibəy iqtidarını istəmir. Rövşən Cavdovun bu sözləri bütün Azərbaycanı silkələdi. Sanki bu çıxış yerlərdə hakimiyyət və hüquq-mühafizə strukturlarının ardıcıl olaraq bir-birinin dalınca hərbi münaqişə törədənlərə təslim oldu. Çox maraqlıdır ki, mövcud iqtidarın mövcud güc nazirlikləri onu qoruya bilmədi. Bu dövlət idarəçiliyi sistemində birinci dərs oldu. Əslində Rövşən Cavadovun prezidentə qarşı olan fikri ölkəni ümidsiz, başsız qoymaq demək idi. İyunun 14-də Səhiyyə Nazirinin I müavini Fəxrəddin Cavadov yanında da Onkologiya Mərkəzi Xəstəxanasının baş direktoru akademik Cəmil Əliyev Gənclikdə yerləşən Teymur Quliyevin bağına, mənim yanıma gəldilər. Vəziyyətin ağır olduğunu dedilər. Mən də onlara bir neçə saat ərzində getdikcə ümidini itirən Azərbaycan haqqında danışdım. Dövlət idarəedilməz vəziyyətdə yaşayırdı. Mən Fəxrəddin və Cəmilə bildirdim ki, 2 gün mən hadisələri, düşüncələrimi Azərbaycan reallığına uyğunlaşdırıb, tarixi nəticə çıxara bilərəm. Beləliklə, müəyyən vaxt keçəndən sonra Fəxrəddin Cavadov və Cəmil Əliyev yanıma gəldilər. Milli dövlət təhlükədə idi. Bir yandan erməni təcavüzü, bir yandan İran-Rusiya təxribatları, digər tərəfdən Cənubda talış məsələsi, Şimalda ləzgi məsələsi, Gəncədə də ------ secəmil perat mövqe Azərbaycanın axırına çıxmaq üzrəydi. Bu fəlakətlərin qarşısını almaq üçün kəsəri olmayan gücdən deyil, nəticəsi olan siyasət və diplomatiyadan istifadə etmək lazımdır. Buna görə mən milli dövlətin yaşaması üçün o dövrdə hakimiyyətdə olan bir çox məmurların saatlarla, günlərlə görüşdükləri Heydər Əlirza oğlu ilə mən də birinci dəfə görüşməyi qərara aldım. Fikrimi Cəmil Əliyevə deyən kimi o köməkçi Ta---- əlaqə taratdı. Telefona Məmmədquliyev Mahmud gəldi. Cəmil Əliyev Məmmədquliyevlə danışaraq bildirdi ki: “Mahmud, Nəsir bəy Heydər müəllimlə görüşmək istəyir. Əlaqə yaradın”. Çox keçmir ki, Cəmil Əliyev Heydər Əliyevlə danışaraq dəstəyi mənə uzadır. Ümumi salamlaşdıqdan sonra dövlətçilik naminə onunla görüşmək istədiyimi bildirdim. O, razılaşdı. Səhəri gün mən Milli Məclisdə getdim. Qurban Məımmədov da orada idi. Qəbul otağında Rəfael Allahverdiyev mənimlə görüşdü. Bir az keçdi Məmmədquliyev Mahmud göründü, bir neçə nəfərin əhatəsində Heydər Əliyev göründü, ümumi salamlaşaraq iş otağına keçdi. Bir qədər keçməmiş məni otağa dəvət etdilər. Mən bildirdim ki: “Heydər bəy, Azərbaycan heç bir partiyanın deyil, partiyalar və partiyasızlar Azərbaycanındır. Buna görə də milli dövlətin yaşaması üçün mən bütün siyası titullarından imtina etməyə hazıram. Azərbaycanın iqtisadi dirçəliş, ərazi bütövlüyü, milli sərvətin ədalətli bərabər bölünməsi istiqamətində mümkün köməkliyimi etməyə hazıram”. Təqribən 1 saata yaxın Bakı kəndləri işsizlik və s. problemlərdən danışıldı. Heydər Əlirza oğlu mənimlə çox əlaqə saxlamağı Rəfael Allahverdiyevə tapşırdı. O zaman mənim Heydər Əliyevlə olan görüşümə millətə və müstəqilliyə xəyanət kimi baxanlar 14 il keçəndən sonra belə bir görüşün onlar üçün mümkün olmasına görə dəridən-qabıqdan çıxırlar. Fəqət 14 il bundan əvvəl məni Heydər Əliyevlə görüşüb separatçılıqda, xəyanətkarlıqda ittiham edənlər görəsən bu gün başa düşürlərmi ki, hadisələri əvvəlcədən görmək millətə, dövlətə görə risk etmək heç zaman xəyanətkarlıq deyil. Əsl xəyanətkar onlardır ki, Azərbaycanı və Bakı kəndlərini siyasi savdsızlıq nəticəsində 14 il geri çəkmişlər. Yaratmış olduğum Bakı və Kəndlər Birliyi bu gün real ticarətçiyə deyil, real siyasətçiyə ehtiyac duyur.

---- bilməyənlər məsuliyyət hissindən kənar adamlar danışmağa başlamışdı. İyunun 13-də 1936-cü ildə Rüstəm Mustafayev adına İncəsənət Muzeyində geniş mətbuat konfransı keçirərək milli dövlətçiliyn təhlükə qarşısında olduğunu bəyan etdim. Bu ərəfələrdə harda iyunun 12-13-də Fərəc Quliyev mənə zəng edərək artıq Nəv---- kəndində olan Surətin qoşunlarına qarşı kömək istədi. Mən Hüseynov Abbasa tapşırdım ki, Bakı kəndlərindən 100-ə yaxın hərbi təlim görmüş şəxsləri AXC-yə gətirsin və AXC icra aparatının sədri Fərəc Quliyevlə danışıqlar aparsın. Xülasə məlum olanda ki, Bakı kəndlərindən gələn şəxslərə heç bir status verilməyib, əvvəlcə Şıxovdakı hərbi hissəyə, sonra Nəvaiyə göndərmək planlaşdırılır. Bu şəxslər işərisində Bakı, Yasamal, Keşlə, Masazır. Zirə, Türkan, Binə, Maştağa, Buzovna və digər kəndlərdən idi. Bu şəxslərin çoxu ailəli idi. Buna görə də mən onları statusları müəyyən edilmədən təxribat meydanına göndərə bilməzdim. Kim bilir mən məsuliyyətimi dərk etmsəydim, neçə-neçə günahsız ölümə səbəb ola bilərdi. Mən Hüseynov Abbasa bildirdim ki, vətənpərvər --- evlərinə yola sal. Çünki onlara bir şey olsaydı onların ailələri və uşaqları qarşısında cavabdeh mən olacaqdım. Bax belə... Hadisələr isə getdikcə kəskinləşirdi. Artıq ehtimal edilən Talış-Muğan respublika ideyası Adtara və Lənkəranı əhatə etmiş Tehran və Moskva növbəti əməliyyatları cızmağa sövq edirdi. Qusar. X--, Balakən zonalarında avar-ləzgi məsələsi gündəmə atılmışdı. Dərbənddən Hacı Zeynalabdin (keçmiş Nasosnu) qəsəbəsinə qədər ərazini millətçi ləzgi ərazisi hesab edirdi. Talış-Muğan ideyası ilə yaşayanlar isə ərazilərinin Astaradan başlayıb Qobustan, Bayıl tərəfdə başa çatdığını iddia edirdilər. Bu azmış kimi --- hadisələrdən sonra qondarma Gəncəbasar quberniyası meydana çıxdı. Gəncə hadisələrinin qarşısnın alınması üçün Müdafiə Naziri Milli Məclisdə səviyyəsiz olduğunu göstərdi. MTN imkanlarının tükəndiyini elan etdi.



1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə