ƏLİ VƏ Nİno (1927), Qurban Səid




Yüklə 1.09 Mb.
səhifə17/19
tarix22.02.2016
ölçüsü1.09 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

O, susdu və kədərli tövrdə oturdu. Nino əzab çəkirdi, çünki mən öz vətənimi və dincliyimi gözəgörünməzdə tapmaq istəyirdim.

- İndi nə olacaq, Nino?

- Bilmirəm. Biz artıq xoşbəxt ola bilməyəúəyik. Mən buradan çıxıb uzaqlara getmək istəyirəm. Elə bir yerə getməliyəm ki, Top meydanındakı dəlini bir də görməyim və təkrarən sənin üzünü görməyim. Əli xan, burax məni çıxım gedim.

- Sən haraya gedəcəksən, Nino?

- Eh bilmirəm - dedi və onun barmaqları kürəyimdəki yaralara toxundu.

- Axı sən nə üçün belə elədin?

- Sənə görə, Nino, amma sən bunu başa düşməzsən.

- Yox, - deyə həyəúanlı şəkildə Nino cavab verdi – mən buradan o qədər yorulmuşam ki, çıxıb getmək istəyirəm. Bu çirkin Asiya mənə əzab verir.

- Məni sevirsənmi?

O, tərəddüdlə: “hə” deyə cavab verdi və əllərini dizlərinin üstünə qoydu. Mən onu qucağıma alıb yataq otağına apardım. Onu soyundurub yerinə qoydum, O, dərin bir qorxu içində qarmaqarışıq şeylər söyləyirdi.

- Nino, - dedim, bir-iki həftə döz, ondan sonra Bakıya evimizə gedəcəyik. O, yorğun halda başını tərpətdi və gözlərini yumdu.

Yuxuya dalarkən əlimi götürüb sinəsinə basdı. Uzun zaman onun yanında oturub ovucumun içiylə onun qəlbinin döyüntüsünü dinlədim. Sonra mən də soyunub onun yanına uzandım. Onun bədəni isti idi. O, uşaq kimi sol böyrü üstündə, dizlərini büküb, başını yorğanın altına salıb yatmışdı.

Ertəsi gün Nino səhər erkəndən durdu. Üstümdən hoppanıb, hamamxanaya doğru getdi. Orada suyu şıppıldada-şıppıldada yuyunurdu, lakin mənim oraya girməyimə izin vermədi... Oradan çıxandan sonra gözlərini mənim baxışlarımdan qaçırdırdı. Onun əlində məlhəmlə dolu bir qab var idi. O, təqsirini başa düşən adam kimi məlhəmi kürəyimdəki yaralara sürtdü. Sonra nəzakətlə dedi:

- Sən özünü yox, məni döyməli idin, Əli xan.

- Bacarmazdım, çünki bütün günü özüm-özümü döymüşdüm, artıq gücüm qalmamışdı.

O, məlhəm qabını kənara qoydu. Xidmətçi çay gətirdi. Nino təlaşla çayını içirdi və pərt halda bağçaya baxırdı. Sonra birdən-birə gözlərimin içinə baxıb dedi:

- Bunun mənası yoxdur, Əli xan. Mən sənə nifrət edirəm və İranda qaldığım müddətdə də nifrət edəcəyəm. Nə edim, mən bunu tərgidə bilmərəm. Biz ayağa durduq. Bağçaya keçib fəvvarənin yanında oturduq. Tovuz quşu yellənə-yellənə qabağımızdan keçdi. Sonra atamın kareti gurultu ilə həyətə girib, evin kişilərə aid olan tərəfinə yanaşdı. Nino başını yana əydi və ürkəkcəsinə dedi:

- Mən, nifrət etdiyim bir adamla da nərd oynaya bilərəm.

„edib nərdtaxtanı gətirdim və biz pərt və çaşqın halda nərd oynamağa başladıq. Sonra hovuza əyilib, hovuzdakı suda əêsimizə tamaşa etdik. Nino əlini suya saldı və əêsimiz balaca dalğalarda pozulub getdi.

- Kədərlənmə, Əli xan. Mən sənə nifrət etmirəm. Mən bu yad ölkəyə və onun qəribə adamlarına nifrət edirəm. Elə ki, evimizə çatdıq, hər şey sürətlə keçib gedəcək.

O, sifətini suyun üstünə qoydu və bir müddət belə saxladıqdan sonra başını qaldırdı. Su damlaları onun yanağından və çənəsindən süzülürdü.

- Əli xan, əminəm ki, uşağımız oğlan olacaq, lakin o vaxta hələ yeddi ay qalıb – deyə Nino sözünü bitirdi. Onun üzündə qurur ifadəsi var idi. Mən onun üzünü sildim və soyuq yanaqlarını öpdüm. O da güldü.

İndi bizim taleyimiz Azərbaycanın qızmar günəş altında yanan düzənliyindən keçib, neft qüllələrinin əhatəsində və düşmənin işğalı altında və işgəncələrə məruz qalan Bakıya tərəf irəliləyən alaylardan asılı idi.

Uzaqlardan yenə müqəddəs şeypur səsi gəlirdi. Mən Ninonun əlini tutub, onu tez evin içinə apardım. Sonra qrammofonu gətirib Qunonun “Faust” operasından bir ariya çaldırdım. Bu, ən uca səsli val idi. Nino qorxu içində mənə sarılarkən, mefistofelin qödrətli bas səsi uzaqlardan gələn şeypurun sönük səsini və “Şaxsey-Vaxsey” səslərini batırırdı.

XXVII

Ənvər paşanın ordusu payızın ilk günlərində Bakıya yürüş edib oranı tutdu. Bu xəbər bazarlara, çayxanalara və nazirliklərə yayıldı. Şəhərdəki son rus müdafiəçiləri ac-yalavac Bakıdan qaçıb dənizi aşmış, İran və Türküstana getmişdilər. Şəhərin qədim qalasının üzərində ağ hilallı qırmızı Türk bayrağı müzəffəranə dalğalanırdı. Arslan Ağa türklərin Bakıya girməsinə dair əfsanəvi şəkildə Tehran qəzetlərində yazılar çap etdirmişdi. Əmim Əsəd-əs-Səltənə isə türklərə nifrət etdiyi üçün və eyni zamanda bununla ingilislərin qılığına girmək istədiyi üçün Tehran qəzetlərində çıxan yazıları qadağan etdi. Atam baş nazirin yanına getdi və baş nazir bir az tərəddüddən sonra Bakı ilə İran arasındakı gəmi rabitəsinin yenidən bərpa edilməsinə icazə verdi. Biz Ənzəliyə getdik və orada “Nəsrəddin” gəmisi ilə, azad edilmiş vətənləri olan Bakıya qayıtmaq istəyən yüzlərlə qaçqınları gəmiyə mindirib şəhərimizə yola düşdük.



Bakı limanı başlarına hündür xəz papaq qoymuş əsgərlərlə dolu idi. İlyas bəy qılıncını sıyırıb gəmini salamladı və bir türk mayoru da xəfif İstanbul türkcəsini mümkün qədər bizim Türk ləhcəsinə uyğunlaşdırıb təntənəli bir nitq söylədi. Biz evimizə gəldiyimiz zaman onu təmamən dağılmış və qarət edilmiş halda gördük. Nino günlərlə, həftələrlə səhərdən axşama qədər evdar qadın rolunu ifa edirdi. O, dülgərlərlə mübahisə edir, günlərlə mebel dükanlarını gəzir və dərin düşüncələr içində qaşlarını çataraq otaqlarımızın uzunluğunun və eninin ölçülərini çıxardırdı. Nino memarlarla gizli danışıqlar apardıqdan sonra, günlərin bir günü evdə fəhlələrin səs küyünü, boya, taxta və suvaq iyi hiss etdim. Bütün bu gündəlik səs-küylü qarmaqarışıqlığın mərkəzində Nino dururdu. O, özünü bu işləri təmamən bilən bir adam kimi aparırdı. Çünki mebel, onların qoyuluşu və divar kağızlarının seçilməsi işində ona sərbəstlik vermişdim.

Axşamlar isə çəkinə-çəkinə, lakin eyni zamanda sevinc hissi ilə gün ərzində görülən işlərdən mənə məlumat verirdi:

- Əli xan, mənə acığın tutmasın. Mən divan yerinə əsl çarpayı sifariş vermişəm. Divar kağızları açıq rəngli olacaq, döşəməyə də xalçalar salınacaq. Uşaq otağına isə ağ boya vurulacaqdır. Hər şey İran hərəmxanasından təmamən fərqli olacaqdır.

Nino qollarını boynuma doladı və üzünü yanağıma sürtdü, çünki o vicdan əzabı çəkirdi. Sonra başını yana çevirdi, nazik dilini ağzından çıxardıb dodaqlarının üzərində gəzdirdi və dilini burnunun ucuna dəydirməyə çalışdı. Nino imtahan zamanı, həkimə müayinəyə gedəndə, yaxud dəfn mərasimində iştirak edəndə həmişə belə edərdi. Mən on məhərrəm gecəsini yadıma saldım və xalçaları ayaq altına salmaq, eləcə də avropasayağı masa arxasında oturmaq mənə ağır gəlsə də, Ninoya bu işlərdə tam sərbəstlik verdim. Mənim öhdəmdə isə damdan başqa bir şey qalmırdı. Çünki Nino damı yenidən qurmağı planlaşdırırmamışdı.

Əhəng tozu və fəhlələrin səs-küyü evi doldurmuşdu. Mən isə atamla evin damında oturub, başımı yana çevirərək günahkar adam kimi dilimi Nino kimi çıxardıb dodaqlarımın üzərində gəzdirdim.

Atam çox nəzakətlə:

- Eh, dünyanın işləri belədir, Əli xan. Yuvanı dişi quş qurar. Şərtlər heç də asan olmadığı halda Nino özünü İranda yaxşı apardı. İndi növbə sənindir, Əli xan. Sənə dediyim sözləri yadından çıxarma: Artıq Bakı avropalaşıb. Özü də həmişəlik!

Evlərin sərinliyi və divarlardan asılan rəngarəng xalçalar İrana aiddir.

- Bəs sən nə edəcəksən, ata?

- Mən də İrana aidəm və sənin uşağının doğumunu görən kimi İrana gedəcəyəm. Mən Şəmirandakı evimizdə yaşayıb, orada ağ divar kağızlarının və divan yerinə çarpayıların gəlişini gözləyəúəyəm.

- Mənim isə burada qalmağım məsləhətdir, Ata.

Atam “Bəli” deyərəê ciddi bir şəkildə başını tərpətdi.

- Bilirəm. Sən bu şəhəri sevirsən, Nino da Avropanı sevir. Lakin mən yeni bayrağımızı sevmədim. Şəhərin səs-küyü və şəhərdəki Allahsızlıq havası da xoşuma gəlmədi.
O sakitcə başını aşağı saldı və bu anda qardaşı Əsəd-əs-Səltənəyə bənzədi.

- Mən artıq yaşlıyam, Əli xan. Bütün bu yeniliklərə, dözümüm yoxdur. Sən isə gəncsən və cəsursan, sənin burada qalmağın lazımdır. Azərbaycan ölkəsinin sənə ehtiyacı var.

* * *

Alaqaranlıqda şəhərimizin küçələrində gəçişirdim. Sərt baxışlı türk patrulları tinlərdə keşik çəkirdilər. Mən türk zabitləri ilə söhbət etdim. Onlar mənə İstanbulun məscidlərindən, Tatlı-Sudakı yay gecələrindən söhbət etdilər. Köhnə qubernator binasının üzərində yeni Azərbaycan dövlətinin bayrağı dalğalanırdı. Parlament də məktəb binasında yerləşirdi. Köhnə şəhər elə bir yeni bir həyata qədəm qoymuşdu. Vəkil Fətəli xan baş nazir təyin olunmuşdu. O, qanunlar çıxardır, göstərişlər və əmrlər verirdi. Şəhərdən rusları təmizləmək istəyən Şəmsi Əsədullayevin oğlu Mirzə Əsədulla xarici işlər naziri təyin olunmuşdu. O, kənar ölkələrlə müqavilələr bağlayırdı. İndiyə qədər adət etmədiyim dövlət müstəqilliyi hissi məni də bürümüşdü. Mən yeni dövlət gerbini, yeni uniformaları və yeni qanunları sevməyə başladım. Həyàtımda ilk dəfə idi ki, mən özümü öz vətənimin sahibi hiss edirdim. Ruslar utancaq halda yanımdan keçir keçmiş müəllimlərim də məni hörmətlə salamlayırdılar.



Şəhər klubunda milli musiqi çalınır və xalq mahnıları oxunurdu. Yeni klub qaydalarına görə, kluba gələn hər kəs papağını çıxartmadan orada otura bilərdi. İlyas bəylə mən cəbhədən qayıdan və ya cəbhəyə getməkdə olan türk zabitlərini təbrik edirdik. Türk zabitləri bizə Bağdad mühasirəsindən və Sina çölündəki hərbi yürüşlərdən söhbət edirdilər. Onlar Liviya çöllərinə, Qalisiyanın palçıqlı yollarına və Ermənistan dağlarının qarlı təpələrinə bələd idilər. Müsəlmanlığın qadağan etdiyi qanuna məhəl qoymadan türk zabitləri şampan şərabı içir, Ənvər paşadan və damarlarında türk qanı axan bütün insanları bir bayraq altında birləşdirəcək Turan imperatorluğundan danışırdılar. Mən onların söhbətlərinə böyük heyrət və həvəslə qulaq asırdım, çünki bütün bu valehedici mənzərə gözəl və unudulmaz bir yuxu qədər cazibədar idi. Böyük rəsmi keçid günü hərbi orkestrlər musiqi sədaları altında şəhərin küçələrindən keçirdilər. Sinəsi orden və medallarla dolu olan Ənvər Paşa at belində oturub hərbi hissənin əsgərləri qarşısında çıxış edib yeni bayrağımızı salamladı. Qürur və razılıq hissi bizi bürümüşdü. Biz sünnilərlə şiələr arasındakı bütün fərqləri unudub Ənvər Paşanın zərif əllərini öpməyə və Osmanlı xəlifəsi yolunda ölməyə hazır idik. Yalnız Seyid Mustafa qarışıqlıqdan uzaq bir küncə çəkilmişdi. Onun simasında qəzəb və nifrət hissləri oxunurdu. O, Ənvər Paşanın sinəsini bəzəyən ulduzlar və ayparalar arasında xaçlı bolqar medalını da görmüşdü. Yabançı bir dinin simvolunu bir müsəlmanın sinəsində görmək Seyid Mustafanı çox qəzəbləndirmişdi.

Hərbi keçiddən sonra İlyas bəy, Seyid Mustafa və mən bulvarda oturmuşduq. Ağaclardan payız xəzəli tökülürdü. Dostlarım yeni dövlətin əsas qanunları haqqında mübahisə edirdilər. Gəncə yaxınlığındakı hərbi döyüşlərdən, gənc türk zabitləri ilə etdiyi danışıqlardan və özünün müharibə təcrübələrindən İlyas bəy belə qərara gəlmişdi ki, vətənimizi rusların yeni işğalından qorumaq üçün ölkəmizdə təcili olaraq avropasayağı islahatlar keçirilməlidir.

İlyas bəy dedi:

- Mən deyirəm ki, ölkədə qalalar tiksək, yollar salsaq və reformalar aparsaq da, yenə müsəlman olaraq qala bilərik.

Seyid qaşqabağını tökdü, onun gözlərindən yorğunluq tökülürdü.

O, soyuqqanlıqla dedi:

- Bir addım da irəli get, İlyas bəy. De ki, adam şərab içsə də, donuz əti yesə də, yenə yaxşı müsəlman olaraq qala bilər. Çünki avropalılar çoxdan kəşf ediblər ki, şərab insanın sağlamlığı üçün xeyirlidir, donuz əti də qidalıdır. Əlbəttə, insan bütün bu saydıqlarını edib yenə də bir müsəlman olaraq qala bilir, amma cənnətin qapısında duran baş məlaikə buna inanmaq istəməyəúəê.

İlyas bəy güldü:

- Təlim ilə donuz əti yemək arasında böyük fərq var, elə deyilmi?– dedi.

- Lakin donuz əti yeməklə şərab içmək arasında fərq yoxdur. Türk zabitləri açıq-aydın şərab içirlər, onların uniformalarında da xaçlı nişanlar var.

Dostlarımın mübahisəsini dinləyirdim. Birdən Seyid deyə müraciətlə soruşdum.

- Çarpayıda yatmaqla və yemək yeyərkən çəngəl bıçaq işlətməklə, yenə də müsəlman olaraq qalmaq olarmı?

Seyid nəvazişlə güldü:

- Sən həmişə yaxşı bir müsəlman olaraq qalacaqsan. Mən səni Tehranda Məhərrəm günündə görmüşəm.

Mən cavab vermədim. İlyas bəy hərbi papağını düzəltdi:

- Sən evini müasir mebellərlə və açıq rəngli divar kağızları ilə bəzəyib Avropasayağı şəklə salmaq istəyirsən, doğrudurmu?

- Bəli, İlyas bəy, doğrudur.

O, qətiyyətlə dedi:

- Bu çox gözəl qərardır. Bakı artıq ölkəmizin paytaxtıdır. Ölkəmizə əúnəbi səfirlər gələúəê. Onları qəbul etmək üçün evlərə və diplomatların xanımları ilə söhbət edə bilən xanımlara ehtiyacımız vardır. Əli xan, sənin arzuladığımız formada belə bir arvadın var və tezliklə sənə münasib evin də hazır olacaqdır. Sən xarici işlər nazirliyində işləməlisən.

Mən güldüm.

- İlyas bəy, sən mənim arvadım və özümlə elə danışırsan ki, elə bil biz beynəlxalq anlaşma meydanında yarışa hazırlanmış atlarıq. Yoxsa, elə fikirləşirsən ki, mən öz evimi bizim beynəlxalq mənafelərimiz naminə yenidən düzəltdirmişəm?

- Əslində belə olmalıdır – deyə İlyas bəy fikrini qəti şəkildə ifadə etdi. Onun həqiqətən yerdən göyə qədər haqlı olduğunu hiss etdim. Həqiqətən hər kəs Azərbaycanın yoxsul və qızmar günəşdən yanmış torpaqlarında qurmaq istədiyimiz bu yeni dövlətə xidmət etməlidir.

Mən evə getdim. Nino yerə parket döşənməsinə, divarlara yağlı boya çəkilməsinə və rəsm tablolarının divardan asılmasına heç bir etiraz etmədiyimi görüb ürəkdən güldü və onun gözləri bir vaxt İsa bulağındakı meşə zolağında keçirdiyimiz gecə olduğu kimi parıldadı.

* * *
Bu vaxtlar mən atla çölə tez-tez gedirdim. Orada yumşaq qumun üzərinə uzanıb saatlarla günəşin qərbdə batmasını izləyirdim. Türk qoşunları yanımdan keçib gedirdilər. Türk zabitlərinin sifətini qəm və həyəúan bürümüşdü. Yeni dövlətimizin səs-küyü dünya müharibəsinin uzaqlarda atılan top səslərini batırmışdı. Lakin çox-çox uzaqlarda türklərlə müttəfiq olan bolqarların qoşunları düşmənin hücumları qarşısında geri çəkilməyə başlamışdılar.

Türklər: “Cəbhə yarılmışdır” deyirdilər. Onu yenidən bərpa etmək qeyri-mümkündür. Onlar artıq şampan şərabı içmirdilər.

Cəbhədən hərdən bir xəbər gəlirdi. Xəbər gələndə də ildırım kimi təsir göstərirdi. Çox uzaqlarda Mondros adlanan bir limanda beli bükülmüş bir adam İngiltərənin “Aqamemnon” adlı hərbi gəmisinə çıxmışdı. Bu beli bükülmüş adam Osmanlı imperatorluğunun donanma naziri olan Hüseyn Rauf bəy idi. O, atəşin dayandırılmasına dair müqavilə bağlamaq barədə xəlifədən vəkalət almışdı. Rauf bəy masanın üzərinə əyildi və bir kağız parçasına imzasını qoydu. Bu an şəhərimizin hakimi olan Ənvər paşanın gözləri yaşla doldu.

Turan imperiyasının marşı bir daha Bakının küçələrində eşidildi. Amma bu dəfə bu marş elə bil matəm marşı kimi səslənirdi.

Ənvər paşa ən şahanə uniformalarını və ağ əlcəklərini geyib atının yəhərində dik oturaraq, hərbi hissələrin qabağından keçirdi. Türk zabit və əsgərlərinin sifətlərində heç bir ifadə yox idi. Osmanlı bayrağı büküldü, təbillər vuruldu və Ənvər paşa ağ əlcəkli əlini qaldıraraq əsgərlərini salamladı. Hərbi hissələr şəhərdən çıxırdılar və onlar İstanbul məscidlərinin, Bosfor boğazındakı gözəl sarayların, xəlifə olan arıq kişinin və onun əynindəki Peyğəmbər cübbəsinin xəyali mənzərəsini yaddaşımızda qoyub gedirdilər.

Bir neçə gün sonra sahildə dayanmışdım. Bu anda Nargin adasının arxasından ingilis işğal qoşunlarını gətirən ilk gəmilər görünməyə başladı. İngilis qoşunlarının komandanı olan generalın mavi gözləri, nazik bığları, enli və güclü əlləri var idi. Yeni Zelandiyalılar, kanadalılar və Avstriyalılar şəhərimizə axışırdılar. İndi şəhərimizin hər yerində bizim ölkəmizin bayraqları yanında ingilis bayraqları da dalğalanırdı.

Bir gün baş nazir Fətəli xan Xoyski telefon edib, xahiş etdi ki, onun nazirliyinə gəlim. Ertəsi gün onun yanına getdim. Otağına girdiyim zaman o, odlu baxışlarını mənə zillədi:

- Əli xan, nə üçün siz indiyə qədər dövlət vəzifəsində deyilsiniz?

- Mən özüm də bunu bilmirəm.

Onun masasının üstündəki xəritəyə baxıb, vicdan əzabı çəkə-çəkə dedim.

- Fətəli xan, mən bütün varlığımla vətənimə bağlıyam.

Əmrinizə hazıram.

- Eşitmişəm ki, sizdə xarici dilləri öyrənmək istedadı vardır. İngilis dilini neçə vaxta öyrənə bilərsiniz?

Mən bir az çaşqınlıqla güldüm.

- Fətəli xan, mənim ingilis dilini öyrənməmə lüzum yoxdur, çünki ingilis dilini bilirəm.

Fətəli xan iri başını kreslonun arxasına söykəyib heç bir şey demədi. Sonra birdən soruşdu:

- Nino necədir?

Baş nazirin mənim arvadımın necə olmasını soruşması məni təəúcübləndirdi.

- Çox sağ olun, əlahəzrət, arvadım yaxşıdır.

- O da ingilis dilini bilirmi?

- Bəli, bilir.

O, enli bığlarını tumarlayaraq yenə də susdu.

Mən sakit tərzdə dedim:

- Fətəli xan, nə istədiyinizi bilirəm. Mənim evim bir-iki həftəyə hazır olacaq. Ninonun şifonerində çoxlu axşam geyimləri vardır. İkimiz də ingiliscə bilirik və nəhayət evimizdə içiləcək şampan şərablarının pulunu da özüm ödəyərəm.

Baş nazir bığlarının altından gülümsədi və onun gözləri yaşardı:

- Bağışlayın məni, Əli xan. Mən sizi təhqir etmək istəmirdim. Bizim sizin kimi adamlara böyük ehtiyacımız var. Xanımı avropalı olan, soylu bir ailədən çıxan, ingilicə bilən və evi də ziyafətlərə uyğun ola biləcək adamlar ölkəmizdə çox deyil. Məsələn mənim ingilis dilini öyrənməyə heç vaxt pulum və vaxtım olmayıb, hələ qala ki, evim, yaxud avropalı bir arvadım olsun.

O, yorğun görünürdü. Qələmi götürüb dedi:

- Bu gündən etibarən siz, Xarici İşlər Nazirliyində Qərbi Avropa şöbəsinin attaşesi təyin olunursunuz. Xarici İşlər naziri Əsədullanın yanına gedin. O, sizə vəzifəniz haqqında izahat verəcək. Və... xahiş edirəm inciməyin... eviniz beş günə hazır olacaqmı? Bu sualla sizə müraciət etdiyim üçün həqiqətən utanıram.

- Oldu, əlahəzrət! - deyə mən qəti cavab verdim. Mənə elə gəldi ki, köhnə, güvəndiyim bir dostuma xəyanət edərək, onu tərk edirəm.

Oradan çıxandan sonra evə getdim. Ninonun əlləri boya içindəydi. O, yağlı boyalı bir tablonu divardan asmaq üçün nərdivana çıxıb divara mıx vururdu. Əgər Ninoya desəydim ki, bu mıxı vurmaqla vətənə xidmət edirsən, o, şübhəsiz ki, çox təəúcüblənərdi. Ona görə də bunu ona demədim. Sadəcə onun çirkli barmaqlarını öpdüm və xarici şərabları soyutmaq üçün bir soyuducu alınmasına izin verdim.

XXVIII


- Sizin xalanız varmı?

- Yox, mənim xalam yoxdur, amma qulluqçum sağ ayağını sındırıb. Gəzməkdən xoşunuz gəlirmi? Bəli gəzməkdən xoşum gəlir, amma mən axşamlar yalnız meyvə yeməyə üstünlük verirəm.

İngilis dili dərsliyinin tapşırıqları çox axmaq səslənirdi. Nino kitabı örtdü.

- Mənə elə gəlir ki, müharibədən qalib çıxmaq üçün ingilis dilini kifayət qədər bilirik. Amma, de görüm, heç ömründə viski içmisənmi?

Dəhşətlə çığırdım.

- Nino, sən bu dərsliyin lap müəllifi kimi danışırsan.

- Bağışla, Əli xan, vətənimizə xidmət etmək arzumuzu yanlış başa düşdüyüm üçün belə bir axmaq söz danışdım. De görüm, bu axşam bizə kimlər gələúəê?

Ninonun səsində süni bir etinasızlıq hiss olunurdu.

Mən, bu axşam evimizə təşrif buyuracaq ingilis məmurları ilə zabitlərinin adlarını sadaladım. Nino qürurlanaraq gözlərini qabağa zilləmişdi. O, çox yaxşı bilirdi ki, Azərbaycanın heç bir naziri və generalı, onun ərinin sahib olduğuna malik deyildir: ərinin ziyalı, Qərb adətlərinə bələd, ingilis dilini bilən və knyaz ailəsindən olan arvalı vardı.

Nino qaşqabağını sallayıb dedi:

- Mən viskinin dadına baxdım, onun acı və iyrənc dadı var. Ona görə də onun içinə soda atmadan içmirlər.

Mən əlimi onun çiyninə qoydum. O, razılıq hissi ilə gözlərini mənə tərəf çevirdi:

- Qəribə bir həyat keçiririk, Əli xan. Bir dəfə məni aparıb hərəmxanaya saldın, indi isə ölkəmizin mədəni inkişafına xidmət edən bir əşya rolunu oynayıram.

Biz aşağı qəbul salonuna endik. Yaxşı təlim keçmiş qulluqçular divarlara söykənib söhbət edirdilər. Divarlarda da mənzərə və heyvan rəsmləri çəkilmiş tablolar asılmışdı. Künclərdə yumşaq kreslolar qoyulmuşdu, masanın üstünü də çiçəklər bəzəyirdi. Yadındadırmı, Əli xan, Dağıstandakı aulda vadidən bardağla su daşıyaraq sənə qulluq edərdim.

- Hansı xidmət daha çox xoşuna gəlir?

Ninonun gözləri süzüldü, sanki xəyala getdi. Cavab vermədi. Bu anda qapının zəngi çalındı və Ninonun dodaqları həyəúandan titrəməyə başladı. İlk gələnlər Ninonun valideynləri idilər. Onlarla birlikdə rəsmi keçid forması geymiş İlyasbəy də gəlmişdi. İlyas bəy salonu gəzdi, hər şeyi gözdən keçirdi, sonra başını yırğalayıb dedi:

- Mən də evlənməliyəm, Əli xan. Görəsən Ninonun xalası qızı varmı?

Nino ilə mən ev sahibləri kimi qapıda durub müsafirləri qarşılayırdıq. Biz çoxlu ingilis əlləri sıxırdıq. İngilis zabitləri hündürboylu və qırmızı sifətli idilər. Uzun əlcək geymiş xanımlar isə mavigözlüydülər. Onlar mərhəmətlə gülür və maraqla ətrafa baxırdılar. Bəlkə də, onlar gözləyirdilər ki, hərəm xidmətçiləri onlara qulluq edəcək və yarılüt qızlar onların qabağında rəqs edəcəklər. Halbuki onların əvəzində yaxşı təlim keçmiş qulluqçular peyda oldular. Əmrə hazır olan bu qulluqçular yeməkləri masanın üstünə sol tərəfdən qoyurdular. Divarlarda yamyaşıl çəmənliklərin və yarış atlarının rəsmləri asılmışdı.

Gənc bir zabit qədəhini ağzına kimi viski ilə doldurub, içinə soda tökmədən bir nəfəsə başına çəkib boşaltdığını görən Ninonun nəfəsi tutulan kimi oldu. Salonu səs-küy bürümüşdü. Verilən sual və cavabların əêsəriyyəti ingilis dili dərsliklərinin tapşırıqları kimi çox axmaq səslənirdi: “Çoxdan evlisiniz, xanım Şirvanşir?” “Demək olar ki, iki ildir” “Bəli, toy səyahətimi keçirmək üçün İrana getmişdik”, – “Ərimin at sürməkdən xoşu gəlir”. – “Yox? ərim polo oynamır” “Şəhərimiz xoşuna gəlirmi?” “Bəli buranı görməyimə məmnunam, amma çox xahiş edərim. Bizlər vəhşi deyilik” “Azərbaycanda artıq çoxdandır ki, çox arvadlılıq qadağan edilmişdir”. “Hərəm ağalar barəsində isə mən ancaq romanlarda oxumuşam”. Nino masanın qarşı tərəfindən üzümə baxdı və gülməyini güclə saxladığı üçün onun çəhrayı burun dəlikləri pərələnirdi. Bir mayor arvadı Ninodan soruşdu ki, həyatınızda heç operaya getmisinizmi? Nino çox nəzakətlə cavab verdi ki, bəli getmişəm, oxumağı və yazmağı da bilirəm.

Nino ona sual verən xanıma biskvit dolu qabı uzadarkən ilk raundu udmuşdu.

Gənc ingilislər, məmur və zabitlər Ninoya baş əyirdilər. Onların əlləri Ninonun incə barmaqlarına toxunurdu, baxışları isə Ninonun çılpaq kürəyinə sataşırdı.

‚zümü yana çevirdim. Əsədulla küncdə dayanıb arxayın tərzdə siqara çəkirdi. O, öz arvadını heç zaman yad adamların baxışlarına təslim etməzdi. Amma Nino həm gürcü, həm də xristian idi. Əsədullanın fikrincə Nino əllərini, gözlərini və çılpaq kürəyini onlarla yad kişilərin baxışlarına təslim etmək üçün yaranmışdı.

Məni qəzəb və xəcalət bürüdü. Qulağıma çatan qırıq-qırıq sözlər həyasız və təhqiredici səslənirdi. Mən gözlərimi yerə dikdim. Nino salonun o biri başında yadların ortasında durmuşdu.

Birdən birə o, boğuq bir səslə “Çox sağ olun” dedi: “Sağ olun siz çox nəzakətlisiniz”.

Başımı qaldırdım və onun qıpqırmızı olmuş sifətini, vahimə bürümüş halını gördüm. O, salonun o biri başından gəlib qabağımda dayandı. O, əlini qoluma saldı, elə bil özünə arxa axtarırdı.

Sonra yavaşca dedi:

- Əli xan, indi sənin vəziyyətin, o vaxt Tehranda xalaların və xalaqızlarınla görüşəndə mənim düşdüyüm vəziyyətə oxşayır. Bu qədər kişi ilə mən nə edim? Mən onların mənə belə baxmalarını istəmirəm.

Nino bu sözləri deyib məndən aralandı və mayor arvadının əlindən tutdu. Mən onun mayor arvadına dediyi sözləri eşitdim: “Siz mütləq bir dəfə bizim yerli teatra gəlməlisiniz. Hazırda Şekspiri Azərbaycan dilinə tərcümə edirlər. Gələn həftə “Hamlet”in ilk tamaşası olacaq”.

Alnımdakı təri sildim və qonaqpərvərliyin sərt qayda-qanunlarını yada saldım. Köhnə bir məsəldə deyilirdi, “əgər qonaq sənin oğlunun başını kəsib onu əlində tutaraq evinə girsə, onu qəbul etməli, yedirtməli və qonaq kimi ona ehtiram göstərməlisən”. Ağıllı adətdir. Amma ona əməl etmək çox ağır olur.

Qədəhləri viski və konyakla doldurub qonaqlara payladım. Zabitlər siqara çəkirdilər, viski içirdilər. Onların ayaqlarını qaldırıb masaların üzərinə qoymalarını gözlədiyimiz halda, bunu zabitlərin heç biri etmədi.

1   ...   11   12   13   14   15   16   17   18   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə