Elektron imza və elektron sənəd haqqında




Yüklə 6.02 Kb.
tarix10.04.2016
ölçüsü6.02 Kb.
Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI


Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 580 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Depozit Sistemi haqqında” Əsasnamənin 3.10-cu bəndinin “m” yarımbəndindən “- rəqəmli” sözü çıxarılsın.

Müəyyən edilsin ki:

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.14-cü, 8-ci, 9.1-ci, 9.3-cü, 9.4-cü, 9.6-cı, 9.7-ci, 16.0.3- cü, 17.1.3-cü, 17.3.7-ci, 17.3.8-ci, 17.3.9-cu, 19.2-ci, 19.4-cü, 19.5-ci, 31.4- cü, 33.1-ci, 33.2-ci, 33.3-cü (33.3.3-cü maddədə müəyyən edilmiş məsələlər istisna olmaqla) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirir;

həmin Qanunun 33.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini 33.3.3-cü maddədə müəyyən edilmiş məsələlərə münasibətdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.



3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2005-ci il

№ 246


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə