Elektrik stansiyalarinin xüsusi SƏRFİYYAT elektrik müHƏRRİKLƏRİNİN İSTİsmari və TƏMİRİNƏ ДАИР elektrik stansiyalarinin xüsusi




Yüklə 372.33 Kb.
səhifə1/6
tarix20.04.2016
ölçüsü372.33 Kb.
  1   2   3   4   5   6


ELEKTRİK STANSİYALARININ XÜSUSİ SƏRFİYYAT ELEKTRİK

MÜHƏRRİKLƏRİNİN İSTİSMARI VƏ TƏMİRİNƏ ДАИР
1. ELEKTRİK STANSİYALARININ XÜSUSİ

SƏRFİYYAT ELEKTRİK MÜHƏRRİKLƏRİNƏ QOYULAN ÜMUMİ TƏLƏBLƏR
1. İş prosesində xüsusi sərfiyyat elektrik mühərriklərini qarşısına qoyulan ümumi tələblər
1.1.Elektrik stansiyasının texnoloji sexlərində qoyulmuş bütün elektrik mühərriklərinin gövdəsində ümumi mexanizmə və işçi texnoloji icra sxeminə uyğun, fırlanma istiqamətini göstərən kiçik nişan olmalıdır. Elektrik mühərriklərinin idarəedici açarlarının və ya düymələrinin (avtomatik açarlar və ya maqnit işəsalıcılar) yanında onların hansı elektrik mühərrikinə aid olması, hansı düymənin basılması və ya açarın hansı istiqamətə döndərilməsi ilə mühərriki işə qoşmaq və saxlamaq işarəsi göstərilməlidir. Kommutasiya aparatlarının, düymələrin və idarəetmə açarlarının nişanlanması elektrosexin heyyəti tərəfindən aparılmalıdır. Elektrik mühərriklərinin gövdələrinin üstündə olan zavod nömrəsini, əşya nişanını, nominal və digər texniki göstəricilərini əks etdirən zavod nişanı olmalıdır.

1.2.Məsafədən və avtomatik idarə olunan elektrik mühərriklərinin yaxınlığında qəza açılmaları üçün düymə qoyulmalıdır. Qəza düyməsindən istifadə edilməsinə yalnız elektrik mühərrikinin fövqəladə hallarda açılmasında icazə verilir.

1.3. Fırlanan açıq hissələr (birləşdirici muftalar, şkivlər, valın ucları, qayışla və dişliçarxla ötürmədə) çəpərlənməlidir..

1.4. Elektrik mühərrikinin gövdəsi və bəsləyici kabelin metallik örtüyü etibarlı torpaqlanmalı, elektrik mühərrikinin gövdəsi ilə torpaqlanma konturunun birləşməsi aydın görünməlidir. Torpaqlayıcı naqil metallik əsasla qaynaq vasitəsilə və ya elektrik mühərrikinin gövdəsinə bolt birləşdirməsinin köməyi ilə birləşdirilməlidir.

1.5. Gücü 100kVt-dan böyük olan dəyişən cərəyan elektrik mühərrikləri üçün texnoloji prosesə nəzarət məqsədilə və həmçinin texnoloji ifrat yüklənməyə məruz qalan mexanizmlərin elektrik mühərriklərində stator cərəyanına nəzarət olmalıdır.

Yanacaq mühərrikləri, turbinlərin qəza yağ nasosları və turbogeneratorların vallarının kipləşdirilməsində sabit cərəyan elektrik mühərriklərindən istifadə olunur ki, onların güclərindən asılı olmayaraq lövbərinin cərəyanı nəzarət altında olmalıdır.

1.6.Ehtiyatdakı açıq vəziyyətdə olan elektrik mühərrikləri dərhal işə qoşulmaq üçün daim hazır vəziyyətdə olmalıdırlar.

Ehtiyat mühərrik işə qoşulduqdan sonra elektrik mühərriki nəzarətdən keçirilməli və onun normal işləməsi dəqiqləşdirilməlidir.

1.7.Yastıqlarının yağlanması məcburi olan elektrik mühərriklərindəki, yastıqların içliyində temperatura buraxıla bilən həddi aşanda və ya sürtkü yağı kəsildikdə siqnal verən və elektrik mühərrikini dövrədən açan mühafizə qoymaq lazımdır.

2. Elektrik mühərriklərinin təmiri, montajı, sökülməsi və yığılmasına ümumi tələblər
1.8.Elektrik mühərriklərini təmir edən zaman onları 0,2Mпa (2kqs/sm2) artıq olmayan sıxılmış hava ilə üfürmək lazımdır. Hava təmiz,rütubətsiz və yağsız olmalıdır.İmkan daxilində üfürməni binadan kənarda, xüsusi üfürücü kamerada aparmaq lazımdır və ya tozsorandan istifadə etmək lazımdır.

1.9. Elektrik mühərriklərinin montajı,sökülməsi və yığılması üçün stasionar, səyyar və ya inventar qaldırıcı – nəqledici vasitələrdən istifadə etmək lazımdır.

1.10. Elektrik mühərriklərinin ehtiyat hissələri elektrik stansiyasının və ya təmir müəssisəsinin anbarında saxlanmalı və onlardan istifadə etdikcə yerləri doldurulmalıdır.

1.11.Gücü 1kVt və daha artıq mühərriklər üçün işçi gərginliyindən asılı olmayaraq, aşağıda göstərilmiş texniki sənədlər olmalıdır:



·elektrik mühərrikinin pasportu;

·təhvil-təslim sınaqlarının protokolları;·

· dolaqların birləşmə sxemləri (əgər onlar tipik deyilsə);

·idarəetmə, siqnalizasiya və rele mühafizəsinin prinsipal və quraşdırma (icra) sxemləri;


2. ELEKTRİK MÜHƏRRİKLƏRİNİN İŞLƏMƏSİNİN İSTİSMAR ŞƏRTLƏRİ VƏ BURAXILA BİLƏN REJİMLƏRİ

3. Elektrik mühərriklərinin işləməsinin istismar şərtləri

2.1. ГОСT P 51757-2-001 əsasən elektrik mühərriklərinin işlənməsi müddətlərində mühərriklərin güclərindən asılı olaraq işə buraxılmalarının sayı belə hesablanmalıdır:

- gücü 5000 kvt-dan kiçik mühərriklər üçün 10000 işə buraxma;

- gücü 5000 kvt-dan böyük mühərriklər üçün-7500 işə buraxma.

2.2. Elektrik mühərriklərini işə buraxmalar həddində 1 gün ərzində 6 dəfə, sazlama işləri aparan zaman 8 dəfəyə qədər işə buraxmaya icazə verilir, beləliklə 1 il ərzində:

·mexanizm qruplarının nasosları -3000÷800 işə buraxma;

· bəsləyici nasoslar - 400÷700 işə buraxma;

· dartı – üfürücü mexanizmlər - 500÷700 işə buraxma;

· yanacaq hazırlayıcı mexanizmlər - 800÷1000 işə buraxma;

· yanacaq ötürücü mexanizmlər – 2500-ə qədər işə buraxma;

Burada kiçik saylı işə buraxmalar gücü 5000 kvt-dan böyük olan elektrik mühərriklərinə aiddir.

2.3.İkisürətli elektrik mühərriklərində,adətən,birbaşa pilləli işəburaxma kiçik fırlanma tezlikli dolaqla başlayır, sonra isə (lazım gələrsə) böyük fırlanma tezlikli dolağa keçirilir.

2.4.Fazaların birində gərginlik itdikdə elektrik mühərrikinin işləməsinə icazə verilmir.



4. Elektrik mühərriklərinin buraxıla bilən iş rejimləri
2.5. Mexanizmlərlə əlaqəli işləyən elektrik mühərriklərinin yastıqlarında aparılan ölçülərdə titrəməinin (vibrasiyanın) eninə və şaquli mürəkkəbələri (titrəyiş surətinin orta kvadratik qiyməti və ya rəqslərin ikiqat amplitudası) zavod təlimatında göstərilmiş qiymətlərdən böyük olmamalıdır. Əgər texniki sənədlərdə belə göstərişlər yox olursa mexanizmlərlə əlaqəli işləyən elektrik mühərriklərinin yastıqlarında titrəmənin (vibrasiyanın) qiymətləri cədvəl 1-də verilən qiymətlərdən böyük olmamalıdır.

Cədvəl 1.



Fırlanmanın sinxron tezliyi,dövr/dəq

3000

1500

1000

750 və kiçik

Yastıqların titrəmə amplitudasının ikiqat qiyməti, MKM

30

60

80

95

2.6. Elektrik stansiyalarının xüsusi sərfiyyat (x.s) elektrik mühərriklərində istiliyə davamlı sinfə aid olan A,E,B,F və H (ГОСT-8865)-ə uyğun izolyasiya materialları istifadə olunduğundan, izolyasiyaların maksimal temperaturu 105,120,130,155 və 1800 S uyğundur. Son vaxtlar xüsusi sərfiyyat mexanizmlərinin elekrtik mühərrikləri üçün “B” sinfindən kiçik olmayan istiliyə davamlı izolyasiya materiallarından istifadə olunur.

2.7. Elektrik mühərriklərinin uzun müddətli işləməsi zamanı yastıqların temperaturu aşağıda göstərilmiş buraxıla bilən qiymətləri aşmamalıdır:

- 800S- sürüşən yastıqları üçün (çıxan yaxın temperaturu 650S-dən böyük olmamalıdır);

-1000S-diyircəkli yastıqlar üçün.

2.8. Diyircəkli yastıqlar üçün yağlanma – konsistem üsullu, sürüşmə yastıqları üçün yağlanma- maye ilə halqavari, təzyiq altında məcburi və ya kombinə olunmuş üsulla olur. Yağlayıcı maddələrin və yağların markaları istehsalçı zavodların təlimatlarında göstərilməlidir.

2.9. Yastıqları məcburi yağlanan elektrik mühərriklərində hər yastıqdan keçən yağın sərfi elə tənzimlənməlidir ki, yağın qızması daxil olan yağın temperaturundan 15-200c-dan artıq olmasın.

2.10. Stator dolağının altı çıxış ucları olmalıdır: üçü, üç fazın çıxışları, qalan üçü isə sıfır nöqtəsinə birləşdirirlər. Çıxış uclarını uzlaşdıran zaman sıfırda birləşdirilən ucları ayrıca qutuda yerləşdirmək olar.

2.11. İkisürətli elektrik mühərrikləri hər fırlanma tezliyi üçün çıxış quruluşu ilə təchiz olunmalıdır.

2.12. Çıxış uclarının izolyasiyasının istiliyə davamlılıq sinfi stator dolağının izolyasiyasının istiliyə davamlılıq sinfinə müvafiq olmalıdır.

2.13. Çıxış quruluşları sınaqlar zamanı açılmış kabellərlə birlikdə əyilməyə imkan verməlidir.

3. ELEKTROSTANSİYANIN BÖLMƏLƏRİ ARASINDA ELEKTRİK MÜHƏRRİKLƏRİNƏ XİDMƏTİ VƏZİFƏLƏRİN PAYLANMASI.

5. Texnoloji sexin heyyətinin gördüyü işlər
3.1.Elektrik mühərriklərinə operativ və texniki xidməti vəzifələr elektrik stansiyasının göstərilən struktur bölmələri arasında belə bölüşdürülür:

Texnoloji sexlər (mexanizmə qulluq edən sexlər), elektrik sexi, istilik avtomatikası və ölçüləri sexləri,kimya sexi.

3.2.Texnoloji sexin heyyəti aşağıdakı işləri görür:

· elektrik mühərriklərinə və onların birləşdiyi mexanizmlərə operativ xidmət;

· aqreqatın mərkəzləşdirilməsi və balanslaşdırılması;

· birləşdirici muftaların (elektrik mühərriki və mexanizmin yarımmuftaları) və çıxarıla bilən sürüşmə yastıqlarının çıxarılması,təmiri və yerinə qoyulması, bura yastıq və xarici hissədə qoyulmuş örtüklər də daxildir. (4AMЗ,2ADOC və s. tipli elektrik mühərrikləri)

· bünövrə və ramaların təmiri;

· yağ sisteminin avadanlıqlarına xidmət və onların təmiri

· (yastıqların yağlanması məcburi olduqda);

· yağın əlavə edilməsi və dəyişdirilməsi;

· çıxarılan sürüşən yastıqlı elektrik mühərriklərində yastığın üzlüyünün təmiri,bura alın (kəllə) örtüyünün xarici hissəsində qoyulmuş yastıqlar da daxildir;

· elektrik mühərriklərinin statoruna qurulmamış soyuducuların təmiri;

· hava vuran qurğuya,eləcə də soyuducu suyun paylayıcı şəbəkəsindəki boru kəmərlərinə və armaturlarına, hava soyuducusunun flans birləşmələrinə xidmət və onların təmiri;

· mexanizmlərin və elektrik mühərriklərinin rənglənməsi,onların üzərində dispetçer adlarının və elektrik mühərrikinin,mexanizmin fırlanma istiqamətini göstərən işarələrin qoyulması;

· hərəkətə gətirilən mexanizmdə qəza təmiri aparıldıqda elektrik sexinin rəhbərliyinin razılılığı ilə elektrik mühərrikinin bünövrədən çıxarılması və qoyulması;
6. Elektrik sexinin heyyətinin gördüyü işlər
3.3. Elektrik sexinin heyyəti aşağıdakı işləri görür:

· Elektrik mühərriklərinin profilaktik sınaqları,təmiri və izolyasiyasının qurudulması;

·təmir zamanı elektrik mühərriklərinin sökülməsi və quraşdırılması, statorda qurulmuş hava soyuducusunun təmiri;

·Quraşdırılmış yırğalanan yastıqların sökülməsi və yığılması,bura alın örtüklərinin xarici hissəsində qurulan yırğalanan yastıqlar da daxildir. (2ADO və s.elektrik mühərrikləri;

- diyircəkli yastıqların yağlarının dəyişdirilməsi və bərpa olunması; AB(2AB)-8000/6000 mühərriklərin bilavasitə su ilə soyudulan sistemin elementlərinin və mühərriklərin stator gövdəsinin təmiri;kontakt-fırça aparatlarına xidmət;

- sinxron elektrik mühərriklərinin işəburaxma-tənzimat qurğularına,eləcə də onların təsirlənmə sisteminə xidmət;

- elektrik mühərriklərinin və onun birləşdirici kabelinin izolyasiyasının vəziyyətinə nəzarət;

- təmirdən sonra müqavimət termoçeviricisinin statorun gövdəsinə qoyulması;

- elekrtik ölçü cihazlarına, ikinci tərəf dövrələrinə və mühərrikin elektrik izolyasiyasına xidmət;

- AB (2AB)-8000/6000 mühərriklərinin aktiv hissələrinin bilavasitə su ilə soyutma sisteminin elektrik avadanlıqlarına və yastıqları məcburi yağlanan mühərriklərin yağ stansiyalarına xidmət və təmir işləri.


7. İstilik avtomatikası və ölçüləri sexinin heyyətinin gördüyü işlər
3.4. İstilik avtomatikası və ölçüləri sexinin (ЦTAИ) heyyəti aşağıdakı işləri görür:

·müqavimətlərin termoçeviricilərinə və istilik nəzarət sistemlərinə xidmət və onların təmiri, o cümlədən ACУTП sistemləri ilə realizə olunması;

Elektrik mühərriklərinin gövdəsinin daxilində su əmələ gəlməsini göstərən səviyyə vericisinə xidmət;

·manometrlərə, ölçü diafraqmalarına, difmanometrlərə, ikinci tərəf sərfiyyat cihazlarına, elektrik mühərriklərinin aktiv hissələrinin, yastıqlarının yağ sistemlərində, hava soyuducularının su sistemində qoyulmuş təzyiq və sərfiyyat çeviricilərinə xidmət;

·elektrik mühərriklərinin izolyasiyalarının bloklaşdırılmasına, texnoloji siqnal qurğularına xidmət.
8. Kimya sexinin heyyətinin gördüyü işlər
3.5.Kimya sexinin heyyəti hava soyuducularına və istilik mübadiləçisinə daxil olan, rotor dolağı və statoru bilavasitə soyudulan sistemlərdə, soyuducu suyun keyfiyyətinə,eləcə də sürüşən yastıqlarda yağların keyfiyyətinə nəzarət edir.


4. ELEKTRİK MÜHƏRRİKİNİN İŞƏ

QOŞULMASI VƏ ONUN İŞİNƏ NƏZARƏT.

9. Elektrik mühərriklərinin işə qoşulması
4.1.Elektrik mühərrikinin işə qoşulması həmin mexanizmə qulluq edən texnoloji sexin heyyəti tərəfindən aparılır.

Uzun müddət ehtiyyatda qalmış (1aydan çox) və ya təmirdən sonra böyük güclü və ya məsul elektrik mühərrikini işə qoşmazdan əvvəl ona qulluq edən texnoloji sexin heyyəti elektrik sexinin heyyətinə məlumat verməlidir ki, onlar işə buraxmadan əməliyyatları aparsınlar. Bi işdə qəzaların ləğv edilməsi vaxtı işə buraxmalar və EAQ qurğusundan işə buraxmalar istisnalıq təşkil edir.

4.2.Elektrik mühərrikini yerindən qoşan zaman onun idarəetmə açarı (düyməsini) mühərrik fırlananana qədər “Qoşmalı” vəziyyətində saxlanmalıdır.

Elektrik mühərrikini məsafədən isə qoşduqda isə onun idarəetmə açarı (işəburaxılan aqreqatın texnoloji sxeminin videokadrındakı virtual açarı) o vaxta qədər “Qoşmalı” vəziyyətində saxlanmalıdır ki, aparılan əməliyyatın sona çatdığını bildirən siqnal gəlsin (siqnal lampasının, işıq tablosunun yanması və s.)

4.3.Elektrik mühərrikinin qoyulduğu yerdə onun işə buraxma rejiminə nəzarət etmək lazımdır. Texnoloji sexdən olan nəzarətçi şəxs fırlanmanın düzgünlüyünə, hərəkətin yüngüllüyünə, kənar səslərin olmamasına nəzarət etməlidir. Əgər qığılcım əmələ gələrsə, dolaqlardan və yastıqlardan tüstü çıxarsa, kənar səslər və sürtünmələr əmələ gələrsə, elektrik mühərrikini dərhal qəza düyməsilə açmaq lazımdır.

İşəburaxma normal keçən hallarda nəzarətçi şəxs elektrik mühərrikinə baxış keçirməli, yastıqların normal işləməsinə, onlarda ifrat qızmanın və titrəmənin olmamasına əmin olmalıdır.

4.4.İşə buraxan şəxs buraxma prosesinə ampermetr və ya stator cərəyanına ACУ TП stansiyanın operator ekranından (əgər onlar vardırsa) nəzarət etməlidir.

Qısa qapanmış rotorlu asinxron mühərriklərin işəburaxılmasında stator cərəyanı nominal qiymətindən 5-7 dəfə artıq olur və bu qiymət bütün işəburaxma müddətində praktiki olaraq sabit qalır. Rotorun fırlanma tezliyi nominal qiymətinin 90%-nə çatdıqda stator cərəyanı kəskin sürətdə nominal qiymətə və ya daha aşağı qiymətə qədər azalır. İşə buraxma müddəti aqreqatın fırlanma kütləsindən asılıdır,bir neçə saniyədən (sirkulyasiya,bəsləyici nasoslar)on saniyələrlə (üfürücü ventilyatorlar, tüstüsoranlar) olur.

Kürəvari dəyirmanların sinxron mühərriklərini işə buraxmazdan əvvəl onun qütblərinin uclarında yerləşdirilmiş qısa qapanmış dolaqla asinxron işəbiraxması aparılmalıdır. Fırlanma tezliyi sinxron tezliyə yaxınlaşdıqda mühərrikin rotorunun işçi dolağına sabit cərəyan verməklə mühərrik avtomatik təsirlənir və sinxronizmə girir.Mühərrikin sinxromizmə girməsinin əlamətləri təsirlənmə cərəyanının olması və stator dolağının dövrəsindəki ampermetrin əqrəbinin qərarlaşmış vəziyyətdə qalmasıdır.

Əgər işəburaxmanın sonunda stator cərəyanı nominal qiymətdən çoxdursa mühərrikin qismən aktiv yükünü və lazım olduqda reaktiv gücünü də azaltmaq lazımdır. (güc əmsalı kiçik olduğu hallarda)

4.5.Əgər V-dan yuxarı gərginlikli elektrik mühərriki işə qoşularkən “seksiya torpaqlanmışdır” siqnal yaranırsa elektrik mühərrikini açmaq və bu barədə elektrik sexinin növbətçi heyyətinə xəbər verilmək lazımdır.

4.6.Əgər elektrik mühərriki işəburaxma vaxtı açılıbsa, onun idarəetmə açarı kvitlənməli, elektrik mühərrikinə baxış keçirməli və elektrik sexinin növbətçi heyyətinə məlumat verilməlidir ki, açılmanın və mühafizənin işləməsinin səbəblərini aydınlaşdırsınlar.

4.7.İkisürətli mühərriklər, adətən, kiçik tezlikli fırlanma dolağı ilə şəbəkəyə qoşulur,sonra isə (lazım olduqda) böyük tezlikli fırlanma dolağına keçirilir.

4.8.Ventilyatorları (tüstüsoranlar, üfürücü ventilyatorlar, istilik üfürücü ventilyatorlar və s.) fırladan elektrik mühərriklərinin işə buraxılması şiberlərin bağlı vəziyyətində aparılmalıdır.

4.9.Qısaqapanmış rotorlu elektrik mühərriklərinin işəburaxılmasına əgər zavod təlimatı bunlardan çox icazə vermirsə onların qızma şərtinə görə, soyuq vəziyyətdə isə dalbadal 2 dəfə,isti vəziyyətdə 1 dəfə icazə verilir. Sonrakı işəburaxmalar zavod təlimatına uyğun mühərrik soyudulduqdan sonra icazə verilir.

1000V-dan yuxarı gərginlikli elektrik mühərriklərinin sonrakı işə buraxılmalarına 3 saatdan sonra icazə verilir.



10. Elektrik mühərriklərinin işinə nəzarət
4.10.1. Elektrik mühərriklərinin işlərinə daimi nəzarət, mexanizmlərə qulluq edən texnoloji sexin növbətçi heyyəti tərəfindən aparılmalıdır.

Bundan əlavə, elektrik mühərriklərinin vəziyyətlərinə və iş rejimlərinə elektrik sexinin növbətçi heyyəti tərəfindən periodik olaraq nəzarət qrafikinə uyğun həm işdə olan,eləcə də ehtiyatda olan bütün mühərriklərə nəzarət edilməlidir. Bunlardan asılı olmayaraq 1000 v-dan yuxarı gərginlikli elektrik mühərriklərinə ayda 2 dəfədən az olmamaqla, qalanlarına ayda 1 dəfə təmir üzrə usta baxış keçirməlidir.

Elektrik mühərriklərinə növbədənkənar baxış keçirilməsi onlar mühafizədən açıldıqda, iqlim şəraitinin (açıqda qoyulmuş aqreqatlar üçün) və iş rejiminin kəskin dəyişdiyi hallarda aparılmalıdır.

4.10.2. Uzun müddət ehtiyatda qalmış elektrik mühərrikləri və ehtiyatən avtomatik işə qoşma qurğuları, elektrik stansiyasının texniki rəhbərinin təsdiq etdiyi qrafikə uyğun 1 aydan gec olmamaqla mexanizimlərlə birlikdə baxışdan keçirilməli və yoxlanmalıdır.


11. Elektrik mühərriki işləyən zaman texnoloji sexlərin növbətçi heyyətlərinin vəzifələri

4.11.1.Qazan, turbin və elektrostansiyanın digər avadanlıqlarının iş rejimlərindən asılı olaraq stator (rotor) cərəyanları nominal qiymətlərini aşmamaq şərtilə onların yüklərinin tənzimatı aparılır.

` Daimi istiliyə nəzarət cihazı olmadıqda elektrik mühərrikinin qazmasını onun gövdəsinə əl ilə toxunmaqla nəzarət etmək olar.Cərəyanın qiymətinin və ya qızmanın buraxıla bilən həddi aşdığı hallarda aqreqatın yükünü azaltmalı və ifrat yüklənmənin və qızmanın səbəbini aydınlaşdırmaq lazımdır.

4.11.2.Yastıqların qızmasına və titrəməsinə nəzarət etməli. Əgər əl ilə toxunmaqla temperaturun və ya titrəmənin artması aşkar olunarsa, onda səyyar ölçü cihazlarla (əgər stasionar verici və cihazlar yoxdursa) nəzarət ölçüləri aparılmalıdır.

4.11.3.Yastıqları halqavari yağlanan elektrik mühərriklərində yağın səviyyəsinə nəzarət etməli. Sürüşən yastıqların kameraları yağ səviyyəsinin göstəricisindəki nişana qədər, əgər nişan yoxdursa yağgöstərici süsənin ortasına kimi yağla doldurulmalıdır. Lazım gələrsə istehsalatçı zavodun məsləhət gördüyü yağ markası ilə (T22, T30, TP30 vəs.) yağ əlavə etmək olar.

Yağın tez-tez əlavə edilməsi (ayda 1 dəfədən artıq) onun kənara sızmasını göstərir. Yağın elektrik mühərrikinin gövdəsinin daxilinə sızması daha qorxuludur, çünki bu stator dolağının lak örtüyünün korlanmasına və izolyasiyasının azalmasına gətirib çıxara bilər.

Məcburi yağlanma sistemli elektrik mühərriklərində yağ kəmərlərində yağın təzyiqinə, yastıqdan axan yağın miqdarına nəzarət etməli,hansı ki, axan yağ kəmərinin en kəsiyinin 2/1-dən 3/1-ə qədərini doldurmalıdır.

4.11.4.Yağlayıcı halqaların düzgün işləməsinə, xüsusən onların fırlanmasına nəzarət etməli.Yağlayıcı halqaların tez fırlanması, yüngülcə səs çıxarması yastığın kamerasında yağın çatışmamasını göstərir.

4.11.5.Yırğalanan yastıqlardan qeyri-normal səsin gəlməsi yağlayıcının kifayət qədər olmamasını və ya qurşaqların, yırğalanan gövdələrin səthlərində əmələ gələn qüsurları göstərir, bu barədə elektrosexin növbə rəisinə xəbər verməlidir.

4.11.6.İstilik nəzarətinin ştat vericisi ilə statorun qızmasına nəzarət etməli. Dolağın, nüvənin və soyuducu havanın ifrat qızması aşkar edildikdə, mühərrikin statorunun (rotorunun) qismən yükünü azaltmalı və elektrik mühərrikinin normal istilik rejimini bərpa etmək üçün rotor və statorun nüvəsini soyudan su və kondesatın parametrlərinin tənzimi yolu ilə təxirəsalınmaz tədbirlər görülməlidir.

Temperaturu buraxıla bilən qiymətlərə qədər azaltmaq mümkün olmadıqda, elektrosexin növbətçi rəisinin razılığı ilə elektrik mühərriki dayandırılmalıdır.

4.11.7. Sinxron elektrik mühərriklərinin fırça aparatlarına nəzarət etməli.Qığılcımlanma, titrəmə buraxılabilən həddən artıq olduqda və digər qüsurlar aşkar olunduqda elektrosexin növbə rəisinə məlumat verilməlidir ki, işin normallaşdırılması üçün tədbirlər görülsün.

4.11.8.AB(2AB)-8000/6000 tipli elektrik mühərriklərinin hava soyuducularının və bilavasitə su ilə soyuducu sistemlərinin iş rejimlərinə nəzarət etməli, soyuducu suyun, kondensatın təzyiqlərinin, sərfiyyatının və temperaturlarının buraxıla bilən hədlərdə saxlanmasını təmin edilməlidir.

4.11.9.Elektrik mühərrikinin bütün fırlanan hissələrinin (vallarının ucları,yarımmuftalar,şkivlər və s.) etibarlı çəpərlənməsinə nəzarət edilməlidir.

4.11.10.Elektrik mühərrikinin çıxış quruluşuna və ya onun gövdəsinin daxilinə buxar,su və yağ düşməsinin qarşısı alınmalıdır.

4.11.11.Elektrik mühərriki təmiz saxlanmalı,onun yaxınlığında kənar əşyaların olmasına yol verilməməlidir.

4.11.12.Elektrik mühərrikinin işə buraxılmasının və dayandırılmasının qeydiyyatı aparılmalıdır:

4.11.13.Elektrik mühərrikinin işində yaranmış bütün qüsurlar barədə elektrik sexinin növbə rəisinə məlumat verilməlidir.


12. Elektrik sexinin növbətçi heyyəti elektrik mühərriklərinə baxış keçirən zaman vəzifələri
Yükünə, gövdəsinin qızmasına, soyuducu mühitün temperaturuna, diyircəkli yastıqların, statorun misinin və nüvəsinin (onları tənzimetmə hüququ olmamaqla);

yastıqların və gövdənin titrəməsinə (toxunmaqla);



· stator daxilində qurulmuş hava soyuducularının, mühərrikin aktiv hissəsindəki su borularından onun gövdəsindən daxilinə su sıçramamasının olmamasına;

· qulluq edilən sahədə işıqlanmanın vəziyyətinə;

· elektrik mühərrikinin gövdəsinin torpaqlanmasının vəziyyətinə;

· çıxışların qutusunun vəziyyətinə;

· kontakt birləşməsində qızmanın və izolyasiyada yanıq iyinin olmamasına;

Dəyişən cərəyanlı elektrik mühərriklərində fırça-kontakt aparatlarının vəziyyətlərinə (burada qığılcımlamanın dərəcəsi, elektrik fırçalarının qızması və titrəməsi, fırçaların kontakt halqalarına sıxılma qüvvəsi, onların tozlanıb çirklənməsi, həddən artıq yeyilmiş fırçalar,eləcə də mexaniki zədələnmiş fırçalar və s.) nəzarət edilir.

4.12.1. Əgər baxış zamanı elektrik mühərriklərinin işində qüsur aşkar edilibsə və qəza vəziyyəti varsa, onların aradan qaldırılmasına bu şərtlə icazə verilir ki, bu əməliyyatların istehsalat təlimatlarına və təhlükəsizlik texnikası qaydalarına müvafiq olaraq həmin növbətçi tərəfindən təkbaşına aparılmasına icazə verilir.

Əks təqdirdə dərhal yuxarıda duran operativ şəxsə qəza vəziyyəti barədə xəbər vermək və təcili tədbirlər görülməsini tətləb etmək lazımdır.

Elektrik mühərriklərinin xarakterik qüsurlarının siyahısı və onların aradan qaldırılma üsulları baxilan təlimatın əlavələrində verilmişdir.

4.12.2.Elektrik mühərrikinin açılmasını və ya onun rejiminin dəyişdirilməsini elektrosexin növbətçi heyyəti qəza halları istisna olmaqla mühərrik quraşdırılmış sexin növbə rəisinin icazəsilə icra edir, (bölmə 7-yə bax).

4.12.3.Elektrik mühərrikinin təmiri ilə əlaqədar bütün işləri elektrosexin təmir heyyəti və ya xüsusiləşdirilmiş təmir təşkilatı icra edir.

Blokun (stansiyanın) normal işinə təhlükə yaradan qüsurları aradan qaldırılmasına elektrik mühərriklərində növbətçi heyyətə icazəyerinə yetirilməlidir. Bu zaman işə başlamazdan əvvəl bütün təşkilatı və texniki tədbirlər görülməlidir.


  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə