Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari




Yüklə 438.78 Kb.
səhifə2/8
tarix22.02.2016
ölçüsü438.78 Kb.
1   2   3   4   5   6   7   8

2.19. Qazanın iş rejimi, avadanlığın sınağı və istismar təlimatı əsasında tərtib olunmuş rejim xəritəsinə mütləq uyğun olmalıdır. Qazanda yenidənqurma işləri aparıldığı hallarda və yanacağın keyfiyyəti və markasının dəyişməsi hallarında rejim xəritəsi dəqiqləşdirilməlidir.

2.20. Qazan işləyən zaman əsas və aralıq buxar qızdırıcılarının hər pilləsində və axınında buxarın buraxıla bilən temperaturunun saxlanılmasını təmin edən istilik rejimlərinə riayət edilməlidir.

2.21. Qazan işləyən zaman barabandakı su səviyyəsinin yuxarı həddi istehsalçı - zavod və avadanlıqların sınaqlarına əsasən müəyyən edilmiş səviyyə həddindən yüksək, aşağı səviyyə həddi isə müəyyən olunmuş aşağı səviyyə həddindən az olmamalıdır.

2.22. Qazan qurğularının qızdırıcı səthləri tüstü qazları tərəfdə, optimal rejim saxlanılmaqla və mexanikləşdirilmiş kompleks təmizləyici sistemlər (buxar, hava və ya su aparatları, impulsla təmizləmə qurğusu, titrəyişlə təmizləmə, qırma ilə təmizləmə və b.) tətbiq edilməklə istismar üçün təmiz vəziyyətdə saxlanılmalıdır. Bunun üçün nəzərdə tutulmuş qurğular və həmçinin onların məsafədən və avtomatik idarəetmə vasitələri daimi olaraq işə hazır vəziyyətdə olmalıdır.

Qızdırıcı səthlərin dövri təmizlənməsi qrafiklə və ya yerli təlimatla tənzimlənməlidir.



2.23. Qazanların istsimarında, bir qayda olaraq, bütün sorucu-üfürücü maşınlar işə qoşulmalıdır. Sorucu - üfürücü maşınların bir qisminin işləmədiyi halda, qazanın uzun müddətə işlədilməsinə qazanın tərəfləri üzrə bərabər qaz - hava və temperatur rejiminin təmin edilməsi şərti ilə icazə verilir. Bu halda, havanın odluqlara bərabər paylanması təmin olunmalı və işləməyən ventilyatordan (tüstüsorandan) havanın (qazın) keçməsi istisna olunmalıdır.

2.24. Əsas yanacaq kimi tərkibində kükürdlüyü 0,5%-dən yuxarı olan mazut yandırılan buxar qazanlarında, yükün tənzimlənməsi diapazonunda mazutun yandırılması, bir qayda olaraq, ocağın çıxışında hava artıqlığı əmsalı 1,03-dən az olmaqla aparılmalıdır. Bu halda, qazanın həmin rejmə keçirilməsi üzrə müəyyən olunmuş tədbirlər kompleksinin icrası vacibdir (yanacağın hazırlanması, müvafiq odluq quruluşları və forsunkaların tətbiqi, ocağın kipliyinin təmini, qazanın əlavə nəzarət cihazları və yanma prosesinin avtomatlaşdırılması vasitələri ilə təchizatı).

2.25. Mazut forsunkaları yerlərinə quraşdırılmazdan əvvəl, onların məhsuldarlığını, çiləmə keyfiyyətini və məşəlin açılma bucağını yoxlamaq məqsədilə su stendində sınaqdan keçirilməlidir. Qazanda quraşdırılan mazut forsunkaları dəstindəki forsunkaların nominal məhsuldarlıqları arasındakı fərq 1,5%-dən artıq olmamalıdır. Hər bir qazan ehtiyat forsunka dəsti ilə təmin olunmalıdır.

Qeyri-standart forsunkaların istifadəsi qadağandır.



2.26. Hava verilmədən (mütəşəkkil havasız) mazut və alışdırıcı forsunkaların işlədilməsi qadağandır. Qazanxana forsunkalarının və buxar - mazut kəmərlərinin istismarı zamanı mazutun buxar kəmərinə düşməsini istisna edən şərtlər yerinə yetirilməlidir.

2.27. Qazanların istismarı zamanı havaqızdırıcılara daxil olan havanın temperaturu, 0C-lə, aşağıdakı qiymətlərdən aşağı olmamalıdır:

Yanacağın növü

Havaqızdırıcısı

borulu

regenerativ

tərkibində 0,5%-dən yuxarı kükürd olan mazut

110

70

tərkibində 0,5%-dən aşağı kükürd olan mazut

90

50

Kükürdlü mazut yandırılanda havanın qabaqcadan qızdırılma temperaturu elə seçilməlidir ki, qazanın çıxışında tüstü qazanlarının temperaturu, qazan yükünün tənzimlənməsi diapazonunda 1500C-dən aşağı olmasın.

Ocağın çıxışında mazut, hava artıqlıq əmsalının aşağı həddi ilə (1,03-dən aşağı) yandırıldığı hallarda və ya korroziyaya qarşı effektiv vasitələrdən (aşqarlar, materiallar, örtüklər) istifadə olunduqda, havaqızdırıcısının qabağındakı havanın temperaturu, istismar təcrübələrinə əsaslanaraq göstərilmiş qiymətlərdən aşağı salına bilər.

Kükürdlü mazutla qazanın alışdırılması havaqızdırıcı sistemin (kaloriferlər, qızmış havanın resirkulyasiyası sistemi) əvvəlcədən işə qoşulması ilə aparılmalıdır. Mazut qazanının alışdırılmasının ilk dövründə, havaqızdırıcının qabağında havanın temperaturu, bir qayda olaraq, 900C-dən aşağı olmamalıdır.



2.28. Qazanların hörgüləri saz vəziyyətdə olmalıdır. Ətraf havanın temperaturu 250C olduqda hörgünün səthində temperatur 450C -dən çox olmamalıdır.

2.29. Qazanın ocağı və bütün qaz yolları kip olmalıdır. Ocağa və buxar qızdırıcısının çıxışına qədər olan qaz yollarına hava sızması, buxar məhsuldarlığı 420 t/s-a qədər olan, qaz və mazutla işləyən buxar qazanları üçün - 5%-dən, buxar məhsuldarlığı 420 t/s-dan yuxarı olan qazanlar üçün isə - 3%-dən çox olmamalıdır.

Ocağa və konvektiv qızma səthlərin çıxışına qədər olan qaz yollarına hava sızması, suqızdırıcı qazanlar üçün 5 %-dən çox olmamalıdır. Bütöv qaynaqlı ekranları olan ocaq və qaz yollarında sızma olmamalıdır.

Su ekonomayzerinin girişindən tüstüsoranın çıxışına qədər olan qaz yolunda sızma, borulu havaqızdırıcısı olan qazanlarda -10%-dən çox, regenerativ havaqızdırıcılı qazanlarda isə – 25%-dən çox olmamalıdır.

Sızma normaları, qazanların nominal yükü üçün nəzəri cəhətdən zəruri olan hava miqdarına nisbətən faizlə verilmişdir.



2.30. Qazan və qaz yolları səthlərinin kipliyinə nəzarət edilməsi baxış keçirməklə və ayda 1 dəfə sızmaların təyini yolu ilə yerinə yetirilməlidir. Ocağa havanın sızması, ildə bir dəfədən az olmayaraq və həmçinin orta və əsaslı təmirdən əvvəl və sonra təyin olunmalıdır. Ocağın və qaz yollarının kipsizliyi ləğv edilməlidir.

2.31. Rejim xəritəsinin tərtibi və istismar təlimatlarının dəqiqləşdirilməsi üçün qazanın istismar sınaqları onu istsimara verdikdə, qazanda konstruktiv dəyişikliklər aparılandan sonra, digər növ və markalı yanacağa keçdikdə və həmçinin parametrlərin verilənlərdən fərqlənməsinin səbəbinin araşdırılması üçün keçirilməlidir.

Qazanlar istismar sınaqlarının keçirilməsi üçün lazımi tərtibat və avadanlıqlarla təchiz olunmalıdır.



2.32. Qazanı ehtiyata və ya təmirə çıxaran zaman istilik energetikası avadanlıqlarının konservasiyası üzrə qüvvədə olan göstərişlərə müvafiq olaraq qazanın qızma səthləri və kaloriferlərin konservasiyası üçün tədbir görülməlidir.

2.33. Qazanın qızma səthlərindəki daxili çöküntülər, alışdırma və saxlanma vaxtı su yuyulmaları ilə və ya kimyəvi təmizləmə ilə kənar edilməlidir.

Kimyəvi təmizlənmələrin dövriliyi, daxili çöküntülərin miqdarının analizinin nəticələrinə əsasən, yerli təlimatlarla müəyyənləşdirilməlidir.



2.34. Barabanın soyudulmasını sürətləndirmək məqsədilə dayandırılmış qazanı qidalandırmaqla ondan suyun drenaj edilməsi qadağandır.

2.35. Təbii dövranlı, saxlanılmış qazandan suyun boşaldılmasına onda təzyiq atmosfer təzyiqinə qədər enəndən sonra, vərdənəli birləşmələr olduqda isə suyun temperaturu 800C-dən yuxarı olmadıqda icazə verilir. Saxlanılmış düzaxınlı qazandan suyun boşaldılmasına atmosfer təzyiqindən yuxarı təzyiqlərdə də icazə verilir. Bu təzyiqin yuxarı həddi, drenaj və genişləndirici sistemlərdən asılı olaraq yerli təlimatla müəyyənləşdirilir. Bloklu elektrik stansiyalarının qazanları saxlanıldıqda aralıq buxarqızdırıcısı buxarı turbinin kondensatoruna verilməklə buxarsızlaşdırılmalıdr.

2.36. Qazan ehtiyata saxlanıldıqda, ocaq və qaz yolları 15 dəqiqədən çox olmayaraq ventilyasiya olunduqdan sonra sorma və üfürülmə maşınları saxlanılmalıdır: qaz - hava yollarındakı bütün bağlayıcı şiberlər, baca və lyuklar və həmçinin sorma-üfürülmə maşınlarının istiqamətləndirici aparatları kip bağlanmalıdır.

2.37. Qış vaxtı ehtiyatda və ya təmirdə olan qazanda havanın temperaturuna müşahidə qoyulmalıdır.

Qazanxanada və ya açıq tərtibatlı qazanlarda ətraf havanın temperaturu 00C-dən aşağı olduqda ocaq və qaz yollarında, barabanın ətraf örtüyündə, üfürmə və drenaj quruluşları, kaloriferlər, impuls xətləri və NÖC vericiləri ərazisində havanın müsbət temperaturunu saxlamaq üçün ölçü götürülməli və həmçinin qazanlarda suyun qızdırılması və ya ekran sistemləri ilə dövr etməsi təşkil edilməlidir.



2.38. Qazanları təmirə çıxaranda, onların saxlanılandan sonra soyudulması rejimi, istismar təlimatları ilə müəyyənləşdirilməlidir. Təbii dövranlı qazanların sorma-üfürmə maşınları ilə soyudulmasına, barabanın yuxarı və aşağı təşkiledicilərinin metalları arasındakı temperatur fərqinin buraxıla bilən qiymətləri təmin edilməklə icazə verilir. Soyudulmada, barabanda suyun səviyyəsinin saxlanılması və saxlanılmaması rejimləri də buraxıla bilər.

Düzaxınlı qazanları bilavasitə saxlanılandan sonra soyutmaq olar.



2.39. Saxlanılmış qazanda təzyiq tam düşənə qədər və elektrik mühərriklərindən gərginlik çıxarılana qədər ona növbətçi heyətin müşahidəsi təşkil olunmalıdır. Havaqızdırıcıların ərazisində tüstü qazı və havanın və həmçinin çıxan qazların temperaturuna nəzarət, qazan dayanandan ən azı 24 saat müddətinə davam etməlidir.

2.40. Qazanlar qaz halında olan yanacaqla işləyəndə, ehtiyat və alışdırıcı yanacaq kimi mazutdan istifadə olunursa, o vaxt mazut təsərrüfatının və mazut kəmərlərinin sxemləri qazanlara mazutun dərhal verilməsini təmin edən vəziyyətdə olmalıdır.

2.41. Qazanxanada mazut kəmərləri və qaz kəmərləri qırılanda, yaxud güclü mazut (qaz) sızması olduqda, zədələnmiş sahələrdən yanacaq axıntısını kəsmək üçün mazut nasosxanasının işinin saxlanılması və QPM-də bağlayıcı armaturun bağlanması kimi tədbirlərə də əl atmalı və həmçinin yanğının və partlayışın qarşısının alınması üçün tədbir görülməlidir.

2.42. Qazan aşağıdakı hallarda dərhal (burada və bundan sonra, dərhal saxlanılmalıdır tələbi sözün əsl mənasında başa düşülməlidir, yəni belə halda operativ heyət müstəqil hərəkət etməli və hərəkətlərini sex rəhbərliyi ilə razılaşdırmamalıdır.) saxlanılmalı və işdən açılmalıdır:

a) barabanda suyun səviyyəsi yolverilməz (Burada və bundan sonra, parametrlərin "yolverilməz" yüksəlməsi və ya azalması dedikdə, yerli təlimatlarda göstərilmiş mühafizənin tənzim (qoyulmuş) qiymətlərinə müvafiq sərhəd qiymətləri başa düşülməlidir.) dərəcədə yüksəldikdə və ya azaldıqda, yaxud barabandakı su səviyyəsinə nəzarət cihazları sıradan çıxdıqda;

b) qazanın bəslənməsinin gücləndirilməsinə baxmayaraq barabanda suyun səviyyəsi sürətlə azaldıqda;

c) düzaxınlı buxar və suqızdırıcı qazanların bütün bəsləyici su sərfölçənləri sıradan çıxdıqda (əgər bu halda bəslənmənin tənzimlənməsini tələb edən rejim pozulması əmələ gələrsə), ya da düzaxınlı qazanın hər hansı bir axınının bəslənməsi 30 saniyədən artıq müddətə kəsildikdə;

ç) bütün bəsləyici qurğuların (nasosların) fəaliyyəti kəsildikdə;

d) qoruyucu klapanların və ya onları əvəz edən digər qoruyucu qurğuların 50 %-dən çoxu işləmədikdə;

e) düzaxınlı qazanın daxilində quraşdırılan siyirtmələrə qədər olan yolda təzyiq yolverilməz dərəcədə yüksəldikdə və ya azaldıqda; suqızdırıcı qazanın yolunda təzyiq 10 saniyədən artıq müddətə yolverilməz dərəcədə azaldıqda;

ə) su - buxar yolu borularında sızılma və ya qazanın əsas elementlərində (barabanda, kollektorlarda, xarici siklonlarda, buxar – və suayırıcı, həmçinin su endirici borularda), buxar kəmərlərində, bəsləyici boru kəmərlərində və su - buxar armaturlarında çat, şişmə və qabarmalar aşkar edildikdə;

f) ocaqda məşəl söndükdə;

g) tənzimləyici klapandan sonra qazın və ya mazutun (qazan bu yanacaqların bir növündə işlədikdə) təzyiqi yolverilməz dərəcədə azaldıqda;

ğ) tənzimləyici klapanlardan sonra eyni zamanda qazın və mazutun (qarışıq yanacaqda işləyəndə) təzyiqi yerli təlimatla müəyyən olunmuş həddən aşağı düşdükdə;

h) bütün tüstüsoranlar (tarazlaşdırılmış sormalı qazanlar üçün) və ya üfürmə ventilyatorları, yaxud da bütün havaqızdırıcılar işdən açıldıqda;

x) ocaqda partlayış, qaz yollarında yanar çöküntülərin partlaması və yanması, qazan karkasının daşıyıcı tirləri və ya sütunlarının qızarıncaya qədər qızması, hörgünün uçulması, və həmçinin heyət və avadanlığa təhlükə yaradan digər zədələnmələr baş verdikdə;

ı) aralıq buxarqızdırıcıdan buxar sərfi kəsildikdə;

i) suqızdırıcı qazandan suyun sərfinin 10 saniyədən çox müddətə buraxıla bilən minimal sərfdən aşağı olduqda;

j) suqızdırıcı qazanın çıxışındakı suyun temperaturu buraxıla bilən həddən yüksək olduqda;

k) heyətə, avadanlıqlara və ya qazanın mühafizə sxeminə daxil olan işdən açıcı armaturların məsafədən idarəetmə dövrələrində yanğın təhlükəsi baş verdikdə;

q) məsafədən və avtomatik idarəetmə tərtibatlarında, ya da NÖC-də gərginlik itdikdə;

l) qazanın hüdudlarında mazut və ya qaz kəmərlərində yarıq və ya qırılma olduqda.

2.43. Qazan aşağıdakı hallarda enerjisistemin dispetçerinə bildirilməklə elektrik stansiyasının texniki rəhbərliyinin sərəncamı ilə işdən saxlanılmalıdır:

a) qazanın qızdırıcı səthlərinin borularında, buxar - su ayırıcı və həmçinin suendirici borularında, buxar kəmərlərində, kollektorlarda, bəsləyici boru kəmərlərində dəliklər əmələ gəldikdə, həmçinin armaturda, flans və vərdənəli birləşmələrdə buxarlanma və axmalar aşkar edildikdə;

b) qızdırıcı səthlərdə metalın temperaturu yolverilməz dərəcədə qalxdıqda (əgər qazanın iş rejimini dəyişməklə temperaturun aşağı salınması mümkün deyilsə);

c) qazanın barabanında su səviyyəsini məsafədən göstərən cihazlar sıradan çıxdıqda;

ç) bəsləyici suyun keyfiyyəti təyin edilmiş normalara nisbətən kəskin pisləşdikdə;

d) ayrı-ayrı mühafizələr və ya məsafədən və avtomatik idarəetmə qurğuları və nəzarət - ölçü cihazları nasaz vəziyyətdə olduqda.


3. Buxar turbini qurğuları
3.1. Buxar turbini qurğularının istismarında aşağıdakılar təmin edilməlidir:

    1. əsas və köməkçi avadanlıqların etibarlı işi;

    2. nominal elektrik və istilik yüklərinin götürülməsinə hazırlığı və onların texniki minimuma qədər dəyişdirilməsi;

    3. əsas və köməkçi avadanlıqların normativ iqtisadi göstəriciləri.

3.2. Turbinin avtomatik tənzimləmə sistemi aşağıdakı tələbləri ödəməlidir:

    1. verilmiş elektrik və istilik yüklərinin sabit saxlanılmasını və onların səlis dəyişməsi imkanının təmin edilməsini;

    2. yüksüz işləmə zamanı turbin rotorunun sabit fırlanma tezliyinin saxlanılması və buxarın nominal və işəburaxılma parametrlərində onun səlis dəyişməsini (turbinin idarəetmə mexanizminin işçi diapazonu hüdudlarında);

    3. buxarın nominal parametrlərində, onun maksimal sərfinə müvafiq elektrik yükünün ani olaraq sıfıra qədər atılmasında (o cümlədən generator şəbəkədən açıldıqda) və turbinin alçaq təzyiq hissəsinə maksimal buxar buraxılanda turbin rotorunun fırlanma tezliyini təhlükəsizlik avtomatının işədüşmə sazlanması səviyyəsindən aşağı saxlamasını.

3.3. Buxar turbinlərinin tənzimləmə sisteminin iş parametrləri dövlət standartlarına və texniki şərtlərə uyğun olmalıdır. 01.01.1991-ci ildən əvvəl buraxılmış və istismarda olan bütün turbin parkı və həmçinin xarici firmaların turbinləri üçün bu parametrlərin qiymətləri aşağıdakılara müvafiq olmalıdır:
Fırlanma tezliyinin tənzimlənməsinin

qeyri - müntəzəmlik dərəcəsi (buxarın

nominal parametrlərində) , %-lə ….………………4 - 5

Fırlanma tezliyi üzrə yerli

qeyri -müəyyənlik dərəcəsi, % -lə:

bütün yük diapazonunda, minimalı ………….2,5-dən az olmamalı

maksimal:

Nnom-ın 15%-dək yük diapozonunda …….….10-dan çox olmamalı

Nnom-ın 15% -indən maksimal yükə

qədər diapazonda ………....6-dan çox olmamalı

Fırlanma tezliyi üzrə qeyri-həssaslıq

dərəcəsi, %-lə ..............................................0,3-dən çox olmamalı

Ayrım və əks-təzyiqlərdə buxar tənzimlənməsinin

qeyri-həssaslıq dərəcəsi:

- ayrımda (əks-təzyiqdə) təzyiq

2,5 kqq/sm2-dan (0,25 MPa) az olduqda ……..5-dən çox olmamalı

- ayrımda (əks-təzyiqdə) təzyiq

2,5kqqN/sm2 (0,25 MPa) və çox olarsa ……...2-dən çox olmamalı


Tənzimlənən ayrımlarda və əks-təzyiqdə buxarın təzyiqinin tənzimlənməsinin qeyri-müntəzəmlik dərəcəsi istehlakçının, turbini istehsal edən zavod ilə razılaşdırılmış tələblərini ödəməli və qoruyucu klapanların (qurğuların) işə düşməsinə yol verməməlidir.

3.4. Fırlanma tezliyinin yüksəlməsindən turbinin mühafizə və tənzimləmə sistemlərinin bütün yoxlanış və sınaqları, turbin istehsal edən zavodun təlimatlarının tələblərinə və qüvvədə olan rəhbər sənədlərə müvafiq yerinə yetirilməlidir.

3.5. Turbin rotorunun fırlanma tezliyi nominaldan yuxarı 10-12% və ya istehsalçı zavodun göstərdiyi qiymətə qədər yüksəldikdə təhlükəsizlik avtomatı işə düşməlidir.

Təhlükəsizlik avtomatı işə düşərkən aşağıdakılar bağlanmalıdır:



    1. ilkin və aralıq qızdırıcı buxarın dayandırıcı və tənzimləyici (dayandırıcı-tənzimləyici) klapanları;

    2. dayandırıcı (kəsici), tənzimləyici və əks klapanlar, həmçinin buxar ayrımlarının tənzimləyici diafraqma və qapaqları;

    3. kənar buxar mənbələrilə əlaqəli buxar kəmərlərindəki kəsici klapanlar.

3.6. Fırlanma tezliyinin yüksəlməsindən turbinin mühafizə sistemi (onun bütün elementləri də daxil olmaqla), istehsalçı zavodun xüsusi göstərişi yoxdursa, aşağıdakı hallarda fırlanma tezliyini artırmaqla sınaqdan keçirilməlidir:

a) turbin quraşdırıldıqdan sonra;

b) turbinin əsaslı təmirindən sonra;

c) generatoru şəbəkədən açıb yükü atmaqla tənzimləmə sisteminin sınağından əvvəl;

ç) təhlükəsizlik avtomatı söküldükdən sonra;

d) turbin uzun müddət (30 sutkadan artıq) işləməyib dayandıqdan sonra;

e) tənzimləmə sistemi və onun ayrı-ayrı qovşaqları söküldükdən sonra;

ə) plan üzrə yoxlanışlar zamanı (4 ayda 1 dəfədən az olmayaraq);

f) nominaldan yuxarı fırlanma tezliyi artırılmadan təhlükəsizlik avtomatlarının və bütün mühafizə dövrələrinin (icra orqanlarına təsir etməklə) işləməsinin yoxlanılması qeyri-mümkün olan hallarda turbinin uzun müddət (3 aydan artıq) işsiz dayanmasından sonra işəsalınması zamanı.

"e" və "ə" hallarında nominaldan yuxarı fırlanma tezliyini artırmadan, lakin bütün dövrələrin işi mütləq yoxlanılmaqla, mühafizənin sınağına yol verilir .

Fırlanma tezliyini artırmaqla turbinin mühafizəsinin sınaqdan keçirilməsi sex rəisinin və ya onun müavininin rəhbərliyi altında aparılmalıdır.

3.7. İlkin buxarın və aralıq qızdırıcıdan sonrakı buxarın dayandırıcı və tənzimləyici klapanları kip olmalıdır.

İlkin və aralıq qızdırıcı buxarın dayandırıcı və tənzimləyici klapanlarının kipliyi hər qrupun ayrılıqda sınaqları ilə yoxlanılmalıdır.

Kipliyin keyfiyyəti, qarşısında buxarın tam (nominal) və ya qismən təzyiqi saxlanılmaqla yoxlanılan klapanlar tam bağlandıqdan sonra turbin rotorunun fırlanma tezliyi ilə təyin olunur. Fırlanma tezliyinin buraxıla bilən qiyməti, istehsalçı zavodun təlimatı ilə müəyyənləşdirilir; istehsalçı zavodun təlimatında yoxlanma meyarı qeyd olunmamış turbinlər üçün isə bu, yoxlanılan klapanların qarşısında buxarın nominal təzyiqində, nominalın 50%-indən yüksək olmamalıdır.

İlkin buxarın nominal parametrlərində və əks-təzyiqdə (vakuumda) bütün bağlayıcı və tənzimləyici klapanların eyni vaxtda bağlanması zamanı onlardan buraxılan buxar turbinin rotorunu fırlatmamalıdır.

Klapanların kipliyə görə yoxlanışı turbin quraşdırılandan sonra, fırlanma tezliyini qaldırmaqla təhlükəsizlik avtomatının sınağından və turbin əsaslı təmirə saxlanılmasından əvvəl, ondan sonra isə işə salınmasında, lakin ildə 1 dəfədən az olmayaraq keçirilməlidir. Turbinin istismarı zamanı klapanların kipliyinin azalması əlamətləri aşkar edilərsə (turbinin işə salınmasında və dayandırılmasında), onlar növbədənkənar kipliyə görə yoxlanılmalıdır.

3.8. İlkin buxarın və aralıq qızdırıcı buxarın dayandırıcı və tənzimləyici klapanları, buxar ayrımlarının dayandırıcı (kəsici) və tənzimləyici klapanları (diafraqmaları), kənar buxar mənbələri ilə əlaqəli buxar kəmərlərindəki kəsici klapanları: turbini işə salmazdan əvvəl və yerli təlimatda, ya da istehsalçı zavodun təlimatında nəzərdə tutulmuş hallarda tam gediş üzrə, turbin işləyən vaxtda isə hər sutkada gedişinin müəyyən hissəsi qədər işlədilməlidir.

Klapanlar tam gediş boyu işlədiləndə onların rəvan hərəkətinə və kip oturmasına nəzarət olunmalıdır.



3.9. Tənzimlənən ayrımların əks-klapanlarının kipliyi və bu ayrımların qoruyucu klapanlarının işləməsi, ildə 1 dəfədən az olmayaraq və yükün atılmasına görə turbinin sınağından qabaq yoxlanılmalıdır.

İstehsalçı zavodun xüsusi göstərişi yoxdursa onda, başqa turbinlərin ayrımları və digər buxar mənbələri ilə əlaqəsi olmayan tənzimlənən isitmə buxar ayrımlarının əks-klapanları kipliyə görə yoxlanışdan keçirilməyə bilər. Bütün ayrımların əks-klapanlarının kip oturması, turbinin işə buraxılışından əvvəl və saxlanılması zamanı, normal iş vaxtı isə elektrik stansiyasının texniki rəhbərinin müəyyənləşdirdiyi qrafik üzrə dövrilik ilə, lakin 4 ayda 1 dəfədən az olmayaraq yoxlanılmalıdır.

Əks-klapan nasaz vəziyyətdə olduqda müvafiq buxar ayrımı ilə turbinin işlədilməsi qadağandır.

3.10. Dayandırıcı (qoruyucu, kəsici) klapanların bağlanma vaxtının yoxlanılması və həmçinin bu Qaydaların 3.3. bəndinin tələblərinə uyğunluğunu yoxlamaq üçün dayandırılmış turbində və onun yüksüz iş rejimində tənzimləmə sisteminin xarakteristikalarının çıxarılması aşağıdakı hallarda yerinə yetirilməlidir:


    1. turbin quraşdırılandan sonra;

    2. bilavasitə turbinin əsaslı təmirindən əvvəl və sonra, ya da tənzimləmə və ya buxarpaylaşdırıcı sisteminin əsas qovşaqlarının təmirindən sonra.

Turbin yük altında işlədikdə statik xarakteristikalarının qurulması zəruri olan tənzimləmə sisteminin xarakteristikalarının çıxarılması aşağıdakı hallarda yerinə yetirilməlidir:

    1. turbin quraşdırılandan sonra;

    2. turbinin əsaslı təmirindən sonra, ya da tənzimləmə və ya buxarpaylaşdırıcı sisteminin əsas qovşaqlarının təmirindən sonra.

3.11. Buxarın maksimal sərfinə uyğun olan yükün ani olaraq atılması ilə turbinin tənzimləmə sisteminin sınağının aparılması aşağıdakı hallarda yerinə yetirilməlidir:

    1. quraşdırıldıqdan sonra turbin istismara qəbul ediləndə;

    2. turboaqreqatın dinamik xarakteristikasını və ya tənzimləmə sisteminin statik və dinamik xarakteristikalarını dəyişən yenidənqurma işlərindən sonra.

Elektrohidravliki çeviriciləri (EHÇ) olan seriyalı turbinlərin tənzimləmə sisteminin sınağı, generatoru şəbəkədən açmadan buxarla yükün atılması üsulu ilə (yalnız tənzimləyici klapanları bir anda bağlamaqla) aparıla bilər.

Əsas turbin nümunələrində və yenidənqurma işləri aparılan turbinlərin ilkin nümunələrində (aqreqatın dinamik xarakteristikasının və ya tənzimləmə xarakteristikasının dəyişməsi ilə), habelə EHÇ ilə təchiz edilməmiş bütün turbinlərdə sınaqlar generatoru şəbəkədən açmadan elektrik yükünü atmaqla aparılmalıdır.



3.12. Tənzimləmə və mühafizənin faktiki xarakteristikalarının normativ qiymətlərdən fərqlənməsi, klapanların bağlanma vaxtının istehsalçı zavodun təlimatında və ya yerli təlimatda göstəriləndən artıq olması, yaxud onların kipliyinin pozulması aşkar olunduqda, həmin nasazlıqların səbəbi müəyyənləşdirilməli və aradan qaldırılmalıdır.
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə