Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari




Yüklə 438.78 Kb.
səhifə1/8
tarix22.02.2016
ölçüsü438.78 Kb.
  1   2   3   4   5   6   7   8
ELEKTİK STANSİYALARIN VƏ ŞƏBƏKƏLƏRİNİN TEXNİKİ

İSTİSMAR QAYDALARI
BÖLMƏ 4.

ELEKTRİK STANSİYALARI VƏ İSTİLİK ŞƏBƏKƏLƏRİNİN İSTİLİK – MEXANİKİ AVADANLIQLARI
1. Yanacaq – nəqliyyat təsərrüfatı
1.1. Yanacaq–nəqliyyat təsərrüfatının istismarında aşağıdakılar təmin edilməlidir:

    1. enerji obyektinin dəmiryolu nəqliyyatının fasiləsiz işi və dəmiryolu vaqonlarının, sisternlərin, gəmi və digər nəqliyyat vasitələrinin müəyyən edilmiş müddətlərdə mexanikləşdirilmiş boşaldılması;

    2. tədarükçüdən yanacağın qəbulu və onun keyfiyyət və kəmiyyətinə nəzarət;

    3. müəyyən edilmiş yanacaq ehtiyatının minimal itki ilə mexanikləşdirilmiş qablaşdırılması və saxlanılması;

    4. yanacağın vaxtında və fasiləsiz olaraq hazırlanması və qazanxanaya verilməsi;

    5. ətraf ərazinin çirklənməsinin qarşısının alınması (neft məhsullarının sıçrantısı, qaz kondensatı).

1.2. Elektrik stansiyalarına göndərilən yanacağın keyfiyyəti dövlət standartlarına və texniki şərtlərə müvafiq olmalıdır.

1.3. Enerji obyektinə daxil olan, texnoloji sərfiyyatda işlədilən və anbarlarda saxlanılan bütün yanacağın qüvvədə olan qaydalara müvafiq ciddi uçotu təşkil olunmalıdır.

Daxil olan yanacağın uçotunda aşağıdakılar təmin olunmalıdır:



    1. bütün gətirilən maye yanacağın çəkilməsi və ölçülməsi;

    2. qaz halında olan bütün yandırılan yanacağın miqdarının cihazlarla təyini;

    3. yanacağın inventarizasiyası;

    4. yanacağın keyfiyyətinə dövri və cihazlarla təmin olunduğu hallarda daimi nəzarət;

1.4. Yanacağın uçotu üçün istifadə olunan və dövlət yoxlanışı və nəzarətində olan ölçü vasitələri (tərəzi, laboratoriya cihazları və digər ölçü qurğuları) qüvvədə olan dövlət standartı tərəfindən təyin edilmiş vaxtlarda yoxlanışdan keçirilməlidir. Yanacağın uçotu üçün istifadə olunan və yoxlanışdan keçməsi zəruri olmayan ölçü vasitələri isə, enerji obyektinin texniki rəhbərinin təsdiq etdiyi qrafikə uyğun olaraq kalibrlənməlidir.

1.5. Yanacaqvermə sistem və aqreqatların, maye və qaz halında olan yanacaq təsərrüfatlarının nəzarət, avtomatik və məsafədən idarəetmə aparatları, texnoloji mühafizə, bloklama və siqnalvermə, yanğınsöndürmə, boşaldıcı quruluşları və həmçinin dispetçer və texnoloji idarəetmə vasitələri saz vəziyyətdə olmalı və qrafiklə dövri olaraq yoxlanılmalıdır.
Maye yanacaq
1.6. Maye yanacaq təsərrüfatının istismarı qüvvədə olan normativ sənədlərə müvafiq olaraq təşkil olunmalıdır. Maye yanacaq təsərrüfatının istismarında, qazan və qaz turbini qurğularının yükünə uyğun miqdarda və forsunkaların normal işləməsi üçün lazım olan təzyiq və özlülüklə, qızdırılmış və süzgəclərdən keçirilmiş yanacağın fasiləsiz verilməsi təmin olunmalıdır.

1.7. Maye yanacağın boru kəmərlərinə və onların qızdırılması üçün istifadə olunan buxar kəmərlərinə (yanaşı buxar daşıyıcıları) müəyyən olunmuş formada pasportlar tərtib edilməlidir.

1.8. Sisternlər boşaldıldıqdan sonra, axıdıcı novlardan mazut tam axıdılmalı və novların üstü qapaqlarla (qəfəslərlə) bağlanmalıdır. Qəbuledici tutumların qabağında qurulmuş novlar, hidrocəftələr, şandorlar və süzgəclər lazımi hallarda təmizlənməlidir.

1.9. Mazut təsərrüfatındakı buxarın təzyiqi 8-13 kqq/sm2 (0,8-1,3 MPa), temperaturu isə 200-250°C olmalıdır.

1.10. Mazutu "açıq buxarla" qızdırıb boşaldanda, tutumu 50-60m3 olan sisternə qızdırıcı quruluşdan buxar sərfi 900 kq/saat -dan çox olmamalıdır.

1.11. Mazutboşaldıcıda (sisternlərdə, novlarda və qəbul tutumlarında) olan mazut, mazutvuran nasosların normal işini təmin edən temperatura qədər qızdırılmalıdır.

Qəbul tutumlarında və çənlərdəki mazutun temperaturu 90°C-dən yuxarı olmamalıdır.



1.12. Avadanlıqların (çənlərin, boru kəmərlərinin və s.) istilik izolyasiyası saz vəziyyətdə olmalıdır.

1.13. Çən və qəbul tutumlarına daxili baxış (aşkar edilən çatışmazlıqlar ləğv edilməklə) qrafiklə, 5 ildə 1 dəfədən az olmayaraq keçirilməlidir. Lazımi hallarda, onlar dib çöküntülərindən təmizlənməlidir.

1.14. Maye yanacaq saxlanılan bütün çən və qəbul tutumlarına enerji obyektinin texniki rəhbəri tərəfindən təsdiq edilmiş dərəcələndirmə cədvəlləri tərtib olunmalıdır.

1.15. Təsdiq olunmuş qrafikə əsasən: mazut xəttlərinə və armatura xarici baxış ildə 1 dəfədən az olmayaraq, qazan bölməsi üzrə -rübdə 1 dəfə və seçim ilə armaturların təftişi 4 ildə 1 dəfədən az olmayaraq keçirilməlidir.

1.16. Qazanxanaya verilən mazutun özlülüyü: mexaniki və buxarla işləyən mexaniki forsunkalar üçün 2,50 ŞÖ-dən (16 mm2/s-dən), buxar və rotasion forsunkalar üçün 60 ŞÖ-dən (44 mm2/s-dən) artıq olmamalıdır.

1.17. Yanacaq süzgəclərinin müqaviməti, hesablama yükündə, onların ilkin (təmiz vəziyyətindəki) müqavimətinə nisbətən 50% artarsa, onda süzgəclər təmizlənməlidir (buxarla üfürləməklə, əl və ya kimyəvi üsullarla).

Süzgəc toru təmizlənərkən onun yandırılması qadağandır.

Mazut qızdırıcıların təmizlənməsi, onların istilik gücünün nominalının 30%-nə qədər azaldığı hallarda yerinə yetirilməlidir.

1.18. Ehtiyat nasosları, qızdırıcılar və süzgəclər saz və işə buraxılmaq üçün daim hazır vəziyyətdə olmalıdır. İşə qoşulmanın yoxlanılması və işləyən nasosdan ehtiyatda olan nasosa keçid qrafiklə, lakin ayda 1 dəfədən az olmayaraq yerinə yetirilməlidir. Ehtiyatın avtomatik qoşulması (EAQ) qurğularının işləmələrinin yoxlanışı texniki rəhbərin təsdiq etdiyi proqram və qrafiklə rübdə 1 dəfədən az olmayaraq aparılmalıdır.

1.19. Boru kəmərlərini və ya avadanlıqları təmirə çıxardıqda, onlar işləyən avadanlıqdan etibarlı surətdə açılmalı, drenajla boşaldılmalı və içərisində iş aparılması lazım gələndə buxarla təmizlənməlidir.

Yanacaq kəmərlərinin açılmış sahələrində buxar və digər peyklər də açılmalıdır.



1.20. Uzun müddət yanacaq saxlanılan mazut çənini işə qoşmazdan əvvəl onun dib qatından (0,5m-ə qədər) nəmliyin təyini üçün mazut nümunəsi götürülməli və qazanxanaya çöküntü suyunun və çox sulu mazutun düşməsinin qarşısını almaq üçün tədbir görülməlidir.

1.21. Yandırılmaq üçün qazanxaya verilən yanacağın temperaturunun qalxma və enmə hədləri və təzyiqin enməsi barədə siqnalvermə və həmçinin çən və qəbuledici tutumlarda məsafədən səviyyə və temperatur ölçən cihazların idarəetmə lövhələrinə çıxarılmış göstəricilərin düzgünlüyünün yoxlanışı təsdiq olunmuş qrafik üzrə həftədə 1 dəfədən az olmayaraq aparılmalıdır.
Qaz-turbin qurğularının maye yanacağının qəbulu, saxlanılması və yandırılmasına hazırlanması xüsusiyyətləri
1.22. Maye yanacağın boşaldılması, saxlanması və yandırılmaya verilməsi zamanı, suyun ona qarışmasının qarşısı alınmalıdır. Boşaldılmış sisternlərin buxarla yuyulması lazım gələrsə, onda buxarla yuyulmanın sulu məhsulu mazut anbarlarının xüsusi tutumlarına yığılmalıdır.

1.23. Yanacağın boşaldılması qapalı üsulla təşkil olunmalıdır. Boşaldıcı quruluşlar, korroziyaya qarşı örtüklər, yanaşı buxar daşıyıcıları, armaturlar və s. yanacağın çirklənməsinin və soyumasının qarşısını almaq üçün saz vəziyyətdə olmalıdır.

Çənlərdə maye yanacağın minimal və maksimal temperaturları yerli təlimatda göstərilməlidir.



1.24. QTQ-yə verilən yanacaq çənlərdəki yanacağın üst hissəsindən üzən buraxıcı qurğu ilə götürülməlidir.

1.25. İnventarizasiya zamanı və çəni işə qoşmazdan əvvəl çənlərin dib hissəsindən yanacağın nümunələri götürülməlidir. Dib hissəsində su 0,5%-dən çox olarsa, onda sulu yanacağın yandırılmaya verilməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir. Sulu hissənin səviyyəsi "ölü" qalığın səviyyəsindən yuxarı olduğu hallarda, yanacağın nəmliyi yuxarı olan hissəsi drenajla xüsusi mazut anbarına ötürülməlidir.

1.26. Dövretmə üsulu ilə qızdırılan çənlərə daxili baxış 5 ildə 1 dəfədən az olmayaraq, buxarla qızdırılan çənlər üçün isə çənlərin içindəki qızdırıcıların kipliyinin, mütləq hidravliki sınağı və korroziyaya qarşı örtüyün zədələnmiş yerlərinin bərpası aparılmaqla hər il keçirilməlidir. Çənlər zəruri hallarda dib çöküntülərindən təmizlənməlidir.

1.27. Quraşdırılandan, yaxud təmirdən sonra maye yanacağın boru kəmərləri buxarla və ya sıxılmış hava ilə üfürülməli və kimyəvi yuyulduqdan və passivləşdirildikdən sonra onlar, sistemin üçqat tutumu miqdarında qaz-turbin yanacağı ilə yuyulmalıdır.

1.28. QTQ-yə verilən yanacağın özlülüyü: mexaniki forsunkalardan istifadə olunduqda – 20 ŞÖ-dən (12mm2/s), hava (buxar) forsunkalarından istifadə olunduqda – 30 ŞÖ-dən (20mm2/s) yuxarı olmamalıdır.

1.29. Yandırılan maye yanacaq QTQ-ni istehsal edən zavodların tələblərinə uyğun olaraq mexaniki qarışıqlardan təmizlənməlidir. Yerli təlimatlarda, süzgəclərin təmizlənməyə çıxarılması üçün lazım olan, onların giriş və çıxışındakı təzyiqlər fərqinə əsasən tapılmış müqavimət həddi göstərilməlidir.

1.30. Yerli təlimatda, yanmaya verilən və anbarlarda saxlanılan yanacağın keyfiyyətinə və aşqarlara nəzarətin dövriliyi, nümunənin götürülməsi yerləri və müəyyənləşdirən keyfiyyət göstəriciləri göstərilməlidir.

1.31. Tərkibində, qüvvədə olan dövlət standartları və texniki şərtlərə görə buraxıla biləndən çox miqdarda korroziyaedici elementlər (vanadium, qələvi metallar və b.) olan maye yanacağı QTQ-də yandırmazdan əvvəl, yanacaq elektrik stansiyasında yerli təlimatlara uyğun olaraq emal olunmalıdır (natrium və kalium duzlarından yuyulmalı və ya korroziyaya qarşı aşqarlarıın əlavə edilməsi).
Qaz halında olan yanacaq
1.32. Qaz təsərrüfatının istismarında aşağıdakılar təmin edilməlidir:

    1. kənar qatışıq və kondensatdan təmizlənmiş qazın qazanların yükünə müvafiq miqdarda, tələb olunan təzyiqlə ocağın odluqlarına fasiləsiz olaraq verilməsi;

    2. daxil olan qazın kəmiyyət və keyfiyyətinə nəzarət;

    3. avadanlığın təhlükəsiz işi və həmçinin onun texniki xidmətinin təhlükəsiz aparılması və təmiri;

    4. avadanlığa vaxtında və keyfiyyətlə texniki xidmətin edilməsi və təmiri;

    5. avadanlığın texniki vəziyyətinə və təhlükəsiz istismarına nəzarət.

1.33 Enerji obyektlərində qaz təsərrüfatının istismarı qüvvədə olan qaydaların müddəalarına müvafiq olaraq təşkil edilməlidir.

1.34. Hər bir qaz kəməri və qaz paylayıcı məntəqənin (QPM) avadanlığı üçün qaz kəmərini, QPM otaqlarını, avadanlıq və nəzarət-ölçü cihazlarını xarakterizə edən əsas göstəricilər və həmçinin yerinə yetirilən təmir haqqında məlumatlar olan pasportlar tərtib olunmalıdır.

1.35. Enerji obyektində qaz təhlükəli işlərin siyahısı və konkret istehsalat şəraitinə uyğun olaraq onların hazırlanması və təhlükəsiz yerinə yetirilmə qaydasını müəyyənləşdirən təlimat tərtib olunub texniki rəhbər tərəfindən təsdiq edilməlidir. Qaz təhlükəli işlərə naryad verməyə hüquqi olan şəxslər enerji obyekti üzrə əmrlə təyin edilməlidir. Qaz təhlükəli işlərin siyahısına ildə 1 dəfədən az olmayaraq yenidən baxılmalı və təsdiq olunmalıdır.

Xüsusi təhlükəli işlər (istismara buraxılma, qazın verilməsi, qaz kəmərlərinin birləşdirilməsi, "qaz altında" qaz kəmərlərinin və avadanlıqların təmiri, QPM-də aparılan qaynaq və qazla kəsmə işləri) naryad və enerji obyektinin texniki rəhbərinin təsdiqlədiyi plan üzrə yerinə yetirilməlidir.

İş planında işin icrasının ciddi ardıcıllığı, işçilərin yerləşdirilməsi, məsul şəxslər, lazım olan mexanizm və ləvazimat göstərilməli və işlərin maksimal təhlükəsizliyini təmin edən tədbirlər nəzərdə tutulmalıdır.

1.36. QPM-in çıxışında qaz təzyiqinin dəyişməsi işçi təzyiqin 10%-indən artıq olmamalıdır. Tənzimləyicilərdəki işçi təzyiqin qalxması, ya da aşağı düşməsinə səbəb olan nasazlıqlar, qoruyucu klapanların işindəki nasazlıqlar və həmçinin qaz sızması, qəza halı kimi dərhal aradan qaldırılmalıdır.

1.37. Avtomatik tənzimləyici klapanı olmayan dolayı qaz kəməri ilə (baypasla) qazın qazanxanaya verilməsi qadağandır.

1.38. Mühafizə, bloklama və siqnalvermə qurğularının işə düşməsinin yoxlanılması, istehsalçı - zavodun təlimatlarında nəzərdə tutulmuş vaxtlarda, lakin 6 ayda 1 dəfədən az olmayaraq keçirilməlidir.

1.39. Qaz kəmərləri qazla doldurulanda hava tam çıxana qədər üfürülməlidir. Üfürülmənin qurtarması götürülmüş nümunələrin analizi və ya yandırılması ilə müəyyənləşdirilir ki, bu halda qazın tərkibində oksigenin miqdarı 1%-dən yuxarı olmamalı, ya da qazın yanması sakit, partıltısız olmalıdır.

Qaz kəmərlərinin üfürülməsi zamanı qaz - hava qarışığının atılması, bu qarışığın binalara keçməsi və həmçinin hər hansı bir od mənbəyindən alışması istisna olunan yerlərdə olmalıdır.

Qaz kəməri qazdan boşaldılanda, kəmər hava və ya təsirsiz qaz ilə qaz tam çıxana qədər üfürülməlidir. Üfürülmənin qurtarması analizlə müəyyənləşdirilir. Üfürülən havada qalıq qazın həcmi, qazın alışmasının aşağı həddinin 20%-indən artıq olmamalıdır.

1.40. Elektrik stansiyalarının ərazisində yerləşən yeraltı qaz kəmərləri trassasına təsdiq olunmuş qrafik üzrə yoxlama keçirilməlidir. Bu halda, qaz kəməri quyuları və həmçinin qaz kəmərindən hər iki tərəfə 15m-ə qədər məsafədə yerləşmiş digər quyular (telefon, su kəmərləri, istilik, kanalizasiya və b.), kollektorlar, bina zirzəmiləri və qaz yığılma ehtimalı olan digər tikililər qaza görə yoxlanılmalıdır. Yeraltı qaz kəmərlərinə xidmət edilmək üçün nömrələnmiş marşrut xəritələri tərtib edilməli və kəmər baxıcılarına verilməlidir. Hər bir marşrut xəritəsində qaz kəmərləri trassasının sxemi və onun uzunluğu və həmçinin hər iki tərəfindən 15 m-ə qədər məsafədə yerləşən yeraltı kommunikasiya quyuları və binaların zirzəmiləri göstərilməlidir.

1.41. Zirzəmi, kollektor, şaxta, quyu və digər yeraltı tikililərdə qazın olmasının yoxlanışı, partlayışdan mühafizəli icrada olan qaz analizatoru ilə yerinə yetirilməlidir. Binaların zirzəmilərində hava nümunəsinin bilavasitə analizi, partlayışdan mühafizəli icrada olan qaz analizatorları ilə aparıla bilər, onlar olmadıqda isə zirzəmidən hava nümunəsi götürülməli və binadan kənarda analiz olunmalıdır. Hava nümunəsini götürmək üçün kollektorlara, şaxtalara, quyulara və digər yeraltı tikililərə enmək qadağandır.

Zirzəminin içində və həmçinin quyu, şaxta, kollektor və başqa yeraltı tikililərin yanında siqaret çəkmək və açıq oddan istifadə etmək qadağandır.



1.42. Trassada qaz olması aşkar olunduqda, qaz analizatoru ilə əlavə yoxlanış aparılması və bu yerdən 50 m radiusda yerləşən qazlanmış olan zirzəmilərin, binaların birinci mərtəbələri və quyu kameralarının havasının dəyişdirilməsi təşkil olunmalıdır. Zirzəmilərdə qaz yığılması aşkar olunduqda, binada yerləşən adamlar siqaret çəkməyin, açıq oddan və elektrik cihazlarından istifadənin yolverilməzliyi haqqında əlavə olaraq xəbərdar edilməlidir.

Eyni zamanda qaz sızan yerin aşkar edilməsi və ləğvi üçün təxirəsalınmaz tədbirlər görülməlidir.



1.43. Qaz kəmərlərində birləşmələrin kipliyinin yoxlanılması, qaz kəmərində, quyularda və tikililərdə qaz sızması yerinin aşkarlanması sabun emulsiyasından istifadə edilməklə yerinə yetirilməlidir.

Qaz sızan yerin oddan istifadə edilməklə aşkarlanması qadağandır.

Fəaliyyətdə olan qaz kəmərlərində aşkar edilən bütün nasazlıq və kipsizliklər dərhal aradan qaldırılmalıdır.

1.44. Qaz kəmərlərindən kənar edilmiş mayenin kanalizasiyaya atılması qadağandır.

1.45. Generator qazı, habelə nəm və kükürdlü (tərkibində merkaptanlar və ya hidrogen sulfid olan) texnoloji - tullantı qazları veriləndə və yandırılanda, belə qazların istismar xüsusiyyətləri layihə və yerli təlimatlarla müəyyənləşdirilməlidir.
2 Buxar və suqızdırıcı qazan qurğuları
2.1. Qazanlar istismar edilərkən aşağıdakılar təmin edilməlidir:


    1. bütün əsas və köməkçi avadanlıqların etibarlılığı və təhlükəsizliyi;

    2. qazanların nominal məhsuldarlığının, parametrlərinin və həmçinin buxar və suyun keyfiyyətinin alınması imkanı;

    3. sınaq və zavod təlimatları əsasında müəyyən edilmiş qənaətli iş rejimi;

    4. hər tip qazan və yandırılan yanacaq növü üçün müəyyənləşdirilmiş yüklərin tənzimlənmə diapazonu;

    5. avtomatika qurğularının təsiri altında tənzimləmə diapazonu hədlərində qazanların məhsuldarlığının dəyişdirilməsi;

    6. buraxıla bilən minimal yüklər;

    7. normalar daxilində zərərli maddələrin atmosferə atılmasını.

2.2. 100 kqq/sm2 (9,8 MPa) (burada və aşağıda qazanın çıxışındakı buxar təzyiqinin nominal qiyməti göstərilmişdir) və bundan yüksək təzyiqli yenidən istismara verilən qazanlar quraşdırılandan sonra, əsas boru kəmərləri və su - buxar traktının digər elementləri ilə birlikdə kimyəvi təmizlənməlidir. 100kqq/sm2 (9,8 MPa)-dan aşağı təzyiqli qazanlar və suqızdırıcı qazanlar istismara verilməzdən əvvəl qələvi ilə təmizlənməlidir. Kimyəvi təmizləmə və qələviləşdirmədən bilavasitə sonra təmizlənmiş səthlərin dayanması zamanı korroziyadan qorunması üçün tədbir görülməlidir.

2.3. Təmirdən və ya uzunmüddətli ehtiyatda dayanmadan (3 sutkadan artıq) sonra qazanı işə buraxmazdan əvvəl köməkçi avadanlığın, NÖC, armatur və mexanizmləri məsafədən idarəetmə vasitələrinin, avtotənzimləyicilərin və həmçinin mühafizə, bloklama və operativ rabitə vasitələrinin sazlığı və işə qoşulmağa hazırlığı yoxlanılmalıdır. Aşkar olunan nasazlıqlar aradan qaldırılmalıdır.

Üç sutkadan artıq ehtiyatda dayanmadan sonra qazanı işə buraxmazdan əvvəl aşağıdakılar yoxlanmalıdır: avadanlıqların, NÖÇ, məsafədən və avtomatik idarəetmə vasitələrinin, texnoloji mühafizə, bloklama qurğularının, informasiya və rabitə vasitələrinin iş qabiliyyəti; texnoloji mühafizə komandalarının bütün icra qurğularından keçməsi; dayanma zamanı təmir aparılan qurğu və avadanlıqların saz vəziyyətdə və işəqoşulmaya hazır olması. Bu halda aşkar olunan nasazlıqlar işəburaxılmadan əvvəl aradan qaldırılmalıdır.

Qazanın saxlanılmasında iştirak edən bloklama və mühafizə vasitələri nasaz vəziyyətdə olduqda, onun işə buraxılması qadağandır.

2.4. Qazanın işə buraxılması növbə rəisinin və ya böyük maşinistin rəhbərliyi altında, əsaslı və orta təmirdən sonra isə sex rəisinin və ya onun müavininin rəhbərliyi altında təşkil olunmalıdır.

2.5. Barabanlı qazan, alışdırmadan əvvəl deaerasiya olunmuş bəsləyici su ilə doldurulmalıdır.

Düzaxınlı qazan, bəsləyici suyun emalı sxemindən asılı olaraq keyfiyyəti istismar üzrə təlimat göstəricilərinə müvafiq olan bəsləyici su ilə doldurulmalıdır.



2.6. Soyumamış barabanlı qazanın doldurulmasına boşalmış barabanın yuxarı hissəsində metalın temperaturu 1600C-dən yüksək olmadıqda icazə verilir.

Barabanın yuxarı hissəsində metalın temperaturu 1400C-dən yuxarı olduqda onun hidravliki presləmə üçün doldurulması qadağandır.



2.7. Düzaxınlı qazanın su ilə doldurulması, ondan havanın çıxarılması və həmçinin, çirkdən təmizləmək üçün yuyulması əməliyyatları, separator rejimi ilə alışdırılanda qazanın traktının daxilində quraşdırılan siyirtmələrə qədər olan sahə üzrə, düzaxınlı rejimdə alışdırılanda isə bütün trakt üzrə aparılmalıdır.

Alışdırmada suyun sərfi nominalın 30%-nə bərabər olmalıdır. Alışdırma sərfinin digər qiyməti, yalnız istehsalçı-zavodun təlimatına ya da sınaq nəticələri əsasında dəqiqləşdirilmiş istismar təlimatına əsasən təyin oluna bilər.



2.8. Suqızdırıcı qazanı alışdırmazdan qabaq şəbəkə suyunun sərfi, hər qazan tipi üçün istehsalçı-zavodun müəyyənləşdirdiyi minimal buraxıla bilən qiymətdən az olmamalı və qazanın sonrakı işində də bu şərtə əməl olunmalıdır.

2.9. Blok qurğularının düzaxınlı qazanlarını alışdıranda, işçi təzyiqi 140 kqq/sm2 (13,8 MPa) olan qazanlar üçün qazanın traktının daxilində quraşdırılan siyirtmələrin qabağındakı təzyiq 120-130 kqq/sm2 səviyyəsində, kritikdən yuxarı təzyiqli qazanlar üçün isə 240-250 kqq/sm2 (24-25 MPa) səviyyəsində saxlanılmalıdır.

Bu qiymətlərin dəyişdirilməsinə və ya dəyişən təzyiqlə alışdırılmasına, xüsusi sınaqlar əsasında istehsalçı zavodla razılaşdırıldıqdan sonra icazə verilir.



2.10. Qazanı alışdırmazdan qabaq və dayandırdıqdan sonra, ocaq və tüstü qazlarının resirkulyasiya xətləri də daxil olmaqla qaz yolları tüstüsoran, üfürmə ventilyatorları və resirkulyasiya tüstüsoranları ilə qaz -hava traktının şiberlərinin açıq vəziyyətində nominalın 25%-indən az olmayan hava sərfi ilə 10 dəqiqədən az olmayaraq ventilyasiya olunmalıdır.

Təzyiq altında işləyən qazanlar və tüstüsoransız suqızdırıcı qazanların ventilyasiyası üfürmə ventilyatorları və resirkulyasiya tüstüsoranları ilə aparılmalıdır.

Su-buxar traktında izafi təzyiq saxlanıldıqda soyumamış vəziyyətdən qazanı alışdırmazdan əvvəl, odluğun alışdırılmasına 15 dəqiqə qalmış qazanın ventilyasiyası başlanılmalıdır.

2.11. Qazanı qazla alışdırmazdan əvvəl, qazanın qaz kəmərləri hava ilə nəzarət yoxlanışından keçirilməli (preslənməli) və odluqların qabağındakı bağlayıcı armaturların bağlanma kipliyi qüvvədə olan normativ sənədlərə müvafiq olaraq qazla yoxlanılmalıdır.

2.12. Qazanları alışdıranda tüstüsoran və üfürmə ventilyatoru işə qoşulmuş vəziyyətdə olmalı, tüstüsoransız qazanlarda isə üfürmə ventilyatoru işdə olmalıdır.

2.13. Qazanın alışdırılması anından başlayaraq, barabandakı suyun səviyyəsinə nəzarət təşkil olunmalıdır.

Yuxarıda yerləşdirilmiş sugöstərici cihazların üfürülməsi:



    1. təzyiqi 40 kqq/sm2 (3,9 MPa) və aşağı olan qazanlarda-qazanda izafi təzyiq 1 kqq/sm2-a (0,1 MPa) yaxın olduqda və baş buxar kəmərinə qoşulmazdan əvvəl;

    2. təzyiqi 40 kqq/sm2-dan (3,9 MPa) yuxarı olan qazanlarda -qazanda izafi təzyiq 3 kqq/sm2 (0,3 MPa) olduqda və 15-30 kqq/sm2 (1,5-3 MPa) təzyiqdə yerinə yetirilməlidir.

Suyun aşağı endirilmiş səviyyə göstəriciləri, alışdırma prosesində sugöstərici cihazlarla (düzəlişləri nəzərə almaqla) tutuşdurulub yoxlanılmalıdır.

2.14., Müxtəlif istilik vəziyyətlərindən qazanın alışdırılması, istehsalçı zavodun təlimatı və işə qoşma (buraxılış) rejimləri sınaqlarının nəticələrinə əsasən tərtib olunmuş işəqoşulma qrafiklərinə müvafiq yerinə yetirilməlidir.

2.15. Əsaslı və orta təmirdən sonra qazanın soyuq vəziyyətdən alışdırılması prosesində, reperlər üzrə ekranların, barabanların və kollektorların istilik yerdəyişmələri ildə ən azı 1 dəfə yoxlanılmalıdır.

2.16. Əgər qazanın işə buraxılmasına qədər onda flans birləşmələri və kiçik lyukların sökülməsi ilə əlaqədar işlər aparılıbsa, bolt birləşmələri 3-5 kqq/sm2 (0,3-0,5 MPa) izafi təzyiqdə əlavə sıxılmalıdır.

Bolt birləşmələrinin böyük təzyiqdə sıxılması qadağandır.



2.17. 100 kqq/sm2 (9,8 Mpa)-dan yuxarı təzyiqli qazanları alışdıranda və saxlayanda barabanların temperatur rejiminə nəzarət təşkil olunmalıdır. Barabanın aşağı hissəsinin isidilmə və soyudulma sürəti və barabanın aşağı və yuxarı hissələri arasındakı temperatur fərqi aşağıdakı buraxıla bilən qiymətlərdən artıq olmamalıdır:
Qazanı alışdıranda qızdırılma sürəti, 0C/10 dəq .........30

Qazanı saxlayanda soyudulma sürəti, 0C/10 dəq .........20

Qazanı alışdıranda temperaturlar fərqi, 0C.....................60

Qazanı saxlayanda temperaturlar fərqi 0C.....................80


2.18. Qazanın ümumi buxar kəmərinə qoşulması, birləşdirici boru kəməri drenaj olunduqdan və qızdırıldıqdan sonra aparılmalıdır. Qoşulma zamanı qazanın çıxışındakı təzyiq, ümumi buxar kəmərindəki təzyiqə bərabər olmalıdır.
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə