Ələkbər Nəbiyev ( Hüquqşünas) beynəlxalq terrorçuluq monoqrafiya Bakı 2011




Yüklə 1.25 Mb.
səhifə1/11
tarix23.02.2016
ölçüsü1.25 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11


Ələkbər Nəbiyev

( Hüquqşünas)

BEYNƏLXALQ TERRORÇULUQ
Monoqrafiya

Bakı - 2011

GİRİŞ
Beynəlxalq təhlükəsizliyin təmin olunması, birinci növbədə beynəlxalq qanunçuluq və hüquq qaydalarına əməl olunmasını nəzərdə tutur. Dünya birliyinin beynəlxalq terrorçuluğa qarşı mübarizədə nailiyyətləri dövlətlərin beynəlxalq qanunçuluq və hüquq qaydalarının təmin olunması sahəsində həyata keçirdikləri məqsədə müvafiq səylər çərçivəsində həll olunur.

İnsanlığa qarşı cinayət və təcavüz cinayətləri Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxil edilir. Beynəlxalq Cinayətlərə daxil edilən beynəlxalq terrorçuluqda Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxildir.

Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna görə beynəlxalq cinayətlər, o cümlədən beynəlxalq terrorçuluq cinayətinə qarşı universal yurisdiksiya prinsiplərinin tətbiqi nəzərdə tutulur.

Beynəlxalq terrorçuluq cinayəti beynəlxalq sülhə və təhlükəsizliyə çox ciddi təhdidlər yaradır. Terror təhlükəsi bütün bəşəriyyət üçün qlobal xarakter daşıyır və onunla yalnız birgə səylərlə mübarizə aparmaq səmərəli ola bilər. Bu səylər subregional, regional, milli və universal səviyyədə həyata keçirilir. Hazırda Birləşmiş Millətlər Təşkilatının on üz universal konvensiyası, Avropa İttifaqının səkkiz konvensiyası və digər konvensiya, bəyannamə və protokollar əsasında praktiki olaraq dünyanın bütün regionlarında beynəlxalq terrorçuluğun qarşısının alınması sahəsində regional sistemlər müvəffəqiyyətlə fəaliyyət göstərir.

Müasir şəraitdə beynəlxalq terrorçuluğun dünya birliyinə meydan oxuması öz təbiətinə görə qlobal xarakter daşıyır və buna görə də beynəlxalq birliyin cavabı da qlobal və uzun müddətli xarakterə malik olmalıdır. Nə qədər güclü və qüdrətli olsa da heç bir dövlət ayrılıqda beynəlxalq terrorçuluğa qarşı dayanmaq iqtidarında deyil. Buna əyani misal kimi Amerika Birləşmiş Ştatları Dövlət departamentinin 11 sentyabr 2001-ci il faciəli terror hadisəsindən cəmi bir il əvvəl yaydığı məruzəsini göstərmək olar. Məruzədə göstərilirdi ki, 2000-ci ildə dövlət terrorçuluğu azalmış, terrorçu ölkə və qrupların beynəlxalq səviyyədə təcrid olunması artmış, terrorçular isə məhkəmə qarşısında dayanmışlar. Lakin bu bəyanatın ardınca müdhiş terror aktları baş verdi.

Bu gün bir çox siyasətçilər artıq etiraf edirlər ki, beynəlxalq terrorçu qüvvələr tərəfindən təhlükənin artması müəyyən dərəcədə həm qərbin, həm də şərqin aparıcı ölkələrinin xarici siyasət kursundakı səhvlərlə əlaqədar olmuşdur. Onlardan heç biri dünyada baş verən dəyişikliyin dərinliyini dərk edə bilməmişlər və bunun da nəticələrindən biri beynəlxalq terrorçuluğun artması olmuşdur.

Dünyanın bir çox ölkələrinin qloballaşma şəraitində iqtisadi və hərbi cəhətdən inkişaf etmiş ölkələrə qarşı dura bilməmələri onları öz təhlükəsizliklərini təmin etmək üçün alternativ yollar axtarmağa təhrik edir və əksər ölkələrin nüvə texnologiyasına çıxışları olmadığından onlar öz səylərini kimyəvi və bioloji silahların işlənilməsinə yönəldirlər.

“Soyuq müharibədən” sonra müasir dünyada rollar və statuslar mənasında çoxlu dəyişikliklər olduğundan müasir terrorçuluğun, onun təzahürlərinin təhlili çətinləşmişdir.

Hazırkı dövrdə digər birliklər, qeyri-hökumət təşkilatları və beynəlxalq strukturlarla ittifaqda olan azlıqlar daha güclü aksiyalar və güc təsiri həyata keçirə, o cümlədən güc tətbiq etmənin təşəbbüsçüsü kimi çıxış edə bilərlər.

Bir tərəfdən nəhəng və regional qüdrətli dövlətlər milli azlıqların nümayəndələrini və digər qrupları özlərinin geosiyasi rəqiblərinə qarşı yönəltməyi, digər tərəfdən isə yerli radikallar öz maraqları üçün nəhəng və regional qüdrətli dövlətlərin qarşı durmasından istifadə etməyi mənimsəmişlər.

Bir qayda olaraq zəif inkişaf etmiş korporativ-bürokratik rejimlər özlərinin iqtisadi və siyasi problemlərini həll etmək üçün rasional vasitə kimi separatçılığa, millətçiliyə və militarizmə istiqamətlənmiş olurlar.

“Azad rəqabət” və açıq sərhədlər yüksək texnika, qabaqcıl texnologiya və hərbi gücə malik ölkələr üçün “ikinci” və “üçüncü dünya” ölkələrini öz təsirləri altında saxlamaları üçün ideal mexanizmdir.

Məlumdur ki, “qızıl milyard” ölkələrində yaşayan bir neçə yüz varlı ailənin nəzarəti altında olan sərvətin miqdarı dünyanın milyarddan çox kasıb əhalisinin gəlirinə bərabərdir. Təkcə Amerika Birləşmiş Ştatlarının hərbi büdcəsi dünyada milyarddan çox aclıq həddində yaşayan, sivilizasiyanın adi elementlərindən olan içməli su və ibtidai təhsildən məhrum olan əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün kifayətdir. Maliyyə möhtəkirliyi ilə əldə edilən gəlirə cəmi 0,1 faiz vergi qoyulması dünya əhalisinin böyük əksəriyyətinin səhiyyə və təhsil problemini həll edə bilər.

Kitabda terror fəaliyyətinin yeni forma və üsullarının və ona qarşı qlobal və regional mübarizənin tətqiqinə xüsusi diqqət yetirilir.

Monoqrafiyanın tədqiqat obyekti bir təzahür kimi beynəlxalq terrorçuluğun qarşısının alınması və ləğv edilməsi niyyəti ilə beynəlxalq hüquq normalarına uyğun qaydada dünya birliyi tərəfindən tənzimləyici təsir tədbirlərinin tətbiq olunması nəticəsində formalaşmış beynəlxalq hüquq münasibətləri, terrorçuluğun yeni forma və təzahürləri, beynəlxalq terrorçuluğa qarşı mübarizənin beynəlxalq, regional (o cümlədən Azərbaycan Respublikasında) səviyyədə hüquqi təminatıdır.

Kitabın birinci fəsli “Beynəlxalq terrorçuluq beynəlxalq cinayətdir” adlanır. Burada beynəlxalq cinayəti xarakterizə edən əsas elementlər göstərilir və bu əlamətlərin hər birinin beynəlxalq terrorçuluğa xas olması qənaətinə gəlinir. Beynəlxalq cinayətlərin qarşısının alınması və onu törədənlərə qarşı cəza tədbirlərinin həyata keçirilməsində beynəlxalq hüququn tənzimləyici roluna baxılır.

Xüsusi diqqət Birləşmiş Millətlər Təşkilatının ikinci məhkəmə orqanı olan Beynəlxalq Cinayət Məhkəməsinin roluna, onun səlahiyyətlərinə, Prokurorluq institutunun fəaliyyət istiqamətlərinə yetirilir.

Beynəlxalq terrorçuluq cinayətinin qarşısının alınması və ona qarşı mübarizə sahəsində Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi 13 konvensiya, bəyannamə və protokollar təhlil olunur və bu mübarizədə onların əhəmiyyəti göstərilir.

Burada beynəlxalq terrorçuluğa zəmin yaradan dini, irqi, milli, siyasi amillər təhlil olunur, onlardan hər birinin beynəlxalq terrorçuluğun meydana gəlməsində oynadığı rol göstərilir. Dövlət terrorçuluğu, onu törədən əsas səbəblər, dövlətin bu cinayəti himayə etməsinin səbəbləri araşdırılır və bunun qarşısının alınması üçün dünya birliyinin görə biləcəyi tədbirlər planı təklif olunur.

XX əsrin sonu və XXI əsrin əvvəllərində terror fəaliyyətinin forma və üsullarına baxılır və əsas diqqət beynəlxalq terrorçuluğun ən müasir formaları olan bomba, nüvə, bioloji, kiberterrorçuluq çox geniş təhlil olunur və onlara qarşı mübarizə üsulları göstərilir.

Ikinci fəsil “Dünya birliyinin beynəlxalq terrorçuluğa qarşı mübarizəsi”nə həsr olunmuşdur.

Burada terrorçuluğa qarşı mübarizənin prinsip və üsullarına baxılır və bu mübarizədə beynəlxalq hüququn reqlamentləşdirici rolu əsaslandırılır. Dünya ölkələrinin xüsusi xidmət orqanlarının antiterror əməliyyatlarının həyata keçirilməsində ümumi və fərdi prinsipləri göstərilir.

Burada Avropa İttifaqı ölkələrinin, “səkkizlər qrupu”nun Müstəqil Dövlətlər Birliyinin, NATO ölkələrinin antiterror fəaliyyəti sahəsində normativ sənədləri təhlil olunur, onlardan hər birinin müsbət və mənfi tərəfləri göstərilir.

Bu fəsildə eyni zamanda dünyanın müxtəlif qabaqcıl ölkələrinin xüsusi xidmət orqanlarının (kəşfiyyat və əks-kəşfiyyat orqanlarının) mübarizə üsulları təhlil olunur.

Kitabda beynəlxalq terrorçuluq cinayətinə qarşı regional mübarizədə əks-kəşfiyyatın rolu geniş şərh olunur.

Üçüncü fəsil Azərbaycan Respublikasında beynəlxalq terrorçuluğa qarşı mübarizədə xüsusi xidmət orqanlarının taktika və strategiyasına və bu mübarizənin hüquqi təminatına həsr olunmuşdur.

Burada terrorçuluğa qarşı mübarizədə xarici xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyət sahəsində təcrübəsi ümumiləşdirilir.

Kitabın praktiki əhəmiyyəti ondan ibarətdir ki, onun əsas müddəaları Azərbaycanda antiterror siyasətinin həyata keçirilməsində istifadə oluna bilər. Tədqiqatda şərh olunmuş nəticələr hökumət orqanları və güc strukturlarının idarəetmə fəaliyyəti təcrübəsində nəzərə alına bilər. Alınmış nəticə və təkliflər Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında elmi kadrlar hazırlanması prosesində, ali məktəblərdə politologiya, beynəlxalq hüquq və cinayət hüququ fənninin tədrisində, eləcə də xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları üçün kadrlar hazırlayan ixtisaslaşmış tədris müəssisələri sistemində tədris prosesində istifadə oluna bilər.



I FƏSİL

BEYNƏLXALQ TERRORÇULUQ BEYNƏLXALQ CİNAYƏT KİMİ

    1. Beynəlxalq hüquq normalarına müvafiq olaraq

beynəlxalq cinayətlərin əsas əlamətləri
Dünya sivilizasiyasının getdikcə yüksələn inkişafı beynəlxalq cinayət əməllərinin iki kateqoriyaya bölünməsini zərurətə çevirmişdir: beynəlxalq xarakterli cinayətlər və beynəlxalq cinayətlər. Bu cinayətlərin biri-birindən fərqi onların sosial təhlükəlilik dərəcəsidir. Beynəlxalq hüquq elmində qəbul olunmuş ümumi anlayışa görə beynəlxalq xarakterli cinayətlər o cinayətlərdir ki, onlar dünyada bərqərar olmuş qaydaların əsasına toxunmadan, dövlətlərin hüquqi münasibətlərinin bu və ya digər sahəsində onların əmin-amanlıq şəraitində əməkdaşlığına xələl gətirir [77, 149 - 180]. Beynəlxalq xarakterli cinayətlərin iştirakçıları aut dedere aut punire (ya təhvil ver, ya da özün cəzalandır) ekstradisiya və aut dedere aut judicare ( ya təhvil ver, ya da özün mühakimə et) prinsipləri əsasında cinayət təqibinə məruz qalmalıdırlar [111]. Spesifikasından asılı olaraq beynəlxalq xarakterli cinayətlərə aşağıdakı cinayət əməlləri aiddir: təyyarələrin qaçırılması, girov götürülməsi, beynəlxalq müdafiə hüququ olan şəxslərə qarşı cinayətlər, qaçaqmalçılıq, narkotiklərin yayılması və narkotiklərlə qeyri-qanuni ticarət, qiymətli kağızların və pulların saxtalaşdırılması, ətraf mühitin çirkləndirilməsi, xalqların mədəni sərvətlərinə qəsdlər, pornoqrafiyanın yayılması, su gəmilərinin toqquşması və dənizdə kömək göstərilməməsi, kontinental şelflərdə törədilən cinayətlər, sualtı kabellərin zədələndirilməsi və kəsilməsi, qeyri-qanuni radio verilişləri.

Göründüyü kimi sadalanan beynəlxalq cinayət əməlləri coğrafi və konkret əlamətlərlə məhdudlaşdırılır. Konkretlilik istiqamətində hər hansı bir sahədə dövlətlərin beynəlxalq əməkdaşlığı nəzərdə tutulur. Coğrafi yayılmağa gəldikdə isə bir neçə qonşu və regional dövlətin hüquqi cəhətdən qorunan əməkdaşlıqlarına qəsd edən cinayətkar amillər nəzərdə tutulur.

Beynəlxalq xarakterli cinayətlərdən fərqli olaraq beynəlxalq cinayətlər həm konkretlik (əyanilik), həm də coğrafi istiqamətlərinə görə əsaslı şəkildə fərqlənir. Cinayət qəsdinin əyaniliyinə gəldikdə burada dünya qaydalarının dayaqlarının laxladılması, dünya dövlətləri birliyinin qanuni maraqlarına zərər vurulması nəzərdə tutulur. Coğrafi istiqamət dairəsinə uyğun olaraq burada əsaslandırılmış şəkildə əməlin universal sosial təhlükəli olduğunu təsdiq etmək olar. Beynəlxalq cinayətlərin həyata keçirilməsinin fəlakətli nəticələri ondan ibarətdir ki, onlar qonşu və ya regional dövlətlərin sərhədlərini keçir və Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində təsbit olunmuş dünya qaydaları və onun baza prinsiplərinin əsaslarına toxunur.

Müasir beynəlxalq hüququn praktika və doktrinasının predmet təhlili imkan verir ki, beynəlxalq cinayətin təsnifləşdirici əlamətlərinin müəyyən olunmasında əsaslı çatışmamazlıqların mövcudluğu faktlarının olması etiraf olunsun. Bu konkret olaraq özünü nədə göstərir və Birləşmiş Millətlər Təşkilatının hansı orqanları bu sahədə əsas məsuliyyəti öz üzərinə götürür?

Ümumi qaydada beynəlxalq cinayətlərin təsnifləşdirici əlamətlərinin siyahısı konvensiya, statut və kodekslər şəklində beynəlxalq hüquq aktlarında sadalanır. Göstərilən sənədlərin hazırlanması və qəbul olunması səlahiyyətinə Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüquq Komissiyası və Birləşmiş Millətlər Təşkilatının himayəsi altında çağırılan Beynəlxalq diplomatik konfrans malikdirlər.

Beynəlxalq cinayətlərin təsnifləşdirilməsi əlamətlərinin məzmununun aşkara çıxarılmasının kompleks problemlərinin işlənilməsinə “Nyurenberq tribunalının statutu ilə tanınmış, Beynəlxalq hüququn və bu tribunalın qərarlarında öz həllini tapmış prinsipləri” hüquqi aktı da öz töhfəsini vermişdir.

Bu sənəd beynəlxalq-hüquqi cinayətlər kimi baxılan cinayətləri kateqoriyalara ayırır. Onlara aşağıdakı kateqoriya cinayətlər aid edilir. Birinci. Sülh əleyhinə olan cinayətlər: a) beynəlxalq müqavilələri, sazişləri və ya təminatları pozaraq təcavüzkar müharibələri planlaşdırma, hazırlama, başlama və aparılması; b) a bəndində göstərilən istənilən hərəkətlərdən hər hansı birinin həyata keçirilməsinə yönəldilmiş ümumi plan və ya qəsdlərdə iştirak etmək. İkincisi. Hərbi cinayətlər. Bu konkret olaraq müharibə qanun və ənənələrin pozulmasını özündə birləşdirir. Buraya, o cümlədən, qətllər, işğal olunmuş ərazidə yaşayan mülki əhali ilə daha pis davranmaq və ya onları qul əməyinə cəlb etmək, hərbi əsrlərlə və dənizdə olan şəxslərlə pis rəftar etmək, girovların öldürülməsi və ya dövlət və yaxud şəxsi əmlakın talan edilməsi, şəhər və kəndlərin əbəs yerə mənasız olaraq dağıdılması və digər çirkin əməllər daxildir. Üçüncü. İnsanlıq əleyhinə cinayətlər. Bu termin altında aşağıdakılar nəzərdə tutulur: öldürmə, əhalini məhv etmə, köləlik, soyqırımı, əhalini deportasiya etmə və ya məcburi köçürmə, siyasi hüquqi və ya dini motivlərə görə təqiblər, işgəncə, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə[96,82].

Beynəlxalq-hüquqi cinayət anlayışı öz başlanğıcını Nyunberq tribunalının qərarlarından götürmüşdür. Qərarda bu barədə deyilirdi “Beynəlxalq hüquqa zidd olan cinayətlər abstrakt kateqoriya insanlar tərəfindən deyil, konkret insanlar tərəfindən törədilir və yalnız belə cinayətləri törədən ayrı-ayrı şəxslərin cəzalandırılması yolu ilə beynəlxalq hüququn normalarına riayət oluna bilər” [92,42]. Bundan sonra bu qərar Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 11 dekabr 1946-ci il tarixli qətnaməsi ilə təsdiq olundu. Mötəbər beynəlxalq təşkilatın bu sənədində dünya birliyinin Nyurenberq tribunalının Statunun prinsiplərinə və onun qərarlarına tərəfdar olduğu bildirilmişdir.

Nyurenberq tribunalının nizamnaməsinə obyektiv qiymət verdikdə, birmənalı olaraq onun beynəlxalq hüququn inkişafında əsaslı rol oynadığı məlum olur. Əvvəllər beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş dövlətlərin beynəlxalq-hüquq məsuliyyəti prinsipi ilə yanaşı Nyurenberq tribunalının qərarlarında təsbit olunmuş beynəlxalq cinayətin subyekti kimi fərdi təqsirlilik prinsipi mütərəqqi təzahür kimi bütün dünya alimləri tərəfindən yekdilliklə bəyənildi və qəbul olundu [76,90-125;58,52-112;84,7-71;133,470-471]. Belə bir qiymətləndirmə izah olunandır. Belə ki, XX əsrin əvvəllərinə qədər beynəlxalq hüquq dövlətlərarası münaqişələrin həlli kimi müharibəyə əl atılmasında yalnız vətəndaş məsuliyyəti anlayışını nəzərdə tuturdu. Yalnız 1928-ci ildə Briana-Kelloqa Paktı imzalandıqdan və sonradan Birləşmiş Millətlər Təşkilatı yaradıldıqdan sonra müasir beynəlxalq hüquqşünaslığın nəzəriyyə və təcrübəsində cinayətlərin ümumi məcmusundan beynəlxalq cinayətlərin ayrılması baş verdi. Burada həlledici rolu Nyurenberq və Tokio tribunallarının qərarları oynadı. Bundan sonra beynəlxalq hüquq həmişəlik olaraq beynəlxalq cinayət formasında xüsusilə təhlükəli sosial əməllərin həyata keçirilməsində fiziki şəxslərin fərdi məsuliyyət prinsipini və dövlətlərin beynəlxalq-hüquqi məsuliyyəti prinsipini təsdiq etdi.

Nyurenberq tribunalının qərarlarında dövlətin beynəlxalq-hüquqi məsuliyyəti ilə paralel olaraq fiziki şəxslərin fərdi məsuliyyətinin qəti təsbit olunmasının əhəmiyyətini qeyd etmək üçün bu barədə Fransa nümayəndəsinin bəyanatını misal gətirək. Fransa hökuməti adından 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququn kodifikasiyası üzrə komissiyasına bu məsələ ilə əlaqədar memorandum ünvanlandı.

Bu sənəddə deyilirdi: “Fiziki şəxs (fərd) beynəlxalq cinayət hüququnun subyektidir. Bununla dövlətin həyata keçirdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətini istisna etmədən, beynəlxalq cinayət hüququ beynəlxalq cinayətin subyektlərinə və onun iştirakçılarına cəza təyin edə bilər”.

Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüquq Komissiyası öz üzərinə qoyulmuş missiyaya uyğun olaraq 1950-ci ildə ikinci sessiyasında “Nyurenberq tribunalının Nizamnaməsində qəbul olunmuş və onun hökmündə öz əksini tapmış beynəlxalq hüququn prinsipləri” adlı hüquqi akt qəbul etdi. Bu sənəd müvafiq şərhlə birlikdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına təqdim olundu. Bundan sonra beynəlxalq hüquq Komissiyası 1954-cü ildə altıncı sessiyasında sülh və insanlığın təhlükəsizliyi əleyhinə olan cinayətlərin Kodeksinin layihəsini bəyəndi və lazımi prosessual rejimdə bu sənədi Baş Assambleyay göndərdi.

Bundan sonra beynəlxalq hüquq Komissiyasının kodifikasiya sahəsində gördüyü işlər təcavüzün ümumi qəbul olunmuş müəyyənləşdirilməsinin işlənilməsinə istiqamətləndirildi. Konseptual olaraq təcavüz cinayəti öz tərkibinə və nəticələrinə görə beynəlxalq cinayəti təşkil edir.

Konseptual olaraq dünya birliyinin beynəlxalq cinayətlərə qarşı mübarizə problemi Birləşmiş Millətlər Təşkilatının başlıca məqsədi olan beynəlxalq sülhün və təhlükəsizliyin qorunması ilə ayrılmaz surətdə əlaqədardır. Göründüyü kimi böyük təhlükəli əməl kimi beynəlxalq cinayətin törədilməsi, hüquq qaydalarının və bununla əlaqəli olan dövlətlərarası münasibətlərin sabitliyinin bünövrəsini dağıdır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Nyurenberq tribunalının nizamnaməsinin prinsiplərinin əhəmiyyətini nəzərə alaraq özünün 11 dekabr 1946-cı il tarixli 95/1 saylı qətnaməsi ilə birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququn kodifikasiyası Komitəsinə təlimatla müraciət edərək, Beynəlxalq hərbi tribunalın qərarlarında tətbiq olunan hüquq normalarının sistemə salınması üzrə müvafiq işlərin yerinə yetirilməsini tapşırdı. Bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüquq Komissiyası özünün 1949-cu ildə keçirilən birinci sessiyasından Beynəlxalq hərbi tribunalın qərarlarında tətbiq olunmuş hüququn sistemə salınması işini yerinə yetirməyə başladı.

Komissiyanın bu işi konkret olaraq sülh və insanlığın təhlükəsizliyi əleyhinə olan cinayətlərin Kodeksinin işlənilməsi və dövlətlərin beynəlxalq məsuliyyəti maddələrinin layihəsinin işlənilməsi istiqamətində aparılırdı. Beynəlxalq hüquq komissiyası qarşısında sülh və insanlığın təhlükəsizliyi əleyhinə olan cinayətlərin Kodeksinin hazırlanması ilk dəfə olaraq Birləşmiş Millətlər Təşkilatının 21 noyabr 1947-ci il tarixli (№ 177(II)) qətnaməsi ilə qoyulmuşdur. Bu qətnamə ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Komissiyaya iki konkret tapşırıq vermişdir. Birinci Nyurenberq tribunalının Nizamnaməsində qəbul olunmuş və onun hökmündə öz əksini tapmış beynəlxalq hüquq prinsiplərinin qısaca və dürüst ifadə olunması. İkinci. Sülh və insanlığın təhlükəsizliyi əleyhinə olan cinayətlərin kodeksinin hazırlanması.

Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüquq Komissiyası üzərinə qoyulmuş vəzifənin yerinə yetirilməsi ilə əlaqədar olaraq 1950-ci ildə ikinci sessiyasında “Nyurenberq tribunalının Nizamnaməsində qəbul olunmuş və onun hökmündə öz əksini tapmış beynəlxalq hüququn prinsipləri” adlı hüquqi akt qəbul etdi [60]. Bu sənəd müvafiq şərhlə birlikdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına təqdim olundu. Bundan sonra verilmiş mandat əsasında Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüquq Komissiyası 1954-cü ildə özünün altıncı sessiyasında sülh və insanlığın təhlükəsizliyi əleyhinə olan cinayətlərin Kodeksinin layihəsini müzakirə edərək bəyəndi [64] və tələb olunana professional qayda da onu Baş Assambleyaya göndərdi.

Bundan sonra beynəlxalq hüquq Komissiyasının kodifikasiya üzrə olan işləri təcavüzün ümumi qəbul olunmuş qaydada müəyyənləşdirilməsinə yönəldi. Konseptual olaraq təcavüz cinayəti özünün tərkibi və nəticəsinə görə beynəlxalq cinayəti yaradır. Komissiyanın təcavüzün müəyyənləşdirilməsilə məşğul olması ilə əlaqədar olaraq komissiyanın sülh və insanlığın təhlükəsizliyi əleyhinə olan cinayətlərin kodeksi üzərində işi təcavüz üzrə sənədin hazırlanmasının başa çatacağı vaxtadək təxirə salındı. 14 aprel 1974-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 3314 (XXIX) saylı qətnaməsi ilə təcavüzün mahiyyəti müəyyənləşdirildikdən sonra Kodeksin işlənilməsi üzrə Komissiyanın kodifikasiya fəaliyyəti davam etdirilməyə başladı. Konkret olaraq Komissiyanın bu sahədə fəaliyyəti keyfiyyətcə yeni səviyyədə 10 dekabr 1981-ci ildə bərpa olundu. Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüquq Komissiyası hüququn kodifikasiyası üzrə ona verilmiş mandat çərçivəsində yalnız kodifikasiya elementlərini deyil, eləcə də bilavasitə beynəlxalq hüququn mütərəqqi inkişafı prosesinə cəlb olunmuşdu. 1983-1990-cı illər ərzində verilmiş problem üzrə xüsusi məruzəçi cənab Dudu Tianun təqdim etdiyi səkkiz məruzə üzrə beynəlxalq hüquq Komissiyası 1991-ci ildə qırx üçüncü sessiyada sülh və insanlıq əleyhinə cinayətlərin Kodeksi son olaraq qəbul olundu (sənəd layihə qismində təqdim olundu və bəyənildi) [69,109-113;68].

Konseptual olaraq beynəlxalq cinayətlərin təsnifləşdirici əlamətləri çərçivəsində elmi və praktiki maraq doğuran əsas məsələ sülh və insanlıq əleyhinə olan cinayətlərin Kodeksi və Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması barədə 1998-ci Roma Statutunun əsas istiqamətləndirici mühüm kateqoriyalarının müqayisəli təhlilidir. Burada əsas məsələ təqdim olunan problem üzrə beynəlxalq hüququn təkamülü və praktikasının təhlili deyil, daimi əsaslarla fəaliyyət göstərən beynəlxalq cinayət ədliyyə orqanının yaradılmasının nə qədər əhəmiyyətli olması faktının dərk edilməsidir. Belə bir orqanın yaradılması probleminə dəfələrlə Birləşmiş Millətlər Təşkilatında baxılmış, onun həlli ilə əlaqədar olaraq 1953-cü ildə xüsusi olaraq beynəlxalq cinayət ədliyyə Komitəsi yaradılmış və həmin Komitə tərəfindən beynəlxalq cinayət məhkəməsinin göstərilən Statunun mətni hazırlanmışdır [94]. Beləliklə, 45 il keçdikdən sonra 1998-ci ildə Romada Beynəlxalq Cinayət Məhkəməsinin Statutu imzalandı və onun qüvvəyə minməsi üçün tələb olunan altmış ratifikasiya olunmuş etimadnamə əldə edildikdən sonra o, artıq hüquqi qüvvəyə mindirilmiş sənəd oldu.

Beynəlxalq Məhkəmədən sonra Birləşmiş Millətlər Təşkilatının ikinci məhkəmə orqanı olan Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasının əhəmiyyəti onunla müəyyənləşdirilir ki, onun yaradılması faktı beynəlxalq cinayət hüququ sisteminə bütövlük və tamlıq xarakteri verdi. Beynəlxalq hüquq müəyyən bir sahədə onun subyektləri arasında əməkdaşlığın tənzimlənməsinin hüquqi normalarının məcmusu olmaqla lazımi səviyyədə davranışın postulatlarını müəyyənləşdirdi. Beynəlxalq orqanı olmadan müəyyənləşdirilmiş davranış postulatları sadə təlimat kimi qalır və beynəlxalq öhdəliklərin yerinə yetirilməməsinə görə yalnız məhkəmə vasitəsilə sanksiyalar (tədbirlər) tətbiq olunur ki, bu da real olaraq hüquq sistemi kimi beynəlxalq hüququn təsirini təmin edir. Bütövlükdə götürdükdə beynəlxalq hüquqda Beynəlxalq Məhkəmə öz funksiyasını səmərəli şəkildə 1945-ci ildən həyata keçirir.

Beynəlxalq Cinayət Məhkəməsi ondan əvvəl və sonra yaradılmış beynəlxalq cinayət ədliyyə orqanlarından fərqli olaraq keyfiyyətcə tamamilə yeni formada fəaliyyət göstərir. Daimi əsasda fəaliyyət göstərərək məhkəmə özünün başlıca məqsədi kimi beynəlxalq ədalət mühakiməsinin təmin olunmasına və ona hörmətlə yanaşılmasına möhkəm təminat verilməsini qoymuşdur. Statutun birinci maddəsi beynəlxalq cinayət məhkəməsinin yaradılması faktını təsdiq edir və müəyyənləşdirdi ki, beynəlxalq cinayət məhkəməsi beynəlxalq ictimaiyyəti narahat edən ən ciddi cinayətlər törətmiş şəxslərə qarşı yurisdiksiyasını həyata keçirməklə milli ədliyyə orqanlarını tamamlayır. Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası və fəaliyyəti Statutun müddəaları ilə tənzimlənir.

Beynəlxalq Cinayət Məhkəməsinin institusional quruluşunun əsasını təşki edən müddəaları nəzərdən keçirək. Bunlar aşağıdakılardır: Beynəlxalq Cinayət Məhkəməsinin cəza tədbirləri, Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətləri, məhkəmə istintaqının başlanması barədə məsələ qaldırmaq hüququ olan şəxslər. Beynəlxalq cinayətlər törədildiyi halda beynəlxalq hüquqa müvafiq olaraq Beynəlxalq Cinayət Məhkəməsi və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının funksiyası təhlilin predmeti olan beynəlxalq cinayətlərin təsnifləşdirici əlamətlərinin aşkarlanmasına bilavasitə aiddir.

Beynəlxalq cinayətlər dünyada bərqərar olmuş qaydalara və bütövlükdə dünya birliyinin marağına toxunan cinayət əməli kimi xüsusi cəza tədbirləri sisteminə malikdir. O, ümumi cinayət və beynəlxalq xarakterli cinayətlərə görə tədbiq olunan cəza tədbirləri sistemindən köklü şəkildə fərqlənir. Ümumi cinayətlərə qarşı cəzalar bu və digər ölkənin dövlətdaxili hüquq normaları əsasında qanunvericilik səviyyəsində qəbul olunmuş cəza tədbirləri sistemi daxilində həyata keçirilir. Beynəlxalq xarakterli cinayətlərə isə aut derere aut punire (ya təhvil ver, ya da özün mühakimə et) prinsipi üzrə həyata keçirilir. Beynəlxalq cinayətlərin törədilməsi əvvəllər hər hansı konkret cinayət üçün müvəqqəti beynəlxalq ədliyyə orqanlarının fəaliyyət göstərməsinə gətirib çıxarırdı. Bu yaxın vaxtlara qədər bunlar Nyurenberq və Tokio beynəlxalq tribunalları, keçmiş Yuqoslaviya və Ruanda üzrə beynəlxalq tribunalar idi. Hazırda isə Beynəlxalq Cinayət Məhkəməsi daimi olaraq fəaliyyət göstərir. Beynəlxalq cinayət törətmiş şəxslər vətəndaşları olduqları dövlətin yurisdiksiyasından götürülür və beynəlxalq məhkəmə orqanının yurisdiksiyasına verilir. Beynəlxalq cinayətlərdə iştirak edən dövlət isə beynəlxalq-hüquqi sanksiyalara məruz qalır. Buna konkret misal olaraq faşist Almaniyasını göstərmək olar.

Ümumi cinayət əməlləri, beynəlxalq xarakterli cinayətlər və beynəlxalq cinayətlərə qarşı tətbiq olunan cəzalar bu və ya digər cinayət əməlinin ictimai və sosial təhlükəlilik dərəcəsindən asılı olaraq müəyyənləşdirilir. Bununla da sosial təhlükəlilik fenomeni və bununla birlikdə bu cinayətlərin dünya birliyinin maraqlarına toxunma dərəcəsi bütövlükdə praktiki olaraq cəzasının tətbiq olunmasının labüdlüyünü müəyyənləşdirir.

Bununla yanaşı cəzanın labüdlüyünün həyat keçirilməsi cəza tətbiqi institutunun elementlərindən birini təşkil edir. Beynəlxalq cinayətlərin təsnifləşdirici əlamətlərinin aşkara çıxarılması cəza tədbirləri sisteminin yaradılması ilə bağlıdır.

Beynəlxalq hüquq Komissiyasında sülh və insanlıq əleyhinə olan cinayətlərin Kodeksi hazırlanarkən konseptual əhəmiyyət kəsb edən belə bir konkret sual qarşıya qoyulmuşdu: beynəlxalq cinayətlərin hər bir növü üçün müvafiq cəza növü göstərilməlidirmi və yaxud əksinə bu cinayətlərin hamısının çox yüksək ağırlıq dərəcəsi və sosial təhlükəliliyi ilə xarakterizə olunması ilə əlaqədar beynəlxalq cinayətlərin hansı üçün cəza yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasından asılı olaraq cəza müddətinin aşağı və yuxarı həddi göstərilməklə eyni cəza müddəti müəyyənləşdirilməlidir.

Ümumi qəbul edilmiş qaydalara görə beynəlxalq cinayətlərə görə cəza həmin cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təqsirli bilinən şəxsi mühakimə edən məhkəmə (tribunal) tərəfindən müəyyənləşdirilir. Problemin belə anlaşılması 1951-ci ildə beynəlxalq hüquq Komissiyası tərəfindən qəbul olunmuş sülh və insanlığa qarşı cinayətlərin kodeksi layihəsində əks olunmuşdur.

Bununla yanaşı müasir hüquqşünaslığın elm və təcrübəsində qeyd olunmuş pozisiyalara paralel olaraq, milli hüquq sistemlərindəki metodoloji məsələlər və fərqlər ortaya çıxır. Metodologiya məsələləri beynəlxalq cinayətlərə qarşı eyni cəza tədbirlərinin müəyyən olunmasının əsaslılığının aydınlaşdırılmasını həll edir.

Öz növbəsində cəza tətbiq olunmalı hüquq pozmaların xarakterindən asılı olaraq müxtəlif cəza tədbirləri nəzərdə tutan cürbəcür hüquq sistemlərinin olması bu sahədə vahid mənəvi və fəlsəfi konsepsiya yaradılmasına imkan vermir. Bu vəziyyət məntiqi olaraq ayrılıqda hər bir beynəlxalq cinayətə görə cəza şkalaları müəyyənləşdirməyi qeyri-mümkün edir. Belə bir şəraitdə beynəlxalq cinayət hüququnda cəza tədbirlərinin tətbiq olunması probleminin optimal həlli bütün beynəlxalq cinayətlərə qarşı eyni cəza növünün seçilməsidir. Axır nəticədə bu prinsip xüsusi məruzəçinin təklifi ilə sülh və insanlığın təhlükəsizliyinə qarşı cinayətlərin Kodeksinin layihəsinin mətnində də qeyd olunmuşdur. Bütün beynəlxalq cinayətlər üçün vahid cəza prinsipinin səmərəliliyi və tutarlı olması Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu yeddinci hissəsində (maddə 77-80) öz məntiqi əksini tapmışdır. Roma Statutunun qətnamələrində müəyyənləşdirildiyi kimi cəza tədbirləri sistemi baxılan problemin bütövlüklə yaradır.

Beynəlxalq Cinayət Məhkəməsi beynəlxalq ədalət mühakiməsi orqanı kimi beynəlxalq cinayət törətməkdə təqsirli bilinən şəxslər üçün Roma Statutunda nəzərdə tutulan cəza tədbirlərindən birini təyin edə bilər: müəyyən müddətə azadlıqdan məhrum etmə, bu müddət 30 ildən çox ola bilməz və ya cinayətin müstəsna ağırlıq dərəcəsindən və onu törədənin şəxsiyyətindən asılı olaraq ömürlük azadlıqdan məhrum etmə. Azadlıqdan məhrum etməkdən əlavə Beynəlxalq Cinayət Məhkəməsi aşağıdakıları da təyin edə bilər: ədalət mühakiməsinin prosedura və sübut etmə qaydalarında nəzərdə tutulmuş kriteriyalara uyğun olaraq cərimə, üçüncü şəxsin hüquqlarına xələl gətirmədən bona fide birbaşa və ya dolayısı ilə cinayət yolu ilə əldə edilmiş gəlirlərin, əmlakın və aktivlərin müsadirə edilməsi.

Cəza tədbirini təyin edərkən Beynəlxalq Cinayət Məhkəməsi prosedur və sübut etmə qaydalarına müvafiq olaraq cinayətin ağırlıq dərəcəsi və məhkumun şəxsiyyəti kimi amilləri də nəzərə alır. Müvafiq olaraq Beynəlxalq Cinayət Məhkəməsi cəza təyin edərkən məhkumun həbsdə olma müddətini də nəzərə alır. Əgər şəxs birdən çox cinayətin törədilməsinə görə məhkum olunmuşdursa, Beynəlxalq Cinayət Məhkəməsi azadlıqdan məhrum etmənin hər bir cinayətə görə müddətini göstərməklə bütün müddət üçün cəza təyin edir. Bu cəza müddəti törədilən cinayətin ən ağırının dispozisiyasında olan cəza müddətindən az ola bilməz və 30 ili keçməməlidir. Məhkəmə ömürlük azadlıqdan məhrum etmə cəzası da təyin edə bilər.

Roma Statutuna uyğun olaraq müəyyənləşdirilmiş cəza tədbirləri çərçivəsində başlıca rol Məqsədli fond institutuna ayrılır. Bu orqanın fəaliyyəti funksional bütöv xarakter daşıyır və Beynəlxalq Cinayət Məhkəməsinin vahid məqsədi olan beynəlxalq ədalət mühakiməsinin təmin olunmasına möhkəm təminat yaratmaq və ona hörmət etmək prinsipinə tabe edilir. Məqsədli fond iştirakçısı-dövlətlər Assambleyasının qərarı ilə təsis olunur. Zərərçəkmişlərin maraqlarının təmin olunması üçün cinayət törətmiş şəxslərdən cərimə və ya müsadirə formasında götürülmüş pul vəsaitləri və digər əmlaklar Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə Məqsədli fonda verilə bilər. Qarşısına qoyulan məqsədlərin icrası üçün Məqsədli fond iştirakçı-dövlətlərin Assambleyasının müəyyən etdiyi kriteriyaya uyğun olaraq idarə edilir.

Beynəlxalq Cinayət Məhkəməsi beynəlxalq ədalət mühakiməsinin təmin olunması və ona hörmət edilməsinə möhkəm təminat yaradaraq öz Statutunda bütün beynəlxalq cinayətlər üçün vahid cəza təyin edilməsi prinsipini təsdiqlədi. Öz üzərinə qoyulan missiyanı yerinə yetirərək Beynəlxalq Cinayət Məhkəməsi dünya birliyinin narahatlığına səbəb olan ən ağır cinayətlər törətmiş şəxslərə münasibətdə yurisdiksiyasını həyata keçirir (Maddə 1).

Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Beynəlxalq Cinayət Məhkəməsinin təsis olunması zamanı onun səlahiyyəti problemi bütün səviyyələrdə fəal doktorial müzakirə obyekti olmuşdur.

Məhkəmənin səlahiyyətləri probleminə nəzəri cəhətdən baxarkən bu məsələ beynəlxalq hüquq Komissiyasının üzvü olan hüquqşünasların mövqelərində bir sıra məsələlərdə fikir ayrılığına səbəb oldu. Bunlar beynəlxalq cinayətlərin təsnif edici əlamətlərinin müəyyənləşdirilməsinə bilavasitə aid olan məsələlər idi.

Xüsusi məruzəçi tərəfindən təqdim olunmuş sülh və insanlığın təhlükəsizliyinə qarşı cinayətlərin kodeksi layihəsində məhkəmə qaydasında təqib olunan belə cinayətlərin siyahısı Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna əlavədə geniş şəkildə şərh olunmuşdur. Burada bir sıra hüquqşünas alimlər təklif etdilər ki, bilavasitə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid olan cinayətlərin dairəsi ayrıca qeyd olunsun və Kodeksdə göstərilsin. Bu halda cinayətlərin dairəsi Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna əlavə nəzərdə tutulmadan daha geniş olardı. Göründüyü kimi Statutda bilavasitə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid olan cinayətlərin tərkibi məsələsinə ümumiyyətlə baxılmır.

Belə cinayətlərin təsnifatı Statuta əlavə kimi verilir. Lakin, fikrimizcə beynəlxalq cinayətlərin tərkibinin predmetik olaraq göstərilməsi Statuta əlavədə deyil, bilavasitə Statutun özündə təsbit olunsaydı daha əhəmiyyətli olardı. Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasının sənədi olan 1998-ci il Roma Statutunun real vəziyyəti bizim bu fikrimizin əsaslı olmasını tam təsdiq etdi.

1998-ci ildə qəbul olunmuş Roma Statutunun 5-ci maddəsi Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid olan beynəlxalq cinayətlərin tərkibini müəyyənləşdirdi. Bu maddənin ümumi sxemi çərçivəsində yurisdiksiyanın həyata keçirilməsinin institusional-təşkilati qaydaları müəyyənləşdirilir. Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası bütün beynəlxalq birliyin narahatlığına səbəb olan ən ciddi cinayətlərlə məhdudlaşır. Bu maddə çərçivəsində Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası beynəlxalq ictimaiyyətdə təşviş, təlaş yaradan ən ciddi cinayətlərlə məhdudlaşır. Bu statuta uyğun olaraq Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına soyqırımı cinayət, insanlığa qarşı cinayət, hərbi cinayətlər və təcavüz cinayətləri aiddir.

Təcavüz cinayətinə gəldikdə burada Statut xüsusi prosedura nəzərdə tutur. Nəzərdə tutulur ki, Beynəlxalq Cinayət Məhkəməsi təcavüz cinayətinə münasibətdə öz yurisdiksiyasını o vaxt həyata keçirəcəkdir ki, bu cinayətin tərkibinin müəyyənləşdirilməsini özündə birləşdirən əsasnamə qəbul olunsun.

Beynəlxalq cinayətlərin təsnifləşdirici alətləri o amildən irəli gəlir ki, bu cinayət bütünlükdə dünya ictimaiyyətinin maraqlarına zidd olsun. Beynəlxalq cinayətlər özünün sosial təhlükəliliyinə görə elə bir xarakterə malikdir ki, o müasir dünya qaydalarının təməlini təşkil edən aşağıdakı prinsiplərin pozulmasına gətirib çıxarır: ədalətlilik, qanunun aliliyi, əsas insan hüquq və azadlıqları (birinci növbədə yaşamaq hüququ), dövlət müstəqilliyi və ərazi bütövlüyü, beynəlxalq sülh və təhlükəsizlik. Beynəlxalq cinayət aktının törədilməsi beynəlxalq hüququn bütün subyektlərinin qanuni maraqlarına və onların hüquqlarına toxunur. Dünyanın bütün dövlətləri, hətta törədilmiş beynəlxalq cinayət bilavasitə ona aid olmayan dövlətlər belə, dünya qanun və qaydalarının müdafiəsi uğrunda çıxış edə və beynəlxalq cinayətlərin törədilməsinin qarşısını almaq üçün mühakimə qaydasında tədbirlər həyata keçirə bilərlər. Beynəlxalq cinayətlərin aradan qaldırılmasında yalnız bu cinayətin ərazisində həyata keçirildiyi ayrıca dövlət deyil, bütün dünya birliyi maraqlıdır. Ona görə də bu məsələdə, məsələn beynəlxalq cinayətin törədildiyi dövlətə hər hansı bir üstün status vermək düzgün deyil.

Beynəlxalq cinayətlərin qarşısının alınmasında yalnız ayrılıqda götürülmüş beynəlxalq cinayətin onun ərazisində həyata keçirilmiş hər hansı bir dövlət deyil, bütün dünya birliyi maraqlıdır. Ədalət mühakiməsinin beynəlxalq cinayət ədliyyə orqanlarının cəlb edilməsi ilə həyata keçirilməsində dünya birliyinin imkanları, ərazisində beynəlxalq cinayətin həyata keçirildiyi ölkənin razılığının tələb olunması ilə bağlı deyil. Beynəlxalq Cinayət Məhkəməsinə səlahiyyət verilməsi məsələsinin özü müasir beynəlxalq hüququn qəbul olunmuş prinsiplərinə uyğun olaraq ümumi məntiq çərçivəsində həll olunmalıdır. Bununla da bərqərar olmuş beynəlxalq-hüquq təcrübəsini inkişaf etdirmək Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna imza atmış hər bir dövlət heç bir istisna olmadan beynəlxalq cinayət törətmiş vətəndaşın üzərində bu məhkəmənin cinayət təqibini həyata keçirmək yurisdiksiyanı qəbul etməlidir.

Roma Statutunun hərtərəfli təhlili bu deyilən fikirlərin tam əsaslı olmasını təsdiq edir.

Roma Statutu öz mətnində beynəlxalq cinayətin əsas verici təsnifləşdirici elementi kimi beynəlxalq cinayətlərin qarşısının alınmasında bütün dünya dövlətlərinin maraqlı olmasını təsdiq edərək, bu cinayətə görə ədalət mühakiməsinin həyata keçirilməsi üçün hər hansı bir dövlətin buna səlahiyyət verməli olması barədə bütövlükdə heç nə nəzərdə tutmur. Elmi və praktiki nöqteyi-nəzərdən Beynəlxalq Cinayət Məhkəməsinin özünün yurisdiksiyasını Roma Statutunda nəzərdə tutulduğu qaydada həyata keçirməsi prosedurası məntiqi olmaqla optimal variantdır.

Beynəlxalq Cinayət Məhkəməsinin öz yurisdiksiyasını həyata keçirməsi institusional-hüquqi planda necə qurulur?

Statutun 5-ci maddəsində təsdiq olunduğu kimi Beynəlxalq Cinayət Məhkəməsi öz yurisdiksiyasını beynəlxalq cinayətlərə münasibətdə həyata keçirir. Statutun 6-8-ci maddələrində soyqırımı cinayətinin, hərbi cinayətlərin insanlığa qarşı cinayətlərin və təcavüz cinayətləri anlayışlarının məzmunu açıqlanır. Sonra Beynəlxalq Cinayət Məhkəməsinə kömək göstərmək məqsədilə 6,7 və 8-ci maddələrin şərhi və tətbiq qaydalarında bu cinayətlərin elementlərinin mənası göstərilir. Təşkilati planda cinayətlərin elementləri iştirakçı-dövlətlərin Assambleyası üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul olunur. Müvafiq olaraq cinayətlərin elementlərinə aşağıdakılar tərəfindən təkliflər verilə bilər: istənilən iştirakçı dövlət; mütləq səs çoxluğu ilə qərar qəbul edən hakimlər; Prokuror. Konseptual olaraq cinayətlərin elementləri və onlara düzəlişlər statutun tələblərinə uyğun olmalıdır.

Beynəlxalq cinayət hüququnda hamı tərəfindən qəbul olunmuş nullum crimen sine lege və nullum poena sine lege prinsiplərinin tətbiqinin təmin olunması qaydasında statut geriyə qüvvəsi olmamaq normasını inkişaf etdirərək ratione temporis yurisdiksiyasının hərtərəfli hərəkət istiqamətini müəyyənləşdirdi. Nəzərdə tutulur ki, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası yalnız bu Statut qüvvəyə mindikdən sonra törədilən cinayətlərə şamil edilir. Müvafiq olaraq hər hansı bir dövlət bu Statut qüvvəyə mindikdən sonra ona qoşulursa, onda Beynəlxalq Cinayət Məhkəməsi bu dövlətin ərazisində törədilmiş beynəlxalq cinayətlərə görə öz yurisdiksiyasını yalnız Statut həmin dövlət üçün qüvvəyə mindikdən sonra həyata keçirilə bilər.

Beynəlxalq Cinayət Məhkəməsinin qaydaya salınmış yurisdiksiya institutu hərtərəfli olaraq yurisdiksiyanın həyata keçirilməsi prosedura və şərtlərini reqlamentləşdirir. Praktiki planda bu o deməkdir ki, bu Statutun iştirakçısı olan dövlət Statutda göstərilən beynəlxalq cinayətlərə münasibətdə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyır. Törədilmiş beynəlxalq cinayət üzrə iş Statutun iştirakçı-dövlətlər tərəfindən Prokurora verildiyi təqdirdə, yaxud törədilmiş cinayət faktı üzrə Prokuror özü təhqiqata başladıqda, Beynəlxalq Cinayət Məhkəməsi öz yurisdiksiyasını göstərilən dövlətlərdən biri və ya bir neçəsi Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıdıqları halda həyata keçirə bilər.

Konkret olaraq, bu o dövlət ola bilər ki, həmin əməl onun ərazisində olmuşdur, yaxud cinayət hava və ya su gəmisində həyata keçirilmişdir və ikincisi, bu o dövlətdir ki, cinayətin həyata keçirilməsində təqsirləndirilən şəxs onun vətəndaşıdır. Statutun iştirakçısı olmayan dövlətin Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etməsi tələb olunduqda, bu dövlət Katibliyə təqdim etdiyi ərizə vasitəsilə həmin cinayətə münasibətdə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını həyata keçirməsini qəbul edir. Yurisdiksiyanı qəbul etmiş dövlət heç bir ləngimə və müstəsnalıq olmadan Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etməyə başlayır.

Alimlərin haqlı olaraq qeyd etdikləri ki, Birləşmiş Millətlər Təşkilatının ikinci məhkəmə orqanı özünü beynəlxalq cinayətlərin törədilməsi faktını təsbit etmək vəzifəsini yerinə yetirməkdə olan ən yüksək dərəcədə qəbul edilən beynəlxalq orqandır [135, 323-326].

Beynəlxalq Cinayət Məhkəməsinin Birləşmiş Millətlər Təşkilatı ilə münasibətləri beynəlxalq-hüquqi planda qaydaya salınır. Beynəlxalq Cinayət Məhkəməsi öz münasibətlərini Birləşmiş Millətlər Təşkilatı ilə Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun iştirakçı-dövlətləri Assambleyası tərəfindən bəyənilmiş və sonradan Məhkəmənin adından onun sədri tərəfindən imzalanmış saziş əsasında həyata keçirilir.

Beynəlxalq Cinayət Məhkəməsinin hüquqi statusu və səlahiyyətləri lazımi qaydada nizama salınır. Öz səlahiyyətlərinin inkişafı çərçivəsində Statutun nəzərdə tutulduğu kimi Beynəlxalq Cinayət Məhkəməsi funksiya və səlahiyyətlərini istənilən iştirakçı-dövlətin ərazisində həyata keçirə bilər.

Statutun əyani təhlili göstərir ki, Beynəlxalq Cinayət Məhkəməsinin institusional quruluşu zəruri səviyyədədir. Bu cəhət dünya birliyinin beynəlxalq cinayətlərə qarşı məqsədə müvafiq mübarizə aparması üçün şərait yaradır.

Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüquq Komissiyası tərəfindən hazırlanmış dövlətlərin məsuliyyəti haqqında layihənin 19-cu maddəsi beynəlxalq birliyin həyati əhəmiyyətli maraqlarının təmin edilməsinin əsasını təşkil edən “dövlətlərin beynəlxalq öhdəlikləri pozması nəticəsində beynəlxalq əməllər” anlayışının parametrləri üzrə həlledici məlumatlar verir.

Bu şərtlərin pozulmasına beynəlxalq birlik tərəfindən beynəlxalq cinayət kimi baxılır. Beynəlxalq hüquq komissiyası beynəlxalq cinayətlər sırasına həm də başlıca əhəmiyyət kəsb edən beynəlxalq öhdəliklərin ciddi şəkildə pozulmasını (təcavüz formasında): müstəmləkəçiliyin ləğvinə və xalqların öz müqəddəratını həll etmələrinə imkan verməməyi; quldarlığı, soyqırımı və aparteidi; ətraf mühitə qəsd etməyi də daxil etmişdir [70, 110].

Yurisdiksiyanın həyata keçirilməsi şərtlərinin ardıcıl baxılması imkan verir ki, yurisdiksiya prosedurasının özünün həyata keçirilməsinin tədqiqinə baxaq. Statuta uyğun olaraq prosedur planda Beynəlxalq Cinayət Məhkəməsi öz yurisdiksiyasını baxılan qəbildən olan istənilən cinayətə münasibət də həyata keçirə bilər. Əgər bir və ya bir neçə belə cinayətin başa çatdırıldığı situasiyada 14-cü maddəyə müvafiq olaraq iştirakçı dövlətlər tərəfindən prokurora verilir; bir və ya bir neçə cinayətin baş verdiyi situasiyada Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII fəslinin tələbinə müvafiq olaraq Təhlükəsizlik Şurası işi Prokurora verir; yaxud Prokuror öz səlahiyyətləri daxilində belə cinayətlərə qarşı özü təhqiqat başlayır [52, 18-28].

Konseptual olaraq müasir beynəlxalq hüququn elm və təcrübəsinə daxil edilmiş yeni qanunlar özünü baş vermiş situasiyanın iştirakçı-dövlətlərə verilməsi institutudur. Praktiki olaraq bu prosedura aşağıdakı qaydada həyata keçirilir. İştirakçı-dövlət bir və ya bir neçə cinayətin törədildiyi və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid olan situasiyanı Prokurora ötürə bilər. Bu halda o, Prokurora müraciət edərək belə bir beynəlxalq cinayətin törədilməsi ilə əlaqədar bir və ya bir neçə nəfərə ittiham elan etməyi aydınlaşdırmaq məqsədilə situasiya üzrə təhqiqat aparılmasını xahiş edə bilər. Bunun mümkünlüyünü göstərmək üçün situasiyanı Prokurora ötürən ərizəçi-dövlət konkret müvafiq səbəb göstərilir və bunu təsdiq edən sənədləri müraciətinə əlavə edir.

Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası sistemində Prokurorluq institutu mühüm yer tutur. Statuta uyğun olaraq Prokurorluğun funksiyası kifayət qədər geniş olmaqla, beynəlxalq cinayətlərə görə cəzanın həyata keçirilməsinin labüd olması ilə əlaqədar Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası çərçivəsində Prokuror ehtimal edilən cinayət barədə əldə edilmiş məlumatlar əsasında öz şəxsi təşəbbüsü ilə proprio motu təhqiqat işi qaldırıla bilər. Öz səlahiyyətləri çərçivəsində Prokuror alınmış məlumatın ciddiliyini qiymətləndirir. Bu məqsədlə o, dövlətdən, Birləşmiş Millətlər Təşkilatının orqanlarından, dövlətlərarası və qeyri-dövlət təşkilatlarından və ya digər mənbələrdən əlavə məlumat tələb edə bilər. Prokuror təhqiqat aparmaq üçün kifayət qədər əsaslar olduğunu hesab edərsə, onda o təhqiqat aparılmasına razılıq almaq üçün ilkin icraat Palatasına müraciət edərək sanksiya verilməsini xahiş edir.

Əgər ilkin icraat Palatası Prokurorun xahişini və ilkin materialları öyrəndikdən sonra qənaətə gələrsə ki, istintaq aparmaq üçün kifayət qədər əsaslar vardır və bu iş Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aiddir, onda o istintaq işinin qaldırılmasına sanksiya verir. İlkin icraat Palatasının istintaqın başlanılması barədə Prokurorun xahişini rədd etməsi, həmin situasiyaya aid yeni faktlar əsasında Prokurorun Palataya analoji xahişlə yenidən müraciət etməsini istisna etmir. Əgər Prokuror belə nəticəyə gəlsə ki, istintaq aparılması üçün təqdim olunmuş məlumatlar kifayət qədər əsaslı deyildir, onda o bu barədə məlumatı vermiş şəxslərə xəbər verir.

Beynəlxalq Cinayət Məhkəməsi aşağıdakı hallarda işin icraata qəbul edilməsini qeyri-mümkün hesab edir: əgər verilmiş iş barədə yurisdiksiyasına daxil olan dövlət tərəfindən təhqiqatlar aparır, yaxud da cinayət təqibi başlanılmışdır; əldə edilmiş iş üzrə şəxs öz davranışına görə məhkum olunmuşdursa; iş o qədər ciddi olmadıqda.

İlkin icraat Palatasının istintaq aparılmasına razılıq verdiyi hallar istisna olmaqla Prokuror dövlətlərin xahişi ilə barələrində istintaq aparılan şəxslər barədə işlərin istintaqının davam etdirilməsi üçün onlara verə bilər. Prokurorun istintaq işini hər hansı bir dövlətə verməsi barədə razılığına bu qərar çıxarıldıqdan sonra altı ay ərzində, şəraitin əsaslı dəyişməsi (dövlətin istintaqı lazımi səviyyədə aparmaması və ya buna qadir olmaması) ilə əlaqədar isə Prokuror tərəfindən yenidən baxıla bilər. Prokuror bəzi hallarda istintaqın aparılmasını dövlətə verdikdən sonra o, müvafiq dövlətdən istintaqın gedişi barədə və sonrakı məhkəmə istintaqı barədə ona müntəzəm olaraq məlumat verilməsini xahiş edə bilər. Bu məsələdə iştirakçı dövlət əsassız gecikdirmələrə yol verməməlidir.

Beynəlxalq Cinayət Məhkəməsi işin icraata qəbul edilməsinin mümkünlüyü barədə qərar qəbul edə bilər. Bu qərar Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına münasibətdə barəsində həbs qəti imkan tədbirinin seçilməsi barədə order verilmiş və ya Beynəlxalq Cinayət Məhkəməsinə gəlməsi barədə əmr verilmiş təqsirləndirilən şəxs protest verə bilər. Belə protesti həmin iş yurisdiksiyasına aid olan və bu barədə istintaq və ya cinayət təqibi aparılan dövlət də vermək hüququna malikdir. Bu halda prokuror Beynəlxalq Cinayət Məhkəməsindən yurisdiksiya və ya işin qəbul olunmasının mümkünlüyü barədə qərar çıxarmağa xahiş edə bilər. İşin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən icraata qəbul edilməsi və ya onun yurisdiksiyası barədə istənilən şəxs və ya maraqlı dövlət tərəfindən yalnız bir dəfə etiraz verilə bilər. Etiraz araşdırma başlananadək və ya araşdırma prosesinin başlanğıcında verilə bilər. Müstəsna hallarda Beynəlxalq Cinayət Məhkəməsinə etiraz bir dəfədən artıq və ya araşdırmalara başlandıqdan sonra verilə bilər.

Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası və onun tərəfindən işin icraata qəbul olunmasının mümkünlüyü barədə protest qəbul olunmuş prosedura qaydaları çərçivəsində ilkin icraat Palatasına göndərilir. İttihamnamə təsdiq edildikdən sonra Məhkəmə palatasına göndərilir. Yurisdiksiya və ya işin qəbul oluna bilməsi barədə qərardan Apellyasiya palatasına şikayət verilə bilər. Etiraz dövlət tərəfindən verildiyi halda, Prokuror bu barədə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən qərar qəbul olunana qədər istintaqın gedişini dayandırır. Bu barədə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilənə qədər Prokuror zəruri istintaq hərəkətlərinin aparılmasına razılıq verilməsini məhkəmədən xahiş edə bilər: şahidlərdən ifadə və ya məlumatların alınması, eləcə də protest verilənə qədər toplanmış sübutların toplanmasının başa çatdırılması və öyrənilməsi; müvafiq dövlətlə əməkdaşlığın vaxtında qabağının alınması; Prokurorun artıq həbs etmək üçün order tələb etdiyi şəxslərin qaçmasının qarşısının alınması. Prosessual planda protestin verilməsi həmin protest verilənə qədər Prokuror tərəfindən həyat keçirilən istənilən hərəkətlərin, eləcə də Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi order və ya sərəncamların həqiqiliyinə toxunmur.

Beynəlxalq Cinayət Məhkəməsinin işin icraata qəbul edilə bilməməsi qərarına gəldiyi halda, Prokuror tam əmin olsa ki, işin icraata qəbul edilə bilməsi halı tam aradan qalxmışdırsa və yeni açılmış hallar və yeni hallar meydana çıxmışdırsa, onda o Beynəlxalq Cinayət Məhkəməsindən öz qərarına yenidən baxmasını xahiş edə bilər. Öz səlahiyyətləri daxilində Prokuror müvafiq dövlətdən törədilmiş cinayət cinayət əməlinə görə işinin icraatı barədə məlumat verilməsini xahiş edə bilər. Müvafiq dövlətin xahişi ilə onun verdiyi məlumatın məxfiliyinin qorunması təmin edilməlidir. Əgər Prokuror bundan sonra təhqiqatın davam etdirilməsi barədə qərar qəbul edərsə, onda o bu barədə müvafiq dövlətə xəbər verir.

Beynəlxalq Cinayətlərə münasibətdə onlarının araşdırılmasının ədalətli və qərarsız həyata keçirilməsi, bir cinayət əməlinə görə iki dəfə məhkəmə təqibinə məruz qalmamaq prinsipinin birmənalı olaraq gözlənilməsini tələb edir. Bu Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda bis in idem (maddə 20) prinsipi kimi qəbul olunur. Müvafiq olaraq müəyyənləşdirilir ki, əgər şəxs əvvəlcə hər hansı bir cinayət əməlinə görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən təqsirkar hesab edilmişsə və ya bəraət almışsa onda o həmin məhkəmə və ya hər hansı digər bir məhkəmə tərəfindən həmin cinayət əməlinə görə ikinci dəfə məhkum oluna bilməz. Bu müddəa həm də əks gücə malikdir. Belə ki, hər hansı bir əmələ görə istənilən məhkəmə tərəfindən məhkum olunmuş heç bir şəxs, həmin əmələ görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən məhkum oluna bilməz. Bu müddəalar Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid olan cinayətlər üzrə araşdırmalar digər məhkəmədə bu cinayəti törətmiş şəxsi cinayət məsuliyyətindən mühafizə etmək məqsədilə həyata keçirildiyi halda tətbiq olunmur.

Beynəlxalq Cinayət Məhkəməsi cinayət əməlinin araşdırılması və iş üzrə qərar çıxarılması prosesində bir sıra hüquq normalarının məcmusundan istifadə edir. Konkret olaraq Beynəlxalq Cinayət Məhkəməsi aşağıdakıları tətbiq edir: birinci – Statutu və özünün prosedura və sübut etmə Qaydalarını; ikinci – müvafiq hallarda beynəlxalq humanitar hüququn ümumi qəbul olunmuş prinsipləri də daxil olmaqla tətbiq edilə bilən beynəlxalq müqavilələri, beynəlxalq hüququn prinsip və normaları.

Əgər bu mümkün deyilsə, Beynəlxalq Cinayət Məhkəməsi dövlətlərin müvafiq milli qanunları da daxil edilməklə dünyanın milli hüquq sistemlərindən götürülmüş ümumi hüquq qaydalarını tətbiq edir. Burada əsas şərt ondan ibarətdir ki, bu prinsiplər Statutla, beynəlxalq hüquqla və qəbul edilmiş beynəlxalq norma və standartlarla ziddiyyət təşkil etməsinlər. Beynəlxalq Cinayət Məhkəməsi hüququn tətbiqi və təfsir edilməsində beynəlxalq səviyyədə qəbul olunmuş insan hüquqları normasına uyğun hərəkət etməli, gender əlamətlərinə, yaşa, irqə, dərinin rənginə, dilinə və dininə və ya siyasi əqidəsinə, milliyyəti, etnik və sosial mənşəyi, əmlak və ya digər vəziyyətinə görə heç kəsə fərq qoymamalıdır.

Beynəlxalq Cinayət Məhkəməsinin təsis edilməsi ilə əlaqədar beynəlxalq cinayət ədliyyəsi sistemində real fəaliyyət göstərən və beynəlxalq cinayətin törədilməsi faktını müəyyənləşdirən və lazımi tədbirlər görmək yurisdiksiyasına malik orqan meydana gəlmişdir.



Jus coges aspektində “beynəlxalq cinayət” anlayışına baxılması anlaşılır və bütövlükdə alimlər tərəfindən qəbul olunur. Bu fikirlə şərik olanlardan T.O.Elayes (Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsinin keçmiş sədri), D.Hadja (Florensiya beynəlxalq hüquq Universitetinin professoru, İtaliya), J.Abi-Saab (Ali beynəlxalq tədqiqatlar Universitetinin beynəlxalq hüquq professoru, Cenevrə) və P.M.Dyipini (Paris şəhər beynəlxalq hüquq Universitetinin professoru, Fransa) göstərmək olar [Bax: Crimes of State. A.Critical Analysis of the ILC’s Draft Article 19 on State Responsibility.Berlin-New York,1988.P. 189-194, 240].

Jus coges anlayışının və “beynəlxalq cinayət” anlayışlarının yaxın olması faktını və onların bir-birini örtməsinin real nöqteyi-nəzərini göstərməklə, qeyd etmək lazımdır ki, bu və ya digər halda onlar beynəlxalq öhdəliklərin xarakteri ilə izah olunur. Bu sadəcə olaraq bir dövlətin digər dövlətə münasibətdə öhdəliyi deyil, universal nizama salınmış öhdəlikdir. Söhbət bütün dünya birliyi qarşısında öhdəlikdən, yəni jus cogens dən gedir.

Beynəlxalq hüquq təcrübəsində erga omnes öhdəlik anlayışı geniş yayılmışdır. Florensiyada Avropa Universitetinin himayəsi altında dövlətlərin məsuliyyəti barəsində maddələr layihəsinin 19-cu maddəsinin elmi əhəmiyyəti problematikası üzrə keçirilən elmi konfransın gedişində professorlar C.Hadja və T.O.Elays erga omnes öhdəliyinin konseptual görünüşü barədə bütün alimlərin vahid fikrini ifadə etdilər. Öhdəliyin özünə xas xüsusiyyətləri özünü üç istiqamətdə göstərir. Birinci: Vicdanlılıq prinsipi əsasında yerinə yetirilən öhdəlik olmaqla beynəlxalq hüququ təmin edir, ünvanlı xarakter daşımır (yəni hər hansı iki və ya bir neçə dövlətə aid deyil), bütövlükdə bütün dünya birliyinə yönəldilmişdir. İkinci: Bu öhdəliyin yerinə yetirilməsi üçün praktiki olaraq beynəlxalq birliyin istənilən üzvü məsuliyyət daşıyır. Üçüncü: göstərilən öhdəliklərin yerinə yetirilməsinin hüquqi aqibəti yalnız əvəzin ödənilməsi öhdəliyi deyil, həm də sanksiyaların tətbiq olunmasıdır. Tərəfimizdən erga omnes öhdəliyinin ortaya çıxarılmış xüsusiyyətləri beynəlxalq hüququn elmi və praktiki səviyyəsində təsdiq olunmuşdur. Bu problem üzrə doktrial mövqeyə misal olaraq professorlar C.Hadja, T.O.Elayes, R.Aqo, Y.Sinkler, K.Dominise və professor B.Konfortinin fikirlərini göstərmək olar [108,151-161,189-194,237-239,260-271].

Birləşmiş Millətlər Təşkilatı-nin Beynəlxalq Məhkəməsi erga omnes öhdəliyi anlayışına son dərəcə dəqiq tərif vermişdir. Məhkəmə özünün 5 fevral 1970-ci il tarixli Barselona kompaniyasının işi üzrə qərarında “yerinə yetirilməsi diplomatik müdafiənin predmeti olan öhdəliklərə” uyğun olaraq öhdəlik kateqoriyasına qarşı məhkəmə erga omnes öhdəliyini qarşıya qoydu. Məhkəmə bəyan etdi ki, “belə növ öhdəliklərə münasibətdə iddia qaldırmaq üçün dövlət hər şeydən əvvəl bunu etməyə öz hüququnu müəyyənləşdirməlidir [109, 32]. Məhkəmə qoyulan məsələyə qarşı öz mövqeyini bildirərək erga omnes öhdəliyini belə müəyyənləşdirdi: “. . . hər hansı bir özünə məxsus xüsusiyyətləri olan işdə belə öhdəliklərdən söhbət gedərkən . . . bütün dövlətlər onun gözlənilməsinə hüquqi cəhətdən maraqlı olmalıdırlar” [ 109, 32-33].

Bu formada öz rəyini bildirən Məhkəmə, eyni zamanda pozulmuş öhdəliklərin müdafiəsi üçün bütün dövlətlərə çıxış etmək imkanı verilməsini nəzərdə tutdu.

Özünün 22 iyin 1973-cü il tarixli nüvə silahının sınaqdan keçirilməsi işi üzrə olan qərarında Məhkəmə müəyyən etmişdir ki, Fransa “fransız hökuməti öz üzərinə birtərəfli bəyannamə ilə kütləvi olaraq erga omnes xarakterli öhdəlik götürülmüşdür”. Məhkəmə öz bəyanatını belə bir məlumatla tamamlayaraq onu qeyd etdi ki, “belə bir bəyannamənin hər hansı bir konkret dövlətə ünvanlanmasına zərurət yox idi”[110, 269]. Bu halda fransız hökumətinin bəyannaməsinin erga omnes nöqteyi-nəzərindən erga omnesin özünə xas xüsusiyyətlərini qeyd edərkən Məhkəmənin məqsədi, bu bəyannamə vasitəsilə nəinki təkcə məhkəmə icraatında bilavasitə iştirak edən dövlətlər, həm də Fransanın bütün dövlətlər qarşısında öhdəlik götürdüyü faktını təsdiqləmək olmuşdur. Burada Məhkəmə bu öhdəliyin özünə məxsus xüsusiyyətləri barədə məsələni genişləndirməyi, eləcə də hər hansı konkret bir dövləti göstərməyi lazım bilmədi. Prinsip etibarilə erga omnes öhdəliyinin xüsusiyyətləri ümumiyyətlə bu öhdəliyin destinatorlarının faktoloji göstərilməsini tələb etmir.

Erga omnes öhdəliyi anlayışına konkret olaraq geniş baxılması bizim tədqiqatın mövzusu olan beynəlxalq cinayətlərə, o cümlədən beynəlxalq terrorçuluğa bilavasitə aiddir. Erga omnes öhdəliyi məfhumu ilə “beynəlxalq cinayət” məfhumu arasında bilavasitə və sıx əlaqə olması beynəlxalq hüquq elmində birbaşa göstərilmişdir. Bu barədə hesab edirik ki, professor C.Hadjanın doktrial mülahizələri tamamilə əsaslıdır [ 111, 151-161].

Söhbət nədən gedir?

“Beynəlxalq cinayət” məfhumuna konseptual olaraq ya beynəlxalq hüquqa zidd əməlin ciddi nəticəsi kimi, ya da istənilən dövlətin beynəlxalq birliyin həyat əhəmiyyətli maraqlarının “çəpərlənməsi” kimi baxmaq olar. Beynəlxalq cinayətin başlıca özünə məxsus xüsusiyyəti ondan ibarətdir ki, erga omnes öhdəliyinin müəyyənləşdirdiyi və hüquqi normaları ilə qorunan ümumi maraqlar müəyyən məsuliyyət formalarının yerinə yetirilməsini nəzərdə tutan normalarla təmin olunur.

Dövlətin məsuliyyətini əks etdirən 19-cu maddədən beynəlxalq cinayətə, beynəlxalq birlik üçün ümumi olan maraqlara ciddi zərbə vuran “əsas əhəmiyyət kəsb edən beynəlxalq öhdəliklərin ciddi pozulması” əməli kimi qiymətləndirilir. Burada, əsasən beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi; xalqların öz müqəddəratını həll etməsi prinsipinin gözlənilməsi, quldarlığın, soyqırımının, aparteidin (irqi ayrı-seçkiliyin) qadağan edilməsi; ekodsid əməllərinə yol verilməsinə münasibətdə götürülmüş öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulur.

Burada qeyd olunan beynəlxalq cinayət əməllərinin hər biri xüsusi və bu mənada ayrıca xarakterə malikdir. Bununla da məntiqi mənada nəzərdə tutmaq olar ki, qanunu pozmanın ciddi olub-olmamasından asılı olmayaraq erga omnes öhdəliyi pozulur.

Sadalanan beynəlxalq cinayətlərin hər biri üzrə götürülmüş öhdəliyin obyektiv təhlili göstərir ki, onlardan hər biri xüsusi və bu mənada ayrıca xarakterə malikdir. Statutun 5-ci maddəsində “Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası bütün dünya birliyinin iztirabına səbəb olan ən ciddi cinayətlərlə məhdudlaşır” müddəasının qeyd edilməsi obyektiv olaraq göstərir ki, beynəlxalq cinayət istənilən beynəlxalq cinayət əməli deyildir, o cinayət əməlidir ki, onlar bütün beynəlxalq birliyin qanuni maraqlarına toxunur.

Burada şərh olunan siyasi postulatların ümumi parametrləri Birləşmiş Millətlər Təşkilatının beynəlxalq terrorçuluğun qarşısının alınması tədbirləri haqqında 9 dekabr 1994-cü il tarixli Deklarasiyasının və Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması barədə 1998-ci il Roma Statutunun əsasını təşkil edir.

Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna görə “beynəlxalq cinayət” məfhumu jus cogens məfhumu ilə müqayisə oluna bilər. Hər iki halda “bütün beynəlxalq birliyin” (1998-ci il Roma Statutu) və “bütövlükdə beynəlxalq birliyin” (beynəlxalq müqavilə hüququ haqqında 1969-cu il Vyana konvensiyasının 53-cü maddəsi) qanuni maraqlarının qorunması nəzərdə tutulur. Burada beynəlxalq birliyin qanuni maraqları deyəndə erga onmes öhdəliyinin xüsusiyyətləri durur. Müasir beynəlxalq hüquq jus cogens qaydası vasitəsilə universal əsasda erga onmes öhdəliyinin yerinə yetirilməsi təmin edir.

Müasir beynəlxalq hüquq yalnız lazımi davranış qaydalarının postulatlarını deyil, eləcə də onlara riayət edilməsi üçün səmərəli hüquqi-institusional vasitələri yaradır. Birləşmiş Millətlər Təşkilatının siyasi orqanları və beynəlxalq ədliyyə orqanları bir-biri ilə qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərir və bu planda ədalətli hüquq qaydalarının qorunması sahəsində beynəlxalq hüququn əsas vəzifələrini tamamlayır və bu çərçivədə beynəlxalq sülhün və təhlükəsizliyin əsasverici konstruksiyasının qorunmasını təmin edir. Məhz bu quruluş erga omnes öhdəlik rejimində Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsindən keçir.

Bəs praktiki olaraq beynəlxalq hüquq qaydalarının və bu planda beynəlxalq cinayətlərə, o cümlədən beynəlxalq terrorçuluğa qarşı mübarizədə və onun qarşısının alınmasında Birləşmiş Millətlər Təşkilatının siyasi orqanları və beynəlxalq ədliyyə orqanlarının bir-birini tamamlaması prosesi hansı qaydada həyata keçirilir.

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 24-cü maddəsinin 1-ci bəndinə müvafiq olaraq müəyyən olunmuşdur ki, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında başlıca məsuliyyəti Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası daşıyır.

Roma statutunun 13-cü maddəsinə müvafiq olaraq Beynəlxalq Cinayət Məhkəməsi öz yurisdiksiyasını Statutda göstərilən beynəlxalq cinayətlərə tətbiq edir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII fəslinə əsasən təşkilatın strukturunda Prokuror fəaliyyət göstərir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ilə Beynəlxalq Cinayət Məhkəməsi arasında inistitusional qaydada olan quruluş çərçivəsində təhqiqatin və ya cinayət təqibinin təxirə salınması imkanları da nəzərdə tutulur(Statutun 16-cı maddəsi). Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII fəslinin və statutun tələbinə müvafiq olaraq Təhlükəsizlik Şurası müraciət etdikdən 12 aydan sonra heç bir təhqiqat və cinayət təqibi başlaya bilməz və əgər buna zərurət olarsa məhkəməyə yenidən müraciət olmalıdır.

Beləliklə, göründüyü kimi beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üzrə başlıca məsuliyyəti daşıyan Birləşmiş Millətlər Təşkilatının siyasi orqanı ilə universal əsasda beynəlxalq ədalət mühakiməsini təmin edən beynəlxalq cinayət ədliyyə orqanı arasında qarşılıqlı əlaqə institutu yaradılmışdır.

Beynəlxalq terrorçuluq özünü çox aspektli beynəlxalq cinayət kimi göstərməklə müxtəlif formalarda təzahür edir.

Birləşmiş Millətlər Təşkilatının beynəlxalq terrorçuluğun ləğv olunması tədbirləri haqqında 9 dekabr 1994- cü il tarixli Deklarasiyası dünya birliyi qarşısında beynəlxalq terrorçuluğun qarşısının alınması məsələsini qoyaraq, terrorçuluğun bütün forma və təzahürlərdə ləğv olunmasını nəzərdə tutur [25,90-94]. Beynəlxalq terrorçuluq çoxtərəfli beynəlxalq cinayət kimi özünü göstərir.Beynəlxalq hüquqda ona ayrı-ayrı cinayət tərkibləri kimi deyil, vahid və müstəsna olaraq beynəlxalq cinayət qismində baxılır.Bu barədə V.P.Panov ”Международное уголовное право” monoqrafiyasında yazır:”Müxtəlif mənbələrdə beynəlxalq terrorçuluq aktına aid edirlər: girovların götürülməsi, quldurluq, mülki aviasiyanın təhlükəsizliyinə qarşı törədilən aktlar, eləcə də nüvə materiallarının qeyri-qanuni götürülməsi və istifadə olunması. Lakin onların xüsusilə beynəlxalq təhlükə törətməsi, yayılması və çox müxtəlif formada həyata keçirilməsi ilə əlaqədar olaraq dövlətlər beynəlxalq terrorçuluğu beynəlxalq cinayət kimi ayıraraq onunla mübarizə məqsədilə xüsusi konvensiyalar qəbul edirlər” .

Birləşmiş Millətlər Təşkilatının Baş katibinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 3 iyul 2001-ci ildə keçirilmiş əlli altıncı sessiyasına təqdim etdiyi “Beynəlxalq terrorçuluğun ləğv olunması üzrə tədbirlər” adlı məruzəsində “Beynəlxalq terrorçuluğun qabaqlanması və qarşısının alınma”sına aid beynəlxalq-hüquqi sənədlər “ adlı xüsusi III bölmə vardır və burada ümumilikdə olan on doqquz konvensiyadan on ikisi beynəlxalq terrorçuluğu əhatə edir [62].

Birləşmiş Millətlər Təşkilatının 9 dekabr 1994- cü il tarixli beynəlxalq terrorçuluğun ləğv olunması tədbirləri haqqında Deklarasiyasında beynəlxalq terrorçuluq cinayətinin tərkibinə hava gəmilərində törədilən cinayətlər, mülki aviasiyanın təhlükəsizliyinə qarşı olan cinayət aktları, beynəlxalq müdafiə hüququndan istifadə edən şəxslərə, o cümlədən diplomatik əməkdaşlara qarşı törədilən cinayət aktları, nüvə materiallarının təhlükəsizliyinə yönəldilmiş cinayət aktları,beynəlxalq mülkü aviasiyaya xidmət edən hava limanlarında zor tətbiqini birləşdirən cinayət aktları, dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı olan cinayət aktları, kontinental şelflərdə yerləşən stasionar platformaların təhlükəsizliyinə qarşı yönəldilmiş cinayət aktları, plastik partlayıcı vasitələrin tətbiqi ilə törədilən cinayət aktları.

Beynəlxalq hüququn doktrinasının təhlili göstərir ki, beynəlxalq terrorçuluq özünün predmet tərkibinə görə bütövlükdə beynəlxalq cinayətlər sırasına daxildir.Rusiya Elimlər Akademiyasının akademiki B.H.Kudryavtsevin redaktorluğu altında nəşr olunmuş “Beynəlxalq cinayət hüququ” monoqrafiyasında göstərilir ki, predmet tərkibinə görə beynəlxalq terrorçuluq bütövlükdə beynəlxalq hadisələrə düzəlməz ziyan vurmaqla beynəlxalq cinayətdir [77, 56-72].

“Терроризм.Криминологическое и уголовно-правовое исследование” kitabında beynəlxalq terrorçuluğu özünün predmet tərkibinə görə beynəlxalq cinayət kimi ayrılmışdır [83,66-82]. Beynəlxalq terrorçuluq müstəqil, kompleks və özünün xüsusi tərkibinə görə professorlar B.Q.Moiseev, K.S.Radionova, J.L.Trunova, polkovnik K.P.Olxovskiy, V.A.Savelev və digərləri də beynəlxalq cinayət kimi təsnifləşdirirlər [106].

Beynəlxalq hüququn xarici doktrinasıda birmənalı olaraq beynəlxalq terrorçuluğu spesifik tərkibli hüquqa zidd əməl kimi beynəlxalq cinayət kimi qəbul edir.Bu planda beynəlxalq hüquq elminin məşhur nüfuzlu alimi, İngilis professoru H.Lauterpaxt, Amerika alimləri, professorlar M.Ş.Bassiouni və U.P.Slomanson, D.Morphi, M.Herber, A.D.Amato və digərləri, Stokholm Universitetinin və İsveçin Müdafiə Nazirliyinin beynəlxalq hüquq üzrə professoru O.Brinq, fransız hüquqşünası professor F.Attar və professor J.Meyaud, Avstraliya alimi, professor D.Raytda beynəlxalq terrorçuluğu birmənalı olaraq beynəlxalq cinayət kimi təsnifləşdirirlər [134,507;135;122;137;140].

Beynəlxalq cinayət kimi beynəlxalq terrorçuluğun təbiəti barədə V.V.Ustinovun fikirləri şübhəsiz ki, böyük elmi və təcrübi əhəmiyyət kəsb edir.

Beynəlxalq terrorçuluq beynəlxalq cinayət kimi özünün spesifik əlamətlərinə malikdir.Bu əlamətlər həyata keçirilmiş cinayət əməlinin spesifikası ilə müəyyənləşdirilir.Bunun spesifikası isə bütün dünya birliyinin marağına toxunmasıdır.Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, beynəlxalq terrorçuluq cinayətinin törədilməsinə görə məsuliyyət bu cinayət əməlini bilavasitə törədən fiziki şəxslərin,eləcə də beynəlxalq terrorçuluq aktına haqq qazandıran və ya onun törədilməsində iştirak edən dövlətin üzərinə düşür.

Bununla əlaqədar fiziki şəxslərin məsuliyyəti institusional olaraq lazımı səviyyədə qaydaya salınmışdır.Burada söhbət Beynəlxalq Cinayət Məhkəməsindən gedir.

Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması barədə ilk təşəbbüs Millətlər Birliyinin himayəsi altında dövlətlərarası münasibətlərin müxtəlif sahələrində yeni beynəlxalq-hüquqi aktların kodifikasiya prosesi çərçivəsində həyata keçirilmişdir. 1933-cü ildə Millətlər Birliyinin qərarı ilə terrorçuluğa qarşı mübarizəyə dair konvensiyanın hazırlanması üzrə ekspert Komitəsinin tərkibinə on bir dövlətin- SSRİ, İtaliya, İsveçrə, Fransa, İngiltərə, Belçika, Polşa, Ruminya, Çili, İspaniya, Macarıstan nümayəndələri daxil idi.Ekspertlər Komitəsinin kodifikasiya sahəsində işi 1937-ci ildə terror aktlarının qarşısının alınması və cəzalandırılması üzrə Beynəlxalq konvensiyanın layihəsinin qəbul olunması ilə yekunlaşdı.Həmin sənəd elə həmin ildə Millətlər Birliyi tərəfindən bəyənildi və 16 noyabr 1937-ci ildə Millətlər Birliyinin Assambleyası tərəfindən təsdiq olundu.Bu layihə ilə paralel olaraq Millətlər Birliyi çərçivəsində beynəlxalq məhkəmənin yaradılması barədə Konvensiyanın layihəsidə qəbul olundu.Otuz beş ölkənin iştirakı ilə keçirilən diplomatik konfransda terror aktlarının qarşısının alınması və cəzalandırılması üzrə Beynəlxalq konvensiya iyirmi dörd dövlətin nümayəndələri, Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması barədə Konvensiyanı isə on üç ölkə imzaladı [121].

Baxmayaraq ki, həmin konvensiyaların dövlətlər tərəfindən ratifikasiya olunmadığına(terrorçuluq haqqında Konvensiya cəmi üç ratifikasiya qramotası aldı) baxmayaraq onlar elmi və praktiki planda mühüm əhəmiyyət kəsb edirdilər.Konseptual olaraq ilk dəfə beynəlxalq hüquqa beynəlxalq cinayət kimi beynəlxalq terrorçuluq anlayışı daxil edildi (1-ci maddə) və institusional olaraq out dedere, out punire (ya qaytar, ya cəzalandır) prisipinin və out dedere, out judicare(ya qaytar, ya mühakimə et) prinsipinin praktiki tətbiqi prosesində ekstradisiya (8-10-cu maddələr) institunun yeri müəyyənləşdirildi.

Beynəlxalq Cinayət Məhkəməsinin 1998-ci ildə qəbul olunmuş Statutu əsasında onun yaradılması müstəqil beynəlxalq ədalət mühakimə orqanı vasitəsilə lazımı qaydada cinayət təqibi prosedurunun müəyyənləşdirilməsi üçün real imkanlar yaratdı.Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, beynəlxalq cinayət kimi beynəlxalq terrorçuluğun əlamətlərindən biri beynəlxalq terrorçuluq aktını törədən fiziki şəxslərin dünya ictimaiyyəti tərəfindən yaradılmış müstəqil ədliyyə orqanı çərçivəsində bilavasitə beynəlxalq cinayət araşdırılmasına məruz qalmasıdır.

Beynəlxalq terrorçuluq aktının həyata keçirilməsində iştirak etmiş dövlətin beynəlxalq-hüquqi məsuliyyətinə gəldikdə isə burada dünya birliyinin adekvat cavabı dəymiş zərərin ödənilməsi üçün sadəcə olaraq təliqənin verilməsi deyil, beynəlxalq sanksiyaların tətbiqi nəzərdə tutulur.Beləliklə fiziki şəxslərə münasibətdə beynəlxalq terrorçuluq aktlarının törədilməsi Beynəlxalq Cinayət Məhkəməsində açıq beynəlxalq məhkəmə icraatına səbəb olursa, iştirakçı dövlətlərə beynəlxalq birliyin adından və onun tapşırığı ilə sanksiya institutu istifadə olunur.Beynəlxalq terrorçuluğa qarşı dünya birliyinin hüquqi mövqeyi özünü məhz bu istiqamətdə göstərir.

Elmi mühitdə “beynəlxalq terrorçuluq” kimi qəbul olunmuş əməllər digər beynəlxalq cinayətlərlə yanaşı özünün obyekt, subyekt, obyektiv və subyektiv tərəfləri olan tərkibə malikdir.

Beynəlxalq terrorçuluq barədə bizim fikrimizdə əsasən mötəbər alimlərin bu barədə olan fikirləri ilə üst-üstə düşür.

Beynəlxalq cinayət kimi beynəlxalq terrorçuluğun hər tərəfli təhlili beynəlxalq cinayət hüququ baxımından bu əməlin cinayət-hüquqi xarakteristikası məsələsinə baxılmasını tələb edir.

Beynəlxalq terrorçuluq aktının subyektləri qismində cinayət əməlinin bilavasitə icraçıları olan fiziki şəxslər çıxış edirlər.

Məhz Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin 3 iyul 2001-ci ildə “Beynəlxalq terrorçuluğun ləğv olunmsı barədə tədbirlər” haqqında etdiyi məruzəsində qeyd etdiyi bütün on doqquz beynəlxalq konvensiyada beynəlxalq terrorçuluq formasında törədilən cinayətin subyekt tərkibinə bu baxımdan yanaşılır [62].

Birləşmiş Millətlər Təşkilatının 9 dekabr 1994-cü il tarixli beynəlxalq terrorçuluğun ləğv olunması barədə tədbirlər haqqında Deklarasiyasında bu cinayət əməlinin törədilməsinin əsas füqurları olan fiziki şəxslərlə yanaşı, həmdə dövlətlər göstərilir. Birləşmiş Millətlər Təşkilatının baş Assambleyası öz sənədinin preambulasında tam əminliklə qeyd edir ki, beynəlxalq terrorçuluq aktının, o cümlədən dövlətin birbaşa vəya dolayısı iştirakı ilə həyata keçirilən belə əməllərin qarşısının alınması beynəlxalq sülh və təhlükəsizliyin qorunasının mühüm elementlərindəndir.Bundan sonra Deklarasiyanın ikinci hissəsində dövlətlərin beynəlxalq hüquqi öhdəlikləri qeyd olunur.Burada söhbət birbaşa Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsindən irəli gələn öhdəliklərdən gedir.

Buna müvafiq olaraq dövlətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn müvafiq normalarina əməl etməklə digər dövlətlərin ərazisində terror aktı törədilməsindən çəkinməli, ona rəvac verməməli, iştirak etməməli, eləcə də öz ərazisində terror aktı törədilməsinə yönəldilmiş fəaliyyəti həvəsləndirməməli və ona yardım etməməlidir.

Həmin sənədlərə müvafiq olaraq dövlətlər beynəlxalq terrorçuluğa qarşı səmərəli və ciddi tədbirlər görməli və beynəlxalq standartlara uyğun qaydada insan hüquqlarını gözləməklə beynəlxalq terrorçuluğun tezliklə və bütövlükdə ləğvi üçün bütün vasitələrdən istifadə etməlidirlər.

Konkret olaraq aşağıdakı çox geniş dairəli öhdəliklər qəti şəkildə müəyyənləşdirilir:



  • terror fəaliyyətinin təşkilindən imtina etmək:

  • ona təhrik etmək və onun həyata keçirilməsinə yardım etmək:

  • terror fəaliyyətini maliyyələşdirməmək:

  • digər dövlətlərə və onların vətəndaşlarına qarşı yönəldilmiş terror aktlarının hazırlanması və həyata keçirilməsinə yol verməmək üçün öz ərazisinin terror bazaları vəya təlim düşərgələri kimi istifadə olunmaması üçün tədbirlər görmək:

  • dövlətlərin milli qanunvericiliklərinin tələblərinə əməl etməklə terror aktı törətmiş şəxslərin tutulması və məhkəmə təqibinin həyata keçirilməsi və yaxud ekstradisiyası:

  • bu məqsədlə ikitərəfli, regional və çoxtərəfli əsaslarla xüsusi sazişlər bağlanmasına cəhd edilməsi və bu məqsədə əməkdaşlıq barədə nümunəvi sazişlər işləməli:

  • terrorçuluqin qarşısının alınması və onunla mübarizə məqsədilə müvafiq informasiya mübadiləsini həyata keçirmək üçün dövlətlərin əməkdaşlıq etməsi:

  • öz milli qanunvericiliklərini beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdırmaqla bu məsələ ilə bağlı olan beynəlxalq konvensiyaların həyata keçirilməsi üçün operativ olaraq bütün zəruri addımların atılması:

  • sığınacaq istəyən şəxsə belə sığınacaq verilənə qədər onun terror fəaliyyətində iştirakçı olub-olmamasını aydınlaşdırmaq üçün bütün tədbirlərin həyata keçirilməsi və s.

Terror aktlarının beynəlxalq xarakter almasının yüksəlməsi və sayının artması ilə əlaqədar olaraq dövlətlər bu sahədə öz əməkdaşlıqlarını daha da gücləndirməlidirlər.Bu, əsasən də terrorçuluğun qarşısının alınması və onunla mübarizə sahəsində informasiya mübadiləsinin sistemləşdirilməsi qarşılıqlı hüquqi yardım haqqında ikitərəfli, regional və çoxtərəfli əsaslarla sazişlər imzalanması, ekstradisiya məsələlərini əhatə edir.

Beynəlxalq terrorçuluqla mübarizə sahəsində qüvvədə olan hüquqi aktların universal qaydada tətbiq olunmasının əhəmiyyətini bütövlüklə qəbul edərək, Birləşmiş Millətlər Təşkilatı üzv dövlətlərə müraciət edərək onları, birinci növbədə beynəlxalq terrorçuluğun müxtəlif tərəflərini əhatə edən beynəlxalq konvensiya və protokolların iştirakçısı olmağa çağırır.

Terrorçuluq aktları, üsulları və praktikası Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə kobud etinasızlıq nümayiş etdirməklə, birmənalı olaraq beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə olmaqla, dövlətlərarasında dostluq münasibətlərinə xələl gətirir, beynəlxalq əməkdaşlığa mane olur və əsas insan hüquq və azadlıqlarının pozulmasına, eləcə də cəmiyyətin demokratik əsaslarının laxladılmasına aparır.Bu planda Birləşmiş Millətlər Təşkilatının 1994-cü ildə qəbul etdiyi beynəlxalq terrorçuluğun ləğv olunması üzrə tədbirlər haqqında Deklarasiyasına müvafiq olaraq beynəlxalq terrorçuluq beynəlxalq cinayət kimi beynəlxalq sülhün və təhlükəsizliyin, dövlətlər arasında dostluq əlaqələrinin, beynəlxalq əməkdaşlığın pozulmasını, insanların hüquqlarının tapdanmasını və cəmiyyətin demokratik prinsiplərini laxladılmasını cinayət obyekti kimi seçir.

Beynəlxalq cinayət Məhkəməsinin Statutunda törədilən beynəlxalq cinayətlərin törədilməsi aktına görə bütün beynəlxalq birliyin narahatlığı faktını qəbul edərək qəsd obyekti kimi ümumbəşəri sülhü , təhlükəsizliyi və sağlamlığı seçir.

Beynəlxalq terrorçuluğun yönəldildiyi obyektlərə baxılması məntiqi olaraq imkan verir ki, bu beynəlxalq cinayətin obyektiv tərəflərinin təhlilinə keçək.

İstənilən problem kimi beynəlxalq terrorçuluq da həm nəzəri, həm də praktiki planda tətqiq oluna bilər. Nəzəri planda beynəlxalq terrorçuluğun obyektiv tərəfləri deyəndə konkret siyasi xadimin, yaxud qeyri-müəyyən sayda insanların həyatına təhlükə yaratmaqda və zor tətbiq etməkdə özünü göstərir. Burada zor tətbiq etmək bədən xəsarəti yetirmək və öldürməyə qədər fiziki təsir göstərməklə müşayət olunur. Özünün məğzinə görə beynəlxalq terrorçuluq psixoloji hücum və qorxutmaq rejimində həyata keçirilir [77, 140-147;84;88].

Nəzəri planda möhtərəm müəlliflər kollektivi tərəfindən beynəlxalq terrorçuluğun obyektiv tərəfinin belə məyyənləşdirilməsi tam qəbul olunandır.

Bununla yanaşı beynəlxalq terrorçuluq beynəlxalq cinayət kimi özünü müxtəlif forma və təzahürlərinə malikdir. Yuxarıda qeyd edildiyi kimi bu barədə on iki konvensiya mövcuddur. Bununla yanaşı beynəlxalq terrorçuluğun ümumi nəzəri nöqteyi-nəzərdən ümumən bütövlükdə məqbul olmasına baxmayaraq, tamamlanmış və hərtərəfli olmayacaqdır.

Beynəlxalq terrorçuluq cinayətinin obyektiv tərəfinin istənilən nəzəri görünüşü onun təzahürünün konkret reallığını əks etdirir. Bu tərəfdən yanaşsaq əsas normaları müəyyənləşdirən sənədlər nəzəri postulatların praktiki olaraq həyata keçirilməsi üçün misal qismində götürülə bilər. Belə ki, beynəlxalq terrorçuluğun ləğv olunması haqqında tədbirlər haqqında Birləşmiş Millətlər Təşkilatının 1994-cü il tarixli Deklorasiyasında cinayət əməlinin obyektiv tərəfi qismində konkret şəxs və ya bir qrup şəxs tərəfindən siyasi məqsədlərlə geniş ictimaiyyət arasına terror şəraitinin yaradılması nəzərdə tutulur. Bu kontekstdə daha geniş mənada dövlətlər və xalqlar arasında dostluq münasibətlərinə, eləcə də dövlətlərin təhlükəsizliyinə və ərazi bütövlüyünə təhlükələrdən gedir.

Beynəlxalq cinayət hüququ sahəsində normaları müəyyənləşdirən aktlar “İnsanlıq əleyhinə cinayətlər” anlayışı çərçivəsində beynəlxalq terrorçuluq cinayətinin obyektiv tərəflərini əks etdirir. Hüququn requlyativ təsirinin göstərilən amillərini nəzərə almaqla, buraya aşağıdakı cinayət əməlləri də daxil ola bilər: öldürmə, məhv etmə, qul kimi işlətmə, deportasiya və ya əhalinin zorla köçürdülməsi, beynəlxalq hüququn əsasverici normalarını pozaraq insanı qanunsuz olaraq azadlıqdan məhrum etmək və ona fiziki əzab vermək, işgəncəyə məruz qoymaq, seksual zorakılığın istənilən forması, istənilən qrupu və ya icmanı siyasi, irqi, milli etnik, mədəni, dini, gender və digər motivlərlə olan cinayətlər.

Beynəlxalq terrorçuluğun müxtəlif forma və təzahürlərinin olmasına baxmayaraq ona qarşı mübarizədə beynəlxalq hüququn mövqeyi vahid və birmənalıdır. Burada başqa hal da ola bilməz. Ona görə ki, beynəlxalq terrorçuluq dünya qaydalarının dayaqlarına bilavasitə qəsd etməyə yönəldilmiş cinayətdir. Birləşmiş Millətlər Təşkilatının 1994-cü il tarixli deklorasiyası bütün dünya birliyinin marağına toxunan cinayət kimi terrorçuluğun qarşısının alınması və onun bütün forma və təzahürlərdə baş verməsinin ləğv edilməsi üçün praktiki və səmərəli tədbirlər görülməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsini qətiyyətlə tələb edir. Burada çox dəqiqi olaraq göstərilir ki, hansı motivlə törədilməsindən asılı olmayaraq heç bir halda beynəlxalq terrorçuluq aktına bəraət qazandırıla bilər.

Birləşmiş Millətlər Təşkilatı öz Nizamnaməsində beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması, insan hüquq və azadlıqlarına hörmətlə yanaşılması, beynəlxalq mübahisələrin sülh yolu ilə həll olunması, xalqların rifah halının yaxşılaşdırılmasını təyin edərkən, beynəlxalq qanunçuluğun qorunması üçün ilkin əsas kimi beynəlxalq hüquq normalarını əsas götürür. Müasir beynəlxalq hüquq normalarının rolu və yerinin bütün dünya birliyi tərəfindən qəbul olunmasının növbəti təsdiqi 147 dövlət başçısı və hökumətinin iştirakı ilə işlənilmiş və 6-8 sentyabr 2000-ci tarixdə Birləşmiş Millətlər Təşkilatının minilliyin Sammitində qəbul olunmuş minilliyin Deklorasiyası olmuşdur. Bu sənədlə əlaqədar olaraq dünyanın 191 dövləti həm beynəlxalq, həm də daxili işlədə qanunun aliliyi prinsipinə hörmətin möhkəmləndirilməsi, üzv dövlətlər tərəfində Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq Beynəlxalq Məhkəmənin qərarlarının yerinə yetirilməsinin təmin olunması barədə öz iradələrini ifadə etdilər. Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna uyğun olaraq bütövlükdə dünya birliyinin maraqlarına toxunan bütün cinayət əməllərinin cəzalandırılması mütləq xarakter daşıyır. Burada, şübhəsiz ki, bu cinayətlər sırasına beynəlxalq terrorçuluq aktları da daxildir.

Postsovet respublikalarının elmi xadimləri dünya ictimaiyyətinin beynəlxalq cinayətlərə qarşı mübarizəsinin intensivləşdirilməsinin vacib olduğunu bildirərək, bu sahədə bəzi Müstəqil Dövlətlər Birliyi ölkələrinin beynəlxalq terrorçuluğun bütün formalarının qarşısının alınması istiqamətində böyük əməyinin olmasını qeyd edirlər. Əsasən də Birləşmiş Millətlər Təşkilatının daimi üzvü olan Rusiya Federasiyası və Birləşmiş Millətlər Təşkilatının üzvü olan Azərbaycan Respublikası beynəlxalq qanunçuluğun və asayişin qorunmasına daima dəstək verməkdədirlər.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 17 dekabr 1996-cı il tarixli, 51/210 saylı qətnaməsi ilə təsis edilmiş Xüsusi Komitənin fəaliyyətinin bərpasının məqsədi beynəlxalq terrorçuluğa qarşı konvensiyanın qəbuluna xidmət etdi. Təşkilat tərəfindən 28 dekabr 2001-ci il tarixli 1373 saylı qətnamənin qəbulu isə bu sistemdə vacib bir hadisəyə səbəb oldu. Belə ki, qeyd oluunan qətnamə beynəlxalq terrorçuluğa qarşı mübarizə işində əsasən götürülərək keçən illər ərzində öz silinməz izlərini qoymaqdadır. Qətnamə terrorçuluğa qarşı mübarizədə insan hüquqlarının qorunması istiqamətində vacib rol oynamaqdadır. Bununla əlaqədar Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə Ali Komissarı öz bəyanatında, 1373 saylı (2001) qətnamənin düzgün tətbiq olunmamasının insan hüquqlarına yanaşmada ciddi narahatçılığa səbəb ola bilməsinə gətirib çıxara biləcəyini bildirmişdir.

Baş Assambleyanın 55-ci sesiyasında qəbul olunmuş 55/158 saylı, 17 dekabr 2000-ci il tarixli qətnaməsi ilə qərara alındı ki, Xüsusi Komitə Baş Assambleyanın 56-cı sessiyasının gedişatında Altıncı komitənin işçi qrupu çərçivəsində beynəlxalq terrorçuluğa qarşı konvensiyanın hazırlanması işini davam etdirilməlidir. 15-26 oktyabr 2001-ci il tarixdə Altıncı komitənin işçi qrupu keçirdiyi iclaslarda konvensiya layihəsinin qəbuluna çox yaxınlaşmağa baxmayaraq, həssas siyasi suallar doğuran bəzi maddələrin razılaşdırılması üzrə nəticə əldə edə bilmədi. Bunun səbəbi kimi Birləşmiş Millətlər Təşkilatının 51/210 saylı qətnaməsi ilə təsis edilmiş Xüsusi komitə konvensiya layihəsinin üzərində öz işini 2002-ci ilin 28 yanvar – 1 fevral tarixlərdə davam etdirərək bəzi irəliləyişə doğru əlamətlərin olmasına baxmayaraq nümayəndələr arasında olan fikir ayrılıqlarını aradan götürə bilmədi. İşçi qrupunun məruzəsində öz ərazisində vətəndaşlara, təşkilatlara, terror aktları törətmək niyyətində də olan və onu həyata keçirmiş hər-hansı bir şəxsə bütün vasitələrlə, maliyyə aktivləri və ya iqtisadi resurslar baxımından xidmətlərin birbaşa və yaxud dolayısı olaraq yardım göstərilməsinin qadağan edilməsi qeyd olundu.

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatı öz qətnaməsi ilə bütün dövlətlərə terror aktlarının həyata keçirilməsində əli olan istənilən təşkilat və ya şəxslərə istənilən formada dəstəyin verilməsindən çəkindirməyi, terror aktlarının qarşısının alınması məqsədilə lazımi tədbirlərin qəbul olunmasını, terror aktlarına dəstək və onları planlaşdıran şəxslərə sığınacağın verilməsini, terrorçuların öz ərazilərindən başqa dövlətlərə və vətəndaşlara qarşı məqsədləri üçün istifadə etməsinin qarşısını almaq, terror aktlarının maliyyələşdirilməsini, planlaşdırılması, hazırlığını, dəstək verilməsi və onlar həyat keçirilən istənilən şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını, terror aktlarının ciddi cinayət əməli olmasını dövlətlərin qanunvericiliyində təsbit olunmasını və terror aktlarının ciddi şəkildə cəzalandırılmasını, terror aktlarının maliyyələşdirilməsi və onun dəstəyi ilə bağlı açılmış cinayət işlərinə aidiyyatı olan cinayətkarların izlənilməsi, toplanmış sübutlarla əlaqədar biri-birinə əməli köməyin göstərilməsini, terrorçu və terrorçu qrupların sərhəd nəzarətindən yayılma hallarının qarşısının alınmasını qərar aldı.

Bununla yanaşı Birləşmiş Millətlər Təşkilatı bütün dövlətləri

- terrorçuların və onların şəbəkələrin hərəkətləri və yerdəyişmələri haqqında operativ məlumat mübadiləsi işinin surətlə Birləşmiş Millətlər Təşkilatının sənədləri əsasında həyata keçirilməsini;

- saxta sənədlər və saxtalaşdırılmış keçid sənədləri;

- silah alveri, partlayıcı maddələrin;

- terrorçu qrupları tərəfindən istifadə olunan kommunikasiya texnologiyalarından;

- terrorçu qrupların kütləvi qırğın silahına yiyələnməsi təhlükəsinə;

- terror aktlarının qarşısının alınması məqsədilə məlumat mübadiləsi və əməkdaşlıq edilməsinə;

- tez bir zamanda terrorçuluğa aid beynəlxalq konvensiya və protokollara qoşulmağa səslədi. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatı dövlətləri qaçqın statusunun verilməsi istiqamətində ölkə daxili qanunvericiliyi beynəlxalq hüquq və standartlara cavab verməsinə, insan haqlarının qorunmasına çağırdı. Bununla təşkilat əmin olmaq istəyir ki, digər dövlətlərin ərazisində sığınacaq axtaran şəxslər terror aktlarının planlaşdırılmasında və həyata keçirilməsində iştirak etməsinlər. Terror aktlarının təşkilatçılarının, icraçılarının, onlara yardımçı olan şəxslərin siyasi motivlər irəli sürərək qaçqın statusundan sui-istifadə hallarının dövlətlər tərəfində əsas götürülməməsi, terrorçuluğa aidiyyatı olan şübhəli şəxslərin isə digər dövlətlərə verilməsi zəruri hesab edilmişdir.

Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlərin 1373 saylı (2001) qətnamənin yerinə yetirilməsi üçün 90 gün ərzində terrorla mübarizə Komitəsinə məruzə etməyə çağırdı.

Təhlükəsizlik Şurasının terrora qarşı mübarizə Komitəsi 2001-ci ilin oktyabr ayında təsis edilmişdir. 2002-ci ilin may aynın sonunda Avropa Birliyi dövlətləri daxil olmaqla 160 dövlət Komitəyə öz məruzələrini təqdim etdilər. Təhlükəsizlik Şurasının 1373 saylı (2001) qətnaməsi çərçivəsində bir sıra dövlətlər tərəfindən terrora qarşı mübarizə istiqamətində yeni cinayət qanunvericiliyi qəbul edildi.

12 noyabr 2001-ci il tarixdə, terrorun dünya ölkələrinə təhlükələri mövzusunda nazirlər səviyyəsində keçirilən müşavirənin nəticəsi kimi, Təhlükəsizlik Şurası terrorla mübarizənin qlobal gücləndirilməsinə dair 1377(2001) saylı Bəyannamə qəbul etdilər. Bəyannamə dövlətləri Təhlükəsizlik Şurasının 1373 saylı (2001) qətnaməsinin tam yerinə yetirməsi üçün təcili addımları ataraq bu işdə Antiterror Komitəsinə dövlətlərə kömək etmək yollarının öyrənilməsini təşkil etdi. Eyni zamanda sənəddə terror fəaliyyətinin maliyyələşdirilməsi və terror dəstələrə sığınacaq verilməsi məsələsinə xüsusilə diqqətlə yanaşılması qeyd olunmuşdur.

12 oktyabr 2001-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının “beynəlxalq terrorçuluğun ləğv edilməsi istiqamətində tədbirlər”ə dair qəbul olunmuş 56/88 saylı qətnaməsi 1373 saylı qətnaməyə istinad edərək ondan az fərqlənmiş və səsvemə keçirilmədən qəbul edildi. Baş Assambleyanın 56/88 saylı qətnaməsində beynəlxalq terrorçuluğa qarşı mübarizəyə dair konvensiya layihəsinin hazırlanması işində ciddi nailiyyətlərin olmasını təqdirəlayiq hesab edilərək qərara alındı ki, Baş Assambleyanın 17 dekabr 1996-cı il tarixli qətnaməsi ilə təsis edilmiş Xüsusi Komitə beynəlxalq terrorçuluqla mübarizəyə dair əhatəli konvensiyanın hazırlanmasını davam etdirərək təcili şəkildə nüvə terroruna qarşı beynəlxalq konvensiyanın hazırlanması işini həyata keçirməlidir.

19 dekabr il tarixdə Baş Assambleyanın 56/160 saylı “İnsan hüquqları və terrorçuluq” adlı qətnaməsində terrorçuluğun insanlara qorxu hissi aşılayaraq onlara təhlükəsiz yaşamaq hüququndan məhrum etməsi şəraitinin yaratmasını göstərərək, terror aktlarının bütün forma və metodlarının insan hüquq və azadlıqlarının, demokratiyaların məhv edilməsinə yönəlməsini eləcə də dövlətləri ərazi bütövlüyünə qarşı olan bir təhlükə kimi qiymətləndirmişdir. Bununla yanaşı sənəddə terrorun qanuni vətəndaş cəmiyyətlərinin iqtisadi və sosial inkişafına məhvedici təsiri də göstərilmişdir. Eyni zamanda Baş Assambleya dünya ictimaiyyətini təkidlə insan hüquqları sahəsində mövcud olan beynəlxalq sənədlərə istinad edərək regional və beynəlxalq səviyyədə terrora qarşı mübarizə içində əməkdaşlığın genişləndirilməsinə çağırdı.

20 oktyabr 2001-ci il tarixdə Parisdə keçirilmiş YUNESKO-nun baş konfransının 31-ci sessiyasında terrorçuluğun hər hansı bir konkret din, inanc, milliyyətlə əlaqəsini rədd edərək bəyan etdi ki, hazırda yeni çağırışlar Birləşmiş Millətlər Təşkilatının bütün təşkilati sistemlərindən davamlı və əlaqələndirilmiş cavab tələb edir. Bundan əlavə dözümsüzlük, diskriminasiya, bərabərsizlik, qeyri-insani münasibətlər, yoxsulluq və s. təzahürlər terrorçuluq üçün münbit şərait yaradır. Lakin qeyd olunan motivlər terror aktlarına heç bir bəraət qazandıra bilməz.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 15 dekabr 1997-ci il tarixdə “terrorçuluğun bomba hücumlarına qarşı mübarizəsi” adlı qəbul etdiyi beynəlxalq konvensiya 23 may 2001-ci il tarixdə, maliyyə terrorçuluğuna qarşı mübarizəyə dair qəbul etdiyi Beynəlxalq konvensiya isə 10 aprel 2002-ci il tarixdə qüvvəyə mindi.

  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə