ELƏ OĞul iSTƏYİr vəTƏN




Yüklə 1.8 Mb.
səhifə13/14
tarix22.02.2016
ölçüsü1.8 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

NİZAMİ GƏNCƏVİ
Həyat və insan haqqında düşüncələr
Nizami bir səhər Gəncədən çıxdı,

Gəlib Kəpəz dağdan Göygölə baxdı.

Baxdı heyrət ilə, baxdı maraqla,

İllər fəsilləri salsa da yola,

Dünya fırlansa da öz məhvərində,

Meşə öz yerində, dağ öz yerində

Sakitcə dururdu. . .

Göygöl dalğalanıb coşsa da hərdən,

Çıxa bilməyirdir öz sahilindən.

Gördü quşlar uçur üzü küləyə,

Balıqlar da çayın əksinə üzür.

Kəpənək çiçəkdən qonur çiçəyə,

Hər şey öz əslini axtarır, gəzir.

İlanlar daş altında yatır həmişə,

Qartallar zirvədə tuturlar qərar.

Çinarlar boylanır üzü günəşə,

Torpağa əyilir barlı ağaclar. . .

Gördü ki, dənizə can atır çaylar,

Kiçiklər böyüyə qovuşar hər an.

Demək təbiətin öz nizamı var,

Bu nizam üstündə qurulub cahan.

Sevdi bu hikməti, o, bu nizamı,

Xəyallar içində dahi Nizami.

Sonra da qayıdıb özünə baxdı,

Elə bil başında ildırım çaxdı.

Insan təbiətin quludur, dedi. . .

Sanki peşman oldu öz beyninə,

Yox, insan hər şeydən uludur, dedi.

Insan bir gövhərdir, əvəzsizdir o,

Əfsus ki, özündən xəbərsizdir o.

Dünya ariflərin əlində deyil,

Dəlilər hakimdir, alimlər rəyyət.

Bu hikmət üstündə dolansaq min il,

Yenə bir tərəfə çıxmaz cəmiyyət.

Başqa yolu yoxmu bəşəriyyətin?

Belə zəmanəylə barışmaq çətin!

Həyat şanı hörən arıya bənzər,

Bir başı bal verir, bir başı zəhər.

Dünya əzəl gündən belə qurulmuş.

Məhəbbət hicranla üz-üzə durmuş.

Qeysi Məcnun edən kim idi?

Leyli?!


Leylinin yox idi Məcnuna meyli?

Niyə Leyli idi o qızın adı?!

Niyə Leyli oldu, Səhər olmadı?

O, Leyli görkəmdə bir zülmət idi?

Məhəbbət yolunda cəhalət idi?

Bəs Məcnun?

Kim verdi ona bu adı?

Alçaltdı bir əsrin şair oğlunu!

“Qeysi Məcnun edən Leyli olmadı?”

Nizami dünyaya car çəkdi bunu!

Kim idi şairi eşidən, bilən,

Axı nə gəlirdi onun əlindən?

Sonra o şahlara yetirdi nəzər,

Bu özgə malını alıb yeyənlər

Niyə fəxr edirlər?

Hansı hünərə?

Şahlar da bir cürə yükdür bəşərə.

Şah öz gücsüzlüyün bilirmi görən?

Ona kimliyini varmıdır deyən?

Yoxdursa qoy deyim, eşitdi bəlkə,

Qurtardı zülmətdən böyük bir ölkə.

Nizami fikrində bir məclis qurdu.

Bir qarı şah ilə üz-üzə durdu.

Sanki qarşılaşdı o iki cahan,

Biri rəyyət idi, biri hökmran.

Şaha həqiqəti getdikcə qarı,

Bu haldan pozuldu şahın vüqarı.

Arxasız, pənahsız, zəif bir insan

Sözlə hökmdarı saldı atından.

Nizami düşündü, sözün qüdrəti

Bəlkə xilas etdi bu məmləkəti?

Bəlkə ədaləti olsa hökmdar,

Insanlar həyatda rahatlıq tapar.

Sonra fikirləşdi, bu asan deyil,

Şah ilə ədalət uyuşan deyil.

Şah elə bir dağdır, Bisütun dağı,

Kəsib ədalətin, haqqın yolunu.

Başı buluddadır, yerdə ayağı,

Hünərdir bu yerdən qoparam onu.

Gəldi xatirinə Fərhad, dağçapan,

Sonra da dəyişdi fikrini haman.

Yox, Fərhad gücsüzdür belə döyüş,

Özgə qüvvə gərək bu keçməkeşdə.

Şair fikrə getdi bir xeyli müddət,

Insandan güclüdür dedi, məhəbbət.

Şirin, gözəlliyin o şah əsəri,

Xosrov şah, məhəbət, qadın əsiri.

Xosrovu dəyişsə Şirin dəyişər,

Məhəbbət gəzmişdir əzəldən bəşər.

Qoy bu Xosrov olsun, bir də məhəbbət,

Görək nə göstərir bu ulu qüvvət.

O, “eşq” dediyimiz bir gövhərdir, bil,

Nur saçan günəşə bərabərdir, bil.

Nə zaman o gövhər alışır-yanır,

İnsan ülviləşir, insan ucalır...

Qayanın köksündən axan bulaq da

Min nemət yetirən ana torpaq da,

O yanan ulduz da, ötən bulud da,

Daşların üstündə göyərən otda,

Görüb sevdiyimiz bu alət ki, var.

Məhəbbət üsütndə tutmuşdur qərar,

“Eşqidir mehrabı uca göylərin,

Eşqisiz ey dünya, nədir dəyərin?”

Nizami insana, eşqə inandı,

Qəlbi bu sözlərdən nura boyandı.

Məhəbbətlə ansa insan insanı,

Cənnətə döndərər dedi, dünyanı...

O, xəyal içində şəhərə döndü,

Şəhər gözlərində nura büründü...

Göydən nur ələndi,

Fikri təzələndi...

Gözündə elə bil dəyişdi aləm,

Keçdi otağına əlində qələm.

Ağ varaq üstündə incilər düzdü,

O “Xosrov və Şirin” sözünü yazdı.

Yazdı iki qəlbin məhəbbətini,

Yazdı məhəbbətin ülviyyətini . . .
2006

ETİRAF
Mədinə Gülgünün 80 yaşına ithaf
Nə qədər yanımdaydın

Adi görünürdün mənə,

Lap adi.

Deyirdim, dünya belə yaranıb yəqin,

Elə hər yerdə belədir...

Dibçəkdəki gülün qönçəsi,

Otaqların səliqəsi,

Adicə haldır.

Tavanda çıraq yanar,

Mətbəxdə ocaq.

Çörək isti olar,

Su sərin.

Hər yerdə qayğını görsəm də sənin

Belə gəlirdi mənə,

Bu adicə haldır yenə...

Heç yadıma düşmürdü

Dünyanın payızı var,

Qışı var.

Bircə gün olmasan

Dibçəkdə çiçək solar,

Mətbəxdə ocaq sönər,

Tavanda çıraq.

Bu kiçik dünyamız

Sənsiz zülmətə dönər.

Ancaq nə qədər yanımdaydın

Düşmürdü yadıma bunlar, düzü.

Indi ki, uzaq düşmüsən,

Buludlu gecələrdə ulduza dönmüsən.

Gözlə yox,

Xəyal aləmində görünürsən...

Nəfəsinə, hərarətinə möhtac,

Işığına, məhəbbətinə möhtac,

Bircə anına ehtiyac duyuram.

Özünü tapa bilmsən də,

Xatirələrini qoruyuram...

Kədərimi bölməyə,

Sevincimi deməyə,

Səni anıram.

Yanımda olsaydın

Inanıram,

Sevincimlə gülüb,

Dərdimi yarı bölüb,

Sonra sarı cildli dəftərini açıb

Ürəkdən yana-yana,

Vüsal adlı bir şeir oxuyardın

Ayrılığın aclığına . . .

O zaman pərdə-pərdə,

Addım-addım çəkilərdi

Kədər də, qəm də.

Axı nisgil ömürlük olmur

Ümid olan bir aləmdə...

Indi xatirələrini qoruyuram,

Onları itirməyim barı.

Novruzgülü kimi

Qar altında oturub

Gözləyirəm baharı...

Elə bil sənsiz

Nə bahar gələcək,

Nə də mən qızınacağam.

Elə bil sən asiman,

Mən torpağam.

Günəşinə də öyrənmişəm,

Yağışına da.

Gülüşünə də adət etmişəm,

Göz yaşına da.

Bəlkə elə buna görədir

Nə qədər yanımdaydın,

Adi görünürdün mənə.

Indi ki, uzağa düşmüşük

Dözə bilmərəm həsrətinə.

Qayğına, sözünə möhtacam,

Özünə, özünə möhtacam.

Heç nədən nəfəsinin ətrini

Ala bilmirəm.

Qayıt əzizim,

Sənsiz qala bilmirəm . . .


Yanvar, 2006

MƏKR QALASI”, GÖZƏTÇİ VƏ MƏHBUS...


Yer üzündə bir ada var,

Xəritədə, kitabda

adı qeyd olunmamış bir ada.

O, indi məlum olsa da,

Nə Magellan kəşf edib onu,

Nə də Kolumb.

Ancaq neçə əsr əvvəl,

Burada hansı hökmdarsa olub

əmr edib,

bir qala tiksin

sıldırımların dənizə qovuşduğu yerdə.

Nə “Qız qalası” olsun,

Nə “Qaranquş”,

Nə də “Məhəbbət”...

Fəqət,

Kiçik otaqlar,



Dəmir barmaqlı pəncərələr,

Bir də qalanın üstündə bir meydan...

Sonra da yelkənli qayıqlar

Zaman-zaman,

Neçə keşikci,

Neçə dustaq daşımaq bura.

Ağır qıfıllar vurmuş

Kiçik qapılara . . .

O vaxtdan insan səsi,

Insan nəfəsi,

Bir də hər axşam

Göydə ulduzlar yananda,

Titrək-titrək alışan

Şamların şöləsi

Ucaldı qaladan...

Ağır-ağır ötdü zaman,

Səhər günəş doğdu,

Axşam batdı...

Axşam ulduzlar doğanda,

Yatan dustaqları

Səhər keşikçilərin səsi oyatdı.

Belə yeknəsək keçdi aylar...

Bir yaz günü,

Qala meydanında,

Yanında silahlı keşikçi,

Bir məhbus günə verirdi özünü...

Yenə göyün əyrisilə birləşən dəniz

Tənbəl-tənbəl yırğalanır,

Yenə günəşin şəfəqləri

Ləpələr üstündə yanır,

Yenə dalğalar aramsız

Yalayırdı qalanın təməl daşını...

Məhbus birdən qaldırıb başını

Baxır səmaya,

Tala-tala buludlara,

Bir də əli silahlı keşikçiyə.

Məhbusun bu qəribə baxışından

Gözətçi diksinir elə bil:

- Niyə belə baxırsan, niyə?!

- Görmürsən,

(göyü göstərir ona)

Çayda üzən buz parçası tək

Necə talaşıb buludlar?

- Nə olsun?!

- Bahardır, ay qardaş, bahar.

- Nə olsun?!

- İndi kənddə çəmənlər göyərib,

Gömgöydür, lap bu dəniz kimi.

Gündüzlər qar əriyir

Gilə-gilə, damcı-damcı.

Axşamlar qayalardan buz sallanır

sərnizəniz kimi.

- Nə olsun?

- Uşaqlar irmaqdan, gölməçələrdən

Atlana-atlana

Otarmağa aparır qoyunları.

Baharda kənddə olmusan barı?

- Yox.


- İndi yaylaqda alaçaplov,

Aranda yağış yağır.

Qızlar quzeylərdən novruzgülü,

güneydən tərə yığır...

Çoban qaya üstündə oturub

lap mənim kimi belə,

Neçə-neçə nəğmə deyir kənd gözəllərinə.

Qarğı tütəyin diliylə -

Bilirsən necə çalır?!

- ...


- Bayatısı dağlara səs salır...

Indi cavanlar

Boyunduruqdan aşırıb xışı,

Üç ay qışı

Tövlədə yeyib yatan öküzləri

xamdan çıxarırlar xırman yerində.

- Nə olsun?!

- Bircə vəsiyyətim var,

Ömründə bircə gün olsa da

get kəndə.

Gözlərinlə gör

bahar günəşi necə buxarlanır

ceyran gözü kimi qapqara,

qızılgül ətirli,

neçə nemətli torpaq.

- Eh, nə olsun,

Bundan mənə nə olacaq,

- Mən kənddə doğulmuşam,

Kənddə keçib

Ömrümün acılı-şirinli günləri.

Torpaq yedirdib,

Torpaq böyütmüş məni.

Atam da, babam da kənddə yaşadı,

Kənddə öldü.

Oğlum da, qızım da kənddədilər indi.

Görəsən nə edirlər mənsiz?..

Nə gözəl günlər idi...

Hər bahar cütə gedirdik,

Oğlumla ikimiz.

O, yer sürər,

Mən toxum səpərdim.

O, yer suvaranda

Mən arx çəkərdim.

Sonra da bulaq başında

Süfrə açıb,

Nəyimiz vardısa

Ağız ləzzətilə yeyərdik.

Axşam evə dönəndə

Gah qəmli,

Ah da sevncli dolu nəğmə deyərdik...

Eh, nə gözəl günlər idi...

O zaman,


oğlumun on yaşı vardı,

qızımın səkkiz.

Görəsən nə edirlər indi

onlar mənsiz...

Məhbus fikirə getdi...

Birdən qalxdı ayağa

Gözlərində alışan qığılcım

sərpizədə əks etdi.

Sonra da toqquşdu

dəmirçi ocağıtək alovlu,

bir də buz kimi donmuş baxışlar...

Məhbus dedi:

- Deyirsən orda nə var?

Həyat, bir də azadliq!

Bilirsən azadlıq nədir?!

- Bilirəm.

- Yox, bilmirsən!

Bilsəydin, gözətçi olmazdın.

Bilsəydin, bu qala divarları araslında

Bircə gün qalmazdın.

Yox bilmirsən!

Bilmirsən, yazıq!

Axı biz inanırıq!

Sən bilirsən bunu,

Insanın azadlığı üçün doğulduğunu?!

Bilsəydin...

Deyən məhbus

Birdən qollarını geniş açdı,

Qalanın başından

Şahin kimi uçdu...

Uçdu kəndin baharına...

Çobanın mahalına...

Ətir qoxulu torpağa....

Uçdu həyata,

Insanlara,

Azadlığa...

Gözətçi çiyinlərini çəkdi təəccüblə...

Sonra elə bil yuxudan oyandı,

Bir addım atıb

Ancaq yenə dayandı.

Baxdı,

Hər şey əvvəlki kimiydi yenə.



Dəniz üfüqlə birləşib,

Günəşin şəfəqi ləpələrə düşüb,

Dalğalar qalanın təməl daşını döyürdü...

Fəqət o görmədi,

Dənizdə bir nöqtə vardı,

Orada sular halqa-halqa böyüyürdü,

Sonra da o nöqtə üzürdü

Ləpələrin çiynində sahilə sarı...

Gözətçi görmədi bir məhbusun

Həyat, torpaq, azadlıq arzuları

Necə də can atır sahilə sarı,

Vətənə sarı...



2007

1960-1970


  1. Elə oğul istəyir vətən -----------------------------------------1960

  2. Nəğmə -----------------------------------------------------------1960

  3. Qara dəniz ----------------------------------------------------- 1960

  4. Ana Vətən ------------------------------------------------------1961

  5. Bahar günləri --------------------------------------------------1962

  6. Nərgiz gülü -----------------------------------------------------1962

  7. Neçə bahar yola salmışam ---------------------------------- 1962

  8. Mən ümman ləpəsiyəm -------------------------------------- 1962

  9. Şair bal arısına bənzəyir ------------------------------------ 1962

  10. Ömrüm mənim ------------------------------------- 1962

  11. Muzey şəhəri -----------------------------------------1963

  12. Məznun söyüd --------------------------------------- 1963

  13. Payızdır əzizim -------------------------------------- 1964

  14. Babamın ömrü -------------------------------------- 1964

  15. Şirin, Fərhad və Xosrov --------------------------- 1965

  16. Şəmsuvarlı Əbi -------------------------------------- 1965

  17. Külək -------------------------------------------------- 1965

  18. Dənizin səxavəti ------------------------------------- 1966

  19. Zanbaq ------------------------------------------------1966

  20. Dəniz olmaq istəyirəm ------------------------------1966

  21. Dəniz və Günəş ------------------------------------- 1966

  22. Dənizlə tənha qalmaq... --------------------------- 1966

  23. Şıdırığı yağış yağır --------------------------------- 1966

  24. Nigarançılıq ----------------------------------------- 1967

  25. Səmərqənddə bir qız gördüm -------------------- 1968

  26. Yağış bir nemətdir --------------------------------- 1968

  27. Qızıl gül üstə titrədi şəbnəm---------------------- 1968

  28. Mən yanmasam ------------------------------------- 1968

  29. Dəniz, Hemenquey və Mən ----------------------- 1968

  30. Mənim bir nənəm vardı --------------------------- 1968

  31. Qaya üstündə çinar -------------------------------- 1968

  32. Şahin və koramal ----------------------------------- 1968

  33. Nə yaxşı ki, bahar var ----------------------------- 1969

  34. Yağış yağar yer doymaz --------------------------- 1969

  35. Təbrizim mənim ------------------------------------ 1969

  36. Etiraf -------------------------------------------------- 1969

  37. Qitə ---------------------------------------------------- 1971

  38. Xəzər köksümdədir -------------------------------- 1971

  39. Bu axşam ----------------------------------------------1971

  40. Romantika --------------------------------------------1977



MƏCNUN SOYÜD


  1. Elə oğul istəyir vətən ------------------------------- 1960

  2. Nəğmə ------------------------------------------------- 1960

  3. Qara dəniz ------------------------------------------- 1960

  4. Ana Vətən -------------------------------------------- 1961

  5. Bahar günləri idi ----------------------------------- 1962

  6. Nərgiz gülü ------------------------------------------- 1962

  7. Neçə bahar yola salmışam------------------------- 1962

  8. Mən ümman ləpəsiyəm----------------------------- 1962

  9. Şair bal arısına bənzəyir -------------------------- 1962

  10. Ömrüm mənim ------------------------------------- 1962

  11. Muzey şəhəri ---------------------------------------- 1963

  12. Məcnun söyüd --------------------------------------- 1963

  13. Payızdır, əzizim ------------------------------------- 1964

  14. Babamın ömrü -------------------------------------- 1964

  15. Şirin, Fərhad və Xosrov --------------------------- 1965

  16. Şəmsuvarlı Əbi -------------------------------------- 1965

  17. Külək -------------------------------------------------- 1965

  18. Dənizin səxavəti ------------------------------------- 1966

  19. Zanbaq ----------------------------------------------- 1966

  20. Dəniz olmaq istəyirəm ------------------------------1966

  21. Süleyman Rüstəm -----------------------------------1966

  22. Dəniz və Günəş ------------------------------------- 1966

  23. Dənizlə tənha qalmaq istəyirəm ----------------- 1966

  24. Şıdırığı yağış yağır --------------------------------- 1966

  25. Nigarançılıq ----------------------------------------- 1967

  26. Səmərqənddə bir qız gördüm -------------------- 1968

  27. Yağış bir nemətdir --------------------------------- 1968

  28. Qızıl gül üstə titrədi şəbnəm --------------------- 1968

  29. Mən yanmasam ------------------------------------- 1968

  30. Dəniz, Hemenquey və Mən ----------------------- 1968

  31. Mənim bir nənəm vardı --------------------------- 1968

  32. Qaya üstündə çinar -------------------------------- 1968

  33. Şahin və koramal ----------------------------------- 1968

  34. Nə yaxşı ki, bahar var ----------------------------- 1969

  35. Yağış yağar yer doymaz --------------------------- 1969

  36. Təbrizim mənim ------------------------------------ 1969

  37. Etiraf -------------------------------------------------- 1969

  38. Qitə ---------------------------------------------------- 1971

  39. Xəzər köksümdədir -------------------------------- 1971

  40. Bu axşam --------------------------------------------- 1972

  41. Romantika ------------------------------------------- 1977


TƏBRİZİM MƏNİM

1970-1980


  1. Təbrizim Mənim ------------------------------------ 1970

  2. Ana dili ----------------------------------------------- 1970

  3. Kədərli, sevincli illər ------------------------------- 1971

  4. İnsan nə zaman kiçilir ----------------------------- 1971

  5. Qitə ---------------------------------------------------- 1971

  6. Xəzər köksümdədir -------------------------------- 1971

  7. Dənizlə payızda görüşdük ------------------------ 1972

  8. Tacir və Məcnun ------------------------------------ 1974

  9. Dəniz əsəbidir --------------------------------------- 1975

  10. İldırım və dəniz ------------------------------------- 1975

  11. Dənizə göz yaşı deməyin -------------------------- 1975

  12. Minnətdarlıq ---------------------------------------- 1975

  13. Qartalın ömrü --------------------------------------- 1975

  14. Gizli-gizli --------------------------------------------- 1975

  15. Gecələr yağış-yağır --------------------------------- 1976

  16. Gül, bülbül və bağban ----------------------------- 1976

  17. Dünyada bir şəhər var----------------------------- 1976

  18. Mənim şeir kitabım -------------------------------- 1976

100. Bir elin nəğməkarı ---------------------------------------- 1976

101. Süleymanın yanında ------------------------------------- 1976

102. Pəncərə önündə çinar ------------------------------------ 1976

103. Lalələr ------------------------------------------------------- 1977

104. Biri bir məclisdə nitq edirdi ---------------------------- 1977

105. Bənövşələr əkilib xiyabanlara -------------------------- 1977

ÖMÜRDƏN İLLƏR GEDİR

1980-1990
106. Qaraçayli qoca -------------------------------------------- 1980

107. Yuxuma gəlmişdi ----------------------------------------- 1980

108. Bir çinaram ------------------------------------------------ 1981

109. Mavi gözlü Məryəm -------------------------------------- 1983

110. Səni də itirsəm --------------------------------------------- 1983

111. Baba koması ----------------------------------------------- 1984

112. Ülviyyət ----------------------------------------------------- 1985

113. Nə olar ------------------------------------------------------ 1985

114. Bilmədim --------------------------------------------------- 1986

115. Bir səhər inamla oyanıram mən ----------------------- 1986

116. Pişəvərinin məzarı başında ------------------------- 1986-87

117. Atam yuxuma gəlir --------------------------------------- 1987

118. Ay bağban -------------------------------------------------- 1987

119. Son bahar -------------------------------------------------- 1988

120. Təbrizim ---------------------------------------------------- 1988

121. Bahara nə qaldı ------------------------------------------- 1988

122. Bir para torpaq ------------------------------------------- 1988
DAĞ-DAĞA SÖYKƏNƏR

1990-200
123. Sən də məndən üz döndərsən --------------------------- 1990

124. Qumru ------------------------------------------------------ 1991

125. Nə yaxşı ki, dəniz var ------------------------------------ 1991

126. Bir ümman kimiyəm ------------------------------------- 1992

127. Son payız --------------------------------------------------- 1992

128. Behişt-Zəhra ----------------------------------------------- 1992

129. Tənhalıq -----------------------------------------------------1992

130. Salam söyləyin --------------------------------------------- 1992

131. Daha heç nə istəmirəm ---------------------------------- 1993

132. Anam Zəhra üçün --------------------------------------- 1993

133. Ənzəliyə payız gəlib -------------------------------------- 1993

134. Ehey... Mədinəciyim -------------------------------------- 1993

135. Tehrana məktub ------------------------------------------ 1993

136. Təbrizlə görüş --------------------------------------------- 1993

137. Sığışmaz -----------------------------------------------------1994
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə