Əl yazma hüququnda ƏFƏNDİzadə SƏbuhi zahiD o




Yüklə 261.69 Kb.
səhifə1/4
tarix11.03.2016
ölçüsü261.69 Kb.
  1   2   3   4
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNOLOGİYA UNVERSİTETİ

________________________________________________________________________________________________­­­

əl yazma hüququnda

ƏFƏNDİZADƏ SƏBUHİ ZAHİD o.


MÖVZU: SAFARİ TURLARININ YARANMA TARİXİ VƏ ONUN AZƏRBAYCANDA İNKİŞAF PERSPEKTİVLƏRİNİN TƏDQİQİ


MAGİSTR DİSSERTASİYASI

İXTİSAS: TM 300001 “ TURİZM VƏ SOSİAL MƏDƏNİ SAHƏDƏ

SERVİS XİDMƏTİ ”

ELMİ RƏHBƏR : B. E. D. PROFESSOR Ə. Ə. NƏBİYEV


_________________________________________________________________________________________________

GƏNCƏ 2010

M Ü N D Ə R İ C A T

GİRİŞ ....................................................................................................................................................3

FƏSIL 1. SAFARİ TURLARININ TƏŞKİLİNDƏ DÜNYA TƏCRÜBƏSİ

1.1. Safari turlarının yaranma tarixi ...........................................................................................12

1.2. Müasir dövrdə dünya turizm sənayesində safari turlarının inkişaf vəziyyəti və perspektivi..........................................................................................................................13

1.3. Foto-safari (sakit ov) konsepsiyası.....................................................................................15

1.4. Sinqapur zooparkının ‹‹gecə-safari›› konsepsiyası ..............................................19
FƏSIL 2. AZƏRBAYCANDA SAFARİ TURLARININ İNKİŞAF PERSPEKTİVLƏRİ
2.1 Respublikamızda safari turlarının təşkilində xüsusi mühafizə edilən təbiət ərazilərinin rolu ................................................................................................................................ 20

2.1.1. Milli Parkların mühüm turizm obyekti olaraq, safari turlarının həyata keçirilməsində rolu..........................................................................................................21

2.1.2. Dövlət Təbiət Qoruqları və Yasaqlıqlarının safari turlarının planlşdırılmasında və təşkilində rolu .................................................................................................................51

2.2. Azərbaycanda safari turlarının təşkilində marketinq strategiyası ..........................56


NƏTİCƏ VƏ TƏKLİFLƏR............................................................................................................... 57
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI.......................................................................... 59


Giriş
Müasir dövrdə turizm industriyasının inkişafı xeyli sürətlənmiş və bu sənaye sahəsi hal-hazırda gəlir əldəetmə funksiyasına görə faktiki olaraq, neft sənayesinə alternativ ola biləcək yeganə sahə kimi qiymətləndirilir. Belə ki, hal-hazırda dünyanın bir çox ölkələrinin iqtisadiyyatında mühüm rol oynayan, milyonlarla insanın məşğulluğunu təmin edən və təsərrüfatın digər sahələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən, geniş maddi-texniki bazaya və infrasturuktura malik olan, dayanıqlı iqtisadi inkişaf prinsiplərinə söykənən turizm sənayesi bəşəriyyət üçün daha firavan gələcək vəd edir. Turizm dövlət büdcəsinin formalaşmasına, ticarət balansının sabitləşməsinə, işsizlik kimi ağır bir problemin həllinə kömək edir ,bütövlükdə ölkə iqtisadiyyatının inkişafının katalizatoru qismində çıxış edir. Bütün bu xüsusiyyətləri ilə yanaşı turizm sənayesi eyni zamanda dünyada sülhün möhkəmləndirilməsi, xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsi, dünya ictimaiyyətinin yüksək insani dəyərlər ətrafında birləşdirilməsi sahəsində də,mühüm rola malikdir.

Turizm sənayesi bir-biri ilə zəncirvari bağlı olan, çoxsaylı komponentləri özündə ehtiva edir. Məs: kifayət qədər böyük vəsait hesabına inşa edilmiş bir mehmanxana, marketinq və reklam işlərininin düzgün aparılmaması üzündən tezliklə müflisləşə bilər. Məhz, buna görə də turizm sənayesinin inkişafına dair planlar hazırlanarkən bütün bu nüanslar diqqət mərkəzində saxlanmalıdır. Bütövlükdə, turizm sənayesi bu sahədə tədqiqat aparan alimlərin yekdil rəyinə əsasən 3 mühüm prosesi özündə əks etdirir:




  • Turistlərin daşınması-transfer (nəqliyyat sənayesi)

  • Turistlərin yerləşdirilməsi (otelçilik)

  • Turistlərin qidalandırılması (qida sənayesi)

Dünya turizm sənayesində irəliləyişlər və inkişaf tendensiyası, turizmdən əldə olunan valyutanın miqdarı daim artmaqdadır. Məs: 1939-cu ildə dünya üzrə xarici turizmindən 1 mlrd ,1950-ci ildə 2.1 mlrd ,1971-ci ildə 19.9 mlrd , 2000-ci ildə isə 500 mlrd. ABŞ dollarından artıq gəlir əldə edilmişdir. BMT-nin xüsusiləşdirilmiş agentliyi olan, Ümumdünya Turizm Təşkilatının (BMT-ÜTT) məlumatlarına görə 2000-ci ildə səyahət edənlərin sayı 698 mln. nəfər, turizm sənayesindən daxilolmalar 476 mlrd. ABŞ dolları təşkil etmişdir. 2006-cı ildə beynəlxalq turist gəlmələri 846 milyon, 2007- ci ildə 898 milyon idisə, 2008-ci ildə bu rəqəm 922 milyon təşkil etmişdir. Digər tərəfdən 2007-ci ildə turizm sahəsində artım 6% təşkil edirdisə, 2008-ci ildə müvafiq artım cəmi 2% təşkil etmişdir. Bu isə, sözü gedən dövrdə neft qiymətlərindəki tərəddüdlər, dünya iqtisadiyyatındakı inflyasiya, və qlobal iqtisadi resensiyanin (iqtisadi durğunluğun) ilkin təsirləri ilə bağlı idi.

2009-cu il dünya turizm sənayesi üçün ən ağır illərdən biri olmuşdur. Belə ki, ÜTT-nün verdiyi məlumata əsasən iqtisadi böhranın kəskinləşməsi nəticəsində dünya turizm sənayesində sözügedən ildə 4% enmə müşahidə olunmuşdur.

Hazırda dünya üzrə ümummilli məhsulun 10%-i, hər 16 işçi yerindən biri, dünya istehlak xərclərinin 11%-i turizm sənayesinin payına düşür. Dünya turizm industriyasında 250 mln. insan çalışır.

Son illər bütün dünya üzrə iş adamları arasında turizm industriyasına investisiya yatırmaq istiqamətində maraqlar bir qədər də artmışdır ki, bu da ilk növbədə aşağıdakı amillərlə bağlıdır:


  • Bu sənaye sahəsində fəaliyyətə başlamaq üçün, o qədər də, böyük start kapital tələb olunmur.(əlbəttə ki, burada böyük hotel və ya hotel zəncirlərinin inşası halları istisnadır)

  • Bu sənaye sahəsinə yatırılan investisiya tez bir zamanda özünü doğruldur, tədavülə buraxılmış sərmayə tez bir zamanda geri qaytarılır və bu da sonda sahibkarları əlavə risklərdən xilas etmiş olur.

  • Turizm xidmətlərinə qarşı insanların təlabatı daimi xarakter daşıyır və insanlar bu xidmətlər üçün pul xərcləməyə xəsislik etmirlər.


Azərbaycanın turizm potensialı (aktivitet)
Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu, hər şeydən əvvəl, onun çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olmasıdır. Belə ki, Azərbaycan iki dünya siviliziyasının qovşağında Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir ki, bütün infrasturuktur- Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və nəqliyyat yolları buradan keçir.

86.6 min kv. km ərazisi və 9 milyon əhalisi olan Azərbaycan Respublikası nadir təbii-iqlim xüsusiyyərlərinə malik bir ölkədir.

Bazardüzü, Şahdağ, Babadağın vüqarla ucalan zirvələri, Böyük Qafqazın cənub ətəklərindən axan çaylar, çoxsaylı şəlalələr, büllur kimi şəffaf Göy-Göl Maral gölün firuzəyi səthi, Qobustanın sərt və eyni zamanda mənzərəli palçıq vulkanları, Lənkəranın nadir qoruqları, Abşeron və Nabran bölgəsinin müalicəvi əhəmiyyətli narın qumlu çimərlikləri, Azərbaycanın zəngin turizm potensialının əhəmiyyətli tərkib hissəsidir.

Planetimizin 11 iqlim zonasından 9-unun bu və ya digər şəkildə, Azərbaycan ərazisində mövcudluğu hamıya məlumdur. Flora aləmi özünün parlaqlığı və rəngarəngliyi ilə buraya təşrif buyuran turistləri məftun edir. Burada Qafqaz florasının demək olar ki, bütün növlərinə təsadüf edilir. Son 13 milyon ildə, dünyada baş verən reylef və iqlim dəyişikliklərinə duruş gətirən Eldar şamı yalnız Azərbaycanın təbii şəraitində qorunub saxlanmışdır.

Ölkəmizin heyvanlar aləmi də, olduqca rəngarəngdir. Azərbaycanda 12 mindən çox onurğalı və onurğasız heyvanlara rast gəlmək olar. Bunlardan xal-xal maral, ceyran, muflon, Qafqaz dağ keçisi, bəbir, ayı və s göstərmək olar. Burada həmçinin nadir quş növlərinə də təsadüf olunur.

Azərbaycanda 1200-dən çox irili-xırdalı çay axır. Dağlardan axan bir çox çaylar səsli-küylü əzəmətli şəlalələr yaradır. Dağlıq yerlərdə və Arandakı mövcud göllər, Azərbaycan torpağının əsl bəzəyidir və bu göllərin ən gözəli Göy-Göl və Maral göldür. Xəzərin suları və ona yaxın çaylarda qiymətli uzunburun, lasos, qızıl balıq növləri vardır.

Dünyada tanınmış “Karlovi Vari” sularından heç də geri qalmayan isti və mineral bulaqlar- Badamlı, Turşsu, İstisu böyük iqtisadi-müalicəvi əhəmiyyət daşıyır.

Təbii palçıqlardan 100 ildən çoxdur ki, dayaq-hərəkət aparatı, əsəb sistemi və digər xəstəliklərin müalicəsi üçün səmərəli istifadə olunur. Bunların arasında, Naftalan müalicəvi nefti xüsusi yer tutur.

Azərbaycanı günəşli ölkə adlandırırlar və bu da təsadüfi deyil. İl ərzində günəşli günlərin sayına görə Respublika İtaliya, İspaniya və Yunanıstanla müqayisə edilə bilər. Azərbaycan ərazisi boyu 825 km uzanan Xəzərin dəniz sahillərinin ucdantutma istirahət zonasına çevrilməsi üçün hər cür ilkin şərait mövcuddur. Abşeron yarımadasının Bakı şəhəri ətrafında yerləşən dünyada misli-bərabəri olmayan qumsal çimərlikləri turistlər arasında geniş şöhrət qazanmışdır. Eyni zamanda Respublikanın şimal-şərq sahilində, Yalama-Xaçmaz zonası çimərlikləri (Bakıdan 220 km aralı) birbaşa sahil zolağında bitən enli yarpaqlı meşələr özünün sərtliyi ilə turistləri cəlb edir.

Respublikamızda çimərlik mövsümü sentyabrın axırınadək davam edir. Yayda suyun hərarəti +24 +26 C-yə çatır.

Respublikamızda turizmin bütün növlərinin inkişafı üçün daha bir əlverişli məqam Azərbaycan xalqının səmimiyyəti, ənənəvi qonaqpərvərliyidir.

Azərbaycan zəngin tarixə və qədim mədəniyyətə malik ölkədir. Ölkəmizin ərazisində 6 mindən artıq tarixi memarlıq abidələri mövcuddur. Onların əksəriyyəti Azərbaycan ərazisindən keçən Böyük İpək Yolu boyunca qədim karvan yollarının üstündə yerləşir və indinin özündə də heyrət doğurur. Bu abidələrə misal olaraq, ibtidai insanların Qobustan mağaralarındakı (Bakıdan 60 km qərbdə) qayaüstü rəsmlərini, İslama qədərki dövrün mərasim tikililəri- atəşpərəstlik məbədlərini, qüllələrini, dağların zirvəsindəki alban kilsələlərini və ibadətgahlarını, möhtəşəm qala divarlarını və qəsrləri, habelə geniş karvansaraları, İslam mədəniyyəti dövrünün əzəmətli saraylarını, memorial ayin və digər tikililəri göstərmək olar. Orta əsrlər dövrünün memorial tikililəri, İpək Yolu marşutunda məqbərələrlə təmsil olunub. Məsələn: Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə qəsəbəsi yaxınlığında, Diribaba türbəsi (XV əsr), Şamaxı rayonunda Yeddi Gümbəz türbələr kompleksi (XVIII əsr), rayonun Kelaxana kəndində sərdabələr (XVII əsr), 1457-ci ildə Ağsu şəhərində tikilmiş Şeyx Dursun türbəsi, İsmayıllı rayonunun Həzrə kəndində türbələr kompleksi (XV-XVI əsrlər), Qazax rayonunun Poylu kəndində türbələr kompleksi (XIX əsr), Gəncədə İmamzadə türbəsi (XVII-XIX əsrlər) kompleksi buna parlaq misal ola bilər.

Azərbaycanın zəngin turizm resurslarını analiz etdikdə aydın olur ki, respublikamızda xüsusilə yaxın gələcəkdə aşağıdakı turizm növlərini inkişaf etdirmək mümkündür:


  • Dağ-xizəkçilik turizmi

  • Qolf turizmi

  • Müalicəvi-balneoloji turizm

  • Ixtioloji turizm (balıqçılıqla bağlı turizm)

  • Ornitoloji turizm (quşların inkişafı ilə bağlı turizm)

  • Elmi turizm (elmi-sualtı müşahidələr, nadir dəniz florası və faunası ilə tanışlıq, elmi-vulkanoloji turlar)

  • Konqres turizmi

  • Speloturizm (mağara turizmi)

  • Etnoqrafik turizm (müxtəlif xalqların mədəniyyəti və məişəti ilə tanışlıq)

  • Ovçuluq turizmi-Safari turları

  • Raftinq turları ( coşğun dağ çaylarında qayıqla üzmə)


Azərbaycanda turizm sənayesinin müasir durumu
Turizm sənayesi dövlətdən və cəmiyyətdən təcrid halda inkişaf edə bilməz. Bu sahədə, dövlətin başlıca vəzifələri turizm fəaliyyəti strategiyasının hazırlanması, onun höquqi tənzimlənməsinin təminatı, turizm infrasturukturunun yaradılması və turizm şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, beynəlxalq turizmin inkişafı məqsədilə xarici dövlətlərlə müqavilələr bağlamaq, ölkənin turizm imicini formalaşdırmaq və onu qorumaqdır.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra turizm ölkənin sürətlə inkişaf edən sahələrindən birinə çevrildi.

4 iyun, 1999-cu ildə Turizm haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

Ümummilli Lider Heydər Əliyev tərəfindən 12 aprel 2001-ci il tarixində imzalanmış fərmana əsasən turizm dövlət tərəfindən dəstəklənməyə başladı Bir il sonra “2002-2005-ci illərdə Turizmin İnkişafı Dövlət Proqramı” təsdiq edildi.

Prezident İlham Əliyev tərəfindən imzalanmış “2004-2008-ci illərdə Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramı”nda işsizliyin aradan qaldırılması məqsədi ilə 30 turizm obyektinin yaradılması nəzərdə tutulmuşdu.

2010 cu il, aprelin 6-ında, ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Proqramın “Ümumi əsaslar” hissəsində qeyd olunur ki, “2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlib.

2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 370-ə çatıb. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur. Görülən kompleks işlərin nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir. Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir və 2002-ci ilə nisbətən onların sayı 3 dəfədən çox artıb.

Hal-hazırda, Respublikamızda turizm sənayesinin inkişaf etdirilməsinə sahibkarların bir qədər stimullaşdırılması üçün, önəmli addım - turizm fəaliyyəti ilə məşğul olan şirkətlər üçün güzəştli vergi siyasətinin tətbiqi olardı.

“Azərbaycan Respublikasında 2010-2014- cü illərdə turizmin inkişfına dair” Dövlət Proqramının qəbulu bu sahənin inkişafında yeni mərhələ olacaq.

Dövlət Proqrmının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas dayaqlarından birinə çevrilməsinin təmin edilməsidir.

Bu məqsədə nail olunması aşağıdakı vəzifələrin həllini nəzərdə tutur:


  • Ölkədə turizm infrasturukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü fəaliyyətin həyata keçirilməsi

  • Daxili və xarici investisiyanın turizm sahəsinə cəlb edilməsi məqsədilə bu sahədə təşviqləndirici investisiya və biznes mühitinin formalaşdırılması

  • Turizm sahəsində qabaqcıl beynəlxalq təcrübədən isitfadə etməklə səmərəli dövlət tənzimlənməsi və idarə edilməsi mexanizminin yaradılması

  • Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması

Dövlət Proqramı aşağıdakı istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:



  • Turizm sahəsində normativ-hüquqi bazanın və dövlət tənzimlənməsi

mexanizmlərinin təkmilllədirilməsi

  • Turizm və rekreasiya zonalrında müvafiq infrasturukturun yaradılması

  • Ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi

  • Ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması

  • Turizm sahsinə yerli və xarici investisiyaların cəlb edilməsi

  • Turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm

marşutlarının yaradılması

  • Turizm xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə mütərəqqi

üsulların və standartların hazırlanması və tətbiq edilməsi

  • Mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin

genişləndirilməsi

  • Turizm sahəsi üçün kadr hazırlığı və ixtisasartırma sisteminin

təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsil üzrə layihələrin

həyata keçirilməsi



  • Azərbaycanın milli-tarixi, mədəni və mənəvi irsinin, milli adət-

ənənələrinin dünyada təbliği, ayrı-ayrı regionların və şəhərlərin tarixini

əks etdirən materialların nəşr etdirilməsi və yayılması, müasir

informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi


  • Milli sənətkarlıq və suvenir məhsullarının istehsalının və satışının

təşviqi

  • Turizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın

genişləndirilməsi
Dövlət Proqramının müvafiq bəndlərinin icrası vaxtında və keyfiyyətlə təmin olunsa, turizm sahəsində artıq Respublikamızda davamlı və kütləvi inkişafa nail olunacaqdır.

Şübhəsiz ki, olduqca zəngin təbiətə sahib olan Respublikamızda turizmin digər növləri kimi ekoturizmin də inkişafı üçün geniş potensial imkanlar vardır. Ekoturlar arasında xüsusilə fərqləndirilən və vəhşi (son dövrlərdə demək olar ki, bütün növ heyvan) heyvanların ovlanması və müşahidəsi ilə xarekterizə olunan safari turları böyük əhəmiyyətə malikdir. Dünyanın bir sıra bölgələrində insanlar artıq vəhşi heyvanların nəslinin kəsilmək təhlükəsi ilə bağlı, ənənəvi safari turlarından imtina edərək sırf foto-safari turlarına istiqamətlənməyə başlamışlar. Foto-safari turlarını bədii dillə bəzən “sakit ov” da adlandırırlar. Müasir dövrdə safari turları əsasən Milli Parklarda və digər xüsusi mühafizə olunan təbiət ərazilərində təşkil olunur.

Respublikamızda mövcud olan zəngin fauna, eləcədə Milli Parklar, Qoruqlar və yasaqlıqlar safari və foto-safari turlarının təşkili üçün olduqca münbit şərait yaradır. Bu sahədə inkişafa nail olmaq üçün ilk növbədə xüsusi mühafizə olunan təbiət ərazilərində ekoturizmin inkişafına dair “Master Plan” hazırlanmalı və burada safari və foto-safari turlarının təşkili xüsusi istiqamət kimi müəyyənləşdirilməlidir.

Bu sahədə ən vacib məsələlərdən biri də, Respublikamızda safari turlarının təşkili sahəsində xüsusi marketinq strategiyasına ehtiyac olmasıdır. Gələcəkdə bu sahənin inkişafı yönündə inteqrasiya olunmuş kommunikasiya vasitələrindən ( reklam, Pablik relişnz və s.) geniş miqyasda istifadə böyük ffekt verərdi.



Safari turlarının yaranma tarixi
“Safari” sözü ərəb sözü olub, mənası səfər, səyahət kimi anlaşılır. Turizm sahəsində çalışan mütəxəssislər tərəfindən pəşəkar səviyyədə və ayrıca olaraq safari turlarının nə vaxt yaranması haqqında qəti fikir yoxdur. Amma, bu artıq təkzibedilməz faktdır ki, bu cür turlar ilk dəfə Afrikanın bir sıra ölkələrində, Qərbi Avropadan və Amerikadan gələn və kifayət qədər imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilmişdir.

Safari turları vəhşi (son dövrlərdə demək olar ki, bütün növ heyvan) heyvanların ovlanması və müşahidəsi ilə xarekterizə olunan, vəhşi təbiət qoynuna edilən səyahətlərdir.

Bugün dünyada safari turlarının əsas inkişaf regionları aşağıdakılardır:


  • Afrika

  • Asiya

  • Cənubi Amerika

  • Şimali Amerika

  • Avstraliya

Hal- hazırda turistlər safari turlarına getmək üçün heç də nəsli kəsilməkdə olan fauna nümunələrini ovlamaq məcburiyyətində deyillər, artıq onların sadəcə şəkillərini də çəkməklə kifayətlənmək olar. Bu cür turlar isə foto-safari adı ilə məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə qarşı-qarşıya qoyduğu üçün, turistlər ondan imtina edərək, sırf foto-safarilərə istiqamətlənməyə başlamışlar. Foto-safariləri bədii dillə bəzən “sakit ov” da adlandırırlar.

Respulikamızda da foto-safari turlarının həyata keçirilməsi üçün geniş və hərətərəfli imkanlar var. Bu nöqteyi-nəzərdən, Respublikamızın müxtəlif guşələrində yerləşən xüsusi mühafizə olunan təbiət əraziləri (Milli Parklar, Qoruqlar, Yasaqlıqlar) xarici turistlərin respublikamıza foto-safari turlarına cəlb edilməsi istiqamətində mühüm rol oynaya bilər.



Müasir dövrdə dünya turizm sənayesində safari turlarının inkişaf

vəziyyəti və perspektivi
Müasir dövrdə turizm sənayesində safari turlarının inkişafını ayrıca bir istiqamət kimi fərqləndirmək olar. Bugün turistlər o regionların təbiətinə, faunasına daha böyük maraq göstərirlər ki, həmin regionlar daha az antropoloji təsirə məruz qalmışlar. Təsadüfi deyil ki, pozulmamış və toxunulmamış təbiət bugün öz ölkəsinə böyük kapital cəlb edir.

Safari turlarından əldə olunan gəlir artıq bəzi olkələrin dövlət büdcəsində əhəmiyyətli yer tutmaqdadır. Bu baxımdan safari turlarının təşkili sahəsində zəngin təcrübəyə malik aşağıdakı ölkələrin təcrübəsindən yararlanmaq olar:



  • Kanada

  • Malayziya

  • Madakaskar

  • Zambiya

  • CAR

  • Keniya

Ekoturlar içərisində safari turları xüsusilə daha böyük perspektiv vəd edir. Bugün Afrikada, Cənubi Amerikada, Avstraliyada və digər yerlərdə insanlar vəhşi fauna ilə təmasda olmaq üçün külli miqdarda vəsait xərcləyirlər. Bu baxımdan Respublikamızda safari (eləcə də foto-safari) turlarının inkişaf etdirilməsi üçün geniş perspektiv imkanlar var.

Respublikamızda yaxın gələcəkdə safari turlarının təşkili baxımından nəzərəçarpacaq uğurlar əldə edilməsi üçün bu sahədə vahid strategiya hazırlanmalı və konkret hədəflər müəyyən edilməlidir.

Respublikamızda safari turlarının təşkilində dünya təcrübəsində olduğu kimi xüsusi mühafizə edilən təbiət ərazilərinin potensialından geniş istifadə etmək lazımdır.


Şəkil 1. Afrika savannasında ekzotik Zürafənin

müşahidəsilə bağlı həyata keçirilən ekzotik foto-safari turu

Foto-safari konsepsiyası
Bu təkzibedilməz faktdir ki, XXI əsrdə turizm sənayesinin inkişafı eyni zamanda təbiətə qarşı mənfi təsirlərin artması ilə müşaiət olunur. Təəssüf ki, turizm sənayesinin düzgün idarə olunmaması və tənzimlənməməsi nəticəsində dünyanın bir sıra yerlərində vəhşi təbiət artıq real təhlükə qarşısında qalmış və bir sıra fauna nümunələrinin nəsli kəsilmişdir.

Afrika, Asiya, Avstraliya, Cənubi Amerikanın bir sıra nadir və ekzotik fauna nümunələrinin sayı əhəmiyyətli dərəcədə azalmış, adları “Qırmızı Kitab”a daxil edilmişdir.

Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə qarşı-qarşıya qoyduğu üçün, turistlər ondan imtina edərək, sırf foto-safarilərə istiqamətlənməyə başlamışlar. Foto-safariləri bədii dillə bəzən “sakit ov” da adlandırırlar.

Foto-safari - safarilərin elə növüdür ki, burada vəhşi təbiət həvəskarı olan turistlər daha çox heyvanların şəkillərinin çəkilməsi ilə kifayətlənirlər. Bu cür turlar bütün növ fauna nümunələrinin şəkillərinin çəkilməsi ilə müşahidə olunsa da, turistlər daha çox vəhşi fauna nümunələrinə maraq göstərirlər.

Foto safarilər əsasən aşağıdakı areallarda daha çox inkişaf etmişdir:


  • Afrika

  • Asiya

  • Cənubi Amerika

  • Şimali Amerika

  • Avstraliya

Foto-safarilər aşağıdakı xüsusuiyyətlərinə görə ənənəvi safarilərdən fərqlənirlər:




  • Foto safarin dərin hümanizm prinsiplərinə söykənir.

  • Bu cür turlardan əldə olunan vəsait sonda yenə də fauna nümunələrinin daha yaxşı mühafizə olunmasına sərf olunur.

  • Heç bir real təhlükə hiss etməən ən nadir və ekzotik fauna nümunələrinə malik ölkələr də öz qapılarını turistlərin üzünə açır.

Respulikamızda da foto-safari turlarının həyata keçirilməsi üçün geniş və hərətərəfli imkanlar var. Bu nöqteyi-nəzərdən, Respublikamızın müxtəlif guşələrində yerləşən xüsusi mühafizə olunan təbiət əraziləri (Milli Parklar, Qoruqlar, Yasaqlıqlar) xarici turistlərin respublikamıza foto-safari turlarına cəlb edilməsi istiqamətində mühüm rol oynaya bilər.

İnsanların vəhşi təbiət nümunələrinə qarşı nəzakətli və diqqətli davranışı aşağıdakı şəkillərdən də qabarıq nəzərə çarpır.




  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə