Əhmədzadə Aydin qrup : 412 Mövzu 10: Mikroiqtisadi tənzimlənmə Marketinq




Yüklə 37.77 Kb.
tarix27.04.2016
ölçüsü37.77 Kb.
Əhmədzadə Aydin

QRUP : 412

Mövzu 10: Mikroiqtisadi tənzimlənmə
Marketinq - ingilis dilində "market" sözündən götürülüb, bazar mənasını verir. Azərbaycan dilinə hərfi tərcüməsi "bazarda fəaliyyət"dir.

Marketinq – mübadilə fəaliyyətinini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü insan fəaliyyətidir. Mübadilə prosesini effektiv həyata keçirmk üçün istehlakçıların təlabatlarının müəyyən edilməsi bu təlabatlara uyğun məhsulların hazırlanması, məhsulların bazara çıxarılması, anbarlaşdırılması, daşınması, qiymətləndirilməsi, satışdan əvvəl və satışdan sonrakı xidmətin təşkili reklam fəaliyyəti tələb olunur və bütün bunlar marketinq tərəfindən həyata keçirilməlidir.

Başqa sözlə, bu, buraxılan məhsulun satışı üçün əlverişli şərait yaratmaq, onun keyfiyyətini, çeşidini və istehsal həcmini istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazar şəraitinin təhlili və proqnozlaşdırılmasıdır. Marketinqin fəlsəfəsi çox sadədir: "elə məhsul istehsal et ki, onun satışı təmin edilmiş olsun". Yalnız belə olduqda, müəssisə bazarda özünə möhkəm yer tuta bilər və onun gəliri də yüksək olar.

Bəzi mütəxəssislərin fikrincə, marketinq müasir müəssisələrdə, firmalarda əmtəələrin təkrar istehsalı prosesində fəaliyyətin təşkili sistemidir. Bir zaman təsərrüfat fəaliyyəti üzrə olan qərarların əsasını bazarın tələbləri, alıcıların real ehtiyacları, onların əmtəələrə və xidmətlərə olan tələbatı, həmin müəssisələrin, firmaların istehsal-satış imkanları təşkil edir.

Marketinq sahəsində aparıcı mütəxəsislərdən hesab edilən P. Drükerin fikrincə: “Marketinqin məqsədi, satış üzrə qüvvə sərfini lüzümsuz etməkdir. Onun məqsədi, müştərini elə dərk etmək və başa düşməkdir ki, əmtəə və ya xidmət sonuncuya tamamilə münasib olsun, yəni məhsulu özü-özünü satsın”.

Müasir klassik iqtisad məktəblərində marketinq anlayışına baxış eyni deyildir. Aşağıda ona verilən təriflərin bəzilərini qeyd edək.



Marketinq:

-iqtisadi və ictimai fəaliyyətin ən zəruri və əsas növlərindən biridir;

-klassik baxımdan, o, ilk növbədə məhsulların istehsalçılardan istehlakçılara çatdırılması ilə bilavasitə bağlı olan sahibkarlıq fəaliyyətidir;

-bazarın tələbatının öyrənilməsinə və onun aktiv qeydiyyatına (uçotuna) yönəldilmiş müəssisədaxili idarəetmənin alt sistemidir;

-bazar iqtisadi sistemi yolu ilə inkişaf edən ölkələrin müəssisələrində idarəetmə üsulu olmaqla, tələbat amillərinin öyrənilməsi və aktiv qeydiyyatının həyata keçirilməsidir;

-əmtəələrin istehsalçılardan istehlakçılara çatdırılması prosesində yerinə yetirilən müxtəlif fəaliyyətlərin məcmusudur;

-ehtiyac və tələbatın tədavül vasitəsilə ödənilməsinə yönələn insan fəaliyyəti növüdür;

-bazarın idarə edilməsi konsepsiyasıdır və s.

Marketinq XX əsrin əvvəllərində Amerika Birləşmiş Ştatları-nda meydana gəlmiş, məhsulların satışında olan problemlərlə əlaqədar olaraq son beşilliklərdə bir çox inkişaf etmiş kapitalist ölkələrində geniş yayılmışdır. Bu üsulun tətbiqinin son məqsədi firmaların maksimum gəlirlərini təmin etməkdir. Marketinqin tətbiqi tələbatın və qiymətin intensiv öyrənilməsi və satışının təşkili, reklamdan geniş istifadə edilməsini, istehsalın həvəsləndirilməsini, malların saxlanılması və daşınması proseslərinə müasir və mütərəqqi üsulların geniş tətbiqini, istehlakçılara texniki və digər xidmət növlərinin göstərilməsini və s. həyata keçirməyi nəzərdə tutur.

Marketinq mürəkkəb və dinamik sistem olub müəssisə (firma, şirkət və s.) fəaliyyətinin idarə olunmasını, bazara istiqamətləndirilməsini təmin edir. O, təşkilati-texniki, iqtisadi, sosial və s. sahələri özündə birləşdirən idarəetmənin aparıcı və həlledici funksiyasıdır. Marketing uyğun məhsulun, uyğun yerdə, uyğun miqdarda və uyğun qiymətə alıcıya çatdırılması üçün aparılan insan fəaliyyətidir və biznesdə uğurun əsas şərtidir.

Marketinq istehsalı istehlakçıya səmt götürməyi, bunlar arasında normal əlaqənin yaradılmasını və mütərəqqiləşməsini qarşıya mühüm məqsəd kimi qoyur.

Marketinq bir tərəfdən bazar üçün istehlakçıların cins-yaş tərkibini səhih, hərtərəfli araşdırmaqla insanların tələbini, zövqünü. tələbatını ödəyir, digər tərəfdən o, bununla bazarın inkişafına fəal təsir göstərir, tələbatın formalaşmasına xidmət edir.

Beləliklə, marketinq fəaliyyəti əsasən aşağıdakılara yönəldilir:


  1. Bazarın kompleks öyrənilməsinə;

  2. Əmtəə çeşidlərinin təsnifatlı olmasına;

  3. Mövcud tələbatların tam təmin edilməsi üçün tədbirlərin işlənilməsinə;

  4. Təmin olunmayan təlimatların üzə çıxarılmasına;

  5. Potensial tələbatların dinamikasının aşkar edilməsinə və təhlilinə;

  6. Bazar təchizatının planlaşdırılmasına;

  7. İstehsalın və xidmətin təşkilinə və idarə edilməsinə.

Ümumilikdə bir çox xarici ölkə iqtisadçılarının fikrincə marketinq sözünün açıqlanması üçün muasir dövrdə 2000 çox tərif verilmişdir. Bu təriflərin hər biri bu və ya digər formada marketinqin mahiyətinin açıqlanmasına yönəlmişdir. Bütün bunlar bir daha sübüt edir ki, marketinq iqtisadi kateqoriya kimi təsərüfat fəaliyyətinə elə böyük təsir dairəsinə malikdir ki, onun bütün elementlərini bir tərifdə cəmləmək çox çətindir. Marketinqə səlist tərif vermək üçün ilk növbədə ona hansı prizmada baxıldığını təyin etmək lazımdır.

Hal hazırda I-ci qrup mütəxəsislər hesab edirlər ki, marketinq dedikdə: “müəssisənin fəaliyyətində bazarla əlaqəli bütün qərarların bir-başa olaraq istehlakçıların tələb və istəklərinə uyğun təşkil edilməsi başa düşülməlidir” (marketinq - idarəetmə kimi)

II-cı qrup marketoloqlor hesab edilərlər ki: “marketinq bazarda xüsusi tədbirlər vasitəsi ilə müəssisənin istehsal etdiyi məhsul və xidmətlərin rəqabət qabiliyyətini artırmaq üçün aparılan tədbirlər toplusudur” (marketinq – vasitə kimi)

III-cü qrup belə hesab edir ki, “marketinq müəssisənin təsərüfat fəaliyyətində düzgün qərarların verilməsi üçün sistematik araşdırma prosesinin aparılmasıdır” (marketinq – metod kimi) Sadalanan təriflərlə qismən razılaşsaqda hesab edirik marketinq məfhumunu bütün elementləri bu təriflərdə öz əksini tapmırlar.

Fikrimizcə, marketinq – cəmiyyətin təlabatlarını ödəmək vasitəsi ilə mənfəət qazanmaq üçün istehsal və satış (mübadilə) prosesinin kompleks təşkilidir. Bu tərif marketinq fəaliyyətinin əsas istiqaməti olan, firmanın istehsal və satış prosesinin bazarda baş verən proseslərə uyğun təşkil edilməsinin vacibliyini özündə əks etdirir. Başqa sözlə desək marketinq müəssisənin daxili mühitinin bazar təlabatlarına uyğunlaşdırılması prosesidir.



Menecment – idarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə, bazar şəraitində istənilən fəaliyyət növü ilə məşğul olan firmanın qarşısına qoyduğu məqsədə nail olması üçün həyata keçirilən peşəkar fəaliyyət növüdür. Deməli, qısa desək menecment – bazar iqtisadiyyatı, bazar və rəqabət şəraitində idarəetmədir və aşağıdakı məsələlərin həllini nəzərdə tutur:

+ nəzərdə tutulan qədər mənfəət əldə etmək üçün, firmanın fəaliyyətini bazarın tələb və təklifini, həmçinin konkret istehlakçının tələbatını ödəyə biləcək əmtəələrin istehsalına və xidmətlərin göstərilməsinə yönəltmək;

+ istehsal məsrəflərini azaltmaqla mütəmadi olaraq istehsalın səmərəliliyinin yüksəldilməsinə çalışmaq;

+ firmanın və onun istehsal bölmələrinin səmərəli fəaliyyətinə birbaşa məsul olan şəxslərə təsərrüfat fəaliyyətində müstəqillik vermək;

+ hüquq və səlahiyyətlərin vəhdətini və bərabərliyini təmin etmək;

+ bazarda tələb və təklifin vəziyyətindən və məqsədli bazarın konkret əmtəə və xidmətlərə olan münasibətindən asılı olaraq nəzərdə tutulan məqsəd və proqramlara düzəlişlər etmək;

+ əsaslandırılmış idarəetmə qərarlarının qəbul olunması üçün müasir məlumat bazası və kompüter texnikasından geniş istifadə etmək;

+ optimal qərarlar qəbulu üçün cox variantlı hesablamaların aparılmasını təmin etmək;

+ idarəetmə əməkdaşlarının əməyinin səmərəsini yüksəltmək məqsədilə onun avtomatlaşdırılması və mexanikləşdirilməsi səviyyəsini yüksəltmək;

+ firmanın öz məqsədinə nail olması üçün bütün səviyyələrdə idarəetmə aparatına peşəkar və rəhbərlik edəcəyi sahədə işin təşkili üçün zəruri bilik və təcrübəyə malik, ümumilikdə idarəetmənin başlıca funksiya və metodları ilə tanış olan kadrlar seçmək;

+ firmanın texniki və texnoloji səviyyəsini daim təkmilləşdirmək, yeni və modernləşdirilmiş əmtəələr istehsalına nail olmaq üçün, elmi-texniki tərəqqinin son nailiyyətlərini daimi olaraq istehsala tətbiq etmək;

+ material, əmək və maliyyə ehtiyatlarının optimal sərfinə nail olmaq yolu ilə, firmanın qarşısında duran ümumi məqsədinə çatması üçün əməyin kooperasiyasının təşkil olunmasına obyektiv zəruri təsir göstərmək.

“Menecment”, “menecer” terminləri planlı təsərrüfat sistemində işlədilən “idarəetmə”, “idarəetmə fəaliyyəti”, “rəhbər”, “direktor” terminlərinin analoqu olmaqla, bazar iqtisadiyyatı ilə idarə olunan təsərrüfat komplekslərinə aiddir.

“Menecment” termini “idarəetmə” termininin xüsusi halı olmaqla bazar şəraitində sosial iqtisadi proseslərin idarə edilməsində istifadə olunur. Deməli, “idarəetmə” daha geniş əhatə dairəsinə malik olmaqla, təbiətdə baş verən fiziki və insan fəaliyyətinin bütün növlərinə aid olan proseslərin idarə edilməsini də nəzərdə tutur.

“Menecment” termini, Amerika mənşəli termin olmaqla, ingiliscə “management” sözündən götürülüb və hərfi mənada başqa dillərə tərcümə olunmadığından, beynəlxalq aləmdə, bütün dillərdə “menecment” kimi işlənir.Bununla əlaqədar olaraq, paralel olaraq eyni məzmuna malik olan həm “menecment”, həm də “idarəetmə” terminləri işlənir.

Menecment (idarəetmə) müstəqil peşəkar fəaliyyət növü olmaqla yanaşı, həm də onu nəzərdə tutur ki, menecerin (idarə edənin) fəaliyyəti onun işlədiyi firmada kapitalın mülkiyyət formasından asılı olmur. Menecer firmada muzdlu işçi kimi işləyib firmanın səhmdarı olmaya və ya həm də səhmdar olub menecer kimi işləyə bilər.

Menecerin əməyi məhsuldar əməkdir. Çünki onun əməyi, texnoloji prosesin, işçilərin yüksək səviyyədə ixtisaslaşma səviyyəsi ilə kombinasiya olunduğu şəraitdə bütövlükdə istehsal prosesinin tamlığını və ayrı-ayrı bölmələr arasında əlaqəni təmin edir.

Deməli, menecer bütövlükdə firma, müəssisə və onun ayrı-ayrı bölmələri və müxtəlif ixtisasa malik mütəxəssislərini bir-biri ilə zəncirvari şəkildə birləşdirir. Bütövlükdə isə firmanın əldə edəcəyi son optimal nəticə bu birləşmənin (əlaqənin) səmərəliliyindən çox asılı olur.

Peşəkar menecment deyir ki, idarəetmə sistemində subyekt kimi – idarəedici – menecer, obyekt kimi isə – idarə edilən – bütövlükdə firmanın və ya onun konkret sahələrinin təsərrüfat fəaliyyəti olmalıdır. Menecment nöqteyi nəzərdən firmanın təsərrüfat fəaliyyəti deyəndə aşağıdakılar nəzərdə tutulur:

+ iqtisadiyyatın sənaye, nəqliyyat, kənd təsərrüfatı, tikinti, bank işi, ticarət və s. kimi müxtəlif sahələrində göstərilən fəaliyyət;

+ firmanın təsərrüfat bölmələrində elmi-tədqiqat təcrübi konstruktor işləri, istehsalat, təchizat, satış, maliyyə və s. kimi mənfəət gətirməyə xidmət edən bütün fəaliyyət növləri;

+ firmanın mənfəət əldə etməsinə xidmət edən digər fəaliyyət növləri.

Beləliklə, “menecment” yalnız o kateqoriya firmalara şamil edilir ki, onlar öz fəaliyyətini mənfəət almağa yönəldirlər.

Menecment yalnız sənaye təyinatlı firmalara deyil, bazar şəraitində müstəqil subyekt kimi fəaliyyət göstərən bütün təsərrüfat sahələrinə: banklara, sığorta cəmiyyətlərinə, turizm firmalarına, mehmanxanalara, nəqliyyat kompaniyalarına, səhiyyəyə və s. şamil edilir.



Menecmentin iqtisadi mexanizmi dörd blokdan ibarətdir: firmadaxili idarəetmə; istehsalın idarə olunması; işçi heyətinin idarə olunması; firma ilə qarşılıqlı əlaqədə olub, firmadan kənarda fəaliyyət göstərən amillər.

Menecment anlayışının məzmununa idarəetmənin elmi və praktikası, firmanın təşkilinin idarə edilməsi və idarəetmə qərarlarının qəbulu prosesi kimi baxmaq olar.

İdarəetmənin elmi əsasları deyəndə, idarəetmə praktikası bazasının nəzəri əsasları, yəni menecment praktikasını elmi təkliflərlə təmin edən elmi biliklər sistemi nəzərdə tutulur.

Xarici ölkə alimlərindən R. Ouen, F.Teylor, A. Fayol, P. Druker, M.X. Meskon, İ. Ansoff, A. Hilbert və başqaları idarəetmə elminin yaradılması və inkişafına dəyərli töhfələr vermişlər.



Ümumiyyətlə, iqtisadi ədəbiyyatda A. Fayol menecmentin yaradıcısı – “atası” – adlandırılır.

F. Teylor öz kitabında menecmeti dəqiq qanun və qaydaların təməli üzərində yaranmış elm hesab edərək, bunu elmi şəkildə əsaslandırdı. Burada ilk dəfə olaraq planlaşdırmanın işin faktiki olaraq yerinə yetirilməsindən ayrılması prinsipləri şərh olunmuşdur. F. Teylor ilk dəfə olaraq belə bir vacib postulatı əsaslandırdı ki, idarəetmə sahəsində görülən iş müəyyən bir sərbəst ixtisasdır və təşkilat müəyyən qrup adamların ən müvəffəqiyyətlə yerinə yetirə biləcəkləri iş sahəsində cəmləşmələrindən uduş əldə edir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə