Ehm-iN İNKİŞaf məRHƏLƏLƏRİ ehm-in yaranma tariXİ




Yüklə 427.18 Kb.
səhifə1/7
tarix11.04.2016
ölçüsü427.18 Kb.
  1   2   3   4   5   6   7
EHM-İN İNKİŞAF MƏRHƏLƏLƏRİ

EHM-İN YARANMA TARİXİ

21-ci əsrdə texnikanın, elmin, iqtisadiyyatın sürətlə inkişaf etməsi ilə əlaqədər informasiya axınının çoxalması müşahidə edilir. İnformasiya axınını idarə etmək üçün dövrün tələbi olan kompüter texnikasından istifadə etmək zərurəti yaranır. Kompüter texnikası müasir dövürdə qlobal hesablamalar aparmaq üçün, ən müxtəlif reaktiv siyahıların hazırlanması üçün, böyük elmi-texniki layihələr üçün istifadə olunur. Bir sözlə müasir dövr öz həyatını kompütersiz təsəvvür edə bilməz. EHM-lərin yaradıcılarından olan Qluşkov yazırdı:



Əgər müasir EHM-lər olmasaydı bəşəriyyətin tam yarısı hesablama aparmaq məqsədi ilə digər yarısına xidmətçi işləməli idi.

Məsələn: İngilis riyaziyyatçısı Şenks 19-cu əsrdə Π ədədinin təqribi qiymətinin tapilmasına 20 ildən artıq vaxt sərf edilmişdir. Lakin EHM-lər bu işi çox az müddətdə 500000 rəqəmə qədər dəqiqliklə icra edə bilir. EHM-lərin tarixinə nəzər salsaq görürük ki, təxminən 4000 il bundan əvvəl qədim misirlilər və yunanlılar hesablama aparmaq üçün müxtəlif sadə vasitələrdən istifadə edirdilər. Daha sonralar Abak yaradıldı. Hətda orta əsrlərdə riyazi məsələlər o zaman həll olunmuş hesab olunurdu ki, o məsələlər abakda həll olunmuş olsun.

Tarixi məlumatlara əsasən rəqəmlər hərflərdən əvvəl yaranmışdır. Məsələn: 13-cü əsrdə 1202 ərəb rəqəmlərindən istifadə edərək yazılı hesablama üsulu yaranmışdır. Sonralar bu hesablama üsulu Avropada Fibonaççi üsulu adlandırıldı. Bu dövrdən sonra yazılı hesablama üsulu geniş istifadə olundu, abak köməkçi vasitəyə çevrildi. Ümumiyyətlə informasiyanın saxlanılası üçün ən münasib vasitə yazıdır.

EHM-İN NƏSİLLƏRİ

EHM-in inkişaf mərhələsi şərti olaraq bir-birini əvəz edən nəsillərə bölünür.Hər bir nəsil isə elektron hesablama maşınını təşkil edən elementlərlə - element bazası ilə bir birindən fərqlənirdi. EHM-in yeni nəsli özündən əvvəlkilərdən ölçülərinin kiçikliyinə, proqram təminatına, sürətinin böyüklüyünə, etibarlılığına görə fərqlənirdi.



Birinci nəsil EHM-lərin element bazası əsasən elektron lampalar olmuş, onlar 60-cı illərin sonunadək hazırlanmış və buraxılmışdır. Bu maşınların sürəti çox deyildi və saniyədə 20 min Əməliyyatı yerinə yetiridi. Birinci nəsil EHM-lərə «URAL». «URAL2». «STRELA». «M-1». BESM-2» və.s misal göstərmək olar.

İkinci nəsil EHM-lərin meydana gəlməsi yarımkeçirici elementlərin – tranzistorların kəşfindən sonra mümkün oldu. Element bazası olaraq tranzistorlardan istifadə olunan ikinci nəsil EHM-lər saniyədə 100 min əməliyyatı yerinə yetirirdi. İkinci nəsil maşınlara «MİNSK-2». «MİNSK-22». «URAL-14», «M-22», «M-220». «BESM-4». «MİR-2», «URAL-16» və.s misal göstərmək olar. Bu maşınlar bir-birindən fərdi dilinin olması ilə fərqlənirdilər və bir maşın üçün yazılmış proqramlardan digər maşında istifadə etmək mümkün deyildi.


Üçüncü nəsil EHM-lərin üçüncü nəslinin əsasını inteqral sxemlər təşkil edir. Yaddaşı milyonlarla sözdən ibarət olan üçüncü nəsil maşınlar saniyədə 1 milyona qədər əməliyyat apara bilirdi. Üçüncü nəsil EHM-lərə «ES-1010», «ES-1060», «ES-1061» və.s misal göstərmək olar. «ES-1020» saniyədə 10000 əməliyyat, «ES-1061» maşını isə 2000000 əməliyyatı yerinə yetirirdi.

70-ci illərdə «böyük inteqral sxemlər» in (BİS) ilə əlaqədar olaraq EHM-lərin dördüncü nəslinin yaradılmasına başlanıldı. BİS-lərin ölçülərinin çox kiçik – bir neçə santimetr olması və bu sxemlərdən istifadə edilməsi EHM-lərin etibarlılıq səviyyəsini və yüksək sürətini – saniyədə bir neçə milyon əməliyyatı yerinə yetirməsini təmin edir. EHM-lərin prosessorunun bir silisium kristalında yerləşdirilməsi XX əsrin ən böyük nailiyyətlərindən sayılır. Belə birkristallı prosessorlar – mikroprosessorlar adlanır. Nəticədə EHM-lərin bütün qurğularının elektron sxemlərini bir platada yerləşdirmək mümkün oldu və bir neçə il bundan əvvəl böyük salonları tutan EHM-i isə ölçülərinə və dəyərinə görə hər hansı istifadəçinin bilavasitə iş stolunda istifadə etməsi üçün yararlı etdi. Bununlada fərdi EHM-lər, cib və stolüstü mikrokalkulyatorlar meydana çıxdı.

EHM-lərin beş və altıncı nəsli XXI əsrin süni intellektə malik maşınları olacaqdır. Bu kompüterlər super böyük inteqral sxemlərin (SBİS) yaradılması ilə əlaqədardır.


EHM-İN QURLUŞU

Biz bilir ki, EHM-lərin qurluçu 5 hissədən ibarətdir.




  1. Giriş qurğuları

  2. Hesab-məntiq qurğuları

  3. İdarəetmə qurğuları

  4. Yaddaş qurğuları

  5. Çıxış qurğuları

1) Giriş qurğularına informasiyanı daxil edən qurğular aiddir.

İnformasiyanı daxil edən qurğulardan ən önəmlisi klaviaturadır. Müasir kompüterlərin klaviaturaları 105-110 düymədən ibarətdir. Bu düymələr funksional, işçi düymələr, hərf və rəqəmlərdən ibarət olur. Informasiyanı kompüterə daxil etmək üçün digər vasitələrdən də istifadə etmək olar. Bunlara xüsusi informasiya daşıyıcıları aiddir.
2) Kompüterin həm hesabi həm də məntiqi işlərini icra edən hesab-məntiq qurğusu ana lövhənin üzərində yerləşdirilmişdir. Hesab-məntiq qurğusunun əsas funksiyası kampüterin ümumi xarakteristikasını təyin edir. Hesab-məntiq qurğuları kompüterə daxil olunan əmrlərin kompüter tərəfindən başa düşülməsini təmin edir. Hesab-məntiq qurğusu kompüterə daxil olan bütün hesabi və məntiqi işləri kompüterin başa düşdüyü dildə icra edir. Nəticəni isə istifadəçiyə onun başa düşdüyü kimi təqdim edir.
3) İdarəetmə qurğuları - EHM-lərin ümumi işini idara edir, onun bütün qurğularının iş fəaliyyətini tənzimləyir. İdarəetmə qurğusu hesab-məntiq qurğusu ilə birlikdə ana lövhənin üzərində yerləşdirilmişdir. EHM-lər işlədiyi müddətcə həm HMQ həm də

idarəetmə qurğusu daima fəailiyyətdədir. Bu qurğular çox hərəkətə gəldiyi üçün qızırlar. Bunun qarşısını almaq üçün xüsusi soyuduculardan istifadə olunur.


4) EHM-lərdə əməli və xarici yaddaşdan istifadə olunur. Kompüter informasiyanı əməli yaddaşında saxlayır. Əməli yaddaşa yazılan informasiya kompüter elektrik şəbəkəsindən ayrılana qədər saxlayır. EHM yenidən şəbəkəyə qoşulduqda informasiya bərpa olunmur. Bizə lazım olan informasiyanı uzun müddət yaddaşda saxlamaq üçün xarici yaddaşdan və xarici yaddaş kimi çevik və bərk maqnit disklərdən (vinçesterdən) və optik disklərdən (CD-ROM, DVD- ROM, CD-WRITE, DVD WRITE) istifadə etmeliyik.
5) Ən çox Manitor, Printer, Akustik kolonkalar, Plotter kimi çıxış qurğularından istifadə edilir.

EHM-İN, PROQRAMLAŞDIRMA VƏ KİBERNETİKA ELEMENTLƏRİNİN MƏKTƏB HƏYATINA DAXİL OLMASI MƏRHƏLƏLƏRİ

İnformatika elmi XX əsrin ikinci yarısında yaranmışdır. Onun inkişafı elektron hesablama maşınları texnologiyasının yaranması ilə əlaqədardır. Kiçik EHM-ləri kompüter adlandırırdılar ki, onun da tərcüməsi latın sözü olub hesablayıcı deməkdir.

EHM-lərin müasir cəmiyyətdə insan fəaliyyətinin ən müxtəlif sahələrinə tədbiq edilə bilməsi EHM-in unversal qurğu olması ilə izah olunur.

XX əsrin 50-ci illərində elektron hesablama maşınlarının ilk nəsilləri həyata vəsiqə aldı. Bununla birlikdə insanların yeni fəaliyyət sahəsi elektron hesablama maşınlarında proqramlaşdırma inkişaf etməyə başladı.

EHM-lərin ilk nəsilləri ölkənin elmi-tədqiqat müəssisələrində və böyük ali məktəblərində elektron hesablama mərkəzlərində cəmləşdirildi. Artıq 50-ci illərin sonlarında riyaziyyatçı proqramçılar yetişməyə başladı.Bu işə akademik A.P.Yerşov rəhbərlik edirdi.

İnformatikanın tədrisi ilə bağlı 1960-cı illərin əvvəllərindən başlayaraq riyaziyyat təmayüllü məktəblərdə və siniflərdə proqramlaşdırma kursu üzrə proqram materiallarının öyrənilməsinə başlanmışdır. Məktəblərin proqramlaşdırma sahəsində ixtisaslaşmasının müsbət əhəmiyyəti vardır. Bu bir sıra metodik vasitələrin yazılmasına, məktəbdə proqramlaşdırmanın aid çoxlu məsələlərin həll edilməsinə gətirib çıxardı.

Məktəb informatika kursunun əsasları 60-cı illərdə inkişaf etməyə başladı. Bunun kibernetika elementlərinin təlimini eksperiment qaydasında həyata keçirməyə imkan verdi. Bu sahədə ilk tədqiqat işləri V.S.Ledneve aiddir. Sonralar bu istiqamətdə aparılan elmi-metodik işlərə V.S.Lednivin şagirdi A.A.Kuznetsov da qoşuldu. Onların birgə fəaliyyəti nəticəsində kibernetikanın əsaslarının orta məktəbdə öyrədilməsinin ümum-təhsil və politexnik əhəmiyyətini müəyyən edən nəticələr əldə olundu. Nəticələrə əsasən “kibernetika ümumtəhsil məktəblərində ayrıca fənn kimi öyrənilməlidir”.

EHM-də proqramlaşdırmanın əsasını alqoritimləşdirmə anlayışı təşkil edir. Aşağıda alqoritimləşdirmənin əsasını təşkil edən alqoritmik mədəniyyətin kompanentləri verilir.




  1. Alqoritm anlayışı və onun xassələri. Alqoritm alqoritimləşdirmənin əsas anlayışı olmaqla alqoritmik mədəniyyətin əsas komponentlərindən biridir. Alqoritimləşdirmənin təlimi zamanı bu anlayışın ciddi və dəqiq tərifindən istifadə etmək vacib deyil. Sadəcə olaraq onun aydınlıq, kütləvilik, diskretlik, nəticəlik xassələrinin məzmununu aydınlaşdırmaq lazımdır.


2. Alqoritmin təsvirolunma dilləri. Alqoritm dil anlayışı ilə əlaqəlidir. Dilin seçilməsi

alqoritmin tədbiq sahələri ilə müəyyən olunur. Dil müəyyən imkanlara malikdir və istifadəçiyə alqoritimləşdirmə zamanı bu və ya digər məqsədləri həyata keçirməkdə xidmət edir.



3. Təsvirin formallaşdırılması səviyyəsi. Təsvirin formallaşdırılması anlayışı dil anlayışı ilə ayrılmaz əlaqəyə malikdir. Avtomat üçün tərtib olunmuş təsvirdə dildən istifadə edilirsə, bu dil ciddi qanunlara tabe olur və müəyyən formal sintaksis əmələ gətirir. Buna oxşar hallarda deyillər ki, dil formallaşdırılmışdır.


  1. Diskretlik prinsipi. Alqoritmin qurulması qarşıya qoyulmuş, tələb olunan nəticəni almaq üçün yerinə yetirilən məqsədyönlü elementar əməliyyatlar ardıcıllığının tərtib edilməsidir. Bu əməliyyatlar ardıcıllığı alqoritmin təsvirinin diskret strukturunu təyin edir.


5. Bloklar prinsipi. Bəzən alqoritmi tərtib edərkən onu müxtəlif səviyyələrdə

hissələrə ayırmaq lazım gəlir. Bu, məsələ mürəkkəb olduğu zaman meydana çıxır,

və proqramçı məsələni müəyyən bloklara ayırır və onların hər birini ayrılıqda həll

həll edir. Bundan sonra bloklar arasında əlaqə yaradır, məsələnin ümumi həllini

tapır.
6. Budaqlanma prinsipi. Alqoritimlərin təşkili dilin məntiqi (budaqlanan) vasitələrin

dən istifadəni tələb edir. Alqoritmik mədəniyyətin vacib komponentləri

aşağıdakılardır.


  • Giriş verilənlərdən aslı olaraq hər bir mərhələnin nəticəvi olması üçün bütün imkanlara baxmaq lazımdır;

  • Müəyyən olunmuş şərtə əsasən giriş verilənin qiymətindən asılı olaraq alqoritmin icrası zamanı mümkün yollardan biri seçilir.


7. Dövrülük prinsipi. Əksər alqoritmlərdə təkrarlanan hissələri bir dəfə təsvir edir

və ondan dəyişənlərin müxtəlif qiymətlərində hesablamalar aparmaq üçün istifadə

olunur. Bu hallar əməliyyatların yanlış həcmini azaldır.


  1. Alqoritmin yerinə yetirilməsi. İstifadəçinin əsas alqoritmik mədəniyyətinin

elementlərindən biri də onun alqoritimləşdirmə prosesində alqoritmin müəyyən hissələrinin işləməsindən gözlənilən nəticələrin alına bilməsini duymaq qabiliyyətinin olmasıdır.



  1. Verilənlərin təşkili. Alqoritmin emalı üçün istifadə olunan verilənlər giriş

verilənlər adlanır. Istifadəçi alqoritmin işləməsi üçün aralıq və son nəticələrin nə zaman alınma ardıcıllığını bilməlidir.
ELEKTRON KALKULYATORLAR VƏ EHM-İN KÜTLƏVİ TƏDBİQİ

70-ci illərin ikinci yarısından başlıyaraq metodist alimlərin diqqətini daha geniş yayılmış portativ mikroprossorlu cihazlar – mikrokalkulyatorların tədris prosesində tədbiqi cəlb etməyə başladı. Bu mikrokalkulyatorlardan istifadə bir sıra, o cümlədən riyaziyyat, fizika, kimya fənnlərinin tədrisi metodikasında yeni imkanların tədbiqini reallaşdırdı.

Mikroprossorların istehsalının mənimsənilməsi EHM-in kütləvi yayılmasına və tədbiqinə imkan yaratdı. Həmin vaxtlarda EHM-in məktəbə daxil olması ilə bağlı müxtəlif fikirlər olmasına baxmayaraq hesablama texnikası tədris prosesinə daxil oldu və özünün müsbət nəticələrini verməyə başladı. Hazırda Azərbaycan höküməti təhsilin kompüterləşdirilməsi ilə bağlı müəyyən tədbirlər planı hazırladı və bunları Dünya Bankının dəstəyi ilə müvəffəqiyyətlə həyata keçirir.

İNFORMATİKA VƏ HESABLAMA TEXNİKASININ ƏSASLARI”NIN MƏKTƏB KURSUNA DAXİL EDİLMƏSİ

Azərbaycan keçmiş Sovetlər birliyi tərkibində olan bir ölkə kimi təhsil müəssələrində 1984-cü ildə qəbul edilmiş “Ümumtəhsil və peşə məktəbləri islahatının əsas istiqamətləri”ndə göstərilən təşkilati-metodik işləri həyata keçirmişdir. Məktəb islahatının əsasnaməsində “İnformatika və hesablama texnikasının əsasları”nın təlim-tərbiyə prosesinə daxil edilməsinin vəzifələri və gənclərin ümumi kompüter mədəniyyətinin formalaşmasını təmin etmək qeyd olunurdu.

1984-cü ilin sonlarında A.P.Yerşovun və V.M.Monoxovun birgə rəhbərliyi ilə ölkənin müxtəlif regionlarının ümumtəhsil məktəblərində tədris olunacaq “İnformatika və hesablama texnikasının əsaslar” fənni üçün proqram hazırlanmasına başlandı. İşin nəticəsi 1985-ci ilin ortalarında keçmiş SSRİ Maarif Nazirliyi tərəfindən bəyənildi. Hökümət ümumtəhsil məktəblərində tədris olunması məsləhət bilinən “İnformatika və hesablama texnikasının əsasları” fənninin strateji xəttini, gənclərin kompüter mədəniyyətini formalaşdırmaq məsələsini yerinə yetirmək xəttini müəyyənləşdirdi və fənnin tədrisinə 1985-ci ilin 1 sentyabrından başlanılmasını zəruri hesab etdi. Qısa müddətdə şagirdlər və müəllimlər üçün sınaq dərs vəsaiti hazırlandı. Dövlət məktəblərin kompüterləşdirilməsi problemini həll etmək üçün yeni “İnformatika və təhsil(rus dilində)” adlı elmi-metodik jurnal təsis etdi və jurnal 1986/87-ci ilinin əvvəllərində nəşr olundu.

Azərbaycanda yaşayan mütəxəsislərdə bu jurnaldan bəhrələnməklə təhsil sistemində informatikanın tədrisi ilə bağlı müəyyən işlər görmüşlər.

Azərbaycan Respublikası Müstəqillik qazandıqdan sonra bu sahəyə diqqət daha da artdı və ölkənin ali məktəblərində İnformatika müəllimlərinin hazırlanmasına başlanıldı.



İNFORMATİKANIN TƏDRİSİ METODİKASININ

PREDMETİ

İNFORMATİKA ELM KİMİ: PREDMET VƏ ANLAYIŞLAR

Keçən əsrin ortalarından başlayaraq Respublikamızın təhsil müəssələrində “İnformatika və HTƏ” fənni tədris olunur. Fənnin tədrisini informasiya anlayışı, onun ümumi xassələri, axtarışı, yığımı, saxlanılması, çevrilməsi, ötürülməsi və insan fəaliyyətinin müxtəlif sahələrində istifadə olunması təşkil edir.



İnformatika termini elektron hesablama maşınlarının yaradılması ilə əlaqədar meydana gəlmiş və hələlik birmənalı təyin edilmişdir.

XX əsrin 60-70-ci illərində Fransada “informatique” kimi daxil edilmiş informatika termini “informatione” (informasiya) və “avtomatique” (avtomatika) sözlərindən əmələ gəlmiş Rusiya və MDB ölkələrində geniş yayılmışdır.

Rus alimi, akademik A.P.Yerşov keçən əsrin 70-ci illərinin ikinci yarısından başlayaraq bu anlayışdan geniş istifadə etmişdir və onu informasiyanın ötürülməsi və emalını öyrənən fundamental elm sahəsi adlandırmışdır.

Əsas məsələ İnformatika elminin obyekti və predmetini müəyyən etməkdir. Ümumi qneseloji planda obyekt və predmet biri digərinə nəzərən qarşı qoyulmuşdur.



Obyekt – tədqiqatçının istiqamətlənmiş fəaliyyəti sahəsidir.

Predmet – subyekt və tədqiqat obyekti arasında bilavasitə əlaqələndirici bölmədir.

Elmin predmeti anlayışı təfəkkürün obyektiv və subyektiv tərəflərinin dialektik vəhdətidir və elmin obyekti anlayışı ilə eyniyyət təşkil edir. Predmetin obyektdən əsas struktur fərqi predmetə aid olan əsas xassə və əlamətlərlə fərqlənir. Obyekt obyektiv reallığın bir hissəsi kimi subyekt tərəfindən müəyyən olunur.

İnformatikanın orta məktəb problemlərini öyrənən bölməsi məktəb informatikası adlanır. Məktəb informatikası tədris-metodiki, texniki proqram təminatının işlənməsi, EHM-in məktəbdə tədris prosesinə tədbiqini təşkil etməklə məşğul olur.

İnformatikanın fundamental əsasını:




  • Nəzəri informatika;

  • Informatlaşdırma vasitələri;

  • Informasiya texnologiyaları;

  • Sosial informatika

bölmələri təşkil edir.




Nəzəri informatka informatikanın fəlsəfi əsaslarını, riyazi və informasiya modellərini, alqoritimləri, həmçinin informasiya sistemləri texnologiyalarının işlənməsi və layihələndirilməsi üsullarını öyrənir.
Informatlaşdırma vasitələri texniki və proqram vasitələrinə ayrılır.

Texniki vasitələrə fərdi kompüterlər, işçi stansiyalar, informasiyanın giriş-çıxış qurğuları, EHM-in şəbəkəsi, kompüter telekommunikasiya sistemləri aiddir.

Proqram vasitələrinə əməliyyat sistemləri və örtükləri, proqramlaşdırma dilləri və sistemləri, istifadəçinin interfeysi, kompüterarası əlaqə proqram vasitələri, mətni və qrafiki redaktorlar, verilənlər bazasının idarəetmə sistemi, elektron cədvəl prossorları, nəşriyyat sistemləri, hesabatların, layihələrin və verilənlərin emalı, həmçinin süni intellekt sistemləri aiddir.
İnformasiya texnologiyası giriş verilənlərin daxil edilməsi və çıxışını, yığılmasını, saxlanılması, ötürülməsi və emalını; mətni və qrafiki sənədlərin hazırlanmasını, texniki sənədləşdirməni; proqramlaşdırmanı, lahiyələndirməni, modelləşdirməni, təlimi, dioqnostikanı, idarəetməni öyrənir.
Sosial informatika cəmiyyətin sosial-iqtisadi və mədəni inkişafının faktoru kimi informasiya resuslarını, cəmiyyətin informasiya infastrukturunu, informatlaşmış cəmiyyətdə şəxsiyyətin inkişafının yeni imkanlarını, demokratikləşdirmə problemlərini və onların həlli yollarını, şəxsiyyətin informasiya mədəniyyəti və informasiya təhlükəsizliyi məsələlərini öyrənir.

İNFORMATİKA TƏDRİS FƏNNİ KİMİ

Məktəbdə tədris olunan “İnformatika və HTƏ” fənninin məzmunu inkişaf edən informatika elminin tərkib hissəsidir. Bu fənn də ümumtəhsil məktəblərində tədris olunan digər fənnlər kimi ümumtəhsil funkisyalarını yerinə yetirir, ümuməhəmiyyətli fundamental anlayışları və məlumatları, digər elmləri öyrənmək üçün zəruri bilik, bacarıq və vərdişləri formalaşdırır, gənc nəsli gələcəyin fəal qurucularını informatlaşmış cəmiyyətdə praktik həyati fəaliyyətə hazırlayır.

Uzun müddət alim - pedoqoqları belə bir sual maraqlandırmışdır: informatikanı müstəqil fənn kimi, yoxsa, onu bütün fənlərin məzmununa daxil etməklə öyrənməli?

V.S.Lednev uzun illər apardığı nəzəri və təcrübi tədqiqatları təhlil edərək ümumtəhsilin məzmununun fundamental əsasını kibernetik biliklərin təşkil etdiyini qeyd edərək, bunu həyay keçirmək üçün informatika fənninin müstəqil fənn kimi öyrənilməsi nəticəsinə gəlmişdir.

V.S.Lednev ətraf aləmin informasiyalar əsasında dərk olunması ilə bağlı ümumtəhsil məktəblərində öyrənilən fənləri iki qrupa ayırır:


  • Materyanın zərrəcik-enerjidən təşkil olunduğunu öyrənən elmlər (fizika,kimya kosmologiya və.s)

  • Materyanın kibernetik təşkilini öyrənən elmlər (kibernetika, biologiya, antropoloji elmlər sistemi və.s)

Informatika fənni praktik olaraq şagirdlərdə dünyanın kibernetik - informativ mənzərəsinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan informatikanın müstəqil elm kimi öyrənilməsi vacibdir.




İNFORMATİKANIN TƏDRİSİ METODİKASI PEDOQOJİ ELMLƏRİN YENİ BÖLMƏSİ VƏ İNFORMATİKA MÜƏLLİMLƏRİNİN HAZIRLANMASINDA TƏDRİS FƏNNİ KİMİ

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində “İnformatika və hesablama texnikasının əsasları” fənninin öyrənilməsinə 1985/86-cı ilindən başlanılmışdır. Yeni elm sahələrinin yaranması və inkişafı müasir dövrdə informatika təliminin qarşısına müəyyən tələblər qoymuşdur. Hazırda aparılan tədqiqatların nəticəsi olaraq pedoqoji elmlərin bir bölməsi kimi informatikanın hətda məktəbəqədər təhsil-tərbiyə müəssələrində öyrənilməsinə başlamaöin vacibliyi qeyd edilir və bunun kiçik yaşlı uşaqların məntiqi təfəkkürünün inkişafına xidmət etdiyi vurğulanır.

İnformatika fənninin tədrisi metodikası aşağıdakı problemləri həll etməyi məqsədəuyğun hesab edir:


  • Informatikanın öyrənilməsinin konkret məqsədlərini müəyyən etmək;




  • Ümumtəhsil fənni kimi informatikanın bazis tədris planında yerini və məzmununu müəyyən etmək;






  • Informatika təliminin vasitələrinə baxmaq və onları praktikada tədbiq etmək üçün praktik müəllimlərə məsləhətlər vermək

Başqa sözlə desək, informatikanın tədrisi metodikası da digər fənlərin tədrisi metodikası da digər fənlərin tədrisi metodikası qarşısında duran ənənəvi üç əsas suala cavab verməlidir.




  1. nə üçün informatikanı öyrənmək olar?

  2. informatikadan nəyi öyrənmək olar?

  3. informatikanı necə öyrənmək olar?

İnformatika elmi, pedaqogika, psixologiya və informatikanın tədrisi metodikası ilə bu suallara cavab verir.

İnformatikanın tədrisi metodikası digər fənlərin tədrisi metodikası ilə müqayisədə elmin yeni-cavan sahələrindən biridir. Və hal hazirda nəinki riyaziyyat-informatika sahəsində

təhsil alan tələbələr, həmçinin digər təhsil sahələrində təhsil alan tələbələr belə informatikanı, onun bu və ya digər sahələrini öyrənirlər.


İNFORMATİKA FƏNNİNİN MƏKTƏB KURSUNA DAXİL

EDİLMƏSİNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ


FƏNNİN ÜMUMİ VƏ XÜSUSİ MƏQSƏDLƏRİ

Ümumtəhsil məktəblərində tədris olunan fənlər kimi informatika fənni də şagirdlərin hərtərəfli inkişafına, onların peşə hazırlığına, istənilən peşəni mənimsəmələrinə kömək məqsədi daşıyır. Bu fənnin ümumtəhsil məktəblərində tədrisinin ümumi məqsədləri aşağıdakılardır:




  • ümumtəhsil və inkişafetdirici məqsədlər;

  • praktik məqsədlər;

  • tərbiyəvi məqsədlər.

Informatika təliminin ümumi məqsədləri onun özünəməxsus xüsusiyyətlərini, elmlər sisteminde və müasir cəmiyyətin həyatında yerini və rolunu müəyyən edir.




  • Məktəbdə informatika təlimin ümumtəhsil və inkişafetdirici məqsədi hər bir şagirdə informatika eliminin əsasları haqqında ilkin fundamental biliklər verməkdir. Buraya informasiyanın ötürülməsi, istifadə olunması, çevrilməsi prosesləri və bu zəmində şagirdlərə dünyanın müasir elmi mənzərəsini açmaq daxildir. İnformatika sahəsində biliklərin mənimsənilməsində qazanılan bacarıq və vərdişlər şagirdlərin şəxsiyyətinin formalaşmasında, onların təfəkkürünün və yaradıcılıq qabiliyyətlərinin inkişafında mühüm rol oynayır.

  • Məktəbdə informatika kursunun praktik məqsədi şagirdləri əmək və texnoloji baxımdan, başqa sözlə, məktəbi bitirdikdən sonrakı əmək fəaliyyətinə hazırlayır. Bu baxımdan məktəb informatika kursuna informatikanın əsas anlayışları ilə tanış olmaq kimi deyil, şagirdlərin daxili aləmini inkişaf etdirən, praktik istiqamətini müəyyən edən fənn kimi baxmaq lazımdır.

  • Məktəbdə informatika kursunun əsas tərbiyəvi məqsədlərindən biri şagirdlərdə elmi dünyagörüşü formalaşdırmaqdır. Bu zaman şagirdlər 3 əsas anlayışı zərrəcik, enerji, informasiya anlayışlarını bir anlayış kimi başa düşürlər.

Informatikanın tədrisi metodikasının ümumi məqsədləri ilə yanaşı onun konkret məqsədləri də var. Konkret (xüsusi) məqsədlərə aşağıdakıları aid etmək olar.



  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə