Edu 411 Aktiv pedoqoji təcrübə Ümumi məlumat




Yüklə 42.34 Kb.
tarix10.04.2016
ölçüsü42.34 Kb.
Xəzər Universiteti

Təhsil fakültəsi



EDU 411 Aktiv pedoqoji təcrübə
Ümumi məlumat: Xəzər Universiteti Təhsil fakültəsində Pedoqoji təcrübə bakalavr təhsil proqramının 4-cü ilində, payız və yaz semestrlərində, hər semestr 12 həftə ərzində təşkil olunur. Fənlər üzrə müəllimlik ixtisasının sonuncu kurs tələbələri payız semestrində passiv, yaz semestrində isə aktiv pedoqoji təcrübə keçirlər.
Tədris ili və semestr: 2015/16-ci tədris ili, Yaz semestr
Prerekvizitlər: EDU105, PSYC 304, EDU302, EDU 407

Təcrübənin müddəti: 12 həftə

Kreditlərin sayı/saatlarının bölgüsü:


Kretditlərin sayı

Saatların bölgüsü

Fəaliyyət

6 kredit (12 ECTS)

24 saat (həftədə 2 akademik saat)

Müşahidə edilən dərslərin təhlili

72 saat (həftədə 6 saat, bu saatlara tələbələrin keçəcəyi sınaq dərslər daxildir)


Müşahidə və sınaq dərslər.

Sınaq dərslərin miqdarı 5 dərsdir. Qeyd: təcrübənin təşkil olunduğu məktəbin imkanları və ehtiyacları çərçivəsində bu sınaq dərs ən az 3 dərs olaraq təşkil olunmalıdır. Təcrübəçi müəllim digər 2 sınaq dərsin geniş planını və dərs materiallarını qrupundakı digər təcrübəçi müəllimlər və metodistə təqdim etməlidir.


12 saat (semestr üzrə)



Məktəbin mədəni-kütləvi tədbirlərinin təşkilində fəal iştirakı

108 saat (semestrdə)



Fərdi iş (hesabatların, gündəlik müşahidələr əsasında həftəlik hesabatların, dərs planlarının, dərs nümunələrinin, dərs materiallarının hazırlanması, sınaq və açıq dərslərin dərs dinləmə formalarının müzakirələrə hazırlanması)


Aktiv pedoqoji təcrübənin təsviri
- Aktiv pedoqoji təcrübədə təcrübəçi müəllim əsasən aşağıda başlıqlarla qeyd olunan fəaliyyətləri müşahidə edir, müşahidələrini qeyd edir və fakültə tərəfindən təyin edilən metodistlə müşahidələrini paylaşır və müzakirələr aparır.

- Aktiv pedoqoji təcrübədə təcrübəçi müəllim passiv pedaqoji təcrübədə əldə etdikləri müşahidələrə və təhlillərə əsaslanaraq, təyin olunduqları siniflərdə, MM-lərlə əvvəldəcən razılaşdırdıqları günlər və saatlarda sınaq dərslər keçirir.

- Aktiv pedaqoji təcrübədə təcrübəçi müəlim eyni zamanda təyin edildiyi sinifdə təlimin planlaşdırılması, təlim materiallarının və qiymətləndirmə vasitələrinin hazırlanması prosesində müəllimə asistentlik edir, təcrübəçi müəllim təcrübəsi ilə günbəgün tanış olur, eyni zamanda şagirdlərlə ünsiyyətdə olur və kiçik qruplarla işləyir.

Passiv pedoqoji təcrübədə təcrübəçi müəllim gündəlik müşahidə formasında nəzərdə tutulan meyarlar əsasında hazırladıqları gündəlikləri və həftəlik hesabatları yazılı şəkildə metodist müəllimə təqdim edir, seminar saatlarında digər təcrübəçi müəllimlərlə müşahidələrini seminarın mövzusuna uyğun olaraq müzakirə edir.


Təcrübənin məqsədi
Passiv pedaqoji təcrübənin məqsədi təcrübəçi müəllimi əyani şəkildə məktəb və sinfin fəaliyyətilə tanış etmək, 4 il ərzində öyrəndikləri nəzəri pedoqoji bilikləri məktəb mühitində müşahidə edərək, müəllimlik fəaliyyətinə hazırlamaqdır.
Gözlənilən təlim nəticələri
Aktiv pedaqoji təcrübənin sonunda təcrübəsi müəllimin aşağıdakı bilik və bacarıqlara sahib olması gözlənilir:

 


  • Sinifdəki fəaliyyətləri müşahidəetmə, təsviretmə və təhliletmə bacarıqlarını inkişaf etdirir,

  • Sinfin tədris planına və məqsədlərinə uyğun sınaq dərslər hazırlayır və tətbiq edir (minimum 3 açıq dərs),

  • Sağlam və səmərəli tədris (öyrətmə və öyrənmə) mühiti yaratmağı və sinfi idarəetməyin yollarını müzakirə edir,

  • Mentor müəllimlə / Metodistlə təlimin planlaşdırılması və qiymətləndirilməsi məsələlərində qarşılıqlı əməkdaşlıq qurur,

  • Sinifdəki şagirdlərlə səmərəli ünsiyyət qurmağın yollarını müzakirə edir,

  • Dərsin məqsədlərini təyin edir,

  • Dərs materialları hazırlama sahəsində təcrübə qazanır,

  • Şagird nailiyyətinin qiymətləndirilməsinə dair təcrübə qazanır.



Qiymətləndirmə strategiyası

S.S

Aktiv pedoqoji təcrübənin qiymətləndirmə meyarları

Qiymətləndirmə göstəricisi

1.

Davamiyyət

5%

2.

Mentor müəllimin və metodistin rəyi

5%

3.

Meyarar əsasında (Əlavə 1) tərtib edilən gündəlik müşahidə dəftəri və Həftəlik yazılı hesabat (Əlavə 2) - 10 ədəd

10%

4.

Ən az 5 müxtəlif təcrübəçi müəllimlərin sınaq dərsinə aid 10 ədəd dərs dinləmə vərəqi

10%

5.

Müzakirələr zamanı fəallıq

10%

6.

Sınaq və açıq dərslərinin hazırlanması və keçirilməsi

60 %

Cəmi:

100%

Təcrübə rəhbərinin vəzifələri


  • Təcrübəçi müəllimləri təcrübə keçəcəkləri məktəblə, məktəbin vizyonu, fəlsəfəsi, məqsədləri və məktəbin nizam-intizam qaydaları ilə tanış etmək,

  • Təcrübəçi müəllimləri istiqamətləndirmək (oriyentasiya),

  • Təcrübəçi müəllimlərin davamiyyətlərinə nəzarət etmək, məktəbdə qarşılaşacaqları problemləri həll etmək,

  • Təcrübəçi müəllimləri məktəbin fəaliyyət planı, fənlər üzrə illik planlaşdırma nümunələri, məktəbin gündəlik planlaşdırma nümunəsi, məktəb cədvəli və s. kimi sənədlərlə tanış etmək,

  • Təcrübəçi müəllimlərin təcrübə keçəcəkləri sinifləri, saatları və mentor müəllimləri təyin etmək,

  • İmkan daxilində təcrübəçi müəllimlərin sınaq dərslərini müşahidə etmək və rəy vermək,

  • Pedaqoji təcrübəni Təhsil fakültəsinin tələbləri çərçivəsində təşkil etmək, məktəblə fakültə arasında koordinasiya yaratmaq,

  • Mentor müəllimlər və metodistlərlə təcrübəçi müəllimlərin problemlərini müzakirə etmək, çətin və problemli məsələlərdə fakültədən dəstək istəmək,

  • Fakültə rəhbərliyinə təcrübəçi müəllimlərlə əlaqədar yekun hesabat təqdim etmək.


Metodistin vəzifələri


  • Aktiv pedaqoji təcrübədə metodist müəllim 12 həftə ərzində təlimin planlaşdırılması, təlim materiallarının hazırlanması, şagird nailiyyətinin qiymətləndirilməsi, şagirdlərlə, valideynlər və həmkarlarla ünsiyyət qurma, məktəb sənədləri ilə işləmə, müəllim peşəkarlığı və etikası mövzularında minimum 24 saatlıq seminar təşkil edir,

  • Təcrübəçi müəllimlərin snaq dərslərində oturur, seminar saatında təcrübəçi müəllimlərin sınaq dərslərinin müzakirəsini təşkil edir,

  • Təcrübəçi müəllimlərin hazırladıqları dərs planları və dərs materialları ilə əvvəlcədən tanış olur,

  • Təcrübəçi müəllimlərin sınaq dərslərinin cədvəllərinin qurulmasını təmin edir,

  • Təcrübəçi müəllimlərin gündəliklərinin təyin edilmiş meyarlar üzrə yazılmasına, həftəlik hesabatların hazırlanmasına və qiymətləndirmə meyarlarında nəzərdə tutulan komponentlərin icrasına məsuliyyət daşıyır.

  • Təcrübəçi müəllimin təhkim olunduğu Mentor müəllimlə əlaqə saxlamaq və rəy yazılmasını təmin etmək.



Mentor müəllimin (MM) vəzifələri
Təcrübəçi müəllim nəzərə almalıdır ki, MM-lər çox məşğuldurlar və onlar bu fəaliyyətə könüllü qoşulmuşdurlar. Təcrübəçi müəllim mentor müəllimlərin sinif otağında apardıqları müşahidələri etik normalar çərçivəsində təhlil etməli, obyektiv olmalı və yersiz söz-söhbətlərə səbəb olmamalıdırlar. Eyni zamanda təcrübəçi müəllim bilməlidir ki, pedaqoji təcrübənin məqsədi onlara ən yaxşı nümunənin göstərilməsi deyil, universitetdə öyrəndikləri nəzəri və praktiki bilikləri təcrübə vasitəsilə real vəziyyətə tətbiq etmək, real vəziyyətdə necə davranacağını və ünsiyyət quracağını öyrənmək, ən vacibi isə öz təlim strategiyasını planlaşdırmaq, müşahidələrini təhlil etmək və gələcək müəllimlik peşəsi üçün düzgün təhlillər aparmaq və qərarlar qəbul etməkdir. Mentor müəllimlər də təcrübəçi müəllimin peşəkar müəllim kimi formalaşmağında vacib rol oynadıqlarının fərqində olmalı və təcrübəçi müəllimin öz təlim strategiyasını qura bilməsinə köməklik etməlidirlər.

  • MM-lər öz dərs dedikləri siniflərə müəyyən (2-3) sayda təcrübəçi müəllim qəbul etməlidir,

  • Təcrübəçi müəllim tədris ilinin əvvəlindən onların dərs dedikləri siniflərdə müşahidə aparmalı və MM-in fəaliyyəti ilə tanış olmalıdır,

  • MM təcrübəçi müəllimi illik və cari dərs planı nümunəsi ilə tanış etməlidir,

  • MM-lər illik dərs saatlarından ən az 3 saatının tədrisini təcrübəçi müəllimin tədris etməsinə imkan yaratmalı və bu dərslərin tədris ilinin əvvəlindən vaxtını və mövzusunun müəyyənləşdirilməsinə dəstək verməlidir,

  • Təcrübəçi müəllimin tədris edəcəyi sınaq dərslərin planı və dərs materialları ilə tanış olması, lazımi hallarda düzəlişlər etməlidirlər.

  • MM-lərin tədris ilinin son həftəsindəki dərslərini onların nəzarəti altında təcrübəçi müəllimlərin təşkil etməsinə və keçmələrinə şərait yaratmaları arzu olunur,

  • MM-lər gündəlik planlaşdırmanın, lazımi dərs materiallarının tərtib edilməsində, qiymətləndirmə tapşırıqlarının hazırlanmasında, kiçik qruplarda və fərdi yanaşmaya ehtiyacı olan şagirdlərin təlimində təcrübəçi müəllimin dəstəyindən istifadə edərək onların peşəkarlığını artırmasına töhvə verə bilərlər.



Təcrübəçi müəllimin vəzifələri
- Pedaqoji təcrübəyə davam etmək,

- təcrübə keçdiyi məktəbin nizam-intizam qaydalarına əməl etmək, müəllim etikasına uyğun davranmaq, professional tərzdə geyinmək.

- şagirdlərlə bir- bir, fərdi ünsiyyət qurmaq, dərs keçmək, kiçin qruplarla işləmək, dərs materialı hazırlamaq,

- qiymətləndirmə vasitələri hazırlamaq,

- sinifdəki müəllimə asistentlik etmək,

- sinifdəki müəllimin sinfi idarəetmə, təlimi planlaşdırma, təlim materiallarını hazırlama, şagirdlərlə, valideynlər və həmkarları ilə ünsiyyət qurma, şagird nailiyyətini qiymətləndirmə fəaliyyətləri və davranışları, müəllim etikası ilə əlaqədar müşahidələrini dəftərinə qeyd etmək

- metodistlə müşahidələrini paylaşımaq/müzakirələr aparmaq.

- müşahidə dəftəri və həftəlik hesabatları (Əlavə2) hazırlayıb metodist müəllimə təqdim etmək,

- seminar saatında digər təcrübəçi müəllimlərlə seminarın mövzusuna uyğun olaraq müşahidələrini müzakirə etmək.

- nümunəvi dərs planları hazırlamaq,



- sınaq dərs (ən az 3) hazırlamaq,

- sınaq dərs keçən digər təcrübəçi müəlimlərin dərslərini müşahidə etmək və dərs dinləmə forması üzrə dərsi qiymətləndirmək (hər təcrübəçi müəllim ən az 10 müxtəlif dərs dinləmə forması təqdim etməlidir).


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə