Düzdür yeni yollar, yeni tikilən körpülər, keçidlər tıхaсları




Yüklə 5.87 Kb.
tarix10.04.2016
ölçüsü5.87 Kb.
Su yaddan çıxıb, indi tıxaclar Bakının əsas problemlərdən birinə çevrilib. Əslində dünyanın bütün meqapolislərində tıxacların olması təbiidir.Amma dərd odur ki, Bakıda tıxaclar yalnız mərkəzdə və pik saatlarında deyil, şəhərin istənilən yerində, istənilən anında yarana bilər.
Düzdür yeni yollar, yeni tikilən körpülər, keçidlər tıхaсları müəyyən dərəcədə azaltmışdır. Həmçinin tıxacları aradan qaldırmaq üçün Bakıda nəqliyyatı intellektual idarəetmə sistemi də tətbiq edilib.. Küçə və prospektlərdə 1612 ədəd, avtobuslarda 2096 ədəd, mərkəzi sistemdə isə 378 ədəd avadanlıq quraşdırılıb. Bu avadanlıqların sırasında 181 server, 18 şəbəkə bloku, 73 operator avadanlığı, 100 ofis idarəetmə avadanlığı, dünyada ən iritutumlu 6 UPS var. Bunlardan başqa, Mərkəzdə 600 rəqəmsal görüntünü əks etdirən, dünyada ən böyük - 120 kvadratmetr sahəsi olan monitor quraşdırılıb. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın hərəkət vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumatı 192 kamera vasitəsilə əldə etmək mümkündür. Bundan əlavə, Daxili İşlər Nazirliyinin 600 kamerasının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılır. Təbii ki yuxarıda qeyd edilən yeniliklərlə əvvəlki illərə nisbətən indiki vəziyyətdə tıxacların əmələgəlmə səbəbləri xeyli dərəcədə aradan qaldırılmışdır. Fikrimcə şəhərdə olan işıqfrların daha təkmilləşdirilərək ağıllı işıqforlarla əvəzlənməsi tıxac probleminin biraz da çözülməsinə kömək edər. Belə ki, fikrimcə işqforlar nəqliyyatın intellektual idarəetmə sisteminin, DİN-nin kameraları ilə əlaqəli çalışsa belə bir nəticəni əldə etmək olar. İşıqforlar ətrafında quraşdırılacaq kameralar yollarda hansı hissələrdə sıxlığın daha çox olduğu istiqamətdə işıqforlara avtomatik siqnal ötürməklə həmin istiqamətdə olan avtomobillərə işıqforun yaşıl işığını yandırır. Həmçinin həmin istiqamətdə yəni işıqforun yaşıl yandığı istiqamətdə tıxac əmələ gəldikdə avtomobillərə işıqforun qırmızı işığını yadırmaqla yol kəsişməsində avtomobillərin sıxlığını aradan qaldırar. Bildiyimiz kimi Bakının mərkəz küçələrində ən çox tıxacların əmələ gəlmə səbəblərindən biri də məhz elə budur. Məsələn Y.Səfərov küçəs ilə A.Cəlilov, Zərifə Əliyeva küçəsi ilə Bül-Bül prospektinin, Nizami-Puşkin, 28 may-Puşkin, R.Behbudov-D.Əliyeva və s küçələrin kəsişməsində olan tıxac mənbələri belə hallara misal ola bilər.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə