Dünyagörüşü çox geniş məfhumlu bir anlayışdır, dünyaya və insanın buradakı yeri haqqında baxışlar sistemidir. Müxtəlif baxışların, dəyərlərin, davranışların toplusudur




Yüklə 1.03 Mb.
səhifə1/10
tarix08.04.2016
ölçüsü1.03 Mb.
  1   2   3   4   5   6   7   8   9   10
MÜƏLLİFDƏN

Dünyagörüşü çox geniş məfhumlu bir anlayışdır, dünyaya və insanın buradakı yeri haqqında baxışlar sistemidir. Müxtəlif baxışların, dəyərlərin, davranışların toplusudur. Cəmiyyətin və hər bir kəsin düşüncəsində yaranan mürəkkəb və bəsit nə varsa, dunyagörüşüdür. O hər kəsə ya da cəmiyyətə məxsus ola bilər. Hər bir dövrün öz dünyagörüşü vardır. İnsanın dünyagörüşünün hər bir hissəciyi başqaları ilə sıx bağlıdır, onların hamısı bir-biri ilə əlaqədədir.

Hər bir kimsənin ya da cəmiyyətin intellektual, bilik və mədəni səviyyəsi nə qədər yüksəkdirsə, bir o qədər onların dünyagörüşü yetərli təməllərərə arxalanır. Bu səviyyələr olmayanda isə, insanlar öz fikirlərini, baxışlarını, yaşam prinsiplərini əsaslandıra bilmirlər, öz fantaziyalarına, mövhumatlara qapanıb, ziddiyətlərdən çıxa bilmirlər.

Eyni zamanda, dünyagörüşü təkcə düşüncəyə və biliyə deyil, həmdə emosiyaların üzərində qurulur. Çünki hər bir kəsin əsəb, sevgi, nifrət və s. kimi duyğuları vardır. Buna görə də intellektual biliklər bunlarla sintezə girib birgə ifadə olunurlar. Bununla da  dünyanın duyulması və anlaşılması prosesi baş verir.

Bununla belə, dünyagörüşü durğunluqda qalmış, dəyişkən olur. Burada yaşam boyu olan şübhələr böyük rol oynayır.Öncə aydın olan hər bir şey, zaman keçdikcə şübhə altına düşə bilər və bu normal prosesdir. Bunu etiraf edib dəyişən insanlar şübhələrə cavab axtarıb irəliləyirlər. Şübhələri boğanlar isə irəlləyişi əldə etməyərək ehkamçı olurlar.

Dünyagörüşünün üç növü vardır. Bunlar mifoloji, dini və fəlsəfidir. Mifoloji dünyagörüşü ictimai inkişafın ilkin mərhələsidir, dünyanı anlama üsuludur, cəmiyyət düşüncəsinin formasıdır. Mifologiya qədim cəmiyyətlərin əfsanə və əsatirlərini ehtiva edirdi. Orada tanrılardan, igidlərdən və başqa əfsanəvi personajlardan söhbət açılır.

Əsatirlər ibtidai düşüncədən doğur. Onlar qədim çağlarda millətlərin dünyagörüşünün formalaşmasında böyük önəm daşımışdırlar. Əsatirlərin vasitəsi ilə çeşidli ellərin mənəviyyatı və mədəniyyəti formalaşmışdır, dəyərlər sistemi yaranmışdır. Onlar incəsənətin, poeziyanın, musiqinin inkişafında böyük rol oynamışdırlar.

Dini düşüncə də insanların dünyagörüşünü formalaşdırır. Dini dünyagörüşün özəlliyi bütün varlığın yerlə göyün nisbətindədir. Burada səmaviliyin önəmi daha çoxdur. Bütün dinlərin özəyi bir Tanrıya ya da çox tanrılarla güclərə inancdır. Onlar insanın və bütün varlığın işlərinə qarışır, onları yönəldirlər, qanunlar qoyurlar. Dini dünyagörüşündə olan insanın bütün yaşamı, düşüncələri, davranışları inancdan irəli gəlir. Burada analitik, tənqidi yanaşma olmur, ya da çox az olur.

Mifoloji və dini dünyagörüşlərindən fərqli olaraq, fəlsəfi dünyagörüşü daha çox düşüncəyə, intellektual fəaliyyətə, təhlilə arxalanan baxışlar sistemidir.  Fəlsəfi dünyagörüşü gerçək müşahidələrə, məntiqi təhlilə dayanıb fantaziyaları, xəyalları, mövhumatı sıxışdırıb ortalıqdan çıxarır. Xalqın arasında yayılmış əsatirlərə belə yeni rasional və düşünülmüş don geyindirir, oturaqlaşmış ənənələr yeni nəfəs verir. Amal isə, hər şeyin kökünə varıb, onu olduğu kimi anlamaqdır. Beləliklə, fəlsəfi dünyagörüşü ən yetkin, doğruluğu olduğu kimi açan baxışlar toplusu kimi dəyərləndirilir.



AZƏRBAYCAN DİLİ
Fonetika
1.Fonetikada nə öyrənilir?

- danışıq səsləri


2. Ahəng qanunu, heca və vurğu :

- fonetikanın mövzularına daxildir.


3.Danışarkən tələffüz etdiyimiz səslər:

-danışıq səsləri adlanır.


4. Danışıq səsləri iki yerə bölünür:

1. Saitlər

2. Samitlər
5.Saitlər:

-Dilimizdə 9 sait var: a, e, ə, i, ı, o, ö, u, ü


5a.Yaranma vəziyyətinə görə saitlərin 3 bölgüsü var:

1. Qalın saitlər: a, ı, o, u

İncə saitlər: e, ə, i, ö, ü
2. Qapalı saitlər: ı, i, ıı, ii

Açıq saitlər: a, ə, e, o, ö


3.Dodaqlanan saitlər: o, ö, u, ii

Dodaqlanmayan saitlər: a, e, ə, ı, i


6.Samitlər:

Samitlər 2 yerə bölünür:

1. Cingintili samitlər: b, q, v, ğ, d, j, z, y, g, c, I, m, n, r, -

2. Kar samitlər: p, k, f, x, t, ş, s, x, k, ç, -, -,. -, - , h


7.Ahəng qanunu :

-Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Ahəng qanununa görə söz qalın saitli heca ilə başlayırsa sonrakı hecalar da qalın olmalıdır. Məsələn: ya-zı-çı-lar. Eyni hal incə saitli sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz.



8.Qoşasaitli sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir:

1. Eynicinsli qoşa saitləri ifadə edən iki hərf bir uzun sait kimi tələffüz olunur. Məsələn: maaş-(ma:ş), camaat-(cama:t), təəssüf-(tə:ssüf, mətbəə-(mətbə:), bədii-(bədı:).

2. Tərkibində ai, əi, iə hərf birləşmələri olan sözlər bu saitlər arasına y samiti əlavə olunur. Məsələn: ailə-(ayilə), daimi- (dayimi), zəif-(zəyif), Səidə-(Səyidə), təbiət-(təbiyət), müdafiə- (müdafiyə).

3. Tərkibində əa, üa, üə hərf birləşmələri olan sözlərdə birinci sait deyilmir ikincisi isə bir qədər uzun tələffüz edilir. Məsələn: səadət-(sa:dət), müavin-(ma:vin), müalicə-(ma:licə), müəllim- (mə:llim).


9.Qoşasamitli sözlərin tələffüzü:

1. Eynicinsli qoşa kk, pp, tt hərfləri ilə yazılan sözlərdə ikinci kar samit onun cingiltili qarşılığı ilə əvəz olunur. Məsələn: səkkiz- (səkgiz), mürəkkəb-(mürəkgəb), tappıltı-(tapbıltı), hoppanmaq- (hopbanmax), əlbəttə-(əlbətdə).

2. Eynicinsli qoşa qq hərfləri ilə yazılan sözlərdə birinci onun kar qarşılığı kimi tələffüz olunur. Məsələn: diqqət-(dikqət), doqquz-(dokquz), toqqa-(tokqa).
10.Heca nədir?

-Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir. Məsələn: və-tən, a-zad-lıq, dil-çi-lik. Hecanın əsasında saitlər dayanır. Sözdə neçə sait varsa; o qədər də heca var. Heca bir saitdən də ibarət olur.Sözlərin daxilində yanaşı gələn 4 samitdən ikisi əvvəlinci saitlə, ikisi isə sonrakı saitlə qovuşur. Məsələn: eks-press, trans-kripsiya, abs-trakt.



11.Vurğu nədir?

-Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətli deyilməsi vurğu adlanır. Məsələn: şahin, Azərbaycan, azadlıq, atlaz, bayaq, dünən, niyə, sonra.



Leksika
12.Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini) təşkil edir. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya :

-onun leksik mənası deyilir. Məsələn: qələm sözünün leksik mənası yazı alətidir.


13. Sözün qrammatik mənası :

-hansı nitq hissəsinə aid olmasını bildirir.



14.Sözün ilkin əsas mənası:

-onun həqiqi mənasıdır. Məsələn: dəmir qapı, daş divar söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada işlənmişdir.



15.Sözün sonradan qazandığı törəmə mənası :

-onun məcazi mənası adlanır. Məsələn: dəmir iradə, daş ürək birləşmələrindəki birinci tərəflər-dəmir daş sözləri bənzətmə yolu ilə yaranmışdır.



16.Yalnız bir leksik mənası olan sözlərə:

-təkmənalı sözlər deyilir. Məsələn: dənizçi, səkkiz, sığırçın.


17.Eyni leksik məna ilə bağlı bir neçə yaxın mənada işlənən sözlərə:

-çoxmənalı sözlər deyilir. Məsələn ayaq, ağız, dil, boğaz



Həqiqi mənada: Məcazi mənada:

Ayaq-uşağın ayağı kəndin ayağı

Ağız-quşun ağzı baltanın ağzı

Almaq-kitab almaq xəbər almaq

Tutmaq-topu tutmaq fikiri tutmaq

Acı-acı dərman acı xatirə

Çoxmənalığı təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur.
18. Deyilişi ilə yazlışı eyni olan, lakin leksik mənalarına görə fərqlənən sözlərə nə deyilir?

omonimlər. Məsələn

Bağ-meyvə ağacları əkilmiş sahə, ayaqqabını bağlamaq üçün ip

Şam-axşam yeməyi; ağac

Ay-yerin peyki; 30 gün

Əqrəb-həşərat; saatın mili

Alışmaq-yanmaq; öyrənmək

Yaş-nəm islanmış; insan ömrünün yaşı


19.Yazılışları eyni olan lakin vurğunun yerinə görə fərqlənən sözlər də omonimdirmi?

-Xeyr. Məsələn: alma (isim), alma (fel); əkin (isim), əkin (fel); dimdik (isim), dimdik (sifət)


20.Adlar omonimlik yaradırmı?

-Xeyr.


Məsələn: Çiçək, Ulduz, Yaqut
21.Yazılışı və deyilişi eyni olmayan eyni və yaxın mənaları bildirən sözlərə nə deyilir?

- sinonimlər

Məsələn: ürək-könül -qəlb, iri-böyük-yekə, oturmaq-əyləşmək

Sinonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur.


22.Bi, sız, la sinonim şəkilçiləri ilə yaranan sözlər:

sinonim deyil. Məsətən: bivəfa-vəfazsız



23.Bir-birinə zidd əks olan mənaları bildirən sözlərə nə deyilir?

- antonimlər. Məsələn: yer-göy, qaçmaq-dayanmaq, gecə-gündüz, igid-qorxaq Antonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur.



24.Mənası hamı tərəfindən anlaşılan sözlərə nə deyilir?

- ümumişlək sözlər


25. Dilimizdə işlənən sözlərin böyük əksəriyyəti:

- hamı üçün anlaşıqlı olan ümumişlək sözlərdir. Məsələn: od, su, hava, torpaq


26.Hamı tərəfindən istifadə edilməyən olunmayan və anlaşılmayan sözlərə :

-ümumişlək olmayan sözlər deyilir.


27. Ümumişlək olmayan sözlər:

2 qrupa bölünür:

1. Dialekt sözləri

2. Terminlər (ixtisas sözlər)



28.Dialekt sözlər

-Yalnız ayrı-ayrı bölgə və kəndlərdə işlədilən sözlərə dailekt sözləri deyilir.

Məsələn: döşəkcə-nimdər, manşırlamaq-nişanlamaq, əppək-çörək, gəvəzə-boşboğaz, doqqaz-döşəkcə, əlardan-dəsmal.
29.Terminlər (ixtisas sözləri):

-Müxtəlif ixtisas və peşə sahələrinə aid sözlərə terminlər deyilir.

Məsələn: frazeologiya, mübtəda,orfoepiya,süjet, subtropik

Terminlərdən elmi üslubda daha çox istifadə olunur.



30.Yeni sözlər (neologizmlər):

-İctimai həyat dəyişdikcə baş verən yeniliklərlə bağlı olaraq dildən ayrı- ayrı anlayış hadisə və əşyaları bildirən yeni sözlər yaranır. Belə sözlərə yeni sözlər deyilir.

Məsələn: soyad, açıqca, printer, cangüdən, bölgə, kompyuter, mer, spiker, menecer

Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır.
31.Köhnəlmiş sözlər:

-Dilin lüğət tərkibindəki bəzi sözlər zaman keçdikcə unudulur və ümumişlək xüsusiyyətini itirir. Belə sözlərə köhnəlmiş sözlər deyilir. Məsələn:

Kəndxuda-kənd icra nümayəndəsi

Baqqal-ərzaq malları satan dükançı

Yasavul-polis nəfəri

Nəsnə-şey

Altun-qızıl

32.Dilimizdəki sözlər:

-mənşəyinə görə 2 qrupa bölünür: Əsl Azərbaycan sözləri, alınma sözlər. Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində dilimizə çoxlu alınma sözlər də keçmişdir.


33.Alınma sözlər 2 qrupa bölünür:

1. Ərəb və fars dillərindən alınma sözlər

2. Avropa dillərindən alınma sözlər
34.Alınma sözləri müəyyən etmək üçün əsl Azərbaycan sözləri üçün səciyyəvi olmayan aşağıdakı xüsusiyyətləri bilmək zəruridir:

1. Sözdə 2 saitin yanaşı işlənməsi. Məsələn: ailə, zəif, sual

2. Sözdə uzun tələffüz olunan saitin işlənməsi. Məsələn: aləm, məna, elan, səliqə, mötəbər, vəzifə

3. Sözün r samiti ilə başlanması. Məsələn: ruzi, rəf, rayon, rəndə, rütbə, rəssam

4. Sözdə j samitinin işlənməsi. Məsələn: janr, əjdaha, montaj, jurnal

5. Sözdə ahəng qanunun pozulması: Məsələn: aşiq, məktub, vəfa, ticarət. Ilıq, işıq, inam əsl Azərbaycan sözləridir.

6. Təkhecalı sözlərin sonunda eyni samitlərin işlənməsi. Məsələn: həll, sirr, xətt, fənn

7. Qoşa yy samitli sözlər: xasiyyət, əziyyət, səyyah, əməliyyat, ‘ təyyarə, hədiyyə

8. Sonu at şəkilçisi ilə bitən sözlər. Məsələn: təbliğat, təşkilat, heyvanat

Nadinc natəmiz, nakişi sözləri milli sözlərdir.

Digər alınma sözlər: şkaf, bülbül, gül, payız, bahar, dilbər, samovar, zavod, paraxod, veksel, kurort, keks, futbol, rels, klub, mitinq, prezident, plan, namaz, məktəb, məktub, dəftər, elm, mələk, Allah, dərs, tədris, mədrəsə, sinif, lövhə, təlim, müəllim, rəbb, peyğəmbər, məscid, səcdə, oruc, həcc, molla, behişt, cənnət, cəhənnəm, Məhəmməd, Əli, Həsən, Hüseyn, Ömər, Cəfər, Osman, Əkbər.
Söz Yaradıcılığı.

35.Dilimizdəki sözlər qurluşuna görə:

-3 növə bölünür: sadə, düzəltmə, mürəkkəb.


36.Yalnız bir kökdən (kök və qrammatik şəkilçi) ibarət olan sözlərə:

- sadə sözlər deyilir. Məsələn: ev (evlər evdə), uşaq, şagird


37.Leksik şəkilçilərin köməyi ilə yaranan sözlər?

- düzəltmə sözlər adlanır. Düzəltmə sözlər kök və leksik şəkilçidən ibarət olur. Məsələn: işçi, enli, başla


38.Mürəkkəb sözlər :

-iki və bəzən də 3 sözdən ibarət olur. Məsələn: qızılgül (qızıl, gül), göygöz (göy, göz), əlüzyuyan (əl, üz, yuyan).



Morfologiya
39.Dilimizdəki nitq hissələri əsas əlamətlərinə görə iki növə bölünür:

1. Əsas nitq hissələri

2. Köməkçi nitq hissələri
40.Əsas nitq hissələrinin 2 əsas səciyyəvi xüsusiyyətləri var:

1. Müstəqil leksik məna daşıyaraq əşyanı, əlaməti, miqdarı hərəkəti və s. bildirir.

2. Cümlə üzvü vəzifəsində işlənir

Köməkçi nitq hissələrində isə bu xüsusiyyətlər yoxdur. Onlar yalnız qrammatik məna daşıyır.


41.Əsas nitq hissələri bunlardır:

-İsim, Sifət, Say, Əvəzlik, Fel, Zərf .


42.Köməkçi nitq hissələri bunlardır:

-Qoşma ,Bağlayıcı,Ədat,Modal Sözlər, Nida.



43.İsim :

-ümumi qrammatik mənasına görə əşyaların canlı və cansız varlıqların adlarını bildirir. Kim? Nə? bəzən də hara? suallarından birinə cavab olur. Məsələn: müəllim (kim?), şagird (kim?), at (nə?), quş (nə?), Bakı (hara?).

İsmin əsas səciyyəvi xüsusiyyətləri tək və cəm olması, mənsubiyyətə görə dəyişməsi və hallanmasıdır.

44.Varlıqlar iki cürdür:

-gözlə görünə bilən və görünə bilməyən.


45.Bu baxımdan isimlər iki növə bölünür:

-konkret isimlər, mücərrəd isimlər


46. Konkret İsimlər

-gözlə görünə bilən, əllə təması mümkün olan, bir sözlə maddi varlıqların, əşyaların adlarıdır. Məsələn: çiçək, insan, qoyun, külək.


47. Mücərrəd İsimlər:

-gözlə görünə bilməyən, əllə təması mümkün olmayan, xəyalda, təsəvvürdə canlandırılan əşyaların adlarıdır. Məsələn: arzu, xəyal, məqsəd, dostluq.




48. İsimlər cəmiyyətdəki tutduğu yerə və həmcinsliyinə görə iki növə bölünür:

1. Ümumi İsimlər

2. Xüsusi İsimlər

Eynicinsli əşyaların adlarına ümumi isimlər deyilir. Məsələn: insan, ağac, ot, gül, çiçək, daş

Varlığı tək olması ilə fərqlənən əşyaların adlarına isə xüsusi isimlər deyilir.

49. Xüsusi isimlərə aşağıdakılar aiddir:

1.İnsan adları, soyadlar, təxəllüs və ləqəblər: Nizami, Gəncəvi, Hüseyn, Çopur, Sabir

2. Coğrafi və astronomik adlar: Azərbaycan, Tovuz , Gəncə, Ay, Mars, Yupiter

3. Qəzet, Jurnal və Əsər adları: Zaman, Ailəm

4. Heyvanlara verilən xüsusi adlar: Alabaş, Qırat, Məstan Xüsusi isimlər böyük hərflə yazılır.


50.İsimlər kəmiyyətcə:

- tək və cəm olur. İsimlər cəmdə olarkən lar və lər şəkilçisini qəbul edir. Məsələn: kitab+lar=kitablar, ev+lər=evlər, şagir+lər=şagirdlər.

Dilimizdə elə isimlər də var ki, onların məzmununda topluluq çoxluluq anlayışı var. Belə isimlər toplu isimlər adlanır. məsələn: el, xalq, kütlə, camaat, qoşun, ilxı.

51.İsimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə dəyişməsi:

-hallanma adlanır.İsmin 6 halı var.


Adlıq Hal

-İsimlərin başlanğıc formasıdır. Kim? Nə? hara? suallarına cavab olur. Məsələn: şagird (kim?),

kitab (nə?).

Yiyəlik Hal

-Yiyəlik, sahiblik mənasını bildirir. Kimin? Nəyin? Haranın? suallarına cavab olur. Məsələn: uşağın (kimin?) qələmi, kitabın (nəyin?) cildi. İsimlər yiyəlik halda ın şəkilçisi qəbul edir.

Yiyəlik halın iki növü var:

1.Müəyənlik bildirən yiyəlik hal

2.Qeyri-müəyyənlik bildirən yiyəlik hal Müəyyənlik bildirən yiyəlik hal yuxarıdakı suallara cavab olur və salıiblik, yiyəlik mənasını bildirir.

Qeyri-müəyyənlik bildirən yiyəlik hal isə nə? sualına cavab olur. Məsələn: məktəb (nə?) həyəti, kitab (nə?) cildi.


Yönlük Hal

-Hərəkətin yönünü, son nöqtəsini bildirir. Kimə? Nəyə? Haraya? suallarından birinə cavab olur. A şəkilçisini qəbul edir.

Məsələn: Anara (kimə?), qrafinə (nəyə?)
Təsirlik Hal

-Hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşya bildirir. İsmin təsirlik halı da yiyəlik hal kimi 2 növə bölünür:

1. Müəyyənlik bildirən təsirlik hal. Kimi? Nəyi? Haranı? Suallarından birinə cavab olur. I şəkilçisi vasitəsilə düzəlir. Məsələn: Turalı (kimi?), qələmi (nəyi?)

2. Qeyri-müəyyənlik bildirən təsirlik hal şəkilçisiz işlənir və nə? sualına cavab verir. Ayan kitab (nə?) oxuyur.


Yerlik Hal

-Əşya və hərəkətin yerini bildirir. Kimdə? Nədə? Harada? suallarından birinə cavab olur və da şəkilçisi ilə düzəlir. Məsələn: Günayda (kimdə?), həyətdə (harada?)


Çıxışlıq Hal

-Hərəkətin çıxış yerini bildirir. Kimdən? nədən? haradan? Suallarının birinə cavab olur və dan şəkilçisi ilə düzəlir. Məsələn: Turaldan (kimdən?), kitabdan (nədən?), küçədən (haradan?)



53.Sifət:

-əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab olur. Sifətlər daha çox əşyanın əlamətini, keyfiyyətini və rəngini bildirir. Məsələn: uzun, qısa, mavi,şirin, acı, tənbəl ,qəşəng


54.Sifətin Müqayisə dərəcələri:

Sifətin başqa nitq hissələrindən fərqləndirən əsas əlamətlərdən biri də onun dərəcə bildirməsidir.


55.Sifətin 3 dərəcəsi var:

Adi dərəcə,azaltma,çoxaltma.


56. Adi dərəcə:

- əlamətin adi halda olduğunu bildirir. Heç bir xüsusi morfoloji əlaməti qrammatik şəkilçisi yoxdur. Məsələn: ağ, qara, şirin, sərin
57. Azaltma dərəcəsi:

-Əlamətin adi haldan az olduğunu bildirir.


58.Azaltma dərəcəsi 2 üsulla düzəlir.

- 1-morfoloji üsul. Yəni adi dərəcədə olan sifətlərə şəkilçi artırmaqla:

Imtıl-ağımtıl, sarımtıl

Sov-uzunsov, ağımsov

Şın-sarışın, qaraşın

-2-sintaktik üsul. Adi dərəcədə olan sifətin əvvəlinə açıq sözünü artırmaqla. Bu sözdən sonra defis qoyulur: açıq-qırmızı, açıq-sarı


59.Çoxaltma dərəcəsi-əlamətin adi haldan çox olduğunu bildirir.Və İki üsulla yaranır.

1- morfoloji üsul

Ca-xırdaca, balaca

Ağ-ağappaq

2-sintaktik üsul-ən, lap, çox ,olduqca, tünd. Çox maraqlı, daha ağıllı, tünd-göy
60.Say:

-Əşyanın miqdarını və sırasını bildirən əsas nitq hissəsinə say deyilir. Say neçə? nə qədər? neçənci? suallarından birinə cavab olur.məsələn: iki uşaq


61.Sayın Mənaca Növləri:

-Sayın mənaca 2 növü var:

Miqdar sayları Sıra sayları

Miqdar sayları özü də 3 növə bölünür:

Müəyyən miqdar sayları

Qeyri-müəyyən miqdar sayları Kəsr sayları


62.Müəyyən Miqdar Sayları:

-Müəyyən miqdar sayları əşyanın konkret miqdarını bildirir və neçə? nə qədər? suallarına cavab verir. Məsələn: beş, on, yüz, otuz və s.

Müəyyən nıiqdar saylarından sonra gələn isimlər yalnız təkdə olur. Məsələn: on beş şagird, beş kitab. Müəyyən miqdar sayları ilə isimlər arasında çox vaxt numerativ sözlər işlənir. Məsələn:

Nəfər-insan bildirən isimlərlə işlənir. Məsələn: iki nəfər şagird, on nəfər tələbə

Baş-heyvan bildirən isimlərlə işlənir. Məsələn: on baş öküz, yüzbaş qoyun

Ədəd, dənə-cansız əşyanı bildirən isimlərlə işlənir: beş dənə nar, iki ədəd qaləm

Cüt, dəst-qoşalıq bildirmək üçün isimlərin əvvəlində işlənir: məsələn: bir cüt ayaqqabı, iki dəst paltar
62.Qeyri- Müəyyən Miqdar Sayları:

-Qeyri-müəyyən miqdar sayları əşyanın dəqiq olmayan miqdarını bildirir və nə qədər? sualına cavab verir. Məsələn: beş-altı (kitab), üç-dörd (uşaq) . Dilimizdə ən çox işlənən qeyri-müəyyən miqdar sayları bunlardır: az, çox, xeyli, bir qədər, bir az, onlarla, yüzlərlə, minlərlə.

-Az sayından sonra gələn isim təkdə işlənir: az adam. Bir az, bir sıra saylarından sonra gələn isimlər cəmdə işlənir: bir çox alimlər, bir sıra şəhərlər

Bir-iki, üç-dörd, beş-altı tipli saylara təqribi (təxmini) sayları da deyilir.
63.Sıra Sayları:

-Sıra sayları əşyanın sırasını bildirir və neçənci? sualına cavab verir. Sıra sayları müəyyən miqdar saylarına ıncı şəkilçisini artırmaqla düzəlir: məsələn səksəninci doqquzuncu dördüncü


64.Əvəzlik:

-İsim, sifət, say və başqa nitq hissələrinin yerində işlənən sözlərə əvəziik deyilir. Məsələn: Fatimə əlaçı tələbədir. O beşinci kursda oxuyur.


65.Əvəzliyin Mənaca Növləri:

-Əvəzliyin mənaca növləri bunlardır:



Şəxs Əvəzlikləri

İsmin yerində işlənən və kim? nə? suallarına cavab verən əvəzliklərə şəxs əvəzlikləri deyilir. Şəxsə görə 3 növə bölünür:

I şəxs-təkdə mən, cəmdə biz

II şəxs-təkdə sən, cəmdə siz

III şəxs təkdə o, cəmdə onlar

I və II şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? sualına cavab verir. III şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvana və cansızlara aid ola bilir. Məsələn: qoyun ev heyvanıdır. O ildə bir, bəzən də iki bala verir


Qeyri-müəyyən Əvəzliklər

İsmin yerində işlənir və qeyri-müəyyən şəxsi və əşyanı bildirir. Qeyri-müəyyən əvəzliklər kim? nə? suallarına cavab olur. Dilimizdə ən çox işlənən qeyri-müəyyən əvəzliklər bunlardır: biri, kimsə, kim isə, nə isə, bəzi, hamı, bəziləri


İşarə Əvəzlikləri

İşarə məqsədi ilə işlədilən əvəzliklərə işarə əvəzlikləri deyilir. O, bu, elə, belə, həmin, həmən sözləri işarə əvəlikləridir.


Sual Əvəzlikləri

Sual bildirən sözlərə sual əvəzlikləri deyilir. Bütün əsas nitq sualları yəni kim? nə? hara? necə? nə cür? neçə? və s. sual əvəzlikləridir.


Təyini Əvəzliklər

Hər, bütün, filan, eyni, öz, özüm, özü, özümüz təyini əvəzliklərdir.


66.Fel:

-Fel qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir. nə etmək? nə etdi? nə edəcək? və başqa suallara cavab olur.


67.Felin Zamanları:

-Fel keçmiş, indiki və gələcək zamanlarda olur.


68.Keçmiş Zaman:

-İş və hərəkətin danışılan vaxtdan əvvəl baş verdiyini bildirir.


69.Keçmiş zamanın 2 növü var:

1.Şühudi keçmiş zaman

2.Nəqli keçmiş zaman
70.Şühudi keçmiş zaman :

-iş və hərəkətin keçmişdə icra olunub olunmadığını qəti şəkildə bildirir. şəkilçisi vasitəsilə düzəlir.

Məsələn: yazdı, gəldi
71.Nəqli keçmiş zaman:

- iş və hərəkətin keçmişdə icra olunub-olunmadığını nəticəsini nəql nağıletmə yolu ilə bildirir. Mış şəkilçisi vasitəsilə düzəlir. Məsələn: almış, gəlmiş



72.İndiki Zaman :

-İş və hərəkətin danışılan zaman baş verdiyini bildirir. Ir şəkilçisi vasitəsilə düzəlir. Məsələn: oxuyur, alır, gəlir


73.Gələcək Zaman:

-İş və hərəkətin danışılan zamandan sonra icra olunub-olunmayacağını bildirir.


73.Gələcək zamanın 2 növü var:

-Qəti gələcək zaman iş və hərəkətin gələcəkdə icra olunub - olunmayacağını qəti şəkildə bildirir. Acaq şəkilçisi vasitəsilə düzəlir. Məsələn: gələcək, alacaq, baxacaq.


-Qeyri-qəti gələcək zamanda iş və hərəkətin gələcəkdə icrası qəti şəkildə bildirilmir. Ar şəkilçisi vasitəsilə düzəlir. Məsələn: yazar, gələr, gedər
74.Məsdər:

-Məsdər həm felin, həm də ismin xüsusiyyətlərini daşıyır. Məsdər felin kökünə və ya başlanğıc formasına maq şəkilçisini artırmaqla düzəlir. Məsələn: yazmaq, baxmaq


75.Feli Sifət:

-Feli sifət həm felin, həm də sifətin əlamətini daşıyır.


76. Feli sifət şəkilçiləri bunlardır:

-An: qaç-an (at), açıl an(səhər), gəl-ən (uşaqlar)

-Mış: bat-mış (gəmi), bükül-müş (qəzet)

-Acaq: yazıl-acaq (əsər), görüləcək (iş)


77.Feli Bağlama:

-Feli bağlama həm felin, həm də zərfin xüsusiyyətlərini daşıyır.

Zərf felə aid olur və feldən əvvəl gəlir.
78.Feli bağlama şəkilçiləri bunlardır:

-Ib -O kənd orta məktəbini bitirib təhsilini davam etdirmək üçün Bakıya gəldi

Madan- dayanmadan, gəlmədən


79.Zərf:

-Zərf qrammatik mənasına görə hərəkətin tərzini, zamanını, yerini, miqdarını bildirən əsas nitq hissəsidir.


80.Zərfin mənaca 4 növü var:

Tərzi Hərəkət Zərfi - Hərəkətin icra tərzini bildirir necə? nə cür? nə tərzdə? suallarına cavab olur. Məsələn: sakitcə, yavaş-yavaş, cəsarətlə


Zaman Zərfi-Hərəkətin nə zaman icra olunduğunu bildirir nə zaman? nə vaxt? haçan? suallarına cavab olur. Məsələn: sabah, bayaq, axşam, yayda, dünən
Yer Zərfi -Hərəkətin icra olunduğu yeri bildirir. hara? harada? haradan? suallarına cavab verir. Məsələn: irəli, geri, yuxarı, aşağı, sağa- sola, ora,bura
Miqdar Zərfi-İş və hərəkətin miqdarını və ya dərəcəsini bildirir nə qədər? nə dərəcədə? suallarına cavab olur. Məsələn: Uşaqlar bu gün çox çalışdılar. Qoca bir qədər dincəldi.

Köməkçi nitq hissələri
81.Köməkçi nitq hissələri aşağıdakı xüsusiyyətlərinə görə əsas nitq hissələrindən fərqlənir:

1.Leksik mənası olmur

2.Ayrılıqda cümlə üzvü kimi işlənmir

3.Şəkilçi qəbul etmir və dəyişmir


82.Leksik mənası olmayan, ayrılıqda cümlə üzvü kimi işlənməyən, şəkilçi qəbul etməyən söz qruplarına:

-köməkçi nitq hissələri deyilir.


83.Köməkçi nitq hissələri bunlardır:

1.Qoşam


2.Bağlayıcı

3.Ədat


4.Modal sözlər

5.Nida


84.İsmin müxtəlif hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları əmələ gətirən köməkçi nitq hissəsinə :

-qoşma deyilir.


85.Qoşmalar ismin dörd halında olan sözlərə qoşulur;

1. Adlıq halda işlənən qoşmalar. Adlıq halda olan sözlərə qoşulan qoşmalar bunlardır:

Qədər, kimi, tək, üçün, ilə. Məsələn: Qızın dişləri mirvaritək ağappaq idi; Zamiq ilə işim var.

2. Yiyəlik halda işlənən isimlər. Yiyəlik halda olan sözlərə qoşulan qoşmalar bunlardır:

Qədər, kimi, tək, üçün, ilə ( la lə). Məsələn: Onun kimi dost çətin tapılar; Səninlə işim var

3. Yönlük halda işlənən qoşmalar. Yönlük halda olan sözlərə qoşulan qoşmalar bunlardır:

qədər, kimi, dən, can, tərəf, doğru, qarşı, sarı, görə, əsasən, dair məxsus. Məsələn: Kəndə qədər piyada getdik; Axşama qədər səni gözləmişəm

4. Çıxışlıq halda işlənən qoşmalar:

əvvəl, axır, qabaq, bəri, başqa, savayı, ayrı, özgə. Məsələn: Mən Yaqubdan sonra gəldim.
86.Aşağıdakı qoşmalar başqa nitq hissələri ilə ortaq sözlərdən ibarətdir:

Tərəf-isim və qoşma. Məsələn: Bu tərəf şərqidir (isim). Sağa tərəf get (qoşma)

Doğru, qabaq- sifət, zərf ,qoşma. Məsələn: Qabaq sıralar boşdur (sifət). Qabağa bax (zərf). Bizdən qabaq gələn yoxdur (qoşma)

Sarı-sifət, fel və qoşma. Sarı qələmi mənə ver (sifət). Ipi sarı (fel). Evə sarı getmə (qoşma)

Sonra, əvvəl-zərf və qoşma. Bu məsələyə sonra baxarıq (zərf). Səndən sonra atan da gəlmişdi.

Kimi-əvəzlik və qoşma. Məsələn: Kimi axtarırsan? (əvəzlik). Evə kimi piyada getdik (qoşma)




87.Bağlayıcı:

-cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan, onları qrammatik cəhətdən bir-birinə bağlayan köməkçi nitq hissəsidir.


88.Tabesizlik Bağlayıcılarının mənaca növləri:

-Birləşdirmə bağlayıcıları: və, İIə (la lə). Məsələn: Şagird üçün nizam-intizam və çalışqanlıq başlıca şərtdir.



-Qarşılaşdərma bağlayıcıları: amma, ancaq, lakin. Məsələn: Cahid onu tanıdı, amma heç nə demədi

-Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, gah, gah da, gah da ki, istər, istərsə, yaxud. Məsələn: Ya yaz, ya da diqqətlə qulaq as

-İştirak bağlayıcıları: həm, həm də, həm də ki, hətta, habelə, həmçinin. Məsələn: Elxan həm gündüzlər, həm də gecələr dincəlmir

-İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki. Məsələn: Teyyubə nə yazır, nə də oxuyur

-Aydınlaşdırma bağlayıcıları: yəni, yəni ki, məsələn. Məsələn: Bakının zəngin sərvəti, yəni nefti var.



89.Tabelilik Bağlayıcılarının mənaca növləri:

-Səbəb bağlayıcıları: çünki, ona görə ki, ona görə də. Teyyubə dərsə getməmişdi, çünki başı ağrayırdı

Şərt bağlayıcıları: əgər, hərgah, indi, madam ki. Əgər belə oxusan əlaçı olarsan

-Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki. Məsələn: Hərçənd ki, Abbas heç kimi eşitmir yenə də xahiş edərik

-Aydınlaşdırma bağlayıcıları: ki, belə ki. Müəllim dedi ki, səhər dərs olmayacaq.


90.Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə:

-ədat deyilir.


90a.Ədatları işləndiyi cümlələrdən çıxarsaq:

-həmin cümlələrin mənası müəyyən qədər zəifləyə bilər.


91.Ədatların mənaca növləri:

1. Qüvvətləndirici ədatlar: axı, ən, lap, daha, da, də, nə, hətta, ki, necə. Məsələn Axı bizim günahımız nədir? Ha gözlədim sən gəlmədin

2. Dəqiqləşdirici ədatlar: elə, məhz, əsl. Elə hamı Telman deyəni deyir.

3. Məhdudlaşdırıcı ədatlar: ancaq, yalnız, tək, bir, bircə. Məsələn: Fəqam dəyişdirsə ancaq mühit dəyişər

4. Sual ədatları: bəs, məgər, yəni, mı. Məsələn: Bəs dünən niyə bizə gəlməmişdin?

5. Əmr ədatları: di, qoy, gəl, gəlin, gör, görün, bax . Qoy İlkin dərsini oxusun

6. Arzu ədatları: kaş, kaş ki, təki, barı, gərək. Kaş ki uşaq olaydım

7. Təsdiq və inkar ədatlar: bəli, hə, yox, xeyr, heç. Xeyr, sən yanılırsan.


92.Ədatların başqa nitq hissəsindən fərqlənməsi:

1. Ancaq, ki, da, də bağlayıcı və ədat. Məsələn: Aynurə ancaq bu gün işlərini qurtara bildi (ədat). Mən çox dedim, ancaq o sözlərimə qulaq asmadı.

2. Bax, qoy, gör, gəl fel və ədat. Ora bax gələn Səkinədir (fel). Sözü bax belə açıq deyərlər (ədat)

3. Tək-sifət, zərf, ədat. Məsələn: Tək əldən səs çıxmaz (sifət). Hamı gedib tək qalmışam (zərf). Bu işi tək sən bacararsan (ədat).

4. Elə, belə, necə, nə əvəzlik və ədat. Məsələn: Elə dost çətin tapılar (əvəzlik). Elə yerində deyibsən (ədat).

5. Bir,bircə say və ədat. Məsələn: Bir sən bizim Bakıya bax (ədat). Bircə qış tez gəlsəydi (ədat)



93.Danışanın hiss və həyəcanını, qorxu və ya sevincini bildirən köməkçi nitq hissəsinə :

nida deyilir.


94.Qorxu narahatlıq bildirənlər:

vay. oy, ox, ah, Allah sən saxla


94a.Şadlıq və sevinc hissi bildirənlər:

- bəh-bəh, afərin, ay can, ura Qəm kədər bildirənlər: tfu, rədd ol, cəhənnəm ol


Sintaksis

95a.Söz birləşməsi nəyə deyilir?

-iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsinə söz birləşməsi deyilir.




95b.Söz birləşməsi də sözlər kimi, əşya və hadisələri adlandırır. Məsələn: stol – stolun ayağı, roman – macəra romanı, ev – evin qapısı, bulaq – bulağın suyu və s.
Ayrı-ayrı sözlər kimi, söz birləşmələri də cümlə üçün tikinti materialıdır; məsələn: evin qapısı açıq idi. – cümləsi bir sözün (açıq idi) və bir söz birləşməsinin (evin qapısı) iştirakı ilə yaranmışdır. Bu cür oxşar cəhətlərə baxmayaraq söz birləşmələri sözlərdən əsaslı şəkildə fərqlənir:
1. Söz leksik, söz birləşməsi sintaktik vahiddir, yəni sözlər dilimizin lüğət tərkibində hazir şəkildədir, söz birləşməsi isə nitk prosesində sintaktik əlaqələrlə formalaşır.
2. Söz səslərdən, söz birləşməsi isə sözlərdən yaranır.
3. Sözün mənası ümumi və geniş olur; məsələn: kitab dedikdə hər cür kitab, şəhər dedikdə hər cür şəhər nəzərdə tutuur. Lakin söz birləşməsi tərkibində sözün mənası xeyli konkretləşir. Bunu kitab, şəhər sözlər ilə dərs kitabı, Bakı şəhəri birləşmələrini müqayisə etməklə də görmək olar.



95c. Söz birləşməsi cümlə ilə də oxşar və fərqli cəhətlərə malikdir:

- Hər ikisi (həm söz birləşməsi, həmdə cümlə) sözlərin müxtəlif şəkildə birləşməsindən əmələ gəlir; hər ikisi eyni nitk hissələrindən və eyni sintaktik əlaqədən yaranır; sözlərin sırası da bunlarda əsasən eyni cür olur.
Bu oxşar cəhətlərlə yanaşı, söz birləşmələri ilə cümlələrin mühüm fərqləri də vardır;
Cümlə ünsiyyətin əsas vahididir və bitmiş fikir ifadə edir. Lakin söz birləşməsi bitmiş fikir ifadə edə bilmir. Məsələn: zəl həyat – həyat gözəldir, dağ havası – dağın havası sərindir və s. cümlənin özünəməxsus intonasiyası olur. Cümlədə söylənilən fikrə münasibət bildirilir.
Söz birləşməsindən fərqi olaraq, cümlə bir sözdən də ibarət ola bilir. Məsələn: Gecdir. Tezdir. Yoruldum. və s.
95.Cümlə:

-bitmiş bir fikiri ifadə edir. Sözlərin bitmiş bir fikir ifadə edən birləşməsinə cümlə deyilir. Cümlə bir sözdən də ibarət ola bilər. Məsələn: Axşamdır. Cümlələr qurluşuna görə sadə və mürəkkəb olur. Sadə cümlənin birqrammatik əsası olur. Məsələn: Zəng vuruldu. Mürəkkəb cümlənin iki və daha artıq qrammatik əsası olur. Məsələn: Müəllim sinfə daxil oldu, şagirdlər ayağa qalxdılar.



96.Cümlələr məqsəd və intonasiyaya görə dörd növə bölünür:

1. Nəqli cümlə,

2. Sual cümləsi,

3. Əmr cümləsi,

4. Nida cümləsi.
97.Nəqli Cümlə:

-Nəqli cümlədə müəyyən bir iş, hadisə, əşya və s. haqqında məlumat verilir. Məsələn: Yaz gəlir. Əkin işləri başlanır



Nəqli cümlələr adi intonasiya ilə deyilir. Dilimizdə başqa cümlə növlərinə nisbətən nəqli cümlələr daha çox işlənir. Nəqli cümlələrin sonunda nöqtə və ya üç nöqtə qoyulur.

98.Sual Cümləsi:

-Sual məqsədilə işlədilən cümlələrə sual cümləsi deyilir. Belə cümlələr bir şey haqqında məlumat almaq və ya hər hansı bir məlumatı dəqiqləşdirmək məqsədi ilə işlədilir. Məsələn: Məktəbiniz haqqında nə bilirsən? Dərslərini oxudunmu? Dərs başlandı?

Sual cümlələrinin sonunda sual işarəsi qoyulur.

99.Əmr Cümləsi:

-Əmr, istək, arzu, xahiş, məsləhət və s. kimi mənaları bildirən cümlələrə əmr cümləsi deyilir. Məsələn: Uşağa su verin. Dərslərini yaxşı oxu.



100.Nida Cümləsi:

-Yüksək hiss və həyəcanla deyilən cümlələr nida cüləsi adlanır. məsələn: Bu nə iş idi tutdun! Vay-vay gör mən nə etdim?! Nida cümlələrinin sonunda nida işarəsi qoyulur.



101.Danışarkən və ya yazarkən bəzən başqasının sözlərindən (nitqindən) istifadə olunur. Başqasının sözləri iki üsulla verilə bilər:

-Vasitəsiz, Vasitəli.


102.Vasitəsiz Nitq.

-Vasitəsiz nitqdə başqasnın sözləri dəqiq şəkildə, heç bir dəyişiklik edilmədən verilir.Tərkibində vasitəsiz nitq olan cümlələr iki hissədən ibarət olur: müəllifın sözlərindən (M) və vasitəsiz nitqdən (V).Müəllifin sözləri, adətən, dedi, düşündü, soruşdu və s. kimi nitq və təfəkkür felləri ilə bitir. Vasitəsiz nitq isə bir və ya bir neçə cümlədən ibarət olur və müəllif nitqinə intonasiyanın köməyi ilə qoşulur. Vasitəsiz nitq, adətən, dırnaq arasına alınır və ya tire ilə ayrılır. Məsələn:

O dedi: “Biz doğma yurdumuza qayıdacağıq” M: “V”

Komandir qışqırdı:- Dayanın, ora minalanıbdır



103.Vasitəli Nitq:

-Vasitəli nitqdə başqasının sözləri (nitqi) eynilə deyil, dəyişilmiş şəkildə verilir, yəni onun məzmunu çatdırılır. Tərkibində vasitəli nitq olan cümlələr müəllifin sözlərindən və başqasının nitqinin məzmunundan ibarətdir. Vasitəsiz nitq müəllifin sözlərindən sonra işlənir. Vasitəsiz nitq vasitəli nitqlə əvəz edilərkən dırnaqlar və tire işarəsi atılır və ki bağlayıcısı əlavə olunur. Məsələn:

Teymur dedi: “Mən böyüyəndə müəllim olacağam”

Anar dedi ki, o böyüyəndə müəllim olacaq


103.Cümlə üzvləri:

-bir-biri ilə həm mənaca, həmdə qrammatik cəhətdən bağı olur və sintaktik suala cavab verir. Məsələn: Bülbül bir bir an meşənin sükutunu dinlədi – cümləsində bülbülün hərəkəti, bu hərəkətin zamanı və obyekti ifadə olunur.




104.Hər hansı söz cümlə üzvü olmaq üçün, ilk növbədə:

-müstəqil leksik mənaya malik olmalı və cümlədəki başqa üzvlərlə sintaktik əlaqəyə girməlidir. Məsələn: Eldar, deyəsən sən də bu yay çox işləmisən – cümləsində Eldar  deyəsən sözləri daxil olduğu cümlənin üzvləri ilə mənaca bağlı olsada, qramatik cəhətdən bağlı deyil. Ona görə də belə sözlər cümlə üzvü sayılmır. Birinci söz (Eldar) xitab, ikinci söz (deyəsən) ara söz hesab olunur.




105.Cümlə üzvləri:

- əsas nitq hissələri ilə ifadə olunur. İsim daha çox mübtəda və tamamlıq vəzifəsində, sifət, say, daha çox təyin, zərf – zərflik, təsriflənən fellər xəbər vəzifəsində işlənir. Məsələn: Siz Məhəmməd deyilsinmi? – cümləsində siz sözü ismi əvəz etdiyi üçün mübtəda vəzifəsində işlənir.




106.Nitq hissələri ilə ifadə olunan üzvlər:

 -sadə üzvlər adlanır.


107.Söz birləşmələri ilə ifadə olunanlar:

- mürəkkəb üzvlər adlanır.

108.Cümlənin neçə üzvü var?

- beş üzvü


109.Bu üzvlər cümlənin təşkilində roluna görə:

-iki növə ayrılır.



  1. Baş üzvlər: mübtəda, xəbər.

  2. İkinci dərəcəli üzvlər: tamamlıq, təyin və zərflik.


110. Mübtəda :


-Mübtəda cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı bildirir.
Mübtəda kim? nə? bəzəndə hara? sualına cavab verir, ismin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Rövşən (kim?) şuşaya gedir. Onların evləri (nə?) Şuşadadır. Şuşa (hara?) gözəl və qədim şəhərimizdir. 
Mübtəda cümlənin ən müstəqil üzvü olur və qramatik cəhətdən heç bir üzvdən aslı deyil.

111. Xəbər:


-Xəbər cümlənin baş üzvü olub, haqqında danışılanın hərəkət və ya əlamətini bildirir. Məsələn: Traktor yeri şumlayır. Torpaq lay-lay çevrilir. – cümlələrində xəbər (şumlayır, çevrilir) mübtəda ilə ifadə olunan, əşyanın

hərəkətini bildirir.


Biz cümlədə söylənilən yeni məlumatıadətən xəbər və xəbərə aid olan üzvlər (tamamlıq, təyin, zərflik) vasitəsilə alırıq.
Xəbər nə edir? (felin bütün şəkil və zamanlarında), kimdir?, neçədir?, haradadır?, necədir? və s. suallara cavab verir.
Mübtəda kimi xəbər də həm nitq hissələri, həm də söz birləşmələri ilə ifadə olunur.
Başlamaq, bilmək, istəmək, olmaq, etmək felləri əksərən başqa sözlərlə birləşərək xəbər vəzifəsində işlənir.
Xəbər, təyini söz birləşmələri, məsdər və feli sifət tərkibləri və s. ilə də ifadə olunur.

Məsələn: Dağların səsiyəm! Mən çalxalanan dənizin nəğməsiyəm.


Nitq hissələri ilə ifadə olunan xəbərlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb xəbər adlanır.

112.Xəbər ifadə vasitələrinə görə iki cür olur:

- 1) feli xəbər; 2) ismi xəbər.
Feli xəbər təsriflənən fellərlə – felin əmr, xəbər, vacib, arzu, lazım və şətr şəkilləri ilə olunur. Məsələn: Ay camaat yol verin. Burada məktəb tikilməlidir. Mən birinci olmaq istəyirəm.
Feli xəbər feli frazeoloji birləşmələrlə də ifadə olunur. Məsələn: İgidlər dərdə düşdü. Səməd köksünü ötürmədi.
İsmi xəbər adlarla – isim, sifət, say, əvəzlik və zərfliklə ifadə olunur. Məsələn: Qayıqlar dənizdədir. Dəniz fırtınalıdır. O, on üçüncü idi. Danışan mən idim.
İsmi birləşmələrlə, məsdər, feli sifət və
feli sifət tərkibləri ilə ifadə olunan xəbərlər də ismi xəbərlərdir. Məsələn: məqsədim oxumaqdır. Qonaqların bir qismi şəhərdən təzə gələnlərdir.
Dilimizdə
 var, yox, lazım, gərək, mümkün, bəs sözləri də müstəqil ismi xəbər kimi işlənə bilir. Məsələn: Evdə heç kim yoxdur.
Feli xəbər cümlədə haqqında danışılanın hərəkətini bildirir və haqında danışılan (mübtəda, ümumi şəxs, qeyri-müəyyən şəxs və s.) hərəkətin törədicisi hesab olunur.
 
İsmi xəbər isə əlamətini bildirir və əlamətin daşıyıcısı kimi çıxış edir.




113.Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması necə olur?


-Xəbərlər mübtəda ilə şəxsə görə uzlaşır. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəsxdə olur. Məsələn: Mən bədii kitabları çoxoxuyuram. Sən bu günlərdə şəhərə gedəcəksən.
Xəbər mübtəda ilə kəmiyyətcə də uzlaşır – mübtəda tək olduqda xəbər də tək, cəm olduqda xəbərdə cəm olur. Məsələn:

Mən oxuyuram,                   Biz oxuyuruq.


Sən oxuyursan,                        Siz oxuyursunuz.
O oxuyur,                                 Onlar oxuyurlar.

III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşa bilir, uzlaşmayada bilir. Bu aşağıdakı qayda üzrədir:


1. III şəxsdə insan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də əksərən cəm olur. Məsələn: Şagirdlər gözəl binalara tamaşa edirlər. Bəza hallarda kəmiyyətcə uzlaşmayada bilir. Məsələn: Onlar qonağı qarşılamağa getmişdi. – bu cümləni belə uzlaşdırmaq olar. Onlar qonağı qarşılamağa getmişdilər.
2. Heyvan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də cəm olur, tək də olur. Məsələn: İtlər hürüşürdü. – İtlər hürüşürdülər.
3. Mübtəda ilə cansız varlıqlar ifadə olunduqda xəbər əksərən onunla uzlaşmır. Məsələn: Yarpaqlar tökültü. Evlər tikildi.

114.Bildiyimiz kimi cümlənin ikinci dərəcəli üzvləri :

-tamamlıq, təyin və zərflikdir. 


115.İkinci dərəcəli üzvlərdən:

- tamamlıq və zərflik yalnız xəbərə aid olur və xəbəri izah edib aydınlaşdırır. Məsələn: Onlar söhbət vaxtı bizə alma şərbəti verirdilər. – cümləsində söhbət vaxtı zaman zərfliyi, bizə, alma şərbəti tamamlıq, verirdilər feli xəbərini izah edir.




116.Təyin:

- əşya bildirən bütün üzvlərə (mübtədaya, tamamlığa, zərfliyə və ismi xəbərə) aid ola bilir. Məsələn: Cavan bir leytenant məni içəri dəvət etdi. Mən hələ indiyə kimi bu cür alqışlarla qarşılanan mənzərə görməmişdim. – cümlələrində cavan sözü mübtədanı (leytenent), bu cür alqışlarla qarşılanan birləşməsi tamamlığı (mənzərə) təyin edir.



117. Tamamlıq:


Tamamlıq cümlənin ikinci dərəcəli üzvü olub, hərəkət və əlamətin obyektini bildirir.
İsmin adlıq və yiyəlik halından başqa, qalan hallarda əşya, obyekt bildirən sözlər və birləşmələr tamamlıq vəzifəsində işlənir. Tamamlıq kimə? nəyə? kimi? nəyi? nə? kimdə? nədə? kimdən? nədən? suallarına cavab verir. Məsələn: Xəyal əlcəyi (nəyi?) mənə (kimə?) verdi.
İşin, hərəkətin, əlamətin obyektini bildirən bəzi qoşmalı sözlər və birləşmələr də cümlədə tamamlıq olur. Məsələn: O, fırça ilə (nə ilə?) şəkil çəkdi.
Tamamlıq da mübtəda kimi isim, əvəzlik və məsdərlərlə daha çox ifadə olunur. Məsələn: Məhəmməd Eldarı səslədi. Onu telefona çağırdılar.
Sifət, say, işarə əvəzlikləri, zərf və feli sifətlər cümlədə isimləşərək tamamlıq vəzifəsində işlənə bilir. Məsələn: Mənim rəfiqəm qırmızını çox sevir. Bunları Adilin atası yollayıb.
Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur.
Tamamlıq ikinci və üçüncü növ təyini söz birləşmələri, feli sifət və məstər tərkibləri ilə ifadə olunur. Məsələn: Bir dağ havasını sevirəm, bir də kövşərin ətrini, çölün ətrini! Bu cür tamamlıqlar quruluşca mürəkkəb olur.

118.Vasitəsiz və vasitəli tamamlıqlar:


-Tamamlıq vasitəli və vasitəsiz olur. Vasitəsiz tamamlıqlar ismin təsirlik halında olur, təsirli fellərlə əlaqələnir və kimi? nəyi? nə? suallarına cavab verir.  Məsələn: Mustafa məktubu (nəyi?) anasına verdi.
Təsirlik hal müəyyən və qeyri-müəyyənlik bildirməklə iki cür olduğundan, vasitəsiz tamamlıqlar da iki cür olur:

  1. Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar

  2. Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar.

Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar müəyyən təsirlik halda olan (təsirlik hal şəkilçisi) sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Bəxtiyar, məni də özünlə apar. Baba tüfəngi, termosu, çantanı götürdü və Ayazı səslədi.


119.Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar:

-qeyri müəyyən təsirlik halda olan söz və birləşmələrlə ifadə olunur. Tamamlığın bu növü nə? sualına cavab verir. Məsələn:  Bağçamıza təzə ağac (nə?) əkdim. Sonra üzərinə su (nə?) tökdüm.
120.Vasitəli tamamlıqlar :

-ismin yönlük, yerlik, çıxışlıq hallarında olan, eyni zamanda ilə, üçün, ötrü, qarşı, haqqında, barəsində qoşmalarının qoşulduğu sözlər və birləşmələrlə ifadə olunur, əşya, obyekt bildirir. Tamamlığın bu növü kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? Kim üçün? nə üçün? nə barədə? və s. suallara cavab verir.
Vasitəsiz tamamlıqlar yalnız təsirli feli xəbərlə bağlı olur. Vasitəli tamamlıqlar isə hər cür feli xəbərlərlə, hətta ismi xəbərlərlə də əlaqələnə bilir. Məsələn: Qız qardaşından (kimdən?) böyükdür. Samir qardaşı ilə (kim ilə?) sizə gələcək.

121. Təyin :


-Təyin cümlənin ikinci dərəcəli üzvü olub, isimlə və isimləşmiş sözlərlə ifadə olunan üzvləri müxtəlif cəhətdən izah edir. 
Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? Suallarına cavab verir. Məsələn: Çalışqan (necə?) şagirdlə beş (neçə?) maraqlı kitab aldılar.
Təyin əksərən sifət, say, feli sifət və işarə əvəzlikləri ilə ifadə olunur. Məsələn: Bu meşə çox böyük idi.
İsim və zərflərdə sifətləşdikdə təyin vəzifəsində işlənə bilir. Məsələn: Mühəndis Sultanov dəri paltosunu geydi. Yuxarı otaqlar xeyli sərin idi. 
Təyin ismi birləşmələr və feli sifət tərkibləri ilə də ifadə olunur. Məsələn: Polis rəisi Kərimov prokurora zəng vurdu.
Cümlədə isimlə və isimləşmiş sözlərlə ifadə olunan bütün üzvlərin təyini ola bilir.
Nitq hissələri ilə ifadə olunan təyinlər sadə, söz birləşmələr ilə ifadə olunanlar isə mürəkkəb təyin sayılır.

122. Zərflik :


-Zərflik cümlənin ikinci dərəcəli üzvü olub, hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir.
Zərflik əksərən zərflərlə – tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri ilə ifadə olunur. Məsələn: Səkinə xala sakitcə çəkilib getdi.
Zərflik yer və zaman mənalı isimlər, feli bağlamalar, qoşmaların artırıldığı isim və məsdərlər, sual əvəzlikləri və s. ifadə olunur. Məsələn: O, Azəri bazara göndərmişdi.
Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə olunur. Məsələn: Boz dağın qoynunda bir dəniz vardır.

123. Zərflik əksərən feli xəbərə, az hallarda ismi xəbərə aid olur. Feli xəbərə aid olduqda isim, ismi xəbərə aid olduqda əlamətin meydana çıxmasının tərzini, zamanını, yerini, miqdarını, səbəbini və məqsədini bildirir. Buna görə də zərfliyin aşağıdakı məna növləri vardır:


1. Tərzi-hərəkət zərfliyi  işin, hərəkətin icra tərzini bildirir. Necə? nə cür? nə tərzdə? Nə vəziyyətdə? suallarına cavab verir.
2.
 Zaman zərfliyi – işin, hərəkətin, hadisənin zamanını bildirir. Nə vaxt? nə zaman? haçan? nə zamanadək? nə vaxta kimi? nə vaxta qədər? suallarına cavab verir.
3.
 Yer zərfliyi  işin, hərəkətin və s. yerini bildirir. Hara? haraya? harada? suallarına cavab verir.
4.
 Kəmiyyət və ya dərəcə zərfliyi – hərəkətin hansı kəmiyyətdə icra olunduğunu bildirir. Nə qədər? sualına cavab verir.
5.
 Səbəb zərfliyi – hərəkətin və ya əlamətin səbəbini bildirir. Niyə? nə üçün? nə səbəbə? nədən ötrü? nəyə görə? suallarına cavab verir.
6.
 Məqsəd zərfliyi – hərəkətin məqsədini bildirir. Niyə? nədən ötrü? nə məqsədlə? suallarına cavab verir.




124.Cümlə üzvlərinin əlavəsi:


-Cümlədə özündən əvvəlki üzvün mənasını izah edib konkretləşdirən sözə və ya söz birləşməsinə cümlə üzvlərinin əlavəsi deyilir.
Əlavə, əlavəli üzvlə şəxsə, kəmiyyətə və ismin halına görə uzlaşır. Məsələn: uçur qayğılar – o nazlı quşlar.
Bəzən əlavəli üzv I, II, şəxslərə, əlavə isə III şəxsdə olur, əlavə, əlavəli üzvlə ismin halına, kəmiyyətə görə uzlaşır, şəxsə görə uzlaşma pozulur. 
Mübtədanın əlavəsi mübtədanın, xəbərin əlavəsi isə xəbərin mənasını konkretləşdirmək, izah edib aydınlaşdırmaq üçün işlənir. Məsələn: Yaşasın səadət, o yaz səhəri.
Cümlədə üçüncü növ təyini söz birləşmələrinin, feli sifət, feli bağlama və məsdər tərkiblərinin asılı tərəfinə xitablara aid əlavələr də olur. Məsələn: Adilin – onuncu sinif şagirdinin fədakarlığı bütün rayona yayıldı. 
Əlavələr izah etdiyi sözlərdən tire (–) işarəsi ilə ayrılır. Məsələn: Dünən – mayın 17-də bütün diskləri aparıb təhvil verdik.


125.Əlavədən əvvəl yəni bağlayıcısı işləndikdə:

-vergül qoyulur.



126.Mürəkkəb cümlə əmələ gətirən sadə cümlələr bir-biri ilə sintaktik cəhətdən iki cür bağlanır:

-tabesizlik yolu ilə, tabelilik yolu ilə.


Mürəkkəb cümləni təşkil edən sadə cümlələrin ya hamısı bərabər hüquqlu olur, ya da tərkib hissələrindən biri qrammatik cəhətdən müstəqil, digəri ondan asılı olur. Məsələn: Al rəngli şəfəqlər ətrafı bürüyürdü – cümləsində tərkib hissələri bərabərhüquqludur (hətta bəzi belə cümlələrdə tərkib hissələrinin yerini dəyişsək də məna dəyişmir). Mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasındakı bu cür bağlılıq tabesizlik bağlılıqdır. Belə mürəkkəb cümlələr tabesizlik mürəkkəb cümlələr adlanır.
Zeynəb hiss etdi, Tükəzban xala ona inanmır – cümləsində sadə cümlələrdən birincisi qrammatik cəhətdən müstəqil olduğu halda, ikinci birinciyə tabedir, çünki ikinci  cümlənin tərkib hissəsi (Tükəzban xala ona inanmır) birinci hissəsini (Zeynəb hiss etdi) aydınlaşdırır və tamamlayır.
Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasında bağlılıq tabeli bağlılıq adlanır. Belə mürəkkəb cümlələrə tabeli mürəkkəb cümlələr deyilir.


127. Mürəkkəb cümlələr iki növə ayrılır:

  1. tabesizlik mürəkkəb cümlələri 2) tabeli mürəkkəb cümlələr



  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə