Dözümlülük və adaptasiya




Yüklə 9.26 Kb.
tarix22.04.2016
ölçüsü9.26 Kb.
Dözümlülük və adaptasiya

Yaşayış şəraitindən asılı olaraq öz fəaliyyətini təşkil etmək və xarakterini dəyişmək qabiliyyəti hər bir canlı varlığın həyat əhəmiyyətli xüsusiyyəti sayılır.Geniş dairəli müxtəlif proseslər zamanı baş verən uyğunlaşma adaptasiya adlanan ümumi ad almışdır.Adaptasiya fenomeni biosistemin fundamental və universal xüsusiyyətlərindən biridir.Bu xüsusiyyət bütün canlı orqanizmlərin o cümlədən insanların uyğunlaşma dəyişikliklərinin əsasını təşkil edir.Müxtəlif kitablarda adaptasiya məvhumu uyğunlaşma və alışma kimi təsvir edilir.Biologiyada adaptasiya orqanizmin quruluş və funksiyalarının yaşayış şəraitinə uyğunlaşması kimi,fiziologiya və tibdə alışma kimi verilir.Qısa psixoloji sözlükdə adaptasiya “orqanizmin və onun orqan və hüceyrələrinin mühit şəraitində uyğunlaşması zamanı adaptasiyanı müşayiət edən dəyişikliklər orqanizmin molekulyar səviyyəsindən tutmuş psixoloji tənzimə qədər bütün səviyyələrini əhatə edir” kimi təyin olunur.Fəlsəfə sözlüyündə adaptasiya daxili və xarici mühit şəraitinə uyğunlaşma prosesi kimi götürülür.Bəzən bir çox mühit amillərinə uyğunlaşan sistemə adaptasiya deyilir.



Müxtəlif səviyyəli həyat fəaliyyətinin təşkilində adaptasiya məvhumu müxtəlif məzmun kəsb edir.Bu zaman müəyyən canlı sistemin təşkili səviyyəsində hər bir hal üçün həmin canlı sistem üçün spesifik olan xüsusiyyətə müvafiq mexanizm təsir göstərir.Bu əlamətləri yeni qida mühitinə düşmüş ştamm mikroblarının metabolizmi dəyişməsilə əlaqədar adaptasiyasını,Antraktidada pinqivin dəstəsinin soyuğa adaptasiyasını müqayisə etdikdə müşahidə etmək olar.Adaptasiya həyatın ümumi xüsusiyyəti olub orqanizmin dəyişikliklərə uyğunlaşmasıdır.Ona görədə onun prosesləri həyat hadisələrinin müxtəlifliyi qədər bir-birindən fərqlidir.Bu xüsusiyyətlər fərdlərin və populyasiyaların fəaliyyəti zamanı orqanizmin müxtəlif orqan və sistemlərinin müəyyən şəraitdə realizasiyasının,spesifikliyinin fərqinə görə təyin edilir.Bu və ya digər kriteriyalara əsasən adaptasiyasının bir neçə növünü ayırd edib xarakterizə etmək olar.


İlk növbədə canlının hansı səviyyəli təşkilinə toxunmasından asılı olaraq adaptasiyanıhüceyrələr,toxumalar,orqanlar,orqanizmlər,populyasiyalar,biosenozlar və biosfer yenidən qurulma uyğunlaşması səviyyələrinə ayırmaq olar.Hüceyrənin adaptasiyasına nümunə olaraq idmançılarda məşqin təsirindən əzələ lifinin hipertrofiyasını göstərmək olar.Bu zaman əzələ liflərinin miqdarı artmadığı halda gücləndirilmiş fiziki işə uyğunlaşmaları ilə əlaqədar olaraq onların kütləsi böyüyür.Orqanların adaptasiyasına yüksək dağ mühitində yaşayanların oksigen azlığının təsirinə uyğunlaşmalarının əlaməti olan ağciyərlərin həyat tutumunun artmasını misal göstərmək olar.Orqanizm səviyyəli adaptasiyaya əyani nümunə olaraq heyvanların yeni yem əldə etdikləri zamanı davranışlarında baş verən dəyişikliklər nümunə ola bilər.Miqrasiya zamanı yem bazasını dəyişməsi ilə əlaqədar rəqabətin yaranması,morfo-fizioloji modifikasiyası və miqdarın nizamlanması populyasiya səviyyəli adaptasiyaya nümunə ola bilər.Biosenoza daxil olan bitki və heyvan növlərinin strukturunda baş verən yenidən qurulma biosenoz adaptasiyasının nəticəsidir.Nəhayət biosfer səviyyəli adaptasiya bütün planet səviyyəsində gedən bioloji prosesləri əhatə edir.Orqanizmin məruz qaldığı təsirindən asılı olaraq onda müxtəlif növ adaptasiya yaranır.Məsələn,yay fəsilində günəşli gündə gur günəş işığının təsirinə qarşı gedən adaptasiya gözün işığa qarşı həssaslığını azaldır.Ultrabənövşəyi şüalar dərinin üzərində müdafiə funksiyası daşıyan piqmentlərin əmələ gəlməsinə səbəb olduğu üçün isti havada əvvəlcə tər ifrazı sürətlənir,sonra tər qənaətlə ifraz olunur.Bu zaman adaptasiya prosesində aparıcı rolu fiziki termotənzim oynayır,yəni istiliyin xaric olması tənzim olunur.Yeni adekvat şəraitdə dözümlü genetik təbiətli struktur və funksional modifikasiyanın yaranması yəqinki təbii seçmə mexanizmi ilə əlaqədardır.Yeni həyat şəraiti destabilləşdirici faktor kimi dəyişiklikləri artırır və təbii seçmə prosesində üstünlüyü adaptasiya reaksiyasına malik olan və yeni normanı müəyyənləşdirən genotip təşkil edir.Bu zaman fərdin yaxud populyasiyasının adaptasiyasının gedişi səviyyəsindən asılı olaraq uyğunlaşma müxtəlif xarakterli olur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə