Dövlət Sort-Sınaq Məntəqələri (dssm)




Yüklə 75.38 Kb.
tarix29.02.2016
ölçüsü75.38 Kb.
Dövlət Sort-Sınaq Məntəqələri (DSSM)

Dövlət Komissiyasının strukturuna 16 sort-sınaq məntəqəsi daxildir. Sort-sınaq məntəqələri ölkənin əksər regionlarını əhatə etməklə əsasən torpaq-iqlim xüsusiyyətlərinə görə yerləşdirilmişdir.

Dövlət Sort-Sınaq Məntəqələrinin əsas məqsədi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin yeni yaradılmış sort və hibridlərinin sınağını keçirməkdir.

Meyvə bitkilərinin sort-sınağını həyata keçirən məntəqələrdə seleksiya və təsərrüfat əhəmiyyətli əlamətlərin mənbəyi olan sortlar, yerli xalaq seleksiyası sortları, məxsusi genetik ehtiyatlar və donorlar vardır. Həmin məntəqələrinin əsas vəzifələrindən biri də sort-sınaq işləri ilə yanaşı məntəqənin ərazisində olan meyvə bitkilərinin genetik ehtiyatlarının canlı halda indiki və gələcək nəsillər üçün zəmanətli qorunub saxlanmasını, onların ərzaq məhsulları istehsalında, elmi-tədqiqat, seleksiya və digər fəaliyyətdə istifadəsini, bitki materiallarına olan ehtiyacın davamlı ödənilməsini, habelə dövlətin ərzaq, ekoloji və bioloyji ehtiyatlar təhlükəsizliyinin yaxşılaşdırılmasını təmin etməkdir.



 Sort-sınaq məntəqələrinin yerləşdiyi rayonlar və ünvanlar aşağıdakı cədvəldə verilir: 

Sıra

Adları

Ünvanları

Telefon nömrələri

1

Ağdam kompleks SSM

AZ 0200, Azərbaycan, Ağdam rayonu, Qaradağlı kəndi

 050 352 7341

2

Gədəbəy kompleks SSM

AZ 2100, Azərbaycan, Gədəbəy rayonu, Slavyanka kəndi

 050 332 69 33

3

Göyçay ipəkçilik SSM

AZ 2300, Azərbaycan,Göyçay rayonu, Şəhadət kəndi

 050 595 27 54

4

Göyçay subtropik SSM

AZ 2300,Azərbaycan,Göyçay rayonu, Qarabaqqal kəndi

 051 722 02 38

5

Xaçmaz kompleks SSM

AZ 2725, Azərbaycan  Xaçmaz rayonu, Mürşüd-Oba kəndi

 050 564 30 41

6

İsmayıllı kompleks SSM

AZ 3114, Azərbaycan, İsmayıllı rayonu, İvanovka kəndi

 050 512 90 36

7

Qazax üzümçülük SSM

AZ 3500, Azərbaycan, Qazax rayonu, Canallı kəndi

 050 671 22 24

8

Qusar kompleks SSM

AZ 3820, Azərbaycan, Qusar rayonu, Hil kəndi

 050 494 30 57

9

Qusar meyvəçilik SSM

AZ 3800, Azərbaycan, Qusar rayonu, Bədirqala kəndi

 050 338 81 37

10

Lənkəran subtropik SSM

AZ 4242, Azərbaycan, Lənkəran rayonu, Səpnəkaran kəndi

 050 612 78 73

11

Lənkəran tərəvəzçilik SSM

AZ 4223, Azərbaycan, Lənkəran rayonu, Daştalıqcar kəndi

 050 615 49  06

12

Naxçıvan kompleks SSM

AZ7007, Azərbaycan, Naxçıvan MR, Babək rayonu, Şıxmahmud kəndi

 070 799 22 07

13

Naxçıvan meyvəçilik SSM

AZ7007, Azərbaycan, Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndi

 050 665 46  92

14

Salyan kompleks SSM

AZ 5200, Azərbaycan, Salyan rayonu, Kür-Qaraqaşlı kəndi

 070 313 52 86

15

Zaqatala kompleks SSM

AZ 6215, Azərbaycan, Zaqatala rayonu, Çobanköl kəndi

 050 730 10 30

16

Zaqatala meyvəçilik SSM

AZ 6215, Azərbaycan, Zaqatala rayonu, II Tala kəndi

 050 445 23 70


Hər bir sort-sınaq məntəqəsi haqqında məlumat aşağıda verilir:
Ağdam kompleks Dövlət sort-sınaq məntəqəsi

(II.Şirvan-Qarabağ suvarılan düzən zonası)

Ağdam taxılçılıq, pambıqçılıq, suvarma sınaq məntəqəsi adı ilə 1969-cu ildə Ağdam rayonunun Qaradağlı kəndində yaradılıb (1937-ci ildə Bərdədə təşkil edilib, daha sonra Ağdama köçürülüb). “Telman” adına kolxozun ərazisində fəaliyyət göstərib. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Ağdam kompleks sort-sınaq məntəqəsi” adlandırılıb. Məntəqəsinin Əsasnaməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 31 oktyabr 1997-ci ildə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bərdə bölgə şöbəsi tərəfindən 22 yanvar 1999-cu ildə 10/54 nömrəsi ilə qeydə alınmışdır. Azərbaycasn Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Ağdam rayonunun keçmiş T.Məmmədov adına kolxozunun ərazisindən 53 hektar torpaq sahəsi Ağdam kompleks sort-sınaq məntəqəsinə təhkim olunub.

Sort-sınaq məntəqəsinin əsas məqsədi kənd təsərrüfatı bitkilərinin yeni yaradılmış sort və hibridlərinin sınağını keçirməkdir. Məntəqədə hər il dənli-taxıl, yem və digər bitkilərin orta hesabla 35-dən artıq sortu üzrə sort-sınaq işləri aparılır.
Gədəbəy kompleks Dövlət sort-sınaq məntəqəsi

(X.Orta dağlıq zonası-Böyük və Kiçik Qafqazın orta dağlıq yarımzonası)

Gədəbəy taxılçılıq, dəmyə, çəmən-otlaq sınaq məntəqəsi adı ilə 1938-ci ildə Slavyanka kəndi, “Lenin yolu” kolxozunda yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Gədəbəy kompleks sort-sınaq məntəqəsi” adlandırılıb. Məntəqənin Əsasnaməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 31oktyabr 1997-ci ildə təsdiq edilmişdir.

Məntəqəsinin əsas məqsədi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin yeni yaradılmış sort və hibridlərinin sınağını keçirməkdir. Hal-hazırda Gədəbəy kompleks sort-sınaq məntəqəsində dənli taxil bitkilərinin 19, kartofun 8 sortu sınaqdadır.


Göyçay ipəkçilik Dövlət sort-sınaq məntəqəsi

(II.Şirvan-Qarabağ suvarılan ovalıq zonası)

Göyçay ipəkçilik, suvarma sınaq məntəqəsi adı altında ilk dəfə 1956-cı ildə yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Göyçay ipəkçilik sort-sınaq məntəqəsi” adlandırılıb. Məntəqənin Əsasnaməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 31oktyabr 1997-ci ildə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Göyçay bölgə şöbəsi tərəfindən 22 yanvar 1998-ci ildə 7/10 nömrəsi ilə qeydə alınmışdır. İdentifikasiya kodu 3058556-dır. Azərbaycasn Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Göyçay rayonunun keçmiş S.Vurğun adına üzüm istehsalı və emalı müəssisəsinin ərazisindən 3,52 hektar tut bağı Göyçay ipəkçilik sort-sınaq məntəqəsinə təhkim olunub.

Sort-sınaq məntəqəsinin əsas məqsədi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının təsdiq etdiyi plan əsasında yeni yaradılmış tut ipəkqurdu çins və hibridlərinin və tut sortlarının sınağını keçirməkdir. Məntəqədə hər il orta hesabla 30-dan artıq sort və tut ipəkqurdu cinslərinin sınağı keçirilir.
Göyçay subtropik Dövlət sort-sınaq məntəqəsi

(II.Şirvan-Qarabağ suvarılan ovalıq zonası)

Göyçay meyvəçilik, üzümçülük, subtropik, suvarma sınaq məntəəqəsi 1957-cı ildə Göyçay rayonunun Qarabaqqal kəndində yaradılıb “Nizami” adına sovxozun ərazisində fəaliyyət göstərib. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Göyçay subtropik sort-sınaq məntəqəsi” adlandırılıb. Məntəqənin Əsasnaməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 31oktyabr 1997-ci ildə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Göyçay bölgə şöbəsində qeydə alınmışdır. Əsas məqsədi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin yeni yaradılmış sort və hibridlərinin sınağını keçirmək, müxtəlif meyvə bitkilərinin xüsusilə, narın kolleksiya bağının və genetik ehtiyatlarının qorunub saxlanması və seleksiya məqsədilə istifadəsini təmin etməkdir.


Xaçmaz kompleks Dövlət sort-sınaq məntəqəsi

(IV.Samur-Şabran suvarılan ovalıq zonası)

Xaçmaz meyvəçilik, üzümçülük, suvarma sınaq məntəqəsi adı altında 1958-ci ildə yaradılıb. (1954-cü ildə Xaçmaz sort-sınaq məntəqəsi adlanıb). Xaçmaz 30-cu qəsəbə, “Lenin yolu” sovxozu ərazisində fəaliyyət göstərib. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Xaçmaz kompleks sort-sınaq məntəqəsi” adlandırılıb. Məntəqənin Əsasnaməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 31oktyabr 1997-ci ildə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən 11 iyun 1998-ci ildə 35 nömrəsi ilə qeydə alınmışdır. Azərbaycasn Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Xaçmaz rayonunun keçmiş Nərəcan sovxozunun ərazisindən 44,5 hektar (meyvə bağı və əkin sahəsi) torpaq sahəsi Xaçmaz meyvəçilik kompleks sort-sınaq məntəqəsinə təhkim olunub.

Sort-sınaq məntəqəsinin əsas məqsədi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin yeni yaradılmış sort və hibridlərinin sınağını keçirmək, müxtəlif meyvə bitkilərinin sortlarının, kolleksiya bağının qorunub saxlanması və seleksiya məqsədilə istifadəsini təmin etməkdir. Məntəqədə hər il orta hesabla müxtəlif kənd təsərrüfatı bitkilərinin 70-dən artıq sort-sınaq işləri həyata keçirilir. Hal-hazırda Xaçmaz meyvəçilik kompleks sort-sınaq məntəqəsində çoxillik əkmələrin 99 sortu, o cümlədən almanın 30, armudun 11, gilasın 16, şəftəlinin 6, gavalının 13, alçanın 2, xurmanın 4, əriyin 3, albalının 2, fındığın 12 sortu mövcuddur.


İsmayıllı kompleks Dövlət sort-sınaq məntəqəsi

(VIII.Böyük və Kiçik Qafqazın alçaq dağlıq zonası)

İsmayıllı taxılçılıq sort-sınaq məntəqəsi 1937-ci ildə İvanovka kəndində “Kalinin” adına kolxozun ərazisində yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “İsmayıllı kompleks sort-sınaq məntəqəsi” adlandırılıb. Məntəqənin əsasnaməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 31oktyabr 1997-ci ildə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Göyçay bölgə şöbəsi tərəfindən 25 dekabr 1997-ci ildə 7/07 nömrəsi ilə qeydə alınmışdır. İdentifikasiya kodu 3058561-dir. Azərbaycasn Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə İsmayıllı rayonunun Nikitin adına kolxozun ərazisindən 43,2 hektar torpaq sahəsi təhkim olunub.

Sort-sınaq məntəqəsinin əsas məqsədi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin yeni yaradılmış sort və hibridlərinin sınağını keçirməkdir. Məntəqədə hər il dənli taxıl, paxlalı, yem bitkilərinin orta hesabla 50-dən artıq sort-sınaq işləri və sort-təcrübələri (becərmə texnologiyaları) həyata keçirilir.
Qazax meyvəçilik Dövlət sort-sınaq məntəqəsi

(III.Dağətəyi düzən suvarılan zona)

Qazax üzümçülük, ipəkçilik, suvarma sınaq məntəqəsi adı ilə 1963-cü Ağstafa şəhəri, Keçəsgər kəndində yaradılıb. “Nizami” adına sovxozun ərazisində fəaliyyət göstərib. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Qazax meyvəçilik sort-sınaq məntəqəsi” adlandırılıb. Məntəqənin əsasnaməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 31oktyabr 1997-ci ildə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Şəmkir bölgə şöbəsi tərəfindən 14 aprel 1998-ci ildə 8/4-7 nömrəsi ilə qeydə alınmışdır. Identifikasiya kodu 3058650-dir.

Azərbaycasn Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Qazax rayonunun keçmiş Əzizbəyov sovxozunun 3,0 hektar torpaq sahəsi Qazax meyvəçilik sort-sınaq məntəqəsinə təhkim olunub. Sort-sınaq məntəqəsinin əsas məqsədi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin yeni yaradılmış sort və hibridlərinin sınağını keçirməkdir. Məntəqədə hər il orta hesabla 4-dən artıq sort-sınaq işləri həyata keçirilir.


Qusar kompleks Dövlət sort-sınaq məntəqəsi

(VIII.Böyük və Kiçik Qafqazın alçaq dağlıq zonası)

Qusar taxılçılıq sort-sınaq məntəqəsi adı ilə 1937-ci ildə Qusar rayonu, Hil kəndi, “Lenin” adına sovxozun ərazisində yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Qusar kompleks sort-sınaq məntəqəsi” adlandırılıb. Məntəqənin əsasnaməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 31oktyabr 1997-ci ildə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən 06 iyul 1998-ci ildə 38 nömrəsi ilə qeydə alınmışdır. İdentifikasiya kodu 3058535-dir. Azərbaycasn Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Qusar rayonunun keçmiş Lenin adına sovxozunun ərazisindən 20,0 hektar torpaq sahəsi Qusar taxılçılıq sort-sınaq məntəqəsinə təhkim olunub.

Sort-sınaq məntəqəsinin əsas məqsədi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının təsdiq etdiyi plan əsasında dəmyə şəraitdə kənd təsərrüfatı bitkilərinin yeni yaradılmış sort və hibridlərinin sınağını keçirməkdir. Məntəqədə hər il dənli taxıl, paxlalı, qarğıdalı və s. bitkilərin orta hesabla 40-a yaxın sort-sınaq işləri həyata keçirilir.
Qusar meyvəçilik Dövlət sort-sınaq məntəqəsi

(IV.Samur-Şabran suvarılan ovalıq zonası)

Qusar meyvəçilik, suvarma sınaq məntəqəsi 1958-ci ildə Qusar rayonunun Bədir-Qala kəndində, Qusar toxumçuluq sovxozu ərazisində yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Qusar meyvəçilik sort-sınaq məntəqəsi” adlandırılıb. Məntəqənin əsasnaməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 31oktyabr 1997-ci ildə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən 30 mart 1998-ci ildə 29 nömrəsi ilə qeydə alınmışdır. İdentifikasiya kodu 3058520-dir. Azərbaycasn Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Qusar rayonunun keçmiş Toxumçuluq sovxozunun ərazisindən 35,0 hektar (18 hektar meyvə bağı, 17 hektar əkin yeri) Qusar meyvəçilik sort-sınaq məntəqəsinə təhkim olunub.

Sort-sınaq məntəqəsinin əsas məqsədi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin yeni yaradılmış sort və hibridlərinin sınağını keçirmək, müxtəlif meyvə bitkilərinin sortlarının, kolleksiya bağının və genetik ehtiyatların öz təbii yerində qorunub saxlanması və seleksiya məqsədilə istifadəsini təmin etməkdən ibarətdir. Məntəqədə hər il orta hesabla 50-dan artıq sort-sınaq işləri həyata keçirilir. Hal-hazırda Qusar meyvəçilik sort-sınaq məntəqəsində almanın 48, armudun 9, gilasın 13 sortu mövcuddur.
Lənkəran subtropik Dövlət sort-sınaq məntəqəsi

(V.Lənkəran zonası-düzən ərazilər)

Lənkəran çay sınaq məntəqəsi adı ilə ilk dəfə 1948-ci ildə maşın-sınaq təcrübə təsərrüfatında yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Lənkəran subtropik sort-sınaq məntəqəsi” adlandırılıb. Məntəqənin Əsasnaməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 31oktyabr 1997-ci ildə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsi tərəfindən 17 dekabr 1997-ci ildə 5/28 nömrəsi ilə qeydə alınaraq Dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. İdentifikasiya kodu 3058598-dir. Azərbaycasn Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Lənkəran rayonunun “Şürük” təcrübə təsərrüfatının ərazisindən 7,07 hektar torpaq sahəsi Lənkəran subtropik sort-sınaq məntəqəsinə təhkim olunub.

Sort-sınaq məntəqəsinin əsas məqsədi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin, xüsusilə subtropik meyvə bitkilərinin yeni yaradılmış sort və hibridlərinin sınağını keçirmək, müxtəlif meyvə bitkilərinin sortlarının, kolleksiya bağının qorunub saxlanması və mühafizəsini təmin etməkdən ibarətdir. Məntəqədə hər il orta hesabla subtropik meyvə bitkilərinin 8 sort-sınaq işləri həyata keçirilir. Hal-hazırda Lənkəran subtropik sort-sınaq məntəqəsində çoxillik əkmələrin 18 sortu, o cümlədən feyxoanın 11, kivinin 2 və çayın 3 sortu mövcuddur.


Lənkəran tərəvəzçilik Dövlət sort-sınaq məntəqəsi

(V.Lənkəran zonası-düzən ərazilər)

Lənkəran tərəvəzçilik, bostan bitkiləri, suvarma sınaq məntəqəsi adı altında 1969-cu ildə yaradılıb (1957-ci ildə Saatlı sınaq, 1958 və 1963 Lənkəran sınaq məntəqəsidən köçürülüb). Baloğlan Abbasov adına sovxozun ərazisində fəaliyyət göstərib. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Lənkəran tərəvəzçilik sort-sınaq məntəqəsi” adlandırılıb. Məntəqənin Əsasnaməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 31oktyabr 1997-ci ildə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsi tərəfindən 15 yanvar 1998-ci ildə 5/33 nömrəsi ilə qeydə alınmışdır. İdentifikasiya kodu 3058603-dir. Azərbaycasn Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Lənkəran rayonunun keçmiş Daşdalıqjar sovxozunun ərazisindən 3,0 hektar torpaq sahəsi Lənkəran tərəvəzçilik sort-sınaq məntəqəsinə təhkim olunub. Əsas məqsədi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərininin, xüsusilə tərəvəz bitkilərinin yeni yaradılmış sort və hibridlərinin sınağını keçirməkdir. Məntəqədə hər il orta hesabla 20-dən artıq sort-sınaq işləri həyata keçirilir.

Naxçıvan kompleks Dövlət sort-sınaq məntəqəsi

(IX.Arazətrafı suvarılan düzən- zonası)

Naxçıvan taxılçılıq, suvarma sınaq məntəqəsi 1938-ci ildə Naxçıvan sovxoz-texnikumun ərazisində yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Naxçıvan kompleks sort-sınaq məntəqəsi” (Babək rayonu, Şıxmahmud kndi) adlandırılıb. Məntəqənin Əsasnaməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyində 04 avqust 1997-ci il tarixdə 1050 nömrəsi ilə qeydə alınmışdır. Bitki sort və hibridləri üzrə seleksiya nailiyyətlərinin sınağını və mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 25 mart 1997-ci il tarixli 60 nömrəli qərarı ilə Babək rayonunun Şıxmahmud kəndində fəaliyyət göstərən Dövlət Toxumçuluq təsərrüfatının ərazisindən Naxçıvan kompleks sort-sınaq məntəqəsinə 26,2 hektar torpaq sahəsi təhkim olunmuşdur. Hər il sort-sınaq məntəqəsində dənli taxıl və paxlalı bitkilərin 30-dan artıq sort-sınaq işləri həyata keçirilir.


Naxçıvan meyvəçilik Dövlət sort-sınaq məntəqəsi

(IX.Arazətrafı suvarılan düzən- zonası)

Naxçıvan meyvəçilik, üzümçülük, suvarma sınaq məntəqəsi adı ilə 1958-ci ildə Naxçıvan şəhərində Arazın sahilində Zeynəddin kəndində, üzümçülük sovxozunda yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Naxçıvan meyvəçilik sort-sınaq məntəqəsi” (Babək rayonu Nehrəm kəndi) adlandırılıb. Məntəqənin Əsasnaməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş və Naxçıvan MR Ədliyyə Nazirliyində 06 avqust 1997-ci il tarixdə 1047 nömrəsi ilə qeydə alınmışdır. Identifikasiya kodu 3058671-dir. Bitki sort və hibridləri üzrə seleksiya nailiyyətlərinin sınağını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 25 mart 1997-ci il tarixli 60 nömrəli qərarı ilə Babək rayonunun Nehrəm kəndində fəaliyyət göstərən Meyvəçilik Dövlət təsərrüfatının ərazisindən Naxçıvan meyvəçilik sort-sınaq məntəqəsinə 6,0 hektar torpaq sahəsi təhkim olunmuşdur.

Sort-sınaq məntəqəsinin əsas məqsədi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının (Baş idarənin) təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin yeni yaradılmış sort və hibridlərinin sınağını keçirmək, müxtəlif bitkilərin, xüsusilə üzüm bitkisi sortlarının qorunub saxlanması və seleksiya məqsədilə istifadəsini təmin etməkdir. Məntəqədə hər il orta hesabla 11-dən artıq sort-sınaq işləri həyata keçirilir. Hal-hazırda Naxçıvan meyvəçilik sort-sınaq məntəqəsində çoxillik əkmələrin, xüsusilə üzünmün 11 sortu mövcuddur.
Salyan kompleks Dövlət sort-sınaq məntəqəsi

(I.Kürətrafı düzən suvarılan zonası)

Salyan (1964-cü ilə qədər keçmiş Əli-Bbayramlı) pambıqçılıq, taxılçılq aqrotexnika və suvarma sınaq məntəqəsi adı ilə ilk dəfə 1935-ci ildə Salyan rayonu, Qara-Qaşlı kəndində yaradılıb. O, dövrdə “Oktyabr” kolxozu ərazisində fəaliyyət göstərib. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə “Salyan kompleks sort-sınaq məntəqəsi” adlandırılıb. Məntəqənin Əsasnaməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 31 oktyabr 1997-ci ildə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsi tərəfindən 17 iyul 1998-ci ildə 5/64 nömrəsi ilə qeydə alınmışdır. İdentifikasiya kodu 3058509-dur. Azərbaycasn Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Salyan rayonunun keçmiş Y.Nağıyev adına kolxozunun ərazisindən 37,5 hektar torpaq sahəsi Salyan kompleks Dövlət sort-sınaq məntəqəsinə təhkim olunub.

Əsas məqsədi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin yeni yaradılmış sort və hibridlərinin sınağını keçirməkdir. Hal-hazırda məntəqədə dənli taxıl və texniki (pambıq) bitkilərin 52 sortu üzrə sort-sınaq işləri aparılır.

Zaqatala kompleks Dövlət sort-sınaq məntəqəsi

(IX.Şəki-Zaqatala zonası)

Zaqatala taxılçılıq, tütünçülük, suvarma sort-sınaq məntəqəsi adı altında 1944-cü ildə Çobankol kəndində “Kommunizm yolu” kolxozu ərazisində yaradılıb (1938 və 1941-ci illərdə Zaqataladan köçürülüb). Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Zaqatala kompleks sort-sınaq məntəqəsi” adlandırılıb. Məntəqənin əsasnaməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 31oktyabr 1997-ci ildə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsi tərəfindən 23 yanvar 1998-ci il tarixdə D-9/36 nömrəsi ilə qeydə alınaraq Dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. İdentifikasiya kodu 3058582-dir. Azərbaycasn Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Zaqatala rayonunun keçmiş “Çobankol” kolxozun ərazisindən 20,0 hektar əkin sahəsi Zaqatala kompleks sort-sınaq məntəqəsinə təhkim olunub.

Sort-sınaq məntəqəsinin əsas məqsədi kənd təsərrüfatı bitkilərinin sort və hibridləri üzrə seleksiya nailiyyətlərinin sınağının təmin edilməsindən ibarətdir. Hal-hazırda sort-sınaq məntəqəsində dənli taxıl, qarğıdalı və tütün bitkilərinin 44 sortu sınaqdadır.


Zaqatala meyvəçilik Dövlət sort-sınaq məntəqəsi

(IX.Şəki-Zaqatala zonası)


Zaqatala meyvəçilik, flındıqçılıq, efir yağlı bitkilər, suvarma sınaq məntəqəsi adı ilə 1957-ci ildə rayonun 2-ci Tala kəndi S.Vurğun adına kolxozun ərazisində yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Zaqatala meyvəçilik sort-sınaq məntəqəsi” adlandırılıb. Məntəqənin Əsasnaməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 31oktyabr 1997-ci ildə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsi tərəfindən 07 yanvar 1998-ci ildə D-9/34 nömrəsi ilə qeydə alınmışdır. İdentifikasiya kodu 3058577-dir.Azərbaycasn Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Zaqatala rayonunun keçmiş S.Vurğun adına kolxozun ərazisindən 35,0 hektar əkin sahəsi Zaqatala meyvəçilik sort-sınaq məntəqəsinə təhkim olunub.

Sort-sınaq məntəqəsinin əsas məqsədi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin, xüsusilə meyvə bitkilərinin yeni yaradılmış sort və hibridlərinin sınağını keçirmək, müxtəlif meyvə bitkilərinin sortlarının, kolleksiya bağının qorunub saxlanması və seleksiya məqsədilə istifadəsini təmin etməkdir. Hal-hazırda Zaqatala meyvəçilik sort-sınaq məntəqəsində çoxillik əkmələrin 64 sortu, o cümlədən fındığın 6, şabalıdın 3, armudun 8, gavalının 19, alçanın 12, zoğalın 3 sortu, tut ağacının 13 sortu vardır. Bununla yanaşı məntəqədə tut ipəkqurdunun 18 hibridi mövcuddur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə