Dövlət qeydiyyatına alınmışdır Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat №3176




Yüklə 103.17 Kb.
tarix27.02.2016
ölçüsü103.17 Kb.

Dövlət qeydiyyatına alınmışdır

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Qeydiyyat № 3176

12” iyul 2005-ci il



Nazir______________________F.Məmmədov

Təsdiq edilmişdir”

Azərbaycan Respublikası

Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyi Kollegiyasının

30” iyun 2005-ci il



tarixli 12-3 nömrəli qərarı

Nazir__________________________Ə.Nağıyev

“”Razılaşdırılmışdır”

Azərbaycan Respublikasının

Dövlət Sosial Müdafiə Fondu

"30" iyun 2005-ci il

Sədr____________________S. Müslümov





Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsi, həmin şəxslərin işlə təmin edilmədikləri aylar üzrə hər iş yeri üçün Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürülməməsi, habelə məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın verilməməsi ilə əlaqədar tərtib edilən sənədlərin rekvizitləri və onlardan istifadə Qaydaları

l. Ümumi müddəalar.

  1. Bu Qaydalar "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsi, həmin şəxslərin işlə təmin edilmədikləri aylar üzrə hər iş yeri üçün Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürülməməsi, habelə məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın verilməməsinə görə vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb olunması ilə əlaqədar sənədlərin tərtib edilməsi qaydalarmı müəyyən edir.

2. İnzibati xəta haqqında Protokol

2.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsi, Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürülməməsi, habelə məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın verilməməsinə görə qanunvericiliyin pozulması halları müəyyən edildikdə yerli orqanın səlahiyyətli vəzifəli şəxsi (əməkdaşı) 2 nüsxədən ibarət İnzibati xəta haqqında protokol tərtib edir (əlavə 1).

İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:

2.1.1 .protokolun tərtib edildiyi tarix və yer;

2.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

2.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat;

2.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və xətanın mahiyyəti;

2.1.5. Məcəllənin bu xətaya görə məsuliyyət nəzərdə tutan müvafiq maddəsi;

2.1.6. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları.

2.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 371, 374-cü maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir.

2.3. Barəsində protokol tərtib edilən fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə protokolla tanış olmaq imkanı yaradılır.

2.4. Protokol onu tərtib etmiş şəxs tərəfindən və barəsində protokol tərtib edilən fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində protokol tərtib edilən fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində protokol tərtib edilən işəgötürən və ya onun nümayəndəsinin izahatlar vermək və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. İzahatlar və mülahizələr protokola əlavə olunur. Protokolun surəti, barəsində protokol tərtib edilən fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə təqdim edilir.

2.5. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır.

2.6. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, işin baxılması tarixinin və yerinin təyin edilməsi, işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 371-377, 379-382-ci maddələrində göstərilən şəxslərin çağırılması, iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi, işə baxılmasının təxirə salınması, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər materiallar düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması, əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətlərinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi məsələləri barədə qərardad qəbul edilir.

2.7. İnzibati Xətalar Məcəlləsinin 367-ci və 415.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir.

3. İnzibati tənbeh vermə haqqında Qərar

3.1. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsi, həmin şəxslərin işlə təmin edilmədikləri aylar üzrə hər iş yeri üçün Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürülməməsi, habelə məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın verilməməsinə görə inzibati xəta törətmiş vəzifəli şəxs haqqında tərtib edilmiş protokola və iş üzrə toplanmış digər sənədlərə əsasən aidiyyəti üzrə Baş Məşğulluq İdarəsinin və ya şəhər (rayon) Məşğulluq Mərkəzinin vəzifəli şəxsi tərəfindən qərar qəbul edilir (əlavə 2).



  1. İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması haqqında işə baxılması üzrə qərarda aşağıdakılar göstərilir:

  2. qərarı çıxaran vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

3.1.3. işin baxılması tarixi və yeri;

3.1.4. barəsində qərar qəbul edilmiş fiziki

şəxs və ya hüquqi şəxsin nümayəndəsi haqqında məlumat;

3.1.5. işə baxılarkən müəyyən edilmiş hallar;

3.1.6. Məcəllənin törədilmiş inzibati xətaya görə məsuliyyət nəzərdə tutan müvafiq maddəsi;


  1. törədilmiş inzibati xətaya görə təyin edilən cərimə;

  2. qərardan şikayət verilməsi müddəti və qaydası;

  3. qərarı çıxarmış vəzifəli şəxsin möhürlə təsdiq edilmiş imzası;

3.1.10. barəsində qərar qəbul edilmiş fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən qərarın surətinin alınmasını təsdiq edən imza.

3.2. İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər.

3.3. Barəsində qərar qəbul edilmiş fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi inzibati xətalar haqqında işlər üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxan səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət verə bilər.

3.4. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən saxlanılması, şikayətin və ya protestin təmin edilməməsi, barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan ya inzibati tənbehi daha ağır tənbeh növü ilə əvəz etmədən qərarın dəyişdirilməsi, İnzibati Xətalar Məcəlləsinin 21-ci və 367-ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, şikayət və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim, orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir.

3.5. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir, qərarın surəti onun qəbul olunduğu gündən

üç gün müddətində bərəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərərçəkmiş şəxsə və ya protest vermiş prokurora verilir.



4. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında Qərar.

4.1. Vəzifəli şəxsin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırıla bilər (əlavə 3).

4.1.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin olduğu yer müəyyən edilmədikdə;

4.1.2. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs psixi və ya digər ağır xəstəliyə tutulduqda.

4.2. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarda aşağıdakı məlumatlar göstərilir:

4.2.1. qərarı çıxaran vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

4.2.2. işin baxılması tarixi və yeri;

4.2.3. barəsində qərar qəbul edilmiş fiziki

şəxs və ya hüquqi şəxsin nümayəndəsi haqqında məlumat;

4.2.4. işə baxılarkən müəyyən edilmiş hallar;

4.2.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Məcəllənin müvafiq maddəsi;

4.2.6. Məcəllənin iş üzrə icraatın dayandırılması üçün əsas olan maddəsi;

4.2.7. qərardan şikayət verilməsi müddəti və qaydası;

4.2.8. qərarı çıxarmış vəzifəli şəxsin möhürlə təsdiq edilmiş imzası;

4.2.9. barəsində qərar qəbul edilmiş fiziki və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən qərarın surətinin alınmasını təsdiq edən imza.

4.3. İnzibati xətalar haqqında iş üzrə icraatın dayandırılmasına qədər səlahiyyətli vəzifəli şəxs, bərəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan həyata keçirilməsi mümkün olan inzibati xəta haqqında iş üzrə bütün prosessual hərəkətləri aparmalı və inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması üçün səbəb olmuş halların aradan qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulan bütün tədbirləri görməlidir.

4.4. Qaydaların 4.1.1.-4.1.2-ci yarımbəndlərində göstərilən hallar aradan qaldırıldıqda səlahiyyətli vəzifəli şəxsin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnir.

5. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında Qərar.

5.1. Qanunvericiliklə nəzərdə tutulmuş aşağıdakı hallarda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin icra atma xitam verilməsi haqqında qərar qəbul edilə bilər (əlavə 4).



  1. inzibati xəta hadisəsi olmadıqda;

  2. inzibati xəta tərkibi olmadıqda;

  1. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda;

  2. inzibati xəta haqqında işə baxılan vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda;

  3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda;

  4. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə;

5.2. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində qərar qəbul edilmiş şəxslərə verilir.

6. Məşğulluğun təmin edilməsi sahəsində işəgötürənlər tərəfindən məlumatın, hesabatın verilməsinə nəzarət.

6.1. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməsinə, məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın vaxtında verilməsinə nəzarəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanları həyata keçirirlər. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşları kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlərin həmin şəxsləri işlə təmin edilmədikləri aylar üzrə hər iş yeri üçün müəyyən olunmuş vəsaitin Dövlət Sosial Müdafiə Fonduna köçürülməsinə nəzarəti Baş Məşğulluq İdarəsinin yerli orqanlarının məlumatına əsasən Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları həyata keçirirlər.

6.2. Bu "Qaydalar"ın tələblərinin pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

6.3. Bu "Qaydalar" dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir


Əlavə № 1

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

BAŞ MƏŞĞULLUQ İDARƏSİNİN
RAYON (ŞƏHƏR) MƏŞĞULLUQ MƏRKƏZİ


İnzibati xəta haqqında PROTOKOL № _______

“____“____________" 200____il _______________şəhəri (rayonu)

Mən______________________________________________________________________________

(protokolu tərtib edənin vəzifəsi, s.a.a.)

__________________________________________________________________________________

(barəsində inzibati xəta haqqında iş aparılan işəgötürənin və ya onun nümayəndəsinin adı,

___________________________________________________________________________________

atasının adı, soyadı ünvanı, VÖEN-i, bankdakı hesab nömrəsi, bankın adı)

Araşdırma aparılarkən müəyyən edildi:

____________________________________________________________________________________

(inzibati xətanın törədildiyi yer, vaxt və xətanın mahiyyəti)

____________________________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

Göstərilən hərəkətlərə________________________________________________________________

(şəxsin soyadı, adı, atasının adı)

tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsində

nəzərdə tutulan inzibati xəta törədilmişdir.

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan

bildirdi:

(işəgötürən və ya onun nümayəndəsi)

____________________________________________________________________________________

___________________________________________________________________________________

___________________________________________________________________________________

___________________________________________________________________________________

İmza: ____________________


Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.2-ci maddəsinə uyğun olaraq, inzibati xəta törətmiş işəgötürənə və ya onun nümayəndəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 371, 374-cü maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir.
Protokolla tanış oldum

(Barəsində inzibati xəta haqqında iş aparılan işəgötürənin və ya onun nümayəndəsinin imzası)


Protokolu almaqdan imtina etdi

(vəzifəsi, soyadı, adı, atasının adı, imzası)

Qeyd: İnzibati xətaya yol vermiş şəxs tərəfindən protokola imza etməkdən imtina edildiyi halda, bu barədə protokola müvafiq qeyd edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarmı və protokolun məzmunu haqqında mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmə səbəblərini göstərmək və protokolun surətini almaq hüquqları vardır (izahat və mülahizələr protokola əlavə olunur).

Protokolun surətini aldım

(şəxsin soyadı, adı, atasının adı, imzası və tarix)

şəhər (rayon)

Məşğulluq Mərkəzinin direktoru.

(imzası, soyadı, adı, atasının adı)

M. Y.

Əlavə № 2


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
BAŞ MƏŞĞULLUQ İDARƏSİNİN
ŞƏHƏR (RAYON) MƏŞĞULLUQ MƏRKƏZİ

İnzibati tənbeh vermə haqqında

QƏRAR

“____“____________" 200____il _______________şəhəri (rayonu)

Mən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq idarəsinin___________

şəhər (rayon) Məşğulluq Mərkəzinin direktoru________________________________________

(qərarı qəbul edənin soyadı, adı, atasının adı)

sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməsi, həmin şəxslərin işlə təmin edilmədikləri aylar üzrə hər iş yeri üçün Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürülməsi, habelə məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın verilməsi sahəsində mövcud qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətini araşdıran

Məşğulluq Mərkəzinin əməkdaşı tərəfindən

(barəsində inzibati xəta haqqında işə baxılan işəgötürənin və ya onun

________________________________________________________________________________________

nümayəndəsinin soyadı, adı, atasının adı, ünvanı, VÖEN-i, bankdakı hesab nömrəsi, bankın adı)



________________________________________________________________________________

haqqında tərtib edilmiş " " " 200 il tarixli nömrəli protokola

və inzibati iş üzrə digər materiallara baxaraq

MÜƏYYƏN ETDİM:

___________________________________________________________________________________________________

(işə baxılarkən müəyyən edilmiş hallar)



___________________________________________________________________________________

___________________________________________________________________________________

___________________________________________________________________________________

___________________________________________________________________________________

Göstərilən hərəkətlərə _______________________________________________________________

(inzibati xətaya yol vermiş şəxsin soyadı, adı, atasının adı)

tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsində

nəzərdə tutulan inzibati xəta törədilmişdir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 425 və 427-ci maddələrinə əsasən



QƏRARA ALDIM:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsində nəzərdə

tutulmuş inzibati xətanı törətdiyinə____________________________________________________

(inzibati xətaya yol vermiş işəgötürənin

_________________________________________________________________________________________

və ya onun nümayəndəsinin soyadı, adı, atasının adı, ünvanı, VÖEN-i, bankdakı hesab nömrəsi, bankın adı)

___________________________________________________________________________________

___________________________________şərti maliyyə vahidinin misli

(sözlə)

(________________________________________________manat) məbləğində cərimə tətbiq edilsin.

(rəqəm və sözlə)

Cərimə 30 gündən gec olmayaraq Baş Dövlət xəzinədarlığının Nəsimi rayon YXO, kitab 8/210, Hesab №-si NAS702001AZM320101,VÖEN 1400510981, ARBB Nəsimi filialı, kod 805614, VÖEN 9900001881, müxbir hesab 0137010002031, S.WİF.T. BİK İBAZAZ2X hesabına ödənilsin.

İnzibati xəta haqqında iş üzrə götürülmüş sənədlərin surəti işə əlavə edilsin.

_______________________________________________________________________________________

(götürülmüş sənədlərin adları və sayı haqqında məlumat)

Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.



QEYD: İnzibati cərimə göstərilən müddət ərzində ödənilmədikdə pozuntuya yol vermiş şəxsə qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsi tətbiq edilsin.

Qərarın surətini aldım

(qərarın surətini alan şəxsin soyadı, adı, atasının adı, imzası və tarix)

______________şəhər (rayon)

Məşğulluq Mərkəzinin direktoru_________________________________________________

(imzası, soyadı, adı, atasının adı)


M. Y.

Əlavə №3
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi



BAŞ MƏŞĞULLUQ İDARƏSİNİN
ŞƏHƏR (RAYON) MƏŞĞULLUQ MƏRKƏZİ


İnzibati Xəta haqqında iş üzrə İcraatın dayandırılması haqqında

QƏRAR
“____“____________" 200____il _______________şəhəri (rayonu)

Mən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin ______________ şəhər (rayon) Məşğulluq Mərkəzinin direktoru_________________________________________

(qərarı qəbul edənin soyadı, adı, atasının adı)

sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməsi, həmin şəxslərin işlə təmin edilmədikləri aylar üzrə hər iş yeri üçün Dövlət Sosial

Müdafiə Fonduna vəsait köçürülməsi, habelə məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın verilməsi sahəsində mövcud qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətini araşdıran Məşğulluq Mərkəzinin əməkdaşı tərəfindən __________________

__________________________________________________________________________________

(barəsində inzibati xəta haqqında işə baxılan işəgötürənin

________________________________________________________________________________________

və ya onun nümayəndəsinin soyadı, adı, atasının adı, ünvanı, VÖEN-i, bankdakı hesab nömrəsi, bankın adı)



_______________________________________________________________________________

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsinə əsasən tərtib

edilmiş " " " 200 il tarixli nömrəli protokola və inzibati iş üzrə

digər materiallara baxaraq



MÜƏYYƏN ETDİM:

__________________________________________________________________________________________

(işə baxılarkən müəyyən edilmiş hallar)

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

(iş üzrə icraatın dayandırılması üçün əsaslar)



___________________________________________________________________________________

___________________________________________________________________________________

___________________________________________________________________________________

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 415-ci maddəsinə əsasən



QƏRARA ALDIM:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsinə

əsasən ____________________________________________________________________________

(inzibati xətaya yol vermiş işəgötürənin və ya onun nümayəndəsinin soyadı, adı, atasının adı, ünvanı,

_______________________________________________________________________________________

VÖEN-i, bankdakı hesab nömrəsi, bankın adı)

____________________________________________________________________________________

barəsində inzibati xəta haqqında iş üzrə icraat dayandırılsın.

Qərarın surəti 3 gün müddətində barəsində qərar qəbul edilmiş işəgötürənə və ya onun nümayəndəsinə verilir.

________________________________________________________________________________

Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.

Qərarın surətini aldım_____________________________________________________________

(qərarın surətini alan şəxsin soyadı, adı, atasının adı, imzası və tarix)

________________şəhər (rayon)
Məşğulluq Mərkəzinin direktoru__________________________________________________________

(imzası, soyadı, adı, atasının adı)



M. Y.

Əlavə №4


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

BAŞ MƏŞĞULLUQ İDARƏSİNİN
ŞƏHƏR (RAYON) MƏŞĞULLUQ MƏRKƏZİ


İnzibati Xəta haqqında işin icraatına xitam verilməsi haqqında

QƏRAR

“____“____________" 200____il _______________şəhəri (rayonu)

Mən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin___________

şəhər(rayon) Məşğulluq Mərkəzinin direktoru_____________________________________________

(qərarı qəbul edənin soyadı, adı, atasının adı)

sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməsi, həmin şəxslərin işlə təmin edilmədikləri aylar üzrə hər iş yeri üçün Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürülməsi, habelə məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın verilməsi sahəsində mövcud qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətini araşdıran

Məşğulluq Mərkəzinin əməkdaşı tərəfindən

(barəsində inzibati xəta haqqında işə baxılan işəgötürənin

______________________________________________________________________________________

və ya onun nümayəndəsinin soyadı, adı, atasının adı, ünvanı, VÖEN-i, bankdakı hesab nömrəsi, bankın adı)

______________________________________________________________________________________

_________________________________________________________________________________

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsinə əsasən

tərtib edilmiş "____ " " 200 il tarixli nömrəli protokola və inzibati

iş üzrə digər materiallara baxaraq

MÜƏYYƏN ETDİM:

__________________________________________________________________________________________

işə baxılarkən müəyyən edilmiş hallar)

__________________________________________________________________________________

__________________________________________________________________________________

___________________________________________________________________________________________

(iş üzrə icraatın xitam edilməsi üçün əsaslar)


Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 416-cı maddəsinə əsasən

QƏRARA ALDIM:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsinə

əsasən

(inzibati xətaya yol vermiş işəgötürənin və ya onun nümayəndəsinin soyadı, adı, atasının adı ünvanı,



______________________________________________________________________________________

VÖEN-i, bankdakı hesab nömrəsi, bankın adı)

barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

Qərarın surətini aldım________________________________________________________

(qərarın surətini alan şəxsin soyadı, adı, atasının adı, imzası və tarix)

_______şəhər (rayon)

Məşğulluq Mərkəzinin direktoru__________________________________________________

(imzası, soyadı, adı, atasının adı)


M. Y.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə