Doktrina” Jurnalistlərin "Doktrina" Center of Journalist




Yüklə 96.08 Kb.
tarix27.02.2016
ölçüsü96.08 Kb.
Doktrina” Jurnalistlərin "Doktrina" Center of Journalist

Hərbi Araşdırmalar Mərkəzi DOKTRINA Union on Military Research

Tel: (055) 6332712, (012) 4368722 Tel: (055) 6332712, (012) 4368722

e-mail: doktrina.jham@gmail.com e-mail: doktrina.jham@gmail.com

6 sentyabr 2011

Azərbaycanda mövcud olan hərbi qanunvericilk sənədlərində hərbi qulluqçular, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələri və s. sosial rifahının gücləndirilməsi məqsədilə hazırlanmış qanunvericilk təklifləri



Bu sənəd “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində keçirilən dəyirmi masada təqdim olunub.

Layihə layihə çərçivəsində Rusiya, Türkiyə, Gürcüstan, ABŞ, Almaniya, Böyük Britaniya Silahlı Qüvvələrində sosial rifah məsələləri oyrənilib və eyni zamanda Azərbaycanda aşağıdakı qanun və sənədlərə nəzər yetirilib:



Konstitusiyanın müvafiq müddaları (1995); “Azərbaycan respublikasının silahlı qüvvələri haqqında” (09 oktyabr 1991); “Hərbi qulluqçuların statusu haqqında” (25 dekabr 1991); “Fövqəladə vəziyyət haqqında” (04 fevral 1962); “Hərbi qulluqçuların pensiya təminatı haqqında” (29 aprel 1992); “Hərbi tribunallar haqqında” (27 may 1992); “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” (10 iyun 1992); “Hərbi xidmət haqqında” (03 noyabr 1992); “Müdafiə haqqında” (26 noyabr 1993); ”Hərbi vəziyyət haqqında” (06 yanvar 1994); “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” (20 may 1997); “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” (03 oktyabr 1997); “Veteranlar haqqında” qanun; “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun; ”Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun.

Ümumi məsələlər

Məvacib məsələsi. Layihə çərçivəsində Rusiya, Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya Silahlı Qüvvələrinin məvaciblərinin verilmə qaydaları araşdırılıb. Hesab edirik ki, Azərbaycanda hərbçilərin pul təminatının yeni qayda ilə hesablanmasını nəzərdə tutan xüsusi qanunvericilik aktının qəbul olunmasına ehtiyac var. Bu hesablanmada xidmətin ağırlığı və hərbi qulluqçuların sosial rifahı nəzərə alınmalıdır. Xüsusi olaraq hərbi qulluqçuların məvacibləri və pensiyalar hər dəfə ölkə prezidentinin sərəncam və göstərişi ilə artırılmamalıdır. Bununla bağlı Nazirlər Kabineti çərçivəsində xüsusi mexanizm qəbul olunmalıdır. Mexanizmə görə məvaciblər ölkədəki inflyasiyanın artım səviyyəsinə adekvat olaraq artmalıdır. Hesab edirik ki, müdafiə xərclərinin kəskin artması səbəbindən hərbi qulluqçuların vəzifə və rütbə məvacibləri azı 3 dəfə artırılmalıdır.

Eyni zamanda bir sıra xidmət növlərinə görə əlavə ödəmələrin həcminin artırılması, xüsusi xidmətkeçmə şəraitinə və sağlamlıq üçün riskli olan xidmətə görə artımın əhəmiyyətli olması vacibdir. Təklif edilən məsələlərdən biri Azərbaycan Silahlı Qüvvələrində məvaciblərin 1, 2 və 3 qat sistem əsasında verilməsidir. Cəbhə xəttində xidmətə görə hərbi qulluqçuların məvacibləri 3 qat olmalıdır. Eyni qaydada Qərb standartlarına uyğun olaraq A, B, C təminatı reallaşdırıla bilər. Səngərdə xidmət edən hərbi qulluqçuların vəzifə məvacibləri 3 qat, cəbhə xəttindəki hərbi hissələrdə (səngərlər və ön cəbhə istisna olmaqla) xidmət edənlərin məvacibləri isə 2 qat olaraq hesablanmalıdır. Arxa cəbhədə xidmət edənlərdə isə bu bir qat olmalıdır. Bu sistem ilk öncə Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara şamil olunmalıdır. Digər qoşunlarda, məsələn, Daxili Qoşunlarda və Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi qulluqçular cəbhə xəttində, düşmənlə üz-üzə döyüş tapşırığını yerinə yetirməyə cəlb olunsalar onda onların da məvaciblərinin artırılması qaydalarında yeniliklər edilməlidir.



Azərbaycan SQ-də məvaciblər və perspektivlər

s/s

Azərbaycan hərbi qulluqçusunun rütbəsi

Hərbi qulluqçuların mövcud məvacibləri (orta hesabla, AZN)

“Doktrina” JHAM tərəfindən təklif edilən məvacib




Hərbçinin vəzifəsi

1 qat

qat

1 qat

2 qat

3 qat

1

Əsgər-çavuş (MAXHQ)

Manqa komandiri

280

390

600

850

1200

2

Gizir

Tağım kom. müavini

280

390

600

850

1200

3

Leytenant

Tağım komandiri

330

480

800

1100

1500

4

Baş leytenant

Tağım - Bölük komandiri

380

540

900

1300

1700

5

Kapitan

Bölük komandiri

430

660

1000

1450

1800

6

Mayor

Tabur komandiri

520

740

1200

1600

1950

7

Polkovnik-leytenant

Briqada kom. müavini

720

900

1350

1800

2200

8

Polkovnik

Briqada komandiri

950

1200

1450

2000

2400

9

General-mayor

Korpus komandiri

1300

1750

1700

2200

2600

10

General-leytenant

Müdafiə nazirinin müavini

1700

-

2000

-

-

11

General-polkovnik

Müdafiə naziri

2300

-

2700

-

-

Kompensasiya. Əgər Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına keçirsə, onda xidmətin ağırlığının və qeyri-bərabər bölüşdürülməsinin əvəzi maddi qaydada mütləq ödənilməlidir. Bu baxımdan təklif edilən məsələlərdən biri 8 saat iş rejimindən artıq xidmət edən, müxtəlif növ döyüş növbətçiliyi çəkən, təlimlərdə iştirak edən hərbi qulluqçulara müxtəlif ödənişlərin verilməsi ilə bağlıdır. Hərbçilər bazar günləri xidmətlərinə görə də əlavə ödəmə ilə təmin olunmalıdırlar. Hərbi qulluqçulara müxtəlıif kompensasiyaların verilməsi tərəfimizdən təklif olunur. Misal üçün əgər zabit və ya digər hərbi qulluqçular döyüş zonasında xidmət edirlərsə, ailələrindən ayrı yaşayırlarsa, əlavə xərclərə məcburdurlarsa onlara xüsusi ödəmələr edilməlidir. Çətin xidmət şəraitində (dağ şəraitində və s.), müəyyən zamanlarda, xüsusilə də aktiv hərbi əməliyyatlar zamanı pulların xərclənməsi mümkün olmadıqda, həmin pullar hərbi qulluqçuların xüsusi bank hesabına köçürülməlidir. Qərb təcrübəsində olduğu kimi bu vəsaitlərin adi pullardan 5 dəfə çox faizə minməsi təmin olunmalıdır. Hərbi xidmət dövründə bütün əsgər və çavuşların bütün növ vergilərdən azad edilməsi zəruridir. Hərbi qulluqçulara övladlarına görə ödənilən kompensasiyanın miqdarı artırılmalıdır. Bir övlada görə ayda 100 manat müavinət verilməsi təklif edilir. Hərbçilərin pulsuz dərmanlarla təmin olunmalı, tibbi müalicə, əməliyyat hüququna malik olması təmin edilməlidir. Bütün xərclər, ən bahalı əməliyyatların xərcləri belə dövlət tərəfindən ödənilməlidir. Eyni zamanda məzuniyyət məsələsində hərbçilərə xeyli ödəmələr edilməlidir. Hərbi qulluqçularıın xidmət zamanı mülki təhsil müəssisələrində təhsil hüququ təmin olunmalı və bu istiqamətdə onlar üçün imkanlar yaradılmalıdır. Xüsusi olaraq Azərbaycanda hərbi qulluqçular üçün müxtəlif növ güzəşt və imtiyaz paketinin hazırlanması vacibdir.

Qida təminatı. Hərbi qulluqçuların qida təminatını tənzimləyən qanunlarda müvafiq dəyişiklik həyata keçirilməlidir: Birincisi, hərbi qulluqçuların qida təminatı milliləşdirilməlidir və onun tərkibi hərbçilərin istəyinə uyğun olmalıdır; ikincisi, hərbçilərin qida təminatı üçün ayrılan vəsaitin həcmi artırılmalıdır. Hazırda zabit və gizirlərə aylıq qidalanma üçün ayda 64 manat arasında vəsait verilir. Sözsüz ki günə 2 manata qidalanma mümkün deyil. O baxımdan qida üçün zabitlərə verilən ödəmələrin səviyyəsinin avtomatik nizamlanması (inflyasiyaya, ərzaq səbətinə və artan ehtiyaclara uyğunluq) vacibdir. Təklif edirik ki, zabitlərə verilən aylıq ərzaq pulunun məbləği 250-300 manatadək artırılsın. Eyni zamanda cəbhə xəttində ayrıca qidalanmaq istəyən zabitlərin istəyinə uyğun olaraq onlara ayrıca ərzaq pulu verilsin.

Mənzil təminatı. Hərbi qulluqçuların mənzil təminatı Azərbaycan Respublikasının müxtəlif qanunvericilk aktlarında əksini tapan maddələrlə tənzimlənir. Təəssüf ki, bu istiqamətdə xeyli problemlər qalmaqdadır. Hökumətdə bir şeyi dəqiq anlamalıdırlar ki, zabitlərin pulsuz olaraq mənzillə təmin olunmaq hüququ var. Əgər mənzil təminatı işində problemlər varsa onda hərbi qulluqçulara kirayə üçün xidmət yerindən və zabitlərin statusundan asılı olaraq ayda 150-350 manat vəsait verilməlidir. Bu məsələ Müdafiə Nazirliyi tərəfindən də nizamlana bilər. Belə olduqda hərbi strukturun nümayəndələri tərəfindən zabitlər üçün kirayə ev tapılır və aylıq olaraq vəsait ödənilir. Eyni zamanda hərbçilər üçün aşağı faizli ipotrkaya qoşulma imkanları yaradılmalıdır. Amma bu heç də hərbçilərə dövlət tərəfindən pulsuz mənzillərin verilməsinin dayandırılması anlamında olmamalıdır.

Pensiya məsələsi. Təklif edilən məsələlərdən biri hərbi qulluqçulara tərxis olunan və ehtiyata buraxılan zaman böyük məbləğdə vəsaitin (məvacibinin ən azı 20 qatı) verilməsi ilə bağlıdır. Bu vəsait hərbi qulluqçunun xidmətdən sonrakı həyatını nizamlamağa kömək etməlidir. Pensiyaların miqdarına müntəzəm olaraq parlament tərəfindən baxılmalı və hərbi qulluqçuların maaşlarının artırılmasına və qiymət artımına, inflyasiyaya uyğun olaraq tənzimlənməsi həyata keçirilməlidir. Eyni zamanda tərxis olunan şəxsin bir neçə ilin pensiyasını əvvəlcədən ala bilməsinə imkanlar yaradılmalıdır. Ümumilikdə təklifimiz bundan ibarətdir ki, hərbi pensiyalar sisteminin islahatı haqqında qanun qəbul edilməli və ciddi dəyişikliklər aparılmalıdır.

Qanunvericilk təklifləri

Hərbi qulluqçuların sosial rifahının gücləndirilməsi məqsədilər bir sıra hərbi qanunlarda aşağıdakı əlavə və dəyişikliklərin olması təklif edilir:



1. “Hərbi xidmətə çağırışın əsasları haqqında” Qanuna əlavə edilsin:

- Ailələrinin sosial təminat məsələləri (iş, yaşayış sahəsi) həlli edilməmiş çağırışçılara hərbi xidmətdən möhlət verilir.

- Yerli hakimiyyət orqanları və onların rəhbərləri hərbi çağırışçı və əsgər ailələrinin sosial problemlərinin vaxtında həll edilməsinı cavabdehdirlər;

- Könüllü hallar istisna olunmaqla, ailələrin yeganə oğul övladları iki və daha çox uşaq ataları, vətən uğrunda şəhid olmuş şəxslərin övladları və qardaşları hərbi xidmətdən azad edilirlər;

- Səhhətinə görə hərbi xidmətə məhdudiyyətlə yararlı sayılmış hərbi çağırışçılar belə kontingentdən tərtib olunmuş xüsusi hərbi hissələrə göndərilirlər.

- Maddi imkanı olan və hərbi xidmətə getmək istəməyən vətəndaşlar hərbi komissarlıqda yaradılmış xüsusi hesaba ilkin olaraq 10 min və 3 ildən bir 5 min manat məbləğində vəsait (çağırış yaşı başa çatanadək) ödəməklə hərbi çağırışdan azad olunurlar; beləliklə toplanmış vəsait isə hərbi xidmətdən tərxis olmuş əsgərlər, hərbi əlillər və şəhid ailələri özləri üçün iş yerlərinin açılmasına sərf olunur.

- Çağırış yaşı 20-27 yaş müəyyən olunsun.

2. “Dövlət qulluğu haqqında” Qanuna əlavə edilsin:

- Hərbi xidmət keçməmiş şəxslərin (əlillərin və bələdiyyə orqanlarına seçkilərdə iştirak üçün namizədliyinin qeydə alınması, habelə icra hakimiyyəti və məhkəmə orqanlarına, dövlət tabeçiliyində olan idarə və müəssisələrə işə qəbul olunması qadağan edilsin;

- Dövlət qulluğuna qəbul vaxtı müharibə iştirakçılarına, əlillərinə, şəhid ailələri üzvlərinə üstünlük berilsin; vəzifələr ixtisara düşdükdə isə güzəşt edilsin.

- Övladlarını hərbi xidmətdən yayındıran və üzrlü səbəb olmadan vaxtında onları xidmətə göndərməyən valideynlərin dövlət qulluğunda qalmaları qeyri-məqbul hesab edilsin.



3. “Əmək məcəlləsi”nə əlavə edilsin:

- 18 yaşına çatmış kişi cinsi nümayəndələrinin fiziki qüsuru və əlillik dərəcəsi olmadan, hərbi xidmət çəkməmiş dövlət və bələdiyyə sistemində hər-hansı işə qəbul olunması qadağan edilsin;

- Idarə və müəssisələrdə işə qəbul vaxtı hərbi xidmətdən tərxis olunanlara, müharibə iştirakçılarına, əlil və şəhid ailələrinin üzvlərinə namizədlər arasında üstünlük verilsin.

4. “Hərbi xidmət keçmə haqqında” Əsasnaməyə əlavə edilsin:

- Kiçik zabitlərin 3 ildən, böyük zabitlərin 5 ildən artıq eyni vəzifədə xidmət etmələrinə yol verilmir.

- 72-ci maddəyə əlavə edilsin ki, “10 gün ərzində vakant vəzifəyə təqdimat verilmədikdə və məsələ 1 ay ərzində həll edilmədikdə müvafiq komandirlər və rəislər məsuliyyətə cəlb olunur; bu müddətdən artıq vəzifələrin müvəqqəti adla icra edilməsinə yol verilmir;”.

- 81-ci maddəyə əlavə edilsin ki, Silahlı Qüvvələrdə müvafiq vakant vəzifələr olduğu halda, səbəbindən asılı olmayaraq, qüsursuz xidmət edən hərbi qulluqçuları tutduqları vəzifədən aşağı vəzifəyə, yaxud rütbəsinə uyğun olmayan vəzifəyə keçirilməsinə yol verilmir;

- Qüsursuz xidmət edən, növbəti rütbə vaxtı çatmış və tutduğu vəzifə növbəti rütbəyə uyğun olmayan hərbi qulluqçuların bu vəzifələrdə 3 aydan çox saxlanılmasına yol verilmir; bu müddət ərzində onlar müvafiq vəzifəyə keçirilməlidirlər;

- 162-ci maddəyə əlavə edilsin ki, “Hərbi qulluqçu tərxis olunandan qabaq onunla aparılan hər iki söhbət barədə Söhbət Vərəqəsinin komandir (rəis) tərəfindən imzalanmış və möhürlənmiş bir nüsxəsi hərbi qulluçuya verilir;”

- 77-ci maddəyə əlavə edilsin ki, “Müdafiə Nazirliyinin idarə, şöbə və xidmət rəisləri, hərbi Korpus, briqada və digər hissə komandirləri Müdafiə Nazirinin təqdimatı ilə Hərbi Şura tərəfindən, digər zabit vəzifələrinə namizədlər komanda üzrə müvafiq komandirlərin (rəislərin) təqdimatı ilə Müdafiə Naziri tərəfindən təyin edilirlər”.

- 81-ci maddəyə o da əlavə edilsin ki, “yol verdiyi nöqsanlara görə hərbi qulluqçuların aşağı vəzifəyə keçirilməsi məsələsinin “Zabitin şərəf Məhkəməsi”ndə müzakirəsindən və müvafiq qərarından sonra həll edilir”.

- 45-ci maddəyə əlavə edilsin ki, “Müharibə dövrü istisna olmaqla, “polkovnik” hərbi rütbəsi ilk rütbə alınandan 17 il, “general-mayor” (kontr-admiral) hərbi rütbəsi isə 22 il sonra verilə bilər; “general” (admiral) rütbəsinə təqdim olunan “polkovnik”lərin qərargah xidməti təcrübəsi də olmalıdır”

Müəyyən edilsin ki, “general” (admiral) hərbi rütbələri Milli Məclisdə müzakirədən sonra, onun qərarı əsasında verilir;



5. “Hərbi Nizamnamə”yə dəyişiklik edilsin:

- İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1, 4, 6 və 7 saylı protokollarına və AR-sı Milli Məclisinin 25 dekabr 2001-ci il tarixli müvafiq qanununa əsaslanaraq, gizir və zabitlərin məhkəmədən kənar intizam tənbehi qaydasında edilməsi qadağan olunsun”.



6. “Hərbi qulluqçuların statusu haqıında” Qanuna əlavə edilsin:

- 11-ci maddəyə: “Hərbi qulluqçuların vaxtında məzuniyyətə buraxılmasına (müharibə dövrü stisna olmaqla) müvafiq komandirlər (rəislər) məsuliyyət daşıyırlar;

- Hərbi qulluqçuların (o cümlədən müddətli həqiqi hərbi qulluqçuların) ailələri onların xidmət dövrü, habelə SQ veteranları, müharibə veteranları və əlilləri və ailələri kommunal enerji xidmətlərinin ödənilməsindən azaddırlar, bu xidmətlər yerli büdcələr hesabına ödənilir;

- 12-ci maddənin 2-ci bəndinin 1-ci abzasının sonunda “almaq hüququ vardır” söz birləşməsi “və faizsiz kreditlə təmin edilir” ifadəsi ilə; abzasın əvvəlində “15 təqvim ili” isə “10 təqvim ili” ilə əvəz edilsin;

Həmçinin həmin bəndin 3-cü abzasında da “15 təqvim ili” “ 10 təqvim ili” ilə əvəz edilsin;

- 12-ci maddənin 5-ci bəndinin 2-ci abzasına “əvəzsiz maliyyə yardımı göstərilir” söz birləşməsindən sonra “10 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 35 faiz miqdarında” ifadəsi əlavə edilsin;

4-cü abzasda isə “15 təqvim ili” “10 il təqvim ili” ilə əvəz edilsin.

7-ci bənddə də həmçinin “15 təqvim ili” “10 təqvim ili” ilə əvəz edilsin.

- 12-ci maddəyə əlavə bənd olunsun: “Yaşına, səhhətinə ştatların ixtisarına görə ehtiyata yaxud isefaya buraxılmış şəxslərin ailələri onlara yerli hakimiyyət orqanları tərəfindən yararlı yaşayış sahəsi, ev tikmək üçün torpaq sahəsi və faizsiz kredit ayrılmadıqda, yaşadıqları xidməti mənzili boşaltmağa borclu deyillər”.

- Yaşayış sahəsi və evi olmayan zabit və gizirlər xidməti vəzifəsini yerinə yetirərkən həlak olduqda, onların ailələrinə növbədənkənar bir ay müddətində mənzil, yaxud mənzil ayrılması barədə icra hakimiyyəti orqanının zəmanət məktubu verilir;

- 13-cü maddəyə əlavə edilsin: “Hərbi qulluqçuların həyat təhlükəsizliyinin təmin olunmasına və sağlamlığının mühafizəsinə hərbi hissə komanirləri birbaşa cavabdehdirlər. Bu məsələ hər rübün sonunda və ildə bir dəfə müzakirə edilir;

- Sülh və atəşkəs dövründə hərbi qulluqçu itkisi ilə bağlı ictimaiyyətin iştirakı ilə araşdırılır. Müvafiq tədbirlər görülür və nəticələr barədə kütləvi-informasiya vasitələrinə ətraflı məlumat verilir;

- Hərbi xidmət vaxtı xəsarət almış və xəstəliyə görə tərxis olmuş şəxslər ömrü boyu ölkə daxilində və xaricdə dövlət hesabına müalicə ilə təmin edilirlər;

- Siğorta hadisələri baş verdikdə xidmət vaxtı xəsarət almış və həlak olmuş hərbi qulluqçuların ailələrinə dövlət qulluqçuları üçün qanunvericilikdə nəzərdə tutulmuş siğorta ödənilir.

7. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci və 13-cü maddələrinin b) və v) bəndlərində “12 il 6 ayını hərbi xidmətdə” söz birləşməsi “10 il hərbi xidmətdə” ifadə ilə əvəz edilsin”;

14-cü maddədə “minimum əmək haqqının 50 faizi” söz birləşməsii “orta əmək haqqının 150 faizi” ilə əvəz edilsin;

- 15-ci maddənin b) bəndində “minimum pensiyanın 50 faizi” söz birləşməsində “50” rəqəmi “75”-lə əvəz edilsin;

- 19-cu maddənin a) bəndində “yara, kontuziya və ya zədə nəticəsində” söz birləşməsinə “xəstəlik” sözü əlavə edilərək, belə yazılsın: “yara, kontuziya, zədə və ya xəstəlik nəticəsində”;

- 21-ci maddənin a) bəndində “minimum pensiyanın” söz birləşmələri “orta pensiyanın” söz birləşməsi ilə əvəz edilsin; b) bəndində isə pensiyanın “50” faizi sözü “75” sözü ilə əvəz edilsin;

- 23-cü maddənin a) və v) bəndlərində “50” faizi sözlər, “75” faizi sözü ilə əvəz edilsin;

- 354-ci madəənin 2-ci və 3-cü abzaslarında “minimum” sözləri “orta” ilə əvəz edilsin;

Hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial və hüquqi müdafiəsinin gücləndirilməsi məqsədi ilə Dövlət Proqramı hazırlanıb ictimai müzakirəyə təqdim olunmalıdır. Şəhid olmuş, itkin, əsir və girov düşmüş qulluqçuların ailələrinin sosial və hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə qısa müddətdə Dövlət Proqramı hazırlanıb qəbul edilməlidir. Silahlı münaqişələrin və hərbi işğalın nəticələrinə qarşı mülki vətəndaşların və onların əmlaklarının dövlət tərəfindən məcburi sığortasına dair qanun qəbul olunmalıdır.



Mənzil təminatı.

  1. Hərbi qulluqçuların daimi yaşayış sahəsi ilə təmin olunması probleminin aradan qaldırılması üçün təklif edirik:

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-c bəndinin 1-ci abzasına aşağıdakı redaksiyada müddəa əlavə edilsin:

“İcra hakimiyyəti orqanları tərəfindən bu hüquqların təmin edilməsi mümkün olmadıqda yaşadıqları xidməti mənzillər (qapalı hərbi şəhərciklərdə yerləşən xidməti mənzillərdən başqa) həmin hərbi qulluqçuların şəxsi mülkiyyətinə verilir və ya onların arzusu ilə növbəti 3 ay ərzində həmin şəxslərə yaşayış sahəsi əvəzinə dövlət büdcəsindən müvafiq həcmdə pul kompensasiyası ödənilir. Qapalı hərbi şəhərciklərdə yerləşən xidməti mənzillərdə yaşayan hərbi qulluqçulara isə növbəti 3 ay ərzində yaşayış sahəsi əvəzinə dövlət büdcəsindən pul kompensasiyası ödənilir”.



2. Ehtiyatda olan hərbçilərin mənzillə təmin olunması probleminin həll olunması üçün təklif edirik:

- “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə həmin bəndin 3-cü abzasını “ən geci 6 ay keçənədək təmin edirlər” sözlərindən sonra aşağıdakı redaksiyada müddəa əlavə edilsin:

“Bu öhdəliklər yerinə yetirilmədikdə yaşadıqları xidməti mənzillər (qapalı hərbi şəhərciklərdə yerləşən xidməti mənzillərdən başqa) həmin hərbi qulluqçuların şəxsi mülkiyyətinə verilir və ya onların arzusu ilə növbəti 3 ay ərzində həmin şəxslərə yaşayış sahəsi əvəzinə dövlət büdcəsindən müvafiq həcmdə pul kompensasiyası ödənilir. Qapalı hərbi şəhərciklərdə yerləşən xidməti mənzillərdə yaşayan hərbi qulluqçulara isə növbəti 3 ay ərzində yaşayış sahəsi əvəzinə dövlət büdcəsindən pul kompensasiyası ödənilir”.

3. Həlak olan (ölən) hərbi qulluqçuların ailələrinə dövlət qayğısının artırılması məqsədi ilə təklif edirik:

- “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanununun 21-ci maddəsinə aşağıdakı redaksiyada yeni bənd əlavə edilsin:

“Həlak olmuş (ölmüş) hərbi qulluqçuların dəfn mərasimi üçün çəkilən xərclər tam şəkildə dövlət hesabına ödənilir. Bundan başqa şəhid olmuş hərbi qulluqçuların dəfn mərasimi Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş xüsusi qaydalara uyğun olaraq həyata keçirilir”.

4. Ərzaq və əşua əmlakı üçün pul kompensasiyası normalarının dolanacaq xərclərinin indeksinə uyğun olaraq dəyişdirilməsi probleminin qəti şəkildə həll olunması üçün təklif edirik:

- “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 5-ci bəndinə “Nazirlər Kabineti” sözlərindən sonra “bir aydan gec olmayaraq” sözləri əlavə edilsin.



5. Müddətli xidmət hərbi qulluqçularının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə təklif edirik:

- “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanununun 21-ci maddəsinin 3-cü bəndinə aşağıdakı redaksiyada yeni müddəa əlavə edirlsin:

“Bundan başqa müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının himayəsində olanların hər birinə (ailəsində adam başına düşən gəlirdən asılı olmayaraq) minimum əmək haqqı məbləğində aylıq pul müavinəti verilir”.

6. Hərbi qulluqçulara mənzil kirayəsi üçün verilən pul kompensasiyasının həcminin real qiymətlərə uyğunlaşdırılması üçün təklif edirik:

- “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci bəndinə aşağıdakı redaksiyada yeni müddəa əlavə edilsin:

“Azərbaycan Respublikasının Nazirlər Kabineti kirayə üçün verilən pul kompensasiyalarının məbləğini ildə bir dəfədən gec olmayaraq yenidən nəzərdən keçirib müvafiq qərar qəbul edir”.

7. Zabit və gizirlərin həbs edilməsinin BMT-nin İnsan Hüququları Bəyannaməsinin 6-cs maddəsində nəzərdə tutulan mühakimə hüququ prinsipinə və Azərbaycan AŞ qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq həyata keçirilməsini təmin etmək məqsədilə təklif edirik:

- Azərbaycan Respublikası SQ—in İntizam Nizamnaməsinin 63-cü maddəsinin b bəndinin 1-ci və 2-ci abzaslarında, 64-cü, 65-ci, 71-ci və 72-ci maddələrinin b bəndlərində, 73 və 74-cü maddələrinin 1-ci hissələrinin b bəndlərində “həbs etmək” sözlərindən sonra “barəsə məhkəmə qarşısında vəsatət qaldırmaq” sözləri əlavə edilsin.



Şəhid olmuş, itkin, əsir və girov düşmüş vətəndaşların ailələrinin müharibə əlilləri, veteranları və onların ailə üzvlərinin daimi sosial rifahı

İtkin, əsir və girov düşmüş hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə təklif edirik:

1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq “həlak olduqda (vəfat etdikdə)” sözlərindən sonra “itkin, əsir və girov düşdükdə” sözləri, 6-cı bəndinə isə “Həlak olmuş (vəfat etmiş)” sözlərindən sonra “itkin, əsir və girov düşmüş” sözləri əlavə edilsin.

2. Şəhid olmuş, itkin, əsir və girov düşmüş vətəndaşların ailələrinin sosial və hüquqi müdafiəsinin gücləndirilməsi məqsədi ilə qısa müddətdə Dövlət Proqramı hazırlanıb təsdiq olunsun;

3. Müharibə əlilləri, veteranları və onların ailə üzvlərinin sosial və hüquqi müdafiəsinin gücləndirilməsi məqsədi ilə Dövlət Proqramı hazırlanıb ictimai müzakirəyə təqdim edilsin;

4. Şəhid olmuş, itkin, əsir və girov düşmüş vətəndaşların ailələrinin, müharibə əlilləri, veteranları və onların ailə üzvləri ilə iş üzrə müvafiq dövlət komitəsi, parlament komissiyası, insan haqları üzrə müvəkkilin aparatında isə xüsusi vəzifə yaradılsın;

5. Güzəşt və imtiyazların hamıya bərabər şəkildə şamil edilməsi prinsipindən imtina edilsin. Güzəşt və imtiyazların şamil edilməsinə görə 1-ci şəhid ailələri, 2-ci itkin, əsir və girov düşmüş vətəndaşların ailələri, 3-cü müharibə ailələri, 4-cü Qarabağ veteranları, 5-ci Böyük Vətən müharibəsi vetranları, 6-cı Əfqanıstan və digər xarici dövlətlərin ərazisində aparılmış müharibələrin vetranları və s. bu kimi kateqoriyaya bölünmə prinsipinin tətbiq edilməsi daha məqsədəuyğun olardı.

6. Qarabağ veteranlarının uçotu dəqiqləşdirilsin, saxtakarlıq yolu ilə verilmiş vəsiqələr ləğv edilsin, döyüşən hərbi hissələrin tərkibində xidmətə görə veteran adları almış şəxslərlə döyüş bölgəsinə ezamiyyətə getdiyinə görə veteran adı almış şəxslər dəqiq müəyyənləşdirilsin və onların uçotu ayrı-ayrılıqda aparılsın. Onlara verilən güzəşt və imtiyazlar da bir-birindən fərqlənməlidir.

7. Şəhid adları verilmiş şəxslərin uçotunun dəqiqləşdirilməsinə və onların xatirələrinin əbədiləşdirilməsi mexanizmini təftiş etməyə də ehtiyac var.

8. Qarabağ veteranları məsələsində xüsusi yanaşma olmalıdır. 1-ci variant: Müharibə bitmədiyi üçün “Müharibə veteranı” anlayışı əvəzinə “Müharibə iştirakçısı” anlayışından istifadə olunsun. Güzəşt və imtiyazlar yalnız müharibə əlillərinə və müxtəlif kontuziya, xəsarət almış və ciddi xəstəliklər keçirmiş şəxslərə şamil edilsin. Belə şəxslərin sayı az olduğu üçün güzəşt və imtiyazların çəkisi də sanballı olar. 2-ci variant: Müharibə bitmədiyi üçün “Müharibə veteranı” anlayışı əvəzinə “Müharibə iştirakçısı” anlayışından istifadə olunsun. Bu halda müharibədə iştirak səviyyəsindən və müddətindən asılı olaraq vətəndaşları bir neçə kateqoriyaya bölmək və hər kateqoriyaya bir-birindən fərqlənən müxtəlif güzəşt və imtiyazları şamil etmək olar. 3-cü variant: “Müharibə veteranı” anlayışından (hazırda olduğu kimi) istifadə olunsun. Bu halda da müharibədə iştirak səviyyəsindən və müddətindən asılı olaraq vətəndaşları bir neçə kateqoriyaya bölmək və hər bir kateqoriyaya bir-birindən fərqlənən müxtəlif güzəşt və imtiyazları şamil etmək olar.

9. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş şəxslər fərariliyə görə “Veteran” statusundan mərhum edildiyi üçün, müharibə gedən dövrdə qeyri-qanuni yollarla hərbi xidmətdən boyun qaçırmış şəxslər də həm hüquqi məsuliyyətə cəlb olunmalı, həm də ictimai qınağa məruz qalmalıdırlar.

10. Aydınlaşdırılmalıdır: indi döyüş bölgəsində həlak olanlara şəhid statusu verilir, amma döyüş bölgəsində xidmət edənlərə, hətta yaralanan, kontuziya və xəsarət alanlara belə müharibə veteranı adı niyə verilmir?

Şəhid olmuş, itkin, əsir və girov düşmüş vətəndaşların ailələrinin, müharibə əlilləri, veteranları və onların ailə üzvlərinin daimi yaşayış sahəsi ilə təmin olunması probleminin nisbətən həll olunması məqsədilə təklif edirik:

Azərbaycan Respublikasının müvafiq qanunlarına aşağıdakı redaksiyada müddəalar əlavə edilsin:

- Yaşadıqları xidməti mənzillər (Qapalı hərbi şəhərciklərdə yerləşən xidməti mənzillərdən başqa) şəhid olmuş, itkin, əsir və girov düşmüş vətəndaşların ailələrinin, müharibə əlilləri, veteranları və onların ailə üzvlərinin şəxsi mülkiyyətinə verilir və ya onların arzusu ilə növbəti 3 ay ərzində həmin şəxslərə yaşayış sahəsi əvəzinə dövlət büdcəsindən müvafiq həcmdə pul kompensasiyası ödənilir. Qapalı hərbi şəhərciklərdə yerləşən xidməti mənzillərdə yaşayanlara isə növbəti 3 ay ərzində yaşayış sahəsi əvəzinə dövlət büdcəsindən pul kompensasiyası ödənilir”.

- Yaşayış sahəsi olmayan, şəhid olmuş, itkin, əsir və girov düşmüş vətəndaşların ailələrinə, müharibə əlilləri, veteranları və onların ailə üzvlərinə dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunanadək mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir.



İtkin, əsir və girov düşmüş hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə təklig edirik:

- “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 21-ci maddəsinin 5-ci bəndinə “həlak olduqda (vəfat etdikdə)” sözlərindən sonra “itkin, əsir və girov düşdükdə” sözləri, 6-cı bəndinə isə “Həlak olmuş (vəfat etmiş)” sözlərindən sonra “itkin, əsir və girov düşmüş” sözləri əlavə edirlsin.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə