Dərsliyi Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə"




Yüklə 2.5 Mb.
səhifə1/33
tarix23.02.2016
ölçüsü2.5 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   33



İQTİSADİ TƏLİMLƏR TARİXİ

"İqtisadi təlimlər tarixi" dərsliyi Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə"-2 kafedrasının əməkdaş­ları tərəfindən iqtisad elmləri doktoru, professor M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə hazırlanmışdır.


Rəyçilər: Azərb. MEA-nın müxbir üzvü, iqtisad elmləri dok­toru, professor T.S.Vəliyev.
Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor T.Ə.Quliyev.

"İqtisadi təlimlər tarixi" dərsliyi aşağıdakı müəllimlər kol lektivi tərəfindən hazırlanmışdır:

Prof. M.X.Meybullayev (müqəddimə, fəs. I, fəs. 2, fəs. 3, fəs.14, fəs.15- § 1, 2, 3, 5); prof. A.Ş.Şəkərəliyev (fəs. 17), prof. F.A.Nəsrullayev (fəs. 7 -§1, 2, 3, fəs. 18); dos. İ.M.Lətifov (fəs. 8); dos. Q.S.Əlləzov (fəs. 5, fəs. 20); dos. F.İ.Hüseynov (fəs. 4- §1, 2, fəs. 19 -§3,4); dos. T.Q.Babayev (fəs. 4-§3, 4); dos. K.A.Məmmədov (fəs. 11- §1, 2); dos. Q.N.Manafov (fəs. 13); dos. N.O.Eminov (fəs. 11-§ 3, 4); dos. H.M.Vəliyev (fəs. 19 -§1, 2); dos. N.F.Həsənova (fəs. 10); dos. S.Ə.Fərəcova (fəs. 12); dos. Ə.X.Əsgərov (fəs. 21), dos. A.M.Əliyeva (fəs. 16); dos. R.Ş.Muradov (fəs. 6); dos. Ə.Ə.Sərdarov (fəs. 7 -§4, 5, 6); b/m.S.Ə.Əhmədov (fəs. 9); dos. R.A.Quliyev (fəs. 15 -§4).

Mündəricat

Müqəddimə...............................................................……….....9
Fəsil 1. İqtisadi təlimlər tarixinin predmeti, metodu

və strukturu.

1. İqtisadi təlimlər tarixinin predmeti……………….………...14

2. İqtisadi təlimlər tarixinin metodu………………….………..16

§ 3. İqtisadi təlimlər tarixinin strukturu…………………………20


Fəsil 2. Qədim dövrün iqtisadi təlimləri.

1. Qədim dünyada ilkin iqtisadi görüşlərin yaranması..……25

2. Qədim Asiyada iqtisadi fikirlərin meydana gəlməsi...…...35

3. Qədim Yunanıstanda iqtisadi fikrin təşəkkülü və inkişafı.43

4. Qədim Romada iqtisadi fikrin formalaşması.............……54
Fəsil 3. Şərqdə iqtisadi fikirlərin yaranması.

§1. Şərqdə iqtisadi fikrin formalaşmasında islamın rolu.…....61

§2. Qurani-Kərimdə iqtisadi dəyərlər........….….......…………71

§3. İslamda iqtisadi münasibətlər sistemi......…...……….…..76

§4. İslamda vergi sistemi...............................……......……….89
Fəsil 4. Azərbaycanda iqtisadi fikrin təşəkkülü və formalaşmas­ı.

§1. Qədim Azərbaycanın iqtisadi həyatı, təsərrüfat və iqtisa- diyyatı haqqında təsəvvürlər......….............……………..102

§2. Azərbaycanda orta əsrlərin iqtisadi fikirləri və ideyaları………………………………………………………………106

§3. Nizami Gəncəvinin "Xəmsə"si və iqtisadi baxışlar sistemi……………………………………………………..………112

§4. Nəsirəddin Tusi. Onun «Əxlaqi–Nasiri», «Dövlət maliyyəsi haqqında traktatları» əsərlərinin Azərbaycan iqtisadi fikir tarixində yeri..............…………….………………………..123
Fəsil 5. Qərbi Avropada iqtisadi təlimlərin meydana gəlməsi. Merkantilizm.

§1. Orta əsrlərdə Qərbi Avropanın iqtisadi ideyaları. F.Akvinskinin baxışları………………………….………….133

§2. Merkantilizmin mahiyyəti və inkişaf mərhələləri………..137

§3. Ayrı-ayrı ölkələrdə merkantilizmin xüsusiyyətləri………141


Fəsil 6. Klassik siyasi iqtisad məktəbinin meydana gəlməsi.

§1. Klassik siyasi iqtisad məktəbinin yaranmasının tarixi şə­raiti və xüsusiyyətləri.................…..………………………144

§2. U.Petti - klassik siyasi iqtisadın banisidir.…..………….145

§3. U.Pettinin iqtisadi sistemi və baxışları……………....…..148

§4. Fransada klassik siyasi iqtisad məktəbi. P.Buagilberin iq­tisadi sistemi və islahatları………………….……………..151

§5. Benjamin Franklin və onun əmək-dəyər nəzəriyyəsi…..156


Fəsil 7. Fiziokratizm.

§1. Fiziokratlar məktəbinin yaranmasının tarixi şəraiti və ümumi xüsusiyyətləri............................……………..……158

§ 2. Fransua Kene fiziokratlar məktəbinin banisi kimi və onun iqtisadi baxışları................................................…………163

§3. Fransua Kenenin "İqtisadi cədvəl"i………………………172

§4. A.R.Jak Tyürqonun iqtisadi baxışları və fiziokratizmin inki­şafı………………….………………………………………..177

§ 5. Fiziokratların iqtisadi proqramı…………………………..185

§ 6. İqtisadi təlimlər tarixində fiziokratizmin yeri və rolu…...188
Fəsil 8. Adam Smitin iqtisadi təlimi.

§1. A. Smit və onun yaşadığı dövr haqqında.….........…..….191

§2. A. Smit və onun "Xalqlar sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat" əsəri............................…………..…..192

§3. A.Smitin əmək bölgüsü, mübadilə və pul haqqında tə­limi.................................................................……………..200

§4. A.Smitin qiymət və dəyər nəzəriyyəsi. ….................…..204

§5. A.Smitin siniflər və gəlirlər barədə fikirləri və bunlarla əla­qədar onun əmək haqqı, mənfəət və renta nəzə­riyyəsi..209

§6. A.Smitin kapital və təkrar istehsal haqqında təlimi...….214

§7. A.Smit məhsuldar və qeyri-məhsuldar əmək haqqında..217


Fəsil 9. D.Rikardonun iqtisadi təlimi.

§1. D.Rikardonun baxışlarının formalaşmasının tarixi şə­raiti………………………………………………………………220

§2. D.Rikardonun iqtisadi sistemi və metodu……………….224

§3. D.Rikardonun "Siyasi iqtisadın və vergi qoyul­masının əsasları" əsəri və iqtisadi nəzəriyyələri…………………..227


Fəsil 10. Klassik siyasi iqtisad məktəbinin davamı və tənqidi.

§1. S.Sismondi………………………………………….…..…..250

§2. Pyer Jozef Prudon (1809-1865)…………………………..253

§3. Nassau Uilyam Senior.....................................………….257

§4. Con Ramsey Mak - Kullox..................................…….….258

§5. Tomas Robert Maltus (1786-1834)……...……...…...…...259 §6. Jan Batist Sey.............................……….... .…........…....261

§7. Fridrik Bastia.................................. ..............……...…....267
Fəsil 11. K.Marksın iqtisadi təlimi.

§1. K.Marks alternativ iqtisadi təliminin yaradıcısıdır………271

§2 K.Marks təliminin iqtisadi mahiyyəti və xüsusiyyətləri…278

§3. "Kapital" əsəri, onun predmeti və tədqiqat metodu…….284

§4. K.Marksın iqtisadi təliminin iqtisadi təfəkkürün formalaş­masındakı rolu………………….…………………………..293
Fəsil 12. Alman tarixi məktəbləri.

§1. Almaniyada siyasi iqtisadın meydana gəlməsi. F.List, onun iqtisadi baxışları. Məhsuldar qüvvələr nəzəriyyəsi…..…300

§2. K.Rodbertusun iqtisadi konsepsiyası...........……………303

§3. Almaniyada tarix məktəbinin yaranması və inkişafı……305

§4. Verner Zombartın iqtisadi təlimi......................………….313

§5. Almaniyada sosial məktəb və onun metodologi­ya­sı.…..316


Fəsil 13. Marjinalizmin yaranması. Avstriya məktəbinin

iqtisadi təlimi.

§1. Marjinalizmin yaranması. Avstriya məktəbi - marjinalizmin ilk nəzəri məktəbidir……………………………………….320

§2. K.Menger - marjinalizmin Avstriya məktəbinin banisi­dir…………………………………………………………...326

§3. Y.Bem-Baverkin və F.Vizerin iqtisadi baxışları…….…..329

§4. Avstriya məktəbinin əhəmiyyəti…………………..………335
Fəsil 14. Neoklassik iqtisadi təlim.

§1. A.Marşall neoklassik iqtisadi cərəyanın yaradıcısıdır….337

§2."Ekonomiksin prinsipləi" əsəri A.Marşalın iqtisadi nəzəriy­yə­sinin əsasıdır……………………………………………..347

§3. C.Klark - neoklassik nəzəriyyənin Amerikan məktəbinin banisidir……………………………………………………..365

§4. V.Paretonun iqtisadi təlimi……………………………….378
Fəsil 15. C.M.Keynsin iqtisadi nəzəriyyəsi.

§1.C.M.Keyns - müasir dövrün görkəmli iqtisadçı­sı­dır.……381

§2. Məşğulluq səviyyəsi və səmərəli tələb. "Əsas psixoloji qa­nun"…………………………………..………………………388

§3."Kapitalın son səmərəliliyi". Əmanət və investisiya. Faiz nəzəriyyəsi……………………………..………………..….396

§4. Makroiqtisadi tənzimlənmə proqramı. Multiplikator konsepsiyası...............................…..............……….………..401

§5. Keyns nəzəriyyəsində qiymət və inflyasiya. Keynsçilik və onun əsas cərəyanları. .............................……………….407



Fəsil 16. Neoliberalizm.

§1. Neoliberalizmin nəzəri və metodoloji əsasları..…...……420

§2. Qərbi Almaniyada neoliberalizm. V.Oykenin "Təsər­rü­fa­tın tipləri" və "Sosial bazar təsərrüfatı" nəzəriyyələri……….425

§3. L.Erxardın iqtisadi islahatları. "Formalaşmış cəmiyyət" konsepsiyası............................….........…………………..433

§4. F.Xayekin iqtisadi-fəlsəfi baxışları. "Geniş qayda" nəzəriyyəsi.......................................…......……………….……438

§5. A.Mizesin neoliberalist baxışları.......................…………444

§6. Fransada neoliberalizm..............................………....….446
Fəsil 17. Monetarizm.

§1. Monetarizmin nəzəri və metodoloji əsasları…………….448

§2. Neoliberalizm və monetarizm: fərqlər və ümumi cəhətlər……………………………………………………………..454

§3. Monetarizmin həyata keçmə mexanizmi və təkamülü…461

§4. Müxtəlif ölkələrdə monetar siyasətin tətbiqi xüsusiyyətləri………………………………………………………………472
Fəsil 18. İnstitusional-sosioloji istiqamət.

§1. Sosial institusionalizmin meydana gəlməsi və mahiyyəti……………………………………………………………... 478

§2. İnstitusionalizmin Amerika məktəbi........……….....….…482

§3. Qeyri-müvazinətli bazar problemi və dövlətin iqtisadi rolu………………………………………………………………489

§4. İqtisadi mənafelərin ahəngdarlığı………………………...493

§5. İctimai inkişaf nəzəriyyəsi.........................…......…..…..495

§6. İnhisarçı rəqabət problemi...........….............………....…499

§7. C.Robinson və U.Rostou………….………………….……503

§8."Müvazinətli qüvvələr" və "Sənaye cəmiyyəti" nəzəriy­yə­ləri. Plan və bazar..................…….....…………………..…..…509
Fəsil 19. Azərbaycanda iqtisadi fikrin inkişafı.

§1. XIX əsrin ikinci yarısında Azərbaycanın iqtisadi fikri…..520

§2. XX əsrin əvvəllərində marksist iqtisadi təli­mi­nin Azərbaycanda yayılması və iqtisadi ədəbiyyatda şərhi.….….532

§3. XX əsrin 50-60 və 70-80-ci illərində Azərbaycan iqtisadçıları tərəfindən iqtisadi qanunların fəaliyyəti və istifadə mexanizminin tədqiqi..............…………………………….….535

§4. Müasir dövrdə (90-2000-ci illərdə) Azərbaycanın iqtisadi fikrindəki dəyişiklik, onun iqtisadi ədəbiyyatda və dövlətin iqtisadi siyasətində əksi................………………….…….543
Fəsil 20. Müasir dövrün iqtisadi nəzəriyyələri.

§1. Təklif iqtisadiyyatı nəzəriyyəsi…………………….……...552

§2. Səmərəli gözləmə nəzəriyyəsi……………………..……..554

§3. Neoklassik sintez nəzəriyyəsi.........................………….559


Fəsil 21. Dünya təsərrüfatı haqqında nəzəriyyələr.

§1. Dünya təsərrüfatının nəzəri problemləri……........………563

§2. Neoklassik müqayisəli üstünlük nəzəriyyəsi.......………565

§3. Qeyri-ekvivalent mübadilə konsepsiyası…………..…….569

§4. Dünya təsərrüfatında yığım haqqında nəzəriyyələr ……574

§ 5. Dünya təsərrüfatının İ.Vallerstayn nəzəriyyəsi…….…578



İstifadə olunan ədəbiyyat

M Ü Q Ə D D İ M Ə


Milli iqtisadi inkişafın mütərəqqi sistemə daxil olması ilə ictimai-sosial elmlərin, o cümlədən iqtisadi təlimlər tarixinin müasir təfəkkür baxımından şərh edilməsi vacib cəhətlərdən biridir. Aydın olduğu kimi, keçmiş ittifaqın ali məktəblərində, o cümlədən respublikamızda da bütün ictimai-sosial elmlər sırf ideoloji və siyasi baxımından öyrənilmişdir. Lakin bugünkü həyatın tələbatına uyğun, çevik, mənimsənilməsi mümkün olan, hər cür abstrakt, mühafizəkar baxışlardan kənar olan iq­tisadi təlimlərin öyrənilməsi son dərəcədə zəruridir. Bu labüd cəhət sırf iqtisadi tədris ocaqlarında daha da aktuallaşır. Çünki iqtisadi nəzəriyyənin metodoloji prinsiplərini, bazar sisteminin ümumi problemlərini, makro və mikroiqtisadi nəzəriyyələri, milli iqtisadiyyatın formalaşması xüsusiyyətlərini, ümumdünya təsərrüfat əlaqələrini öyrəndikdən sonra iqtisadi təlimlər tarixi­nin konseptual müddəalarının tədris olunmasına böyük ehtiyac duyulur. Bu baxımdan hazırlanan "İqtisadi təlimlər tarixi" dərs­liyi son dərəcə aktual və əhəmiyyətli bir vəzifənin həyata keçi­rilməsinə həsr edilib. Dərslik bütövlükdə iqtisadi nəzəriyyənin öyrənilməsi istiqamətində mövcud təlimlərin, iqtisadi məktəb­lərin, müasir iqtisadi cərəyanların şərh olunmasına həsr edilsə də o, təkcə iqtisadi ixtisas alanlar üçün deyil, eləcə də bütövlükdə iqtisadiyyatla maraqlananlar üçün də əhəmiyyət daşıyır.

Dərslikdə nəzərə çarpacaq xüsusiyyətlərdən biri ondan ibarətdir ki, iqtisadi təlimlərin dövrləşməsi prosesi ön plana çəkilir və müxtəlif iqtisadi sistemlər şəraitində iqtisadi müna­sibətlərin xarakteri şərh edilir. İqtisadi fikrin formalaşmasında, o cümlədən iqtisadi nəzəriyyənin inkişafında mühüm rol oy­nayan ümumbəşəri xarakterli nəzəriyyələr həm keçmiş, həm də müasir iqtisadi təfəkkür baxımından şərh edilir. Tarixi inki­şafın ayrı-ayrı mərhələlərində iqtisadi təfəkkür sahəsindəki nailiyyətlərin iqtisadi nəzəriyənin bir elmi sistem kimi forma­laşmasındakı rolu dərslikdə ardıcıllıqla nəzərə alınmışdır.

İlk dəfə olaraq dərslikdə Şərqdə iqtisadi fikrin inkişafında islam təliminin təsiri göstərilmişdir.

Dərslikdə həm Şərqdə, həm də Qərbdə iqtisadi fikirlərin təşəkkülü təcrid olunmuş şəkildə deyil, elmi təfəkkürün ger­çəkləşmiş nailiyyətləri baxımdan ilk dəfə olaraq şərh edilir. Bu fikirlərin ümumbəşəri dəyərlərin əldə olunmasındakı rolu milli-mənəvi sərvətlərin artırılmasındakı əhəmiyyəti müəyyənləş­dirməklə, müasir sivilizasiyalı iqtisadi həyatdakı yeri göstərilir.

Bir cəhəti də nəzərə almaq lazımdır ki, mövzuların şərhi zamanı bəzən K.Marksın əsərlərinə istinad edilir. Bu da tə­sadüfi xarakter daşımır. Çünki bu əsərlərin Azərbaycan dilində nəşr olunması ilə əlaqədar orada Marksa qədərki, xüsusən qədim dövrün, orta əsr mütəfəkirlərin əsərlərindən birbaşa is­tifadə olunduğundan oxucunun işi xeyli yüngülləşir. Həm də iqtisadi təlimlər sahəsində mövcud olan əksər ilkin ədəbiyyat­lar rus dilindədir və nadir nüsxələr şəklində mövcuddur.

İqtisadi təlimlər tarixinin öyrənilməsinin müstəqillik şərait­ində xüsusi əhəmiyyəti vardır. Çünki ölkədə yeni iqtisadi sis­temə keçid məsələsinin qarşıya qoyulması, bu sistemin üstünlüklərinin və məhdudiyyətlərinin üzə çıxarılması bilava­sitə iqtisad elmində artıq özünə həyati vəsiqə qazanmış iqti­sadi fikirlərdən, nəzəriyyələrdən və cərəyanlardan irəli gələn əsaslandırılmış müddəalardan asılıdır.

Ona görə də iqtisadi təlimlər tarixinin öyrənilməsi istiqa­mətində müstəqillik dövründə bir sıra tutarlı monoqrafiyalar, tədris vəsaitləri və proqramları, mühazirə mətnləri və bir sıra elmi məqalələr yazılmışdır.1

Lakin iqtisadi təlimlər tarixinin bütöv, tam ardıcıllıqla və sistemli şəkildə öyrənilməsi son dərəcə vacib məsələlərdəndir. Bu onunla əlaqədardır ki, "İqtisadi təlimlər tarixi" iqtisadi nəzə­riyyənin tarixi kimi təkcə iqtisadi təmayüllü ali məktəblər üçün deyil, ümumiyyətlə iqtisadiyyatla maraqlananlar üçün xüsusi əhəmiyyət daşıyır.

Qeyd etmək lazımdır ki, Azərbaycanda ən az öyrənilən və tədqiq olan elmi sahələrdən biri iqtisadi fikir tarixidir, o cümlə­dən Azərbaycan fikir tarixidir.

Düzdür, ölkəmizdə XX əsrin 50-ci illərindən başlayaraq ayrı-ayrı mütəfəkkirlərin ictimai-iqtisadi görüşləri tədqiq olun­mağa başlamışdır. Burada Ə.Sumbatzadənin, Ə.Fərəcovun, B.Axundovun, M.Mustafayevin, Y.Mmmədovun tədqiqatlarını xüsusi qeyd etmək lazımdır. 80-ci illərdən başlayaraq Azər­baycan iqtisadi fikir tarixi müəyyən ardıcıllıqla tədqiq olun­mağa başlamışdır. Burada T.Vəliyevin, M.Musayevin, Q.Əbülsəlimzadənin, A.Həsənovun, Ə.Qəribovun, Y.Həsənovun, X.Kərimovun və başqalarının tədqiqatlarını göstərmək olar. Lakin mövcud qu­ruluşun tələbləri çərçivəsində aparılan bu tədqiqatlar öz elmi əhəmiyyətini saxlamaqla, iqtisadi fikrə dair ümumiləşmələr sistemli şəkildə yekunlaşdırılmışdır. Yalnız XX əsrin 90-cı illə­rindən etibarən ölkəmizdə müstəqillik əldə olunundan sonra iqtisadi təlimlərin öyrənilməsi ilə bağlı iqtisadi fikir sahəsində bir sıra tutarlı elmi əsərlər meydana gəlməyə başlamışdır. Bu dövrün görkəmli iqtisadçı alimləri Ə.A.Mahmudov, A.A.Nadirov, Z.Ə.Səmədzadə, A.K.Ələsgərov, T.Ə.Quliyev, M.M.Allahverdiyev, A.Ə.Əliyev, T.S.Vəliyev, Ş.M.Muradov, A.F.Musayev, T.A.Hüseynov, İ.Ə.Feyzullabəyli, H.B.Allahverdiyev və başqaları yaratmış olduqları elmi məktəblərin yetirmələri yeni iqtisadi sistemə keçidlə əlaqədar iqtisad elminin müxtəlif istiqamətlərində mühüm nəzəri və metodoloji əsaslı problemlərin həllinə xüsusi diqqət yetirə bilmişdilər. Bu iqtisadi problemlərin tədqiqi sözsüz ki, gələcək dövrdə Azərbaycanda iqtisadi fikrin formalaşmasında müstəsna rol oynayacaqdır.

Göstərmək lazımdır ki, müstəqilliyə qədər "İqtisadi təlim­lər tarixi" dərsliyi yalnız Moskvada mərkəzləşdirilmiş şəkildə sırf marksist-leninçi ideologiyası ilə siyasətləşdirilmiş şəkildə dərc olunaraq ayrı-ayrı respublikalara göndərilirdi. Bəlli olduğu kimi bütün humanitar fənlər, yalnız rus dilində yazıldığından, yerlərdə onun müvafiq dillərə tərcümə olunması ilə dərc olun­masına icazə verilirdi. Yerli müəlliflər yalnız dərs vəsaiti şək­lində bu və ya digər fənni dərc etdirə bilərdilər.

İqtisadi təlimlər tarixi də ölkəmizdə belə həyat yolu keç­mişdir. 1965-ci ildə onun I hissəsi, 1971-ci ildə isə II hissəsi dərc olunmuşdur. Sözsüz ki, konkret dövrün tələbatı ilə əlaqə­dar yazılan bu dərs vəsaitinin elmi, nəzəri və metodoloji əhə­miyyətini azaltmadan, onun müəlliflərinə hörmət və ehtiramı­mızı bildirməklə qeyd etmək istəyirik ki, müasir və dəyişilən dövrün tələbatına uyğun milli müstəqillikdən bəhrələnmək və ümumbəşəri iqtisadi dəyərləri mənimsəmək üçün yeni bir dərsliyin yazılmasını qarşıya məqsəd qoymuşuq. Müəlliflər proqram çərçivəsində iqtisadi fikirlərin, nəzəriyyələrin mey­dana gəlməsini, formalaşmasını və inkişafını şərh etməklə ilk dəfə olaraq Şərqdə, Azərbaycanda iqtisadi təlimin meydana gəlməsini və inkişafını şərh etməyə çalışmışlar. Sözsüz ki, müstəqillik illərində yazılmış bu dərslik heç də müəyyən qüsur və çatışmazlıq­dan xali olmayacaqdır. Hər halda müəlliflər hey­əti həm dərsliyin məhdudluğunu, həm proqram çərçivəsində yazıldığını nəzərə alaraq, hər hansı mövzunun tam şəkilli iza­hını və detallaşdırılmış şəkildə şərhini qarşıya məqsəd qoy­madıqlarına görə, şübhəsiz ki, bəzi məsələlərdə mübahisə, fi­kir ayrılığı, müəyyən iradlar meydana gələcəkdir. Bütün bunları nəzərə alaraq müəllif kollektivi əvvəlcədən minnətdarlıq hissi ilə dərsliyə aid hər cür təklif, rəyi və iradları qəbul etməyə ha­zırdır.



Azərbaycanda bazar sisteminin yenicə təşəkkül tapma­sına və formalaşmasına başlanır ki, şübhəsiz ki, bu da bir neçə onilliklərin işidir. Bu əsasdan da iqtisadi təlimlər tarixi dərsliyində keçid dövrünün xarakterik xüsusiyyətləri barədə, sahibkarlığın formalaşması istiqamətləri barədə, dövlətin iqti­sadiyyata müdaxiləsinin həddi barədə, bazarın modelləri haq­qında tarixin keçmiş olduğu yollar barədə elmi əsaslandırılmış müddəa və fikirlərin nəzəriyyə və konsepsiyaların şərhinin ve­rilməsinə cəhd göstərilmişdir. Keçmişi öyrənmədən gələcəyi yaratmaq mümkün deyil.

FƏSİL 1. İQTİSADİ TƏLİMLƏR TARİXİNİN PREDMETİ,

METODU VƏ STRUKTURU
§ 1. İQTİSADİ TƏLİMLƏR TARİXİNİN PREDMETİ
İqtisadi təmayüllü ali təhsil alan və yenidən iqtisadi ixti­sas alan gənclər üçün ümumbəşəri dəyərlərin öyrənilməsi və iqtisadi həyatda davranış mədəniyyətlərinin yüksəldilməsi üçün "İqtisadi təlimlər tarixi" fənni müstəsna rol oynayır. "İqti­sadi təlimlər tarixi"nin öyrənilməsi zərurəti həm də müasir şə­raitdə iqtisadi sistemlərin transformasiyaya uğramasından irəli gəlir. Çünki "İqtisadi təlimlər tarixi"nin predmeti cəmiyyətin iq­tisadi həyatında və sosial sferasında baş verən dəyişikliklərlə əlaqədar iqtisadiyyatın birinin digəri ilə əvəz olunmasının qa­nunauyğunluqlarını və dövrləşmə prosesilə bağlı insanların davranış qaydalarının məntiqini öyrənir. İqtisadi hadisə və proseslərin tarixi dövrləşmə prosesilə öyrənməklə "İqtisadi nə­zəriyyə" elminin daha dərindən mənimsənilməsinə imkan ya­ranır. Bəlli olduğu kimi "İqtisadi nəzəriyyə" 250 il bundan əvvəl kapitalizmin təşəkkül tapdığı dövrdə meydana gəlmişdir. Ümumi iqtisadi nəzəriyyə ilkin olaraq 1615-ci ildə fransız An­tuan de Monkretyen tərəfindən "Siyasi iqtisad" termini ilə ad­landırılmışdır. Daha sonra ingilis Uilyam Petti öz tədqiqatla­rında bu elmi "Siyasi hesab" adlandırmışdır. Fiziokratlar mək­təbinin banisi Fransua Kene bu elmə sadəcə "İqtisadiyyat" kimi baxmışdır. "İqtisadi nəzəriyyə"nin atası hesab olunan Şotlandiyalı Adam Smit bu elmi "Siyasi iqtisad" kimi qəbul et­miş və onun xalqların sərvətinin mənbəyi olduğunu qeyd et­mişdir. İngilis iqtisadçısı David Rikardo klassik iqtisadi siste­min yaradıcılarından biri kimi "İqtisadi nəzəriyyə"ni siyasi iqti­sadın başlanğıcı kimi qeyd etmişdir. İngilis iqtisadçılarından C.S.Mill "İqtisadi nəzəriyyə"ni kompromislər nəzəriyyəsi vasi­təsilə "Siyasi iqtisadın əsasları" kimi öyrənmişdir. Alman iqti­sadçısı Karl Marks "Kapital" əsəri vasitəsilə "Siyasi iqtisad"ı alternativ elmi sistem kimi öyrənə bilmişdir. Yeni elmi istiqa­mətin yaradıcısı olan ingilis Alfred Marşall iqtisad elmini ilk dəfə olaraq "Siyasi iqtisad"ın "Ekonomiks" fənni kimi öyrənil­məsini təklif etmişdir. Bu fikri digər görkəmli ingilis iqtisadçısı U.Cevons da təkidlə qarşıya qoymuşdur. Ümumiyyətlə, gör­kəmli iqtisadçı alimlərin "Siyasi iqtisad"la və ya "İqtisadi nə­zəriyyə" ilə bağlı irəli sürülmüş fikirlərini ardıcıllıqla qeyd et­məklə bu istiqamətdə mövcud olan iqtisadi ideyaların mənti­qindən irəli gələn prinsiplərin, səbəb-nəticə əlaqələrinin və in­kişaf meyllərini əks etdirən fikirlərin mahiyyətini şərh etməklə iqtisadi təlimlər tarixinin predmeti haqqında mülahizələri kon­kretləşdirmək olar.

Tarixi inkişafın ayrı-ayrı dövrlərində irəli sürülən ümum­bəşəri iqtisadi dəyərlərin mənimsənilməsi, inkişaf qanuna­uyğunluqlarının öyrənilməsi, iqtisadi sistemlərin transforma­siyaya uğraması, eləcə də təkamüllü iqtisadi inkişafa təkan ve­rən cərəyanların, məktəblərin və konsepsiyaların şərh olun­ması "İqtisadi təlimlər tarixi"nin əsas vəzifələrindəndir. Ona görə də ümumiləşmiş şəkildə "İqtisadi təlimlər tarixi"nin pred­metini müxtəlif iqtisadi sistemlərin meydana gəlməsi və onla­rın transformasiyası qanunauyğunluqlarını iqtisadi proseslərin bütöv şəkildə öyrənilməsi kimi qeyd etmək olar. İqtisadi hə­yat­da, xüsusən, istehsalın strukturunda, texnologiyasında, is­teh­lakında, eləcə də istehlakçıların davranış qaydalarında baş ve­rən dəyişikliklər yeni iqtisadi proseslərin meydana gəlmə­sinə səbəb olur. Müasir şəraitdə dünya iqtisadiyyatında aktual yer alan qlobal iqtisadi problemlər, iqtisadi inteqrasiya pro­sesləri, iqtisadi təhlükəsizlik məsələləri, ayrı-ayrı ölkələrin iqti­sa­diyyatlarının inkişafına müxtəlif səviyyədə təsir göstərir. Eyni zamanda yoxsulluğun aradan qaldırılması, insan poten­sialının inkişaf etdirilməsi, qeyri-iqtisadi amillərin, xüsusən, mənəvi, dini amillərin rolunun nəzərə alınması özünü təkidlə qarşıya qoymuş olur. Bununla da iqtisad elmində mənəvi, so­sioloji, institusional istiqamətlərin inkişafına real yol açmış olur. Bu da öz növbəsində "İqtisadi təlimlər tarixi"nin predmeti kimi sırf və ya pozitiv nəzəri müddəaların ümumiləşməsi və müəyyən nə­ticələrin əldə olunması ilə hüdudlaşmır. Eyni za­manda iqtisad elmində normativ səpkili və ya konkret əməli istiqamətli elmi ideyaların, prinsiplərin yeni fikir və müddəala­rın fəaliyyət isti­qamətlərinin formalaşmasına gətirib çıxarmış olur.

"İqtisadi təlimlər tarixi"nin öyrənilməsi təkcə iqtisadi dünyagörüşün, xalis iqtisadi təfəkkürün formalaşması üçün deyil, eyni zamanda irəli sürülmüş elmi müddəaların təkamüllü yolunun məntiqinin mənimsənilməsindən ibarətdir. Çünki ha­zırkı şəraitdə bizim mənimsədiyimiz iqtisadi ideyalar sırf keç­mişin elementlərinə əsaslanmır, eyni zamanda bugünkü və hətta gələcək iqtisadi görüşlərin elementlərinə əsaslanır. Ona görə də müasir şəraitdə tətbiq olunan hər bir iqtisadi nəzə­riyyənin, cərəyanın və konsepsiyanın məşhurluğundan və hətta real tətbiqi və səmərəli səviyyəsindən asılı olmayaraq, yalnız onlara əsaslanmaq mümkün deyildir. Çünki iqtisadi konsepsiyalar və nəzəriyyələr özü-özünə inkişaf etməklə, mövcud dövrdəki üstünlükləri əks etdirməklə, eyni zamanda çatışmazlıqlar istiqamətində də özünü əks etdirir. Ona görə də mövcud çatışmazlıqların aradan qaldırılması üçün yeni iqtisadi ideyaların, fikirlərin, nəzəri baxışların əmələ gəlməsinə səbəb olur. Beləliklə, "İqtisadi təlimlər tarixi"nin əsas vəzifəsi kimi iq­tisadi nəzəriyyələrin təşəkkülü və onların birinin digəri ilə əvəz olunmasının ümumi məntiqini öyrənir.

  1   2   3   4   5   6   7   8   9   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə