Dərsin Məqsədi: Vurma əməlinin yerdəyişmə və qruplaşdırma xassələrini əyani vəsaitlərin köməyi ilə modelləşdirir




Yüklə 30.4 Kb.
tarix10.04.2016
ölçüsü30.4 Kb.
Riyaziyyat IV sinif

Mövzu: Vurma əməlinin xassələri

Məzmun standartı:

1.2.1. Hesab əməllərinin xassələrini şərh edir.

1.2.2. Hesab əməllərinin xassələrinindən hesablamalarda istifadə edir.

1.2.3. Məsələlərin həllində hesab əməlləri arasındakı əlaqələrdən istifadə edir.

Dərsin Məqsədi:

- Vurma əməlinin yerdəyişmə və qruplaşdırma xassələrini əyani vəsaitlərin köməyi ilə modelləşdirir.

- Vurma əməlinin yerdəyişmə və qruplaşdırma xassəsini ifadə edən modelləri riyazi şəkildə ifdə edir.
- Hesablamalar zamanı yerdəyişmə və qruplaşdırma xassələrindən istifadə edir.

İş forması: Kiçik qruplarla, fərdi iş

İş üsulu: Müşahdə, əqli hücum və müzakirə. Resurslar: Dərslik, iş dəftəri, iş vərəqləri, test tapşırıqları, vurma cədvəli, nootbuk, proyektor.

Dərsin gedişi. Motivasiya, problemin qoyuluşu: Montorda bir neçə riyazi işarəlar və rəqəmlər göstərirəm.

3, = 6, 30,

+, 4 x, =, 5

7

Müəllimə: Gördükləriniz haqqında nə deyə bilərsiniz?



Şagirdlərin cavabı: Toplama əməli 3+4=7, vurma əməli 6x5=30

Müəllimə: Onda “toplama” və “vurma” əməllərinin qaydasını yada salaq.

Şagirdlərin cavabı: “Toplananların yerini dəyişəndə cəm dəyişmir”.

“Vuruqların yerini dəyişəndə hasil dəyişmir”.

Müəllim: Vurma və toplamanın oxşarlığı nədir?

Şagirdlərin cavabı: Bu əməllərdə rəqəmlər yerini dəyişsədə cavabları dəyişmir.

Müəllim: Kim misal deyər və lövhədə yazar?

Şagirdlər: 8+3=11 və ya 3+8=11

3x2=6 və ya 2x3=6

Tədqiqat sualı: “5”, “8”, “120”, “3”, “=”, “x”, “x” bir sırada bu rəqəm və riyazi işarələrdən istifadə edərək neçə misal yaza bilərsiniz? Onlar iş vərəqlərində 3 cür nümunə yazırlar və göstərirlər.


1. 5x8x3=120

2. 8x5x3=120

3. 3x5x8=120

Müəllimə: Vurma cədvəlindən bir neçə misal söyləyirəm (2x3, 4x6, 5x7) sonra vuruqların yerini dəyişirəm. (3x2, 6x4, 7x5)

Şagirdlər iş vərəqlərində nümunə yazıb, “vuruqlar yerini dəyişdilər, lakin hasil dəyişmədi” söylədilər.

Monitorda qruplaşdırma xassəsinə aid misal göstərirəm. 7 şagirddən stifadə edib, əllərinə yazılmış vərəq verirəm.

1. (2x3)x4=6x4=24

2. (2x4)x3=8x3=24

3. 2x(3x4)=2x12=24

I mərhələ

Əlində 2 və 3 tutan şagirdləri yanaşı qoyuram, əlində 4 tutan şagirdi aralı saxlayıram.

II mərhələ

2 və 4 tutan şagirdi yanaşı qoyub, əlində 3 tutan şagirdi aralı qoyuram

III mərhələ

Əlində 2 tutan şagirdi aralı qoyuram, 3 və 4 tutan şagirdləri yanaşı qoyuram

Şagirdlər əyani şəkildə gördülər ki, vuruqların yerini istənilən qaydada dəyişmək və qrupaşdırmaq olar. Qonşu vuruqları onların hasili ilə əvəz etmək olar.

Tədqiqatın aparılması:

Şagirdləri 3 qrupa bölürəm. İş vərəqlərini paylayıb yeni mövzuya aid bir neçə misal (№1, №2, №3) həll etməyi tapşırıram.

Məlumat mübadiləsi:

I iş vərəqi

Vurmanın yerdəyişmə xassəsindən istifadə edərək misalı müxtəlif cür hesabla

3x4x5=

4x6x5=


II iş vərəqi

Vurmanın qruplaşdırma xassəsini tətbiq etməklə müxtəlif cür hesabla.

(3x6)x4=

2x(8x5)=





III iş vərəqi Misal №2

Xanaların yerinə elə ədədləri yaz ki, bərabərlik doğru olsun.

( x2)x16=5x( x16)

2x(8x )=2x8


Qrupların işi lövhədən asılılır, hər qrupun nümayəndəsi öz işini təqdim edir. Düzgün cavablar monitorda göstərməklə yazılan cavablarla tutuşdurulur.

Məlumatın müzakirəsi:

Müzakirə zamanı şagirdlərə sual verirəm

Müzakirə sualları:

Siz hansı əməli yerinə yetirdiniz?

Niyə boş damaya rəqəm yazdınız? və s.

Şagirdlərin cavabı:

1. Vurma əməlinin yerdəyişmə və qruplaşdırma xassəsini yerinə yetirdik.

2. Bərabərliyin doğru alınması üçün boş damaya rəqəm yazdıq.

Sual-cavabdan sonra şagirdlərin yorulduğunu duyuram. Onları “söz oyunu” oynamağa dəvət edirəm. Oyunun qaydası verilən söz “Yerdəyişmə” olsun. Bu sözdəki hərflərin yerlərin dəyişməklə neçə yeni söz yaza bilərsiniz? Şagirdləri I və II qrupa bölürəm.

I qrup -11 söz II qrup- 15 söz

(yer, dəy, iş, diş, dəyiş, əy, dər, dəyə, rəy, dəm, dəymə, de, eş, deyiş, ye) – 15 söz

Bayrağı II qrup qaldırıb qalib olduqlarını elan etdilər

Oyundan sonra şagirdlərə “Test tapşırıqları” paylayıram.

1. Hansı misalın cavabı düzgündür?

a) 9x3=28

b) 8x4=36

c) 8x4=32

2. 4x(300+30+3) ifadəsi hansı hasilə uyğundur?

a) 4x30 b) 4x303 c) 4x333

3. Hansı boş xanaya ədəd uyğun yazılıb?

a) (5+20)x4=5x(20x1 )

b) (20x3)x2=20x(3x0)

c) (7x10)x6=7x(10x 6 )

4. Hansı məlumat doğrudur?

1. Vuruqların yerini dəyişdikdə hasil dəyişmir.

2. Vuruqların yerini dəyişdikdə hasil dəyişir.

3. Bir neçə ədədin hasilini taparkən vuruqların yerini istənilən qaydada dəyişmək olmaz.

Nəticə və ümumiləşdirmə:

Şagirdlərin cavablarından belə bir nəticəyə gəlirik ki, bir neçə ədədin hasilini taparkən vuruqların yerini istənilən qaydada dəyişmək

Ev tapşırığı: Vurma əməlinin xassələrinə aid: iş dəftəri səh.30, dərslik səh.34-ə nəzər yetirməklə bir neçə misal yazın.

“Gəlin tapaq” oyunu

Şəkildə göstərilən üçbucağın dairələrində 1-dən 9-a qədər rəqəmləri elə yerləşdirmək lazımdır ki, onun hər tərəfi üzərində onların hasili 240-a bərabər olsun. Sonra rəqəmlərin yerini dəyişdir, “yerdəyişmə” xassəsini tətbiq et.




240

Qiymətləndirmə: Lövhəyə cədvəli asıb, dərsin bütün mərhələlərində qiymətləndirməni “+” və ”-“ işarələri ilə göstərirəm. Qiymətləndirmə cədvəli



Meyarlar

I

II

III

Tapşırıqları tam, düzgün və vaxtında yerinə yetirib










Təqdimat










Daima diqqətlə dinləmək










Fəallıq və əməkdaşlıq, bir-birinə hörmət










Nəticə











Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə