Dərsin məqsədi: Fəlsəfəyə giriş dərsində əsas məqsəd aşağıdakılardır




Yüklə 20.85 Kb.
tarix27.02.2016
ölçüsü20.85 Kb.
Xəzər Universiteti

Fəlsəfəyə giriş fənninin iş

P r o q r a m ı

(Syllabus)
Semester: 2012 -tədris ili (payız)

Müəllim: Mail Yaqubov

Kredit: 3
Dərsin məqsədi:

Fəlsəfəyə giriş dərsində əsas məqsəd aşağıdakılardır:

1. Fəlsəfənin( Qərb və Şərq düşüncə kontekstində) əsaslarının izahı, təhlili və tənqidi.

2.Fəlsəfənin konkret sosial funksiyalarını və tarixi nəticələrinin izahı və təhlili.
Dərsin işləmə forması:

1. Müəllim mövzu ətrafında müəyyən izahlar verdikdən sonra qarşı tərəfin tənqidləri, sualları və mülahizələri dinlənilir.

2. Dərslərdə sırf fəlsəfi baxış əsas götürülür, çünki fəlsəfənin mahiyyəti məhz budur.

3. Hər bir tələbə öz imkanları çərçivəsində, müəyyən qeydlər götürməlidir. Lakin bu məcburi deyil. Tələbənin dərsdə aktivliyi əsas götürülür.

4. Müəllimin qeydləri dərslərdən sonra tələbələrə təqdim olunacaqdır.

5. Dərslər Azərbaycan dilində keçirilir, buna görə suallar və cavablar məhz Azərbaycan dilində olmalıdır.


Tövsiyə edilir:

  1. Tələbə tam aktiv olmalı, çəkinmədən sual verməli, tam sərbəst düşünməli, lakin bütün bunlarla yanaşı təəssübkeşlikdən uzaq olmalıdır.


Qiymətləndirmə forması:
Aralıq imtahanı 40 bal

Final imtahanı 40 bal

Davamiyyət 10 bal

Fəallıq 10 bal

__________________________

Cəmi: 100 bal


İmtahan forması:

1. İmtahan müəllimin tələbələrə təqdim etdiyi materiallar əsasında tərtib ediləcəkdir.

2. Müəllimin qeydlərindən əlavə hər bir tələbə imtahanda suallara cavab verərkən öz izah və təhlillərini də əlavə etməlidir.



Mövzular

Saatlar


1.Fəlsəfə nədir? Fəlsəfə sözünün luğətdə və terminologiyada izahı

2.Seminar və müzakirə



2

2


3.Antik fəlsəfə ( Qədim Yunan) və onun əsasları

4.Seminar və müzakirə



2

2


5. Aristotel fəlsəfəsi haqda xüsusi mülahizələr

6.Seminar və müzakirə



2

2


7. Orta əsrlər dövrü, Xristian teologiyasinin əsasları

8. Seminar və müzakirə



2

2


9.Renessans (intibah ) və onun əsas fəlsəfi mahiyyəti, Protestantizmin yaranması

10.Seminar və muzakirə



2
2

11.Dekartın fəlsəfi görüşləri və Modernizmin başlanğıcı, Modernizm nədir?

12.Seminar və müzakirə



2
2

13.Etika fəlsəfəsi, Dindən təcrid olunmuş əxlaq ( sekulyar əxlaq) mümkündürmü?

14. Seminar və müzakirə



2
2

15.Din fəlsəfəsi və onun İslam fəlsəfəsi ilə fərqi

2

16. Aralıq imtahanı

2

17. Plüralizm və onun fəlsəfi-dini aspektləri

18.Seminar və müzakirə



2

2


19. Fideizm nədir? Ekzistensializmə giriş

20.Seminar və müzakirə



2

2


21.Feminizm cərəyanı və onun Şərq düşüncə modeli kontekstində təhlili

22.Seminar və müzakirə



2
2

23.Nitsşe fəlsəfəsi barədə mülahizələr.Nitsşenin əsas tənqid obyekti

24.Seminar və müzakirə



2

2


25. Pozitivist dünyagörüşü və onun təhlili

26. Seminar və müzakirə



2

2


27. Müasir fəlsəfə nəyə əsaslanır? Post-modernizm barədə təhlillər

28. Seminar və müzakirə



2

2


29. Nəticə və yekunlaşdırma

2


Bütün tələbələrə müvəffəqiyyət arzu edirəm.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə