Demokratik islahatlar uğrunda cəmiyyəT (DİUC)




Yüklə 29.92 Kb.
tarix10.04.2016
ölçüsü29.92 Kb.
DEMOKRATIK İSLAHATLAR UĞRUNDA CƏMIYYƏT (DİUC)
-----------------------------------------

Ünvan: Ü. Bünyatzadə, 20/7,


Bakı, Azərbaycan
Tel/faks: (+994 12) 449 88 00
Mobil: (+994 50) 357 04 62
E-mail: diuc_sdr@azeronline.com


30 noyabr 2004 Bakı şəhəri 123
PRESS-RELİZ

Demokratik İslahatlar Uğrunda Cəmiyyət (DİUC) BTC-nin sosial-iqtisadi təsirləri çərçivəsində monitorinqini davam etdirir. BTC ilə bağlı Monitorinq Komitəsinin üzvləri bu günlərdə layihə ilə əlaqədar olaraq Ağstafa, Samux və Goranboy rayonlarında olmuşdur.

DİUC-un Monitorinq Komitəsinin üzvləri Ağstafa rayonunda “BTC boyunca yerləşən icmalarda təlimçilərin hazırlanması” üzrə treyninq kursu keçirmişlər. Kursun məqsədi yerlərdə BTC-nin inşası ilə əlaqədar yaranan sosial-iqtisadi və ekoloji təsirləri öyrənən təlim qrupunu hazırlamaq olmuşdur. Tədbir iki gün davam etmişdir.

Səfərin davamı olaraq komitə üzvləri Ağstafa rayonunda yerli monitorların iştirakı ilə BTC keçən ərazilərdə olmuşlar. Neft kəmərinin çəkilişilə bağlı təsirə məruz qalmış kəndlərin torpaq mülkiyyətçiləri ilə görüşlər keçirilmiş, kənd icra nümayəndələrinin başçıları və bələdiyyə sədrləri ilə söhbətlər aparılmışdır. Keçirilən görüşlər zamanı məlum olmuşdur ki, BTC Co. şirkətinin kəmərin tikintisilə əlaqədar həyata keçirdiyi torpaq ayırma proqramı, yerlərdə ciddi narazilıqlara səbəb olmuşdur. Belə ki, şirkətin yerli təmsilçilərinin torpaq sahibləri ilə bağladıqları müqavilələr ciddi problemlər yaratmaqla, mülkiyyətçiləri pis vəziyyətdə qoymuşdur. Bu hal Ağstafa rayonunun əksər kəndlərində baş vermişdir. Misal üçün, Aşağı Kəsəmən kəndində keçirilən görüşdə məlum olub ki, kənd sakinlərindən 64 nəfər mülkiyyətçi onların ərazisindən keçən boru kəmərinə görə şirkət nümayəndələrinə öz narazılıqlarını çatdırmışlar. Nəticədə növbəti dəfə onlarla yeni müqavilələr tərtib olunmuşdur. Lakin sonradan məlum olmuşdur ki, mülkiyyətçilər birinci müqaviləyə görə aldıqları məbləği ikinci ilə kompensasiya etməlidirlər. Belə şikayətçilərdən Nəsibova Gülbahar Bəşir qızı, Nağıyev Sabir Məhəmməd oğlu, Babayeva Asya Niftullah qızı, Abadova Şamama Xaliq qızı, Məhərrəmov Vəli Əsgər oğlu, Bayramova Sara Sadıq qızı və digərləri öz hüquqlarının müdafiəsi üçün mətbuata müracət imzalayıblar. Allahverdiyev Əkrəm Allahverdi oğlunun isə müqaviləsi olsa da, ona kompensasiya verilməyib. Ümumilikdə bu kənddə 11 mülkiyyətçi kompensasiya almayıb. Xatırladaq ki, bu şikayətçilər yerli rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmək istəsələr də, onların şikayətləri qəbul olunmamışdır.

Daha bir narazılıq Qıraq Kəsəmən, Poylu kəndlərində aşkar edilmişdir. Bu kəndlərin sakinləri öz narazılıqlarını bildirmişlər ki, boruların daşınması kəndin orta yolu ilə aparılmışdır. Nəticədə yollar yararsız hala düşmüş, evlərə ciddi ziyan dəymiş, divarlarda çat əmələ gəlmiş, güclü səs və tozlanma insanlara gərginlik yaşatmışdır. Daşınma zamanı həmçinin, yol kənarı ağaclar və əkin yerləri məhv edilmişdir. Poylu meşəliyi 100 metr eninə və 100 metr uzununa məhv edilib. Texniki Təhlükəsizlik işçisi bu işdə onların deyil, Bakı-Supsa kəmərinin çəkilişi zamanı meşəliyin məhv olunmasını izah etməklə “Biz buraya gələndə vəziyyət belə idi” sualımıza cavab olaraq bildirdi. Adının hallanmasını istəməyən BTC-kəmərinin çəkilişində fəhlə işləyən azərbaycanlı işçilər şəraitlərindən şikayətlənərək Ərəb, Pakistan və Hindlilərlə onlar arasında fərq qoyulmasından narazılıq ediblər. Onlara verilən maaşlar arasında çox böyük fərq olduğunu qeyd edərək 12-15 saat işlədiklərini və bunun müqabilində saat hesabı olaaraq 2000-2500 manat pul aldıqlarından narazılıq edirlər. Aylıq əmək haqqlarının 150-200 ABŞ dolları olduğunu bilidirən işçilər eyni işi görən Pakistanlı və Hindli fəhlələrin əmək haqqının 1500-2000 ABŞ dolları aldığından şikayətlənirdilər.

Qirli kəndində əsas problem kəmərin ərazisindən keçən insanların kompensasiya almamasıdır. Əmrahov Ramiz ona verilən 3.5 min ABŞ dolları kompensasyadan narazılıq bildirərək onunla bərabər eyni torpaq sahəsinə malik olan Bayramov Ərrəhmanın 22 min, Aslanov Xalidin isə 15 min ABŞ dolları aldığını bildirdi. Şikayətçi qeyd etdi ki, ona məxsus 170 hektar ərazidə kəmər çəkilənə qədər O, tərərvəz və taxıl bitkiləri əkirdi. Nəticədə bu gün kasıb vəziyyətdə yaşamasına səbəb onun ərazisindən keçən kəmərdir. Kəndin digər sakini Qasımov Yolçunun hazırda işi məhkəmədədir. Rayon İcra Hakimiyyətini və Kənd bələdiyyəsini məhkəməyə verən Yolçu kişi “sürüşdürmə” əməliyyatının qurbanı olub. 150 hektar sahəsinin hazırda hüquqi cəhətdən sahibi olan şikayətçi kəmərin onun 3 hektarından keçən ərazisinə görə bu günə qədər kompensasiya almamasını məhkəmə yolu iə aydınlaşdırmağa çalışır.



Bu ərazidə hələ çəkilişi aparılan azərbaycanlı və xarici işçilərlə görüşümüzü də qənaətbəxş adlandırmaq olar. Bizimlə görüşdə fəal iştirak edən fəhlələr onlara verilən yeməkdən ilk olaraq şikayətləndilər. Tovuz rayonunda yerləşən bp-nin düşərgəsində azərbaycanlıların hüquqlarına hörmət qoyulmamasından şikayətlənən işçilər ingilis, ərəb, pakistan-hindli və azərbaycanləlar üçün müxtəlif yemək qazanları asılmasını onlar üçün təhqir hesab edən fəhlələr eyni yeməyin müxtəlif qazanlarda asılmasını onlara verilən xörəyin keyfiyyətində hiss olunmasından şikayətləndilər. Hətta bir-iki dəfə zəhərlənmə faktını ağızlarıdan qaçıran fəhlələr sonradan öz firkilərini başqa istiqamətda dəyişməli oldular. Onlara verilən suyun da keyfiyyətinin qanedici olmadığı barədə də şikayətlər edən azərbaycanlı işçilər pakistanlı-hindli fəhlələrlə ilk zamanlar ünsiyyət qurmaq üçün tərcüməçilər olduğunu bildirdilər. Lakin sonradan xaricilərlə birləşərək həmkarlar İttifaqları yaradılmasından qorxan şirkət rəhbərliyi tərcüməçiləri işdən azad edib. Fəhlələr Kürdəmir düşərgəsinda çalışan Ələddin adlı işçinin şirkətdə Həmkarlar İttifaqı yaratmaq istəyinə görə işdən qovulmasından sonra bu barədə düşünmək belə istəmirlər. Saat hesabı onlara verilən 1500 manat pulun da olduqca azlığından şikayətlənən işçilərin bir tikə çörəyə görə bu ağır şərtlərlə razılaşmasını başa düşmək olar.

Təkcə Qıraq Kəsəmən kəndində məktəb binası ilə yanaşı 26 nəfərin evi zərbədən çatlayıb. Kənd sakinlərinin bir qismi öz evlərində dəymiş ziyanla bağlı DİUC üzvlərinə çəkiliş aparmağa icazə vermişdir. Acınacaqlı bir fakta isə Qıraq Kəsəmən kəndində rast gəlindi. Belə ki, kəndin köhnə qəbiristalığında 23 qəbir çıxarılaraq, kənarda basdırılmışdır. Kəndin yaşlı adamları ilə söhbət zamanı məlum oldu ki, kənd camaatı ilə bu barədə heç bir söhbət aparılmayıb və onlar bu işdən narazıdırlar. Deyilənlərə görə, həmin qəbiristanlıqda təqribən 100 il əvvəl taun xəstəliyindən ölənlər dəfn olunub. Ekspertlərin bildirdiyinə görə, həmin xəstəliyin yenidən yayılması ehtimalı var. Bununla yanaşı, həmin qəbiristanlıqda xalq arasında müqqədəs sayılan Qara Seyid piri var. Yerli əhali hal-hazırda həmin piri ziyarət edir və bunu xalqın mənəviyyatına təhqir kimi qəbul edirlər.

Kəndlərdə vəziyyətin acınacaqlı olması faktları yerli əhali ilə söhbət zamanı məlum oldu. Kəndlərdə İctimai Sərmayə Proqramlarının həyata keçirilməsi adı altında bir, iki transformator təmir edilərək, istifadəyə verilib. Aşağı Kəsəmən kəndində iki ədəd transformatorun alınması üçün “Uşaqları Qoruyun” təşkilatı 7 min dollar pul ayırmağı nəzərdə tutub. “Beynəlxalq Tibb Korpusu” isə bu kənddə heç bir iş görməyib.

Qıraq Kəsəmən kəndində İSP ilə bağlı heç bir iş aparılmamışdır. Halbuki, həmin kəndə 24 min dollar məbləğində vəsait ayrılıb. Yalnız Zəlimxan kəndində idarə binası tikilib.

Təəssüflə qeyd etmək lazımdır ki, BTC-nin keçdiyi ərazilərdə tikinti işləri aparılan məntəqələrə DİUC-un monitorları buraxılmadı. Kür çayının sahilində yerləşən Poylu kəndi ərazisində tikinti aparan şirkətin nümayəndələri ilə danışıqlar aparmaq üçün cəhd edilsə də, özünü təqdim etmək istəməyən milliyətcə ərəb olan tikintinin mühəndislərindən biri, yerli işçilərin qarşısında DİUC üzvlərinin ərazidən uzaqlaşmasını kobudcasına tələb etdi. Onun bizlərlə söhbət edən azərbaycanlı fəhlələrə sərt mövqeyi şirkətdə çalışan digər işçilərin də narazlığı ilə qarşılanmasına baxmayaraq, Monitorinq Komitəsi vəziyyətin gərginləşməməsi üçün ərazini tərk etməli oldu. BTC. Co da çalışan fəhlələr kəmərin yolunda olan və xırda çay balıqları ilə bol olan su hövzəsinin qurudluması və burada yaşayan su canlılarının taleyinə şirkət rəhbərliyinin biganəliklə yanaşmasına etiraz edən azərbaycanlı fəhlələr onların həyatını xilas etmək məqsədilə əllərində balıqları götürərək yaxınlıqdan axan Kür çayına buraxmışlar. Burada olarkən DİUC əmin oldu ki, BTC-nin rəhbərliyinin monitorinq aparılması üçün kənar təşkilatların iştirakına şərait yaradılması haqqında açıqladığı məlumatlar ictimaiyyəti aldatmaqdan başqa bir şey deyildir.

Monitorinqin davamı Samux və Goranboy rayonları ərazisində davam etdirilmişdir.

Ilk növbədə qeyd edək ki, yaşayış səviyyəsinə görə olduqca kasıb olan Lək kəndi daha ağrılı problemlərlə üzləşmişdir. 8 torpaq mülkiyyətçiləri “sürüşdürmə” əməliyyatının qurbanı olub və bu günə qədər kompensasiya ala bilmıyiblər. Bayramov Qurbanəli, Abdullayev Nəcəf, Verdiyeva Zahidə Aslan qızı və digərləri kənd bələdiyyəsinin “sayəsində” kompensasiyaların onlara deyil, bələdiyyə sədrinin qohum-əqrabalarına verilməsindən şikayətlənirlər. Onların üzümçülük, tərəvəzçilik və digər təssərüfatlarına ciddi olaraq ziyan dəyib. Qeyd edək ki, müşahidələrimiz zamanı kəmərin təhlükəsiziliyi tam olaraq qaydasında deyil. Torpaqlı-yollar bərbad vəziyyətdədir. Hətta, Lək kəndinə girişdə kəmərin keçdiyi asfalt yol hamarlanmadığından onun ağır yük maşınlarının təsiri ilə təhlükəyə məruz qalması ehtimalı var. Bu da öz növbəsində ekoloji mühiti təhlükə altına qoyur.

Hacıalı kəndində yerli caamatın yaşam şəraitlərinin olduqca kasıb vəziyyətdə olmasını nəzərə alsaq, kəmər keçən 67 təssərüfat sahəsində bələdiyyə və kompensasiya verən BTC işçilərinin “sayəsində” torpaq sahibləri olan 17 ailə, başda Yusifov Turqay Yusub oğlu, Yusifov Kitay Yusub oğlu, Həsənov Səməndər Hətəm oğlu, Həsənov Mehman Səməndər oğlu və digərləri bu günə qədər kompensasiya almadıqlarından şikayətçidirlər. “Sürüşdürmə” əməliyyatının qurbanları olan bu şəxslərə şikayət edən zaman, kənd bələdiyyəsi və icra nümayəndəsi “SƏNIN PULUNU LAP YUXARIDA OTURANLAR YEYİBLƏR. GET PULUNU ONLARDAN AL” deyirlər. Burada sosial-iqtisadi vəiyyətlə paralel olaraq ekoloji durum və səhiyyə bərbad vəziyyətdədir. Samux rayonunun təzə təyin olunmuş İcra başçısı Sahin Məmmədovun ilkin olaraq zərərçəkənləri müdafiə etməsinə baxmayaraq, sonradan “sürüşdürmə” əməliyyatı aparanlara haqq qazandırması kənd sakinlərinin narazılığı ilə qarşılanıb. Şahin Məmmədovun kəndliləri incidən insanları himayə etməsi rayonda şikayətçilərin hüquqlarının pozulması halını daha da ağırlaşdırır.

Goranboy rayonunda vəziyyət daha acınacaqlıdır. İnsanlar başlarına gələnlərdən elə hala düşüblər ki, artıq onlarda heç kimsəyə inam qalmayıb.

Faxralı kəndində kənd icra nümayəndəsi Ə. İsmayılovla söhbətdən məlum oldu ki, 3200 nəfər kənd əhalisindən bir nəfər də olsun işlə təmin olunmayıb. Kompensasiyaların verilməsinə görə 6 nəfər şikayətçidən ikisinə cavab verilib. Kənd sakini Hüseynov Nahidin torpaq sahəsində (18 sot) cəmi 4000 $ pul verilib Quraşdırılan AB-10 stansiyasına (BTC 289-cu km) görə isə, ümumiyyətlə kompensasiya verilməyib. Həmin stansiyada olan mühafizəçi və elektriklə söhbətdən məlum oldu ki, burada Azərbaycan qanunları “işləmir”. Belə ki, gözətçi ilə əmək müqaviləsi imzalanmadan ona ayda 100 $ məbləğində əmək haqqı verilir. Qeyd edək ki, bu kənddə boru kəməri yaşayış evlərindən təqribən 150-200 metr aralı keçir.

Cinli Boluslu kəndində 19 nəfər torpaq sahibi aldıqları kompensasiyanın azlığından narazı qaldıqları üçün məhkəməyə müraciət ediblər. İnsafən demək lazımdır ki, burada məhkəmə tərəfkeşlik etmədən onların şikayətlərinə baxıb və haqlı olduqlarını təsdiq edib. Lakin qarşı tərəf şikayət müddətinin bitməsindən sonra yuxarı məhkəməyə müraciət edib.

Kompensasiya alanların bir qisminin bidirdiyinə görə, pulu alarkən Beynəlxalq Bankın Gəncə filialında onlara çatacaq pulu aşağı faizlə bankın özündə dəyişməyə, qapıdan çıxarkən isə mühafizə polisinə nə az, nə çox 200-300 min manat “şirinlik” ödəməyə məcbur ediblər.

Qaldırılan məsələlər təkcə bununla bitmir. Goranboy rayonunun əksər kəndlərində yollar, suvarma kanalları bərpa olunmayıb. Ümumiyyətlə, Faxralı, Qurbanzadə, Alpout, Muzdurlar, Cinli Boluslu kəndlərində yrli əhalidən heç kəs işə götürülməyib. Kənd camaatı konkret ad çəkməsər də, işə qəbul olunmaq üçün rüşvət tələb olunduğunu bildirdilər.

İSP ilə bağlı yalnız Qurbanzadə kəndində tibb məntəqəsi, bələdiyyə üçün idarə, klub və kitabxana əsaslı təmir olunub, kənddə 4 otaqlı məktəb binası tikilərək istifadəyə verilib.


----------------------------------------------------------------------------------------------------------------------



\\Computer2\public\press-releases_BTC/Press-release123_30.11.2004_Aze



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə