Dak-dak-dak: ikinci yazı Zaur Əliyev




Yüklə 27.47 Kb.
tarix26.04.2016
ölçüsü27.47 Kb.
DAK-DAK-DAK: ikinci yazı

Zaur Əliyev



http://zaur-aliyev.info/

Hazırda rəsmi mənəblərə əsaslansaq dünyanın 63 ölkəsində 200-dən çox Azərbaycan icma və birlikləri fəaliyyət göstərir. Bu say isə ildən ilə artmaqdadır. Buraya biz üzvlərini sayı az olan xırda təşkilatları da aid etsək dünyaya səpələnən soydaşlarımızın kifayət qədər təşkilati struktura malik olduğunu qeyd edə bilərik.

Diasporumuzun daxili strukturunda vahid vətəndaşlıq məhfumunun olmaması, ölkə daxili proseslərin birbaşa xaricdə yaşayan və müxtəlif təşkilatlarda təmsil olunan soydaşlarımızın siyasi baxışlarına təsir etməsi, iqtisadi maraqların önə çəkilməsi bu qitələrdəki təşkilatların konqreslər və federasiyalar halında formalaşmasında ciddi çətinliklər yaradır.

Azərbaycan diasporunun təşkilatı sistemində başqa bir mənfi cəhət hər bir qurumun yaranması və fəaliyyəti zamanı onların Azərbaycandakı daxili məsələlərlə bağlılığının olmasıdır. Onlar diaspor təşkilatlarına xas olan təsis olunduqları ölkələrin ictimai fikrində və beynəlxalq təşkilatlar içərisində təmsil etdiyi milləti və dövləti təbliğ eləmək və siyasi-lobbiçilik işi apramaq əvəzinə daha çox bir-birləri arasında münasibətləri aydınlatmağa çalışırlar. Son zamanlar bəzi neqativ cəhətlər aradan qaldırılmasına baxmayaraq verilən bəyanatlarda Azərbaycandakı siyasi partiya və liderlərin mövqeyindən çıxış edilməsi fikirlərinə gəlmək olar.

Xaricdə yaranan Azərbaycan diaspor təşkilatlarının yaranması tarixi hələ ötən əsrin əvvələrinə təsadüf etməsinə baxmayaraq müasir mərhələdə bu istiqamətdə canlanma 1988-ci ildən etibarən başlandı. Belə təşkilatlanma prosesi 1993-cü ilə qədər davam etdi. Bu işdə Avropa ölkələrində yaşayan soydaşlarımız fəallıq nümayiş etdiridilər. Bir-birinin ardınca Avropa ölkələrində yaranan təşkilatlar üç mərhələli sistem üzərində fəaliyyət aparırdılar. Burada diqqəti çəkən əsas məqam yaranan bəzi təşkilatların adlarında fərq olmasına baxmayaraq onların bir şəxs tərəfindən təsisi edilməsi idi. Belə təşkilatların yaranması isə eyni sxem üzrə bir neçə təşkilatın fəaliyyət göstərməsinə gətirib çıxarardı. Bü cürə təşkilatlar «ailə təşkilatları» adı almaqla onların kimin mövqeyindən çıxış etməsi və tələblərinin nə olması barədə ortaq fikrə gəlməsinə əngəlliklər törədirdi.

İlk olaraq Avropada bu illərdə ardıcıl yaranan təşkilatların apardıqlarları işlər sırf mədəni xarekterli idi. Bu təşkilatların bir çoxu Cənublu soydaşlarımız tərəfindən təsis olunduğundan onların fəaliyyətində sol meyilli İran müxalifətçilik mövqeyi daha aşkar görsənirdi. Mədəni təşkilatlar kimi yarandıqlarını bəyan edən belə təşkilatlar Cənubi Azərbaycanı özlərinə «Kəbə» edərək Molla rejiminə müxaliflik nümayiş etdiridilər. Əsasən Skandinaviya ölkələrində, Böyük Britaniya, Almaniya və Fransada belə təşkilatlar sayına görə üsütnlük təşkil edirdilər. Bü cürə təşkilatların az qismi bü günə qədər ətrafında bir neçə qohum-əqrabanın qalmasına baxmayaraq passiv mövqedə qalmış, fəaliyyətləri isə bir neçə Azərbaycan konsert və mədəni tədbirlə bitməli olub.

Avrpopada bu illər ərzində yaranan təşklatların bir hissəsi sırf siyasi məqsədlər naminə təsis edilmiş və onlar içərisində Azərbaycanın hər iki tərəfinin azadlığına çalışan milli qüvvələrlə yanaşı İran və Sovet təsiri altında formalaşan satqınçılar, manqurtlar, iransı, ruspərəst, fars-rus şovinizminə xidmət edən qüvvələr fəallıq göstərirdilər. Milli qüvvələrin üzvlərinə qarşı mübarizə aparmaq məqsədilə yaranan belə təşkilatlar müstəqillik çıxışları səslənən tədbirlərdə qalmaqal salmaqla, təşkil etdiuləri mədəni tədbirlədə üstünlüyü yalnız müsiqi və ədəbiyyata veridilər. Onların naşiri olduqları jurnallarda Sovetlər Birliyi və İran rejimlərinin dəstəklənməsi halları daha qabarıq görsənirdi.

Bütöv Azərbaycan bayrağının dalğalandığı milli-istiqlalçı təşkilatlardan fərqli olaraq İran və Sovet bayraqlarının asıldığı belə qüvvələrin mərkəzlərində yenə də qohumluq faktoru öndə dururdu. Milli əsaslarla yaranan təşkilatlarla bərabər olaraq təsir altında yaranan belə təşkilatların bəzilərin çıxmaq şərti ilə qalanları bir neçə jurnal çıxarmaq və mədəni tədbir keçirməsi ilə yadda qalıb.

Son olaraq yaranan təşkilatlar iqtisadi maraqlar naminə təsis edilmişdir. Belə təşkilatlar digərləri kimi konsert proqramları təşkil etməklə yanaşı İrana və «yenidənqurma» dövrü yaşayan Azərbaycana gediş-gəliş işlərini əllərində cəmləməyə çalışırdılar. Gəlirli sahə olduğundan bu təşkilatlara rəqib çıxan başqa təşkilatlarda bu istiqamətdə işlər apramaq qərarına gəldikdə Avropada təşkilatnama prosesində ziddiyətlər yarandı və təşkilatlarının özləri bir neçə yerə parçalanmalı oldu. Məsəl üçün iki qardaşın təsisçi olduğu təşkilat maddi gəlirləri bölünməsində narazılıq nümayiş etdirərək iki yerə ayrılaraq hərəsi öz işini qurmalı olurdu. Belə neqativlik çox çəkmədi və zamanla dünyada baş verən qlobal siyasi dəyişikliklərin nəticəsində Azərbaycanın Şimalının müstəqiliik əldə etməsi onların fəaliyyətinə dəyişikliklər yaratdı.

Diaspor təşkilatlarının federasiyalar və konqreslər şəkilində birləşdirilməsi zərürəti meydana çıxdı. İlk olaraq bu addımı Amerika Birləşmiş Ştatlarında məskunlaşmış soydaşlarımız atdılar və Dünya Azərbaycanlılarını Konqresi (DAK) adlı qurumun təsis olunması prosesinə başladılar. Bu prosesin yaranması ideyası Amerika dövlətinin planlarında var idi və strateqlərin İranı vurmaq üçün alternativ vasitə kimi İran daxilində milli-azadlıq hərakatlarına dəstək vermək idi.

Planı analiz edən strateqlərin qarşısında prosesin baş verməsi zamanı üç mövqedə qruplaşmaların olacağı aydınlaşdırıldı. Bu insanların DAK-da təmsil olunacağı gözlənilirdi. Birinci qrup, Cənubi Azərbaycanın müstəqilliyini tələb edən qruplardır ki, onlar Bütöv Azərbaycan ideyasının reallaşmasının tərəfdarlarıdır. İkinci qrup tərəfindən dəstəklənən şəxslər ran tabeçiliyində qalmaqla Cənubi Azərbaycana muxtariyyət və ya federativ qurum hüququ verilməsi tələbi ilə çıxış edir. Əsasən GAMOH lideri Mahmudəli Çöhrəqanlı və onun tərəfdarları tərəfindən dəstəklənən qrup Şimalla Cənubun birləşməyə tam hazır olmadıqlarını bildirməklə, İranın parçalanmasının əleyhinə çıxır. Üçüncü qrup isə Cənubi Azərbaycanın İrandan ayrılmasını tarixi səhv sayaraq, bir sıra islahatlar keçirilməsilə cənubi azərbaycanlıların durumunun yaxşılaşdırılması mövqeyini müdafiə edir. Öz fikirlərini iqtisadi amillərlə bağlayan bu qrup İrandan ayrılacağı təqdirdə Cənubi Azərbaycanın iqtisadi və siyasi böhranla üzləşəcəyini bildirir. Bu qrup içərisindəki dini mövqedən çıxış edən şəxslər islam dininə zidd olan addımların atılmasının günah saymaqla, bunun yaxşı nəticələr verməyəcəyi barədə fikirlər səsləndirirlər.

Məhz ikinci və üçüncü qrupların birgə səyi ilə gözlənən DAK-ın qurultayı 1997-ci ildə reallaşdı.İlkin Nizamnaməyə İran İslam Respublikasının ərazi bütövlüyünün qorunması, İran siyasi hakmiyyəti ilə əməkdaşlıq istiqamətləri, İran dövlətinin bayrağının DAK-ın əsas bayrağı kimi götürülməsi, İranda yaşayan azərbaycanlılarla farsların bərabər hüquq əldə etməsi və s. Bəndlər daxil edilmişdi. İlk Konqres zamanı İran meyilli qüvvələrin üstünlüyü bu günə qədər də DAK adlanan qurumda hiss olunur.

Nizamnaməyə görə, DAK İdarə Heyətinin sədri yalnız Güney Azərbaycandan ola bilər. Bu müddəa onu görə nizamnaməyə salınıb ki, sədr Azərbaycan tərəfdən seçilərsə, güney azərbaycanlılarını n probleminə dair məsələlər qaldırılanda bu, bir dövlətin vətəndaşının İranın daxili işinə qarışması kimi yozulmasın.Əslində bu bəndin özünün diasporda daxili çəkişmələrə şərait yaradacağı bəlli idi. İran tərəfindən maliyyəşən tərəfin bu bəndi Nizamnaməyə daxil etməklə yaxın gələcəkdə diasporumuzda Şimal-Cənub münasibətlərinin korlaşmasını proqnozun etmişlər. Əgər DAK digər bəndində fəaliyyətini bütün dünya azərbaycanlılarının təmsilçisi kimi özünü göstərirsə niyə sədrlikdə cənub-şimal məsələsini önə çəkirlər. Bu ideyanı irəli sürənlər isə birbaşa İrana bağlı olanlardır və məqsəd də diasporumuzu aşkar sürətdə parçalamaqdır. Azərbaycanın şimalı-cənubi ifadəsi özü milləti iki yerə bölməyə xidmət edir. Bu isə İranın maraqlarına birbaşa xidmət edir, çünki , İran hökuməti də хaricdə yaşayan iranlıların vahid təşkilatını yaratmaq niyyətindədir.

DAKın növbəti II və III Qurultaylarda özlərinin, yəni istiqlalçıların “İranmeyilli” qüvvələrə qalib gəldiklərin iddia edərək gələcək planlardan ağız dolusu danışan “rəhbəriyyət” bir-birlərinə düşmən kəsilməyə başladılar. Qurultaylarda saxta səsvermə, çətəçilik, qrupbazlıq kimi məsələlər yavaş-yavaş təşkilat daxilindən qırağa da çıxdı. Dünənə kimi eyni “cəbhə”də olan soydaşlarımız bir-birlərinə qarşı cəbhə tutaraq qarşılıqlı şantaj və böhtanlara əl atdılar. Utandırıcı haldır ki millətimizin haqları, Azərbaycan dövlətçiliyinin keşiyində durmalı olan şəxslərin cəbbəxanalarından “qarşı tərəfə” açılan atəş ailə məsələlərin belə əks etdirən töhmətlər, ən aşağı səviyyəli ittihamlardan ibarət oldu. Bu “fəalların” davranışlarının kökündə bir sıra şəxsi ixtilaflar və ambissiyalar dursada sonradan həqiqətəndə iranmeylli olan qüvvələr, qurum daxilinə atılmış təxribatçı “agenlərt”lar yaranmış və yaxud yaratdığları şəraitdən lazimi istifadəni edib, tərəfləri təhrik edərək gərginliyi şiddətləndirə bildilər. Tehran rejiminə bağlılıqı ilə tanınan şəxslərin bəzi milli şəxslərin vasitəsilə quruma soxulma imkanı əldə etmələri, İran xüsusi xidmət orqanlarının bu barmaqlarınının qurum rəhbərliyinə təsir imkanlarının güclənməsi DAK-ın arzuolunmayan uçurumlu yola yönəlməsinə gətirib çıxardı.

Хaricdə yaşayan iranlıların da əksəriyyəti azərbaycanlılardır. Onların əskəriyyəti də farslara baхanda çoх aktivdirlər. Təbii ki, İranın siyasi, iqtisadi gücündən istifadə edib yeni təşkilat yaratmaq və Azərbaycan təşkilatlarının apardığı təbliğata cavab vermək istəyirlər. İran DAK-ın fəaliyyətini хüsusilə izləyir və bu qurumun parçalnması, fikir ayrıqlıqlarının olması, cənub-şimal-türkiyəli qanadlar arasında nifaqın yaranması İrana öz diasporunu formalaşdırmağa geniş imkanlar verəcəkdir. Хaricdəki azərbaycanlıların maddi imkanlarından istifadə edərək öz diaspor şəbəkəsini qurmaq məqsədi ilə İsveçdə, Amerikada, Türkiyədə konfranslar keçiriblər və məqsəd Tehranda Dünya İranlılarının Konqresi adlı qurumunu təsis etməkdir.

Dəflələrlə hər iki DAKda olanlara bu bəndin parçalanmağa səbəb olacaq xəbərdarlıqlarım özünü 2008-ci ildə göstərdi. DAK rəsmən birləşməmək bird aha birləşməmək üçün ikiyə parçalandı.

Bu günkü durum nə yerdədir: Hər iki DAK qurultalyar keçirir, özlərinin haqqlı olduğunu cəmiyyətə təqdim etməyə cəhd edirlər. Hazırda DAKın bir neçə ölkədə qeydiyyatı, möhürü, bank hesabı, sənədləri və digər hüquqi işləmləri vardır. Hazırda DAK-ın adından istifadə edib Azərbaycan rayonlarında icra başçıları ilə danışıqlar aparıb yerli şöbələr açılması işləmləri aparılır, hər iki DAK möhürü və sənədləri irəli sürərək maliyyə yardımı almaq, biznes qurmaq, xaricdən alınan malların ölkəyə gətirilməsi üçün güzəştlər, tikinti aparmaq üçün güzəştli torpaqlar və sənədlər və nələr-nələr etməklə məşğuldurlar. Xarici ölkələrə gedən və Azərbaycana gəlmək istəyənlər üçün viza biznesi, Qarabağ, Milli Hərakata dəstək adı altında imkanı soydaşlarımızdan pul toplamaq və digər işlər də DAK-ın görünməyən tərəfidir. Uzun illər DAK Azərbaycandan və İrandan gəlib Avropaya miqrasiya etmək istəyən insanlara saxta sənədlər düzüb qoşmaqla məşğul olub və bu gün də bu işin davam etməsinə DAKların qurultayına gedənlərin siyahısına baxmaqla əmin olmaq olar. DAK-ların viza almaq üçün təqdim etdikləri siyhaı üzrə gedənlərin əksər hissəsinin miqrasiya olunmaq istəyən şəxslərdir.

Hətta Avropada yaşayan bir soydaşımızın məktubunda Avropada erməni adı ilə siyasi miqrant status alanlara 4-5 il öncə DAK-ın “fəal”olan üç şəxsinin yardım etdiyi açıqlanır. Bu məktubda faktlarla o 100-dən çox şəxsin Avropada DAK qurultayına gedərək, sonradan erməni olduqlarına görə vətəndə təyziq görərək geri qayıtmadıqlarını iddia edir. Növbəti yazımızda bu məsələyə geniş toxunacıq…DAKın maliyyə fırıldaqlarından yazacam…Dünya Masson lojasının 33 fəal üzvündən biri olan cənublu Robert Heyətin DAK-a cəlb edilməsi cəhdlərini qeyd edəcəm..Bakıda tikinti biznesində maraqları olan DAK “fəallarının” adların çəkəcəm..Xaricdə yaşayan azərbaycanlılara ikiqat qiymətə evlər satan diaspor üzvlərimizin kimlər olduğunu göstərməyə çalışacam..və DAK-ların iclası zaman edilən danışıqlarda millətimizi necə təqhir edilməsini yazacam



Lakin bir reallıq var: bu gün DAK tam bir başqa yoldadır.İranın quruduğu plan üzrə hərəkət edir.diasporun parçalanmasını və azərbaycanlılar arasında nifaq salmaqda davam edir..DAK gərək qərar versin Ya dünyəvi təşkilat olaraq bir yerdə olsun ya da heç nə olmasın…

İKİNCİ YAZININ SONU……. DAVAMI OLACAQ:….


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə