Dak-dak-dak-dak daaaaaaaaaaakkkkkkk




Yüklə 16.48 Kb.
tarix21.04.2016
ölçüsü16.48 Kb.
DAK-DAK-DAK-DAK-DAK-DAK-DAK DAAAAAAAAAAAKKKKKKK

Zaur Əliyev



http://zaur-aliyev.info/

dak-dak-dak-dak-dak bütövlüyümüzə, milli kimliyimizə, dövlətçilyimizə, türkçülüyümüzə vurulan zərbələrin səsidir..dak-dak-dak-dak-dak kürəyimizə saplanan xəncərin səsidir…dak-dak-dak-dak-dak parçalanmış azərbaycanlıların sərhəd dəmirlərinə vuruduqları əl zərbələrinin səsidir..dak-dak-dak-dak-dak azadlıq və qələbə istəyən ürəyimizin səsidir..dak-dak-dak-dak-dak. Millət uğrunda canlarından keçən azərbaycanlıların torpaq altından məzar daşlarına vuruduqları zərbələrin səsidir….dak-dak-dak-dak-dak

DAK haqqında yazmağıma səbəb yenə keçirilən müxtəlif qurultaylar, yenə bir birlərinə səslənən ittihamlar, yenə söyüşlər, təhqirlər..deyil..sadəcə bu yazışmalara münasibət bildirən bir soydaşımızın elektron məktubu oldu:

Lutfen, meni dedi-qodulara shahidlik etmek eziyyetinden qurtarin.Bir daha DAK-dan hec bir mektub almaq istemirem. Hormetle vezifeprestlerin elinde oyuncaq olan DAK-dan cixmaq isteyen…….”

Əslində təəcüblü heçnə yoxdur. İki DAK-ın mövcudluğu düzünü desək lap sevindirici olmalıdır. Axı bizim gərək ən azından beş DAK adlı qurum olmalıydı..parçalanmış Azərbaycan torpaqları axı BEŞ DÖVLƏTin hazırda nəzarəti altındadır… dost Türkiyə dövlətinin sərhədləri içərisində olan torpaqlarımız, Güneyimiz 40 milyonluq milli kimliyimizi əsirlər boyu yox etməyə çalışan İran-Fars rejimində, Borçalımız bizim enerji sahəsində ayaq üstə qalxan, lakin 500 minlik nüfuzu günü-gündən ölkədən getməyə məcbur edən Gürcüstanda, Dərbəndimiz ikiyüz ildən çox bir zamanda qanımızı soran Rus imperiyasında və İrəvan və Qarabağımız murdar ermənilərin işğalındadır. Bizim dövlətimiz belə parçalıdırsa niyə onun övladları parçalanmamış olmasın?

Hətta bir iki il öncə Demokratik DAK, Dünya Azərbaycanlıları Birliyi kimi qurumlar yarandığından bir müddət sonra ləğv edilməsi “uğurlu” addımlardan saymaq olar…Əslində bu istehzanı davam etdirib…yazımı uzada bilərdim..amma bu istehza millətimizin nə qədər uçurumlara doğru sürükləndiyini gördükcə qəzəbə çevrilir…

Haqqında çox yazılmasına baxmayaraq daha da nüfuzdan düşən DAK barəsində yazmaq niyyətim yox idi. Düzünü desəm bir müddət öncə DAK haqqında yazdığım kitabın Paşa Qəlbinurun DAK-ı tərəfinə təqdim etməyim üzərində çox düşünürəm..bu barədə növbəti yazımda…

Etiraf edim ki 1997-ci ildə ABŞ-ın Los-Anceles şəhərində Nizamnaməsində İran adlı dövlətin ərazi bütövlüyünün toxunulmazlığı qeyd edilən DAK adlı qurumun Güneyimizin maraqlarını ayaq altında qoyması ilə başlanan ilk Qurultayının sonrakı taleyini aşkar göstərirdi. Fars dilində ilk açılışı olan və İran bayrağını böyük formada başları üstündən asılan bir qurultayın özünə qlobal xarekterli Dünya Azərbaycanlıları Konqresi adını götürməsi də qətiyyətlə deyim Bütöv Azərbaycan ideayalarına və mübarizəsinə vurulan zərbə idi.. Diasporla Dövlət Komitəsinin yaranması Azərbaycan diasporunda böyük problemlər yaratdığı kimi DAK da ürəklərində Azərbaycan sevgisi olan minlərlə qardaş və bacımızı diaspor və lobbi işindən birdəfəlik uzaqlaşmasına səbəb oldu…

Və bu gün də bir suala cavab tapmaq olmur: DAK yarandığı gündən bu günə qədər “Necə təşkilat olmalıyıq” sualı ilə üz-üzə qalmışdır. Bəlli olan bu gün də, yarın da, gələn illərdə də DAK bu sualın qarşısında cavabsız qalacaqdır..axı DAK nədir..sualın versək fəal DAK üzvləri belə qurumun hardan gəlib hara gedəcəyinə cavab verə bilməyəcək..Bu günə qədər hər dəfə Nizamnaməsi dəyişən bir qurum məqsəd və vəzifələrin tam olaraq təyin edə bilmir..axı nə qədər mövqe dəyişmək olar? Hədəfini və gələcəyini bilməyən bir qurum DAK adın daşımadqa nə qədər haqqlıdır??

Mən hesab edirəm ki, DAK sadəcə müəyyən insanların yaratdıqları biznes qurum, kompaniya yaxud ianələr hesabına dolanan və xərclədiyi pulları “milli işə xidmət” adlı ilə sənədləşdirən bir ictimai birlikdir..qrant yeyən bəzi QHTlər kimi…Yəni bunu yaradan güclü insanlar onu itirməmək üçün müxtəlif siyasət yeridərək şahmat taxtası üzərində olan kimi piyadanı şah, şahı da piyada edirlər. bu oyunu isə qıraqdan izləyən qüvvələr isə guya düzgün məsləhət verirmişlər kimi taxta üzərində olan oyunçuları bir bir məhv etməkdə davam edirlər..

DAK və onda baş verən daxili çəkişmələri qoyaq bir yana, bəs daha öncə Türkiyədə terror və hakimiyyət çevrilişində ittiham olunan DAK-ın mafiyaçılıq, terror və PKK-çılıqlarla nə bağlayır sualların yaradır.DAK hançı yola düşüb? sualın verməyə isə dəqiq bir ünvan da yoxdur..biz əsı DAK-ıq deyə o birisindən soruş cavabı da şübhə doğurur. Axı biz bu cavabları eşitmək istəyirik..cavab verin hörmətli DAKçılar!! Cavab…

Mediada bir birlərinin əleyhinə elə ittihamlar irəli sürürlər..dəhşət..sanki dünənə qədər bir yerdə olan bu insanlar bunu əvvələr bilmirdilər? Sizələrə bəzi seçmələri təqdim edirəm əziz dostlar:

cüt-cüt maşınlar istəmişdi, ofislər istəmişdi”, “DAK-ın parçalanması Dövlət Komitəsinin əlaltısı olmaq istəyənlərin oyunlardır”, “dövlət və onun əlaqədar qurumları Əjdər Tağızadəyə Avropadakı qurultayı keçirmək üçün 150 min avroya qədər pul verib və bütün narazılıqlar da bu pul ətrafında başlayıb”, “İranın tapşırığı və qəpik-quruşunun beynində “yaddaş xəstəliyi” yaratdığı və bu səbəbdən də hotel otaqlarında etdiyi əxlaqsızlıqları”, “İranın xüsusi-xidmət orqanlarına xəbər göndərir ki, həmin saatda ayıq olsunlar”, “gizli toplantılarda PKK-çılarla işbirligi aparmağa razılıq verməsi”, “yapdığı narahatçılıqların səbəbin kefli olmasi (alkoldan)”, “bir qrup insan хarici dövlətlərin təsiri altında gedən proseslərə mane olmağa çalışır”, “güneylilər başqan olmaq istəyir, amma bizdən olmalıdır, onlar o qədər demokratiya deyirlər ki, keçə bilməyəcəklər.” “ermənin barmağın dişlədim, silahın əlindən aldım” və minlərlə bu cürə faktlar!!!

Budur da əziz dostlar 50 milyonluq Azərbaycanlı adından danışanların əsl siması..budur da Dünya Azərbaycanlıları Konqresi adı altında millətimizi param-parça edənlər.. çox təəsüff edirəm ki, DAK sıralarında dəyərli insanlarımız var..Ramiz Abutalıbov, Xəqani Qayıblı, Nurəddin Qərəvi və adını yaza biləcəyim tək-tük insanlar..heyf ki, bu gözəl insanların adı DAKda çəkilir..bizi daha kəskin yazmağa qoymur..heyf ki, mənim sevdiyim insanlar burada təmsil olunurlar.dəyər verdiyim insanlar xatirinə çirkinlikləri yazmıram, oyunları yazmıram, bank hesablarının nömrələrin, bankların adların, pulların hara xərclənməsini, kimlərin adına hesablar açılmasını yazmıram..yazmıram ki, İran, Alman, Amerika, İngilis, Rus kəşfiyyat orqanlarına işləyənlər kimlərdir..yazmıram.. ki, bizi parçalayan erməni əsilli insanlar kimlərdir..

DAK-lar yenə qurultaylar keçirir..eyni simalar, eyni şəxslər, eyni sözlər, eyni hərəkətlər..eyniliklə məhv edilən dünya azərbaycanlıları..sonda qeyd etmək istəyirəm başa düşün nəhayət oyunların piyadaları olmağınızı, Xocalı soyqrımında məhv olanları yada salın.. millətimizi düşünün…



Birinci yazıya son: davamı olacaq……


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə