Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?




Yüklə 2.35 Mb.
səhifə22/24
tarix11.03.2016
ölçüsü2.35 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   24

1387) Hemoqlobin A hansı polipeptid zəncirlərdən ibarətdir?
A) α2 S2

B) α2, β2

C) β4

D) β2S2


E) S4
Ədəbiyyat: Т.Ю.Токарев и др. Медицина 1983. Наследственные анимии и гемоглобинопатии
1388) Aplastik anemiya üçün nə xas deyil?
A) Splenomeqaliya

B) Retikulositopeniya

C) Mielopunktatda limfositlər

D) Trombositopeniya

E) Anemiya
Ədəbiyyat: М.Э.Вуд, П.А.Бани. Секреты гематологии и онкологии 2001 г.
1389) “K” vitaminin mübadiləsi nə zaman pozulur?
A) Burun qanaxmaları zamanı

B) Böyrək xəstəlikləri zamanı

C) Menorragiyalar zamanı

D) Miokard infarktı zamanı

E) Parenximatoz hepatit zamanı
Ədəbiyyat: З.И.Баркаган. Гемморагические заболевания и синдромы М.Медицине 1988.
1390) Bunlardan hansı patoloji hemoqlobinə aid deyil?
A) HBS

B) HBC


C) HBA2

D) HBE


E) HBD
Ədəbiyyat: Ю.Н.Токарев и другие. Наследственные анемии гемоглобинами. Медицинa 1983.
1391) Bilirubinin quruluş şəkli hansıdır?
A) Hem (dəmirsiz) - qlukuron turşu - biliverdin - bilirubin

B) Hem - biliverdinreduktaza -öd bilirubin

C) Hem (dəmirsiz) - biliverdin - bilirubin

D) Qeyri-düz bilirubin - biliverdin - bilirubin

E) Öd - bilirubinin düz fraksiyası - biliverdin - bilirubin
Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии
1392) Granulositar sıraya hansı hüceyrələr aiddir?
A) Limfositlər, monositlər, neytrofillər

B) Eozinofillər, limfositlər, monositlər

C) Neytrofillər, eozinofillər, bazofillər

D) Eritrositlər, eozinofillər, monositlər

E) Plazmositlər, trombositlər, monositlər
Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии
1393) Periferik qanda eritrositlərin yaşam müddəti nə qədərdir?
A) 60 gün

B) 50-80 gün

C) 120 gün

D) 100 gün

E) 150 gün
Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии.
1394) Leykozların kəskin və xroniki formalara bölünməsinin əsasında nə durur?
A) Hepatosplenomeqaliya

B) Qanyaratma toxumaları elementlərinin anaplaziya səviyyəsi

C) Xəstəliyin gedişinin xarakteri

D) Xəstənin yaşı

E) Qanyaranmanın normal sırasının pozulmasının dərəcəsi
Ədəbiyyat: Руководство по гематологии в 3 т. Под редакцией А.И.Воробьева, 3-е изд., М.Ньюдиамед 2002, 2003, 2005.
1395) Autoimmun hemolitik anemiyada letallığın əsas səbəbi nədir?
A) Anemik sindrom

B) Tromboz

C) Qaraciyər çatışmazlığı

D) Eritropoetinin defisiti

E) Böyrək çatışmazlığı
Ədəbiyyat: М.Э.Вуд, П.А.Банн Секреты гематологии и онкологии 2001.
1396) Hemofiliya A zamanı hansı laxtalanma faktorun irsi defisiti qeyd olunur?
A) VII

B) IX


C) V

D) X


E) VIII
Ədəbiyyat: Руководство по гематологии. Под руководством академика А.И.Воробьева. Москва 2007.
1397) Hemoxromatoz zamanı toxumalarda nə baş verir?
A) Toxumanın hipertrofiyası

B) Toxumanın kistoz zədələnməsi

C) Toxumalarda Fe+++ səviyyəsinin azalması

D) Toxumanın hipotrofiyası

E) Toxumanın Fe+++ ilə yüklənməsi
Ədəbiyyat: М.Э.Вуд, П.А.Банн. Секрет гематологии и онкологии 2001.
1398) Hem nəyin dəmirlə birləşməsidir?
A) Porfirin və zülalın

B) Koproporfinin

C) Protoporfirin və zülalın

D) Zülalın

E) Protroporfirinin
Ədəbiyyat: Руководство по гематологии в 3 т. Под редакцией А.И.Воробьева, 3-е изд. М.Ньюдиамед 2002, 2003, 2005.
1399) Vakez xəstəliyi nədir?
A) Leykositoz

B) Trombositopeniya

C) Leykopeniya

D) Eritremiya

E) Limfopeniya
Ədəbiyyat: Руководство по гематологии в 3 т. Под редакцией А.И.Воробьева, 3-е изд. М.Ньюдиамед 2002, 2003, 2005.
1400) Sağlam şəxslərdə neçə qram Fe++ eritrositlərdə var?
A) 21

B) 2


C) 11

D) 5


E) 3
Ədəbiyyat: М.Э.Вуд, П.А.Банн. Секрет гематологии и онкологии 2001.
1401) 56 yaşlı xəstə dərinin və göz bəbəklərinin sarılığından şikayət edir. Bu sarılıq 2 həftə ərzində əmələ gəlib. Hansı xəstəliklər ilə diferensial diaqnoz aparılmasına gərək yoxdur?
A) Xroniki qastrit

B) Mədəaltı vəzinin xərçəngi

C) Viruslu hepatit

D) Alkoqollu hepatit

E) Ümumi öd axarında daş
Ədəbiyyat: С.Стерн , А.Сайфу, Д.Олткорн «От симптома к диагнозу». Руководство для врачей. Москва 2008 г.
1402) 55 yaşlı xəstədə təsadüfən qan zərdabında aminotransferazaların aktivliyinin yüksəlməsi təyin olunub. USM zamanı isə qaraciyərin böyüməsi və onun piyləşmiş infiltrasiyası qeyd olunur. Aşağida qeyd olunan hansı diaqnoz xəstədə daha düzgün ola bilər?
A) Vilson xəstəliyi

B) Qara ciyərin alkoqollu zədələnməsi

C) Autoimmun hepatit

D) Hemaxromatoz

E) Qara ciyərin qeyrialkoqollu piylənmə
Ədəbiyyat: С.Стерн, А.Сайфу, Д.Олткорн «От симптома к диагнозу» Руководство для врачей, Москва. 2008г.
1403) Hansı klinik əlamət kataral ezofagit üçün xarakterik deyil?
A) Disfagiya

B) Döş sümüyünün arxasında yanğı hissi

C) Udqunma zamanı ağrılar

D) Qanlı qusma

E) Yemək qəbulu zamanı diskomfort
Ədəbiyyat: Вахтангашвили Р.Ш., Кржечковская В.В. «Гастроэнтерология: заболевания пищевода» 2006г.
1404) Qida borusunun kandidozunun inkişafinda hansı etioloji amilin rolu yoxdur?
A) İnqalyasion və inyeksion kortikosteroidlərin təyini

B) Uzunmüddətli antasidlərlə müalicə

C) Qida borusunun hərəkinin pozulması

D) Ahıl yaşı

E) Uşaq yaşı
Ədəbiyyat: Вахтангашвили Р.Ш., Кржечковская В.В. «Гастроэнтерология: заболевания пищевода» 2006г.
1405) Hansı ağırlaşmalar qida borusunun kandidozu zamanı qeyd olunmur?
A) Qida borusunun fleqmanoz iltihabı

B) Arterial hipotenziya

C) Kandidomikozlu sepsis

D) Misetoma ilə qida borusunun mənfəzinin ikincili tıxanması

E) Qida borusunun perforasiyası
Ədəbiyyat: Вахтангашвили Р.Ш., Кржечковская В.В. «Гастроэнтерология: заболевания пищевода» 2006г.
1406) Hansı etioloji faktor xroniki dismetabolik ezofagitin yaranmasında iştirak etmir?
A) Portal hipertenziya

B) Dərinin böyük həcimli yanığları

C) Polihipovitaminozlar

D) Vərəm


E) Plammer-Vinson sindromu
Ədəbiyyat: Вахтангашвили Р.Ш., Кржечковская В.В. «Гастроэнтерология: заболевания пищевода» 2006г.
1407) Aşağıda sadalanan markerlərdən hansı kanalcıq disfunksiyasına aid deyil?
A) Alaninaminotransferaza

B) Qələvi fosfataza

C) Laktatdeqidrogenaza

D) B-qlükuronidaza

E) Q-qlütamiltransferaza
Ədəbiyyat: Батюшкин М.М. “Нефрология. Основы диагностики», 2003г.
1408) Aşağıda sadalanan mexanizmlərdən hansı nefrolitiazın patogenezində iştirak etmir?
A) Sidikdə duzların yüksək konsentrasiyası

B) Urodinamikanın pozulması

C) Böyrək yumaqcıqlarında immunokomplekslərin çökməsi

D) İnfeksion faktor

E) Alimentar faktor
Ədəbiyyat: «Справочник семейного врача» Под ред. Палеева Н.Р.; Сергеева О.И., 2008г.
1409) Nefrolitiaz zamanı hansı ağırlaşmalar qeyd olunmur?
A) Xroniki kalkulyoz piyelonefrit

B) Kalkulyoz piyelonefrit

C) Kalkulyoz paranefrit

D) Kalkulyoz pionefrit

E) Arterial hipotenziya
Ədəbiyyat: Тиктинский О.Л., Александров В.П. «Мочекаменная болезнь», 2000г.
1410) Xroniki alkoqolizm zamanı hematuriyanın səbəbi hamısı ola bilər, bundan başqa:
A) Alkoqollu nefrit

B) Nefrolitiaz

C) Böyrəklərin vərəmi

D) Hipokoaqulyasiyalar

E) Piyelonefrit
Ədəbiyyat: Гринштейн Ю.И., Петровa М.М., «Нефрология. Практическое руководство», 2006г.
1411) Hipernefroma üçün nə xarakterikdir?
A) Leykosituriya

B) Qızdırma

C) Sümüklərə və ağ ciyərlərə metastaz

D) Polisitemiya

E) Hematuriya
Ədəbiyyat: Гринштейн Ю.И., Петровa М.М., «Нефрология. Практическое руководство», 2006г.
1412) Kəskin qlomerulonefrit zamanı bel nahiyyəisndə qeyd olunan ağrılar nə ilə əlaqəlidir?
A) Böyrək parenximasında apostematoz dəyişikliklər ilə

B) Böyrəklərin işemik infaktı ilə

C) Sidikqovucu sistemdə konkrementlərin olması ilə

D) Böyrəklərin şişməsi ilə

E) Böyrəklərin kiçilməsi ilə
Ədəbiyyat: Гринштейн Ю.И., Петровa М.М., «Нефрология. Практическое руководство», 2006г.
1413) Sadalan əlamətlərdən hansı “durğun böyrəyin” klinik yaxşılaşmasını xarakterizə etmir?
A) Diurezin artması

B) Diurezin azalması

C) Təzyiqin enməsi

D) Təzyiqin yüksəlməsi

E) Təngnəfəsliyin azalması
Ədəbiyyat: Гринштейн Ю.И., Петровa М.М., «Нефрология. Практическое руководство», 2006г.
1414) Hansı əlamət parasetamol ilə zəhərlənmə zamanı 2-3-cü sutkada qeyd olunur?
A) Qanlı duru nəcis

B) Epiqastral nahiyyədə ağrılar

C) Dərinin və göz bəbəklərinin sarılığı

D) Qusma


E) Ürəkbulanma
Ədəbiyyat: А.В.Тараканов, «Руководство для врачей скорой помощи» 2002г.
1415) Hansı halda zəhərlənmə zamanı mədənin yuyulması təyin edilir?
A) Anamnezdə mədədə əməliyyatın olması

B) Qida borusu venaların genişlənməsi olan xəstələrdə

C) Neft məhsulları ilə zəhərlənmə

D) Qida toksikoinfeksiyası

E) Yandırıcı maddələrlə zəhərlənmə (turşular, perxlorik əhəng, gələvilər)
Ədəbiyyat: Спрингис Д., Чемберс Д., Джефри Э., «Неотложная терапия» 2000 г.
1416) Qanhayxırma qanqusmadan nə ilə fərqlənir?
A) Qızdırma ilə

B) Təngənəfəslik ilə

C) Qələvi reaksiya ilə

D) Turş reaksiya ilə

E) Döş qəfəsində ağrı ilə
Ədəbiyyat: Спрингис Д., Чемберс Д., Джефри Э., «Неотложная терапия» 2000 г.
1417) Hansı klinik əlamətlər yalançı epileptik tutmaya xarakterik deyil?
A) Dilin dişlənməsi, sidiyin saxlanılmaması

B) Ətrafların passiv hərəkətlərinə müqavimət

C) Assimetrik qıcolmalar, ətrafların asinxron ikitərəfli hərəkətləri

D) Tutmadan sonra alatoran huşun olmaması

E) Metabolik dəyişikliklərin olmaması
Ədəbiyyat: Спрингис Д., Чемберс Д., Джефри Э., «Неотложная терапия» 2000 г.
1418) Hansı dərəcə qara ciyər ensefalopatiyanin dərəcəsinə uyğun deyil?
A) Güclü yuxululuq, qeyri əlaqəli nitq və həyəcanlı oyanıqlıq

B) Alatoran huş lakin suallara cavab vermək qabiliyyəti

C) Diqqətin pozulması

D) Xəstəni oyatmaq mümkün deyil

E) Diqqətin pozulması ilə yanaşı mülayim yuxuluq
Ədəbiyyat: Спрингис Д., Чемберс Д., Джефри Э. «Неотложная терапия» 2000 г.
1419) Orqanizmin aktiv detoksikasiya metodlarına hansı aid deyil?
A) Sürətlənmiş diurez

B) Diaqnostik laparoskopiya

C) Detoksikasion hemosorbsiya

D) Hemodializ

E) Peritoneal dializ
Ədəbiyyat: Палеев Н.Р. Сергеев О.И. «Справочник семейного врача», 2008 г.
1420) Dializ zamanı yaranan hipotenziyanı hansı pozğunluqlar ilə diferensial diaqnostikası tələb olunmur?
A) Miokard infarktı

B) Daxili qanaxma

C) Sepsis

D) Perikardın tamponadası

E) Hipertonik kriz
Ədəbiyyat: «Секреты нефрологии» Дональд Е.Храйчик, Джон Р.Седор, Майкл Б.Ганц, 2001г.
1421) Diqoksin xroniki ürək çatışmazlığı olan xəstələrdə nə zaman istifadə edilməlidir?
A) Sistolik ürək çatışmazlığında

B) Hipotenziya zamanı

C) Diastolik ürək çatışmazlığında

D) Sinus taxikardiyası zamanı

E) Ekstrasistoliya zamanı
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyi. Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı 2010.
1422) Qulaqcıqların səyriməsi ilə fəsadlaşmış xroniki ürək çatışmazlığı olan xəstələrdə aşağıdakılardan hansı seçim preparatıdır?
A) Varfarin

B) Pentoksifillin

C) Asetilsalisil turşusu

D) Kurantil

E) Klopidoqrel
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyi. Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı 2010.
1423) Uzadılmış təsirli dihidropiridin qrup Ca antaqonisti xroniki ürək çarışmazlığının müalicəsində nə zaman istifadə edilməlidir?
A) Angioplastika əməliyyatı keçirmiş xəstələrdə

B) Xəstəlik ağciyərlərin alveolyar ödemi ilə ağırlaşdıqda

C) Yanaşı olaraq kəskin miokard infarktı olarsa

D) Yanaşı olaraq stenokardiya olarsa

E) Ritm pozğunluğu olan xəstələrdə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyi. Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı 2010.
1424) Xroniki ürək çatışmazlığının laborator diaqnostik əlamətinə aşağıdakılardan hansı daha çox aiddir?
A) Kreatinemiya

B) Qanda Natrium (Na+) konsentrasiyasının azalması

C) Qanda Kalium (K+) konsentrasiyasının azalması

D) ALAT, ASAT-ın artması

E) Natriuretik peptidlərin konsentrasiyasının artması
Ədəbiyyat: Кардиология. Национальное руководство. Под редакцией Ю.Н.Беленкова, Р.Г.Оганова. Москва, 2010.
1425) Helicobakter pilori tərəfindən törənən qastritdə daha çox mədənin hansı nahiyyəsi zədələnir?
A) Fundal nahiyyə

B) Mədənin bütün nahiyyələri

C) Mədənin kardial nahiyyəsi

D) Mədənin cismi

E) Antral nahiyyə
Ədəbiyyat: Рапопорт С.И. Гастриты. Пособие для врачей. 2010.
1426) Helicobakter pilori qastritində ilkin 3 kombinasiyalı müalicəyə aşağıdakılardan hansı aiddir?
A) Denol + doksisiklin + klaritromisin

B) Proton nasosu inhibitoru + levofloksasin + famotidin

C) Levofloksasin + omeprazol + metronidazol

D) Tetrasiklin + famotidin + metronidazol

E) Proton nasosu inhibitoru+amoksisillin + klaritromisin
Ədəbiyyat: Рапопорт С.И. Гастриты. Пособие для врачей. 2010.
1427) Aşağıdakılardan hansı xroniki pielonefritlərin əmələ gəlməsində iştirak edən əsas etioloji faktorlardandır?
A) Klebsiella

B) Bağırsaq çöpləri

C) Enterokoklar

D) Proteylər

E) Stafilokoklar
Ədəbiyyat: Шилов Е.М. Нефрология. Учебное пособие. 2007.
1428) Aşağıdakılardan hansı dizuriyaya aid deyil?
A) Poliuriya

B) Pollakiuriya

C) Silindruriya

D) Nikturiya

E) Stranquriya
Ədəbiyyat: Шилов Е.М. Нефрология. Учебное пособие. 2007.
1429) Aşağıdakılardan hansı pielonefritlərin xarakterik laborator əlamətidir?
A) Leykosituriya, bakteriuriya, zəif proteinuriya

B) Eritrosituriya, silindruriya, 1 q/l-dən artıq proteinuriya

C) Duz kristallarının olması, epiteluriya, sidiyin xüsusi çəkisinin azalması

D) 1 q/l proteinuriya, makrohematuriya, epiteluriya

E) Mikrohematuriya, epiteluriya, 3,3 q/l proteinuriya
Ədəbiyyat: Шилов Е.М. Нефрология. Учебное пособие. 2007.
1430) Pielonefritlərin müalicə prinsiplərinə aşağıdakılardan hansı aiddir?
A) Qeyri-steroid iltihab əleyhinə preparatlar, antiazotemik preparatlar, antianemik preparatlar

B) Qlükokortikoidlər, qeyri-steroid iltihab əleyhinə preparatlar, sitostatiklər

C) Qlükokortikoidlər, hipotenziv preparatlar, antipiretiklər

D) Antibiotiklər, uroseptiklər, böyrək qan cərəyanının yaxşılaşdırılması

E) Antikoqulyantlar, antiaqreqantlar, prednizolon
Ədəbiyyat: Шилов Е.М. Нефрология. Учебное пособие. 2007.
1431) Xroniki böyrək çatışmazlığında elektrolit balansında aşağıdakılardan hansı qeyd edilmir?
A) Hipokalsiemiya

B) Hipermaqniemiya

C) Hiperkalsiemiya

D) Hiperkaliemiya

E) Hiperurikemiya
Ədəbiyyat: Шилов Е.М. Нефрология. Учебное пособие. 2007.
1432) Aşağıdakılardan hansı xroniki böyrək çatışmazlığı zamanı hemodializin aparılmasına göstəriş deyil?
A) Oliqoanuriyanın yaranması

B) Periferik toksiki neyropatiyanın əlamətlərinin artması

C) Yumaqcıq filtrasiyası sürətinin 45-50 ml/dəq olması

D) Ağciyərlərin alveolyar ödeminin əmələ gəlməsi

E) Hiperkaliemiya (konservativ müalicəyə tabe olmayan)
Ədəbiyyat: Шилов Е.М. Нефрология. Учебное пособие. 2007.
1433) Şəkərsiz diabetli xəstələr üçün aşağıdakı əlamətlərdən hansı xarakterik deyil?
A) Sidiyin xüsusi çəkisinin yüksək olması

B) Polidipsiya

C) Poliuriya

D) Sidiyin xüsusi çəkisinin aşağı olması

E) Hipotenziya
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Фадеев В.А. Эндокринология, 2007.
1434) Somatotrop hormon harada sintez olunur?
A) Epifizdə

B) Qalxanabənzər ətraf vəzidə

C) Yumurtalıqda

D) Hipofizdə

E) Böyrəküstü vəzidə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Фадеев В.А. Эндокринология, 2007.
1435) Hipotireoz (miksedema) zamanı aşağıdakı əlamətlərdən hansı müşahidə edilmir?
A) Dərinin quruluğu

B) Bradikardiya

C) Taxikardiya

D) Qəbizlik

E) Assit
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Фадеев В.А. Эндокринология, 2007.
1436) Aclıq və toxluq mərkəzi harada yerləşir?
A) Qalxanabənzər ətraf vəzidə

B) Epifizdə

C) Hipotalamusda

D) Hipofizdə

E) Böyrəküstü vəzidə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Фадеев В.А. Эндокринология, 2007.
1437) Hansı xəstəlik Xaşımoto xəstəliyinin sinonimidir?
A) Hiperaldosteronizm

B) Düyünlü ur

C) Diffuz toksiki ur

D) Xroniki autoimmun tireoidit

E) Hiperparatireoz
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Фадеев В.А. Эндокринология, 2007.
1438) Aşağıdakılardan hansı İtsenko-Kuşinq xəstəliyi yaxud sindromunun əlamətlərinə aid deyil?
A) Hipotenziya

B) Hiperqlikemiya

C) Libido dəyişiklikləri

D) Hipertenziya

E) Piylənmə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Фадеев В.А. Эндокринология, 2007.
1439) Birincili aldosteronizm üçün aşağıdakılardan hansı əlamət xarakter deyil?
A) Nikturiya

B) Paresteziyalar

C) Əzələ zəifliyi

D) Hipotenziya

E) Hipokaliemiya
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Фадеев В.А. Эндокринология, 2007.
1440) Aşağıdakılardan hansı kəskin böyrək çatışmazlığının etioloji səbəbinə aid deyil?
A) Xroniki pielonefrit

B) Yanıqlar

C) Şoklar

D) Uzun müddətli sıxılma sindromu

E) Qanaxma və infeksiya ilə fəsadlaşmış mamalıq patologiyası
Ədəbiyyat: Шилов Е.М. Нефрология. Учебное пособие. 2007.
1441) β2-adrenoreseptorların aktivləşməsi nə ilə nəticələnmir?
A) Qan damarlarının keçiriciliyini azalması ilə

B) Öskürək refleksinin stimullaşdırılması ilə

C) Seliyin sekresiyasının tormozlaşdırılması və mukosiliar klirensin yaxşılaşdırılması ilə

D) Tosqun hüceyrələrdə və eozinifillərdə leykotrienlərin sintezini blokada etməsi ilə

E) Bronx əzələlərinin boşalması ilə
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.140
1442) İnhalyasion qlukokortikosteroidlərin yerli iltihabəleyhinə effekti nə ilə bağlı deyil?
A) Prostaqlandinlərin sintezini stimulyasiya edir

B) Mukosiliar klirensi yaxşılaşdırır

C) Selikli qişanın şişkinliyini və seliyin ifrazını azaldır

D) Araxidon turşusunun tsiklini, prostaqlandinlərin və leykotrienlərin sintezini blokada edir

E) Endogen və ekzogen katexolaminlərə qarşı saya əzələsinin β-adrenoreseptorlarının sıxlığını çoxaldır
Ədəbiyyat: Под ред. Ю.Б.Белоусова, В.Г.Кукеса «Клиническая фармакология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.758
1443) Qlukokortikosteroidlərin yanaşı təsirlərinə biri aid deyil:
A) Disfoniya

B) Orofaringeal kandidoz

C) Qlaukoma

D) Hipotenziya

E) Osteoporoz
Ədəbiyyat: Ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.142
1444) Sisteinil reseptorlarının blokatorlarının təsir mexanizminə hansı aid deyil?
A) Eozinofillərin xemotaksisini azaldır

B) Bronxların saya əzələlərinin boşalması

C) Öskürək mərkəzinin aktivləşməsi

D) Mukosiliar klirensə müsbət təsir

E) Qan damarlarının keçiriciliyinin və seliyin hipersekresiyasının azalması
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.149
1445) Antileykotriyen preparatlar qrupuna aşağıdakılardan hansı daxil deyil?
A) Zafirlukast

B) Qenleuton

C) Zileuton

D) Ketotifen

E) Montelukast
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.149
1446) M-xolinoreseptorları blokada etməklə bronxları genəldir:
A) Rekombinant Alfa-DNTaza

B) Montelukast

C) Tiotropium bromid

D) Salmeterol

E) Nedokromil- natrium
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.150
1447) Bronxektaziya xəstəliyinin ən effektiv qeyrimedikamentoz müalicə metodu hansı hesab olunur?
A) Döş qəfəsinin massajı

B) Postural drenaj

C) Plazmaferez

D) Tənəffüs gimnastikası

E) Oksigenterapiya
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.406
1448) Xəstə 20 ildir ki, ağ ciyərlərin xroniki obstruktiv xəstəliyində əziyyət çəkir. Son günlər irinli bəlğəm ifrazı, hərarətin 38,2 dərəcəyə qədər yüksəlməsi, təngnəfəsliyin artması qeyd olunur. Kəskinləşmənin müalicəsi üçün hansı antibiotik məsləhətdir?
A) Eritromisin

B) İpratropium bromid

C) Gentamisin

D) Salmeterol

E) Amoksisillin
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.512
1449) Ağ ciyər arteriyasının trombemboliyasının risk amillərinə hansı aid deyil?
A) Onkoloji xəstəliklər

B) Siqaretçəkmə

C) Anamnezdə dərin venaların trombozu

D) Şəkərli diabet

E) Cərrahi müdaxilə
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.512
1450) Ağ ciyər arteriyasının trombemboliyasının klininiki təzahürlərinə hansı aid deyil?
A) Hipotermiya

B) Taxikardiya və ritm pozğunluğu

C) Öskürək

D) Təngnəfəslik

E) Döş qəfəsində ağrı
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.513
1451) Ağ ciyər arteriyasının trombemboliyası hansı xəstəliklə diferensial diaqnostika tələb etmir?
A) Perikardın tamponadası

B) Xroniki bronxit

C) Pnevmoniya

D) Miokard infarktı

E) Xondrit
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.523
1452) Aşağı ətrafların varikoz genəlməsindən əziyyət çəkən 45 yaşlı xəstədə qəflətən fiziki gərginlik zamanı sürətlənmiş tənəffüs, təngnəfəslik və döş sümüyü arxasında ağrı əmələ gəlib. Bədənin yuxarı hissəsində sianoz müşahidə olunur. Auskultasiyada sağ orta ağ ciyər sahəsində fitverici xırıltılar eşidilir. EKQ-da QIIISI fenomeni qeyd olunur. Hansı xəstəliklə əlaqədər ola bilər?
A) Kəskin miokard infarktı

B) Ağ ciyər arteriyasının tromboemboliyası

C) Spontan pnevmotoraks

D) Bronxial astma

E) Pnevmoniya
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.511
1453) Obliterəedici bronxiolitin kardinal əlaməti hansıdır?
A) Diffuz isti sianoz

B) Krepitasiya

C) Az produktiv öskürək

D) Subfebril hərarət

E) Proqressivləşən təngnəfəslik
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.437

1   ...   16   17   18   19   20   21   22   23   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə