Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?




Yüklə 2.35 Mb.
səhifə16/24
tarix11.03.2016
ölçüsü2.35 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

1006) Miokard infarktı keçirmiş xəstələrdə ikincili infarkt və qəfləti ölüm hallarının qarşısını alan preparat hansıdır?
A) Prokainamid

B) Amiodaron

C) Xinidin

D) Propranolol

E) Flekainid
Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г
1007) Xəstəxanadan kənar pnevmoniyalı xəstənin intensiv terapiya blokunda müalicəsinə göstəriş hansıdır?
A) 1 payın zədələnməsi

B) Tənəffüsün sayının < 30 olması

C) Vazopressorlarla müalicəyə ehtiyac olan septiki şok vəziyyəti

D) leykositoz

E) Hərarətin normadan artıq olması
Ədəbiyyat: Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
1008) Bronxial astma simptomlarını qısa müddətdə yüngülləşdirən qısa müddətli təsirə malik beta 2 aqonistlərə hansı aiddir?
A) Salmeterol

B) Flutikazon

C) Natri kromolin

D) Formoterol

E) Salbutamol
Ədəbiyyat: Bronxial astma üzrə klinik tövsiyyələr. Bakı, 2008
1009) Bronxial astma simptomlarını qısa müddətdə yüngülləşdirən antixolinergik preparat hansıdır?
A) Fenoterol

B) İpratropium bromid

C) Terbutalin

D) Aminofillin

E) Montelukast
Ədəbiyyat: Bronxial astma üzrə klinik tövsiyyələr. Bakı, 2008
1010) Bronxial astma simptomlarını qısa müddətdə yüngülləşdirən teofillin qrup preparata hansı aiddir?
A) Oksitropium bromid

B) Beklometazon

C) Budesonid

D) Metilprednizolon

E) Aminofillin
Ədəbiyyat: Bronxial astma üzrə klinik tövsiyyələr. Bakı, 2008
1011) Kəskin işemik insult keçirən arterial hipertenziyalı xəstələrdə uzun müddətli antihipertenziv müalicə nə zaman başlanılmalıdır?
A) Uzun müddətli antihipertenziv müalicəyə ehtiyac yoxdur, yalnız arterial təzyiq yüksələn zaman qısa təsirli preparatlardan istifadə etmək lazımdır.

B) Xəstəlik başlayan andan

C) Xəstəliyin başlanmasından 3 gün sonra

D) Xəstəliyin başlanmasından 24 saat sonra

E) Xəstəlik başlayandan 4 - 5 gün sonra
Ədəbiyyat: İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
1012) Kəskin koronar sindrom zamanı opioidlər ağrını aradan qaldırmazsa, hansı preparatın istifadəsi məsləhət görülür?
A) 250 mq aspirin çeynəmək

B) Daxilə beta adrenoblokator təyin etmək

C) Xəstənin nitrosorbiti dil altına qoyub sorması yaxud çeynəməsi

D) Vena daxilinə nitratların yeridilməsi

E) Oksigen verilməsi
Ədəbiyyat: Döş qəfəsində ağrının differensial diaqnostikası üzrə klinik protokol. Bakı, 2009
1013) Mədəciklərin asistoliyası zamanı hansı tədbirlərin görülməsi məsləhətdir?
A) V/dax. mezaton yeridilməsi

B) V/dax. lidokain yeridilməsi

C) V/dax. atropin, adrenalin yeridilməsi və elektrik stimulyasiyası

D) V/dax. kordaron infuziyası

E) V/dax. dopamin infuziyası
Ədəbiyyat: Диагностика и лечение больных острым инфарктом миокарда с подьемом сегмента ST электрокардиограммы. Российские рекомендации, Москва 2007.
1014) EKQ-də ST seqmentinin elevasiyası olmayan miokard infarktının müalicəsində aşağıdakı hansı preparatın istifadəsi məsləhət görülmür?
A) Nitratların

B) Trombolitiklərin

C) ß adrenoblokatorların

D) Aspirinin

E) Klopidoqrelin
Ədəbiyyat: Рекомендации по лечению острого коронарного синдрома без стойкого подьема сегмента ST на ЭКГ. Российские рекомендации, Москва 2010.
1015) Hamiləlik dövründə arterial təzyiqi tez aşağı salmaq üçün hansı preparatın istifadəsi məsləhətdir?
A) Nifedipini daxilə qəbul etmək

B) Anaprilini çeynəmək yaxud sormaq

C) Laziksi v/dax vurmaq

D) Kaptoprili çeynəmək yaxud sormaq

E) Papaverini v/dax. yeritmək
Ədəbiyyat: Диагностика и лечение артериальной гипертензии у беременных. Проект рекомендаций. Москва 2010.
1016) Hamiləlik zamanı arterial hipertenziya fonunda ağciyərlərin ödemi əmələ gələrsə, seçim preparatı hansıdır?
A) Nifedipini sormaq yaxud çeynəmək

B) Nitroqliserin v/dax. damcı ilə

C) Kaptoprili çeynəmək yaxud sormaq

D) MgSO4 v/dax

E) Nitroqliserin dil altına bir neçə dəfə
Ədəbiyyat: Диагностика и лечение артериальной гипертензии у беременных. Проект рекомендаций. Москва 2010.
1017) Anafilaktik şokun ilkin əlamətləri qeyd edilən zaman seçim preparatı hansıdır?
A) Tavegil

B) Dimedrol

C) Kalsi glükonat

D) Adrenalin

E) Na tiosulfat
Ədəbiyyat: Anafilaktik şok üzrə klinik protokol. Bakı, 2009.
1018) Atrio-ventrikulyar blokadalı xəstədə Morqani-Adams-Stoks tutması baş verərsə, hansı tədbirin görülməsi məsləhətdir ?
A) Dopamin infuziyası

B) Adrenalin inyeksiyası

C) Ürəyin elektrostimulyasiyası

D) İzoptin v/dax.

E) Mezaton inyeksiyası
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
1019) "Kəskin qarın" zamanı həkim taktikası necə olmalıdır?
A) Xəstəni imalə etmək

B) İşlədici preparatlar istifadə etmək

C) Narkotiklərdən istifadə etmək

D) Ağrıkəsicilər vurmaq

E) Təcili hospitalizasiya
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
1020) Kəskin pankreatit zamanı aşağıdakılardan hansı məsləhət görülmür?
A) Papaverin hidroxlorid

B) Morfi istifadə edilməsi

C) Qarın nahiyyəsinə soyuq qoyulması

D) 2 - 3 gün ərzində aclıq

E) Atropin sulfat
Ədəbiyyat: Мартынов А.А. Диагностика и терапия неотложных состояний в клинике внутренних болезней. 2000 г.
1021) Aşağıdakılardan hansı qlikozid intoksikasiyasının əlamətinə aid deyil?
A) Atrio-ventrikulyar blokada

B) Ürəkbulanma, qusma

C) PQ intervalının qısalması

D) Əşyaların sarı yaxud qırmızı rəngdə görünməsi

E) Ekstrasistoliya
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
1022) Mədə - bağırsaq traktının parezi zamanı məsləhət görülmür:
A) Mədənin 5 % - li Na bikarbonat məhlulu ilə yuyulması

B) Serukal

C) Prozerinin ə/dax yaxud d/altı istifadəsi

D) Narkotik analgetiklərin istifadə edilməsi

E) Domperidon
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
1023) Feoxromositoma mənşəli hipertonik krizlərdə aşağıdakılardan hansının istifadəsi məsləhət görülür:
A) Fentolamin, tropafen

B) Qanqloblokatorların

C) Aminazinin

D) ß - adrenoblokatorların

E) MgSO4
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
1024) Anafilaktik şokun müalicəsində 2-ci sıra preparatlara hansı aiddir?
A) Adrenalin

B) Aminofillin

C) Antihistamin preparatları

D) Qlükokortikoidlər

E) İnfuzion terapiya
Ədəbiyyat: Anafilaktik şok üzrə klinik protokol. Bakı, 2009.
1025) Qaraciyərüstü sarılığa nə aiddir?
A) Qanda birləşmiş bilirubinin artması

B) Birləşmiş və sərbəst bilirubinin ganda artması

C) Qanda sərbəst bilirubinin artması

D) Birləşmiş bilirubinin və qələvi fosfatasanın artması

E) Qanda retikulositlərin asalması
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010 г.
1026) Sümük iliyində hansı hüceyrə qrupları qeyd olunur?
A) Eritropoezə aid hüceyrələr gruppu

B) Retikulyar stromanın hüceyrələr qruppu və qanyaradacı hüceyrələr qruppu

C) Qanyaradacı hüceyrələr gruppu

D) Leykopoezə aid hüceyrələr gruppu

E) Eritropoezə və trombopoezə aid hüceyrə gruppu
Ədəbiyyat: А.И.Воробъев.Руководство по гематологии, т.1, М.1985 г.
1027) Sümük iliyin parenximasının dənəli sıranın birincili hüceyrələr necə adlanır?
A) Metamielositlər

B) Mieloblastlar

C) Mielositlər

D) Leykositlər

E) Promielositlər
Ədəbiyyat: А.И.Воробъев.Руководство по гематологии, т.1М., 1985 г.
1028) Eritroid xəttin morfoloji tərəfdən müəyyən olunan birinci hüceyrəsi necə adlanır?
A) Retikulosit

B) Pronormosit

C) Eritrosit

D) Eritroblast

E) Normosit
Ədəbiyyat: А.И.Воробъев.Руководство по гематологии, т.1, 1985 г.
1029) Qranulositlərin ən axırıncı bölünən hüceyrəsi hansıdır?
A) Seqmentnüvəli qranulosit

B) Mielosit

C) Metamielosit

D) Çübuqnüvəli qranulosit

E) Promielosit
Ədəbiyyat: А.И.Воробъев.Руководство погематологии, т.1, 1985 г.
1030) Toxumaların oksigenə yüksək tələbətı nəyə səbəb olur?
A) Eritropoetinin yaranmasına

B) Qanın gatılaşmasına

C) Retikulositopeniyaya

D) Qanın pH - in dəyişilməsinə

E) Leykositlərin qanda artmasına
Ədəbiyyat: А.И.Воробъев, Руководство по гематологии, т. 1,1985 г.
1031) Sümük iliyin səviyyəsində trombosit yetişən zaman hansı hüceyrədən ayrılır?
A) Normositdən

B) Meqakarioblastdan

C) Pronormositdən

D) Promegakariositdən

E) Meqakariositdən
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
1032) Eritrositlərin diametri normada nə qədərdir?
A) 7, 5 - 8, 0 mkm

B) 6, 0 - 7, 0 mkm

C) 8, 5 - 9, 0 mkm

D) 4, 5 - 5, 5

E) 5 ,0 - 6, 0 mkm
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
1033) Bağırsağın hansı fermentin təhsirindən hem - in çevrilməsi baş verir?
A) Qlutationreduktaza

B) Hemoksigenaza

C) Qlutationperoksidaza

D) Katalaza

E) Qlutamintransferaza
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
1034) Tərkibində hem qrupu olmayan dəmirtərkibli zülalın adı nədir?
A) Hemosiderin

B) Ferritin

C) Hemoglobin

D) Hematoidin

E) Transferrin
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
1035) Hemoqlobinin yaranması üçün həddindən artıq porfirin sintezi harada gedir?
A) Qaraciyərdə

B) Dalaqda

C) Limfa düyünlərində

D) Əzələlərdə

E) 12 barmaq bağırsaqda
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
1036) Düztəsirli antikoaqulyantın antaqonisti hansıdır?
A) Kalsi qlyukonat

B) Protamin sulfat

C) Vikasol

D) Rutin


E) Epsilon - aminokapron turşusu
Ədəbiyyat: В.Г.Кукес. Клиническая фармакология, М., 1999 г.
1037) Qaraciyərüstü sarılıqda nəyin artması qeyd olunur?
A) Birləşmiş bilirubinin və qələvi fosfstszanın artması

B) Qələvi fosfatazanın artması

C) Birləşmiş və sərbəst bilirubinin artması

D) Sərbəst bilirubinin qanda artması

E) Birləşmiş bilirubinin qanda artması
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010 г.
1038) Sadalanlardan hansında eritrositlərin miqdarı və hemoqlobinin səviyyəsi artır?
A) Qaraciyər sirrozunda

B) Kəskin pankreatitdə

C) Qaraciyər damarların zədəlməsində

D) Hemoxromatozda

E) Mədə xorasının penetrasiyasında
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010 г.
1039) Hemofiliyanın əsas kliniki əlaməti hansıdır?
A) Petexial səpki

B) Hematuriya

C) Oynag boşluğunda qansızma

D) Bağırsaq ganaxması

E) Hematomezis
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010 г.
1040) Sulema sınağının müsbət olduğu nədən xəbər edir?
A) Hiperaminotransferazadan

B) Disproteinemiyadan

C) Hiperbilirubinemiyadan

D) Hiperprotrombinemiyadan

E) Hiperlipidemiyadan
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010 г.
1041) Hb-nin əsas fraksiyasında Hb A2 neçə faiz tutur?
A) 1, 5 faiz

B) 5, 0 faiz

C) 96, 0 faiz

D) 3, 5 faiz

E) 0, 1 faiz
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
1042) Misi bədəndən kənarlaşdıran preparat hansıdır?
A) Kuprenil

B) Antasid dərmanlar

C) Unitiol

D) Desferal

E) Panangin
Ədəbiyyat: В.Г.Кукес. Клиническая фармакология, М., 1999 г.
1043) Kəskin transmural miokard infarktı keçirən xəstədə mikrohematuriyanı aşkar etmək üçün hansı taktika tələb olunur?
A) Heparini təcili ləğv etmək

B) Təcili olarag heparini dərialtı vurmagla problemi həll etmək

C) Vikasol dərialtı təyin etmək, amma heparini həmin dozada saxlamaq

D) Heparinin dozasını saxlamag uyğun qanlaxtalanma müddətinə görə

E) Kalsitərkibli dərmanları damardaxili təyin etmək
Ədəbiyyat: В.Г.Кукес. Клиническая фармакология, М., 1999 г.
1044) Hipotireozun müalicəsində ömürlük əvəzedici terapiya üçün seçim preparatı hansıdır?
A) Tireokomb

B) Triyodtironin

C) Tireotom

D) L - tiroksin

E) Tireoidin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1045) Endemik urun profilaktikasında istifadə olan preparatlar hansılardır?
A) Qlukokortikoidlər

B) Vitaminlər

C) β - blokatorlar

D) Yod preparatları

E) Anaboliklər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1046) Kəskin tireoidit nə ilə bitir?
A) Yarımkəskin tireoidit ilə

B) Qalxanvarı vəzidə düyünlərin əmələ gəlməsi ilə

C) Xroniki formaya keçid ilə

D) Hipotireoz ilə

E) Sağalma ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1047) Yarımkəskin tireoiditin yaranma səbəbləri hansılardır?
A) Viruslar

B) İbtidailər

C) Rikketsiyalar

D) Stafilokoklar və streptokoklar

E) Göbələklər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1048) Fibroz tireoidit zamanı qalxanvari vəzi palpasiya zamanı necə olur?
A) Bərk və ağrılı

B) İstidir

C) Flyuktuasiya edir

D) Bərk və ağrısız

E) Bərk və müəyyən sahədə ağrılı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1049) Fibroz tireoiditin müalicə metodları hansılardır?
A) Lazeroterapiya

B) Cərrahi

C) Rentgenoterapiya

D) Konservativ

E) Fizioterapevtik
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1050) Diffuz toksiki ur zamanı tireostatik terapiyanın kontrolu qanda hansı göstəriciyə görə aparılır?
A) Tireoperoksidazaya anticismlər

B) TSH


C) Tireoqlobulinlərə anticismlər

D) Sərbəst T4

E) Sərbəst T3
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1051) Tireotoksikozun əsas simptomu hansıdır?
A) Səirici aritmiya

B) Taxikardiya

C) Diffuz hiperhidroz

D) Arıqlama

E) Əzələ zəifliyi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1052) Tireotrop hormon hansı hormonun sintezini artırır?
A) Noradrenalinin

B) Kortizolun

C) Adrenalinin

D) Tiroksinin

E) Testosteronun
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1053) Qanda tiroksinin miqdarı artanda nə baş verir?
A) TSH səviyyəsi dəyişmir

B) Tireoliberinin miqdarı dəyişmir

C) TSH sekresiyasının artır

D) Tireoliberinin miqdarı artır

E) TSH sekresiyasının azalır
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1054) Orqanizmdə yodun yodid formasında sorulması harada baş verir?
A) Mədə-bağırsaq traktının hər yerində

B) Mədədə

C) Ağız boşluğunda

D) Nazik bağırsaqda

E) Yoğun bağırsaqda
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
1055) Tireoid hormonların artıq olması nəyə səbəb ola bilər?
A) Lipidlərin sintezinə təsir göstərmir

B) Zülal sintezinə təsir göstərmir

C) Lipidlərin sintezinin sürətləndirir

D) Zülalların katabolizminin sürətləndirir

E) Zülalların sintezinin sürətlənməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1056) Fibroz tireoidit zamanı cərrahi müdaxiləyə göstərişlər hansıdır?
A) Tireotoksikoz

B) Hipotireoz

C) Eutireoz

D) Traxeyanın və qan damarlarının sıxılması

E) Kaxeksiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1057) T4 T3 - ə çevrilməsini hansı preparatlar blokada edir?
A) Merkazolil və anaprilin

B) Ca - antaqonistləri

C) Anaboliklər

D) Konkor və kaliy yodid

E) Qlyukokortikoidlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1058) Diffuz toksiki urun müalicəsində qlyukokortikoidlərə göstərişlər hansıdır?
A) Tireoid anticismlərin orta titri

B) Kaxeksiya

C) Göz simptomları

D) Oftalmopatiya və tireotoksikozun residivi

E) Taxikardiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1059) Biquanidlərin təyini aşağıdakı hallarda göstərişdir?
A) I tip şəkərli diabet

B) Kaxeksiya

C) Toxuma hipoksiyası ilə müşayiət olunan xroniki xəstəliklər

D) Hipoqlikemiya

E) II tip şəkərli diabet piylənmə ilə birgə və piylənmə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1060) Şəkərli diabeti olan xəstələrdə miokard infarktının kliniki gedişatının xüsusiyətləri hansılardır?
A) Mikroinfarktlar, aritmiyalar

B) Residivin yaranmaması

C) İnfarktın tipik qedişatı (ağrı ilə)

D) İnfarktın geniş yayılması, ürək çatmamazlığının əlamətlətinin meydana çıxması, tromboemboliyaların yaranması

E) Təkrari infarktın yaranmaması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1061) Hipoqlikemiyanın yaranmasına nə səbəb ola bilməz?
A) İnsulinin dozasının azaldılması

B) Stress

C) Qida rejiminin pozulması, fiziki aktivlik

D) İnsulinin dozasının artırılması.

E) Alkoqol qəbulu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
1062) Hipoqlikemiya nəyin yaranmasına səbəb olur?
A) Beyin qan dövranının pozulmasına

B) İnsulinrezistentliyə

C) Qaraciyərin piylənməsinə

D) Retinal qansızmalara

E) Mikrioanqiopatiyaların proqressivləşməsinə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
1063) Disproteinemiya nə deməkdir?
A) Qlobulinlərin artması

B) Albuminin artması

C) γ - qlobulinin artması

D) Albuminin azalması, qlobulinlərin artması

E) Ümumi zülalın azalması
Ədəbiyyat: Клиническое руководство по лабораторным тестам // Под ред. Н.У. Тица, Юнимедпресс, 2003. – 542 с.
1064) Kəskin revmatik qızdırma haqqında ifadələrin hansıları düzgündür?
A) Kəskin revmatik qızdırmanın inkişafında degenerativ proseslər durur

B) Kəskin revmatik qızdırmanın inkişafının kəskin streptokok yoluxması ilə əlaqəsi var

C) Kəskin revmatik qızdırmanın inkişafı yaşla əlaqədar deyil

D) Xəstələrin hamısında revmatik poliartrit inkişaf edir

E) Kəskin revmatik qızdırmanın müalicəsinin müassir antibakterial taktikasında penisillinlərə əhəmiyyət verilmir
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 61- 62
1065) Karditin başlanğıc obyektiv əlamətlərinə hansılar aiddir?
A) Ürək ölçülərinin sağa böyüməsi, taxikardiya

B) Sistolik küy, ürək döyüntülərinin çoxalması, ürək tonlarının zəiflənməsi

C) Sistolik küy, ürək ölçülərinin hər iki tərəfə böyüməsi

D) Diastolik küy, ürək tonlarının zəiflənməsi, bradikardiya

E) Diastolik küy, I tonun aksenti, ürək döyüntülərinin çoxalması
Ədəbiyyat: Носков С.М., Ревматология. Актуальные вопросы. Ростов-на –Дону, 2007. – «Медицина»., стр. 118- 126
1066) Mitral qapaqlarının prolapsının əsas klinik əlamətlərinə hansılar aiddir?
A) Artralgiyalar, splenomeqaliya, sürətlə inkişaf edən ürək çatışmazlığı

B) Ürək döyüntülərinin artması, sinkopal vəziyyətlər, döş qəfəsində ağrı

C) Termorequlyasiyanın pozğunluqları, ödemlər, ağciyərin massiv tromboemboliyası

D) Kardiomeqaliya, hepatomeqaliya, periferik tromboemboliyalar

E) Periferik sinir siteminin pozğunluqları, vegetativ əlamətlərlə keçən kardial sindromu
Ədəbiyyat: Носков С.М., Ревматология. Актуальные вопросы. Ростов-на –Дону, 2007. – «Медицина», 573 с.
1067) Mitral qapaqlarının prolapsı üçün xarakterik auskultativ əlamətlərə hansılar aiddir?
A) II qabırğa arasında döş sümüyün sağında diastolik küy

B) Qolosistolik küylər, ağciyər arteriyasının üzərində pandiastolik küy

C) II qabırğa arasında kobud, iyəbənzər sistolik küy

D) Təcrid olan sistolik çırtmalar, qolosistolik küylər

E) Flint küyü, xəncərəbənzər çıxıntı üzərində sistolik küy
Ədəbiyyat: Кардиология — Национальное руководство по кардиологии под ред. Ю.Н.Беленкова – М.: Гэотар-Медиа, 2008. – стр. 1086 - 1099
1068) Mitral stenozu olan xəstələrdə ürəyin zirvəsində I ton necə dəyişilir?
A) Eşidilmir

B) Güclənir (çırpınır)

C) Dəyişilmir

D) İkiləşir

E) Zəifləyir
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
1069) Kəskin revmatik qızdırmanın prinsipial müalicə sxeminə nə daxildir?
A) Yataq rejimi, qlükokortikoidlər, iltihab əleyhinə qeyri steroid preparatları, penisillinlər

B) Opioidli analgetiklər, miorelaksantlar, qlükokortikoidlərlə davamlı müalicə

C) Fitoterapiya, puls-terapiya, D-penisillamin

D) Qızıl duzların preparatları, kortikosteroidlər, enzim terapiya

E) Yarımyataq rejimi, antibiotiklər, sulfonilamidlər, kortikosteroidlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва., 2008., «ГЭОТАР-Медиа», 35-66 с.
1070) Müsbət kapillyar nəbzi hansı ürək qüsurlarının birində qeyd oluna bilər?
A) Aortal çatışmazlığı

B) Mitral çatışmazlığı

C) Mitral stenoz

D) Kombinə olunmuş mitral-aortal qüsuru

E) Aortal stenoz
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.70
1071) Sistemli sklerodermiyanın gedişində hansı variantlar ayırd edilir?
A) Kəskin, yarım kəskin, persistəedən

B) Residivləşən, kəskin, yarım kəskin

C) Residivləşən, persistəedən, kəskin

D) Kəskin, yarım kəskin, xroniki

E) Residivləşən, kəskin, xroniki
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
1072) Sklerodermik dəri zədələnmələri bədənin hansı hissəsində daha tez qeyd olunur?
A) Üz və boyunda

B) Əl və topuqda

C) Boyun və döş qəfəsinin ön tərəfində

D) Üz və qarında

E) Üz və əllərdə
Ədəbiyyat: Клиническая ревматология // под ред. В.И.Мазурова, Санкт-Петербург: Фолиант, – 2005, с. 251-278
1073) Sistemli sklerodermiya zamanı sümük zədələnmələri hansı xüsusi əlamətin inkişafı ilə səciyələnir?
A) Osteonekrozla

B) Osteomielitlə

C) Osteolizis ilə

D) Osteomalyasiya ilə

E) Osteoxondropatiya ilə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447

1   ...   12   13   14   15   16   17   18   19   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə