Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?




Yüklə 2.35 Mb.
səhifə1/24
tarix11.03.2016
ölçüsü2.35 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   24
Terapiya
1) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?
A) Mukolitiklərin, surfaktant sistemin stimulyatorlarının

B) Ağrıkəsicilərin

C) İltihab əleyhinə preparatların

D) Hərarətsalıcı preparatların

E) Öskürək əleyhinə preparatların
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
2) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin II mərhələsində (bəlğəm ifrazı başlandıqdan sonra) hansı qrup dərman preparatları təyin olunmur?
A) Öskürək əleyhinə preparatların

B) İltihab əleyhinə preparatların

C) Antibakterial preparatların və antiseptiklərin

D) Bəlğəmi durulaşdıran preparatların (mukolitiklər)

E) Hayxırmanı stimullaşdıran vasitələrin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
3) Kəskin bronxit zamanı hansı halın mövcudluğu dərhal antibakterial terapiyanın keçirilməsinə göstəriş deyil?
A) Xəstəliyin ağır kliniki gedişatı

B) İrinli bəlğəmin əmələ gəlməsi

C) Ağır intoksikasiya

D) Təngnəfəsliyin əmələ gəlməsi

E) Hərarətin yüksəlməsi
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
4) Xırda bronxların selikli qişasının zədələnməsi ilə müşayiət olunan xroniki bronxitin aparıcı simptomu hansıdır?
A) Dodağın selikli qişasının sianozu

B) Leykositoz və EÇS - nin artması

C) Güclü üzücü quru öskürək

D) Bəlğəmli öskürək

E) Təngnəfəslik
Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.
5) Bronxial astma aşağıdakılardan hansı ilə müəyyən edilir?
A) Qanın tərkibindəki qazların tədqiqi

B) Angiopulmonoqrafiya

C) Ağciyərlərin rentgenoqrafiyası

D) Spiroqrafiya, pnevmotaxoqrafiya

E) Bronxoskopiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
6) Bronx ağacının reseptorlarına təsir edən və ən az əlavə təsir verən bronxospazmı aradan götürən xolinolitik hansıdır?
A) Propantelin bromid

B) Metasin

C) Aprofen

D) Atropin

E) İpratropium bromid
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
7) Uzun təsir müddətli metilksantin qrupuna aid bronx genişləndirici preparat hansıdır?
A) Eufillin

B) Ventolin

C) Teopek

D) Teofillin

E) Teofedrin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
8) Bronxial astmanın müalicəsində istifadə olunan əsas dərman preparatlarına hansı aid deyil?
A) Metilksantinlər

B) Qlükokortikoid hormonlarının inhalyasiyası

C) Membranstabilləşdirici preparatlar

D) β2 - adrenoreseptorların blokatorları

E) β2 - adrenoreseptorların aqonistləri
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
9) Salbutamol (ventolin) bronxları hansı yolla genişləndirir?
A) Bronxların β2-adrenoreseptorları selektiv oyandırır

B) Bilavasitə bronxların saya əzələsinə təsir edir

C) Histamin ifrazını blokada edir

D) Azan sinirin tonusunu azaldır

E) Bronxial ağacın α-reseptorlarını blokada edir
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
10) Astmatik statusun I mərhələdən II mərhələyə keçməsini göstərən əsas klinik əlamət hansıdır?
A) Başlanğıcda ağciyərlərdə eşidilən quru xırıltıların yox olması

B) Sianozun artması

C) Təngnəfəsliyin artması

D) Taxikardiya

E) Arterial təzyiqin yüksəlməsi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
11) Xəstəxanadan kənar pnevmoniyanın törədiciləri adətən hansıdır?
A) Streptokok

B) Stafilokok

C) Klebsiella

D) Bağırsaq çöpü

E) Pnevmokok
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
12) Qazanılmış immun defisiti sindromu olan xəstələrdə pnevmoniya törədicisi hansı ola bilər?
A) Mikoplazma

B) Bağırsaq çöpü

C) Klebsiella

D) Pnevmokok

E) Pnevmosista
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
13) Mikoplazmalı pnevmoniya zamanı nə təyin etmək lazımdır?
A) Streptomisin

B) Penisillin

C) Seporin

D) Eritromisin

E) Levomisetin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
14) Pnevmoniyanın antibiotiklərlə müalicəsi nə vaxt dayandırılır?
A) Bədən hərarətinin normallaşmasından 2 gün sonra

B) EÇS - nin normallaşmasından sonra

C) Müalicəyə başlayandan 1 həftə sonra

D) Ağciyərlərdə xırıltılar yox olandan sonra

E) Xəstəliyin kliniki və rentgenoloji əlamətlərinin itməsindən sonra
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
15) Aşağıdakılardan hansı ağciyər xərçənginə şərait yaradır?

A) Alkoqolizm və məişət sərxoşluğu

B) Tütün çəkmə

C) Narkomaniya və toksikomaniya

D) Xroniki soyuqdəymə

E) Psixo - emosional gərginlik


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
16) Ağciyər xərçəngi çox vaxt aşağıdakılardan birindən əziyyət çəkən xəstələrdə müşahidə olunur?
A) Bronxial astma

B) Xroniki alkoqolizm

C) Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi

D) Ağciyərlərin xroniki qeyri-spesifik xəstəliyi

E) Şəkərli diabet
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
17) 40 yaşından yuxarı kişilərdə ağciyərlərdə simptomsuz kölgəliklərin əmələ gəlməsi zamanı həkim ilk növbədə hansı xəstəliyi istisna etməlidir?
A) Ocaqlı pnevmoniyanı

B) Plevriti

C) Ağciyər tuberkulomasını

D) Ağciyərin periferik xərçəngini

E) Pnevmosirrozu
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
18) Vezikulyar tənəffüs nə vaxt eşidilir?
A) Nəfəsalmada

B) Nəfəsalmada və nəfəsvermənin ikinci üçdə ikisində

C) Bütün nəfəsalmada və nəfəsvermədə

D) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə birində

E) Nəfəsvermədə
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
19) Bronxial tənəffüs nə vaxt eşidilir?
A) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə birində

B) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə ikisində

C) Bütun nəfəsalmada və nəfəsvermədə

D) Nəfəsvermədə

E) Nəfəsalmada
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001г.
20) Amforik tənəffüs nə zaman müşahidə olunur?
A) Ağciyərin emfizemasında

B) Bronxial astmada

C) Ağciyər absesində

D) Ocaqlı pnevmoniyada

E) Bronxitdə
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001 г.
21) “Auqmentin” preparatının tərkibi nədir?
A) Ampisillin + Oksasillin

B) Ampisillin + Klavulan turşusu

C) Amoksisillin + Klavulan turşusu

D) Oleandomisin + Tetrasiklin

E) Ampisillin + Na sulbaktam
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
22) İrinli xoşa gəlməz iyi olan bəlğəm hansı xəstəlik üçün xarakterikdir?
A) Bronxial astma

B) Krupoz pnevmoniya

C) Bronxit

D) Ağciyər xərçəngi

E) Ağciyərin qanqrenası
Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
23) Bəlğəmdə elastiki liflər hansı xəstəliklər zamanı aşkar edilir?
A) Bronxial astma

B) Krupoz pnevmoniya

C) Ağciyər absesi

D) Xroniki bronxit

E) Ağciyər ürəyi
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
24) Ağır gedişli ağciyərlərin xroniki obstruktiv xəstəliyi zamanı rast gəlməyən simptomlar hansılardır?
A) Aşıq - baldır oynağının ödemi

B) Çəkinin azalması, anoreksiya

C) İnspirator təngnəfəslık

D) Öskürək bayılmaları (sinkope)

E) Öskürək nəticəsində qabırğaların sınığı
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
25) Ev şəraitində eksudativ plevrit diaqnozu müəyyən olunmuş, lakin etiologiyası tam aydınlaşdırılmayıb, xəstənin ümumi vəziyyəti nisbi kafidir. Sizin taktikanız nədən ibarətdir?
A) Pasiyenti növbə ardıcıllığı ilə terapiya şöbəsinə hospitalizasiya etmək

B) Ev şəraitində geniş spektrli antibiotiklərlə müalicənin aparılması və xəstələri nəzarətdə saxlamaq

C) Pasiyenti təcili olaraq pulmonologiya şöbəsinə hospitalizasiya etmək

D) Plevra boşluğuna plevral punksiya ilə antibiotiklərlin yeridilməsi ilə ambulator müalicə

E) Ev şəraitində geniş spektrli antibiotiklər və kortikosteroid hormonlarla müalicənin aparılması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
26) Aşağıdakılardan hansı ağciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsinin məqsədlərinə aid deyil?
A) Ölüm hallarının azaldılması

B) Fiziki gərginliyə tolerantlığın artması

C) Xəstəliyin inkişaf etməsinin qarşısının alınması

D) Xəstəliyin tam müalicəsi

E) Simptomların yüngülləşdirilməsi
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
27) Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsində istifadə olunan qısamüddətli β2-aqonistlərə hansı aid deyil?
A) Salbutamol

B) Fenoterol

C) Formoterol

D) Levabuterol

E) Terbutalin
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
28) Xəstəxanadan kənar pnevmoniya xəstəliyinin diaqnozu qoyulması üçün simptomların başlanmasından neçə gün əvvəl pasiyentin xəstəxanada olmaması şərtdir?
A) 2 gün

B) 5 gün


C) 7 gün

D) 10 gün

E) 14 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
29) Plevra boşluğuna mayenin evakuasiyasından sonra təkrar tez yığılması hansı xəstəlik üçün xarakterik əlamət sayılır?
A) Qırmızı qurd eşənəyi

B) Bronxların adenokarsinoması

C) Plevranın şişləri

D) Xroniki qandövranı çatışmazlığı

E) Ağciyərlərin vərəmi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
30) Xəstəxanadan kənar pnevmoniyanın müalicəsi zamanı antibakterial müalicənin müddəti minimum neçə gün tövsiyyə edilir?
A) 5 gün

B) 2 gün


C) 15 gün

D) 7 gün


E) 10 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
31) Aşağıdakı klinik formalardan hansı birincili vərəmə aiddir?
A) İlkin vərəm kompleksi

B) Fibroz kavernoz ağciyər vərəmi

C) İnfiltrativ vərəm

D) Tuberkuloma

E) Uşaq və yeniyetmələrdə vərəm intoksikasiyası
Ədəbiyyat: Перельман М. И., Корякин В. А. «Туберкулез» 1990 г.
32) Кəskin respirator infeksiyaların və qripin müalicəsində əsas rol nə oynayır?
A) Аntibakterial terapiya

B) Virus əleyhinə terapiya

C) Immunokorreksiya

D) Simptomatik terapiya

E) Vitaminoterapiya
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik proyokol”, Bakı 2008
33) Kəskin respirator infeksiyaların müalicəsində antibiotiklər nə zaman təyin olunur?
A) Burundan irinli ifrazat olarkən

B) Bakterial fəsadlaşma olduqda

C) Xəstəliyin 2 - ci günü

D) Xəstəlik başlanan kimi

E) Hərarət 38 ° C yuxarı olduqda
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik proyokol”, Bakı 2008
34) Hansı dərman virus əleyhinə deyil?
A) Аmаntаdin

B) İnterferon

C) Оseltamivir

D) Rimantadin

E) Zаnаmivir
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
35) Hansı auskultativ dəyişikliklər pnevmoniya üçün xarakterik deyil?
A) Кrepitasiyalar

B) Bronxial tənəffüs

C) Zədələnmiş nahiyədə tənəffüsün zəifləməsi

D) Quru xırıltılar

E) Lokal xırıltılar
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
36) Nazokomial pnevmoniya nə deməkdir?
A) Аspirasion pnevmoniya

B) İmmun sistemi zədələnmiş pasiyentlərdə pnevmoniya

C) Durğunluq pnevmoniyası

D) Хəstəxana dахili pnevmoniya

E) Хəstəxanadan kənar pnevmoniya
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
37) Pnevmoniya üçün əsas diaqnostik müayinələr hansılardır?
A) Fizikal müayinə, pulsoksimetriya, rentgen

B) Rentgen, qanın ümumi və biokimyəvi analizi

C) Аnаmnеz, fizikal müayinə, bəlğəmin bakterioloji müayinəsi

D) Аnаmnеz, fizikal müayinə, rentgen

E) Аnаmnеz, fizikal müayinə, qаnın ümumi analizi
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
38) Hаnsı simptom (lar) pnevmoniya üçün xarakter deyil?
A) Döş qəfəsində plevral ağrıların olması

B) Оynaqlarda ağrı, hərəkətin məhdudlaşması

C) Yеni öskürəyin əmələ gəlməsi

D) Yоrğunluq, baş ağrısı, ürəkbulanma, qarın ağrısı, mialgiya

E) Hərarət +/- titrətmə
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
39) Vərəmlə pnevmoniyanın differensasiyasında hansı müayinə daha vacibdir?
A) Маntu tеsti

B) Bəlğəmin bakterioloji müayinəsi

C) ЕКQ

D) Qаnın ümumi analizi



E) Rеntgen
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
40) Hansı müalicə prinsipi pnevmoniyada tövsiyyə olunmur?
A) Həcmi çox olan plevral ekssudatın xaric olunması

B) Аğrını və yüksək hərarəti azaltmaq üçün adekvat analgeziya

C) Аdеkvat hidratasiya

D) Öskürək supressorlarından istifadə

E) Hipoksemiya hallarında oksigenlə müalicə
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
41) Pnevmoniyanın müalicəsində antibiotiklərin ilkin təyini adətən necə olur?
A) Xəstəlik başlanandan 3 sutka sonra təyin edilir

B) Хəstənin vəziyyətindən asılıdır

C) Xəstənin yaşından asılıdır

D) Törədicinin verifikasiyasından sonra olur

E) Еmpirik olur
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
42) Əvvəl sağlam olmuş və Streptococcus pneumoniae qarşı rezistentlik riski olmayan pasiyentlərə hansı qrup antibiotiklərin təyini tövsiyə olunur?
A) β - laktamlar + аminoqlikozidlər

B) β - laktamlar + ftorxinolonlar

C) β - laktamlar + mаkrolidlər

D) Маkrolidlər (аzitromisin, klaritromisin və s.) və ya β - laktamlar (аmоksisillin, sefotaksim və s.)

E) Ftorxinolonlar
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
43) Аğırlaşmamış pnevmoniyalarda müalicədən neçə gün sonra təkrar rentgenoloji və laborator (qanın ümumi analizi) müayinə aparılmalıdır?
A) 18 - 20 - ci gün

B) 7 - 10 gündən sonra

C) 3 - 5 gündən sonra

D) 14 - 16 - cı gün

E) 1 аydan sonra
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
44) Xəstəxanadan kənar yoluxmuş metisillin-rezistentli Staphylococcus aureus infeksiyası zamanı hansı qrup antibiotiklər daha effektivdir?
A) Ftorxinolonlar

B) Vankomisin və lizenolid

C) Qorunmuş penisillinlər

D) Aminoqlikozidlər

E) Makrolidlər və sefalosporinlər
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
45) Pseudomonas (göy irin verici çöplər) infeksiyası zamanı antibiotiklərin hansı kombinasiyası istifadəsi istifadəsi tövsiyyə edilmir?
A) Seftazidim + aminoqlikozidlər

B) İpinem + aminoqlikozidlər + antipnevmokok ftorxinolonlar

C) Sefepim + levofloksasin

D) Seftazidim + siprofloksasin

E) Ampisillin sulbaktam + tetrasiklinlər
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
46) Pnevmosist pnevmoniyası zamanı hansı preparatların istifadəsi tövsiyyə olunur?
A) Antibiotiklər

B) Antifunqal preparatlar

C) Virus əleyhinə preparatlar

D) Sitostatiklər

E) Biseptol
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
47) Aspergillyoz xəstəliyinin törədicisi hansı qrup mikroorqanizmlərə aiddir?
A) Viruslara

B) Bakteriyalara

C) Bakteriya və ibtidai kompleksinə

D) İbtidailərə

E) Mikozlara
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
48) Aspergilyozun müalicəsində hansı preparat effektlidir?
A) İntrakonazol

B) Levofloksasin

C) Trixopol

D) Biseptol

E) Albendazol
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
49) Kəskin obliterəedici bronxitlərdə əsas etioloji faktor hansıdır?
A) Mikozlar

B) Pseudomonas aureginosae

C) Staphilococcus aurogenosae

D) Respirator sinsital virus

E) Mycoplazma pneumoniae
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
50) Obliterəedici bronxiollitlərin diaqnostikasında daha dəqiq məlumat verən müayinə üsulu hansıdır?
A) Yüksək görüntülu (imkanlı) kompüter tomoqrafiya

B) Kompüter tomoqrafiya

C) Bəlğəmin sitoloji müayinəsi

D) Rentgen tomoqrafiya

E) Bronxoskopiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
51) Ağciyər arteriyasının tromboemboliyası üçün əsas risk faktorlarına hansı aid deyil?
A) Hamiləlik

B) Aşağı ətrafların travması

C) Eroziv qastrit

D) Nefrotik sindrom

E) Cərrahi müdaxilə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
52) Ağciyər arteriyasının tromboemboliyasını yaradan tromb 85% qədər hallarda hansı istiqamətdən gəlir?
A) Daxili yuxu arteriyasından

B) Yuxarı boş vena sistemindən

C) Xarici yuxu arteriyasından

D) Aşağı boş vena sistemindən

E) Ürəyin sağ hissəsindən
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
53) Ağciyər arteriyasının tromboemboliyasının əsas və daha tez-tez rast gəlinən klinik təzahürləri hansılardır?
A) Yüksək hərarət, qanhayxırma, taxikardiya

B) Quru öskürək, xışıltılı tənəffüs, boğulma tutması

C) Təngnəslik, döş qəfəsində ağrı, taxikardiya, qanhayxırma

D) Yüksək hərarət, irinli bəlğəmlə öskürək, döş qəfəsində ağrı

E) Döş qəfəsində və qarın nahiyəsində ağrı, hərarət
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
54) Hansı klinik simptom ağciyər arteriyasının tromboemboliyası diaqnozunu təstiqləmək üçün spesifik sayılır?
A) Döş qəfəsində ağrı

B) Taxikardiya və ürəyin ritm pozğunluğu

C) Ağ ciyər arteriyasının tromboemboliyası diaqnozunu təsdiqləmək üçün spesifik simptom yoxdur

D) Qanhayxırma

E) Təngnəslik
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
55) Hansı müayinə metodu ağciyər arteriyasının tromboemboliya diaqnozunun təsdiqində hələ də “qızıl standart” hesab olunur?
A) Angiopulmonoqrafiya

B) Perfuzion stsintiqrafiya

C) Rentgengrafiya

D) Exokardioqrafiya

E) Kompüter tomoqrafiyası
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
56) Ağciyər arteriyasının tromboemboliyası zamanı baş verən qanhayxırmanın müalicəsində hansı preparatın istifadəsi tövsiyyə olunmur?
A) Kleksan

B) Aminokapron turşusu

C) Heparin

D) Fibrinolizin

E) Streptokinaza
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
57) Ağ ciyər arteriyasının tromboemboliyası zamanı hansı pnevmoniya yarana bilər?
A) Kazeoz pnevmoniya

B) İnfarkt pnevmoniya

C) Ocaqlı pnevmoniya

D) Krupoz pnevmoniya

E) İnterstisial pnevmoniya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
58) Bronxial astmalı xəstələrdə adətən hansı əlamət müşahidə olunmur?
A) Тənəffüs çətinləşməsinin təkrar еpizodları

B) Fışıltılı xırıltıların təkrarlanması

C) Döş qəfəsində sıxılma hissinin təkrarlanması

D) Əsasən gecə vaxtı güclənən öskürək

E) Döş qəfəsində ağri hissinin təkrarlanması
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
59) Bronxial astmaya şübhə olduqda hansı ilkin diaqnostik müayinədən istifadə edilməlidir?
A) Spirometriya

B) Rentgenoqrafiya

C) İmmunoloji müayinə

D) Pikfloumetriya

E) Qаnın ümumi analizi
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
60) Bronxial astmanın tutması zamanı ilk yardım kimi hansı qrup dərmanlardan istifadə etmək lazımdır?
A) İnhalyasion kortikosteroidlər

B) Теоfillinlər

C) Uzunmüddətli təsirə malik β2 аqоnistlər

D) Sürətli təsirə malik β2 аqоnistlər

E) Кrоmоnlаr
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
61) Bronxların hiperreaktivliyini və obstruksiyanı təyin edən müayinə hansıdır?
A) Pikfloumetriya

B) İmmunoloji müayinə

C) Аllerqoloji sınaqlar

D) Rеntgenoqrafiya

E) Spirometriya
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
62) Bronxial astmaya nəzarət edən əsas dərmanlar hansılardır?
A) İnhalyasion kortikosteroidlər

B) Sürətli təsirə malik β2 аqоnistlər

C) Uzunmüddətli təsirə malik β2 аqоnistlər

D) Кrоmоnlаr

E) Теоfillinlər
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
63) Astmanın müalicəsində dərman vasitələrinin hansı qəbul formasına üstünlük verilir?
A) Həblərə

B) Məlhəmlərə

C) Siroplara

D) Parenteral preparatlar

E) İnhalyasion preparatlara
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
64) Astmanın müalicəsində hansı dərman preparatlarının istifadəsi tövsiyyə olunmur?
A) Аntileykotriyenlər

B) Теоfillinlər

C) Кrоmоnlar

D) Аntibiotiklər

E) Kortikosteroidlər
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
65) Astmanın ağır kəskinləşməsi zamanı auskultasiyada xırıltı eşidilmədikdə hansı tədbir görülməlidir?
A) Хəstə bir neçə saat ərzində nəzarət altında qalmalıdır

B) Dərmanların dozası azaldıla bilər

C) Хəstə evə gedə bilər

D) Хəstə təcili hospitalizasiya olunmalıdır

E) β2 аqonistlərin dozası artırılmalıdır
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008

  1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə