ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ FÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ azərbaycan




Yüklə 1.46 Mb.
səhifə2/15
tarix22.02.2016
ölçüsü1.46 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

Azərbaycançılıq ideologiyası və dünyəvilik. Milli mədəniyyət hər hansı bir fərdin və ya şəxsin deyil, bütöv bir millətin zaman-zaman yaratdığı və yaşatdığı milli mənəvi dəyərlərdir. Dünya mədəniyyəti isə müxtəlif millətlərin və etnosların yaratdığı ən mütərəqqi və ən bəşəri dəyərlərin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş məcmusudur. Millətçilik bəşəriliyə, qloballaşmaya inteqrasiya olunmayanda, vahid məkanda və vahid məhvərdə fırlananda şovinizm, faşizm, Daşnaqsütun, Asala və ya PKK yaranır.

Deməli, ümumbəşəri ideyaları özündə ehtiva etməyən milli ideolo­giya milli deyil, millətçi ideologiyadır. Ona görə də Azərbaycançılıq ideologiyası dünyəviliyi də özündə yaşadır. Heydər Əliyev göstərirdi ki, tarixi şəxsiyyətlərin yalnız milli mədəniyyətdə və ya ümumtürk dünya­sında təmsil olunması ilə kifayətlənmək olmaz, onu milli yaddaşdan bəşə­riyyətin yaddaşına ötürmək lazımdır: «Bizim mədəniyyətimiz, elmimiz çox zəngindir. Biz Nizamidən, Füzulidən danışarkən onları tək şair kimi deyil, böyük filosof kimi, dünyaya, dünya mədəniyyətinə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq». Buradan aydın görünür ki, dünyəviliyin iki qütbü var; dünya mədəniyyətindən nəyi əxz etmək və dünya mədəniyyətinə nəyi bəxş etmək. Bu qütblər arasında harmoniya pozulanda qloballaşmaya aparan yolun qapıları bağlanır, o böyük məkan­da sən təmsil oluna bilmirsən. Vahid orqanizm olan dünyadan təcrid olunmuş halda yaşamaq isə mümkün deyil.

Deyirlər, musiqinin (sözün geniş mənasında sənətin) Vətəni olmur, əvəzində musiqinin, sənətin milli ruhu olur. Milli ruhdan və bəşəri duyğulardan məhrum olan sənətin nəinki, vətəni heç məkanı olmur, o, ürəklərdə özünə yer tapa bilmir, bayağılıq onu doğularkən öldürür. Milli və bəşəri dəyərləri özündə ehtiva edən sənət isə həmişəyaşarlığını və ölməzliyini özü təmin edir.

Dünyəvilik özgə, yad, qeyri-milli olanları inkar etmədən özünün­küləri mənimsəməkdən, yaymaqdan və yaşatmaqdan ibarətdir. Heydər Əliyev göstərir ki, milli özünüdərk prosesində xalqın yaratdığı və yaşatdığı mədəni sərvətlərə dərindən yiyələnməklə çatmaq olar. «Məşhur filosof Bəhmənyarın və mütəfəkkil şair Nizaminin, riyaziyyatçı-astronom Nəsrəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi Rəşiddədinin və üsyankar şair Nəsiminin, tarixçi Abbasqulu ağa Bakixa­no­vun və realist yazıçı Mirzə Fətəli Axundovun, görkəmli satiriklərdən və bir çox başqalarının adları bu mədəniyyətin çoxəsirlik tarixini bəzəyirdi. Biz Azərbaycan xalqının bu və ya digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşnalıq şəraitində Azərbaycan xalqının ictimai fikrinin, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar».

Ümummilli liderimizin Azərbaycançılıq məfkurəsinə gətirdiyi yeni­likləri aşağıdakı kimi ümumiləşdirmək olar:

– Böyük tarixi inkişaf və təkamül yolu keçmiş azərbaycançılığı ilk dəfə müstəqil Azərbaycan dövlətinin milli ideologiyası elan edən və hətta tərifini verən Heydər Əliyev oldu. Bu mənada, Heydər Əliyevin Azərbay­cançılıq təlimi tarixiliklə müasirliyin vəhdətindən doğub.

– Heydər Əliyevin Azərbaycançılıq ideologiyası yeni tarixi şəraitdə xalqda Vətən əxlaqı uğrunda istiqlala, azadlığa çağrış tərbiyə edir.

– Heydər Əliyev azərbaycançılığın tərkib hissəsi olan Azərbaycan dilini məişət, poeziya və proza dilindən diplomatiya, dövlət, eyni zamanda siyasət dili səviyyəsinə qaldırdı.

– Onun Azərbaycançılıq məfkurəsinə gətirdiyi yenillik və kamillik ondan ibarətdir ki, o, ictimai şüurla, milli şüur və dövlətçilik şüuru arasında harmoniya yarada bildi.

– Heydər Əliyevin Azərbaycançılıq təliminin böyüklüyü ondadır ki, biz milli mentalitetimizi itirmədən, həm də onunla birgə dünyəviləş­məliyik.

– Heydər Əliyevin daha da təkmilləşdirdiyi Azərbaycançılıq məfku­rəsinin ən böyük gücü ondadır ki, o yalnız ümumdünya azərbaycanlılarını deyil, eyni zamanda Azərbaycanda yaşayan bütün etnosları və etnik qrupları vahid məkanda, vahid coğrafi ərazidə və vahid milli ideologiya ətrafında birləşdirdi.

– Heydər Əliyevin Azərbaycançılıq təlimində müstəqillik və istiqlal xaricində nəinki Azərbaycançılıq, hətta Azərbaycanın özü yoxdur!

Heydər Əliyevin «Müstəqilliyimiz əbədidir» formulu da təsdiq edir ki, Azərbaycançılıq ideologiyası Heydər Əliyevə güclü hakimiyyət yaratmaq üçün deyil, güclü dövlət qurmaq üçün lazım idi. Daha doğrusu, milli ideologiya Heydər Əliyevə milləti vahid «mən»də, vahid milli mə­kan­da barışdırmaq, birləşdirmək, bütövləşdirmək, eyni zamanda sabaha aparmaq üçün lazım idi. Ona görə də o, həmişə və hər yerdə hakimiyyətin əbədiliyini deyil, müstəqilliyimizin əbədiliyini önə çəkirdi.
İşin elmi nəticəsi: Heydər Əliyevin Azərbaycançılıq təliminin mü­qəddəs vəzifəsi kütləni vahid, ümummilli ideya ətrafında birləşdirərək onu monolit birliyə malik, ayrılmaz və bölünməz millətə çevirmək idi. Heydər Əliyevin xalqımızın milli mənlik şüurunun formalaşmasına istiqa­mətlənən Azərbaycançılıq ideologiyasının ictimai-siyasi, fəlsəfi qayəsi və yeni modeli budur.
Açar sözlər: Heydər Əliyev, Azərbaycançılıq, Dədə Qorqud, folk­lor, təlim, dil, din, ziyalı, milli mənlik, milli kimlik, dünyəvilik.
İstifadə olunmuş ədəbiyyat

1. Əliyev H. Müstəqillik yolu. Bakı, 1997, səh. 8.

2. Dirçəliş XX əsr. Fevral, 1999, № 12.

3. Müstəqil Azərbaycan uğrunda qəzeti. 15 iyun 2002-ci il.

4. Səlahəddin Xəlilov. Lider, dövlət, cəmiyyət. Bakı, 2001, səh. 230-231.

5. V.İ.Lenin ədəbiyyat haqqında. Bakı, Yazıçı, 1979, səh.136.



Heydər Əliyev və Azərbaycançılıq təlimi

XÜLASƏ

Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq təlimindən və milli ideologiyanı formalaşdırılmasından söhbət açılır. Həmçinin ümum­milli liderin Azərbaycançılıq təliminin əsas müddəaları təhlilə cəlb olunur. Bu təlimin bir məfkurə, bir mükəmməl milli ideologiya kimi özünün zirvə məqamına Heydər Əliyevdə çatması xüsusi vurğulanır.



Açar sözlər: Heydər Əliyev, Azərbaycançılıq, Dədə Qorqud, folklor, tə­lim, dil, din, ziyalı, milli mənlik, milli kimlik, dünyəvilik
Гейдар Алиев и формирование азербайджанской идеологии

РЕЗЮМЕ

В статье привлекаются к анализе основные пункты азербай­джанского метода обучения, создание национальной идеологии общенационального лидера Гейдара Алиева. Особо подчеркивается достижения идеологии, совершенной национальной идеологии пика в личности Гейдара Алиева.



Ключевые слова: Гейдар Алиев, Азербайджанизация Деде Кор­кут, фольклор, обучение, язык, религия, национальное достоинство, миро­воззрение.
Haydar Aliyev Azerbaijan-study education

Summary

In the article it is said about the education of Azerbaijan-study xud formatin of national ideology by our national leader Haydar Aliyev. The main branches of Azerbaijan-study education of the national leader are analyzed. It is also mentioned that the education as the national ideology has reached in the top by Haydar Aliyev.



Key words: Haydar Aliyev, Azerbaijan-study, Dede Gorgud, folklore, education, language, religion, an educated man, national personality, world-love.
Tahir PAŞAZADƏ

AMEA Folklor İnstitutu
HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ
Məsələnin qoyuluşu: 1969-2003-cü illərdə Azərbaycana siyasi rəh­bərlik etmiş Heydər Əliyevin milli mənəvi dəyərlərin qorunub inkişaf et­dirilməsi siyasətinin konseptual, faktoloji və sitemli ardıcıllığı elmi əsas­larla göstərilib.

İşin məqsədi: Milli dövlət quruculuğunda, xalqın milli birliyinin yaradılma­sında tarixi, milli-mənəvi qaynaqların, mədəni sərvətlərin qoru­nub inkişaf etdirilməsinin, bu sərvətlərin yaradıcılarının təbliğinin rolunun artırılma­sının əhəmiyyətini göstərmək işin əsas məqsədi kimi götürül­müşdür.
Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda yüksək nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin tarixi-mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə meylləri də özünü qabarıq göstərir. Ulu öndər Heydər Əliyev bütün hakimiyyət illərində, hətta DTK-a rəhbərlik etdiyi dövrlərdə də Azərbay­canın milli dəyərləri, vətənpərvərlik tarixi uğrunda çalışmış, soy-kökü­müzün həqiqətlərini üzə çıxaranların imperiya basqılarından qorunması uğrunda əlindən gələni etmişdir. Xüsusilə də hakimiyyətinin ikinci döv­rün­də qloballaşmanın artan təhlükələri qarşısında daha da böyük fəda­karlıqla milli-mənəvi irsimizin qorunmasına daha geniş önəm vermişdir. O bilirdi ki, Şərq-Qərb sivilizasiyasının bir-birinə yaxınlaşdığı, bəzən də gizli və ya açıq mübarizələrin getdiyi bir zamanda soykökə qayıdışın, milli özünüdərkin böyük əhəmiyyəti vardır. Xalqın tarixən formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələ­cək nəsillərə ötürmək kimi çətin missiyanın həyata keçirilməsi zərurəti, ilk növbədə ziyalıların, elm və mədəniyyət xadimlərimizin üzərinə böyük məsuliyyət qoyur. Akademik R.Mehdiyevin xatirələrindən: “1972-ci illərin ortalarında Azərbaycan Dövlət Universitetindəki çıxışından sonra yazıçılardan biri ona "yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danı­şırsınız!" deyəndə, Heydər Əliyev gülümsəyərək belə cavab vermişdi: "Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danış­mağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilmə­liyəm! Eləcə də hamımız". Bunlar adi sözlər deyildi. Bu sözlərin Azər­baycan ziyalılarının milli tərbiyəsinə təsirinin gücü ana dilinə uzun müddətdən bəri davam edən çox soyuq münasibətə son qoya bildi” (10,1).

Ulu öndər Heydər Əliyev bütün həyatı boyu mənəvi dəyərlərə çox önəm vermişdir. Eyni zamanda bu dəyərlərdən özünün şəxsi inkişafında, mənəvi qidanı hər şeydən uca tutmuşdur. Hətta məktəb yaşlarından həmişə sinif yoldaşlarının məhəllə dostlarının təəssübünü çəkməyi, onların hər probleminı özünün problemi kimi qəbul etməsi, imkanı çatan qədər əl tutmağı, ən azı onların yanında olmağa can atması tarixi faktlarda və uşaqlıq dostlarının xatirələrində də əks olunub. Onun bütün çıxışlarının, bəyanatlarının mətnində daha çox işlənən sözlərdən biri də “məsuliyyət və vətəndaşlıqdır”. Vaxtı ilə görkəmli xalq şairimiz Məmməd Araza demişdir: ”Məmməd Araz, sən yaxşı şair olmaya bilərsən. Amma yaxşı vətəndaş mütləq olmalısan”.

Elə bu amalla da Ulu öndər həyatının inkişaf mərhələlərində özünü bütün vətəndaşlıq məsuliyyətini daşımaq üçün əsas örnək mənbəyi kimi, milli-mənəvi dəyərlərdən bəhrələnməyə və məqamı çatanda da bu dəyərlərin inkişafına, intişarına kömək etmək olub. Ulu öndərin irəli sürdüyü azərbaycançılıq ideologiyası həm də milli-mənəvi dəyərlərin, dövlətçilik ideologiyasının qorunmasını ümdə şərt kimi önə çəkir. Bu da təsadüfi deyildir ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıtdıqdan sonra ilk görüş yerlərindən biri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçən Ümummilli lider Azərbaycanın humanitar və ictimai elmlərinin yeni dövrün tələblərinə uyğunlaşdırılması, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı alimlər qarşısında yeni tələblər müəyyənləşdirdi.

Onun dərin zəkası, həssas siyasi düşüncə qabiliyyəti imkan verib ki, harada çalışmasından asılı olmayaraq, xalqın mənəvi dəyərlərinə və bu dəyərləri yaradanlara, daşıyıcı qüvvələrinə önəm versin. Hələ Sovet təhlükəsizlik orqanlarında çalışdığı vaxtlarda yüzlərlə qələm sahibini, alim və tədqiqatçıları “KGB” cəzalarından qoruya bilib. Çünki o bilirdi ki, Azərbaycan xalqının böyüklüyü və inamlı gələcəyi onun mənəvi dəyərlərinin qorunub yaşadılması üzərində yaradılacaq Böyük dövlətçilik qalasının qurulmasındadır. Bu dövlətçilik qalasının qurulmasında və yaşadılmasında aktiv olmalı gənc nəsil isə, maddi sərvətlərdən daha çox, milli mentalitetə yiyələnməlidir. Ulu öndər 2001-ci ilin avqust ayının 13-də milli mentalitetlə bağlı verdiyi bəyanatında deyirdi: “Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvə­tidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlə­rindən istifadə edərək xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam, saf əxlaqi əhval-ruhiyədə tərbiyələn­dirməliyik” (6, 230). Ulu öndər milli-mədəni irslə yanaşı, mənəviyyatın, milli əxlaq və düşüncə modellərinin qorunub saxlanılması üçün də səylərini əsirgəməmişdir. Bu baxımdan Heydər Əliyevin 13 avqust 2001-ci il tarixli bəyanatı da milli-mənəvi dəyərlərin qorunması məqsədinə xidmət etməklə, gənc nəslin tərbiyəsinə mənfi təsir göstərən neqativ amillərin aradan qaldırılmasına xidmət etmişdir. Böyük strateq Heydər Əliyev çıxışlarında xüsusi vurğulamışdır ki, yeni dünya nizamının, qarşı­sı­alınmaz qloballaşma prosesinin nəticəsi kimi meydana çıxan sivili­zasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyər­ləri­nin qorunması məsələsini çağdaş zamanın ən aktual məsələlərindən birinə çevirmişdir. Heydər Əliyev dühasının Vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı bu təhdidlər önündə əzəmətli sipərə çevrilmiş, bütövlükdə xalqın milli genefondunu qorumuşdur.

Bütün siyasi kursunda tarixiliyə önəm verən Ulu öndər, mənəvi dəyərlərimizin qorunması uğrunda mübarizə apararkən də, mentaliteti­mizin də tarixi inkişaf və formalaşma mərhələlərini unutmazdı. Bu tarixi­liyin dərin qatlarında o Novruz, Qurban, Ramazan bayramlarının, digər adət-ənənələrimizin də yerini xüsusi olaraq qiymətləndirərdi”: Novruz bayramı heç bir tarixi hadisə, yaxud heç bir şəxsiyyətin adı ilə, onun fəaliyyətilə bağlı deyildir. Bu bayram təbiətin qanunları ilə, kainatın qanunları ilə əlaqədar olan bir bayramdır. Gündüz ilə gecənin bərərabər­ləşməsi günü, baharın ilk günü Novruz bayramıdır. Bunlara görə Novruz bayramı bir çox başqa bayramlardan fərqlənir və bu, bizim, məhz Azərbaycan xalqının bayramıdır. Qədim zamanlardan bəri və bu gün də bu bayramı ən çox sevən, ən uca tutan Azərbaycan xalqıdır.

Novruz bayramının o qədər dərin kökləri var, Azərbaycan xalqının, millətimizin qəlbində o qədər yerləşib ki, heç bir qüvvə, heç bir haki­miyyət, heç bir siyasi sistem bu bayramı Azərbaycan xalqının əlindən ala bilməyibdir.”

Ulu öndər dini adət-ənənələrin qorunmasını xalqın mentalitetinin formalaşmsı, yeni-yeni əxlaqi etik normaların saflaşması ilə bağlayırdı. O gözəl bilirdi ki, dinin insan tərbiyəsində rolu böyükdür. Çünki insanların min ildən çox mental təfəkküründə olan inanclar, onların daimi özünü Allah qarşısında borclu bilməsi digər günahlardan da qoruyur. Bu gün Azərbaycan dini dözümlülük və tolerantlıq baxımından bütün dünyaya nümunə göstərilir. Bunun təməlinin 70-ci illərdə qoyulduğunu söyləyənlər tamamilə haqlıdırlar. Çünki 70-ci illərdə – dinsiz və Allahsız sovet cəmiy­yə­tində Heydər Əliyev islam dininə aid ibadətgahların bərpasına nail olmuşdu. Ulu öndərin bu istiqamətdə reallaşdırdığı tədbirlər qeyd edilən faktlarla bitmir. Onun ən böyük uzaqgörənliklərindən biri də 70-ci illərdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətinin güclənməsinə göstərdiyi yardım sayıla bilər. Şərq ölkələrində, xüsusən, müsəlman alə­min­də Heydər Əliyevin həmin addımı çox böyük bir islam təəssübkeşliyi kimi qiymətləndirilirdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri, hörmətli Şeyxülislam həzrətlərinin iş fəaliyyətinə başlamasının məhz Ulu öndəri­mizin birinci hakimiyyəti dövrünə təsadüf etməsi bizim din adamlarımıza mərhum rəhbərimiz tərəfindən bir töhfədir.

Heydər Əliyevin müstəqil Azərbaycanın prezidenti seçilməsi ilə ölkəmizdə milli-mənəvi dəyərlərə, dinə münasibət kökündən dəyişdi. Qısa müddətdə məscidlər təmir və bərpa olundu. Bibiheybət məscidi yenidən ucaldıldı. Heydər Əliyev bütün dini bayramlarda məscidə gəlir, dindar­lar­la söhbət edir, onların fikirlərini öyrənir, problemlərinə qayğı göstərirdi. O, 1994-cü ildə Məkkəyə Ümrə ziyarətinə gedir, Kəbə evinə daxil olur, qara daşı öpür və ziyarət edir.

Ulu öndərimiz Mədinədə Həzrəti Rəsullahın məzarını ziyarət edib, burada da namaz qıldı. O, dua edərək Allaha şükür edirdi ki, həyatda ən böyük arzusuna, Məkkə-Mədinəni ziyarət etmək niyyətinə çatıb və Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə nail olub.

Ulu öndərimiz 1995-ci ildə Bibi heybət məscidinin bərpası və yenidən qurulmasına həsr olunmuş tədbirdə İslam dininin missiyası ilə bağlı öz müsbət fikirlərini xalqla bölüşərək buyurmuşdur: “İslam dini yara­nandan indiyə qədər Kürreyi-ərzin insanlarının çox bir hissəsini düz yola, ədalətə, saflığa, paklığa, yüksək mənəviyyata yönəltmiş və onların belə yaşamasını təmin etmiş müqəddəs bir dindir. İslam dini bəşər tarixin­də misilsiz xidmətlər göstərmiş, insanların, müsəlmanların yüksək mənə­vi-əxlaqi dəyərlərə nail olmasını təmin etmiş və bu dinə itaət edən insan­ları dünyanın bütün əzab-əziyyətlərindən, keşməkeşlərindən keçirib onla­rın yaşayışını təmin etmiş, onları yaşatmışdır. Biz fəxr edə bilərik ki, islam dini kimi yüksək mənəvi-əxlaqi dəyərlərə mənsub olan dinimiz var, müsəlmanları yaşamaq, yaratmaq, mübarizə aparmaq, öz həyatını qurmaq, azadlığını təmin etmək, torpağını qorumaq yolları ilə məhz islam dini aparıbdır, onun qanunları, tövsiyələri, Qurani-şərifin ayələri, surələri, kəlamları aparıbdır” (11). İnsanların ta qədimdən ailə icmasının yaradıl­ma­sında güclü rolu olmuş islam, eyni zamanda bu dinin daşıyıcıları üçün də vahid birlik, dirilik, həyat proqramıdır. Bu, həm də Azərbaycanımızın beynəlxalq arenada böyük islam birliklərinə aparan bir yoldur. Milli həmrəyliyimizin daha da genişlənməsi və zənginləşməsində Qurban bay­ra­mının əvəzsiz yerini qeyd edən Ümummilli lider Heydər Əliyev 2003- cü ildə demişdir: “Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha çox birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin” (12)

Vətəndaşlıq idealını, dövlətçilik əqidəsini, millilik və digər mədəniy­yətlərə açıqlığı, tarixi ənənə və tərəqqinin vəhdətini ehtiva edən azərbay­cançılığın təməl anlayışlarından biri də xalqımızın eyni tarixi köklər, dil, mədəniyyət və mənəviyyat ortaqlığı ilə bağlandığı türk və islam dünyası ilə birliyinin prioritetliyidir. Türk xalqlarının birliyini, “bir millət – iki dövlət” formulu ilə ifadə olunan konseptual ideyasını ilk növbədə gerçək fəaliyyət, əməkdaşlıq, tərəfdaşlıq proqramı kimi təqdim edən Heydər Əli­yevin bu birliyin ideoloqu və təşkilatçısı kimi həyata keçirdiyi tədbirlər, ümumtürk mənəvi sərvətləri olan ana dili, mədəniyyət abidələrimiz, ədəbiyyat və sənətimizlə bağlı imzaladığı fərmanlar, sərəncamlar bu baxımdan müstəsna rol oynamış tarixi hadisələr kimi şərh olunur. Məhz Ulu öndərimizin milli-mənəvi dəyərlərin qorunub yaşadılması uğrunda yorulmaz işində beynəlxalq arenaya diqqət ayırması , onun bütün siyasi kursunun hər tərəfli uğurları kimi bu sahədə də yeni müsbət çalarla üzə çıxarmışdır. Bununla bağlı hələ sovet dönəmində İran Azərbaycanının və bütün dünya azərbaycanlılarının məşhur şairi M.Şəhriyarın milli-mənəvi dəyərlərimizin təbliğnə həsr olunmuş ədəbi irsinin çapı və təbliği, türkdilli xalqların beynəlxalq mədəniyyət qurumu olan TÜRKSOY-un fəaliyyətilə əlaqədar yeni fəaliyyət proqramının qəbul edilməsi, “Manas” dastanının 1000 illik yubileyinin keçirilməsi tədbirlərində yaxından iştirak etməsi, və s. bu deyilənlərə bir daha sübutdur. Qırğız xalqının qədim qəhrəmanlıq eposu olan “Manas”ın 1000 illik tədbirlərində iştirak edərkən Bişkekdə Heydər Əliyev demişdir: “Manas” dastanının 1000 illik yubileyi qırğız xalqının böyük tarixini dünyaya bir daha nümayiş etdirir. Qardaş qırğız xalqı “Manas” dastanının qoyduğu yolla gedir. Min il, əsrlərdən əsrlərə böyük yol keçmiş “Manas”ın dahi fikirləri, dahi sözləri bu yolu daim işıqlandırmışdır. ”Manas” qırğız xalqının müdriklikliyinin rəmzidir, zəka­sı­nın, qəhrəmanlığının, cəsarətinin rəmzidir. ”Manas” qırğız xalqının daim vətənpərvər olduğunu, ədalətsevər, azadlıq sevər olduğunu, cəsarətli olduğunu bütün dünyaya nümayiş etdirir. ”Manas” qırğız xalqının böyük mədəni və mənəvi sərvətidir, bütün dünya sivilizasiyasının, bəşəriyyətin dəyərli sərvətidir, türk dünyasının, türkdilli xalqların, islam dünyasının böyük mənəvi sərvətidir. ”Manas ”eyni zamanda Azərbaycan xalqına məx­susdur, Azərbaycan xalqının da mənəvi sərvətidir. ”Manas” bizim hamımızın, bütün türk xalqlarımızın hamısının ulu babasıdır” (11, 283).

Sovet Azərbaycanının rəhbəri olan Ulu öndər 1972-ci ildə böyük söz ustadı Aşıq Ələsgərin 150 illik yubleyin keçirilməsi münasibətilə fərman imzalayır, eyni zamanda bu tədbirdə yaxından iştirak edərək onun yaradı­cılığına dərin məhəbbətini də bildirmişdir. Yubiley tədbirləri Bakıdan başlayıb, bir neçə gündən sonra ustad aşığın ana vətəni Göyçə mahalının Ağkilsə kəndində də Bakıdan gəlmiş məşhur folklorşünas alimlərin, şairlərin, incəsənət ustalarının iştirakıyla keçirilmişdir. Aşıq Ələsgərin 150 illik yubileyi Ulu öndərin qayğısıyla Moskvanın İttifaqlar evinin sütunlu sarayında da qeyd olunmuşdur. Eləcə də Aşıq Alının 180 illik yubileyinin geniş və təntənəli keçirilməsi xalqın milli-mənəvi dəyərlərinə qayğı göstərən Heydər Əliyevin diqqətində olub. Bu yubiley fərmanda nəzərdə tutulduğu kimi, 1981-ci ilin 22 noyabrında M.Moqamayev adına Azər­bay­can Dövlət Filarmoniyasında keçirilib. Milli-mənəvi dəyərlərin qorunması işində tarixi addımlar atmış Heydər Əliyev sübut etmişdi ki, ”Kitabi Dədə Qorqud” dastanı məhz Azərbaycan xalqına məxsusdur. Eyni zamanda Ulu öndərin təşəbbüsüylə qədim eposun tarixinə yenidən baxılması işi də əsərin tarixini 600 il qədimə aparmışdır.

Ümummilli liderimiz Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanı­nın dünya səviyyəsində 1300 illik yubileyinin keçirilməsi haqqında 20 aprel 1997-ci il tarixli fərman imzalamışdı. Fərmanda deyilir: “Kitabi-Dədə Qorqud” dastanının fövqəladə əhəmiyyəti ondan ibarətdir ki, o, bizim tariximizin 1300 illik dövrünü həm əks etdiririr, həm də bir daha təsdiq edir. Oğuz-türk mənşəyimizi və zəngin tariximizi sübut edir. Bunlar bizim hamımız üçün, xalqımızın bu günü, gələcəyi üçün çox əhəmiyyət­lidir. Ulu xalqımızın yeddinci əsr abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı da YUNESKO-nun Ümumdünya irs siyahısına daxil edilmişdir. “Kitabi-Dədə Qorqud” milli mədəniyyətimizin iftixarı olmaqla bərabər, qədim türk bədii təfəkkürünün ən qiymətli incilərindən biridir.

O günlərin əsas iştirakçılarından olmuş akademik Yaşar Qarayev yazıb ”Dədə Qorqud tədbirlərinin belə yüksək səviyyədə keçirilməsində də bu dastanı artıq qələmlə, kağızla yox, əməldə, işdə yazan, boy boy­la­yan, söz söyləyən, qol qollayan ən ali rəsmi sənəddə (Fərmanda!) imza imzalayan bir ərənin xidməti var: “Bu, yubileyin təşəbbüsçüsü, ilhamçısı və hamisi, onun təşkilat başçısı Prezident Heydər Əliyevdir”.

1300 illik zaman kəsimində və türklüyün bütövlükdə coğrafiyası miqyasında ilk dəfədir ki, bu eposa dövlət səviyyəsində təqdirli münasibət bəyan olundu. Ağırlı və kədərli keçmişin (zorakı, ehkamçı Stalin və Bağırov rejiminin!) bu dastana münasibətdə yol verdiyi xətaya, hətta Dədə Qorqudun rəsmi dövlət sənədi səviyyəsində ”xalq düşməni” elan olunması kimi hüquqi cinayət aktına da mənəvi-vicdani və tarixi bəraəti Dövlət Yubiley Komissiyasının rəhbəri, prezident Heydər Əliyev verdi. (15, 6).

Hər bir azərbaycanlının Dədə Qorqud eposuyla fəxr etməli olduğunu qeyd edən görkəmli alimlərimiz, eyni zamanda,milli tariximizin dünəni, bu günündəki rolunu “Milli varlığımızın mötəbər qaynağı ”kimi əhəmiy­yət­ləndirən Heydər Əlirzaoğlunun dediyi kimi: ”Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz ”Kitabi-Dədə Qor­qud” eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq, bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətin xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər də çox sevəcəkdir” (8, 126).

Bu sətirlər ”Heydər Əliyev: Müstəqilliyimiz əbədidir” çoxcildliyinin ”Azərnəşr” tərəfindən çapdan çıxmış 26 cildindən –Prezident Heydər Əliyev 2000-ci il aprelin 9-da ”Kitabi Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimindəki nitqindən qeyd olunub.

Kitabi Dədə Qorqud ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının tarixinin, etnik təfəkkürünün güzgüsüdür. Akademik Tofiq Hacıyev deyib:” Mən vaxtı ilə bir müqayisə işlətmişdim: bir zaman­lar Nizami Gəncəvi ətrafındakı mübahisəni SSRİ dövlətinin başçısı həll etmişdi. İndi Azərbaycan Respublikasının dövlət rəhbəri öz fərmanıyla Dədə Qorqudu Azərbaycan vətəndaşı elədi. Bu, bir şirin yuxunun dürüst çıxması idi. Yuxunun reallaşması dövlət müstəqilliyinin bəhrəsidir. Fərman iki iş gördü: 1. “Dədə Qorqud kitabı” bizim oldu, 2.Yazılı ədəbiy­yatımız altı əsr tarixin dərinliyinə getdi.”(15, 8-9).

Ulu öndər Heydər Əliyevin “Dədə Qorqud kitabı” haqqındakı fərman sonra AMEA Folklor Institunun yaranmasına, “Qorqudşünaslıq” şöbəsinin yaradılmasına və “Dədə Qorqud” toplusunun nəşrində əməli iş görüb. Ulu öndər “Dədə Qorqud kitabı”nın 1300 illik yubileyinin qeyd edilmasini belə vurğulayır: ”Bu gün Azərbaycan xalqı möhtəşəm “Dədə Qorqud kitabı”eposunun 1300 illiyini böyük bayram kimi qeyd edir. Bu yubiley bizim üçün, bütün türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi bir hadisədir. Bu, bizim tarixi kökləri­mizə, milli ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çoxəsrlik tarixinə olan hörmət, ehtiram bayramıdır. Bu bizim milli azadlığımızın, dövlət müstəqilliyimizin bayramıdır.

Azərbaycan xalqının, bütün türkdilli xalqların böyük tarixi abidəsi olan “Dədə Qorqud kitabı” 1300 ildir ki, yaşayır. Əgər 1300 ildən də öncə “Dədə Qorqud kitabı”dastanlarının yaranması üçün xalqlarımızın nə qədər çalışdığını və nəhayət bu tarixi abidəni yaratdığını nəzərə alsaq, onda təsəvvür edə bilərik ki, bizim xalqlarımızın nə qədər qədim tarixi, dərin kökləri və nə qədər zəngin mədəniyyəti vardır. 1300 il ərzində ”Kitabi Dədə Qorqud” bütün çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, 1300 il ərzində bizim xalqlarımıza mənəvi qida olmuş, onların yaşamasına, mübarizə aparmasına, öz milli mənliyini dərk edib, hifz etməsinə daim yardım olmuşdur” (15, 57-58)

Ümummilli lider eposun yenidən tədqiqini,bu qədər beynəlxalq araşdırmaçıların, 8 türkdilli dövlət başçılarının bir araya gəlməsini çox önəmləmişdir. Bu tədbirlərin nəticəsində artıq dünya bir daha anlayıb ki, Azərbaycan xalqı nə qədər dünya sivilizasiyasına töhfələr vermişdir. ”Kita­bi Dədə Qorqud”un bunların içərisində xüsusi yeri vardır. ”Kitabi Dədə Qorqud” bizim ana kitabımızdır. Dədə Qorqud bizim ulu babamız­dır, əcdadımızdır. Biz fəxr edirik ki, ”Kitabi Dədə Qorqud” kimi tarixi abidəmiz vardır, fəxr edirik ki, ”Kitabi Dədə Qorqud” kimi ulu əcdadımız vardır. ”Kitabi Dədə Qorqud” xalqları və millətləri daim birliyə, sülhə dəvət edibdir. 1992-ci ildə Türkdilli Dövlətlər Birliyinin –TÜRKSOY-un yaranması Dədə Qorqud vəsiyyətlərinin yerinə yetrilməsinin parlaq nümunəsidir” (13,60-62) ”

Prezident Heydər Əliyev ”Kitabi Dədə Qorqud”un birliyə çağsrışını bu gün hər bir türkdilli xalqlar üçün Dövlət müstəqilliyi yolu ilə gedən ölkələrdə, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu aparan Azər­bay­canı­mızda milli birlik, milli həmrəyliyin hər şeydən vacib olduğunu daha da önə çəkib. O vurğulayıb ki, kitabın 1300 illiyini qeyd edərək, xalqımızın dədəmizin vəsiyyətlərindən nəticə çıxararaq, daim dövlətçiliyi­mizin möhkəmlənməsi, vətənə sədaqət, vətənpərvərlik yoluyla gedərək, ölkəmiz yolunda mübarizə aparacağıq. Ulu öndər qeyd edir ki, ”Kitabi Dədə Qorqud” qəhrəmanlıq dastanıdır. Eyni zamanda dünya şöhrətli Hey­dər Əliyev eposun hazırki məqamda Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu bir vaxtda, insanları, xalqları sülhə, barışa dəvət edibdir. Bizim xalqımızın da kitabda yurd andına sadiq qalaraq, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana edilən təcavüz nəticəsində torpaqlarımı­zın 20 faizinin işğal olunması, işğal ərazilərindən bir milyondan çox həmvətənimizin yerindən-yurdundan qovulmasını, didərgin edilməsinə baxmayaraq, yenə də xalqımız dünyaya öz sülhsevərlik siyasətini nümayiş etdirirdiyini, xalqımızın yenə də Dədə Qorqud yoluyla, sülh yoluyla getdiyini və bütün türkdilli dövlətlərdə sülhün, əmin-amanlığın bərqərar olmasını istədiyini bəyan edib.” ”Kitabi Dədə Qorqud” özündə böyük elmi, mədəni, mənəvi fikirlər cəmləşdirən abidədir... Yubiley komissiya­sının üzvləri, Azərbaycanın alimləri, tədqiqatçıları, yazıçıları, ictimai xadimləri tərəfindən görülən işlər yüksək qiymətə malikdir. Ona görə də bu gün, bu yubiley günü mən ”Kitabi Dədə Qorqud” un tədqiqi, təbliği ilə məşğul olmuş və bu yubiley mərasimlərinə çox dəyərli elmi əsərlər, kitablar hazırlamış alimlərimizə, yazıçılarımıza, bütün vətəndaşlarımıza təşəkkür edirəm”.

Ulu öndər Heydər Əliyev bütün zamanlarda həyatının hər mərhələ­sini sanki proqramlaşdırır və bu proqram üzrə də siyasətini qurubdur. Elə buna görədir ki, bütün işlərinin həyata keçirilməsindən öncə həmişə onu geniş müzakirə edərdi. O, həmişə ictimaiyyətin fikrinə, qarşılıqlı mövqe­lərin toqquşmalarından yaranan həqiqətlərin ümumi axarına yeni nizam verməyi sevərdi. H.Əliyevin ortaya qoyduğu, müzakirəyə çıxartdığı prob­lemlər özü də ondan hansı nəticə alınacağını sanki fövqəl qüvvəli hissiy­yatla xəbərdar edirdi. Alimlərimizin əksəriyyəti Ulu öndərin bütün siyasi, sosial, ictimai, mədəni proqramlarında həmişə elmiliyin, fundamentallığın olduğunu vurğulayıblar. Həmişə də son qərarı verən Ulu öndər bütün strateji, elmi proyektlərin sonunun nəticə etibarilə məhz onun istədiyi kimi alınması da bütün dediklərimizə sübutdur. Bəli, onun milli mənəvi dəyərlərin qorunub yaşadılması siyasətinin də özəyini elmilik təşkil edibdir. Proseslərin daim diqqətdə saxlanması, aşkarlıq şəraitində müza­kirə­lərin aparılması və yekunun hamı üçün aydın məcrada olması da böyük siyasət idi. Akademiyanın müxbir üzvü Nizami Cəfərov yazır: ”Ziyalılıq Heydər Əliyevin yürütdüyü idarəçilik siyasətinin mahiyyətində idi – 70-ci, 80-ci illərdə Azərbaycan yazıçılarının, bəstəkarlarının, rəssam­la­rının və s. elə bir qurultayı olmamışdı ki, respublika əhəmiyyətli elə bir məsələ yox idi ki, MK-nın birinci katibi mütəxəssislərlə məsləhətləş­məsin. Təsərrüfat işlərindən başlamış ən mürəkkəb ideoloji problemlərin həllinə qədər Heydər Əliyev məhz elmi yanaşma tərəfdarı idi. Onun həyata keçirdiyi bütün tədbirlər həm də bir intellekt əsəri, gələcəyə hesab­lanmış təcrübə mənbəyi idi… Azərbaycanlı gənclərin SSRİ-nin mötəbər ali məktəblərində təhsil almasını təmin edəndə də, milli təhsilin keyfiy­yətini yüksəltmək, miqyasını genişləndirmək, Elmlər Akademiya­sının fəa­liy­yətini canlandırmağa çalışanda da, görkəmli fikir adamlarını respub­likanın ictimai həyatında yaxından iştiraka cəlb edəndə də Azərbaycan ziyalılığının potensialını hərəkətə gətirir, yeni tipli ziyalı zümrəsinin for­malaşmasının əsasını qoyurdu. Heydər Əliyev elə ilk illərdən Moskvanın təyin etdiyi yüksək çinli məmur – icraçı imicini sındırdı; o, dövlət idarəedicisindən çox millət qurucusu kimi fəaliyyət göstərməyə başladı ki, bunu ancaq yüksək səviyyəli ziyalı təfəkkürü ilə etmək olardı” (18).

Ulu öndər siyəsatinin məğzində erudisiya ilə, millilik, novatorluqla ardıcıllıq, yüksək mədəniyyət və kollegiyalılıq, intellektuallıq və yüksək zövq bir-birini həmişə izləmiş, eyni zamanda birindən o birini ayırmaq qeyri-mümkün olmuşdur. Ona görə də Heydər Əliyev şəxsiyyəti bütün Azərbaycanın rəhbər-xadim siyasətində bir fədai kimi tarixdə qalıb. O ilk növbədə siyasətinin fədaisi idi. Xüsusilə də xalqın milli məsələləriylə bağlı, mənəvi dəyərlərinin qorunmasıyla əlaqəli hər hansı problemdə heç vaxt addımını geriyə qoymazdı. Əksinə yaranmış problemin üzərinə gedərdi. Çünki o, Ulu öndər kimi xalqının və siyasətinin fədaisi idi. Son anına qədər də bu ideyaya sadıq qaldı.

1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə