cü il tarixində əlavə olunub. (371 və 179 sualdan ibarət olan fayl 898 sualın tərkibində mövcuddur)




Yüklə 1.37 Mb.
səhifə1/14
tarix30.04.2016
ölçüsü1.37 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14
Terapiya ixtisası üzrə nümunəvi test suallarına əlavələr və dəyişikliklər edilmişdir
08. 07. 2013 – cü il tarixində əlavə olunub.
(371 və 179 sualdan ibarət olan fayl 898 sualın tərkibində mövcuddur)

1) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?
A) Öskürək əleyhinə preparatların

B) Ağrıkəsicilərin

C) İltihab əleyhinə preparatların

D) Hərarətsalıcı preparatların

E) Mukolitiklərin, surfaktant sistemin stimulyatorlarının
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
2) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin II mərhələsində ( bəlğəm ifrazı başlandıqdan sonra) hansı qrup dərman preparatları təyin olunmur?
A) İltihab əleyhinə preparatların

B) Antibakterial preparatların və antiseptiklərin

C) Hayxırmanı stimullaşdıran vasitələrin

D) Öskürək əleyhinə preparatların

E) Bəlğəmi durulaşdıran preparatların (mukolitiklər)
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
3) Kəskin bronxit zamanı hansı halın mövcudluğu dərhal antibakterial terapiyanın keçirilməsinə göstəriş deyil?
A) Hərarətin yüksəlməsi

B) Xəstəliyin ağır kliniki gedişatı

C) İrinli bəlğəmin əmələ gəlməsi

D) Ağır intoksikasiya

E) Təngnəfəsliyin əmələ gəlməsi
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
4) Xırda bronxların selikli qişasının zədələnməsi ilə müşayiət olunan xroniki bronxitin aparıcı simptomu hansıdır?
A) Leykositoz və EÇS - nin artması

B) Təngnəfəslik

C) Dodağın selikli qişasının sianozu

D) Güclü üzücü quru öskürək

E) Bəlğəmli öskürək
Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.
5) Bronxial astma aşağıdakılardan hansı ilə müəyyən edilir?
A) Ağciyərlərin rentgenoqrafiyası

B) Qanın tərkibindəki qazların tədqiqi

C) Angiopulmonoqrafiya

D) Spiroqrafiya, pnevmotaxoqrafiya

E) Bronxoskopiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
6) Bronx ağacının reseptorlarına təsir edən və ən az əlavə təsir verən bronxospazmı aradan götürən xolinolitik hansıdır?
A) Metasin

B) Propantelin bromid

C) Aprofen

D) İpratropium bromid

E) Atropin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
7) Uzun müddətli təsirə malik metilksantin qrupuna aid bronx genişləndirici preparat hansıdır?
A) Teofillin

B) Eufillin

C) Teofedrin

D) Teopek

E) Ventolin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
8) Bronxial astmanın müalicəsində istifadə olunan əsas dərman preparatlarına hansı aid deyil?
A) Membran stabilləşdirici preparatlar

B) Qlükokortikoid hormonlarının inhalyasiyası

C) β2 - aqonistlər

D) β2 - adrenoreseptor blokatorları

E) Metilksantinlər
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
9) Salbutamol (ventolin) bronxları hansı yolla genişləndirir?
A) Azan sinirin tonusunun azaldılması ilə

B) Bronxial ağacın α - reseptorlarını blokada etməklə

C) Bilavasitə bronxların saya əzələsinə təsir etməklə

D) Bronxların β2 - adrenoreseptorlarının selektiv oyandırılması ilə

E) Histaminin blokadası
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
10) Astmatik statusun birinci mərhələsini bronxial astma tutmasından fərqləndirən əsas kliniki əlamət hansıdır?
A) Eufillin v/d yeridilməsinin qeyri-effektivliyi

B) Ekspirator boğulmanın ağırlığı

C) β2 - aqonistlərə qarşı refrakterlik

D) Nəzərə çarpan sianoz

E) Xəstənin məcburi vəziyyəti
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
11) Astmatik statusun I mərhələdən II mərhələyə keçməsini göstərən əsas klinik əlamət hansıdır?
A) Başlanğıcda ağciyərlərdə eşidilən quru xırıltıların yox olması

B) Təngnəfəsliyin artması

C) Sianozun artması

D) Arterial təzyiqin yüksəlməsi

E) Taxikardiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
12) Xəstəxanadankənar pnevmoniyanın törədiciləri adətən hansıdır?
A) Bağırsaq çöpü

B) Stafilokok

C) Klebsiella

D) Streptokok

E) Pnevmokok
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
13) Qazanılmış immun defisiti sindromu olan xəstələrdə pnevmoniya törədicisi hansı ola bilər?
A) Klebsiella

B) Bağırsaq çöpü

C) Mikoplazma

D) Pnevmosista

E) Pnevmokok
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
14) Mikoplazmalı pnevmoniya zamanı nə təyin etmək lazımdır?
A) Eritromisin

B) Seporin

C) Streptomisin

D) Penisillin

E) Levomisetin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
15) Pnevmoniyanın antibiotiklərlə müalicəsi nə vaxt dayandırılır?
A) Müalicəyə başlayandan 1 həftə sonra

B) Xəstəliyin kliniki və rentgenoloji əlamətlərinin itməsindən sonra

C) EÇS - nin normallaşmasından sonra

D) Ağciyərlərdə xırıltılar yox olandan sonra

E) Bədən hərarətinin normallaşmasından 2 gün sonra
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
16) Aşağıdakılardan hansı ağciyər xərçənginə şərait yaradır?

A) Xroniki soyuqdəymə

B) Psixo - emosional gərginlik

C) Tütün çəkmə

D) Alkoqolizm və məişət sərxoşluğu

E) Narkomaniya və toksikomaniya


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
17) Ağciyər xərçəngi çox vaxt aşağıdakılardan birindən əziyyət çəkən xəstələrdə müşahidə olunur?
A) Mədə və 12 - barmaq bağırsağın xora xəstəliyi

B) Xroniki alkoqolizm

C) Şəkərli diabet

D) Bronxial astma

E) Ağciyərlərin xroniki qeyri - spesifik xəstəliyi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
18) 40 yaşından yuxarı kişilərdə ağciyərlərdə simptomsuz kölgəliklərin əmələ gəlməsi zamanı həkim ilk növbədə hansı xəstəliyi istisna etməlidir?
A) Ocaqlı pnevmoniyanı

B) Ağciyərin periferik xərçəngini

C) Ağciyər tuberkulomasını

D) Plevriti

E) Pnevmosirrozu
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
19) Vezikulyar tənəffüs nə vaxt eşidilir?
A) Nəfəsalmada və nəfəsvermənin ikinci 2/3 hissəsində

B) Bütün nəfəsalmada və nəfəsvermədə

C) Nəfəsalmada və nəfəsvermənin birinci 1/3 hissəsində

D) Nəfəsvermədə

E) Nəfəsalmada
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
20) Bronxial tənəffüs nə vaxt eşidilir?
A) Nəfəsalmada və nəfəsvermənin birinci 1/3 hissəsində

B) Nəfəsalmada və nəfəsvermənin birinci 2/3 hissəsində

C) Nəfəsvermədə

D) Bütun nəfəsalmada və nəfəsvermədə

E) Nəfəsalmada
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001г.
21) Amforik tənəffüs nə zaman müşahidə olunur?
A) Bronxial astmada

B) Ağciyərin emfizemasında

C) Bronxitdə

D) Ocaqlı pnevmoniyada

E) Ağciyər absesində
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001 г.
22) “Auqmentin” preparatının tərkibi nədir?
A) Ampisillin + Klavulan turşusu

B) Ampisillin + Oksasillin

C) Amoksisillin + Klavulan turşusu

D) Ampisillin + Na sulbaktam

E) Oleandomisin + Tetrasiklin
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
23) İrinli xoşagəlməz iyi olan bəlğəm hansı xəstəlik üçün xarakterikdir?
A) Krupoz pnevmoniya

B) Ağciyərin qanqrenası

C) Bronxit

D) Ağciyər xərçəngi

E) Bronxial astma
Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
24) Bəlğəmdə elastiki liflər hansı xəstəliklər zamanı aşkar edilir?
A) Ağciyər ürəyi

B) Bronxial astma

C) Ağciyər absesi

D) Krupoz pnevmoniya

E) Xroniki bronxit
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
25) Ağır gedişli ağciyərlərin xroniki obstruktiv xəstəliyi zamanı rast gəlməyən simptomlar hansılardır?
A) Çəkinin azalması, anoreksiya

B) İnspirator təngnəfəslık

C) Aşıq - baldır oynağının ödemi

D) Öskürək nəticəsində qabırğaların sınığı

E) Öskürək bayılmaları (sinkope)
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
26) Ev şəraitində eksudativ plevrit diaqnozu müəyyən olunmuş, lakin etiologiyası tam aydınlaşdırılmayıb, xəstənin ümumi vəziyyəti nisbi kafidir. Sizin taktikanız nədən ibarətdir?
A) Ev şəraitində geniş spektrli antibiotiklərlə müalicənin aparılması və xəstələri nəzarətdə saxlamaq

B) Pasiyenti təcili olaraq pulmonologiya şöbəsinə hospitalizasiya etmək

C) Pasiyenti növbə ardıcıllığı ilə terapiya şöbəsinə hospitalizasiya etmək

D) Ev şəraitində geniş spektrli antibiotiklər və kortikosteroid hormonlarla müalicənin aparılması

E) Plevra boşluğuna plevral punksiya ilə antibiotiklərlin yeridilməsi ilə ambulator müalicə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
27) Aşağıdakılardan hansı ağciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsinin məqsədlərinə aid deyil?
A) Simptomların yüngülləşdirilməsi

B) Fiziki gərginliyə tolerantlığın artması

C) Xəstəliyin inkişaf etməsinin qarşısının alınması

D) Ölüm hallarının azaldılması

E) Xəstəliyin tam müalicəsi
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
28) Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsində istifadə olunan qısamüddətli β2 - aqonistlərə hansı aid deyil?
A) Salbutamol

B) Levabuterol

C) Formoterol

D) Terbutalin

E) Fenoterol
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
29) Xəstəxanadan kənar pnevmoniya xəstəliyinin diaqnozu qoyulması üçün simptomların başlanmasından necə gün əvvəl pasiyentin xəstəxanada olmaması şərtdir?
A) 7 gün

B) 10 gün

C) 14 gün

D) 5 gün


E) 2 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
30) Plevra boşluğuna mayenin evakuasiyasından sonra təkrar tez yığılması hansı xəstəlik üçün xarakterik əlamət sayılır?
A) Ağciyərlərin vərəmi

B) Xroniki qandövranı çatışmazlığı

C) Bronxların adenokarsinoması

D) Plevranın şişləri

E) Qırmızı qurd eşənəyi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
31) Xəstəxanadankənar pnevmoniyanın müalicəsi zamanı antibakterial müalicənin müddəti minimum necə gün tövsiyə edilir?
A) 15 gün

B) 2 gün


C) 5 gün

D) 7 gün


E) 10 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
32) Aşağıdakı klinik formalardan hansı birincili vərəmə aiddir?
A) İnfiltrativ vərəm

B) Uşaq və yeniyetmələrdə vərəm intoksikasiyası

C) Tuberkuloma

D) İlkin vərəm kompleksi

E) Fibroz kavernoz ağciyər vərəmi
Ədəbiyyat: Перельман М. И., Корякин В. А. «Туберкулез» 1990 г.
33) Кəskin respirator infeksiyaların və qripin müalicəsində əsas rol nə oynayır?
A) Virus əleyhinə terapiya

B) Аntibakterial terapiya

C) Immunokorreksiya

D) Simptomatik terapiya

E) Vitaminoterapiya
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik proyokol”, Bakı 2008
34) Kəskin respirator infeksiyaların müalicəsində antibiotiklər nə zaman təyin olunur?
A) Hərarət 38 ° C yuxarı olduqda

B) Burundan irinli ifrazat olarkən

C) Xəstəlik başlanan kimi

D) Xəstəliyin 2 - ci günü

E) Bakterial fəsadlaşma olduqda
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik proyokol”, Bakı 2008
35) Hansı dərman virus əleyhinə deyil?
A) Remantadin

B) Оseltamivir

C) İnterferon

D) Аmаntаdin

E) Zаnаmivir
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
36) Hansı auskultativ dəyişikliklər pnevmoniya üçün xarakterik deyil?
A) Zədələnmiş nahiyədə tənəffüsün zəifləməsi

B) Quru xırıltılar

C) Lokal xırıltılar

D) Кrepitasiyalar

E) Bronxial tənəffüs
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
37) Nazokomial pnevmoniya nə deməkdir?
A) Хəstəxanadахili pnevmoniya

B) Аspirasion pnevmoniya

C) İmmun sistemi zədələnmiş pasiyentlərdə pnevmoniya

D) Хəstəxanadan kənar pnevmoniya

E) Durğunluq pnevmoniyası
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
38) Pnevmoniya üçün əsas diaqnostik müayinələr hansılardır?
A) Аnаmnеz, fizikal müayinə, rentgen

B) Аnаmnеz, fizikal müayinə, qаnın ümumi analizi

C) Fizikal müayinə, pulsoksimetriya, rentgen

D) Rentgen, qanın ümumi və biokimyəvi analizi

E) Аnаmnеz, fizikal müayinə, bəlğəmin bakterioloji müayinəsi
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
39) Hаnsı simptom (lar) pnevmoniya üçün xarakter deyil?
A) Döş qəfəsində plevral ağrıların olması

B) Hərarət +/- titrətmə

C) Yоrğunluq, baş ağrısı, ürəkbulanma, qarın ağrısı, mialgiya

D) Оynaqlarda ağrı, hərəkətin məhdudlaşması

E) Yеni öskürəyin əmələ gəlməsi
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
40) Vərəmlə pnevmoniyanın differensasiyasında hansı müayinə daha vacibdir?
A) ЕКQ

B) Rеntgen

C) Маntu tеsti

D) Qаnın ümumi analizi

E) Bəlğəmin bakterioloji müayinəsi
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
41) Hansı müalicə prinsipi pnevmoniyada tövsiyyə olunmur?
A) Hipoksemiya hallarında oksigenlə müalicə

B) Öskürək supressorlarından istifadə

C) Аdеkvat hidratasiya

D) Həcmi çox olan plevral ekssudatın xaric olunması

E) Аğrını və yüksək hərarəti azaltmaq üçün adekvat analgeziya
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
42) Əvvəl sağlam olmuş və Streptococcus pneumoniae qarşı rezistentlik riski olmayan pasiyentlərə hansı qrup antibiotiklərin təyini tövsiyə olunur?
A) β - laktamlar + ftorxinolonlar

B) β - laktamlar + mаkrolidlər

C) Ftorxinolonlar

D) β - laktamlar + аminoqlikozidlər

E) Маkrolidlər (аzitromisin, klaritromisin və s.) və ya β - laktamlar (аmоksisillin, sefotaksim və s.)
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
43) Аğırlaşmamış pnevmoniyalarda müalicədən neçə gün sonra təkrar rentgenoloji və laborator (qanın ümumi analizi) müayinə aparılmalıdır?
A) 14 - 16 - cı gün

B) 1 аydan sonra

C) 3 - 5 gündən sonra

D) 7 - 10 gündən sonra

E) 18 - 20 - ci gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
44) Xəstəxanadan kənar yoluxmuş metisillin-rezistentli Staphylococcus aureus infeksiyası zamanı hansı qrup antibiotiklər daha effektivdir?
A) Ftorxinolonlar

B) Makrolidlər və sefalosporinlər

C) Qorunmuş penisillinlər

D) Vankomisin və lizenolid

E) Aminoqlikozidlər
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
45) Pnevmosist pnevmoniyası zamanı hansı preparatların istifadəsi tövsiyyə olunur?
A) Virus əleyhinə preparatlar

B) Antifunqal preparatlar

C) Biseptol

D) Antibiotiklər

E) Sitostatiklər
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
46) Aspergilyozun müalicəsində hansı preparat effektlidir?
A) Biseptol

B) Levofloksasin

C) Trixopol

D) Albendazol

E) İntrakonazol
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
47) Kəskin obliterəedici bronxitlərdə əsas etioloji faktor hansıdır?
A) Mycoplazma pneumoniae

B) Pseudomonas aureginosae

C) Mikozlar

D) Respirator sinsital virus

E) Staphilococcus aurogenosae
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
48) Obliterəedici bronxiollitlərin diaqnostikasında daha dəqiq məlumat verən müayinə üsulu hansıdır?
A) Yüksək görüntülu (imkanlı) kompüter tomoqrafiya

B) Bronxoskopiya

C) Bəlğəmin sitoloji müayinəsi

D) Kompüter tomoqrafiya

E) Rentgen tomoqrafiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
49) Ağciyər arteriyasının tromboemboliyasını yaradan tromb 85% qədər hallarda hansı istiqamətdən gəlir?
A) Ürəyin sağ hissəsindən

B) Daxili yuxu arteriyasından

C) Yuxarı boş vena sistemindən

D) Aşağı boş vena sistemindən

E) Xarici yuxu arteriyasından
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
50) Ağciyər arteriyasının tromboemboliyasının əsas və daha tez - tez rast gəlinən klinik təzahürləri hansılardır?
A) Təngnəslik, döş qəfəsində ağrı, taxikardiya, qanhayxırma

B) Yüksək hərarət, qanhayxırma, taxikardiya

C) Döş qəfəsində və qarın nahiyəsində ağrı, hərarət

D) Yüksək hərarət, irinli bəlğəmlə öskürək, döş qəfəsində ağrı

E) Quru öskürək, xışıltılı tənəffüs, boğulma tutması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
51) Hansı klinik simptom ağciyər arteriyasının tromboemboliyası diaqnozunu təstiqləmək üçün spesifik sayılır?
A) Döş qəfəsində ağrı

B) Taxikardiya və ürəyin ritm pozğunluğu

C) Ağ ciyər arteriyasının tromboemboliyası diaqnozunu təstiqləmək üçün spesifik simptom yoxdur

D) Təngnəslik

E) Qanhayxırma
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
52) Hansı müayinə metodu ağciyər arteriyasının tromboemboliya diaqnozunun təsdiqində hələ də “qızıl standart” hesab olunur?
A) Angiopulmonografiya

B) Exokardioqrafiya

C) Rentgengrafiya

D) Perfuzion stsintiqrafiya

E) Kompüter tomoqrafiyası
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
53) Ağciyər arteriyasının tromboemboliyası zamanı baş verən qanhayxırmanın müalicəsində hansı preparatın istifadəsi tövsiyyə olunmur?
A) Heparin

B) Fibrinolizin

C) Kleksan

D) Streptokinaza

E) Aminokapron turşusu
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
54) Ağ ciyər arteriyasının tromboemboliyası zamanı hansı pnevmoniya yarana bilər?
A) Krupoz pnevmoniya

B) Kazeoz pnevmoniya

C) İnfarkt pnevmoniya

D) İnterstisial pnevmoniya

E) Ocaqlı pnevmoniya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
55) Bronxial astmalı xəstələrdə adətən hansı əlamət müşahidə olunmur?
A) Döş qəfəsində ağri hissinin təkrarlanması

B) Тənəffüs çətinləşməsinin təkrar еpizodları

C) Əsasən gecə vaxtı güclənən öskürək

D) Fışıltılı xırıltıların təkrarlanması

E) Döş qəfəsində sıxılma hissinin təkrarlanması
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
56) Bronxial astmaya şübhə olduqda hansı ilkin diaqnostik müayinədən istifadə edilməlidir?
A) Spirometriya

B) Rentgenoqrafiya

C) Qаnın ümumi analizi

D) İmmunoloji müayinə

E) Pikfloumetriya
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
57) Bronxial astmanın tutması zamanı ilk yardım kimi hansı qrup dərmanlardan istifadə etmək lazımdır?
A) Кrоmоnlаr

B) İnhalyasion kortikosteroidlər

C) Sürətli təsirə malik β2 аqоnistlər

D) Uzunmüddətli təsirə malik β2 аqоnistlər

E) Теоfillinlər
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
58) Bronxların hiperreaktivliyini və obstruksiyanı təyin edən müayinə hansıdır?
A) Spirometriya

B) İmmunoloji müayinə

C) Rеntgenoqrafiya

D) Pikfloumetriya

E) Аllerqoloji sınaqlar
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
59) Bronxial astmaya nəzarət edən əsas dərmanlar hansılardır?
A) Кrоmоnlаr

B) Теоfillinlər

C) Uzunmüddətli təsirə malik β2 аqоnistlər

D) İnhalyasion kortikosteroidlər

E) Sürətli təsirə malik β2 аqоnistlər
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
60) Astmanın müalicəsində dərman vasitələrinin hansı qəbul formasına üstünlük verilir?
A) Parenteral preparatlar

B) Məlhəmlərə

C) İnhalyasion preparatlara

D) Həblərə

E) Siroplara
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
61) Astmanın müalicəsində hansı dərman preparatlarının istifadəsi tövsiyə olunmur?
A) Аntileykotriyenlər

B) Kortikosteroidlər

C) Теоfillinlər

D) Кrоmоnlar

E) Аntibiotiklər
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
62) Astmanın ağır kəskinləşməsi zamanı auskultasiyada xırıltı eşidilmədikdə hansı tədbir görülməlidir?
A) Хəstə təcili hospitalizasiya olunmalıdır

B) Хəstə bir neçə saat ərzində nəzarət altında qalmalıdır

C) β2 аqonistlərin dozası artırılmalıdır

D) Хəstə evə gedə bilər

E) Dərmanların dozası azaldıla bilər
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
63) Astma tutması zamanı sürətli təsirə malik inhalyasion β2 аqonistlər effekt vermirsə, hansı preparatlar istifadə olunmalıdır?
A) İnhalyasion xolinolitiklər

B) Uzunmüddətli təsirə malik β2 аqonistlər

C) İnhlyasion kortikosteroidlər

D) Аntibiotiklər

E) Peroral kortikosteroidlər
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
64) Ağciyər ödeminin müalicəsində ən effektiv diuretik hansıdır?
A) Furosemid

B) Mannitol

C) Hipotiazid

D) Veroşpiron

E) Amilorid
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə