Cü il tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?




Yüklə 2.92 Mb.
səhifə1/26
tarix25.04.2016
ölçüsü2.92 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   26
Kardiologiya ixtisası üzrə nümuməvi test sualları siyahısına əlavələr və dəyişikliklər edilmişdir

30.01.2014-cü il tarixində əlavə edilmişdir
1) Qan dövranı sistemi neçə yerə bölünür?
A) böyük, kiçik və beyin (Circle of Willis) qan dövranına

B) yalnız böyük qan dövranına

C) böyük, mərkəzi və kiçik qan dövranına

D) böyük və kiçik qan dövranına

E) böyük, kiçik, mərkəzi və periferik qan dövranına
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 11
2) Kiçik qan dövranınin əsas funksiyasına aşağıdakılardan hansı daxil deyildir?
A) oksigenləşmiş arterial qanın böyük qan dövranına daxil edilməsi

B) ağ ciyərlərin ventilyasiyasının adekvat təminatı

C) ağ ciyərlərin qan dövranının təchizatı

D) ağ ciyərlərin perfuziyasının təchizatı

E) oksigenləşmiş arterial qanın ürəyin sol şöbəsinə daxil edilməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 11
3) Böyük qan dövranının əsas funksiyasına aşağıdakılardan hansı daxil deyildir?
A) oksigenləşmiş arterial qanın ürəyin sol şöbəsinə daxil edilməsi

B) bütün daxili orqanların arterial qanla təchiz edilməsi və venoz qanın orqanlardan çıxarılması

C) venoz qanın ürəyin sağ şöbəsinə daxil olmasını təmin etmək

D) bütün daxili orqanların arterial qanla təchiz edilməsi

E) venoz qanın bütün orqanlardan çıxarılması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 11
4) Anatomik olaraq normada ürəyin ön səthi əsasən hansı hissələrdən təşkil olunmuşdur?
A) 2/3 hissə sol mədəcik və 1/3 hissə sağ mədəcikdən

B) ancaq sağ mədəcikdən

C) sağ mədəcik və sağ qulaqcıqdan

D) ancaq sol mədəcikdən

E) sol mədəcik və sol qulaqcıq seyvanından
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 12
5) Anatomik olaraq, normada ürəyin arxa səthi əsasən hansı hissələrdən təşkil olunmuşdur?

1. Sol və sağ qulaqcıqların arxa və yuxarı səthlərindən

2. Sağ qulaqcığın arxa səthindən

3. Sağ mədəciyin kiçik hissəsindən

4. Sol qulaqcığın böyük hissəsindən

5. Sol mədəciyin böyük hissəsindən

A) 3, 4, 5

B) 1,3 ,5

C) 2, 4, 5

D) 1, 2, 4

E) 1, 2, 3


Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 12
6) Qulaqcıq və mədəciklər bir - birindən nə ilə ayrılırlar?
A) atrioventrikulyar qapaqlarla

B) trikuspidal qapaqlarla

C) ağciyər arteriyasının qapaqları ilə

D) mitral qapaqlarla

E) aortal qapaqlarla
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 12
7) Sağ və sol mədəciklərin çıxacaq hissəsində ağ ciyər arteriyası və aorta yerləşir. Ağciyər arteriyası və aorta qapaqları, müvafiq olaraq, neçə taydan təşkil olunmuşdur?
A) 3 və 3

B) 4 və 3

C) 3 və 4

D) 2 və 3

E) 3 və 2
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 13
8) Ürəyin hansı hissəsini endokard nazik (0,6 mm-ə yaxın) birləşdirici toxuma qişası ilə daxildən örtmür?
A) bütöv ürək boşluğunu

B) papillyar əzələləri

C) qapaqları

D) qalxan aortanın başlanğıc hissəsini

E) xordaları
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 13
9) Normada sağ mədəcik miokardının qalınlığı nə qədərdir?
A) 3-4 mm

B) 2-3 mm

C) 4,5-5,5 mm

D) 5-6 mm

E) 4-5 mm
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 13
10) Ürəyin əsasında epikardla nə baş verir?
A) o əvvəlcə perikardın parietal sonra isə visseral səhvəsinə keçir

B) o perikardın visseral səhvəsinə keçir

C) o əvvəlcə perikardın visseral sonra isə parietal səhvəsinə keçir

D) o perikardın nə parietal nə də visseral səhvəsinə keçmir

E) o perikardın parietal səhvəsinə keçir
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 13
11) Epikard ürəyin hansı hissəsini örtür?
A) ürəyin xarici səthini, qalxan aortanın və ağ ciyər arteriyası kötüyünün başlanğıc hissəsini, eyni zamanda ağ ciyər və boş venaların son hissələrini

B) qalxan aortanın başlanğıc hissəsini, eyni zamanda ağ ciyər və boş venaların son hissələrini

C) ürəyin xarici səthini, qalxan aortanın başlanğıc hissəsini, eyni zamanda ağ ciyər və boş venaların son hissələrini

D) ürəyin xarici səthini, qalxan aortanın və ağ ciyər arteriyası kötüyünün başlanğıc hissəsini

E) qalxan aortanın və ağ ciyər arteriyası kötüyünün başlanğıc hissəsini, eyni zamanda ağ ciyər və boş venaların son hissələrini
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 13
12) Epikard hansı toxumalardan təşkil olunmuşdur?
A) Sinir toxuması ilə bitişmiş əzələ toxumasından

B) Sinir toxuması ilə bitişmiş birləşdirici toxumadan

C) Əzələ qatı ilə bitişmiş epitel toxumasından

D) Əzələ qatı ilə bitişmiş birləşdirici toxumadan

E) Epitel toxuması ilə bitişmiş birləşdirici toxumadan
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 13
13) Ürəyin əsasında epikard nəyə məruz qalır?
A) perikardın parietal səhifəsinə kecir, sonra aortanın başlanğıc hissəsini bürüyür və ürəyi ətraf orqanlardan mühafizə edir

B) perikardın parietal səhifəsinə, sonra aorta və ağ ciyər arteriyası kötüyünün başlanğıc hissəsinə, həmçinin ağ ciyər və boş venaların mənfəzinə kecir və ürəyi ətraf orqanlardan mühafizə edir

C) perikardın visseral səhifəsinə keçir, sonra aortanın başlanğıc hissəsini bürüyür, beləliklə ürəyi ətraf orqanlardan mühafizə edir

D) perikardın parietal səhifəsinə və boş venaların mənfəzinə kecir, sonra ürəyi ətraf orqanlardan mühafizə edir

E) perikardın visseral səhifəsinə kecir, sonra ag ciyər arteriyası kötüyünü bürüyür və ürəyi ətraf orqanlardan mühafizə edir
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 13
14) Sağlam adamlarda ürəyin sol sərhədi (zirvəsi) nədən təşkil olunub və hara proyeksiya olunur?
A) sol mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

B) sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

C) sol mədəcikdən əmələ gəlir və sol orta körpücük xəttindən 1,0–1,5 sm içəri proyeksiya olunur

D) sol mədəcikdən, hissəvi sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm icəri dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

E) sol mədəcikdən əmələ gəlir və sol orta körpücük xəttindən 1,0–1,5 sm xaricə (tışa) proyeksiya olunur
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 14
15) Sağlam adamlarda ürəyin sağ sərhədi nədən əmələ gəlir və hara proyeksiya olunur?
A) sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

B) sol qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sağ kənarı bərabərliyində və ya ondan 1,0 sm sağa proyeksiya olunur

C) sağ mədəcikdən, hissəvi sağ qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sağ kənarı bərabərliyində və ya ondan 1,0 sm sağa proyeksiya olunur

D) sol mədəcikdən, hissəvi sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

E) sağ mədəcikdən əmələ gəlir , döş sümüyünün sağ kənarı bərabərliyində və ya ondan 1,0 sm sağa proyeksiya olunur
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 14
16) Sağlam adamlarda ürəyin yuxarı sərhədi nədən əmələ gəlir və hara proyeksiya olunur?
A) sağ qulaqcıqdan, hissəvi sol qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sol kənarında II qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

B) sol qulaqcıqdan, hissəvi sağ qulaqcıq seyvanından əmələ gəlir və döş sümüyünün sağ kənarında III qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

C) sol qulaqcıq seyvanından əmələ gəlir, döş sümüyünün sol kənarında III qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

D) sağ qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sağ kənarında II qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

E) sağ qulaqcıq seyvanından əmələ gəlir, döş sümüyünün sağ kənarında III qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 14
17) Ürəyin hansı şöbələrini sağ koronar arteriya qidalandırır?

1. sağ mədəciyi

2. mədəciklərarası çəpərin arxa hissəsini

3. yan, eyni zamanda arxabazal şöbələrini

4. sol mədəcik divarının aşağı diafraqmal və hissəvi, arxabazal şöbələrini

5. ürəyin zirvəsini və sol mədəciyin aşağı diafraqmal şöbəsinin az hissəsini
A) 2, 4, 5

B) 1, 2, 4

C) 3, 4, 5

D) 1, 2, 3

E) 1, 3, 5
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 14
18) Ürəyin hansı şöbələrini sol koronar arteriyanın mədəciklərarası şaxəsi qidalandırır?

1. sağ mədəciyi

2. mədəciklərarası çəpərin ön hissəsini

3. hissəvi sol mədəciyin aşağı diafraqmal şöbəsini

4. sol mədəciyinön yuxarı,yan şöbələrini

5. ürəyin zirvəsini
A) 3, 4, 5

B) 2, 3, 5

C) 1, 2, 4

D) 1, 2, 3

E) 2, 4, 5
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 14
19) Ürəyin hansı şöbələrini sol koronar arteriyanın dolanan şaxəsi qidalandırır?

1. ürəyin zirvəsini

2. sol mədəciyin yan şöbələrini

3. mədəciklərarası çəpərin ön hissəsini

4. sol mədəciyin ön yuxarı şöbələrini

5. sağ mədəciyin arxa bazal şöbələrini

A) 1, 3, 5

B) 3, 4, 5

C) 1, 2, 4

D) 2, 4, 5

E) 1, 2, 3


Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 14
20) Ürəyin iri venaları qanı haradan toplayırlar?
A) sağ mədəcik və sağ qulaqcıq divarlarından

B) sağ qulaqcıq və hissəvi sol mədəciyin divarlarından

C) sol qulaqcıq və hissəvi sol mədəciyin divarlarından

D) əsasən sol mədəciyin divarından

E) sağ və sol mədəcik divarlarından
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 15
21) Koronar sinus ürəyin hansı səthində yerləşir?
A) Ön

B) Arxa


C) Sağ yan

D) Sol yan

E) Bazal
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 15
22) Qanı sağ mədəcik divarından toplayan ürəyin venaları hara tökülürlər (Vyessen-Tebeziya kiçik venaları istisna olmaqla)?

A) sağ mədəcik boşluğuna

B) sol mədəcik boşluğuna

C) koronar sinusu ötərək, sağ qulaqcıq boşluğuna

D) koronar sinusun özünə

E) sol qulaqcıq boşluğuna və koronar sinusa


Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 15
23) Ürəyin kiçik venaları (Vyessen -Tebeziya venaları) hara tökülür?
A) bilavasitə sol mədəcik boşluğuna

B) bilavasitə sağ mədəcik boşluğuna

C) bilavasitə sağ qulaqcıq və sağ mədəcik boşluqlarına

D) bilavasitə qulaqcıq və mədəcik boşluqlarına

E) bilavasitə koronar sinusa
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 15
24) Ürəyin hansı fəaliyyəti keçiricilik funksiyası adlanır?
A) xarici mühit elektrik impulslarının təsiri ilə ürəyin keçiricilik sistemini və miokardın yığılma qabiliyyətli hüceyrələrini oyatmaq

B) xarici mühit qıcıqlandırıcılarının təsiri olmadan elektrik impulsları hasil etmək

C) ürəyin keçiricilik sisteminin lifləri və miokardın yığılma qabiliyyətli hüceyrələri ilə qıcığı ötürmək

D) ürək əzələsini oyadaraq keçiricilik sistemi ilə elektrik impulslarını ötürmək

E) xarici mühit qıcıqlandırıcılarının təsiri ilə elektrik impulsları hasil etmək
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 16
25) Ürəyin ayrı-ayrı şöbələrinin yığılıb-boşalması ürəyin hansı funksiyası hesabına ödənilir?
A) ürəyin inоtrop funksiyası və Frank-Starlinq mexanizminin qoşulması birlikdə

B) ürəyin transport funksiyası

C) ürəyin nasos funksiyası

D) ürəyin inоtrop funksiyası

E) ürəyin rezervuar funksiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 18
26) Ürəyin işlək əzələ liflərinin ritmiki və sinxron yığılmasını nə təmin edir?
A) spontan ritmiki aktivliyə malik hüceyrələr

B) ayrıca əzələ lifləri

C) sarkoplazmatik şəbəkə

D) əlavə disklər (neksus)

E) funksional sinsiti
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 18
27) Hər bir kardiomiositlər nədən təşkil olunmuşdur?
A) çoxlu miqdarda bir-birinə keçən miofibril liflərindən

B) çoxlu miqdarda sarkolemmadan

C) çoxlu miqdarda əlavə disklərdən (neksus)

D) spontan ritmikliyə malik sinir hüceyrələrindən

E) çoxlu miqdarda sarkoplazmatik şəbəkədən
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 18
28) Miofibrillərin arasında nə yerləşir?
A) hüceyrə nüvəsi, ribosomlar və sarkolemmalar

B) hüceyrə nüvəsi, həmçinin hüceyrədaxili membran sistemi

C) hüceyrə sitoplazması və mitoxondriyalar, həmçinin hüceyrədaxili membran sistemi

D) hüceyrə nüvəsi, mitoxondrilər, həmçinin hüceyrədaxili membran sistemi

E) hüceyrə nüvəsi, ribosomlar, əlavə disklər (neksus)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 18
29) Sadananlardan hansının vasitəsi ilə eninə zolaqlı əzələ hüceyrələri (kardiomiositlər) bir-birilə birləşir?
A) əlavə disklərlə (neksus)

B) sarkoplazmatik şəbəkə ilə

C) spontan ritmikliyə malik sinir hüceyrələri ilə

D) sarkomerlərlə

E) funksional sinsiti ilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 18
30) Miosıtləri nə əhatə edir?
A) funksional sinsiti

B) mitoxondrilər

C) sarkolemma

D) miofibrillər

E) ribosomlar
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 19
31) Miofibrillərin yığılmasının struktur və funksional vahidini nə təşkil edir?
A) sarkomerlər

B) ribosomlar

C) mitoxondrilər

D) sarkolemma

E) funksional sinsiti
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 19
32) Bir-birilə sıx əlaqəsi nəticəsində kardiomiositlərin yığılmasının əsasını təşkil edən sarkomerlərin tərkib hlssəsi nədir?
A) nazik saplar (aktin molekulaları) və qalın saplar (miozin molekulaları)

B) nazik saplar (aktin molekulaları)

C) mitoxondrilər və nazik saplar (miozin molekulaları)

D) mitoxondrilər və ribosomlar

E) mitoxondrilər və qalın saplar (miozin molekulaları)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 19
33) Sarkomerlərin qalın lifləri hansı molekulalardan təşkil olunmuşlar?
A) spiral formasında dolanmış və köndələn körpülər əmələ gətirərək aktinin nazik lıflərinə doğru qabarmış uzun miozin molekulalarından

B) uzun miozin molekulasından və bir-birilə requlyator zülallar –tropomiozin və troponinlə sıx əlaqəsi olan aktin molekulasından

C) iki spiral zənciri formasında dolanmış, bir-birilə requlyator zülallar –tropomiozin və troponinlə sıx əlaqəsi olan aktin molekulasından

D) iki spiral zənciri formasında dolanmış, bir-birilə requlyator zülallar –tropomiozin və troponinlə sıx əlaqəsi olan miozin molekulasından

E) spiral formasında dolanmış və köndələn körpülər əmələ gətirərək miozinin nazik lıflərinə doğru qabarmış uzun aktin mоlekulalarından
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 19
34) Köndələn körpücüklər (qalın saplar) nədən təşkil olunub və hansı xüsusiyyətə malikdirlər?
A) ATF-aza və miozindən təşkil olunub və troponin C yaratma xüsusiyyətinə malikdirlər

B) miofibrillyar ATF-azadan təşkil olunub və aktin molekulaları ilə geri dönə bilən birləşmə yaratma xüsusiyyətinə malik deyildir

C) miofibrillyar ATF-azadan təşkil olunub və troponin C yaratma xüsusiyyətinə malikdirlər

D) miofibrillyar ATF-azadan təşkil olunub və miozinlə, ATF və maqnеziumun iştirakı ilə birləşmə yaratma xüsusiyyətinə malikdirlər

E) miofibrillyar ATF-azadan təşkil olunub və aktin molekulaları ilə geri dönə bilən birləşmə yaratma xüsusiyyətinə malikdirlər
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 19
35) Sarkomerlərin nazik lifləri hansı molekulalardan təşkil olunmuşlar?
A) spiral zənciri formasında dolanmış və köndələn körpülər əmələ gətirən aktinin nazik lıflərinə doğru çıxmış uzun miozin molekulasından

B) uzun miozin molekulasından və bir-birilə sıx əlaqəsi olan requlyator zülallardan –tropomiozin və troponindən

C) köndələn körpülər əmələ gətirən nazik miozinin lıflərinə doğru çıxmış iki spiral zənciri formasında dolanmış aktin molekulasından

D) iki spiral zəncir formasında dolanmış, bir-birilə requlyator zülallar –tropomiozin və troponinlə sıx əlaqəsi olan aktin molekulasından

E) köndələn körpülər əmələ gətirən uzun aktin lıflərinə doğru çıxmış iki spiral zənciri formasında dolanmış miozin molekulasından
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 20
36) Hansı ionların kardiomiositlərdəki miqdarı ürəyin inоtrop vəziyyətini requlə edən əsas faktor hesab olunur? Onun hüceyrədaxili konsentrasiyası nə qədər çoxsa, o qədər də miokardın yığılma qabiliyyəti yüksək olar
A) Са2+

B) СL-


C) Са2+ və К+

D) К+


E) Nа+
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 23
37) Ürək əzələsinin funksiyasını müəyyən edən həlledici faktor nədir?
A) ürəyin yığılma qüvvəsinin onun əzələ liflərinin ilkin uzunluğundan aslılığı faktoru

B) ürəyin yığılma qüvvəsinin mədəciklərin son sistolik həcmindən aslılığı faktoru

C) mədəciklərin son sistolik həcminin onun əzələ liflərinin ilkin uzunluğundan aslılığı faktor

D) ürəyin yığılma qüvvəsinin onun əzələ liflərinin ilkin uzunluğundan aslı olmaması faktoru

E) ürəyin yığılma qüvvəsinin mədəciklərin son diastolik həcmindən aslılığı faktoru
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 24
38) Frank-Starlinq qanununa görə normada mədəciyin son diastolik həcminin artması nəyə səbəb olur?
A) maksimal yığılma gücünün zəifləməsinə

B) maksimal yığılma sürətinin dəyişməsinə

C) əzələ liflərinin ilkin uzunluğunun qısalmasına

D) mədəciklərin yığılmasının yavaşımasına

E) mədəciklərin yığılmasının sürətlənməsinə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 24
39) Frank-Starlinq qanununa əsasən hansı göstəricinin yüksəlməsi hesabına mədəciklərin yığılması güclənir?
A) son sistolik həcmin

B) son sistolik və son diastolik həcmin

C) son diastolik həcmin

D) son diastolik təzyiqin

E) son sistolik həcmin və son diastolik təzyiqin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 24
40) Simpatik aktivliyin və digər faktorların artmış təsirindən əmələ gələn ürək əzələsinin inotropizminin (yığılma gücünün) artması nəyə səbəb olur?
A) maksimal yığılma gücünün zəifləməsinə

B) əzələ liflərinin ilkin uzunluğunun qısalmasına

C) yığılma gücünün, həmcinin maksimal yığılma sürətinin zəifləməsinə

D) maksimal yığılma sürətinin dəyişməsinə

E) yığılma gücünün, həmcinin maksimal yığılma sürətinin artmasına
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 24
41) Miokardın inotrop (yığılma) halı mədəciklərin son diastolik həcmini artırmamaq qabiliyyəti ilə xarakterizə olunur (başqa sözlə Frank-Starlinq mexanizmini “qoşulmaması”), həmcinin damar yatağına:
A) kiçik həcmli qanı qovmaqla

B) kiçik həcmli qanı, maqistral damarlardakı kiçik müqavimətə qarşı, qovmaqla

C) böyük həcmli qanı qovmaqla

D) kiçik həcmli qanı, maqistral damarlardakı böyük müqavimətə qarşı, qovmaqla

E) böyük həcmli qanı, maqistral damarlardakı kiçik müqavimətə qarşı, qovmaqla
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 24
42) Mədəciklərin sistolası hansı fazadan başlanır?
A) mədəciklərin sürətli dolma

B) asinxron yığılma

C) mədəciklərin izovolümik yığılma

D) qanın qovulma

E) mədəciklərin izovolümik boşalma
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 26
43) Mədəciklərin asinxron yığılma fazası nə vaxtdan başlanır? (FKQ- fonokardioqramma)
A) FKQ- dakı II tonun son hissəsindən III tona qədər olan vaxtı

B) EKQ- də T dişinin əvvəlindən sonuna qədər, FKQ- dakı I tonun son hissəsindən II tonun sonuna qədər olan vaxtı

C) FKQ- dakı III tonun əvvəlindən sonuna qədər olan vaxtı

D) EKQ- də R dişinin zirvəsindən S dişinin sonuna qədər, FKQ -dakı yüksək tezlikli dalğalarının birinci dalğasından sonuncu dalğasına qədər olan vaxtı

E) EKQ- də QRS kompleksinin başlanğicından, FKQ- dakı I tonun yükcək tezlikli dalğalarının birinci dalğasına qədər olan vaxtı
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 26

  1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə